PROTOKOLU İştirak etdilər: Şöbənin müdiri: M.Qurbanlı
Mütəxəssislər: C. Cəfərov, M.Aslanlı, M.Məşədiyev, A.Ağayev.
Gündəlik məsələ: Aparılan tikinti-abadlıq işləri ilə bağlı şöbədə tikinti materiallarmm təchizatı.
Cari məsələlər: Dinlənildi: Şöbə müdiri M.Qurbanlı çıxışmda qeyd etdi ki, şöbədəki tikinti-bərpa işləri ilə bağlı bölmələrin yeni avadanlıq və texniki vəsaitlərə ehtiyacı artmışdır. Belə ki, baxımsızlıq üzündən şöbəyə məxsus bəzi texniki, əyani və təchizat vasitələri yararsız hala düşmüşdür. Avadanlıqlarımızı lazımi səviyyədə qoruya bilmədiyimizdən stol və stullarımızm, eləcə də bilgisayarlarımızm təmirə ehtiyacı vardır. Bununla bağlı kollektivin fikrini öyrənmək yaxşı olardı.
Çıxışlar: Şöbənin mütəxəssisi C.Cəfərov çıxışmı özünütənqid
şəklində quraraq qeyd etdi ki, əgər biz avadanlıqlarımızı başqa yerə köçürsəydik, bugünkü vəziyyət yaranmazdı. Bununla belə, şöbənin çatışmazlıqlarım aradan qaldırmaq üçün təmir işlərini mənə həvalə etməyinizi xahiş edirəm.
Mütəxəssislərdən M.Aslanlı, M.Məşədiyev, A.Ağayev onun təklifini dəstəklədilər.
Qərar: 1. Şöbəyə məxsus cari təmir işləri C.Cəfərova tapşırılsm.
Texniki, əyani və təchizat vəsaitlərinin bərpası üçün M.Aslanlı, M.Məşədiyev, A.Ağayevdən ibarət qrup yaradılsm.
Cari məsələlərlə bağlı şöbənin müdiri M.Qurbanlı şöbədəki bərpa işlərinə baxmayaraq, işin keyfiyyətinin daha da yüksəldilməsini, suverenliyimizin və dövlətçiliyimizin keşiyində durmağı, hamınm vəzifə borcu olduğunu kollektivin nəzərinə çatdırdı.
Sədr: M.Qurbanlı