Mühazirə Memarlıq irsinin qorunması ilə bağlı fundamental elmin son problemləri 2 saat



Yüklə 33,55 Kb.
səhifə1/6
tarix03.03.2023
ölçüsü33,55 Kb.
#86516
növüMühazirə
  1   2   3   4   5   6
muhazirə-1 (1)


Bölmə 1. Memarlıq irsinin qorunmasının nəzəri aspektləri - 20 saat

Mühazirə 1. Memarlıq irsinin qorunması ilə bağlı fundamental elmin son problemləri - 2 saat
Memarlıq abidələrinin bərpası və yenidən qurulması və şəhərsalmanın müasir metodologiyası. Memarlıq irsi, təsnifatı və növləri ilə bağlı əsas müasir anlayışlar.
Mədəni irs - Keçmiş nəsillərin yaratdığı, zamanın sınağına tab gətirərək nəsillərə ötürülən dəyərli və əhəmiyyətli maddi və mənəvi mədəniyyətin bir hissəsidir.
Memarlıq abidələri mədəni irsin bir parçasıdır. Müasir şəraitdə memarlıq abidələrinin və şəhərsalmanın bərpası və yenidənqurulması dəqiq elmi tədqiqatlar əsasında aparılır. Dəqiq elmi tədqiqatlara əsaslanaraq, mütəxəssislər tərəfindən dəqiq analizlər həyata keçirilməklə, irsin gələcək istifadəsi dəqiqləşdirilməklə memarlıq abidələrinin və şəhərsalmanın bərpası və yenidənqurulması həyata keçirilməlidir.
Azərbaycanda tarix və mədəniyyət abidələrinin qorunması və onların istifadəsi “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanunları ilə tənzimlənir.
Tarix və mədəniyyət abidələri (bundan sonra — abidələr) arxeoloji və memarlıq obyektləri, etnoqrafik, numizmatik, epiqrafik, antropoloji materiallar, tarixi hadisə və şəxsiyyətlərlə bağlı olan bina, xatirə yerləri, əşyalar xalqın dini əqidəsi ilə bağlı dəyərlərdir.
Abidələr daşınar (səyyar) və daşınmaz (stasionar) ola bilər. Daşınar abidələr muzeylərdə, arxivlərdə, fondlarda, sərgilərdə və digər münasib yerlərdə, daşınmaz abidələr əksər hallarda arxeoloji və memarlıq abidələri olmaqla olduğu və inşa edildiyi yerlərdə qorunur.
Keçən əsrin 60-cı illərində ilk dəfə olaraq abidələrin siyahıya alınması işləri aparıldı. Azərbaycan SSR Nazirlər Sovetinin 02 aprel 1968-ci il tarixli 140 №-li Qərarı ilə Azərbaycan Respublikası ərazisində 591 memarlıq və 368 arxeoloji abidə dövlət tərəfindən mühafizə edilən abidələrin siyahısına daxil edildi .
Azərbaycan SSR Nazirlər Sovetinin 14 may 1981-ci il tarixli 225 №-li Qərarı ilə 333 abidə , 27 aprel 1988-ci il tarixli 145 №-li Qərarı ilə isə 5279 abidə dövlət qeydiyyatına alınmışdır. Bu qərara əsasən Azərbaycan Respublikası ərazisində 3142 memarlıq, 1850 arxeoloji və 287 ədəd xalq daş-heykəltəraşlıq abidəsi dövlət tərəfindən mühafizə olunan abidələrin siyahısına daxil edilmişdir.
2001-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssisləri ilə birlikdə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq vaxtı ilə dövlət mühafizəsinə götürülmüş 6571 abidənin əhəmiyyət dərəcəsinə görə bölgüsü aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə Azərbaycan Respublikası ərazisində Dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü əsasında respublika ərazisində 6308 abidə dövlət tərəfindən mühafizə edilir . Bu abidələr əhəmiyyət dərəcəsinə görə üç qrupa bölünürlər.

  • I qrupa dünya əhəmiyyətli 65 abidə daxildir. Onlardan 21-i memarlıq, 44-ü isə arxeoloji abidədir.

  • II qrupa ölkə əhəmiyyətli 2034 abidə daxildir. Bunlardan 359-u memarlıq, 1616-sı arxeoloji, 59-u isə monumental sənət abidələri, bağlar və parklardır.

  • III qrupa 4209 yerli əhəmiyyətli abidə daxildir. Bunlardan 3480-i memarlıq, 384-ü arxeoloji, 137-si monumental sənət abidəsi, bağlar və parklar, 208-i isə dekorativ tədbiqi sənət abidələridir.

Abidələrin aşağıdakı növləri vardır:


a) arxeoloji abidələr — insanın fəaliyyəti ilə əlaqədar yer altında olan maddi mədəniyyət nümunələri, o cümlədən ibtidai insan düşərgələri və yaşayış məskənləri, qədim qəbiristanlar, müdafiə sistemləri və istehkamlar, ziyarətgahlar, hər cür qədim əşyalar, dini və xatirə abidələri, qaya və daşüstü təsvirlər və yazılar, qədim mədən istismar izləri, əmək alətləri, istehsalat kürələri, qədim yollar, körpü qalıqları, arxlar, ovdan və kəhrizlər, su kəmərləri, kürəbəndlər və s.;
b) memarlıq abidələri — öz həcm-plan həllini kifayət qədər saxlayan qurmalar, müxtəlif təyinatlı memarlıq-inşaat binaları, yardımçı obyektlər, mühəndis kommunikasiyaları; məskənsalma (şəhərsalma) abidələri; ərazisinin əksər hissəsi memarlıq, tarixi-mədəni sənətkarlıq abidələri və tikililər ilə tutulan, ənənəvi məhəllələrə bölünən, bəzən də qala divarları ilə əhatə edilən, küçə şəbəkəsini və mühəndis kommunikasiyalarını qismən saxlayan yaşayış məntəqələri, bağ-parklar, xiyabanlar, incəsənət nümunələri; yeni yaranmış memarlıq abidələri; öz həcm-plan, bədii-estetik, istismar-funksional və texniki-konstruktiv həllinə görə uzun ömürlü memarlıq binaları və qurmaları; kiçik memarlıq formaları; monumentlər, obelisklər, fəvvarələr, şəlalələr, bulaqlar, hovuzlar, köşklər və ərazidə xüsusi mövqe tutan başqa yaradıcılıq obyektləri;
c) tarix abidələri — cəmiyyət və dövlət tarixi ilə, müharibə və milli azadlıq hərəkatı ilə, elm və texnikanın inkişafı ilə xalqın həyatındakı mühüm tarixi hadisələrlə bağlı dəyərlər, dövlət xadimlərinin və hərbi xadimlərin, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının, Azərbaycanın Milli Qəhrəmanlarının, Sovet İttifaqı Qəhrəmanlarının, görkəmli elm və incəsənət xadimlərinin həyatı ilə bağlı qurmalar, mənzillər, xatirə yerləri, sənədlər və əşyalar, etnoqrafik abidələr — xalqın maddi, mənəvi, ideoloji, sənətkarlıq və təsərrüfat həyatını özündə əks etdirən qurmalar və əmək alətləri, əşyalar, epiqrafik abidələr — üzərində yazılar olan müxtəlif daş, gil, ağac və metal nümunələri;
ç) sənədli abidələr — rəsmi dövlət orqanlarının aktları, qədim əlyazmaları, nadir çap əsərləri, arxivlər, o cümlədən fono, foto və kino arxivlər;
d) incəsənət abidələri — tarixi və estetik dəyəri olan bədii, təsviri, dekorativ-tətbiqi sənət nümunələri;
e) qoruqlar — tarix və mədəniyyət üçün böyük əhəmiyyəti olan, dövlət tərəfindən mühafizə edilən ərazilər və ya məskənlər;
ə) adibələrin mühafizə zonası — abidələrin görkəminə xələl gətirməmək məqsədilə onların yerləşdiyi sahənin ətrafında abidənin xarakterindən asılı olaraq müəyyən edilən əlavə tənzimləmə zonası.



Yüklə 33,55 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin