Mühazirə materialları Fənnin predmeti barədə anlayış


Səlahiyyətli iqtisadi operatorlar



Yüklə 2.47 Mb.
Pdf просмотр
səhifə9/22
tarix13.06.2017
ölçüsü2.47 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

Səlahiyyətli iqtisadi operatorlar  
Ümumdünya Gömrük Təşkilatının norma və standartlarına uyğun olaraq, səlahiyyətli 
iqtisadi  operator  —  malların  təyinat  yerinə  çatdırılmasının  təhlükəsizliyinin  təmin 
edilməsi  və  xarici  ticarətin  asanlaşdırılması  məqsədilə  gömrük  nəzarətinin 
sadələşdirilmiş forma və üsullarından istifadə edən hüquqi şəxsdir.  
Gömrük ərazisində təsis olunmuş və bu Məcəllədə müəyyən olunmuş şərtlərə cavab 
verən  hüquqi  şəxs  səlahiyyətli  iqtisadi  operator  statusunu  almaq  üçün  müvafiq  icra 
hakimiyyəti orqanına müraciət edə bilər.  
Səlahiyyətli  iqtisadi  operatorun  fəaliyyətini  tənzimləyən  tələbləri  müvafiq  icra 
hakimiyyəti orqanı müəyyən edir. Səlahiyyətli iqtisadi operator statusunun verilməsi, 
müvəqqəti  dayandırılması  və  ləğv  olunması  qaydalarını  müvafiq  icra  hakimiyyəti 
orqanı müəyyən edir. Müvafiq icra hakimiyyəti orqanı bu Məcəllədə nəzərdə tutulmuş 
gömrük  prosedurlarının  sadələşdirilmiş  forma  və  üsullarından  istifadə  etmək  üçün 
səlahiyyətli  iqtisadi  operatora  müəyyən  hüquqlar  verir.  Digər  ölkələrin  gömrük 
orqanları tərəfindən verilmiş səlahiyyətli iqtisadi operator statusu gömrük nəzarətinə 
xələl  gətirməmək  şərtilə  beynəlxalq  müqavilə  əsasında  tanına  bilər.  Səlahiyyətli 
iqtisadi operator statusu almış hüquqi şəxs sonrakı fəaliyyəti dövründə bununla bağlı 
müəyyən  edilmiş  şərtlərə  əməl  olunmasına  mane  olan  və  fəaliyyətinə  mənfi  təsir 
göstərən amillər barədə gömrük orqanlarına məlumat verməlidir.  
Səlahiyyətli iqtisadi operator statusunun verilməsi üçün şərtlər aşağıdakılardır:  
1. malların təyinat yerinə çatdırılmasının Ümumdünya Gömrük Təşkilatının müəyyən 
etdiyi  təhlükəsizlik  normalarına  və  standartlarına  uyğun  olaraq  təmin  edilməsi 
imkanının mövcudluğu;  
2. gömrük və vergi qanunvericiliyinin tələblərinə riayət etməsi;  
3.  gömrük  nəzarəti  baxımından  əhəmiyyət  kəsb  edən  kommersiya  və  nəqliyyat 
sənədlərinin idarə edilməsinə dair qənaətbəxş sistemin olması;  
4.  gömrük  ödənişlərini  və  digər  ödənişləri  həyata  keçirmək  üçün  maliyyə 
imkanlarının olması;  

108 
 
5. fəaliyyət göstərdiyi sahədə azı 2 (iki) il təcrübəsinin olması;  
6. müvafiq təhlükəsizlik və mühafizə standartlarının tətbiqi imkanlarının olması;  
7. informasiya mübadiləsini lazımi səviyyədə təmin edən texniki bazasının olması. 
 
Azərbaycan  Respublikasının  ərazisinə  gətirilən  malların  gömrük  dəyərinin  bəyan 
edilməsinin qayda və şərtləri 
1.
 
Azərbaycan  Respublikasının  gömrük  sərhədindən  keçirilən  nəqliyyat  vasitələrinin 
gömrük rəsmiləşdirilməsi 
2.
 
Azərbaycan  Respublikasının  gömrük  ərazisindən  kənara  aparılan  nəqliyyat 
vasitələrinin gömrük rəsmiləşdirilməsi və onlar üzərində gömrük nəzarəti 
3.
 
Fiziki şəxslər tərəfindən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük 
ə
razisinə müvəqqəti gətirilməsi 
4.
 
Fiziki  şəxslər  tərəfindən  gömrük  ərazisindən  müvəqqəti  aparılan  nəqliyyat 
vasitələrinin üzərində gömrük nəzarəti və onların gömrük rəsmiləşdirilməsi 
5.
 
Daimi  yaşayış  məqsədilə  Azərbaycan  Respublikasına  köçüb  gələn  fiziki  şəxslər 
tərəfindən  nəqliyyat  vasitələrinin  Azərbaycan  Respublikasının  gömrük  ərazisinə 
gətirilməsi 
6.
 
Nəqliyyat vasitələrinin tranziti  
7.
 
Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis kimi fəaliyyət göstərilməsi üçün şərtlər 
8.
 
İ
xtisas attestatının fəaliyyətinin dayandırılması və  ləğv edilməsi 
9.
 
Malların daşıyıcısı, malları göndərən və alan, gömrük daşıyıcısı və gömrük orqanları 
arasında qarşılıqlı münasıbətlər. Səlahiyyətli iqtisadi operator  
10.
 
BYD daşınmaları şərtləri  
 
 

109 
 
7. Xarici-iqtisadi fəaliyyətin gömrük-tarif tənzimlənməsi 
 
Gömrük  tarifi  -  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən  keçirilən 
mallara tətbiq edilən və Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturasına (XİF 
MN) uyğun olaraq sistemləşdirilmiş gömrük rüsum dərəcələrinin məcmusudur. 
“Tarif”  –  ərəb  sözü  olub  “siyahı”  deməkdir.  Deməli,  gömrük  tarifi  idxal  və  ixrac 
rüsumlarının  siyahısıdır.  Tarif  dəyəri  idxal  və  ixrac  olunan  malların  qiymətinə  görə 
tarif  şəklində  müəyyənləşdirilir.  Gömrük  tarifi  daşıdığı  funksiyaların  xarakterindən 
asılı olaraq 2 yerə ayrılır: 
1) Proteksionist funksiya; 
2) Fiskal funksiya. 
Proeksionizm(himayədarlıq)  -  daxili  bazarın  xarici  rəqabətdən  qorunması  üçün 
dövlətin yürütdüyü iqtisadi siyasətdir. Daxili bazarı qorumaq üçün idxal rüsumlarının 
artırılmasının əsas səbəbi yerli malların rəqabət qabiliyyətinin aşağı olmasından irəli 
gəlir.  Belə  ki,  yenicə  müstəqilik  əldə  etmiş  respublikamız  köhnə  texnologiya  ilə 
dünya  bazarı  standartlarına  cavab  verən  əmtəə  istehsal  edə  bilmir.  Eyni  zamanda 
ölkəni xarici mallardan asılı vəziyyətə salmaq, nəinki iqtisadi təhlükəsizliyə, həm də 
milli  təhlükəsizliyə  ciddi  problemlər  yarada  bilər.  Bu  isə  müstəqilliyini  tam 
möhkəmləndirməmiş bir ölkə üçün açınacaqlı nəticələrə gətirib çıxarar. 
Odur  ki,  hər  bir  dövlət  kimi  Azərbaycan  Respublikası  da  öz  təhlükəsizliyini  təmin 
etmək üçün proteksionist siyasətdən yararlanmağa çalışır. 
Fiskal  funksiya  -  “fisk”  latın  sözü  olub,  “zənbil”  deməkdir.  Bu  funksiyanın 
mahiyyəti dövlət  xərclərinin  maliyyələşdirilməsini təmin  etmək  üçün  ayrı-ayrı  fiziki 
və  hüquqi  şəxslərin  gəlirlərinin  müəyyən  hissəsinin  dövlət  xəzinəsinə  cəlb 
edilməsidir.  Ümumdövlət  proqramlarının  həyata  keçirilməsi  üçün  vəsaitlərin  dövlət 
büdcəsinə toplanması, məhz bu funksiya vasitəsi ilə həyata keçirilir. 
Dünyanın  bütün  ölkələrində  gömrük  tarifindən  istifadə  olunur.  Milli  tarif  sistemilə 
yanaşı,  məhəlli  (regional)  tarifləri  özündə  birləşdirən  vahid  tarif  sistemi  vardır. 
Tariflərin  lazımsız  artırılmasının  qarşısını  almaq  və  onları  danışıqlar  yolu  ilə  aşağı 
salmaq, ticarət məneələrini aradan qaldırmaq və s. bu tipli məsələləri 1995-ci ilə qədər 
Tarif  və  Ticarət  üzrə  Baş  Saziş  (GATT  -  General  Agreementon  Tariffs  and 
Trade).  Həmin  ildən  sonra  Ümumdünya  Ticarət  Təşkilatı  (WTO  -  World  Trade 
Orhanization) adlanan qurum tərəfindən tənzimlənir. 
İ
kitərəfli  və  çoxtərəfli  razılaşmalar  əsasında  güzəştlər  müəyyənləşdirilir  və  tətbiq 
olunur. Bu preferensial rejim sayılır (preferensiya - bir dövlətin digərinə idxal gömrük 
rüsumları  dərəcələrinin  azalması  üzrə  verdiyi  xüsusi  güzəştlərdir).  Belə  güzəştlərin 

110 
 
tətbiqi  milli  istehsal  mallarının  xarici  bazarlara  çıxarılmasını  əhəmiyyətli  dərəcədə 
artıra bilər. 
Bir sıra hallarda gömrük tarifi birtərəfli qaydada ixrac məhsullarının istehsalına tələb 
olunan mallara aşağı və ya sıfır dərəcəli idxal rüsum tətbiq etməklə, milli istehsalın və 
ixracın stimullaşdırılması üçün istifadə olunur. 
Bildiyimiz  kimi,  rüsumlar  yerli  və  dünya  qiymətlərinin  fərqi  və  ya  fərqə  uyğun 
müəyyənləşdirilir.  Ölkə  iqtisadiyyatının  inkişaf  səviyyəsi  ilə  gömrük  rüsumlarının 
dərəcələri  arasında  müəyyən  asılılıq  mövcuddur.  Belə  ki,  inkişaf  etmiş  ölkələrdə 
gömrük rüsumlarının dərəcələri aşağı olur. Çünki inkişaf etmiş ölkənin istehsal etdiyi 
məhsulun  rəqabət  qabiliyyəti  yüksək  olduğu  üçün,  daxili  bazarın  yüksək  rüsumlar 
hesabına qorunmasına, 
ixracın  əlavə  tədbirlərlə  stimullaşdırılmasına  və  büdcənin  gəlir  hissəsinin  gömrük 
ödənişləri hesabına doldurulmasına ehtiyac qalmır. 
Gömrük-tarif tənzimlənməsinin hüquqi əsasını, 13 iyun 2013-cü ildə qəbul olunmuş 
Azərbaycan Respublikasının “Gömrük tarifi haqqında” qanun müəyyənləşdirilmişdir. 
Bu qanuna görə gömrük tarifinin 
ə
sas məqsədləri aşağıdakılardır: 
1) Azərbaycan Respublikası üzrə idxalın əmtəə strukturunu səmərəlilişdirmək; 
2) Azərbaycan Respublikasının ərazisində malların gətirilməsi və çıxarılmasının, 
valyuta gəlirlərinin və xərclərinin əlverişli nisbətini təmin etmək; 
3)  valyuta  sərvətlərinin  Azərbaycanın  gömrük  ərazisinə  gətirilməsi  və 
çıxarılması üzərində səmərəli nəzarət təşkil etmək; 
4)  Azərbaycan  Respublikasında  malların  istehsal  və  istehlak  strukturunda 
mütərəqqi dəyişikliklər üçün şərait yaratmaq; 
5) Azərbaycan Respublikasının iqtisadiyyatını xarici rəqabətin mənfi təsirindən 
qorumaq; 
6)  Azərbaycan  Respublikası  iqtisadiyyatını  dünya  təsərrüfatı  ilə  səmərəli 
inteqrasiyasına şərait yaratmaq. 
“Gömrük  tarifi”  haqqında  qanuna  görə,  Azərbaycan  Respublikasının  ərazisinə 
gətirilən, gömrük rüsumuna cəlb olunan və ya olunmayan malların siyahısı və tətbiq 
edilən  rüsum  dərəcələri  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  tərəfindən 
müəyyən edilir.Eyni zamanda, xarici iqtisadi   tənzimlənən qeyri-tarif tədbirləri, ixrac 
gömrük  rüsumlarının  dərəcələri  və  onların  tətbiq  olunduğu  malların  siyahısı  da 
Nazirlər Kabineti tərəfindən müəyyən olunur. 

111 
 
Azərbaycan Respublikasının əlverişli ticarət rejimi tətbiq etdiyi ölkələrin malları üçün 
ixrac  gömrük  rüsumları  dərəcələrinin  son  həddi  Azərbaycan  Respublikasının  Milli 
Məclisi tərəfindən müəyyən olunur. 
Milli  maraqların  qorunması  və  ölkənin  təhlükəsizliyinin  təmin  olunmsı  üçün  Xarici 
İ
qtisadi  Fəaliyyətin  (XİF)  tənzimlənməsi  həyata  keçirilir.  XİF-in  dövlət 
tənzimlənməsinin metodları təsnifat əlamətlərinə görə 4 qrupa bölünür: 
1) iqtisadi tənzimləmə metodları; 
2) inzibati metodlar; 
3) tarif metodları; 
4) qeryi-tarif metodları. 
Tarif metodu 
Azərbaycan  Respublikasında1  aprel  2004-cü  ildən  başlayaraq  Azərbaycan 
Respublikasında spesifik gömrük rüsum dərəcələri advolar dərəcələrlə əvəz edilmişdir 
(Advalor latınca “ad valorem” sözündən götürülüb, mənası “dəyərdən” deməkdir). 
Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 aprel 
2004-cü  il  tarixli  58  saylı  qərarı  ilə  “Azərbaycan  Respublikasında  ixrac-idxal 
ə
məliyyatları üzrə gömrük 
rüsumlarının  dərəcələri,  gömrük  rəsmiləşdirilməsinə  görə  alınan  yığımların 
miqdarı haqqında” AR NKnın 
2001-ci  il  12  aprel  tarixli  80  saylı  Qərarı  ilə  təsdiq  edilmiş  “Azərbaycan 
Respublikasının ərazisinə gətirilən 
mallar  üzrə  gömrük  idxal  rüsumlarının  dərəcələri”ndə  bəzi  mallar  üzrə  spesifik 
gömrük idxal rüsum dərəcələri 
advolar  gömrük  idxal  rüsum  dərəcələri  ilə  əvəz  edilmişdir.  Tarif  dərəcəsi  gömrük 
dəyərinin 15%-i miqdarında 
qəbul olunmuşdur. 
AR  NK-nın  bu  qərarı  Azərbaycan  Respublikasında  idxal  əməliyyatlarının  gömrük-
tarif  mexanizmi  vasitəsi  ilə  tənzimlənməsi,  “Gömrük  tarifi  haqqında”  Azərbaycan 
Respublikası  Qanununun  müddəalarına  uyğun  olaraq  gömrük  tariflərinin  tətbiqi 
mexanizminin  daha  da  təkmilləşdirilməsi  yolu  ilə  xarici  iqtisadi  əlaqələrin 
səmərəliliyinin  artırılması,  sahibkarlıq  fəaliyyətinin  genişləndirilməsi  məqsədi  ilə 
qəbul  olunmuşdur. Malın dəyərini kombinə üsulu  ilə  hesabladıqda,  əvvəlcə  advalor, 
sonra isə spesifik qaydada hesablanır, 
hər ikisi müqayisə edilərək ən böyüyü götürülür. 
Gömrük rüsumları mövsümi və xüsusi olurlar. 

112 
 
Mövsümi  rüsumlar  malların  ixracını  və  idxalını  operaiv  tənzimləmək  üçün  bəzi 
mallara  tətbiq  olunan  rüsumlardır.  Mövsümi  rüsumlarda  gömrük  tarifində  nəzərdə 
tutulmuş gömrük rüsumları dərəcələri tətbiq olunur və bu rüsumların qüvvədə olduğu 
müddət il ərzində 6 aydan çox ola bilməz  
Xüsusi növ rüsumlar. Azərbaycan Respublikasının iqtsadi mənafeyini qorumaq üçün 
idxal edilən mallara müvəqqəti olaraq tətbiq edilir və aşağıdakı növlərə ayrılır: 
- xüsusi rüsumlar; 
- antidempinq rüsumları; 
- kompensasiya rüsumları. 
Bu  rüsumların  formalaşması  və  tətbiqi  qaydaları  “Gömrük  tarifi  haqqında” 
Azərbaycan  Respublikasının  Qanununda  nəzərdə  tutulmuş  hüquqi  normalarla 
tənzimlənir. 
Xüsusi rüsumlar aşağıdakı hallarda tətbiq olunur: 
-  əgər  ölkənin  gömrük  ərazisinə  gətirilən  mallar,  bu  qəbildən  olan  malların  yerli 
istehsalçılarına  ziyan  vuran  və  ya  ziyan  vura  biləcək  miqdarda  və  şərtlərdə 
gətirilmişdirsə, onda idxal mallarından müdafiə tədbiri kimi; 
-  digər  dövlətlərin  və  onların  ittifaqlarının  (siyasi,  iqtisadi,  hərbi  və  s.)  Azərbaycan 
dövlətinin mənafeyinə toxunan ayrı-seçkilik və digər hərəkətlərinə cavab tədbiri kimi. 
Antidempinq rüsumları 
Dempinq  (ingiliscə  “dumping”  hərfi  mənada  “dağıtma”  deməkdir)  -  xarici 
bazarlarda  əmtəələrin  dəyər  -  dəyməzinə,  yəni  istehsal  xərclərindən  aşağı  qiymətlə 
satılması deməkdir. Dempinqin fərqləndirici xüsusiyyətləri, ölkədaxili aşağı və yuxarı 
qiymətlər arasındakı kəskin fərq və satış bazarında rəqibləri sıradan 
çıxartmaq ekspansionist latınca “expansio” sözündən olub “yayılma”, “genişlənmə” 
deməkdir. İqtisadi metodlarla hökmranlıq dairəsinin genişlən-dirilməsinə xidmət edir. 
Antidempinq  (dempinqin  əksinə  olan)  rüsumları,  idxal  olunan  malların  qiyməti 
ölkənin gömrük ərazisinə gətirildiyi vaxtda ixrac olunduğu ölkədəki real dəyərindən 
aşağı olduqda və belə bir idxal bu qəbildən olan malların yerli istehsalçılarına ziyan 
vurduqda  və  ya  bu  hal  istisna  olunmadıqda,  eyni  zamanda  həmin  mallar  ölkə 
daxilində istehsalının təşkilinə və ya genişləndirilməsinə maneəçilik törətdikdə tətbiq 
olunur. Kompensasiya rüsumları (“Gömrük tarifi haqqında” Qanun, 9-cu maddə): 
Kompensasiya  latınca  “compensatio”  sözündən  olub,  hərfi  mənası  “ödəmə” 
deməkdir. 
Ölkənin gömrük ərazisinə gətirilən malların istehsalı və ya ixracı zamanı birbaşa və 
ya dolayı yolla subsidiyalardan (subsidiya latınca “subsidium” sözündən olub, hərfi 
mənası “yardım”, “kömək” deməkdir. 

113 
 
Subsidiya,  dövlətin  büdcə  vəsaiti  hesabına  yerli  hakimiyyət  orqanlarına,  hüquqi  və 
fiziki şəxslərə əsasən pul formasında göstərdiyi yardımdır) istifadə olunduqda və belə 
bir idxal bu qəbildən olan malların yerli istehsalçılarına ziyan vurduqda və yaxud bu 
hal  istisna  edilmədikdə,  habelə  ölkədə  bu  malların  istehsalının  təşkilinə  və 
genişləndirilməsinə maneçilik törədildikdə kompensasiya rüsumları tətbiq edilir. 
Xüsusi, antidempinq və kompensasiya rüsumları tətbiq edilməzdən əvvəl Azərbaycan 
Respublikasının  müvafiq  idarəetmə  orqanlarının  təşəbbüsü  ilə  qanunvericilik 
normalarına uyğun olaraq 10 gün müddətində təhqiqat aparılır. Bu zaman çıxarılacaq 
qərarlar kəmiyyətcə müəyyən edilmiş qərarlara əsaslanmalıdır. 
Hər bir xüsusi hal üçün tətbiq olunacaq rüsum dərəcələri Azərbaycan Respublikasının 
Nazirlər Kabineti tərəfindən müəyyən edilir və bu dərəcələr təhqiqatın müəyyən etdiyi 
qiymətlərin  dempinq  azaldılmasının,  subsidiyanın  və  aşkar  olunan  dəymiş  ziyanın 
məbləğinə mütənasib olmalıdır. 
Gömrük  güzəştləri.  Bütün  gömrük  güzəştləri  mövcud  qanunvericiliyə  uyğun  olaraq 
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur. 
Ölkənin  ticarət  siyasəti  həyata  keçirilərkən  qarşılıqlı  və  birtərəfli  qaydada,  gömrük 
sərhədindən  keçirilən  mallar  üzrə  əvvəl  ödənilmiş  rüsumun  qaytarılması,  rüsum 
ödənişlərindən  azadetmə,  rüsum  dərəcələrinin  aşağı  salınması,  malın  güzəştli 
gətirilməsi  və  ya  aparılması  üçün  tarif  kvotaları  şəklində  verilən  güzəştlər  tariff 
güzəştləri adlanır.  
“Gömrük tarifi haqqında” Qanuna  görə aşağıdakı hallarda güzəştlər verilə bilər. 
1)  Azərbaycan  Respublikasının  Gömrük  Məcəlləsi  ilə  müəyyən  olunmuş  gömrük 
rejimlərinə  uyğun  olaraq  gömrük  nəzarəti  altında  ölkə  ərazisinə  müvəqqəti  gətirilən 
və aparılan mallar; 
2)  Azərbaycan  Respublikasının  iştirakçısı  olduğu  hökumətlərarası  sazişlərə  müvafiq 
olaraq xaricdə investisiya əməkdaşlığı üzrə obyektlərin inşası üçün dəstlə göndərilən 
mallar; 
3) Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilən 
dövlət ehtiyacları üçün ölkənin gömrük ərazisindən çıxarılan mallar; 
4)  xarici  sərmayənin  iştirakı  ilə  yaradılan  müəssisələrin  və  xarici  müəssisələrin 
nizamnamə  fonduna  pay  şəklində  ölkənin  gömrük  ərazisinə  gətirilən,  həmçinin 
qanunvericiliyə uyğun olaraq Azərbaycan hökumətinin və ya onun səlahiyyətli dövlət 
orqanlarının məhsulların bölgüsü barədə bağladıqları sazişlərdə nəzərdə tutulmuş 
hallarda  və  Azərbaycan  Respublikasının  Milli  Məclisi  tərəfindən  müəyyən  edilmiş 
qaydada xarici sərmayələrin 

114 
 
öz xərcini ödəməsi dövründə həmin müəssisələrin özü tərəfindənistehsal edilərək ölkə 
ə
razisindən çıxarılan müxtəlif növ mallar. 
Ə
slində  tarif  tənzimlənməsi  özündə  bir  neçə  qarşılıqlı  əməliyyatları  əks  etdirən 
mürəkkəb bir prosesdir. 
Bunlardan bizim üçün daha maraqlı olanı malın mənşə ölkəsinin müəyyənləşdirilməsi 
və gömrük dəyərinin müəyyən edilməsidir.  
Malın mənşə ölkəsinin müəyyənləşdirilməsi gömrük əməliyyatlarının sadələşdirilməsi 
və  unifikasiyası  (“Unifikasiya”  latınca  “uni”  (“vahid”)  və  “facio”  -  “edirəm” 
sözlərindən  götürülüb,  mənası  “vahid  edirəm”  yəni  vahid  şəklə,  formaya,  və  ya 
sistemə salmaq deməkdir) barədə Kioto Konvensiyasında öz əksini tapmış beynəlxalq 
təcrübəyə əsaslanır.  
Malın  “mə
nşə  ölkəsi”  məfhumunu  malın  istehsal  edildiyi  ölkələr  qrupu,  gömrük 
ittifaqları, dövlətin bir hissəsi və yaxud konkret regionu başa düşülür. 
Malın  mənşəyinin  bəyan  edilən  ölkə  olduğunu  müəyyənləşdirmək  üçün,  gömrük 
orqanı malın mənşəyi haqqında sertifikat (“Sertifikat” fransızca “certifikat”, latınca 
“sertifiko”  sözündən  olub,  mənası  “təsdiq  edirəm”  deməkdir.  Xarici  ticarətdə 
səlahiyyətli  orqanların  verdiyi  və  əmtənin  keyfiyyətini  təsdiq  edən  sənədə 
sertifikat deyilir) tələb edir. 
 
 

115 
 
8. Gömrük ödənişləri 
 
Plan: 
1.
  Gömrük ödənişləri, növləri 
2.
  Gömrük rüsumları, növləri dərəcələri 
3.
  Gömrük vergiləri 
4.
  Gömrük yığımları 
 
Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsində,  “Gömrük  tarifi  haqqında”, 
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra 
hakimiyyəti  orqanlarının  normativ  hüquqi  aktlarında  nəzərdə  tutulmuş  hallarda 
gömrük orqanları tərəfindən aşağıdakı gömrük ödənişləri alınır: 
•  gömrük rüsumları;  
•  əlavə dəyər vergisi ; 
•  aksizlər;  
•  yol vergisi;  
•  gömrük yığımları;  
•  haqq;  
•  dövlət rüsumu.  
Azərbaycan Respublikasının iqtisadi maraqlarının qorunması məqsədi ilə ixrac 
və  idxal  edilən  mallara  “Gömrük  tarifi  haqqında”  Azərbaycan  Respublikasının 
Qanununda  və  müvafiq  icra  hakimiyyəti  orqanının  normativ  hüquqi  aktlarında 
nəzərdə  tutulmuş  qaydada  müvəqqəti  olaraq  xüsusi  rüsumlar  və  mövsümi  rüsumlar 
tətbiq oluna bilər.  
Fiziki  şəxslər  tərəfindən  gömrük  sərhədindən  kommersiya  məqsədləri  üçün 
nəzərdə  tutulmayan  mallar  keçirilərkən  gömrük  ödənişləri  müvafiq  icra  hakimiyyəti 
orqanının  müəyyən  etdiyi  sadələşdirilmiş  qaydada  alınır.  Bəyan  olunan  mallara 
gömrük  ödənişlərinin  tətbiqi  zamanı  onların  xarici  iqtisadi  fəaliyyətin  mal 
nomenklaturasına uyğun kodu əsas götürülür.  
 
Gömrük  rüsumlarının  dərəcələri  göstərilməklə,  bu  dərəcələrin  həm  malların 
adları, həm də kodları üzrə axtarışının həyata keçirilməsinə, qanunla nəzərdə tutulmuş 
digər gömrük ödənişlərinin məbləğlərinin öyrənilməsinə imkan verən, malları gömrük 
sərhədindən  keçirən  şəxslərin  istifadəsi  üçün  nəzərdə  tutulan  və  istifadəsi  sadə  olan 
elektron  avadanlıqlar  gömrük  sərhəd  buraxılış  məntəqələrində  hər  kəsin  yaxşı  görə 
biləcəyi yerlərdə yerləşdirilməlidir.  
Gömrük rüsumları  
 
Gömrük rüsumları bəyan edilən malların yerləşdirilməsi üçün seçilmiş gömrük 
prosedurunun tələbləri əsasında, normativ hüquqi aktlara uyğun olaraq tətbiq olunur. 
Konkret  mallar  üzrə  gömrük  rüsumlarının  dərəcələrini  müvafiq  icra  hakimiyyəti 
orqanı müəyyən edir. Gömrük rüsumlarının dərəcələri rəsmi nəşrlərdə dərc olunur və 
müvafiq  icra hakimiyyəti orqanlarının  rəsmi  internet  saytlarında  yerləşdirilir. Mallar 

116 
 
üzrə tarif  güzəştləri, gömrük rüsumlarından azad edilmə,  tarif preferensiyalarının və 
güzəştlərinin  verilməsi  halları  və  qaydaları  “Gömrük  tarifi  haqqında”  Azərbaycan 
Respublikasının  Qanununa  və  müvafiq  icra  hakimiyyəti  orqanının  normativ  hüquqi 
aktlarına uyğun olaraq tənzimlənir.  
Azərbaycan  Respublikasında  idxal  gömrük  rüsumları  və  bəzi  mallara  ixrac  gömrük 
rüsumları tətbiq edilir. 
 
İ
dxal  gömrük  rüsumlarının  dərəcələrini  müvafiq  icra  hakimiyyəti  orqanı 
müəyyən  edir.  İxrac  gömrük  rüsumlarının  dərəcələrini  və  onların  tətbiq  olunduğu 
malların siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Nəzərdə tutulmuş 
hallarda  mövsümi,  xüsusi,  antidempinq  və  ya  kompensasiya  rüsumları  tətbiq  edilə 
bilər. 
 
Gömrük  rüsumları  üzrə  gömrük  borcunun  məbləği  hesablanarkən  Azərbaycan 
Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü 
vahidi və gömrük dəyəri əsas götürülür. 
 
Gömrük  rüsumunun dərəcələri gömrük sərhədindən  malları keçirən hüquqi və 
fiziki  şəxslərdən,  sövdələşmə  növündən  və  digər  amillərdən  asılı  olaraq  dəyişdirilə 
bilməz. Gömrük rüsumu dövlət büdcəsinə mədaxil edilir. 
 
Gömrük rüsumu dərəcələrinin növləri 
 
Azərbaycan  Respublikasında  gömrük  rüsumu  dərəcələrinin  aşağıdakı  növləri 
tətbiq edilir: 
•  advalor — malların gömrük dəyərinə nisbətən faizlə hesablanan; 
•  spesifik — mal vahidinə görə müəyyən olunmuş məbləğlə hesablanan; 
•  kombinə  edilmiş  —  yuxarıda  göstərilən  hər  iki  növün  birləşdirilməsi  yolu  ilə 
hesablanan. 
 
Mövsümi rüsumlar 
 
Malların  ixracını  və  idxalını  operativ  tənzimləmək  məqsədi  ilə  bəzi  mallara 
dərəcələri  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilən  mövsümi 
rüsumlar  tətbiq  oluna  bilər.  Bu  halda  gömrük  tarifində  nəzərdə  tutulmuş  gömrük 
rüsumu  dərəcələri  tətbiq  edilmir.  Mövsümi  rüsumların  qüvvədə  olduğu  müddət  bir 
ildə 6 (altı) aydan çox ola bilməz. 
 
Xüsusi, antidempinq və kompensasiya rüsumları 
 
Azərbaycan  Respublikasının  iqtisadi  maraqlarını  qorumaq  məqsədi  ilə 
Azərbaycan  Respublikasının  gömrük  ərazisinə  (bundan  sonra  —  gömrük  ərazisi) 
idxal  edilən  mallara müvəqqəti  olaraq  gömrük  rüsumlarının  aşağıdakı növləri  tətbiq 
oluna bilər: 
•  xüsusi rüsumlar; 
•  antidempinq rüsumları; 
•  kompensasiya rüsumları. 
 
Xüsusi rüsumlar aşağıdakı hallarda tətbiq edilir: 
•  Mallar  gömrük  ərazisinə  eyni  malların  yerli  istehsalçılarına  ziyan  vuran  və  ya  ziyan 
vura biləcək kəmiyyətdə və şərtlərlə gətirildikdə, müdafiə tədbiri kimi; 

117 
 
•  Digər dövlətlərin və ya onların ittifaqlarının Azərbaycan Respublikasının maraqlarına 
toxunan ayrı-seçkilik və digər hərəkətlərinə cavab tədbiri kimi. 
 
Antidempinq  rüsumları  idxal  olunan  malların  qiyməti  gömrük  ərazisinə 
gətirildiyi anda ixrac olunduğu ölkədəki real dəyərindən xeyli aşağı olduqda və belə 
bir  idxal  eyni  malların  yerli  istehsalçılarına  ziyan  vurduqda  və  ya  ziyan  vurmaq 
təhlükəsi yaratdıqda, Azərbaycan Respublikasında onların istehsalının təşkilinə və ya 
genişləndirilməsinə maneə törətdikdə tətbiq edilir. 
 
Kompensasiya  rüsumları  gömrük  ərazisinə  gətirilən  malların  ixrac  ölkəsində 
istehsalı və ya həmin ölkədən ixracı zamanı birbaşa və dolayı subsidiyalardan istifadə 
olunduqda  və  belə  idxal  bu  cür  malların  yerli  istehsalçılarına  ziyan  vurduqda  və  ya 
ziyan  vurmaq  təhlükəsi  yaratdıqda,  bu  malların  istehsalının  təşkilinə  və 
genişləndirilməsinə maneə törətdikdə tətbiq edilir. 
 
Xüsusi,  antidempinq  və  ya  kompensasiya  rüsumlarının  formalaşdırılması  və 
tətbiqi qaydası müvafiq qanunla müəyyən olunur. 
 
Aşağıdakılar gömrük idxal rüsumuna cəlb olunmur: 
•  xarici investisiya qoyulmuş müəssisələrin əcnəbi işçilərinin yalnız öz ehtiyacları üçün 
Azərbaycan Respublikasına gətirdikləri əmlak (respublikaya qoyulmuş investisiyanın 
dəyəri və miqdarı, habelə iş görənin arayışı gömrük orqanlarına təqdim olunmaqla); 
•  Beynəlxalq  təşkilatların,  xarici  dövlətlərin  hökumətlərinin,  habelə  dövlətlərarası  və 
hökumətlərarası  sazişlərə  əsasən  xarici  hüquqi  və  fiziki  şəxslərin  ayırdıqları  əvəzsiz 
maliyyə və texniki yardımları, qrantlar
, kreditlər və borclar, həmçinin bu kreditlər və 
borclar  hesabına  həyata  keçirilən  layihələrdə  Azərbaycan  tərəfinin  payı 
hesabına 
idxal olunan mallar; 
•  təmənnasız  paylanılması  üçün  humanitar  yardım  kimi  fiziki  şəxslər  tərəfindən 
gətirilən mallar
•  fövqəladə  halların  qarşısının  alınması  və  bu  halların  nəticələrinin  aradan 
qaldırılması 
məqsədilə 
maddi-texniki 
təchizat 
sisteminin 
yaradılması, 
seysmikmüşahidə  məntəqələrinin  və  qəza-xilasetmə  dəstələrinin  yerləşdiriləcəyi 
bazaların  təşkili  və  onların  fəaliyyəti  üçün  Azərbaycan  Respublikasının  Fövqəladə 
Hallar  Üzrə  Dövlət  Komissiyasının  təsdiqedici  sənədi  əsasında  idxal  olunan  xüsusi 
texniki vasitələr, avadanlıqlar, cihazlar, alətlər, komplektləşdirici məmulatlar, ehtiyat 
hissələri, ləvazimatlar və materiallar; 
•  neft-qaz  ehtiyatlarının  kəşfiyyatı,  işlənməsi  və  hasilatın  pay  bölgüsü,  ixrac  boru 
kəmərləri  haqqında  və  bu  qəbildən  olan  digər  sazişlərə  uyğun  olaraq  Azərbaycan 
Respublikasına  verilməsi  nəzərdə  tutulan  əsas  fondların,  daşınar  əmlakın  və  digər 
aktivlərin  Azərbaycan  Respublikasının  Dövlət  Neft  Fonduna  və  ya  hasilatın  pay 
bölgüsü haqqında sazişlərdə Azərbaycan Respublikasını təmsil edən hüquqi şəxslərə 
hər hansı şəkildə təqdim edilməsi üzrə əməliyyatlar; 
•  Azərbaycan Respublikası vətəndaşlarının pasportları və şəxsiyyət vəsiqələri blankları, 
onların fərdiləşdirilməsi, «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış 
məlumat-axtarış  sisteminin  yaradılması  və  tətbiqi,  əl-barmaq  izlərinin,  güllə  və 

118 
 
gilizlər üzərindəki izlərin müəyyən edilməsi üçün gətirilən avadanlıqlar, məmulatlar, 
ləvazimatlar  və  materiallar,  polisə  telefon  zənglərinin  qəbulu  üzrə  xüsusi  «102» 
xidmətinə  —  Zəng  Mərkəzi  Sisteminə  (ZMS)  daxil  olan  avadanlıqlar,  məmulatlar, 
ləvazimatlar və materiallar, dəniz səviyyəsindən 1300 metrdən hündürlükdə yerləşən 
dağlıq  ərazilərdə  turizm  sahəsində  olan  investisiya  layihələrinin  həyata  keçirilməsi 
üçün, ehtiyaclarını yerli xammal və materiallar hesabına ödəmək mümkün olmadıqda, 
layihə çərçivəsində idxal edilən mallar; 
•  lizinq  müqaviləsinin  obyekti  olan  qanunvericiliklə  müəyyənləşdirilmiş  təsnifat  üzrə 
ə
sas  vəsaitə  aid,  idxal  gömrük  rüsumundan  azad  olunan  daşınar  əşyaların  xarici 
iqtisadi fəaliyyətin əmtəə nomenklaturu üzrə siyahısı təsdiq edilsin (əlavə olunur); 
•  ixrac  məqsədli neft-qaz fəaliyyəti  ilə əlaqədar avadanlıq  və  materiallar  (Azərbaycan 
Respublikasının  Dövlət  Neft  Şirkəti  tərəfindən  ixrac  məqsədli  neftqaz  fəaliyyəti  üzrə 
Azərbaycan  Respublikasına  idxal  olunan  avadanlıq  və  materialların  təsdiq  olunmuş 
siyahısı gömrük orqanlarına təqdim edildiyi təqdirdə); 
•  Azərbaycan  Respublikasının  Müdafiə  Sənayesi  Nazirliyi  və  onun  tabeliyində  olan 
müəssisələr  tərəfindən  müdafiə  təyinatlı  məmulatların  yaradılması  və  istehsalı 
məqsədilə idxal edilən texnologiyalar, avadanlıqlar və dəstləşdirici hissələr; 
•  Xüsusi iqtisadi zonaya idxal edilən mallar (aksizli mallar istisna olmaqla); 
•  milli  yığma  komandaların  hazırlığı  ilə  bağlı  qanunvericiliklə  müəyyən  edilmiş 
qaydada ölkəyə gətirilən idman avadanlığı, texnikası və malları; 
•  Azərbaycan Respublikasının Dövlət Taxıl Fonduna tədarük edilməsi məqsədi ilə idxal 
olunan taxıl və taxıl emalı məhsulları; 
•  «Azərbaycan  Milli  Elmlər  Akademiyasının  təsdiqedici  sənədi  əsasında  idxal  gömrük 
rüsumundan azad olunan elmi cihazların və avadanlıqların xarici iqtisadi fəaliyyətin 
mal nomenklaturası (XİF MN) üzrə Siyahısı» təsdiq edilsin (əlavə olunur); 
•  «Qeyri-neft sektorunda istehsalın təşviqi məqsədi ilə idxal gömrük rüsumundan azad 
olunan malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturu (XİF MN) üzrə Siyahısı» 
təsdiq edilsin (əlavə olunur); 
•  Azərbaycan  Respublikası  Daxili  İşlər  Nazirliyinin  Baş  Dövlət  Yol  Polisi  İdarəsi 
tərəfindən  alınan  qeydiyyat  şəhadətnamələri,  sürücülük  vəsiqələri,  qeydiyyat 
nişanları,  xidmətlə  bağlı  digər  blanklar  və  büdcə  vəsaiti  hesabına  idxal  olunan 
avadanlıqlar. 
 
dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların, hüquqi və fiziki şəxslərin 
xətti  ilə  təmənnasız  paylanılması  üçün  humanitar  yardım  kimi  gətirilən  malların 
gömrük rəsmiləşdirilməsində, həmin malları gətirən humanitar təşkilatlar Azərbaycan 
Respublikası ərazisində mövcud qaydada qeydiyyatdan keçməsi barədə sənədi, digər 
hüquqi  və  fiziki  şəxslər  isə  Beynəlxalq  Humanitar  Yardım  üzrə  Respublika 
Komissiyasının razılığını gömrük orqanlarına təqdim etməlidirlər. 
 
Каталог: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı


Поделитесь с Вашими друзьями:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə