Mühazirə materialları Fənnin predmeti barədə anlayış


Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və QAYDASI



Yüklə 2.47 Mb.
Pdf просмотр
səhifə8/22
tarix13.06.2017
ölçüsü2.47 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   22

Gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və QAYDASI  
Məhv edilən mallara görə gömrük rüsumları və vergilər alınmır, habelə ticarət siyasəti 
tədbirləri tətbiq olunmur.  
Malların  məhvi  və  yaranan  tullantıların  zərərsizləşdirilməsi  gömrük  nəzarəti  altında 
həyata keçirilir.  
Malların  məhv  edilməsi  həmin  malların  tamamilə  məhv  edilməsi  ilə  nəticələnən, 
onların sonrakı bərpasını və onlardan ilkin şəkildə istifadənin mümkünlüyünü istisna 
edən termik, kimyəvi, mexaniki və ya başqa təsir üsulları ilə həyata keçirilir.  
Malların məhv edilməsi üsulları aşağıdakı tələblərə cavab verməlidir:  
•  malların istehlak xassələrinin bərpası imkanını istisna etməlidir;  
•  əhalinin  sağlamlığının  qorunması  və  ətraf  mühitin  mühafizəsi  haqqında 
qanunvericiliyə riayət edilməsini təmin etməli və malların məhv edilməsi nəticəsində 
təhlükəli maddələrin və tullantıların (qalıqların) əmələ gəlməsinə səbəb olmamalıdır.  
Malların  məhv  edilməsi  Azərbaycan  Respublikasının  ətraf  mühitin  mühafizəsi 
haqqında qanunvericiliyinin tələblərinə əməl edilməklə həyata keçirilməlidir.  
Malların  məhv edilməsinin ətraf  mühitə  ziyan vura biləcəyinə əsaslar  olduqda,  ətraf 
mühitin  mühafizəsi  haqqında  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun 

90 
 
olaraq,  Azərbaycan  Respublikası  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin  rəyi 
alınmalıdır.  
Malların  məhvinin  təhlükəli  və  ya  radioaktiv  tullantıların  (qalıqların)  atılması, 
axıdılması və anbarlaşdırılması ilə bağlı olmasına ehtimal olduqda, belə məhvetməyə 
qanunvericilikdə  nəzərdə  tutulduğu  hallarda  Azərbaycan  Respublikasının  Fövqəladə 
Hallar  Nazirliyindən,  Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər 
Nazirliyindən,  Azərbaycan  Respublikasının  Kənd  Təsərrüfatı  Nazirliyindən  və 
Azərbaycan  Respublikasının  Səhiyyə  Nazirliyindən  müvafiq  icazələr  alınmaqla  və 
onların iştirakı ilə yol verilir.  
Malların  məhv  edilməsində  ekoloji  və  səhiyyə  tələbləri  üzrə  səlahiyyətli  orqanlar 
Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  və  Azərbaycan 
Respublikasının Səhiyyə Nazirliyidir.  
Malların məhv edilmə halları  
Gömrük orqanlarına təqdim edilmiş mallar aşağıdakı hallarda məhv edilir:  
•  şəxsin müraciəti əsasında;  
•  qanunla müəyyən edilmiş hallarda gömrük orqanının təşəbbüsü ilə.  
Şə
xsin  müraciəti  əsasında  malların  məhv  edilməsinə  icazənin  verilməsi,  gömrük 
rəsmiləşdirilməsinin həyata keçirilməsi və malların məhv edilməsi nəticəsində əmələ 
gəlmiş bütün tullantılarla (qalıqlarla) bağlı məsələlər bu Qaydanın 3-cü - 5-ci hissələri 
ilə tənzimlənir.  
mallar gömrük orqanlarının müraciəti əsasında məhkəmənin qərarı ilə məhv edilir.  
Şə
xsin müraciəti əsasında malların məhv edilməsinə icazə verilməsi  
Şə
xsin müraciəti əsasında, bu Qayda ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla, 
aşağıdakı mallar məhv edilir:  
•  Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərək gətirilən mallar;  
•  Azərbaycan  Respublikasının  gömrük  ərazisinə  gətirilmiş  və  gömrük  anbarı,  ixrac  və 
təkrar  ixrac  gömrük  prosedurları,  tranzit,  son  istifadə,  daxildə  emal,  xaricdə  emal, 
müvəqqəti  idxal  və  sərbəst  zona  xüsusi  gömrük  prosedurları  altında  yerləşdirilmiş 
mallar.  
Şə
xsin müraciəti əsasında aşağıdakı malların məhv edilməsinə yol verilmir:  
•  Azərbaycan Respublikasına gətirilməsi qadağan olunmuş malların;  
•  Azərbaycan Respublikasının və xarici ölkə xalqlarının mədəni, tarixi, arxeoloji sərvəti 
olan əşyaların;  
•  xüsusi  təhlükəli  heyvan  xəstəlikləri  və  bitki  karantini  obyektlərinin  yayılması 
hallarının  qarşısını  almaq  məqsədi  ilə  aparılan  tədbirlər  istisna  olmaqla,  “Kökünün 
kəsilməsi  təhlükəsi  olan  vəhşi  fauna  və  yabanı  flora  növlərinin  beynəlxalq  ticarəti 
haqqında” Konvensiyaya (CİTES) əsasən nadir və nəsli kəsilmək təhlükəsi qarşısında 
olan heyvan və bitki növlərinin, onların hissələrinin və törəmələrinin.  
Gömrük  orqanları  tərəfindən  malların  məhv  edilməsinə  aşağıdakı  hallarda  icazə 
verilmir:  
•  malların məhv edilməsi ətraf mühitə və insan sağlamlığına zərər vura bilərsə;  

91 
 
•  malların məhv edilməsi dövlət üçün xərclərə səbəb ola bilərsə;  
•  gömrük orqanının malların məhv edilməsi prosesinə nəzarət etmək imkanı olmazsa.  
Malların məhv edilməsinə məhvetmə nəticəsində onlar ilkin istehlak xassələrini və ya 
kommersiya dəyərini tamamilə itirdikdə yol verilir.  
Malların  məhv  edilməsinə  icazə  verilməsinə  dair  qərar  gömrük  orqanının  rəhbəri 
tərəfindən qəbul edilir.  
Şə
xsin  müraciəti  olduqda,  qüsurlu  malların  gömrük  ərazisindən  aparılması  əvəzinə 
onların məhv edilməsinə gömrük orqanları tərəfindən icazə verilir.  
Şə
xsin  müraciəti  əsasında  malların  məhv  edilməsi  zamanı  gömrük 
rəsmiləşdirilməsinin həyata keçirilməsi  
Şə
xsin  müraciəti  əsasında  malların  məhv  edilməsi  əməliyyatı  zamanı  gömrük 
rəsmiləşdirilməsi aşağıdakı gömrük orqanları tərəfindən həyata keçirilir:  
•  Azərbaycan  Respublikasının  gömrük  ərazisinə  gətirilmiş  (tranzit  xüsusi  gömrük 
prosedurundan  başqa)  malların  məhvi  seçilmiş  gömrük  prosedurunun  gömrük 
rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanı tərəfindən;  
•  Azərbaycan  Respublikasının  gömrük  ərazisinə  gətirilən  və  ya  tranzit  gömrük 
proseduru  altında  yerləşdirilən  və  gömrük  nəzarəti  altında  çatdırılma  qaydalarına 
uyğun çatdırılan malların yerləşdiyi ərazi fəaliyyət zonasına daxil olan gömrük orqanı 
tərəfindən.  
Malların məhv edilməsi malları gömrük orqanına təqdim edən və məhvetmə ilə bağlı 
müraciət  edən  şəxsin  ərizəsi  təqdim  edilməklə  və  tələblərinə  uyğun  olaraq  həyata 
keçirilir.  
Ə
rizə ilə birlikdə gömrük orqanına aşağıda göstərilən sənədlər təqdim edilməlidir:  
•  mallar  məhv  edilənədək  yerləşdirildiyi  gömrük  proseduruna  dair  gömrük 
bəyannaməsi;  
•  invoys - idxal olunan malların əmtəə dəyərini müəyyən edən sənəd;  
•  yol-nəqliyyat sənədləri;  
•  malın mənşəyini təsdiq edən sənəd;  
•  malın fitosanitar sertifikatı (bitki və bitkiçilik məhsulları üçün);  
•  malın uyğunluq sertifikatı;  
•  malın baytarlıq sertifikatı (dövlət baytarlıq nəzarətində olan yüklər üçün);  
•  malın gigiyenik sertifikatı (yeyinti məhsulları üçün);  
•  Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı 
ilə  təsdiq  edilmiş  “Azərbaycan  Respublikasında  idxal-ixrac  əməliyyatlarının 
tənzimlənməsi  Qaydaları”nda  nəzərdə  tutulan  hallarda  Azərbaycan  Respublikası 
Nazirlər Kabinetinin sərəncamı və müvafiq dövlət orqanının rəyi.  
Gömrük  nəzarəti  altında  malların  məhv  edilməsinə  dair  ərizə  və  sənədlər  qəbul 
edildikdən  sonra  gömrük  orqanının  vəzifəli  şəxsi  tərəfindən  sənədlərdə  göstərilən 
məlumatların  həqiqiliyi  yoxlanılır.  Sənədlər  yoxlanıldıqdan  sonra  təqdim  edilən 
mallara  gömrük  orqanı  tərəfindən  baxış  keçirilir.  Baxış  zamanı  malın  adı,  xarici 

92 
 
iqtisadi  fəaliyyətin  mal  nomenklaturası  (bundan  sonra  -  XİFMN)  üzrə  kodu,  çəkisi, 
miqdarı və təsviri müəyyən edilir.  
Malların  məhv  edilməsi  gömrük  orqanına  müraciət  edən  şəxsin  və  ya  onun 
nümayəndəsinin,  o  cümlədən  göstərilən  icazəni  verən  dövlət  orqanının 
nümayəndəsinin iştirakı ilə gömrük nəzarəti altında həyata keçirilir.  
Malların  məhv  edilməsinə  dair  akt  malların  məhv  edilməsi  üçün  gömrük  orqanına 
müraciət  edən  şəxs  və  ya  onun  nümayəndəsi,  həmçinin  gömrük  orqanının  və  digər 
dövlət  orqanlarının  nümayəndələri  tərəfindən  imzalanır.  Həmin  şəxslərə  aktın  surəti 
verilir.  
Gömrük  orqanı  malın  məhv  edilməsinə  dair  icazə  verməkdən  imtina  etdiyi  halda, 
imtinanın səbəbini göstərməklə şəxsə yazılı məlumat verir.  
Şə
xsin  müraciəti  əsasında  malların  gömrük  nəzarəti  altında  məhvinin  yerinə 
yetirilməsinə görə Gömrük Məcəlləsinin 232.1.3-cü maddəsinə uyğun olaraq gömrük 
yığımları alınır.  
Şə
xsin  müraciəti  əsasında  malların  məhvi  və  yaranan  tullantıların  (qalıqların) 
zərərsizləşdirilməsi onların sahibinin vəsaiti hesabına həyata keçirilir.  
Dövlətin xeyrinə imtina edilməsinə icazə verilməyən malların siyahısı  
1.  "Mülki  dövriyyədə  olmasına  yol  verilməyən  (mülki  dövriyyədən  çıxarılmış) 
əş
yaların siyahısı haqqında" Azərbaycan Respublikasının 2003-cü il 23 dekabr tarixli 
564-IIQ nömrəli qanunu ilə müəyyən edilmiş mallar.  
2.  Raket-kosmik  komplekslər  və  onların  istehsalına  və  istismarına  aid  normativ-
texniki sənədlər.  
3. Radioaktiv materialların və partlayıcı maddələrin tullantıları.  
4. Sənaye tullantıları.  
5. Raket yanacağının bütün növləri, həmçinin onların istehsalı üçün lazım olan xüsusi 
materiallar və xüsusi qurğular.  
6. Qüsurlu mallar.  
Mallardan dövlətin xeyrinə imtina edilməsi qaydası  
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 26 nömrəli 
qərarı ilə təsdiq edilmişdir.  
Xarici  mallardan  və  son  istifadə  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilmiş 
mallardan prosedur sahibi, yaxud malın sahibi tərəfindən dövlətin xeyrinə imtina edilə 
bilər.  
Dövlətin xeyrinə imtina edilmiş mallara görə gömrük rüsumları və vergilər tutulmur, 
habelə ticarət siyasəti tədbirləri tətbiq edilmir.  
Mallardan  dövlətin  xeyrinə  imtina  edilməsi  bu  Qaydaya  uyğun  olaraq  gömrük 
orqanının icazəsi ilə həyata keçirilir.  
Mallardan  dövlətin  xeyrinə  imtina  edilməsi  dövlət  tərəfindən  hər  hansı  bir  xərcin 
çəkilməsinə səbəb olmamalıdır.  
Mallardan dövlətin xeyrinə imtina edilməsi şərtləri  

93 
 
İ
xrac gömrük proseduru, son istifadə, daxili tranzit və ya xaricdə emal xüsusi gömrük 
prosedurları üçün bəyan edilən daxili mallar və nəqliyyat vasitələri müvafiq gömrük 
bəyannaməsi gömrük orqanı tərəfindən təsdiq olunduğu vaxtdan başlayaraq, dövlətin 
xeyrinə imtina olunanadək gömrük nəzarəti altında olurlar.  
Aşağıdakı mallardan dövlətin xeyrinə imtina edilə bilməz: 
•  Azərbaycan Respublikasının ərazisinə gətirilməsi qadağan edilmiş mallardan;  
•  göstərilən mallardan;  
•  dövlətin  xeyrinə  imtina  edilməsi  dövlət  üçün  hər  hansı  bir  xərcə  səbəb  ola  bilən 
mallardan;  
•  malların  dəyəri  gömrük  orqanının  onların  satılması  ilə  bağlı  xərclərini  ödəyə 
bilməyən mallardan;  
•  yararlılıq müddəti keçmiş və ya texniki normaların və standartların tələblərinə cavab 
verməyən mallardan.  
Mallardan dövlətin xeyrinə imtina edilməsi üçün icazə verilməsinə dair qərar gömrük 
orqanının rəhbəri (onu əvəz edən şəxs) tərəfindən qəbul edilir.  
Gömrük orqanları daşıyıcıya, anbar sahibinə və ya başqa şəxslərə malların daşınması, 
saxlanılması, yüklənməsi və digər əməliyyatların aparılması ilə bağlı xərcləri ödəmir.  
Qanunvericiliklə  müəyyən  edilmiş  hallarda  gömrük  ərazisinə  gətirilməsinə  və  bu 
ə
razidən  aparılmasına  məhdudiyyət  qoyulmuş  mallardan  dövlətin  xeyrinə  imtina 
edilməsi müvafiq icazə sənədlərinin təqdim edilməsi şərtilə həyata keçirilir.  
Mallardan  dövlətin  xeyrinə  imtina  edilməsi  zamanı  gömrük  rəsmiləşdirilməsinin 
aparılması  
Dövlətin  xeyrinə  imtina  edilən  malların  gömrük  rəsmiləşdirilməsi  həmin  malların 
yerləşdiyi ərazi gömrük orqanında gömrük nəzarəti zonasında həyata keçirilir.  
Mallardan  dövlət  xeyrinə imtina  edilərkən  sənədlər  gömrük  orqanına  elektron və ya 
kağız üzərində yazılı formada verilə bilər.  
Mallardan  dövlətin  xeyrinə  imtina  edən  şəxs  malları  öz  vəsaiti  hesabına  gömrük 
orqanının təyin etdiyi yerə gətirməlidir.  
Şə
xsin dövlətin xeyrinə imtina etdiyi mallar dövlət mülkiyyətinə keçirilmiş mallardır 
və  onlar  barədə  sərəncam  verilməsi  Gömrük  Məcəlləsinin  57-ci  fəslinə  uyğun 
qaydada həyata keçirilir.  
Bu mallardan dövlətin xeyrinə imtina edildikdə, həmin mallar üzrə yaranmış gömrük 
borcu ləğv edilir. 

94 
 
6. Gömrük rəsmiləşdirilməsi   
Plan: 
1.
  Gömrük rəsmiləşdirilməsinin əsas prinsipləri. 
2.
  Gömrük rəsmiləşdirilməsi mərhələləri.  
3.
  “Bir  pəncərə-AİS”  sistemi  vasitəsilə  həyata  keçirilən  gömrük  nəzarəti  və  gömrük 
rəsmiləşdirilməsi.  
4.
  YGB-nin  doldurulması  qaydaları.  Bəyanetmə  və  gömrük  bəyannaməsi.  BYD 
daşınmaları şərtləri  
5.
  Malların  daşıyıcısı,  malları  göndərən  və  alan,  gömrük  daşıyıcısı  və  gömrük 
orqanları arasında qarşılıqlı münasıbətlər. Səlahiyyətli iqtisadi operator  
 
Gömrük  rəsmiləşdirilməsi  —  bu  Məcəllənin  tələblərinə  uyğun  olaraq  malların  və 
nəqliyyat  vasitələrinin  müvafiq  gömrük  proseduru  altında  yerləşdirilməsi  və  bu 
prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlər; 
Gömrük rəsmiləşdirilməsinin aparılması qaydası  
Gömrük  rəsmiləşdirilməsinin  sadələşdirilməsi  və  sürətləndirilməsi  məqsədi  ilə 
bağlanılan  beynəlxalq  müqavilələrə  uyğun  olaraq,  bir  sıra  dövlətlərdə  gömrük 
rəsmiləşdirilməsi  üçün  nəzərdə  tutulan  gömrük  sənədlərindən  istifadə  edilə  bilər. 
Məcəlləyə  əsasən  ayrı-ayrı  gömrük  əməliyyatı  və  ya  gömrük  proseduru  ilə  bağlı 
gömrük  orqanının  icazəsi  tələb  olunursa,  həmin  icazə  onun  alınması  üçün  müəyyən 
edilmiş şərtlərin yerinə yetirilməsindən dərhal sonra verilməlidir.  
Məcəlləyə  əsasən  ayrı-ayrı  gömrük  əməliyyatı  və  ya  gömrük  proseduru  ilə  bağlı 
gömrük  orqanının  icazəsinin  verilməsi  qaydalarını  müvafiq  icra  hakimiyyəti  orqanı 
müəyyən edir.  
Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin xüsusiyyətləri  
Gömrük  rəsmiləşdirilməsinin  həyata  keçirilməsinin  xüsusiyyətləri  aşağıdakılardan 
asılı olaraq fərqləndirilir:  
1. gömrük sərhədindən keçirilən malların kateqoriyasına görə;  
2.  gömrük  sərhədindən  keçirilmə  üçün  istifadə  olunan  nəqliyyat  vasitəsinin  növünə 
görə;  
3. malları keçirən şəxsə görə.  
Malların  mənşəyindən,  göndərilmə  və  təyinat  ölkəsindən  asılı  olmayaraq,  gömrük 
rəsmiləşdirilməsi eyni qaydada həyata keçirilir.  
Gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması  
Gömrük  rəsmiləşdirilməsi  bəyannaməçinin  gömrük  orqanına  konkret  malların  və 
nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq 
sənədləri  təqdim  etdiyi,  yaxud  bu  Məcəllədə  nəzərdə  tutulmuş  hallarda  gömrük 
rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına 
bildirdiyi vaxtdan başlanır.  

95 
 
Malların  müvafiq  gömrük  proseduru  altında  yerləşdirilməsinə  dair  tələblərə  uyğun 
olaraq  zəruri  gömrük  əməliyyatları  yerinə  yetirildikdən  və  bu  Məcəllədə  nəzərdə 
tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır.  
Gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan, nəqliyyat vasitələrindən istifadə 
edilməsi və onlar barəsində sərəncam verilməsi  
Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar 
istisna  olmaqla,  gömrük  rəsmiləşdirilməsi  başa  çatmamış  mallardan  və  nəqliyyat 
vasitələrindən istifadə edilə, habelə onlar barəsində sərəncam verilə bilməz.  
Müvafiq icra hakimiyyəti orqanı gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan 
və nəqliyyat vasitələrindən istifadə edilməsi və onlar barəsində sərəncam verilməsinə 
dair şərtlər və məhdudiyyətlər müəyyən edir. 
Gömrük  rəsmiləşdirilməsi  malları  ixrac  və  ya  idxal  edənin,  yaxud  onların  struktur 
bölmələrinin  yerləşdiyi  ərazi  üzrə  gömrük  orqanlarının  fəaliyyət  zonasında,  bu 
məqsədlər  üçün  ayrılmış  yerlərdə  aparılır.    Gömrük  orqanları  tərəfindən  gömrük 
rəsmiləşdirilməsinin  aparıldığı  iş  vaxtını  müvafiq  icra  hakimiyyəti  orqanı  müəyyən 
edir.  Gömrük  orqanlarının  icazəsi  ilə  gömrük  rəsmiləşdirilməsi  başqa  yerlərdə  və  iş 
vaxtından kənar saatlarda aparıla bilər. Müvafiq icra hakimiyyəti orqanı malların və 
nəqliyyat  vasitələrinin  ayrı-ayrı  kateqoriyalarının  gömrük  rəsmiləşdirilməsinin 
aparılmasını  müəyyən  gömrük  orqanlarına  həvalə  edə  bilər.  Gömrük 
rəsmiləşdirilməsinin operativliyini və şəffaflığını artırmaq məqsədi ilə müraciət edən 
şə
xslərin  qəbul  edilməsi  ardıcıllığının  müəyyən  olunması  üçün  elektron  idarəetmə 
sistemi («elektron növbə») tətbiq edilir.  
Mallar  və  nəqliyyat  vasitələri  barəsində  səlahiyyəti  olan  şəxslər  və  ya  onların 
nümayəndələri  öz  təşəbbüsləri  ilə  gömrük  rəsmiləşdirilməsində  iştirak  edə  bilərlər. 
Gömrük  orqanları  tələb  etdikdə,  göstərilən  şəxslər  və  ya  onların  nümayəndələri 
gömrük  rəsmiləşdirilməsində  iştirak  etməli  və  bu  işdə  gömrük  orqanlarının  vəzifəli 
şə
xslərinə yardım göstərməlidirlər.  
Gömrük sərhədindən malları keçirən şəxs, daşıyıcı, anbar sahibi, mallar və nəqliyyat 
vasitələri  barəsində  səlahiyyəti  olan  digər  şəxslər  və  ya  onların  nümayəndələri 
gömrük  orqanının  tələbi  ilə  gömrük  rəsmiləşdirilməsi  nəzərdə  tutulan  malların  və 
nəqliyyat  vasitələrinin  daşınmasını,  çəkilməsini  və  ya  kəmiyyət  ölçüsünün  başqa 
qaydada  müəyyən  edilməsini,  yüklənməsini,  boşaldılmasını,  qablaşdırılmasını  və  ya 
yenidən  qablaşdırılmasını,  həmçinin  bu  cür  malların  və  nəqliyyat  vasitələrinin 
saxlandığı yerlərin açılmasını təmin etməlidir.  
Daşıyıcının  və  onun  nəqliyyat  vasitələrinin  bu  Məcəllənin  tələblərinə  cavab 
verməməsi  barədə  gömrük  orqanlarının  kifayət  qədər  əsasları  olduqda,  malların 
daşınması,  həmin  nəqliyyat  vasitəsi  gömrük  daşıyıcısı  tərəfindən  lazımi  vəziyyətə 
gətirildikdən  sonra,  gömrük  müşayiəti  altında  (malların,  nəqliyyat  vasitələrinin  və 
onlara  aid  sənədlərin  gömrük  orqanının  vəzifəli  şəxsi  tərəfindən  müşayiət  edilməsi) 
davam etdirilir.  

96 
 
Malların  və  nəqliyyat  vasitələrinin  gömrük  rəsmiləşdirilməsi  üçün  bu  maddədə 
nəzərdə  tutulmuş  zəruri  əməliyyatlar  gömrük  orqanlarının  əlavə  xərclərinə  səbəb 
olmamalıdır.  
Gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının dövlət dilində aparılır.  
Təbii  fəlakətlər  və  digər  fövqəladə  hallar  zamanı  zəruri  olan  malların  və  nəqliyyat 
vasitələrinin,  canlı  heyvanların,  tez  xarab  olan  malların,  radioaktiv  maddələrin, 
kütləvi  informasiya  məqsədləri  üçün  materialların,  Azərbaycan  Respublikasının 
qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası 
Mərkəzi Bankının ünvanlarına göndərilən və bu qəbildən olan başqa malların gömrük 
rəsmiləşdirilməsi güzəştli və sadələşdirilmiş qaydada həyata keçirilir.   
«Azərbaycan  Respublikası  dövlət  sərhədinin  buraxılış  məntəqələrindən  keçirilən 
malların  və  nəqliyyat  vasitələrinin  yoxlanılmasında  «bir pəncərə»  prinsipinin tətbiqi 
haqqında»  Azərbaycan  Respublikası  Prezidentinin  11  noyabr  2008-ci  il  tarixli,  12 
nömrəli  Fərmanına  əsasən  Azərbaycan  Respublikası  Dövlət  Gömrük  Komitəsinin 
sədrinin  22  dekabr  2009-cu  il  tarixli  136  saylı  əmri  ilə Azərbaycan  Respublikasına 
gətirilən  mallar  üzərində  dövlət  sərhədinin  buraxılış  məntəqələrindəki  nəzarət 
orqanlarında  müvafiq  nəzarətin  həyata  keçirilməsi  məqsədi  ilə  qanunvericilikdə 
müəyyən  olunmuş  qaydada  sənədlər  gömrük  orqanına  təqdim  olunur.  Bununla 
ə
laqədar,  «Dövlət  sərhədinin  buraxılış  məntəqələrində  «bir  pəncərə»  prinsipinin 
tətbiqi ilə bağlı mal və nəqliyyat vasitələri üzərində gömrük, baytarlıq, fitosanitar və 
sanitariya-karantin  nəzarətinin  həyata  keçirilməsinin  və  beynəlxalq  avtomobil 
daşımalarını  yerinə  yetirən  nəqliyyat  vasitələrinə  «icazə»  blanklarının  verilməsinin 
ardıcıllığını müəyyən edən müvəqqəti Texnoloji sxem» təsdiq edilmişdir.  
Texnoloji  sxemdə dövlət  sərhədinin  buraxılış  məntəqələrində  qanunvericilikdə 
müəyyən  olunmuş  qaydada  gömrük,  baytarlıq,  fitosanitar  və  sanitariya 
karantin   nəzarəti   və   beynəlxalq  avtomobil daşımalarını   yerinə   yetirən nəqliyyat 
vasitələrinə  «İcazə»  blanklarının  verilməsi  işlərinin  bu  məsələlər  üzrə  məsul  olan 
gömrük əməkdaşları tərəfindən həyata keçirilməsi göstərilmişdir. 
Azərbaycan Respublikası ərazisinə daxil olan Dəmir yolu, Avtomobil, Hava və 
Dəniz  nəqliyyatı vasitələrində  daşınan  mallara  tətbiq  olunan  nəzarət  növlərinin 
ardıcıllığının xüsusiyyətləri aşağıdakı kimi müəyyən edilmişdir: 
-        Daşınmaya  dair  sənədlərdə  baytarlıq,  fitosanitar  və  sanitariya-karantin 
nəzarətinə aid edilən mallar olduqda gömrük nəzarətinin keçirilməsi üzrə məsul olan 
gömrük  əməkdaşı  aidiyyəti  nəzarətin  qanunvericilikdə  müəyyən  olunmuş  qaydada 
həyata  keçirilməsinin  təmin  edilməsi  məqsədi  ilə  bu  sahəyə  məsul  olan  gömrük 
ə
məkdaşlarını  dəvət  edir.  Gömrük,  baytarlıq,  fitosanitar  və  sanitariya-karantin 
nəzarəti üzrə məsul olan gömrük əməkdaşları tərəfindən müəyyən olunmuş qaydada 
nəzarət tədbirlərinin həyata keçirilməsi zamanı müvafiq sertifikatların və digər icazə 
sənədlərinin  mövcudluğu  yoxlanılır  və  bu  sahələri  tənzimləyən  qanunvericilik 
aktlarından  irəli  gələn  sərhəd  nəzarəti  üzrə  yoxlama  və  prosedurlar  həyata  keçirilir. 

97 
 
Müəyyən  olunan  qaydalara  uyğun  dezinfeksiya  tədbirləri  aparılır  (boş  nəqliyyat 
vasitələri daxil olmaqla). 
-        Nəzarət növləri üzrə məsul olan gömrük əməkdaşları tərəfindən gətirilən 
mallara dair qanunvericilikdə müəyyən olunmuş nəzarət tədbirlərini həyata keçirirlər. 
-        Daşınmaya  dair  sənədlər  qeydiyyatın  aparılması,  elektron  qaydada 
işlənməsi və nəzərdə tutulduğu halda ödənişlərin tutulması məqsədi ilə «bir pəncərə» 
prinsipinə uyğun olaraq gömrük rəsmiləşdirilməsi mərkəzinə təqdim edilir. 
-        Qeydiyyat  işlərinin  həyata  keçirilməsi  zamanı  müvafiq  sənədlərin,  o 
cümlədən nəzarət növləri üzrə yoxlanışı əks etdirən qeydlərin mövcudluğu yoxlanılır, 
«icazə» blanklarının verilməsi, dövlət rüsumlarının tutulması həyata keçirilir. 
-        Malların  digər  gömrük  idarələrində  rəsmiləşdirilməsi  halları  nəzərdə 
tutulduqda  digər  nəzarət  növlərinin  tamamlanması  məqsədi  ilə  təyinat  gömrük 
idarəsinə ünvanlanması üzrə qeydiyyat (elektron qeydiyyat daxil olmaqla) aparılır. 
           -    Tranzit keçirilən mallar üzərində yuxarıda qeyd olunan gömrük, baytarlıq, 
fitosanitar və sanitariya-karantin nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada 
yoxlama  və  prosedurlar  keçirildikdən  sonra  aidiyyəti  qeydiyyat  aparılaraq  təyinatı 
üzrə buraxılır və ya sərhəddə yerləşən çıxış gömrük orqanına ünvanlanır. 
 
Bəyanetmə 
Gömrük  qanunvericiliyində  bəyanetmə  dedikdə,  gömrük  rəsmiləşdirilməsi  icraatı və 
gömrük  nəzarətinin  həyata  keçirilməsi  məqsədləri  ilə  mal  və  nəqliyyat  vasitələri 
barədə  səhih  məlumatlarınmüəyyən  edilmiş  (şifahi,  yazılı,  digər)  formada  gömrük 
orqanlarına elan edilməsi başa düşülür. 
Bir qayda olaraq bəyanetmə aşağıdakı əsas hallarda tələb olunur: 
1)  mal  və  nəqliyyat  vasitələri  -  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən 
keçirildikdə; 
2)  malların  yerləşdirildiyi  gömrük  rejimi  bu  və  ya  digər  səbəbdən  Gömrük 
Məcəlləsinə müvafiq olaraq dəyişdirildikdə; 
3)  Azərbaycan  Respublikası  Qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  digər  hallarda 
(məsələn, rüsumsuz ticarət mağazası, yaxud sərbəst anbar rejimi altında yerləşdirilmiş 
mallar, verilmiş icazə geri alındıqda, yaxud ləğv edildikdə yenidən bəyan edilməlidir. 
Mal və nəqliyyat vasitələrinin bəyan edilməsinin nəticələri gömrük orqanının vəzifəli 
şə
xsləri tərəfindən aşağıdakı məqsədlər üçün istifadə edilə bilər: 
-  hüquq-mühafizə  (qaçaqmalçılıq  və  gömrük  qaydalarının  pozulmasına  qarşı 
mübarizə); 
- vergi; 
- xarici iqtisadi fəaliyyətin inzibati tənzimlənməsi (kvotalaşdırma, lisenziyalaşdırma); 
-  gömrük  sərhəddində  digər  dövlət  nəzarəti  növlərinin  təşkili  (baytarlıq,  fitosanitar, 
ekoloji və s.); 
- xarici ticarət statistikasının aparılması və s. 

98 
 
Bəyanetmə  gömrük-tarif  tənzimləməsi  mexanizmi  üçün  birinci  dərəcəli  əhəmiyyət 
kəsb edir. İlkin gömrük - tarif münasibətlərində (mal və nəqliyyat vasitələri bilavasitə 
gömrük sərhəddindən keçirilərkən) vergilərin və gömrük rüsumlarının ödənilməsi ilə 
bağlı  öhdəliklər  gömrük  orqanının  vəzifəli  şəxsi  tərəfindən  gömrük  bəyannaməsinin 
qəbul edilməsi ilə bağlıdır. 
Gömrük  bəyanetməsi  prinsipini  açıqlarkən  qeyd  etmək  lazımdır  ki,  gömrük 
qanunvericiliyi  gömrük  rüsum  və  vergilərinin  ödənilməsi  öhdəliyini  gömrük 
rəsmiləşdirilməsi və gömrük nəzarətindən keçirilən mal və nəqliyyat vasitələri barədə 
məlumatı özündə cəmləşdirən hər hansı sənədin deyil, yalnız xarici ticarət göndərişi 
barədə  son  məlumatları  özündə  əks  etdirən  gömrük  bəyannaməsinin  təqdim 
edilməsidir.  Çünki  declarant  bəyannamədə  göstərilən  məlumatların  dəqiqliyinə  görə 
mövcud qanunvericiliklə məsuliyyət daşıyır. 
Gömrük  bəyanetmə  prinsipi  o  deməkdir  ki,  ödənilməsi  lazım  olan  gömrük 
ödənişlərinin  hesablanması  üçün  lazım  olan  məlumatları  və  malları  gömrük 
sərhədindən keçirən şəxsin özü və ya gömrük brokeri verməlidir. 
Bəyanetmədən  istifadə  gömrük  orqanlarına  mal  və  nəqliyyat  vasitələrinə  seçmə 
nəzarət  tətbiq  etməyə  imkan  verir  və  çox  mürəkkəb  rəsmiləşdirilmə  və  nəzarət 
prosesini  sadələşdirir.  Əks  halda  mallar  gömrükxanalarda  yığılıb  qalmış  olar  və 
iqtisadiyyat üçün mühüm əhəmiyyət kəsb edən xarici ticarət mübadiləsinə ləngedici, 
neqativ təsir göstərilmiş olardı. 
Gömrük  bəyanetmə  prinsipinə  alternativ  kimi  gömrük  rüsumları  miqdarının,  mal  və 
nəqliyyat  vasitələrinin  keyfiyyət  və  kəmiyyət  xarakteristikalarının  müəyyən 
edilməsinin  inzibati  üsulundan  da  istifadə  edilə  bilər.  Lakin  bu  zaman  gömrük 
orqanları  deklarantın  bəyan  etdiyi  məlumatları  gömrük  nəzarətinin  nəticələri  ilə 
müqayisə etmək imkanından məhrum olar, bu da gömrük nəzarətinin səmərəliliyinin 
azalmasına  gətirib  çıxarardı.  Bundan  başqa  gömrük  bəyannaməsindən  istifadə 
edilməməsi meydana çıxan mübahisəli məsələlərin həllini çətinləşdirər, məhkəmə və 
inzibati araşdırma hallarının çoxalmasına səbəb olardı. Məhkəmədə əsas sübut rolunu 
oynayan  yazılı  bəyannamə  olmadan  belə  mübahisələrin  həlli  çox  çətin,  hətta  qeyri-
mümkün olardı. 
 
Bəyanetmə formaları 
Bəyanetmənin  forma  və  qaydaları  Dövlət  Gömrük  Komitəsi  tərəfindən  müəyyən 
edilir.  Əsas  bəyanetmə  formaları  yazılı  və  şifahi  formalar  olaraq  qəbul  edilir. 
Qanunvericilik  digər  bəyanetmə  formalarına  da  yol  verir  -bunlar  məlumatların 
elektron  ötürülməsi  və  konklydent  hərəkətlər  (konklydent hərəkət  -  şəxsin  nə  etmək 
istədiyini  bildirən  səssiz  hərəkətlərə  deyilir)  hesab  olunur.  Müasir  gömrük  təcrübəsi 
konklydent hərəkətlər vasitəsi ilə bəyanetmədən beyənxalq hava limanlarında “yaşıl” 
və “qırmızı” dəhlizlər metodu tətbiq edilməklə istifadə olunmasını məqbul sayır. 
Sərnişin  yazılı  bəyannamə  təqdim  etmədən,  “yaşıl  dəhliz”  seçmə  faktının  özü  ilə 
gətirilməsi,  yaxud  aparılması  qadağan  edilmiş,  həmçinin,  vergitutma  obyekti  olan 

99 
 
mallara bu anda sahib olmadığını elan etmiş olur. Bir qayda olaraq sərnişinin əl yükü 
və şəxsi baqajının gömrük rəsmiləşdirilməsi zamanı bəyannamə tətbiq edilir. 
Yük gömrük bəyannamələrinin doldurulması qaydaları Bu qaydalar malların ixrac və 
sərbəst  dövriyyə  üçün  buraxılış  gömrük  rejimləri  üzrə  yük  gömrük  bəyannaməsinin 
doldurulma qaydalarını müəyyən edir. Qaydalar Dövlət Gömrük Komitəsi sədrinin 
17.06.1998-ci il tarixli 027 saylı əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası 
Ə
dliyyə Nazirliyində 23.06.1998-ci ildə qeydə alınmışdır (Qeydiyyat N 110). 
YGB  dəsti  dörd  dəstləşdirilmiş  əsas  vərəqədən,  bu  qaydalarda  nəzərdə  tutulan 
hallarda  isə  əlavə  vərəqələrdən  ibarətdir.  Barter  əməliyyatlarının  rəsmiləşdirilməsi 
zamanı YGB dəsti beş nüsxədən ibarət olmalıdır. 
Qrafaların  adlarının  rus  dilində  yazıldığı,  həmçinin  informasiya  şəbəkəsi  xaricində 
ə
lavə qeydlərin olduğu blanklardan da istifadə olunmasına yol verilir. 
YGB-nin əsas vərəqi eyni bir gömrük rejimi tətbiq olunan eyniadlı mallar (XİF MN 
üzrə  mal  mövqeyi  9-cu  işarə  səviyyəsinə  qədər  eyni  təsnifat  olunanlar)  haqqında 
məlumatları göstərmək üçün istifadə olunur. 
Bir  neçə  adda  olan  malların  bəyan  olunması  zamanı  əsas  YGB-nin  ayrılmaz  hissəsi 
olan əlavə vərəqələrdən istifadə edilir. Əlavə vərəqələrin hər biri üç adda malı bəyan 
etməyə imkan verir. 
Bir YGB-də 100-ə qədər adda olan mallar barəsində (eyni zamanda əsas vərəqə 33-
dən  artıq  vərəqə  əlavə  oluna bəlməz)  məlumat  bəyan  oluna  bilər.  Əlavə vərəqələrin 
doldurma qaydaları, əlavə vərəqdə bəyannaməçi tərəfindən doldurulmayan A qrafası 
istisna olmaqla, YGB-nin əsas vərəqələrinin uyğun 
qrafalarının doldurulması qaydaları kimidir. 
YGB-də  pozub-düzəltmə  və  qaralama  olmamalıdır.  Düzəlişlər  yanlış  məlumatların 
üzərindən  xətt  çəkilməklə,  düzgün  məlumatları  yazı  makinası  və  ya  əl  ilə  yazmaqla 
edilir. 
YGB  (Gömrük  İttifaqının  üzvü  olan  ölkələr  üçün)  kompüterdə  və  ya  yazı 
makinasında  Azərbaycan  dilində  (bəzi  hallarda  rus  dilində)  doldurulur.  Ayrı-ayrı 
hallarda  əgər  dəyər  göstəriciləri  (faktura  və  gömrük  dəyəri)  9  işarədən  çox  ədədlə 
ifadə  edilərsə,  onları  əl ilə doldurmaq  olar.  Keyfiyyətsiz  şəkildə  doldurulmuş  YGB-
lərə gömrük orqanları tərəfindən gömrük bəyannaməsi kimi baxılmır. 
YGB-nin hər hansı bir qrafasındakı mətn məlumatı, əvvəl doldurulmuş qrafanın mətn 
məlumatının təkrarı olarsa, bu halda həmin qrafada əvvəl doldurulmuş qrafaya – “bax, 
qrafa N” şəkildə istinad edilir. 
Kodlara  münasibətdə  belə  istinadlar  edilə  bilməz.  YGB-nin  hər  hansı  qrafasında 
lazımi  məlumatların  bəyan  edilməsi  üçün  (müəssisənin  adı,  vaqonun,  konteynerin 
nömrəsi  və  s.)  yer  olmadıqda,  bu  məlumatların  bəyannamənin  arxa  tərəfindən 
yazılmasına icazə verilir. Bu yazı bəyannaməçinin imzası və möhürü ilə təsdiq olunur. 
Kodlara münasibətdə belə istisnalar tətbiq olunmur. 

100 
 
YGB-nin əsas vərəqinin arxa tərəfində digər nəzarət orqanlarının ştamplar vurması və 
qeydlər  aparması  üçün  icazə  verilir.  Bəyannaməçilərə  bu  qaydalarda  nəzərdə 
tutulmayan məlumatların YGB blanklarında istifadəsinə icazə verilmir. 
Gömrük orqanı göstərilən sxem üzrə YGB-nin əsas vərəqəsinin 7-ci qrafasında və hər 
bir A qrafasının aşağı hissəsinə qeydiyyat nömrəsi, YGB-nin qəbul tarixini yazmaqla, 
bəyannamə və əlavə vərəqləri qeydiyyatdan keçirir. 
YGB-nin vərəqləri aşağıdakı qaydada bölüşdürülür: 
- birinci vərəq - gömrük orqanında və xüsusi arxivdə saxlanılır; 
- ikinci vərəq (statistik) - gömrük statistikası şöbəsində (bölməsində) qalır; 
- üçüncü vərəq - bəyannaməçiyə qaytarılır; 
- dördüncü vərəq isə: 
a) malların ixracı zamanı bəyannaməçiyə - yük göndərənə qaytarılaraq, mal müşayiət 
sənədlərinə  əlavə  olunur  və  mallarla  birlikdə  sərhəd  gömrük  buraxılış  məntəqəsinin 
fəaliyyət bölgəsində yerləşən gömrük orqanına göndərilir; 
b) malların idxalı zamanı - gömrük rəsmiləşdirilməsini həyata keçirən bəyannaməçidə 
- malı alanda qalır. 
Burada istifadə olunan əsas anlayışlar aşağıdakıları bildirir: 
-  “nəqliyyat  sənədi”  -  gömrük  sərhədinə  qədər  (malların  ixracı  zamanı),  gömrük 
sərhədindən təyinat yerinə (malların idxalı zamanı), daşımalar üzrə müşayiət sənədləri 
də  daxil  olmaqla  malların  beynəlxalq  daşımalarını  həyata  keçirmək  üçün  uyğun 
sənəddir; 
-  “malı  göndərən”  -  gömrük  bəyannaməsinə  təqdim  olunmuş  malları  nəqliyyat 
sənədində  göstərilən,  alana  çatdırılması  üçün  daşıma  müqaviləsinə  uyğun  olaraq 
daşıyıcıya  verən  və  ya  vermək  istəyən,  habelə,  daşıyıcının  xidmətlərindən  istifadə 
etməyərək, alıcıya çatdıran hüquqi və ya fiziki şəxsdir; 
-  “malı  alan”  –  nəqliyyat  sənədinə  müvafiq  daşıyıcı  tərəfindən  və  ya  göndərənin 
göstərişi  əsasında  gömrük  sərhədindən  keçdikdən  sonra,  malların  sərəncamına 
verildiyi nəqliyyat sənədində göstərilən hüquqi və ya fiziki şəxsdir; 
-  “maliyyə  tənzimlənməsi  üzrə  məsul  şəxs”  -  ödənişli  əsasda  xarici-ticarət 
ə
məliyyatları üzrə müqavilələr (alqı-satqı, konsiqnasiya müqavilələri, lizinq sazişləri 
və s.) bağlayan və onlar üzrə hesabatlara məsul olan vətəndaşlardır; 
- “faktura dəyəri” - ödənişli əsasda xarici ticarət əməliyyatı şərtlərinə müvafiq olaraq 
malların  faktiki  ödənilmiş  və  ya  ödəniləcək,  habelə  qarşılıqlı  mal  göndərişi  ilə 
kompensasiya olunan qiymətdir; 
- “gömrük dəyəri” - idxal olunan mallar üçün malların mövcud qanunvericiliyə uyğun 
olaraq  müəyyən  olunan  dəyəridir;  -  ixrac  olunan  mallar  üçün  -  ödənişli  əsasda 
sövdələşmələr üçün - gömrük ərazisindən malların ixrac yerinə çatdırılması (daşınma, 
yükləmə,  boşaltma,  sığorta)  üçün  xərclər,  habelə  digər  lazımi  dəqiqləşdirmələr  də 
nəzəra  alınmaqla,  ixrac  olunan  malların  ödənilməsi  və  ya  ödənilməli  olan  qiyməti 
ə
sasında təyin olunan dəyərdir;- ödənişsiz əsasda digər sövdələşmələr üçün - gömrük 
ə
razisindən ixrac yerinə çatdırılması xərcləri nəzərə alınmaqla qiymətləndirilən və ya 

101 
 
eyniləşdirilmiş  olan  bircinsli  malların  dəyəri  haqqında  məlumat  -  kommersiya, 
nəqliyyat,  bank,  mühasibat  və  digər  təsdiqedici  sənədlə  təyin  olunan  qiymətlər 
ə
sasında müəyyən olunan dəyərdir; 
-  “ticarət  edən  ölkə”  -  digər  bir  ölkənin  vətəndaşı  ilə  milli  mənsubiyyətindən  asılı 
olmayaraq müqavilə bağlayan şəxsin qeydiyyata düşdüyü (yaşadığı) ərazinin olduğu 
ölkədir. 
Gömrük qanunvericiliyində bəyanetmə yeri mal və nəqliyyat vasitələri üçün ayrılıqda 
müəyyən olunur. 
Malların bəyanolunma yeri gömrük rəsmiləşdirilməsinin aparıldığı yer üzrə müəyyən 
olunur. 
Nəqliyyat  vasitələrinin  bəyanolunma  yerinin  təyin  edilmə  qaydası  nəqliyyat 
vasitəsinin növündən və daşınmanın xarakterindən (nəqliyyat, yaxud yük) asılıdır. 
Malları daşıyan nəqliyyat vasitələri (çay, dəniz, hava gəmilərindən başqa) mallarla bir 
vaxtda  bəyan  edilir.  Dəniz,  çay  və  hava  gəmiləri  limanda  Azərbaycan  Respublikası 
ə
razisinə  gələrkən,  yaxud  onu  tərk  edərkən  bəyan  edilir.  Sərnişin  daşıyan  digər 
nəqliyyat  vasitələri,  həmçinin  boş  nəqliyyat  vasitələri  gömrük  sərhədini  keçərkən 
bəyan edilir. 
DGK nəqliyyat vasitələrinin ayrı-ayrı növlərinin bəyan edilməsinin xüsusi qaydalarını 
müəyyən edə bilər. 
 
BYD  (Beynəlxalq  Yük  Daşımaları)  kitabçası  (BYD  Konvensiyası  1975-ci  il)  tətbiq 
edilməklə  yük  daşımaları  barədə  gömrük  konvensiyasının  Azərbaycan  Respublikası 
ə
razisində tətbiqinə Azərbaycan Respublikası Prezidentinin 31 mart 1997-ci il tarixli 
527 saylı sərəncamı ilə başlanılmışdır. 
“BYD  kitabçası  tətbiq  edilməklə  yük  daşımaları  barədə  gömrük  konvensiyasının 
Azərbaycan  Respublikası  ərazisində  tətbiqi  qaydaları  haqqında”  Əsasnamə 
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 may 1998-ci il tarixli 024 
saylı  əmri  ilə  təsdiq  edilmiş,  26  may  1998-ci  il  tarixdə  Azərbaycan  Beynəlxalq 
Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) ilə razılaşdırılaraq, 30 may 1998-ci il 
tarixdə Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilmişdir (qeydiyyat nömrəsi - 104). 
BYD  konvensiyasına  qoşulmuş  Azərbaycan  Respublikasında  malların  aralıq 
boşaltma-yükləmələri  həyata  keçirilmədən  yol-nəqliyyat  vasitələrində,  nəqliyyat 
vasitələrindən  ibarət  qatarlarda  və  konteynerlərdə  müqavilə  tərəflərindən  birinin 
göndərilmə gömrükxanasından bir və ya bir neçə sərhəddən keçməklə digər müqavilə 
iştirakçısı  tərəfindən  təyinat  gömrükxanasına  daşınmasına  aiddir,  bir  şərtlə  ki,  BYD 
ə
məliyyatının başlanğıcı və sonu arasındakı müəyyən bir hissəsi avtomobil nəqliyyatı 
ilə həyata keçirilir. 
Azərbaycan  Respublikasında  BYD  prosedurasına  əməl  olunmaqla  daşınan  mallar 
aralıq gömrükxanalarında (idxal zamanı giriş, tranzit zamanı giriş və çıxış) idxal və ya 
ixrac  rüsum  və  vergilərinin  ödənilməsindən  və  depozitə  qoyulmasından  azad  edilir. 

102 
 
Həmin  gömrükxanalarda  BYD  kitabçalarının  rəsmiləşdirilməsi  üçün  yığımlar 
tutulmur. 
BYD  Konvensiyasının  müddəaları  Azərbaycan  Respublikasında  ictimai  mənəviyyat, 
ictimai  asayiş,  səhiyyə  və  ya  gigiyena,  eləcə  də  baytarlıq  və  ya  fitosanitar  nəzarət 
mülahizələrindən  irəli  gələn  məhdudiyyətlərin  tətbiq  olunması  üçün  maneçilik 
törədilməsinə xidmət etməlidir. 
Azərbaycan Respublikasının ərazisinə gətirilərkən gömrük rəsmiləşdirilməsi qaydası 
Giriş gömrükxanasına aşağıdakı sənədlər təqdim olunmalıdır: 
- göndərilmə ölkələrinin və tranzit ölkələrin gömrük orqanları tərəfindən doldurulmuş 
və rəsmiləşdirilmiş BYD kitabçası; 
- icazəyə dair şəhadətnamə; 
- yük və əmtəə nəqliyyat sənədləri. 
Giriş  gömrük  xidmətlərinin  vəzifəli  şəxsləri  BYD  kitabçasının  doldurulmasının 
müəyyən olunmuş qaydalara uyğunluğunu yoxlayır. 
BYD kitabçası rəsmiləşdirilərkən aşağıdakılara xüsusi diqqət yetirilir: 
- yük manifestinin doldurulmasına (yük manifestinə daxil edilmiş məlumatlar yük və 
malı müşayiət edən sənədlər göstərilən məlumatlara uyğun olmalıdır); 
-  BYD  kitabçalarının  kötüyündə  göndərilmə  gömrükxanasının  və  aralıq 
gömrükxanaların gömrük ştamplarının olmasına; 
Gömrükxananın  vəzifəli  şəxsləri  BYD  kitabçasının  oğurlanmış  kimi  nəzarətdə 
olmadığına  və  malların  daşınmasının  BYD  kitabçasının  kəsilməyən  (qoparılmayan) 
vərəqinin  4-cü  və  üz  qabığının  3-cü  qrafasının  düzgün  doldurulduğuna  əmin 
olmalıdırlar. 
Giriş  gömrükxanaları:  nəqliyyat  vasitələrinin  və  ya  konteynerlərin  yük  bölmələrinin 
texniki  vəziyyətini,  konteynerlərdə  icazə  (buraxılma)  şəhadətnamələrinin  və 
buraxılma  (icazə)  lövhəciklərinin  olmasını,  nəqliyyat  vasitələrinin  və  ya 
konteynerlərin  yük  bölmələrində  gömrük  möhür  və  plomblarının  vəziyyətini 
yoxlayırlar, müstəsna hallarda yük bölmələrinə və ya konteynerlərə baxış keçirirlər. 
BYD prosedurasında hər hansı qayda pozuntusu aşkar edildikdə, giriş gömrükxanası 
malları  və  nəqliyyat  vasitələrini  Azərbaycan  Respublikasının  Qanunvericiliyinə 
uyğun olaraq tranzit gömrük rejimi və ya çatdırılma prosedurası altına sala bilər. 
Ə
gər  sənədli  və  faktiki  nəzarət  nəticəsində  BYD  prosedurasının  hər  hansı  bir 
pozuntusu  aşkar  edilməmişsə,  malların  və  nəqliyyat  vasitələrinin  Azərbaycan 
Respublikasının  ərazisi  ilə  bu  proseduraya  uyğun  olaraq  hərəkətinin  mümkünlüyü 
barədə qərar qəbul edilir. 
Malların  və  nəqliyyat  vasitələrinin  Azərbaycan  Respublikasının  ərazisi  üzrə  BYD 
prosedurasına uyğun 
olaraq hərəkət edə bilməsinin mümkünlüyü barədə qərar qəbul edildikdən sonra zəruri 
olduqda,  əlavə  gömrük  təminatları  qoyulur  və  bu  barədə  hər  iki  kəsilən  vərəqdə 
“Xidməti  istifadə  üçün”  qrafasında  qeydiyyat  aparılır,  həmçinin  malların  gömrük 
dəyəri müəyyən edilir. 

103 
 
Malların gömrük dəyərinin müəyyən edilməsi üçün hesab-qaimələrdən, nəqliyyat və 
sığorta  sənədlərindən,  göndərilmə  ölkələrinin  gömrük  bəyannamələrindən, 
qablaşdırma vərəqlərindən, malı müşayiət edən digər sənədlərdən istifadə olunur. 
Nəqliyyat vasitəsinin gömrük nəzarəti zonasından çıxmasına nömrəli kəsilən vərəqin 
23-cü  qrafasında  və  1  nömrəli  kötüyün  6-cı  qrafasında  sənədli  nəzarət  üçün  məsul 
vəzifəli  şəxsin  şəxsi  nömrəli  ştampı  vurulması,  imzası  və  tarix  qoyulması  yolu  ilə 
icazə verilir. 
Komplektin  1  nömrəli  vərəqi  giriş  gömrükxanasında  nəzarətə  götürülür  və  ayrıca 
qovluqda saxlanılır. 
Nəqliyyat  vasitəsi  və  konteyner  gəlib  çıxdıqdan  sonra  təyinat  gömrükxanasına 
aşağıdakı  sənədlər  təqdim  olunmalıdır:  giriş  gömrükxanasının  qeydləri  olan  BYD 
kitabçası; malların rəsmiləşdirilməsi üçün zəruri olan yük və müşayiət edən sənədlər. 
Gömrük xidmətlərinin vəzifəli şəxsləri BYD kitabçalarının doldurulmasının müəyyən 
olunmuş  qaydalara  uyğunluğunu  və  BYD  kitabçalarında  giriş  gömrükxanasının 
ş
tamplarının olmasını yoxlayırlar. 
Azərbaycan  Respublikası  Prezidenti  İlham  Əliyev  Cənablarının  11.11.2008-ci  il 
tarixli 12 saylı “Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən 
keçirilən  malların  və  nəqliyyat  vasitələrinin  yoxlanılmasında  «bir  pəncərə» 
prinsipinin  tətbiqi  haqqında”  Fərmanı  ilə  2009-cu  il  yanvarın  1-dən  Azərbaycan 
Respublikası  dövlət  sərhədinin  buraxılış  məntəqələrindən  keçirilən  malların  və 
nəqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipi tətbiq edilir. 
Azərbaycan  Respublikası  dövlət  sərhədinin  buraxılış  məntəqələrindən  keçirilən 
malların və nəqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipi üzrə vahid 
dövlət  orqanının  səlahiyyətləri  Azərbaycan  Respublikasının  Dövlət  Gömrük 
Komitəsinə  həvalə  olunmuşdur.  Beynəlxalq  avtomobil  daşımalarını  yerinə  yetirən 
nəqliyyat vasitələrinə sərhəddə «İcazə» blanklarının verilməsi və buna görə «Dövlət 
rüsumu  haqqında»  Azərbaycan  Respublikasının  Qanunu  ilə  müəyyən  edilmiş 
məbləğlərdə dövlət rüsumunun tutulması da DGK-ya tapşırılmışdır. 
Azərbaycan  Respublikasının  ərazisindən  malların  aparılması  zamanı  gömrük 
rəsmiləşdirilməsi  qaydası BYD  prosedurasına  əməl  edilməklə malların  daşınmasının 
rəsmiləşdirilməsi  üçün  doldurulmuş  BYD  kitabçası,  nəqliyyat  vasitəsinin  gömrük 
möhür  və  plombları  altında  malların  daşınmasına,  buraxılmasına  dair  şəhadətnamə 
göndərilmə gömrükxanasına təqdim olunur. 
Gömrük  orqanları  BYD  kitabçasının  doldurulmasının  müəyyən  olunmuş  qaydalara 
uyğunluğunu  yoxlayırlar.  Bu  zaman  BYD  kitabçasının  üz  qabığının  birinci 
səhifəsində  möhür  və  imzaların  olmasına,  BYD  kitabçası  sahibinin  üz  qabığının 
birinci  səhifəsində,  kəsilməyən  vərəqdə,  kəsilən  vərəqlərin  hamısında  imzalarının 
uyğunluğuna,  BYD  kitabçasının  etibarlılıq  müddətinə  xüsusi  diqqət  yetirilir. 
Göndərilmə  gömrükxanasının  vəzifəli  şəxsləri  BYD  kitabçasının  oğurlanmış  kimi 
nəzarətdə  olmadığına  və  malların  daşınması  üçün  BYD  kitabçasının  kəsilməyən 

104 
 
vərəqinin  4-cü  və  üz  qabığının  3-cü  qrafasında  göstərilən  şəxs  tərəfindən  həyata 
keçirildiyinə əmin olmalıdırlar. 
Göndərilmə  gömrükxanaları  nəqliyyat  vasitələrinin  yük  bölmələrinin  və 
konteynerlərin 
texniki 
vəziyyətini, 
konteynerlərdə 
buraxılma 
(icazə) 
şə
hadətnamələrinin  və  buraxılma  (icazə)  lövhəciklərinin  olmasını  yoxlayır,  malların 
nəqliyyat  vasitəsinə  və  konteynerə  yüklənməsinə  nəzarət  edirlər.  Nəqliyyat 
vasitələrinin  yük  bölmələrinə  və  konteynerlərə  gömrük  möhürləri  və  plombları 
vurulur. 
Rəsmiləşdirmə zamanı hər hansı bir qayda pozuntusu aşkar edildiyi halda, göndərilmə 
gömrükxanası  həmin  pozuntular  aradan  qaldırılanalək  malların  BYD  prosedurasına 
uyğun olaraq daşınmasına icazə verməyə bilər. 
Ə
gər  sənədli  və  faktiki  nəzarət  nəticəsində  BYD  prosedurası  tətbiqinin  bütün 
şə
rtlərinə əməl olunduğu müəyyən edilmişsə, aşağıdakılar doldurulur: 
BYD kitabçasının kəsilən vərəqlərinin hamısında 16-cı qrafa; 
- 1 nömrəli kəsilən vərəqin “Xidməti istifadə üçün” qrafasında və 1 nömrəli kötüyün 
5-ci  qrafasında  digər  məlumatlar  içərisində  malların  Azərbaycan  Respublikasından 
aparılmasının  müvafiq  gömrük  rejiminin  kodu  və  malların  faktiki  aparılamasına 
nəzarət həyata keçirilirsə “Nəzarət” sözü də göstərilir; 
- komplektin kəsilən vərəqinin 1 nömrəli kötüyü; 
- komplektin hər iki kəsilən vərəqinin 18-23 qrafaları; 
-  1  nömrəli  kəsilən  vərəqin  23-cü  qrafasında  və  1  nömrəli  kötüyün  6-cı  qrafasında 
gömrük orqanının vəzifəli şəxsinin nömrəli möhürü vurulur, imzası və tarix qoyulur. 
Komplektin  1  nömrəli  vərəqi  BYD  kitabçasından  ayrılır  və  lazım  gəldikdə  nəzarətə 
götürülür. 
Rəsmiləşdirilmiş  BYD  kitabçası  xüsusi  jurnalda  qeydiyyata  alınır.  Rəsmiləşdirilmiş 
BYD kitabçası daşıyıcıya qaytarılır. 
Mallar  təkrar  ixrac  gömrük  rejimi  altına  qoyulduqda,  həmçinin  aşağıda  göstərilən 
gömrük rejimləri altında yerləşdirildikdə, onların Azərbaycan Respublikası ərazisində 
faktiki aparılmasına nəzarət göndərilmə gömrükxanası tərəfindən həyata keçirilir. 
- müvəqqəti gətirilmə (idxal) (kod 31); 
- gömrük anbarı (kod 74); 
- gömrük nəzarəti altında emal (kod 52); 
- malların azad iqtisadi zonalara idxalı (gətirilməsi) (kod 74); 
- rüsumsuz ticarət mağazası (kod 72). 
Bu halda göndərilmə gömrükxanası tərəfindən komplektin 1 nömrəli vərəqlərinin 20-
ci  qrafasında  malların  çatdırılma  müddəti  göstərilir.  Göstərilən  vərəqlərdə  “Xidməti 
istifadə  üçün”  qrafasında  daşınan  malların  gömrük  dəyəri,  10-cu  qrafada  isə  onların 
XİFƏN kodları göstərilməklə müfəssəl təsviri verilir. Əgər bütün məlumatların daxil 
edilməsi  üçün  10  qrafa  yetmirsə,  iki  nüsxədən  ibarət  qoşma  vərəqlərdən  istifadə 
olunmasına  yol  verilir.  Qoşma  vərəqlərdə,  həmçinin,  BYD  kitabçasının  nömrəsi, 
sahibinin  adı  və  ünvanı  da  göstərilir.  Qoşma  vərəqlər  gömrük  orqanının  vəzifəli 

105 
 
şə
xslərinin  şəxsi  nömrəli  möhürü  ilə  təsdiqlənir.  Bu  cür  vərəqlərin  olması  barədə 
komplektin  hər  iki  kəsilən  vərəqinin  8-ci  qrafasında  qeydiyyat  aparılır.  Komplektin 
nömrəli vərəqi nəzarətə alınır və ayrıca qovluqda saxlanılır. 
BYD  kitabçası  və  göndərilmə  gömrükxanasının  qeydləri  olan  yük və  malı  müşayiət 
edən sənədlər çıxış gömrükxanasına təqdim edilir. 
Gömrük  xidmətlərinin  vəzifəli  şəxsləri  BYD  kitabçasının  doldurulmasının  müəyyən 
olunmuş  qaydalara  uyğunluğunu,  komplektin  1  nömrəli  kötüyündə  göndərilmə 
gömrükxanasının ştamplarının olmasını, eləcə də həmin kötükdə göstərilmiş gömrük 
kodunu,  nəqliyyat  vasitələrinin  yük  bölmələrinin  və  ya  konteynerlərin  texniki 
vəziyyətini,  nəqliyyat  vasitələrinin  yük  bölmələrində  və  ya  konteynerlərdə  gömrük 
möhür  və  plombların  vəziyyətini  yoxlayır,  müstəsna  hallarda  nəqliyyat  vasitələrinin 
yük bölmələrinə və ya konteynerlərə baxış keçirirlər. 
BYD  kitabçasına  əməl  edilməklə  malların  daşınması  zamanı  Azərbaycan 
Respublikası  Qanunvericiliyinin  hər  hansı  bir  pozulması  halı  aşkar  edildikdə,  çıxış 
gömrükxanası  BYD  kitabçasını  nəzərdə  tutulmuş  qaydada  qeyd-şərtlərlə 
rəsmiləşdirir. 
Malların 
Azərbaycan 
Respublikası 
ə
razisindən 
tranzit 
zamanı 
gömrük 
rəsmiləşdirilməsi giriş və çıxış gömrükxanalarında analoji qaydada aparılır. 
 
Gömrük təmsilçisi  
Hər bir şəxs gömrük orqanları ilə münasibətlərində bu Məcəllədə və gömrük işi üzrə 
digər  qanunvericilik  aktlarında  nəzərdə  tutulmuş  fəaliyyəti  həyata  keçirmək  üçün 
gömrük  təmsilçisi  təyin  edə  bilər.  Gömrük  təmsilçiliyi  birbaşa  (təmsil  edilən  şəxsin 
tapşırığı ilə onun adından və onun mənafeyi üçün), yaxud dolayı (təmsil edilən şəxsin 
tapşırığı ilə öz adından və onun mənafeyi üçün) ola bilər.  
Gömrük  təmsilçiliyi  fəaliyyətini  tənzimləyən  qaydaları  müvafiq  icra  hakimiyyəti 
orqanı müəyyən edir.  
Gömrük  təmsilçisi  hansı  şəxsin  mənafeyi  üçün  fəaliyyət  göstərdiyini  və  gömrük 
təmsilçiliyinin  birbaşa,  yaxud  dolayı  həyata  keçirildiyini  gömrük  orqanına 
bildirməlidir. Gömrük təmsilçisi kimi fəaliyyət göstərdiyini bildirməyən, yaxud bunu 
bildirən,  lakin  müvafiq  səlahiyyəti  olmayan  şəxs,  öz  adından  və  özünün  mənafeyi 
üçün  fəaliyyət  göstərən hesab  olunur.  Gömrük orqanı gömrük  təmsilçiliyini  birbaşa, 
yaxud dolayı həyata keçirən şəxsdən ona müvafiq səlahiyyətin verildiyini təsdiqləyən 
sənədin təqdim olunmasını tələb etməlidir.  
Gömrük brokeri  
Gömrük  brokeri malların  və nəqliyyat vasitələrinin  gömrük  ərazisinə  gətirilməsi,  bu 
ə
razidən  aparılması,  yaxud  tranziti  ilə  əlaqədar  olaraq  dolayı  gömrük  təmsilçiliyini 
həyata keçirən hüquqi şəxsdir.  
Gömrük brokeri öz fəaliyyətini bu Məcəlləyə və müvafiq icra hakimiyyəti orqanının 
qəbul  etdiyi  normativ  hüquqi  aktlara  uyğun  həyata  keçirir.  Gömrük  nəzarəti  və 
gömrük  rəsmiləşdirilməsi  həyata  keçirilərkən,  gömrük  brokeri  malları  gömrük 

106 
 
sərhədindən  müstəqil  keçirən  şəxsin  bütün  vəzifələrini  yerinə  yetirir  və  onun  kimi 
məsuliyyət  daşıyır.  Gömrük  brokerinin  təmsil  etdiyi  şəxslərlə  münasibətləri  tərəflər 
arasında  bağlanmış  müqavilə  ilə  tənzimlənir.  Müvafiq  icra  hakimiyyəti  orqanı 
gömrük  brokerlərinin  dövlət  reyestrini  müvafiq  icra  hakimiyyəti  orqanının  təsdiq 
etdiyi qaydalara uyğun olaraq aparır, onu nəşr edir, rəsmi internet saytında yerləşdirir 
və müvafiq məlumatların daimi yeniləşdirilməsini təmin edir. Şəxs gömrük brokerinin 
xidmətlərindən  imtina  edə  bilər.  Bu  halda  gömrük  orqanının  vəzifəli  şəxsləri 
bəyannaməçiyə,  mallar  barədə  səlahiyyəti  olan  digər  şəxslərə  gömrük 
bəyannaməsinin uyğun olaraq tərtib edilməsində, ona müvafiq düzəlişlər edilməsində 
və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində 
yardım göstərməlidirlər.  
Müvafiq  icra  hakimiyyəti  orqanı  gömrük  brokeri  fəaliyyətini  həyata  keçirmək  üçün 
müraciətlərə  baxır  və  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  qaydada 
hüquqi  şəxslərə  gömrük  brokeri  fəaliyyəti  üçün  lisenziya  verir.  Hər  gömrük  sərhəd 
buraxılış  məntəqəsi  üzrə  ən  azı  iki  hüquqi  şəxsə  gömrük  brokeri  fəaliyyəti  üçün 
lisenziya verilməlidir.  
Gömrük brokeri fəaliyyətini həyata keçirmək üçün verilmiş lisenziyanın fəaliyyətinin 
dayandırılması və ləğv  edilməsi  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi 
qaydada həyata keçirilir.  
 
Müvafiq  icra  hakimiyyəti  orqanından  ixtisas  attestatı  almış  mütəxəssislər  gömrük 
brokeri  adından  gömrük  rəsmiləşdirilməsi  ilə  əlaqədar  hərəkətləri  yerinə  yetirmək 
hüququna  malikdirlər.  Mütəxəssislər  gömrük  rəsmiləşdirilməsi  ilə  əlaqədar 
ə
məliyyatları  gömrük  brokerinin  adından  yerinə  yetirdikdə,  onlar  gömrük  brokerini 
təmsil  edən  şəxs  hesab  olunurlar.  Gömrük  brokeri  gömrük  rəsmiləşdirilməsi  üzrə 
mütəxəssislərin  gömrük  orqanları  ilə  münasibətlərindən  irəli  gələn  vəzifələrini 
məhdudlaşdıra bilməz.  
İ
xtisas  attestatının  verilməsi  qaydalarını  və  gömrük  rəsmiləşdirilməsi  üçün 
mütəxəssislərin  qarşısında  qoyulan  tələbləri  müvafiq  icra  hakimiyyəti  orqanı 
müəyyən edir.  
İ
xtisas  attestatlarının  fəaliyyətinin  dayandırılması  və  ləğv  edilməsi  müvafiq  icra 
hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.  
Gömrük brokeri fəaliyyətinə lisenziyanın verilməsinə görə qanunvericiliklə müəyyən 
edilmiş  məbləğdə  dövlət  rüsumu  ödənilir.  Gömrük  rəsmiləşdirilməsi  üzrə 
mütəxəssislərə  ixtisas  attestatının  verilməsinə  görə  ödənilən  yığımın  məbləğini 
müvafiq  icra  hakimiyyəti  orqanı  müəyyən  edir.  Gömrük  brokeri  fəaliyyətini  həyata 
keçirmək  üçün  verilmiş  lisenziyanın  fəaliyyəti  dayandırıldıqda  və  ya  lisenziya  ləğv 
edildikdə,  gömrük  rəsmiləşdirilməsi  üzrə  mütəxəssisin  ixtisas  attestatının  fəaliyyəti 
dayandırıldıqda  və  ya  ləğv  edildikdə,  onların  verilməsinə  görə  ödənilmiş  dövlət 
rüsumu və yığım qaytarılmır.  
Gömrük daşıyıcısı  

107 
 
Qanunvericiliyə  uyğun  olaraq  yaradılmış  və  müvafiq  icra  hakimiyyəti  orqanından 
gömrük  daşıyıcısı  fəaliyyətini  həyata  keçirmək  üçün  lisenziya  almış  hüquqi  şəxslər 
gömrük daşıyıcısı ola bilərlər.  
Gömrük  daşıyıcısı  öz  fəaliyyətini  bu  Məcəlləyə  və  gömrük  işi  üzrə  digər 
qanunvericilik aktlarına uyğun həyata keçirir. Gömrük daşıyıcısının malları və onlara 
aid sənədləri göndərənlərlə münasibətləri müqavilə əsasında qurulur.  
Gömrük daşıyıcısı fəaliyyətini həyata keçirmək üçün lisenziyanın verilməsi, eləcə də 
onun  fəaliyyətinin  dayandırılması  və  ləğv  edilməsi  qaydalarını  müvafiq  icra 
hakimiyyəti orqanı müəyyən edir.  
Gömrük  daşıyıcısı  fəaliyyətini  həyata  keçirmək  üçün  lisenziyanın  verilməsinə  görə 
qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumu alınır. Gömrük daşıyıcısı 
fəaliyyətini  həyata  keçirmək  üçün  lisenziyanın  fəaliyyəti  dayandırıldıqda  və  ya 
lisenziya ləğv edildikdə, onun verilməsinə görə ödənilmiş dövlət rüsumu qaytarılmır.  
Каталог: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı


Поделитесь с Вашими друзьями:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə