Mühazirə materialları Fənnin predmeti barədə anlayış



Yüklə 2.47 Mb.
Pdf просмотр
səhifə7/22
tarix13.06.2017
ölçüsü2.47 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   22

Sərbəst zona  
Müvafiq icra hakimiyyəti orqanı gömrük ərazisində sərbəst zona yarada və ləğv edə 
bilər. Müvafiq icra hakimiyyəti orqanı hər bir sərbəst zonanın sahəsini, onun giriş və 
çıxış məntəqələrini müəyyənləşdirir.  
Sərbəst zona qapalı olmalıdır. Onun sahəsinin perimetrləri, giriş və çıxış məntəqələri 
gömrük orqanlarının nəzarəti altında olur.  

81 
 
Sərbəst zonaya daxil olan və oranı tərk edən şəxslər, mallar və nəqliyyat vasitələri bu 
Məcəllədə  və  gömrük  işi  üzrə  digər  qanunvericilik  aktlarında  nəzərdə  tutulmuş 
qaydada gömrük nəzarətindən keçməlidirlər.  
Gömrük  orqanlarının  icazəsi  əsasında  sərbəst  zonaya  gətirilmiş  mallarla  adi 
ə
məliyyatlar,  o  cümlədən  onların  qorunması,  qablaşdırılması,  keyfiyyətinin 
yaxşılaşdırılması  məqsədi  ilə  qablaşdırma  yerlərinin  qruplaşdırılması,  çeşidlənməsi, 
markalanması və yenidən qablaşdırılması həyata keçirilə bilər.  
Sərbəst zonada tikinti işləri gömrük orqanlarının icazəsi ilə aparılır.  
Sərbəst  zonada  kommersiya və digər  fəaliyyət növləri  gömrük  orqanlarına  müəyyən 
edilmiş formada əvvəlcədən məlumat verilməklə, onların icazəsi ilə həyata keçirilir.  
Sərbəst zonaya gətirilmiş mallar aşağıdakı hallarda gömrük orqanlarına təqdim edilir 
və müvafiq gömrük rəsmiləşdirilməsindən keçirilir:  
1. gömrük ərazisindən kənar yerdən birbaşa sərbəst zonaya gətirildikdə;  
2. digər xüsusi gömrük prosedurları altında yerləşdirilməsi başa çatan mallar sərbəst 
zona xüsusi gömrük proseduru altında yerləşdirildikdə;  
3. idxal gömrük rüsumlarının qaytarılmasına və ya həmin rüsumların ödənilməsindən 
azad  edilməyə  əsas  vermiş  qərarın  tətbiqi  məqsədi  ilə  sərbəst  zona  xüsusi  gömrük 
proseduru altında yerləşdirildikdə.  
 
sərbəst zonaya gətirilən mallar aşağıda göstərilən vaxtdan sərbəst zona xüsusi gömrük 
proseduru altında yerləşdirilmiş hesab edilir:  
1.  mallar  sərbəst  zonaya  daxili  olduğu  vaxtdan,  əgər  onlar  artıq  digər  gömrük 
proseduru altında yerləşdirilməyibsə;  
2.  tranzit  proseduru  başa  çatdığı  vaxtdan,  əgər  mallar  dərhal  növbəti  gömrük 
proseduru altında yerləşdirilməyibsə.  
Malların  sərbəst  zona  xüsusi  gömrük  proseduru  altında  qalması  müddəti 
məhdudlaşdırılmır.  
Sərbəst zonada olan daxili mallar  
Daxili mallar sərbəst zonaya gətirilə, orada saxlanıla, daşına, istifadə və emal oluna, 
habelə  istehlak  edilə  bilərlər.  Belə  hallarda  mallar  sərbəst  zona  xüsusi  gömrük 
proseduru altında yerləşdirilmiş hesab edilmir.  
Şə
xslərin  müraciəti  əsasında  gömrük  orqanları  müvafiq  icra  hakimiyyəti  orqanının 
müəyyən  etdiyi  qaydada  aşağıdakı  malların  daxili  mallar  gömrük  statusunu  təsdiq 
edirlər:  
1. sərbəst zonaya gətirilən daxili malların;  
2. sərbəst zona daxilində emal əməliyyatlarına məruz qalmış daxili malların;  
3. sərbəst zona daxilində sərbəst dövriyyəyə buraxılmış malların.  
Sərbəst zonada olan xarici mallar  
Xarici  mallar  sərbəst  zonada  olduğu  müddətdə  sərbəst  dövriyyə  üçün  buraxılış 
gömrük  proseduru,  daxildə  emal,  müvəqqəti idxal  və  ya  son  istifadə xüsusi  gömrük 

82 
 
prosedurları altında yerləşdirilə bilər. Belə hallarda mallar sərbəst zona xüsusi gömrük 
proseduru altında yerləşdirilmiş hesab edilmir.  
Müvafiq  gömrük  prosedurlarına  uyğun  olaraq  idxal  gömrük  rüsumları  və  vergilər 
ödəmək öhdəliyini yaratmayan sərbəst dövriyyəyə buraxılmış və ya müvəqqəti idxal 
edilmiş malların istifadəsinə və istehlakına maneçilik törətmir. Bu cür istifadə və ya 
istehlak  zamanı  sərbəst  dövriyyə  üçün  buraxılış  və  ya  müvəqqəti  idxal  gömrük 
prosedurları ilə əlaqədar heç bir gömrük bəyannaməsi tələb edilmir.  
Sərbəst zonada yerləşən mallar gömrük ərazisindən ixrac və təkrar ixrac edilə və ya 
gömrük ərazisinin digər hissəsinə gətirilə bilər.  
Sərbəst  zona  ləğv  edildikdə,  şəxslərə  malların  gömrük  ərazisində  yerləşən  digər 
sərbəst zonaya aparılması və ya başqa gömrük proseduru altında yerləşdirilməsi üçün 
kifayət qədər vaxt verilməlidir.  
Xüsusi istifadə  
Müvəqqəti idxal xüsusi gömrük proseduru və onun əhatə dairəsi  
Təkrar ixrac  üçün  nəzərdə tutulmuş xarici  mallar  müvəqqəti idxal proseduru  altında 
yerləşdirilir.  Bu  mallardan  gömrük  rüsumlarından  və  vergilərdən  tamamilə,  yaxud 
qismən  azad  olunmaqla,  habelə  ticarət  siyasəti  tədbirləri  tətbiq  edilmədən  gömrük 
ə
razisində istifadə olunur.  
Mallar  uyğun  olaraq  gömrük  rüsumlarından  tamamilə  azad  olunduğu  halda,  onlar 
həmçinin, əlavə dəyər vergisindən və aksizlərdən də azad edilirlər. 
Müvəqqəti  idxal  xüsusi  gömrük  prosedurundan  yalnız  aşağıdakı  şərtlər  daxilində 
istifadə olunur:  
1. müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallardan normal 
istifadə  nəticəsində  baş  verən  dəyişikliklər  istisna  olmaqla,  onların  hər  hansı  başqa 
dəyişikliyə məruz qalması nəzərdə tutulmadıqda;  
2. müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar ixrac 
edildiyi zaman, onların eyniləşdirilməsini təmin etmək mümkün olduqda;  
3. gömrük qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, prosedur sahibi 
gömrük ərazisindən kənarda təsis edildikdə.  
Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını 
müvafiq  icra  hakimiyyəti  orqanı  müəyyən  edir.  Həmin  qaydalarda  beynəlxalq 
müqavilələrin  müddəaları,  malların  xassələri  və  xüsusiyyətləri,  onlardan  istifadə 
şə
rtləri nəzərə alınmalıdır.  
Müvəqqəti  idxal  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilmiş  malların  təkrar 
ixracının  və  ya  növbəti  gömrük  proseduru  altında  yerləşdirilməsinin  müddətini 
gömrük  orqanları  müəyyənləşdirirlər.  Bu  müddət  müvəqqəti  idxal  xüsusi  gömrük 
prosedurunun məqsədi üçün kifayət qədər olmalıdır.  
Malların  eyni  məqsəd  üçün  və  eyni  şəxsin  məsuliyyəti  altında  olmaqla,  müvəqqəti 
idxal  proseduru  altında  yerləşdirilə  biləcəyi  maksimum  müddət  24  (iyirmi  dörd)  ay 
təşkil edir. Müvafiq icra hakimiyyəti orqanı müxtəlif kateqoriyadan olan mallar üçün 
daha az və daha çox müvəqqəti idxal müddətləri müəyyən edə bilər.  

83 
 
Şə
xs  göstərilən  müddət  ərzində  müvəqqəti  idxal  xüsusi  gömrük  prosedurunun 
məqsədinə  nail  olmadıqda,  gömrük  orqanları  onun  əsaslandırılmış  müraciəti  üzrə 
həmin  müddəti  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  qaydada  12  (on 
iki) aya qədər uzadır.  
Nəzərdə tutulmuş müddət başa çatanadək, müvəqqəti idxal xüsusi gömrük proseduru 
altında  yerləşdirilmiş  mallar  təkrar  ixrac  edilməli  və  ya  başqa  gömrük  proseduru 
altında yerləşdirilməlidir.  
Müvəqqəti idxal zamanı gömrük rüsumlarından və vergilərdən azadetmə  
Gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi 
gömrük  proseduru  altında  yerləşdirilmiş  mallara  tətbiq  olunan  gömrük  rüsumları  və 
vergilər  üzrə  aylıq  ödənişlərin  məbləği,  onların  müvəqqəti  idxal  proseduru  altında 
yerləşdirildiyi  tarixdə  sərbəst  dövriyyəyə  buraxılışı  üçün  ödənilməli  olan  gömrük 
rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir.  

84 
 
Gömrük  rüsumlarından,  vergilərdən  qismən  azad  edilməklə  müvəqqəti  idxal  xüsusi 
gömrük proseduru altında yerləşdirilmiş mallara görə alınan gömrük rüsumlarının və 
vergilərin  ümumi  məbləği,  onların  müvəqqəti  idxal  proseduru  altında  yerləşdirildiyi 
tarixdə  sərbəst  dövriyyəyə  buraxılışı  üçün  ödənilməli  olan  gömrük  rüsumlarının, 
vergilərin məbləğindən artıq olmamalıdır.  
Müvəqqəti  idxal  edilən  malların  gömrük  rüsumlarından  və  vergilərdən  tamamilə  və 
ya qismən azad edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.  
Son istifadə xüsusi gömrük proseduru  
Son  istifadə  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilmiş  mallar  bu  prosedurun 
məqsədinə uyğun olaraq gömrük rüsumlarından və vergilərdən azad edilməklə sərbəst 
dövriyyəyə buraxılır. Bu zaman həmin mallar gömrük nəzarəti altında qalır.  
Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar üzərində gömrük 
nəzarəti aşağıdakı hallarda başa çatır:  
1.  mallar  gömrük  rüsumlarından  və  vergilərdən  azad  edilmənin  tətbiqi  üçün 
qanunvericiliklə müəyyən edilmiş məqsədlərə istifadə olunduqda;  
2.  mallar  ixrac  və  ya  məhv  edildikdə,  yaxud  onlardan  dövlətin  xeyrinə  imtina 
olunduqda;  
3. mallardan gömrük rüsumlarından və vergilərdən azad olunmanın məqsədləri üçün 
istifadə  edilmədiyi  aşkar  olunduqda  və  bununla  əlaqədar  qanunvericilikdə  nəzərdə 
tutulmuş gömrük rüsumları və vergilər tam ödənildikdə;  
4.  mallar  gömrük  idxal  rüsumları,  vergilər  alınmadan  və  ticarət  siyasəti  tədbirləri 
tətbiq  edilmədən  gömrük  ərazisində  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən 
etdiyi yerlərdə (beynəlxalq hava və dəniz limanlarında və başqa yerlərdə) və qaydada 
yaradılan  və  fəaliyyət  göstərən  rüsumsuz  ticarət  mağazalarında  gömrük  nəzarəti 
altında satıldıqda.  
Malların  son  istifadə  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilməsi  qaydalarını 
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.  
Emal  
Hasilat norması  
Gömrük orqanları emal xüsusi gömrük proseduru üzrə yerinə yetirilən əməliyyatların 
hasilat  normasını  və  ya  orta  hasilat  normasını  müvafiq  icra  hakimiyyəti  orqanının 
təsdiq etdiyi qaydada müəyyənləşdirirlər. 
Hasilat norması və ya orta hasilat norması emal əməliyyatlarının həyata keçirildiyi və 
ya həyata keçirilməli olduğu faktiki şərait əsasında müəyyənləşdirilir.  
Daxildə emal xüsusi gömrük proseduru və onun əhatə dairəsi  
Daxildə emal proseduru altında yerləşdirilən xarici mallar aşağıda göstərilənlər tətbiq 
olunmadan gömrük ərazisində bir və ya bir neçə emal əməliyyatında istifadə edilir:  
1. idxal gömrük rüsumları;  
2.  malların  idxalı  üzrə  qanunvericilikdə  nəzərdə  tutulmuş  əlavə  dəyər  vergisi  və 
aksizlər;  
3. ticarət siyasəti tədbirləri.  

85 
 
Malların  təmiri  və  məhv  etmə  halları  istisna  olmaqla,  daxildə  emal  prosedurundan 
yalnız  o  halda  istifadə  etmək  olar  ki,  istehsal  materiallarından  istifadə  edilməsinə 
baxmayaraq daxildə emal proseduru altında yerləşdirilmiş malları emal məhsulları ilə 
eyniləşdirmək mümkün olsun.  
Aşağıda  göstərilən  mallar  da  daxildə  emal  xüsusi  gömrük  proseduru  altında 
yerləşdirilə bilər:  
1.  sərbəst  dövriyyə  üçün  buraxılış  gömrük  prosedurunun  texniki  şərtlərinə 
uyğunluğunun  təmin  edilməsi  məqsədi  ilə  emal  əməliyyatlarına  məruz  qalmalı  olan 
mallar;  
2. adi işləmə formalarına məruz qalmalı olan mallar.  
Malların  daxildə  emal  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilməsi  qaydalarını 
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.  
Gömrük orqanı müvafiq olaraq daxildə emal xüsusi gömrük prosedurunun başa çatma 
müddətini müəyyənləşdirir. Bu müddət 2 (ikiildən artıq olmamalıdır.  
Nəzərdə tutulan müddət xarici malların daxildə emal xüsusi gömrük proseduru altında 
yerləşdirildiyi  tarixindən  başlayır  və  emal  əməliyyatlarının,  habelə  bu  prosedurun 
başa çatdırılması üçün tələb edilən vaxtı əhatə edir.  
Şə
xsin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanları müvafiq icra hakimiyyəti 
orqanının müəyyən etdiyi qaydada göstərilən müddətin uzadılması barədə qərar qəbul 
edir.  
Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün gömrük 
orqanlarının verdiyi icazədə onun başlama və sona çatma müddətləri göstərilməlidir.  
Emalı davam etmək məqsədi ilə müvəqqəti təkrar ixrac  
Gömrük  orqanının  verdiyi  icazəyə  uyğun  olaraq  daxildə  emal  xüsusi  gömrük 
proseduru altında yerləşdirilmiş mallar, yaxud onların bir hissəsi, habelə emal edilmiş 
məhsullar emalı davam etmək məqsədi ilə xaricdə emal xüsusi gömrük prosedurunun 
şə
rtlərinə  müvafiq  olaraq  gömrük  ərazisindən  kənara  müvəqqəti  təkrar  ixrac  edilə 
bilər.  
Xaricdə emal xüsusi gömrük proseduru və onun əhatə dairəsi  
Xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilən daxili mallar emal üçün 
gömrük ərazisindən müvəqqəti ixrac edilir. Bu mallardan əldə edilən emal məhsulları 
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada idxal gömrük 
rüsumlarından  və  vergilərdən  tam  və  ya  qismən  azad  edilməklə  sərbəst  dövriyyəyə 
buraxılır.  
Aşağıdakı daxili malların xaricdə emalına icazə verilmir:  
1.  ixracı  idxal  gömrük  rüsumlarının  və  vergilərin  geriyə  qaytarılmasına  və  ya 
qanunvericilikdə  nəzərdə  tutulmuş  hallarda  onlardan  azad  olunması  ilə  nəticələnə 
biləcək mallar;  
2.  təmiri  üzrə  əməliyyatların  aparıldığı  hallar  istisna  olmaqla,  ixracdan  əvvəl  son 
istifadə  ilə  əlaqədar  gömrük  rüsumlarından  və  vergilərdən  tam  və  ya  qismən  azad 
edilməklə sərbəst dövriyyəyə buraxılmış mallar;  

86 
 
3. ixrac edilməsi ixrac üzrə gömrük ödənişlərinin geriyə qaytarılması ilə nəticələnən 
mallar.  
Gömrük  orqanı  müvəqqəti  ixrac  edilmiş  malların  emal  olunduqdan  sonra  gömrük 
ə
razisinə  təkrar  idxal  edilərək,  sərbəst  dövriyyəyə  buraxılması  müddətini  müəyyən 
edir. Bu müddət 2 (ikiildən artıq olmamalıdır. Mallar bu müddət ərzində təkrar idxal 
edildikdə,  idxal  gömrük  rüsumlarından  və  vergilərdən  müvafiq  icra  hakimiyyəti 
orqanının  müəyyən  etdiyi  qaydada  tamamilə  və  ya  qismən  azad  olunurlar.  Prosedur 
sahibinin əsaslandırılmış müraciəti olduqda, bu müddət növbəti 1 (bir) ilədək uzadılır.  
Malların  xaricdə  emal  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilməsi  qaydalarını 
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.  
İ
dxal olunmuş malların kabotaj daşınması  
Müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  qaydada  sərbəst  dövriyyə  üçün 
buraxılış  gömrük  proseduru  altında  yerləşdirilmiş  və  ya  bəyan  edilmədən  gömrük 
ə
razisinə  gətirilən  malların  gətirildiyi  gəmi  ilə  deyil,  başqa  gəmi  ilə  gömrük 
məntəqələri  arasında  daşınması  və  boşaldılması  gömrük  nəzarəti  altında  kabotaj 
daşınma yolu ilə həyata keçirilə bilər.  
Gömrük  orqanları  şəxsin  müraciəti  nəzərə  alınmaqla  kabotaj  daşınma  proseduru 
altında  yerləşdirilmiş  malların  yüklənməsi  və  boşaldılması  üçün  yerləri,  eləcə  də 
yüklənmə və boşaldılmanın həyata keçirildiyi müddəti müəyyən edirlər.  
Gömrük orqanları malların eyniləşdirilməsinə və digər tələblərin yerinə yetirilməsinə 
ə
min  olduqda,  onların  başqa  mallarla  birlikdə  gəminin  göyərtəsində  kabotaj 
daşınmasına icazə verirlər.  
Kabotaj  daşınma  proseduru  altında  yerləşdirilmiş  malları  daşıyan  gəminin 
göyərtəsində  bəyan  edilməmiş,  yaxud  başqa  gömrük  prosedurları  altında 
yerləşdirilmiş mallar olduqda, gömrük orqanları malların kabotaj daşınma proseduru 
altında yüklənməsinə və boşaldılmasına gəmi yükləmə və boşaltma yerinə gəldikdən 
sonra, mümkün qədər qısa müddətdə icazə verirlər.  
Gömrük  orqanları  gəminin  kapitanından  və  ya  digər  əlaqədar  şəxslərdən  gəmi 
haqqında  məlumatları,  kabotaj  daşınma  proseduru  altında  yerləşdirilmiş  malların 
siyahısını və malların boşaldılacağı yerin, gömrük ərazisində yerləşən limanın və ya 
limanların adları göstərilən sənədlərin təqdim olunmasını tələb edirlər.  
Gömrük  orqanları  gömrük  nəzarəti  altında  qalmaqla  idxalı,  ixracı  və  ya  gömrük 
ə
razisindən  tranzitlə  keçirilməsi  nəzərdə  tutulan  mallara  müvafiq  icra  hakimiyyəti 
orqanının müəyyən etdiyi qaydada gömrük təminatının vurulmasını həyata keçirirlər.  
Təhlükəsiz  ixrac  sxeminin  məqsədi  malların  təhlükəsiz  qaydada  qablaşdırılmaqla, 
başqa  mallardan  ayrılıqda,  heç  bir  kənar  müdaxilə  olmadan  yüklənməsini, 
daşınmasını və təyinat yerində boşaldılmasını təmin etməkdir.  
Təhlükəsiz  ixrac  sxemi  üzrə  ixrac  olunan  malların  qablaşdırılması  üçün  təhlükəsiz 
bağlamalardan,  onlara  kənar  müdaxilələrin  qarşısının  alınması  və  belə  halların 
müəyyənləşdirilməsinə imkan verən gömrük təminatlarından istifadə olunmalıdır.  

87 
 
Müvafiq  icra  hakimiyyəti  orqanı  təhlükəsiz  ixrac  sxemi  çərçivəsində  malların 
qablaşdırılması,  yüklənməsi,  daşınması  və  boşaldılması  qaydalarını  müəyyən  edir. 
Həmin  qaydalarda  malların  daşınması  üsullarına,  malların  yüklənməsinin, 
boşaldılmasının  və  saxlanılmasının  təhlükəsiz  yerlərinə,  malları  daşıyan  şəxslərə 
münasibətdə təhlükəsizliklə bağlı tələblər də nəzərdə tutulmalıdır.  
Malları  təhlükəsiz  ixrac  sxemi  çərçivəsində  ixrac  edən  şəxs  tərəfindən  aşağıdakılar 
təsdiq edilməlidir:  
1. təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac edilməsi nəzərdə tutulan malların gömrük 
orqanları tərəfindən təsdiq edilmiş təhlükəsiz bağlamaya yerləşdirildiyi vaxtdan ixrac 
edilənədək gömrük nəzarəti altında olması;  
2.  gömrük  orqanlarının  vəzifəli  şəxslərinin  nəqliyyat  vasitələrinin  saxlanılması  və 
yoxlanılması  ilə  bağlı  səlahiyyətlərinin  təhlükəsiz  bağlamalarda  yerləşdirilmiş  və 
gömrük  nəzarətindən  keçməli  olan  malları  daşıyan  nəqliyyat  vasitələrinə  də  şamil 
olunması;  
3.  gömrük  orqanlarının  vəzifəli  şəxslərinin  ixrac  olunması  nəzərdə  tutulan  mallar 
barədə aşağıdakı şəxsləri sorğu-sual etmək səlahiyyəti:  
1.  təhlükəsiz bağlamaların  içərisində yerləşdirilmiş  və gömrük  nəzarətindən  keçməli 
olan  malların  mövcudluğu  barədə  gömrük  orqanlarının  vəzifəli  şəxslərinin  əsaslı 
ş
übhəsi yarandığı nəqliyyat vasitəsinə görə məsul şəxsi;  
2.  təhlükəsiz bağlamaların  içərisində yerləşdirilmiş  və gömrük  nəzarətindən  keçməli 
olan  malların  mövcudluğu  barədə  gömrük  orqanlarının  vəzifəli  şəxslərinin  əsaslı 
ş
übhəsi yarandığı tikilinin sahibini və ya istifadəçisini;  
3. göstərilən şəxslər tərəfindən işə götürülmüş şəxsi.  
Malların gömrük ərazisinə gətirilməsinin və ya bu ərazidən aparılmasının qadağan 
edilməsi  
Milli  təhlükəsizliyin,  ictimai  asayişin,  insanların  mənəviyyatının,  həyat  və 
sağlamlığının,  mülkiyyət  hüququnun,  o  cümlədən  əqli  mülkiyyət  hüquqları 
obyektlərinin, heyvanlar və bitkilər aləminin, ətraf mühitin, xalqların bədii, tarixi və 
arxeoloji  sərvətlərinin  qorunması  baxımından  və  Azərbaycan  Respublikasının  başqa 
maraqları  nəzərə  alınaraq,  qanunvericiliyə  və  beynəlxalq  müqavilələrə  uyğun  olaraq 
aşağıdakı  malların  gömrük  ərazisinə  gətirilməsi  və  ya  bu  ərazidən  aparılması 
qadağandır:  
1. saxta kağız və metal pullar;  
2. gömrük ərazisinə idxalı və ya bu ərazidən ixracı qanunvericiliklə qadağan edilmiş 
narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları;  
3. pornoqrafik materialları və ya əşyalar;  
4. gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması müvafiq icra hakimiyyəti 
orqanı tərəfindən qadağan olunmuş mallar.  
Qadağan olunmuş mallar gömrük ərazisinə gətirilərkən və ya bu ərazidən aparılarkən 
müsadirə  edilməsi  qanunla  nəzərdə  tutulmamışdırsa,  dərhal  müvafiq  olaraq  gömrük 

88 
 
ə
razisindən çıxarılmalı və ya bu əraziyə qaytarılmalıdır. Həmin mallar onları gömrük 
sərhədindən keçirən şəxsin hesabına müvafiq olaraq çıxarılır və ya qaytarılır.  
Malları  gömrük  ərazisindən  çıxarmaq  və  ya  bu  əraziyə  qaytarmaq  dərhal  mümkün 
olmadıqda, onlar gömrük orqanlarının müvəqqəti saxlancına verilir. Bu cür malların 
saxlanc  müddətinin  son  həddi  3  (üç)  sutkadır.    Beynəlxalq  müqavilələrlə  müəyyən 
edilmiş  öhdəliklərin  yerinə  yetirilməsi,  dövlətin  iqtisadi  maraqlarının  müdafiəsi, 
daxili bazarın qorunması baxımından, həmçinin rezidentlərin mənafeyinə zərər vuran 
xarici  dövlətlərin  və  onların  ittifaqlarının  ayrı-seçkilik  və  digər  iqtisadi  siyasət 
tədbirlərinə  qarşı  cavab  kimi,  qanunvericiliyə  və  beynəlxalq  müqavilələrə  uyğun 
surətdə  malların  gömrük  ərazisinə  gətirilməsinə  və  ya  bu  ərazidən  aparılmasına 
müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhdudiyyətlər müəyyən edilə bilər.  
«Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına 
xüsusi  icazə  əsasında  yol  verilən  (mülki  dövriyyəsi  məhdudlaşdırılmış)  əşyaların 
siyahısı  haqqında»  Azərbaycan  Respublikasının  Qanununda  nəzərdə  tutulmuş 
malların gömrük sərhədindən keçirilməsi üçün xüsusi icazə tələb olunur.  
Rüsumsuz  ticarət  mağazalarının  yaradılması  və  onların  fəaliyyətinin 
tənzimlənməsi QAYDALARI  
Mağazada  idxal  gömrük  rüsumları,  vergilər  alınmadan  və  ticarət  siyasəti  tədbirləri 
tətbiq edilmədən son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş və şəxsi 
istifadə (istehlak) üçün nəzərdə tutulan mallar satılır.  
Mağazanın  ərazisi  (ticarət  zalları,  köməkçi  otaqlar  və  anbarlar)  gömrük  nəzarəti 
zonası hesab edilir və həmin ərazidə yerləşdirilən mallar gömrük nəzarəti altında olur.  
Mağazanın  fəaliyyətinə  nəzarət  onların  yaradıldığı  ərazi  üzrə  gömrük  orqanı 
tərəfindən həyata keçirilir.  
Mağazanın yaradılmasına icazənin verilməsi  
Mağazanın  yaradılmasına  icazə  Azərbaycan  Respublikasının  Dövlət  Gömrük 
Komitəsi (bundan sonra - Komitə) tərəfindən verilir. İcazənin alınması üçün “İnzibati 
icraat  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  tələbləri  nəzərə  alınmaqla, 
kağız  üzərində  yazılı  və  ya  elektron  formada  ərizə  ilə  müraciət  edilir.  Ərizədə 
qanunvericilikdə nəzərdə tutulmuş məlumatlarla yanaşı aşağıdakılar da göstərilir:  
•  şəxsə verilmiş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);  
•  bank hesabı barədə məlumat;  
•  mağazanın yerləşdiyi yer barədə məlumat.  
Ə
rizəyə şəxsin mağazanın ərazisindən istifadə (icarə) hüququnu təsdiq edən sənədin 
surəti əlavə edilir.  
Ə
rizə Komitəyə daxil olduğu gündən 30 (otuz) gün müddətində mağazanın ərazisinin 
bu  Qaydalarla  müəyyən  edilmiş  tələblərə  uyğunluğu  yoxlanılır  və  imtina  üçün  əsas 
olmadıqda  mağazanın  yaradılmasına  icazə  verilir.  Təqdim  edilmiş  sənədlərdə  və  ya 
yoxlama  zamanı  çatışmazlıqlar  aşkar  edildikdə,  bu  barədə  ərizəçiyə  dərhal  yazılı 
məlumat  verilir.  Çatışmazlıqlar  15  (on  beş)  gün  müddətində  aradan  qaldırıldıqda 
müvafiq qərar qəbul edilir.  

89 
 
İ
cazə  Komitənin  sədri  və  ya  onu  əvəz  edən  şəxs  tərəfindən  imzalanır  və  möhürlə 
təsdiq edilir.  
İ
cazədə aşağıdakılar göstərilir:  
•  Komitənin tam adı;  
•  icazəni almış şəxs barədə məlumatlar;  
•  mağazanın yerləşdiyi yer;  
•  icazənin qeydiyyat nömrəsi;  
•  icazənin verilmə tarixi;  
•  icazənin etibarlılıq müddəti.  
İ
cazə  sahibi  barədə  məlumatlarda  dəyişikliklər  olduqda,  icazə  itirildikdə  və  ya 
yararsız hala düşdükdə, icazə sahibi 3 (üç) iş günü müddətində yeni icazənin alınması 
üçün Komitəyə ərizə ilə müraciət etməlidir.  
İ
cazə 5 (beş) il müddətinə verilir. Qüvvədə olan icazənin müddətinin bitməsinə 3 (üç) 
ay qalmış yeni icazənin alınması üçün müraciət edilə bilər.  
İ
cazənin verilməsindən aşağıdakı hallarda imtina edilir:  
•  aşkar edilmiş çatışmazlıqlar aradan qaldırılmadıqda;  
•  təqdim edilmiş sənədlərdə yanlış məlumatlar olduqda;  
•  mağazada  yerləşdirilən  mallara  gömrük  nəzarətinin  həyata  keçirilməsi  mümkün 
olmadıqda;  
•  mağazanın  ərazisi  və  quruluşu  bu  Qaydalarla  müəyyən  edilmiş  tələblərə  uyğun 
olmadıqda.  
Şə
xs  icazənin  verilməsindən  imtinaya  əsas  olmuş  halları  aradan  qaldırdıqdan  sonra 
icazə almaq üçün yenidən Komitəyə müraciət edə bilər.  
Каталог: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   10   ...   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə