Mühazirə materialları Fənnin predmeti barədə anlayış



Yüklə 2.47 Mb.
Pdf просмотр
səhifə6/22
tarix13.06.2017
ölçüsü2.47 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   22

5.
  Gömrük prosedurları 
Plan: 
1.
  Gömrük proseduru anlayışı.  
2.
  Gömrük proseduru qrupları.  
3.
  Xüsusi gömrük prosedurları  
4.
  İdxal olunmuş malların kabotaj daşınması.  
 
Gömrük  proseduru  —gömrük  nəzarəti  altında  olan  mal  və  nəqliyyat  vasitələrinin 
yerləşdirilə  biləcəyi  ixrac,  təkrar  ixrac,  müvəqqəti  ixrac,  sərbəst  dövriyyə  üçün 
buraxılış, təkrar idxal və xüsusi gömrük prosedurlarından biridir.  
Gömrük  sərhədindən  keçirilən  bütün  mallar  və  nəqliyyat  vasitələri  onların  gömrük 
rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Bəyanetmə 
malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru 
haqqında,  habelə  gömrük  məqsədləri  üçün  lazım  olan  digər  məlumatların  müəyyən 
olunmuş  formada  (şifahi,  kağız  üzərində  yazılı,  elektron)  gömrük  orqanlarına 
verilməsi ilə həyata keçirilir.   
Sərbəst  zona  xüsusi  gömrük  proseduru  istisna  olmaqla,  başqa  gömrük  prosedurları 
altında  yerləşdirilməsi  nəzərdə  tutulan  daxili  mallar  həmin  gömrük  proseduruna 
uyğun olaraq gömrük bəyannaməsi ilə təmin edilməlidir. 
Gömrük prosedurları aşağıdakılardır: 
1.
  sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru.  
2.
  təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi.  
3.
  tranzit xüsusi gömrük prosedurları.  
4.
  Müvəqqəti saxlanc xüsusi gömrük proseduru.  
5.
  Emal xüsusi gömrük proseduru 
6.
  müvəqqəti idxal xüsusi gömrük proseduru.  
7.
  müvəqqəti ixrac gömrük proseduru.  
8.
  son istifadə xüsusi gömrük proseduru.  
9.
  təkrar ixrac gömrük proseduru.  
10.
 xaricdə emal xüsusi gömrük proseduru.  
11.
 Rüsumsuz ticarət mağazaları  
12.
 malların məhv edilmə halları.  
13.
 Mallardan dövlətin xeyrinə imtina edilməsi. 
 
Daxili  bazarda  satılma,  istifadə  və  ya  istehlak  üçün  nəzərdə  tutulan  xarici  mallar 
sərbəst  dövriyyə  üçün  buraxılış  gömrük  proseduru  altında  yerləşdirilir.    Sərbəst 
dövriyyə üçün buraxılış gömrük proseduru aşağıdakıları əhatə edir:  
1. qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini;  
2. ticarət siyasəti tədbirlərinin tətbiqini;  
3. malların idxalı ilə bağlı müəyyən edilmiş digər prosedurların tamamlanmasını.  

73 
 
Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilən xarici mallar 
daxili  mallar  gömrük  statusunu  alırlar.    Malların  sərbəst  dövriyyə  üçün  buraxılış 
gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı 
müəyyən edir.  
Malların  sərbəst  dövriyyə  üçün  buraxılış  gömrük  proseduru  altında 
yerləşdirilməsi qaydaları  
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 163 nömrəli 
qərarı ilə təsdiq edilmişdir 
.  
Sərbəst  dövriyyə  üçün  buraxılış  gömrük  proseduru  altında  yerləşdirilən  mallar  geri 
aparılma öhdəliyi götürülmədən, Azərbaycan Respublikasının ərazisində qalır.  
Xarici  malların  sərbəst  dövriyyə  üçün  buraxılış  gömrük  proseduru  altında  gömrük 
rəsmiləşdirilməsi  yerinə  yetirildikdən  sonra  mallar  gömrük  nəzarətindən  çıxarılaraq 
barəsində  səlahiyyəti  olan  şəxslərə  və  ya  onların  nümayəndələrinə  verilir.  Həmin 
şə
xslər  qanunvericiliyə  uyğun  olaraq,  malların  üzərində  sərəncam  verməkdə 
sərbəstdirlər. 
Sərbəst  dövriyyə  üçün  buraxılış  gömrük  proseduru  altında  yerləşdirilməsi  nəzərdə 
tutulan  malların  gömrük  rəsmiləşdirilməsi  zamanı  alınan  gömrük  ödənişləri 
Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarına əsasən həyata keçirilir.  
Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş mallar üçün 
14  (on  dörd)  gündən  60  (altmış)  günədək  gömrük  borcunun  ödənilməsinə  möhlətin 
verilməsi  Gömrük  Məcəlləsinin  246-cı  (  Gömrük  borcunun  ödənilməsinə  möhlət 
verilməsi  )  maddəsinə  əsasən  həyata  keçirilir.    Sərbəst  dövriyyə  üçün  buraxılış 
gömrük  proseduru  altında  yerləşdirilmiş  malların  gömrük  rəsmiləşdirilməsi  zamanı 
ticarət siyasəti tədbirlərinə əməl olunması yoxlanılır.  
Sərbəst  dövriyyə  üçün  buraxılış  gömrük  proseduru  altında  yerləşdirilən  malların 
gömrük rəsmiləşdirilməsinə dair sənədlər Gömrük Məcəlləsinin 150.3-cü və 150.4-cü 
maddələrinin tələblərinə uyğun müəyyən edilir. 
 (150.3.  Gömrük  bəyannaməsinin  forması  və  malların  bəyan  edildiyi  gömrük 
proseduru altında yerləşdirilməsi üçün onunla birgə təqdim olunan sənədlərin siyahısı 
müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilərək  rəsmi  nəşrlərdə  dərc 
olunur  və  müvafiq  icra  hakimiyyəti  orqanlarının  rəsmi  internet  saytlarında 
yerləşdirilir.  
150.4.  Malların  bəyan  edildiyi  gömrük  prosedurunun  tətbiqi  üçün  tələb  olunan 
elektron, yaxud kağız üzərində yazılı formalarda sənədlər gömrük orqanlarına gömrük 
bəyannaməsinin təqdim edildiyi vaxt verilməlidir.) 
Sərbəst  dövriyyə  üçün  buraxılış  gömrük  proseduru  altında  yerləşdirilmiş 
malların gömrük rəsmiləşdirilməsi qaydaları  
Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş malların və 
nəqliyyat  vasitələrinin  gömrük  rəsmiləşdirilməsi  mallar  barəsində  səlahiyyəti  olan 
şə
xs və ya onun nümayəndəsi tərəfindən gömrük orqanına müraciəti (kağız üzərində 
yazılı  və  ya  elektron  formada)  əsasında  həyata  keçirilir.  Malların  gömrük 

74 
 
rəsmiləşdirilməsi  bəyannaməçinin  gömrük  orqanına  konkret  malların  gömrük 
rəsmiləşdirilməsi  ilə  bağlı  bəyannaməni  (kağız  üzərində  yazılı  və  ya  elektron 
formada) sənədləri təqdim etdiyi vaxtdan başlanır, zəruri gömrük əməliyyatları yerinə 
yetirildikdən,  Gömrük  Məcəlləsində  nəzərdə  tutulmuş  gömrük  ödənişləri 
ödənildikdən sonra başa çatır.  
Malların  sərbəst  dövriyyə  üçün  buraxılış  gömrük  proseduru  altında 
yerləşdirilməsi ilə bağlı gömrük orqanlarının hərəkətləri  
Gömrük orqanları tərəfindən gömrük bəyannaməsində göstərilən məlumatların, bəyan 
olunan  malların  yoxlanılması,  malların  bəyan  edildiyi  gömrük  prosedurunun  tətbiqi 
üçün  tələb  olunan  sənədlərin  təqdim  edilməsi,  icrasına  nəzarət  gömrük  orqanlarına 
həvalə  edilmiş  qanunvericilik  aktlarına  riayət  olunması,  gömrük  rüsumlarının, 
müvafiq  vergilərin  və  digər  gömrük  ödənişlərinin  alınması,  mallardan  gömrük 
ekspertizası  üçün  prob  və  nümunələrin  götürülməsi  və  digər  hərəkətlər  Gömrük 
Məcəlləsinin müvafiq maddələrinə uyğun qaydada həyata keçirilir.  
Malların buraxılışı  
Bəyannaməçi, mallar barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri 
tərəfindən  Gömrük  Məcəlləsinin  163-cü  maddəsi  ilə  müəyyən  edilmiş  şərtlər  yerinə 
yetirildikdən,  bəyan  olunan  mallarla  əlaqədar  qanunvericilikdə  qadağaların  və 
məhdudiyyətlərin  olmadığı  müəyyən  edildikdən,  gömrük  bəyannaməsindəki 
məlumatlar  yoxlanıldıqdan  dərhal  sonra  gömrük  orqanları  sərbəst  dövriyyə  üçün 
buraxılış gömrük proseduru altında yerləşdirilmiş malların buraxılışını həyata keçirir. 
Eyni gömrük bəyannaməsinin əhatə etdiyi bütün mallar gömrük orqanları tərəfindən 
eyni vaxtda buraxılır.  
Sərbəst  dövriyyə  üçün  buraxılış  gömrük  proseduru  altında  yerləşdirilmiş  malların 
gömrük  rəsmiləşdirilməsi  zamanı  tərtib  edilmiş  gömrük  bəyannaməsində 
məlumatların 
düzgün 
olmadığı 
müəyyən 
edildikdə, 
gömrük 
orqanları 
bəyannaməçidən  müvafiq  düzəlişlərin  aparılmasını  tələb  edir.  Həmin  tələb  yerinə 
yetirildikdən  və  müvafiq  gömrük  ödənişləri  ödənildikdən  dərhal  sonra  buraxılış 
həyata keçirilir.  
Sərbəst  dövriyyə  üçün  buraxılış  gömrük  proseduru  altında  yerləşdirilmiş  mallar 
gömrük  bəyannaməsini  təsdiq  etmiş  gömrük  orqanına  deyil,  digər  gömrük  orqanına 
təqdim  edildikdə,  aidiyyəti  gömrük  orqanları  həmin  malların  buraxılışı  üçün  zəruri 
olan məlumatları öz aralarında mübadilə etməlidirlər. 
Müvafiq  normativ  hüquqi  aktların  tələblərinə  əsasən,  gömrük  ərazisinə  gətirilməsi 
qadağan olunmuş malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında 
yerləşdirilməsinə yol verilmir.  
İ
dxalı müvafiq dövlət orqanlarının icazə sənədləri alınmaqla aparılan malların gömrük 
rəsmiləşdirilməsi həmin icazə sənədləri təqdim olunmaqla həyata keçirilir.  
Sərbəst  dövriyyə  üçün  buraxılış  gömrük  proseduru  altında  yerləşdirilmiş  malların 
gömrük  rəsmiləşdirilməsinin  operativliyini  və  şəffaflığını  artırmaq  məqsədi  ilə 

75 
 
müraciət edən şəxslərin qəbul edilməsi ardıcıllığının müəyyən olunması üçün gömrük 
orqanlarında elektron idarəetmə sistemindən ("elektron növbə") istifadə edilir. 
 
 «Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi Qaydaları»nın 
təsdiq edilməsi haqqında  Qərar № 229  Bakı şəhəri, 12 oktyabr 2012-ci il  
Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi Qaydaları  
Təkrar  idxal  ixrac  olunmuş  malların  ixrac  edildiyi  vaxtdan  3  (üç)  il  ərzində  eyni 
vəziyyətdə, yəni xarici ölkədə  heç bir  emala  məruz qalmadan gömrük ərazisinə tam 
və  bir  hissəsi  qaytarıldıqda,  onların  idxal  gömrük  rüsumlarından  və  vergilərdən 
tamamilə  azad  edilməklə  və  ticarət  siyasəti  tədbirləri  tətbiq  edilmədən,  sərbəst 
dövriyyəyə buraxılışıdır.  Sərbəst dövriyyədə olmuş və ya daxildə emal edilmiş mallar 
da təkrar idxal gömrük proseduru altında yerləşdirilə bilər. 
Malların  təkrar  idxal  gömrük  proseduru  altında  yerləşdirilməsinə  onların  ixracı 
zamanı  geri  qaytarılması  ehtimalı  barədə  gömrük  orqanlarına  bildirilib-
bildirilməməsindən asılı olmayaraq icazə verilir.  
Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi şərtləri  
Təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi üçün mallar aşağıdakı şərtlərə 
cavab verməlidir:  
•  Azərbaycan Respublikasının ərazisindən ixrac olunan daxili mallar olmalıdır;  
•  mallar ixrac edildiyi andan 3 (üç) il müddətində gömrük ərazisinə qaytarılmalıdır;  
•  təbii  aşınma  nəticəsində  dəyişikliklər,  normal  şəraitdə  daşınma  və  saxlanc  itkiləri,  
mallar aparıldığı vəziyyətdə olmalıdır.  
İ
xrac  olunmuş  malların  gətirilmə  tarixi  gömrük  rəsmiləşdirilməsi  üçün  tələb  olunan 
sənədlərin qəbul olunduğu gündən hesablanmalıdır.  
Təbii  aşınma  nəticəsində  dəyişikliklər,  normal  şəraitdə  daşınma  və  saxlanc  itkiləri 
standartlarla və həmin kateqoriya mallara aid normativ aktlarla müəyyən edilməlidir.  
Azərbaycan Respublikasının ərazisindən ixrac olunaraq aparılmış mallar təkrar idxal 
gömrük proseduru altında yerləşdirilərkən malların eyniləşdirilməsi, onların aparılma 
vaxtı və faktı, eləcə də həmin malların daxili mallar olması gömrük orqanının vəzifəli 
şə
xsinə  sübut  edilməlidir.  Göstərilən  halların  sübut  edilməsi  bəyannaməçiyə  həvalə 
olunur.  
Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda  mallardan  istifadə  edilməsi 
həmin  malların  təkrar  idxal  gömrük  proseduru  altında  yerləşdirilməsinə  mane  ola 
bilməz.  
Malların təkrar  idxalı  zamanı  gömrük orqanları malların geriyə  gətirilməsinin  onları 
aparmış şəxs tərəfindən deyil, malların təkrar idxalına müvafiq səlahiyyətə malik olan 
və malların eyniləşdirilməsini sübut və dəlillərlə təmin edə bilən başqa şəxs tərəfindən 
həyata keçirilməsinə icazə verirlər.  
Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda  olduqda,  malların  saxlanmasını 
təmin  etmək  üçün  kiçik  təmir  və  sahmana  salma  işləri  daxil  olmaqla,  digər 

76 
 
ə
məliyyatlar  da  aparıla  bilər.  Belə  əməliyyatlar  nəticəsində  həmin  malların  dəyəri 
aparılma anında müəyyən edilmiş dəyərindən artıq olmamalıdır.  
Malların aparılması və gətirilməsi zamanı dəyər münasibətləri milli valyuta əsasında 
müəyyən  edilir.  Müqavilədə  və  ya  digər  sənədlərdə  istənilən  başqa  valyutada 
göstərilən  dəyərin  hesablanması,  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı 
tərəfindən  həmin  günə  müəyyən  edilmiş  rəsmi  məzənnəyə  uyğun  milli  valyuta  ilə 
həyata keçirilir.  
Malların  təkrar  idxal  gömrük  proseduru  altında  yerləşdirilməsinə  nəzarətin  təmin 
edilməsi  məqsədi  ilə  gömrük  orqanlarının  təkrar  idxal  olunan  malların  gömrük 
ə
razisindən aparıldığı gömrük orqanına təqdim olunmasını tələb etmək hüququ vardır.  
Sərbəst dövriyyədə olmuş və ya daxildə emal edilmiş mallar da təkrar idxal gömrük 
proseduru altında yerləşdirilə bilər.  
 Təkrar  idxal  gömrük  proseduru  altında  yerləşdirilmiş  malların  gömrük 
rəsmiləşdirilməsi  
Təkrar  idxal  olunan  malların  gömrük  rəsmiləşdirilməsi  idxalçının  və  yaxud  onun 
struktur bölməsinin fəaliyyət zonasında yerləşən gömrük orqanlarında həyata keçirilir.  
Mallar təkrar  idxal gömrük  proseduru altında  yerləşdirildikdə, bəyannaməçi  gömrük 
orqanlarına aşağıdakı sənədləri təqdim etməlidir:  
•  müraciət ərizəsi və gömrük bəyannaməsi;  
•  təkrar idxal olunan mallara tələb olunduqda qanunvericilikdə nəzərdə tutulmuş dövlət 
orqanlarının icazəsi;  
•  təkrar  idxal  olunan  malların  ixrac  zamanı  rəsmiləşdirildiyi  gömrük  bəyannaməsinin 
nüsxəsi.  
Təsdiqedici  məlumatlar  və  ya  sənədlər  olmadığı  təqdirdə,  malların  təkrar  idxal 
proseduru altında yerləşdirilməsinə icazə verilmir.  
1. tranzit (beynəlxalq və daxili tranzit);  
2. saxlanc (müvəqqəti saxlanc və gömrük anbarlarında saxlanc);  
3. sərbəst zona;  
4. xüsusi istifadə (müvəqqəti idxal və son istifadə);  
5. emal (daxildə və xaricdə emal). 
İ
cazələrin və lisenziyaların verilməsi  
Malların emal və ya xüsusi istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi 
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada verilən gömrük 
orqanının icazəsi ilə həyata keçirilir.  
Malların  saxlanc  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilməsi  müvafiq  icra 
hakimiyyəti  orqanından  lisenziya  almış  şəxslərin  təsis  etdiyi  müvəqqəti  saxlanc  və 
gömrük anbarlarında həyata keçirilir.  
Qanunvericilikdə  başqa  hallar  nəzərdə  tutulmamışdırsa,  bu  Məcəllənin  167.1-ci  və 
167.2-ci maddəsində qeyd olunan icazə və lisenziya aşağıdakı şəxslərə verilir:  
1. rezidentlərə;  

77 
 
2. gömrük əməliyyatlarının qanunvericiliyin tələblərinə uyğun aparılacağına zəmanət 
təqdim  edən  və  gömrük  borcunun  yarandığı  və  yarana  biləcəyi  hallarda  onun 
ödənilməsinə təminat verən şəxslərə;  
3.  müvəqqəti  idxal  və  ya  daxildə  emal  xüsusi  gömrük  prosedurları  altında 
yerləşdirilmiş  mallardan  müvafiq  olaraq  istifadə  edən,  yaxud  emal  əməliyyatları 
aparan şəxsə.  
Xüsusi  gömrük  proseduruna  icazə  sahibi  icazənin  verilməsindən  sonra  onun  davam 
etdirilməsinə  və  ya  məzmununa  təsir  edə  bilən  bütün  amillər  barədə  gömrük 
orqanlarına məlumat verməyə borcludur.  
Tranzit xüsusi gömrük proseduru istisna olmaqla, icazə sahibi, prosedur sahibi, habelə 
sərbəst zonada malların saxlancı, istehsalı, emalı, alğı-satqısı ilə məşğul olan şəxslər 
müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  qaydada  öz  əməliyyatlarının 
uçotunu aparmalıdırlar.  
Aparılan uçot gömrük orqanları tərəfindən müvafiq gömrük proseduruna, o cümlədən 
həmin  gömrük  proseduru  altında  yerləşdirilmiş  malların  eyniləşdirilməsinə,  onların 
gömrük  statusunun  müəyyənləşdirilməsinə  və  daşınmasına  nəzarətin  həyata 
keçirilməsinə imkan yaratmalıdır.  
Tranzit  xüsusi  gömrük  proseduru,  göndərən  gömrük  orqanına  və  təyinat  gömrük 
orqanına  təqdim  olunan  məlumatların  gömrük  orqanları  tərəfindən  müqayisəsi 
ə
sasında onun düzgün yerinə yetirildiyi müəyyən edildikdən sonra başa çatır.  
Xüsusi gömrük proseduru başa çatmadıqda, gömrük orqanları müvafiq mallarla bağlı 
vəziyyətin tənzimlənməsi üçün bütün lazımi tədbirləri həyata keçirirlər.  
Tranzit  xüsusi  gömrük  proseduru  istisna  olmaqla,  digər  xüsusi  gömrük  prosedurları 
altında  yerləşdirilmiş  mallarla  əlaqədar  prosedur  sahibinin  hüquqları  və  öhdəlikləri 
müvafiq gömrük proseduru üçün  müəyyən edilmiş şərtlərə əməl edən digər şəxslərə 
də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada verilə bilər. Tranzit və 
sərbəst  zona  xüsusi  gömrük  prosedurları  istisna  olmaqla,  digər  xüsusi  gömrük 
prosedurları  altında  yerləşdirilmiş  mallar  gömrük  ərazisinin  müxtəlif  məntəqələri 
arasında gömrük qanunvericiliyinin tələblərinə riayət olunmaqla daşına bilər.  
Xüsusi  gömrük  proseduru  altında  yerləşdirilmiş  malların  əvəzinə  saxlanca  qoyulan, 
istifadə edilən və ya emal edilən daxili mallar ekvivalent mallar hesab olunur.  
Xaricdə emal prosedurunda ekvivalent mallar bu prosedur altında yerləşdirilmiş daxili 
malların əvəzinə emal olunan xarici mallardan ibarətdir.  
Ekvivalent mallar əvəz etdikləri mallarla eyni keyfiyyətə, eyni texniki göstəricilərə və 
xarici  iqtisadi  fəaliyyətin  mal  nomenklaturası  üzrə  eyni  rəqəmli  koda  malik 
olmalıdırlar.  
Gömrük 
orqanları 
gömrük 
prosedurunun 
gömrük 
nəzarəti 
baxımından 
qanunvericiliyin tələblərinə uyğun tətbiq olunmasının təmin edilməsi şərti ilə tranzit, 
müvəqqəti  idxal  və  ya  müvəqqəti  saxlanc  xüsusi  gömrük  prosedurları  istisna 
edilməklə, digər xüsusi gömrük prosedurları daxilində ekvivalent mallardan istifadəyə 
icazə verirlər.  

78 
 
Beynəlxalq tranzit  
Beynəlxalq tranzit xüsusi gömrük proseduru xarici malların gömrük rüsumları, əlavə 
dəyər  vergisi  və  aksizlər  alınmadan,  ticarət  siyasəti  tədbirləri  tətbiq  olunmadan 
gömrük  nəzarəti  altında  bir  yerdən  başqa  yerə  daşınmasıdır.    Malların  beynəlxalq 
tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək daşınması aşağıdakı qaydada 
həyata keçirilir:  
1. malların daşınması gömrük ərazisindən kənarda başlanır, yaxud başa çatır;  
2.  malların  daşınması  gömrük  ərazisinin  iki  məntəqəsi  arasında  gömrük  ərazisindən 
kənar ərazidən keçməklə baş verir.  
daşınma aşağıda göstərilənlər əsasında həyata keçirilir:  
1. beynəlxalq tranzit xüsusi gömrük proseduru;  
2.  beynəlxalq  gömrük  tranziti  üzrə  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 
beynəlxalq müqavilələr;  
3.  mallar  Ümumdünya  Poçt  İttifaqının  Aktları  əsasında  hüquqlara  malik  olan  və 
öhdəliklər daşıyan subyektlər (poçt rabitəsi operatorları) tərəfindən və ya onlar üçün 
beynəlxalq  poçt  göndərişlərinin  daşınmasında  vasitəçilik  edən  şəxslər  tərəfindən 
daşındığı halda, bu aktlara müvafiq olaraq beynəlxalq poçt göndərişlərinin mübadiləsi 
sistemi.  
Xarici  dövlətlərin  və  beynəlxalq  təşkilatların  rezidentlərin  mənafeyinə  zərər  vuran 
ayrı-seçkilik  və  digər  iqtisadi  siyasət  tədbirlərinə  cavab  kimi,  müvafiq  icra 
hakimiyyəti  orqanı  həmin  dövlətlərin  və  müvafiq  beynəlxalq  təşkilatlara  daxil  olan 
dövlətlərin  mallarının  gömrük  ərazisindən  beynəlxalq  tranzitinə  qadağalar  və 
məhdudiyyətlər tətbiq edə bilər.  
Daxili tranzit  
 Daxili tranzit xüsusi gömrük proseduru daxili malların statusunu dəyişmədən gömrük 
ə
razisinin  bir  yerindən  başqa  yerinə  daşınmasıdır.  Malların  daxili  tranzit  xüsusi 
gömrük  proseduru  altında  yerləşdirilərək  daşınması  gömrük  orqanlarının  icazəsi  ilə 
həyata  keçirilir.  Malların  beynəlxalq  və  daxili  tranzit  xüsusi  gömrük  prosedurları 
altında  yerləşdirilərək  daşınması  qaydalarını  müvafiq  icra  hakimiyyəti  orqanı 
müəyyən edir.  
Saxlanc  
Saxlanc  xüsusi  gömrük  proseduru  müvəqqəti  saxlanc  və  gömrük  anbarı 
prosedurlarından ibarətdir.  
Xarici mallar saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal 
üzrə  əlavə  dəyər  vergisi  və  aksizlər  alınmadan,  ticarət  siyasəti  tədbirləri  tətbiq 
olunmadan  gömrük  və  müvəqqəti  saxlanc  anbarlarında  gömrük  nəzarəti  altında 
yerləşdirilir.  
Saxlanc xüsusi gömrük prosedurunun sahibi aşağıdakılara görə cavabdehdir:  
1.  müvəqqəti  saxlanc  və  ya  gömrük  anbarı  xüsusi  gömrük  prosedurları  altında 
yerləşdirilmiş malların gömrük nəzarətindən yayındırılmasına;  
2. malların saxlancından irəli gələn öhdəliklərinin yerinə yetirilməməsinə;  

79 
 
3.  gömrük  və  ya  müvəqqəti  saxlanc  anbarlarının  təsisi  ilə  əlaqədar  verilmiş 
lisenziyada müəyyən edilən şərtlərə əməl edilməməsinə.  
Prosedur  sahibi  malların  müvəqqəti  saxlanc  və  ya  gömrük  anbarı  xüsusi  gömrük 
prosedurları altında yerləşdirilməsindən irəli gələn öhdəliklərini yerinə yetirməməsinə 
görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.  
Müvəqqəti saxlanc xüsusi gömrük proseduru  
Başqa  gömrük  proseduru  altında  yerləşdirilməsi  üçün  bəyan  edilmə  halları  istisna 
olmaqla,  mal  sahibi  tərəfindən  gömrük  orqanlarına  təqdim  edilmiş  aşağıdakı  xarici 
mallar  onun  tərəfindən  müvəqqəti  saxlanc  xüsusi  gömrük  proseduru  altında 
yerləşdirilərək bəyan edilir:  
1. sərbəst zonaya birbaşa gətirilmə istisna olmaqla, gömrük ərazisinə gətirilən mallar;  
2. sərbəst zonadan gömrük ərazisinin digər hissəsinə gətirilən mallar;  
3. barəsində beynəlxalq tranzit xüsusi gömrük proseduru başa çatmış mallar.  
Malların  müvəqqəti  saxlanc  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilməsi  üçün 
gömrük orqanları tərəfindən gömrük bəyannaməsi kimi qısa idxal bəyannaməsi və ya 
onu əvəz edən tranzit sənədi qəbul edilir.  
Gömrük orqanları prosedur sahibindən yarana biləcək gömrük borcuna görə təminat 
tələb  etmək  hüququna  malikdirlər.  Malları  müvəqqəti  saxlanc  xüsusi  gömrük 
proseduru  altında  yerləşdirmək  və  ya  həmin  prosedur  altında  saxlamaq  mümkün 
olmadıqda,  gömrük  orqanları  mallarla  bağlı  vəziyyəti  tənzimləmək  üçün  təxirə 
salınmadan bütün zəruri tədbirləri həyata keçirirlər.  
Malların  müvəqqəti  saxlanc  gömrük  proseduru  altında  qalma  müddəti  onların  və 
istifadə  olunan  nəqliyyat  vasitəsinin  xüsusiyyətləri  nəzərə  alınmaqla,  gömrük 
bəyannaməsinin  təqdim  olunması  üçün  lazım  olan  vaxt  nəzərə  alınmaqla  gömrük 
orqanı  tərəfindən  müəyyən  edilir.  Prosedur  sahibinin  əsaslandırılmış  müraciəti 
olduqda, gömrük orqanı həmin müddəti göstərilən müddət çərçivəsində uzadır.  
Müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  ayrı-ayrı  malların  xassələrindən  və 
xüsusiyyətlərindən  asılı  olaraq  daha  qısa  müddət  müəyyən  edildiyi  hallar  istisna 
olmaqla,  malların  müvəqqəti  saxlanc  gömrük  proseduru  altında  qalma  müddəti  4 
(dörd) aydan çox olmamalıdır.  
Mallar  müvəqqəti  saxlanc  xüsusi  gömrük  proseduru  altında  qalma  müddəti  başa 
çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya 
gömrük anbarında yerləşdirilməlidir.  
Müvəqqəti  saxlanc  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilən  malların  mövcud 
vəziyyətdə  qalmasını  təmin  etmək  üçün  onlar  adi  əməliyyatlara  məruz  qala  bilərlər. 
Belə hallarda malların xarici görünüşünün və texniki göstəricilərinin dəyişdirilməsinə 
yol verilmir.  
Müvəqqəti  saxlanc  bu  Məcəllənin  180.3-cü  maddəsinə  uyğun  olaraq  müvafiq  icra 
hakimiyyəti  orqanının  müəyyən  etdiyi  tələblərə  cavab  verən  müvəqqəti  saxlanc 
anbarlarında həyata keçirilir.  

80 
 
Müvəqqəti saxlanc anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən 
mallarla  əlaqədar  əməliyyatlara, uçot və hesabatın  aparılmasına,  gömrük  nəzarətinin 
həyata  keçirilməsinə,  anbar  sahibinə  dair  tələbləri  müvafiq  icra  hakimiyyəti  orqanı 
müəyyən edir.  
Gömrük anbarlarında saxlanc  
Xarici  mallar  gömrük  anbarı  xüsusi  gömrük  proseduru  altında  müvafiq  icra 
hakimiyyəti orqanı tərəfindən verilmiş lisenziyası olan şəxslərin gömrük anbarlarında 
gömrük  orqanlarının  nəzarəti  ilə  yerləşdirilə  və  saxlanıla  bilər.  Gömrük  anbarı 
istənilən  şəxs  tərəfindən  istifadə  edilə  bilən  açıq  tipli  və  ya  müəyyən  malların 
saxlanılması üçün nəzərdə tutulan qapalı tipli ola bilər. Başqa mallara ziyan vura bilən 
və  ya  xüsusi  saxlanc  şəraiti  tələb  olunan  mallar  anbarın  xüsusi  avadanlıqla  təchiz 
edilmiş yerlərində saxlanmalıdır.  
Gömrük  anbarı  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilmiş  mallar  gömrük 
anbarından  müvəqqəti  çıxarıla  bilər.  Fors-major  halları  istisna  edilməklə,  həmin 
malların gömrük anbarından müvəqqəti çıxarılması üçün gömrük orqanlarının icazəsi 
tələb olunur.  
Gömrük  anbarlarının  tiplərinə,  quruluşuna,  təchizatına,  orada  yerləşdirilən  mallarla 
ə
laqədar  əməliyyatlara,  uçot  və  hesabatın  aparılmasına,  gömrük  nəzarətinin  həyata 
keçirilməsinə, anbar sahibinə dair tələbləri müvafiq icra hakimiyyəti orqanı müəyyən 
edir.  
Gömrük anbarlarında daxili malların saxlanılması və emalı  
Gömrük  orqanları  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  qaydada 
gömrük anbarında aşağıdakıların həyata keçirilməsinə icazə verirlər:  
1. daxili malların saxlancına;  
2.  malların  daxildə  emal  və  ya  son  istifadə  xüsusi  gömrük  prosedurları  altında 
yerləşdirilərək,  həmin  prosedurlar  üçün  müəyyən  edilmiş  şərtlərə  uyğun  olaraq 
emalına.  
Mallar  gömrük  anbarı  xüsusi  gömrük  proseduru  altında  yerləşdirilərək  3  (üç  il) 
müddətində saxlanıla bilər.  
Gömrük anbarında saxlanc müddəti başa çatmış malların və nəqliyyat vasitələrinin bu 
Məcəlləyə uyğun olaraq satışından əldə edilən məbləğ onların daşınması, saxlancı və 
satışı ilə bağlı xərclər və ödənilməli olan gömrük ödənişləri çıxıldıqdan sonra müvafiq 
icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada mal sahibinə verilir.  
Каталог: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə