Mühazirə materialları Fənnin predmeti barədə anlayış


Avtomobil buraxılış məntəqələrində gömrük nəzarətinin xüsusiyyətləri



Yüklə 2.47 Mb.
Pdf просмотр
səhifə5/22
tarix13.06.2017
ölçüsü2.47 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   22

Avtomobil buraxılış məntəqələrində gömrük nəzarətinin xüsusiyyətləri 
Məlumatlandırma  və  qeydiyyat  mərhələsində  gömrük  orqanı  tərəfindən  həyata 
keçirilən  gömrük  hərəkətləri  malların  və  nəqliyyat  vasitələrinin  hərəkət  istiqaməti 
(gömrük ərazisinə gəlmə və ya gömrük ərazisindən getmə) əsasında müəyyən olunur 
və aşağıdakıları əhatə edir: 
1.  gömrük  ərazisinə  gətirilən malların  və  nəqliyyat  vasitələrinin  gömrük  sərhədini 
keçdiyi andan gömrük nəzarətinə alınması; 
2.  gömrük  orqanları  tərəfindən  malların  və  nəqliyyat  vasitələrinin  gömrük  nəzarəti 
zonasında yerləşən gömrük baxışı yerinə çatdırılmasına icazə verilməsi; 
3.  malların  və  nəqliyyat  vasitələrinin  gömrük  ərazisini  tərk  etməsi  ilə  bağlı  gömrük 
hərəkətlərinin həyata keçirilməsi. 
Gömrük  təminatları  olmayan  nəqliyyat  vasitələri  üzərində  risklər  əsasında  gömrük 
məqsədləri  üçün  gömrük  baxışı  və  (və  ya)  gömrük  yoxlaması  aparılır.  Gömrük 
nəzarətinin  formalarının  tətbiqi  tamamlandıqdan  sonra  daşıma  sənədində  nəzarəti 
həyata  keçirən  gömrük  orqanının  vəzifəli  şəxsi  tərəfindən  zəruri  qeydlər  aparılır. 
Gömrük  nəzarətinin formalarının nəticəsi üzrə  mallara və nəqliyyat vasitələrinə  dair 
məlumatların qeydiyyatı üzrə hərəkətlərə başlanılır. Mallara və nəqliyyat vasitələrinə 
dair məlumatların qeydiyyatı mal müşayiət sənədlərində göstərilən məlumatlar və (və 
ya) qısa idxal (ixrac) bəyannaməsinin məlumat göstəriciləri əsasında aparılır. Malların 
və  nəqliyyat  vasitələrinin  qeydiyyatı  tamamlandıqdan  sonra  gömrük  nəzarətinin 
növbəti mərhələsi olan sənədli nəzarət mərhələsinə başlanılır. 
Sənədli nəzarət mərhələsinə aid edilən hərəkətlər aşağıdakıları əhatə edir: 
1.  gömrük  sərhədindən  keçirilmə  məqsədlərini  təsdiqləyən  sənədlərin  yoxlanılması 
(gömrük ərazisinə gəlmə, gömrük ərazisindən getmə, tranzit); 
2.  qeydiyyata  alınmış  mallara  və  nəqliyyat  vasitələrinə  dair  məlumatların  və 
sənədlərin yoxlanılması; 
3.  qadağa  və  məhdudiyyətlərə,  eləcə  də  malların  idxal-ixracı  ilə  bağlı  bütün 
tənzimlənmə qaydalarına riayət olunmasının yoxlanılması; 
4.  qanunvericilikdə  nəzərdə  tutulmuş  hallarda  malların  gömrük  sərhədindən 
keçirilməsi üçün icazə sənədlərinin və ya məlumatların mövcudluğunun yoxlanılması; 
5. qanunvericilikdə nəzərdə tutulmuş hallarda sənədli nəzarəti həyata keçirən gömrük 
orqanının  vəzifəli  şəxsi  tərəfindən  malların  və  nəqliyyat  vasitələrinin  gömrük 
yoxlanılması (gömrük yoxlanılması sənədli nəzarəti həyata keçirən gömrük orqanının 
vəzifəli şəxsinin tapşırığına əsasən, sənədli nəzarət mərhələsində gömrük hərəkətlərini 
aparan  gömrük  orqanının  digər  vəzifəli  şəxsi  və  ya  məlumatlandırma  və  qeydiyyat 
mərhələsində gömrük hərəkətlərini aparan gömrük orqanının vəzifəli şəxsi tərəfindən 
həyata keçirilə bilər); 

60 
 
6.  mallar  beynəlxalq  yük  daşınması  kitabçası  istifadə  edilməklə  daşındıqda,  onların 
"Beynəlxalq  yük  daşınması  kitabçası  tətbiq  etməklə  beynəlxalq  yük  daşımaları 
haqqında 1975-ci il tarixli Konvensiya"nın tələblərinə uyğunluğu əsasında beynəlxalq 
yük daşınması kitabçasının rəsmiləşdirilməsi. 
Gömrük  orqanlarına  həvalə  edilmiş  beynəlxalq  avtomobil  daşımalarını  tənzimləyən 
"icazə"  blanklarının  verilməsinə  nəzarəti  və  bu  sahədə  qanunvericiliyin  tələblərinə 
riayət olunmasını təmin etmək məqsədi ilə aşağıdakılar həyata keçirilir: 
1. "icazə" blanklarının verilməsi və buna görə "Dövlət rüsumu haqqında" Azərbaycan 
Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun alınması; 
2. yol vergilərinin hesablanması; 
3.  beynəlxalq  avtomobil  daşımalarına  aid  Azərbaycan  Respublikası  ilə 
hökumətlərarası  sazişi  olan  xarici  dövlətlərin  yük  və  sərnişin  avtomobil  daşıyıcıları 
üçün giriş-çıxış və tranzit keçid hüququnu müəyyənləşdirən kvotaların və beynəlxalq 
icazələrin, həmçinin müntəzəm  sərnişin  daşımalarında  qabaqcadan  müəyyən  edilmiş 
marşrut və hərəkət cədvəlinin yoxlanılaraq qeydə alınması. 
Çatdırmaya nəzarət mərhələsində aşağıdakılar həyata keçirilir: 
1.  göndərən  gömrük  orqanından  təyinat  gömrük  orqanına,  məlumatları  qeydiyyata 
alınmış  malların  və  nəqliyyat  vasitələrinin  və  sənədlərin  çatdırılmasına  nəzarətin 
təmin edilməsi və müvafiq rəsmiləşdirilmənin aparılması; 
2.  çatdırılmaya  nəzarət  mərhələsi  üzrə  məlumatları  qeydiyyata  alınmış  malların  və 
nəqliyyat  vasitələrinin  müəyyən  olunmuş  müddətlərdə  gömrük  orqanına 
çatdırılmasının yoxlanılması; 
3  çatdırılma  müddətlərinə  riayət  olunmadığı  hallarda  axtarış  tədbirlərinin  həyata 
keçirilməsi üzrə məlumatlandırılmanın aparılması; 
4. çatdırılmanın təsdiqlənməsi. 
Dəmiryol buraxılış məntəqələrində gömrük nəzarətinin xüsusiyyətləri 
Dəmiryol  buraxılış  məntəqələrində məlumatlandırma  və  qeydiyyat  mərhələsində 
gömrük  orqanı  tərəfindən  həyata  keçirilən  gömrük  hərəkətləri  malların  və  nəqliyyat 
vasitələrinin  hərəkət  istiqaməti  (gömrük  ərazisinə  gəlmə  və  ya  gömrük  ərazisindən 
getmə) əsasında müəyyən olunur və aşağıdakıları əhatə edir: 
1. beynəlxalq daşımaları həyata keçirən operatorlar tərəfindən qatarların ölkəyə daxil 
olduğu  ana  qədər  gömrük  ərazisinə  gələn  sərnişinlər  barədə  təqdim  olunan 
məlumatların yoxlanılması və təhlillərin aparılması; 
2. beynəlxalq daşımaları həyata keçirən operatorlar tərəfindən qatarların yola düşməsi 
anına  qədər  gömrük  ərazisindən  kənar  əraziyə  yola  düşən  sərnişinlər  barədə  təqdim 
edilmiş məlumatların yoxlanılması və təhlillərin aparılması; 
3.  dəmiryol  qatarının  və  onlarda  daşınan  yüklərin  gömrük  sərhədini  keçdiyi  andan 
gömrük nəzarətinə alınması; 
4. dəmiryol qatarı ilə daşınan mallara dair məlumatların qeydiyyatının aparılması; 
5. dəmiryol qatarı üzərində gömrük baxışının aparılması. 

61 
 
Dəmiryol  qatarının  və  onlarda  daşınan  mallara  dair  məlumatların  qeydiyyatı  mal 
müşayiət  sənədlərində  göstərilən  məlumatlar  və  (və  ya)  qısa  idxal  (ixrac) 
bəyannaməsinin məlumat göstəriciləri əsasında aparılır. 
Sənədli nəzarət mərhələsinə aid edilən hərəkətlər aşağıdakıları əhatə edir: 
1. dəmiryol qatarının və onlarda daşınan malların gömrük sərhədindən keçirilməsi ilə 
bağlı  qanunvericilikdə  nəzərdə  tutulmuş  sənədlərin  faktiki  təqdim  edilməsinin 
yoxlanılması; 
2.  gömrük  sərhədindən  keçirilmə  məqsədlərini  təsdiqləyən  sənədlərin  yoxlanılması 
(gömrük ərazisinə gəlmə, gömrük ərazisindən getmə, tranzit); 
3.  məlumatları  qeydiyyata  alınmış  dəmiryol  qatarı  və  onlarda  daşınan  mallara  dair 
məlumatların və sənədlərin yoxlanılması; 
4.  qadağa  və  məhdudiyyətlərə,  eləcə  də  malların  idxal-ixracı  ilə  bağlı  bütün 
tənzimlənmə qaydalarına riayət olunmasının yoxlanılması; 
5.  qanunvericilikdə  nəzərdə  tutulmuş  hallarda  malların  gömrük  sərhədindən 
keçirilməsi üçün icazə sənədlərinin və ya məlumatların mövcudluğunun yoxlanılması; 
6. qanunvericilikdə nəzərdə tutulmuş hallarda sənədli nəzarəti həyata keçirən gömrük 
orqanının  vəzifəli  şəxsi  tərəfindən  dəmiryol  qatarının  və  onlarda  daşınan  malların 
gömrük  yoxlanılması  (gömrük  yoxlanılması  sənədli  nəzarəti  həyata  keçirən  gömrük 
orqanının  vəzifəli  şəxsinin  tapşırığına  əsasən,  sənədli  nəzarət  mərhələsində  gömrük 
hərəkətlərini aparan gömrük orqanının digər vəzifəli şəxsi və ya məlumatlandırma və 
qeydiyyat mərhələsində gömrük hərəkətlərini aparan gömrük orqanının vəzifəli şəxsi 
tərəfindən həyata keçirilə bilər). 
Aparılan  hərəkətlərin  nəticəsi  üzrə  mal  müşayiət  sənədində  gömrük  orqanının 
qeydləri aparılır. 
Beynəlxalq hava və dəniz limanlarında gömrük nəzarəti 
Hava və dəniz nəqliyyatı və onlarda daşınan mallara dair məlumatların qeydiyyatı mal 
müşayiət  sənədlərində  göstərilən  məlumatlar  və  (və  ya)  qısa  idxal  (ixrac) 
bəyannaməsinin məlumat göstəriciləri əsasında aparılır.. 
Gömrük rəsmiləşdirilməsi yerlərində gömrük nəzarəti 
Gömrük rəsmiləşdirilməsi yerlərində malların və nəqliyyat vasitələrinin yerləşdirildiyi 
müvafiq gömrük prosedurunun tələblərinə riayət olunmasını təmin etmək məqsədi ilə 
gömrük  nəzarəti  həyata  keçirilir.  Gömrük  rəsmiləşdirilməsi  yerlərində  gömrük 
nəzarəti mərhələlərinə aşağıdakılar aid edilir: 
1. gömrük bəyannamələrinin qeydiyyatı və uçotu; 
2. seçilmiş gömrük prosedurunun tələblərinə riayət edilməsinə nəzarət; 
3. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq malların kodunun və 
mənşə  ölkəsinin  müəyyənləşdirilməsinin  düzgünlüyünə,  məhdudiyyət  və  qadağalar 
üzrə qanunvericiliklə müəyyən edilmiş tələblərə riayət edilməsinə nəzarət; 
4. valyuta nəzarəti və gömrük dəyərinin müəyyən edilməsinə nəzarət; 
5. gömrük ödənişlərinə nəzarət; 
6. gömrük baxışı; 

62 
 
7.  gömrük  bəyannamələrinin  Gömrük  Məcəlləsinin  151-ci  maddəsi  ilə  müəyyən 
edilmiş şərtlərə uyğunluğunun yoxlanılması və təsdiqi. 
 
Sənəd  (sübut,  şəhadət)  dedikdə  elə  hüquqi  qüvvəyə  malik  olan  maddi  obyekt 
başa  düşülür  ki,  orada  məzmun,  səs  və  ya  rəsmlə  vaxt  və  məkana  görə  götürülməsi 
mümkün olan informasiya verilmiş olsun. Bu informasiya şəxsi və ya ictimai istifadə 
və  saxlanmaq  üçün  yararlı  olmaqla  müəyyən  məlumatları  göstərməklə  sübut  üçün 
faktları  əks  etdirməlidir:  xidməti  məktub,  işçinin  yazılı  izahatı,  nəqliyyat  qaiməsi, 
jurnalistin  reportajı,  pasport,  gömrük  qaydalarının  pozulması  haqqında  protokol, 
diplomatik  nota,  doğum  haqqında  şəhadətnamə,  diplom,  qaimə,  müqavilə,  lisenziya  
və i.а. və s. 
Müxtəlif xarici iqtisadi təsərrüfat əməliyyatlarının aparılmasını təsdiq edən sübut 
ilkin sənədlərdir. Bu sənədlər həm də mühasibat uçotunun aparılması və hesabatların 
tərtib edilməsi üçün hüquqi əsas hesab olunurlar. Məhz bu səbəbdən də ilkin sənədlər 
ə
məliyyatların baş verməsi və onların qanuni olmasını təsdiqləyən sübutlardır. 
Gömrük  nəzarətinin  keçirilməsi  üçün  ilkin  sənəd,  saziş  iştirakçılarının  hüquq, 
vəzifə və cavabdehliyini müəyyən edən idxal və ixrac əmtəələrinin göndərişi barədə 
kontraktdır. 
Kontraktın əsas şərtləri aşağıdakılardır: 
-
 müqavilənin predmeti; 
-
 əmtəə və ya xidmətin qiyməti və kontraktın ümumi məbləği;  
-
 malların  göndərilməsinin  kommersiya  (bazis)  şərti  (Azərbaycan  Respublikası 
DGK 16.04.1999-cu il tarixli əmrilə təsdiq olunmuş Təlimata uyğun olaraq) 
-
 əmtəənin göndərilmə müddəti; 
-
 ödəniş şərti və hesablama forması; 
-
 əmtəənin bükülməsi və markalanması; 
-
 öhdəliklərin icrası üçün zəmanət; 
-
 kontrakt şərtlərinin pozulması hallarında cərimə sanksiyaları; 
-
 sığortalama; 
-
 gözlənilməz hallar (fors - major); 
-
 arbitraj. 
Kontraktda  sazişin  xarakteri,  əmtəənin  xüsusiyyətləri  və  göndəriş  şərtləri  ilə 
bağlı digər şərtlər verilə bilər. 
Mərkəzi  Bankın  tövsiyəsinə  əsasən,  xarici  iqtisadi  fəaliyyətlə  məşğul  olan 
təşkilatlara  məsləhət  bilinir  ki,  xarici  iqtisadi  kontraktlarda  unifikasiya  olunmuş,  iki 
bölgü ilə ayrılmış üç qrupdan ibarət olan kontrakt nömrələrindən istifadə etsinlər. 
HH /ХXXXXXXX/ XXXXX  və ya RRR /XXXXXXXX/ XXXXX; burada: ilk 
qrup iki hərifdən (HH) və ya üç rəqəmdən (RRR) ibarət Satıcı (Alıcı) ölkənin kodudur 
ki,  bu  da  gömrük  sənədlərinin  tərtibatında  istifadə  olunan  Beynəlxalq  “Dünya 
ölkələri” təsnifatına uyğun gələn koddur. İkinci qrup səkkiz rəqəmdən ibarət koddur 
ki,  bu  da  Milli  “Müəssisə  və  təşkilatlar”  təsnifatından  götürülən  Satıcı  (Alıcı) 

63 
 
təşkilatın  kodudur.  Üçüncü  qrup  beş  rəqəmli  koddur  ki, bu  da  Satıcı  (Alıcı) təşkilat 
səviyyəsində tərtib edilən sənədin sıra (ardıcıllıq) sayıdır (nömrəsidir). 
Kontraktın imzalanma tarixi aşağıdakı kimi tərtib olunur: 
GG. АА. İİ, burada GG – gün (2 rəqəm); АА – ay (2 rəqəm); İİ – il (2 rəqəm – 
ilin  son  rəqəmi).  Gün,  ay  və  illəri  göstərən  hər  iki  rəqəm  biri  –  birindən  nöqtə  ilə 
ayrılır. 
Xarici ticarət kontraktında aşağıdakılar göstərilir: 
-
 Kontraktın imzalanma yeri; 
-
 Satıcı və Alıcı təşkilatların tam şəkildə yazılmış rəsmi adı; 
-
 Xarici tərəfdaşın ölkəsi və əmtəənin göndərildiyi (alındığı) ölkə; 
-
 Ölkələrin  tam  adları  və  onların  gömrük  tərtibatları  məqsədilə  istifadə  edilən 
Beynəlxalq «Dünya ölkələri» təsnifatında verilmiş üçrəqəmli kodları. 
Müqavilənin (Kontraktın) predmeti. 
Müqavilədə (Kontraktda) aşağıdakılar göstərilir; 
- Əmtəənin adı və tam xarakteristikası; 
-
 Əmtəənin  tam  kommersiya  adı,  çeşidi,  ölçüləri,  modeli,  komplekti  (dəsti), 
istehsal olunduğu ölkə və əmtəəni təsvir etmək üçün məhsulun beynəlxalq və ya milli 
standartına istinad və digər məlumatlar; 
-
 Əmtəənin taralaşdırılması,  (qablaşdırılması, markalanması); 
-
 Beynəlxalq “Yük, qablaşdırma və qablaşdırma materialları növləri üçün kodlar 
(qablaşdırma  adları  üçün  əlavə  kodlar)  təsnifatı”na  uyğun  olaraq  taranın  və  ya 
qablaşdırıcının adı; 
-
 Əmtəənin markalanmasına izahat və tələblər. 
Ə
mtəənin həcmi,  çəkisi, miqdarı. 
Yükün  həcmi,  onun  tara  ilə  birlikdə  çəkisi  (brutto)  və  ya  təmiz  çəkisi  (netto) 
razılaşdırılmış ölçü vahidi ilə verilir. Əgər lazım gələrsə, malın miqdarı xarici iqtisadi 
fəaliyyətdə əmtəə nomenklaturu (XİFƏN) cədvəlinə uyğun olan ölçü vahidlərinə görə 
göstərilə bilər. 
Qiymət  və  məbləğ.  Kontraktın  ümumi  məbləği  və  əmtəə  vahidinin  qiyməti 
valyuta ilə göstərilir. Bu halda əmtəə göndərilməsi şərtlərini müəyyən edən “Standart 
anlayışlar  üzrə  Beynəlxalq  qaydalar  (İNKOTERMS  –  2000)”  üzrə  müəyyən  olunan 
göndərişin  bazis  adına  müvafiq  qiymət  göstərilir;  valyutanın  kodu  və  adı,  gömrük 
sənədləşdirilməsində  istifadə  olunan  Beynəlxalq  «Valyutalar  təsnifatı»nda  verilmiş 
formada olmalıdır. 
Ə
gər,  kontrakt  bağlanan  zaman  əmtəənin  qiymətini  və  müqavilə  üzrə  ümumi 
məbləği  valyuta  ilə  müəyyən  edilə  bilmirsə,  onda  qiymətin  və  ya  onun  alınması 
qaydasını  izah  edən elə bir formul  (düstur)  təklif  edilir  ki,  müqavilənin hər  bir  şərti 
üzrə  icra  edilən  iş  üçün  həm  əmtəənin  qiymətini,  həm  də  ümumi  məbləği  dəqiq 
müəyyən etmək imkanı olsun. 
Ödəmə şərtləri. 

64 
 
Müqavilədə  ödəmə  şərtlərinin  izahı  verilir.  Ödəniş  aparılacaq  valyutanın 
Beynəlxalq  təsnifat  üzrə  adı  və  kodu  göstərilir,  ödəmə  vaxtı  və  əgər  bu  vaxt 
uzadılacaqsa  onun  şərtləri  qeyd  edilir.  Eləcə  də,  göndərmə  faktını  təsdiq  edən 
göndərilən  əmtəələrin  qiymətləri  və  nomenklaturunu  təsdiqləyən  Alıcının  Satıcıya 
verəcəyi bütün məcburi (vacib) sənədlərin siyahısı göstərilməlidir. 
Məsləhət  görülür  ki,  ödəmənin  akkreditiv  forması  və  ya  elə  forması  nəzərdə 
tutulsun ki, ixrac üçün ödənilən valyuta mədaxili, əvvəllər idxal üçün ödənilmiş, lakin 
alınmamış ödənişlərin ödənilməsinə zəmanət olsun. 
Tərəflərin  banklarının  (filiallarının)  tam  adları  və  poçt  ünvanları,  hesab 
nömrələri, ödəniş rekvizitləri göstərilir. 
Tədarük müddəti 
Ə
mtəələrin  tədarük  qaydası  –  tədarükün  tamamlanma  vaxtı  və  ya  əmtəənin 
konkret  partiyalarla  ödənilməsi  qrafiki  kontraktın  fəaliyyət  müddəti  ərzinə  uyğun 
verilməlidir.  Bu  müddət  ərzində  əmtəələrin  tədarükü  və  müqavilə  üzrə  qarşılıqlı 
hesablaşmalar tamamilə başa çatmalıdır. 
Fors – major 
Qabaqcadan  nəzərə  alınması  mümkün  olmayan  (fors  –  major)  hallar, 
sövdələşmənin digər xüsusiyyətləri və şərtləri formalaşdırılır. 
Ayrıca  bəndlərdə  və  ya  bölmələrdə  sövdələşmənin  digər  şərtləri  və  cəhətləri 
razılaşdırılır (zəmanət öhdəlikləri, lisenziya ödənişləri, texniki yardım, avadanlıqların 
yığılması,  sazlanması,  quraşdırılması,  işçilərin  öyrədilməsi,  informasiya  və  digər 
xidmətlər). 
Mübahisələrə baxılması 
Etirazların  bildirilməsi  və  baxılması  qaydaları,  etirazlar  üzrə  ödəniş  qaydaları, 
mübahisəli  məsələlərin  arbitrajda  baxılması  kontraktda  verilməlidir.  Kontrakt  üzrə 
münasibətlərin hansı dövlətin hüquq qaydaları ilə tənzimlənəcəyi göstərilməlidir. 
Sanksiyalar 
Tərəflər öhdəliklərinə əməl etmədikdə – mal göndərilməsi gecikdirildikdə və (və 
ya)  əmtəənin  haqqının  ödənilməsi  gecikdirildikdə,  eləcə  də  əmtəə  keyfiyyətsiz  və 
miqdarından az tədarük edildikdə tətbiq ediləcək sanksiyalar göstərilir. 
Alıcının və satıcının ünvanları 
Alıcı  və  Satıcının  hüquqi  və  tam  poçt  ünvanı,  əlaqə  telefonları,  faks,  teleksləri 
(təşkilatların) göstərilir. 
Tərəflərin imzaları 
Müqavilə  imzalamaq  səlahiyyəti  verilmiş  Alıcı  və  Satıcı  təşkilatların  
təmsilçilərinin möhürlə təsdiq edilmiş imzaları, soyadı, adı və atasının adı və vəzifəsi 
göstərilməklə verilir. 
Gömrük əməliyyatlarında tərtib edilən əsas  
sənədlərin təsnifatı 
1)
  Gömrük nəzarəti üçün lazım olan sənədlər  
2)
  Əmtəə - sərəncam sənədləri  

65 
 
3)
  Bəyannaməçinin gömrük rəsmiləşdirilməsi məqsədilə təqdim etməli olduğu sənədləri 
4)
  “İxrac əməliyyatlarına valyuta nəzarəti Uçot Kartoçkası”  
5)
  Yük daşımalarına nəzarət məqsədilə istifadə olunan sənədlər 
Gömrük  orqanlarının  vəzifəli  şəxsləri  tərəfindən  təsdiq  olunan  və  verilən 
sənədlər gömrük sənədləri hesab olunurlar. 
Gömrük sənədlərinə  aiddirlər: 
-
 mal daşınmasına nəzarət sənədi (DNS) – daşınan hər partiya əmtəə üçün dörd 
vərəqdə,  əmtəələrin  gömrükçülər  tərəfindən  daşındığı  halda  isə  beş  vərəqdə 
doldurulur və gömrük məqsədləri və gömrük nəzarəti üçün vacibdir. Mal daşınmasına 
nəzarət  sənədlərinə  aiddirlər:  BYD  kitabçalarının  qoparılan  vərəqləri  (BYD 
Konvensiyası, 1975 – ci il), gömrük nəzarəti ilə daşınan əmtəələr üçün nəqliyyat və 
nəqliyyatı müşayiət edən sənədlər; 
-
 yük gömrük bəyannaməsi (YGB); 
-
 əmtəənin mənşə sertifikatı; 
-
 rüsumların, aksizlərin və yığımların ödənməsi barədə arayışlar, təyinat yerində 
gömrük orqanlarına təqdim ediləcək sənədlər, daxili və sonradan tranzitlə daşınacaq 
ə
mtəələr üçün daşınmaya nəzarət sənədləri; 
-
 nəqliyyat  vasitələrinin  (konteynerlərin)  gömrük  möhürü  və  plombu  ilə  əmtəə 
daşınmasına  icazə  verilməsi  barədə  şəhadətnamə  (bu  halda  gömrük  orqanları 
tərəfindən gömrük brokeri, gömrük daşıyıcısı kimi fəaliyyət göstərmək üçün lisenziya 
və ixtisas attestatı almış kadrlardan istifadə olunur). 
Gömrük nəzarəti üçün lazım olan sənədlərə aşağıdakıları da aid etmək olar: 
-
 keyfiyyət sertifikatı; 
-
 bəzi əmtəələri hökmən müşayiət edən, digər dövlət orqanları tərəfindən verilən 
karantin, icazə sənədləri; 
-
 xarici iqtisadi fəaliyyətlə məşğul olmaq üçün hüquqi və fiziki şəxslərə ixtiyar 
verən təsis sənədləri və digər müvafiq sənədlər. 
Gömrük işində şəxsiyyəti təsdiq edən sənədlər kimi aşağıdakılar qəbul olunurlar: 
-
 Azərbaycan  ərazisində  daimi  yaşayan  xarici  vətəndaşlar  və  vətəndaşlığı 
olmayan  şəxslər  üçün  –  Azərbaycan  Respublikasında  yaşamaq  üçün  arayış 
(müvəqqəti şəxsiyyət vəsiqəsi); 
-
 AR – da müvəqqəti yaşayan xarici vətəndaşlar üçün milli pasport, yaxud onu 
ə
vəz edən sənəd; 
-
 AR vətəndaşları üçün daxili vətəndaşlıq vəsiqəsi yaxud da pasport. 
-
 AR  hərbi xidmətçiləri üçün hərbi işçinin şəxsi vəsiqəsi və yaxud hərbi bilet. 
Yuxarıda  qeyd  olunan  sənədlər  gömrük  sərhədindən  keçirilən  əmtəələrə  və 
nəqliyyat vasitələrinə gömrük nəzarətini həyata keçirmək üçün lazımdır. 
Bununla  yanaşı  mühasibat  uçotunun  yekun  sənədləri  də  gömrük  nəzarəti 
obyektləri olurlar: 
-
 mühasibat  uçotu  registrləri;  tətbiq  edilən  mühasibat  uçotu  formalarından  asılı 
olaraq bu sənədlər: jurnal – order, memorial orderlər, dövriyyə cədvəlləri, satıcılar və 

66 
 
alıcılarla  hesablaşmaların  analitik  uçot  cədvəlləri,  əsas  kitab  və  başqa  sintetik 
mühasibat  uçotu  cədvəlləri  daxildirlər.  Bu  sənədlərdə  aparılmış  təsərrüfat 
ə
məliyyatlarının uçotu barədə yekun məlumatlar, ilkin sənədlərin yekun məlumatları 
verilir ki, bunların əsasında da mühasibat uçotu aparılır; 
-
 vedomostlar  (cədvəllər)  və  bank  uçotunun  fərdi  hesablarından  çıxarışlar;  bu 
sənədlər  təşkilatların  bankda  olan  hesablarındakı  pul  vəsaitlərinin  hərəkəti  barədə 
faktiki  informasiyaları  əks  etdirməklə  onların  gəlirlərini  və  digər  pul  vəsaitlərini 
dəqiqləşdirməyə imkan yaradırlar; 
-  hesabat  formaları,  həmçinin  dövlətə  ödənən  vergi  hesabları  (vergi 
bəyannaməsi);  bu  sənədlər,  mühasibat  balansları,  maliyyə  nəticələri  barədə  hesabat, 
gəlirdən  vergi  tutulmasının  hesablanması,  Əlavə  Dəyər  Vergisi  üzrə  vergi 
bəyannaməsi  və  başqalarıdır.  Bu  sənədlərdə  maliyyə  –  təsərrüfat  fəaliyyətinin 
nəticələrini  əks  etdirən  yekun  göstəricilər,  bu  fəaliyyətə  uyğun  vergilər  barədə, 
təşkilatın vəsaitləri və əmlakı barədə məlumatlar verirlər. 
Satıcının  alıcıya  təqdim  etdiyi  və  əmtəə  üzərində  mülkiyyət  hüququnun  alıcıya 
keçdiyini təsdiq edən sənədlər  əmtəə - sərəncam sənədləri adlanırlar. 
Bu sənədlər aşağıdakılardır: 
-
 nəqliyyat,  müşayiətedici  və  sığorta  sənədləri  –  dəmiryol  qaimələri  və  onların 
surətləri – beynəlxalq yük daşımalarında dəmiryol qaimələrinin dublikatları; 
-
 daxili yük daşımalarında dəmiryol qaimələrinin qəbzləri; 
-
 baqaj qəbzi; 
-
 konosament; 
-
 ödəmə tapşırıqları; 
-
 hesablaşma hesabından nağd pul verilməsi üçün sənədli əsas; 
-
 məxaric kassa orderləri; 
-
 çeklər; 
-
 avto, su və hava nəqliyyatları üçün qaimələr; 
-
 sığorta polisi və ya sertifikat. 
Ə
mtəə - müşayiət sənədlərinə aiddir: 
-
 əmtəənin keyfiyyəti haqqında sertifikat; 
-
 yükləmə (boşaltma) sertifikatı; 
-
 bükmə vərəqi; 
-
 komplektləşdirmə cədvəli (vedemostu). 
Anbar sənədlərinə аiddir: 
-
 limanın ixrac əmtəələrin qəbulu aktı; 
-
 limana gətirilmiş idxal mallarının gəmidən boşaldılması barədə əsas akt; 
-
 xarici  limandan  yükün  saxlanmaq  üçün  qəbul  edilməsi  barədə  dok  iltizamı 
(qəbz); 
-
 varrant – iki hissədən ibarət olan xarici kommersiya anbarının sənədi. Birinci 
hissə - anbarın əmtəəni saxlamaq üçün qəbul etməsi barədə qəbz. İkinci hissə – girov 

67 
 
şə
hadətnaməsidir  ki,  bunun  əsasında  həmin  malları  girov  qoymaqla  borc  götürmək 
olar. 
Texniki  sənədlər  –  uzun  müddətli  istifadə  üçün  avadanlıq,  maşın  və  digər 
texnikanın  kontrakt  əsasında  alınması  zamanı  onların  quraşdırılması  və  istismarını 
təmin etmək üçün lazım olan sənədlər toplusudur. 
Texniki sənədlərə 
 aiddir: 
-
 maşın və avadanlıqların texniki pasportları; 
-
 məmulatların formulyarları və izahatlar; 
-
 qurma,  quraşdırma,  tənzimləmə,  idarəetmə  və  təmir  üzrə  çertyojlar  və 
təlimatlar; 
-
 texniki spesifikasiya; 
-
 ehtiyat  hissələri,  alətlərin,  vəsaitlərin  və  sairənin  müxtəlif  sxemləri  və 
cədvəlləri; 
Vacib hesab edilən texniki sənədlərin siyahısı standartlar və ya texniki şərtlərdə 
verildiyi  üçün  onların  siyahısı  kontrakta  əlavə  olunur  ki,  bu  da  kontraktın  ayrılmaz 
tərkib hissəsi hesab edilir. Texniki sənədlər alıcının istəyilə idxal edən ölkənin rəsmi 
dilində və ya digər dildə hazırlanır. 
Hesablaşma sənədləri  аşağıdakılardır: 
-
 hesab – faktura; 
-
 hesablaşma spesifikasiyası (əgər mal müxtəlif hissələrdən komplektləşdirilirsə 
və hər bir hissənin öz qiyməti varsa); 
-
 köçürmə vekseli (Tratta). 
Ödəmə sənədləri. Bunlar: çeklər; veksellər; akkreditivlər; kredit kartoçkalarının 
ottiskləri; ödəniş tapşırıqları, orderlər və ödəmə üzrə digər əmrlərdir. 
Bank sənədləri  aşağıdakılardır: 
-
 valyuta köçürülməsi barədə ərizə; 
-
 inkassa tapşırığı, akkreditiv açmaq üçün tapşırıq; 
-
 çek; 
-
 AR gömrüyünə depozit üçün vəsait köçürülməsi barədə tapşırıq; 
-
 ixrac  mədaxilinin  bölüşdürülməsi  barədə  tapşırıq  (о  cümlədən,  valyuta 
mədaxilinin bir hissəsinin məcburi satışı barədə); 
-
 hesablaşma və valyuta hesabları üzrə əməliyyatlardan çıxarışlar. 
Gömrük  –  valyuta  nəzarətinin  uçot  kartoçkası  Bu  qayıtma  sənədidir  ki,  ixrac 
ə
mtəələri  üzrə  valyuta  mədaxilinə  nəzarət  etmək  üçün  banklara  lazımdır  və  yük 
gömrük  bəyannaməsi  (YGB)  məlumatlarının  bir  hissəsini  özündə  əks  etdirir.  Bu 
sənəd, AR DGK tərəfindən YGB məlumatları əsasında hər bir mal ixracı (göndərişi) 
zamanı  tərtib  olunur.  Kartoçkalar  təqvim  ardıcıllığı  ilə  müəyyən  edilmiş  qaydada 
qruplaşdırılır və reyestrə salınır. Bu kartoçkalar əsasında ixrac edilən əmtəələrə görə 
mal göndərənlərin tranzit hesablarına daxil olan valyuta mədaxilinə nəzarət edilir və 
sonradan iki nüsxə xüsusi rabitə ilə AR DGK tərəfindən müvafiq banklara göndərilir. 

68 
 
Mal  daşınmasına  nəzarət  sənədi (DNS), gömrük məqsədilə  tutulur  və  gömrük 
nəzarəti üçün vacibdir. Bu sənəd hər bir əmtəə partiyası üçün dörd vərəqdə, əmtəənin 
daşıyıcıları  gömrükçülər  olduqda  isə,  beş  vərəqdə  doldurulur.  Əgər  daşınan  əmtəə 
müxtəlif  tarif  dərəcələri  üzrə  olarsa,  onda  əlavə  olaraq  qoşma  vərəqlər  doldurulur. 
Bəzi  hallarda  qoşma  vərəqlərin  əvəzinə  qeyd  olunacaq  malların  adı  olan  əmtəələr 
siyahısından istifadə etməyə icazə verilir. 
Yük  daşınmasına  nəzarət  etmək  üçün  gömrük  orqanları  tərəfindən  DNS  kimi 
aşağıdakılardan da istifadə olunur: 
• 
 Beynəlxalq  yük  daşınması  (BYD)  kitabının  qoparılma  vərəqi  –  yük 
daşınmaları  üzrə  Beynəlxalq  Gömrük  konvensiyası  əsasında  (BYD  konvensiyası, 
1975-ci il) tərtib olunmuş sənəd. 
• 
 Gömrük 
sərhədində 
gömrük 
sənədləşdirməsi 
qaydalarının 
sadələşdirilməsi  və  unifikasiyası  barədə  sazişdə  nəzərdə  tutulmuş  yük  gömrük 
deklarasiyasının əlavə nüsxəsi və surəti. 
Bu sənədlər gömrük məqsədi ilə və gömrük nəzarəti üçün lazımdırlar. 
DNS ilə birgə gömrük məqsədilə və gömrük nəzarəti üçün aşağıdakı sənədlər də 
təqdim olunurlar: 
•  Əmtəələr  və  onların  qiymətləri  barədə  məlumatlar  olan  hesab-faktura  və  ya 
hesab-proformalar da daxil olmaqla nəqliyyat və nəqliyyatı müşayiət edən sənədlər; 
•  Əmtəələrin  gömrük  rüsumundan  və  vergisindən  azad  edilməsini  təsdiq  edən 
sənədlər  (əmtəələrin  mənşəyi  barədə  sertifikat  və  yaxud  digər  sənədlər,  hansılar  ki, 
ə
mtəələrin  humanitar  yardım  olmasını  və  ya  xarici  diplomatik  nümayəndəlik  üçün 
nəzərdə tutulduğunu təsdiq edirlər); 
•  “Gömrük  nəzarəti  altında  əmtəə  daşınması”  Qaydalarında  nəzərdə  tutulan 
hallar  olarsa,  digər  dövlət  orqanları  tərəfindən  verilmiş  icazənin  (lisenziyanın)  əsli, 
yaxud da notarius tərəfindən təsdiq olunmuş surəti (təyinatı üzrə gömrük orqanlarında 
qeydiyyatdan keçmiş və həmin orqanın vəzifəli şəxsi tərəfindən təsdiq edilmiş sənəd); 
• Gömrük rüsumlarının və vergilərinin ödənilməsini təsdiq edən sənədlər, yaxud 
gömrük  daşıyıcısının  qeydiyyat  kartoçkası  (əgər  əmtəə  və  sənədlər  gömrükçülər 
tərəfindən  daşınırsa),  yaxud  da  gömrük  orqanı  tərəfindən  gömrük  müşayiəti  barədə 
qərarı əks etdirən sənəd (əgər gömrük müşayiəti barədə qərar varsa); 
•  Gömrük  möhürü  və  plombu  ilə  əmtəənin  daşınmasında  nəqliyyat  vasitələrinə 
(konteynerlərlə) icazə verilməsi barədə şəhadətnamə; 
•  Əgər  identifikasiya  üçün  möhür,  plomb  və  fərdiləşdirmə  nişanından  istifadə 
etmək  mümkün  deyilsə,  əmtəənin  identifikasiyasını  təmin  edən  sənədlər  (əmtəələrin 
təsvir  edilməsi,  çertyojlar,  böyüdülmüş  şəkillər,  fotolar,  təsvirlər,  mal  müşayiətedici 
sənədlər və s.); 
•  “Gömrük  nəzarəti  altında  əmtəə  daşınması”  Qaydalarında  nəzərdə  tutulduğu 
hallarda əvvəllər tərtib olunmuş yük-gömrük bəyannamələri. 
Yük-gömrük  bəyannaməsi  (YGB)  –  əmtəə  sahibi  tərəfindən  doldurulan 
unifikasiya olunmuş sənəddir ki, əmtəə AR gömrük sərhədindən keçirilərkən gömrük 

69 
 
orqanlarına  təqdim  olunur  və  onları  maraqlandıran  lazımi  məlumatları  əks  etdirir. 
YGB – xarici ticarət statistikası və xüsusi gömrük statistikasını formalaşdırmaq üçün 
istifadə  olunan  ilkin  baza  sənədidir;  AR  gömrük  sərhədindən  yük  keçirmək  istəyən 
şə
xslə  gömrük  orqanları  arasında  hüquqi münasibətləri  yaratmaq  və  ya bərpa  etmək 
üçün hüquqi sənəddir. 
YGB komplekti dörd tikilmiş vərəqdən (barter əməliyyatları zamanı beş vərəq) 
(blankdan) ibarət özü surətlənən formadan (əsas sənəd) və əlavə vərəqlərdən ibarətdir 
ki,  bu  da  YGB-nin  ayrılmaz  tərkib  hissəsi  olmaqla  bəyan  edilən  əmtəələrdən  əlavə 
daha üç adda əmtəə bəyan etməyə imkan verir. YGB-nin ayrılmaz hissəsi kimi həm 
də gömrük dəyər bəyannaməsi (GDB-1 və GDB-2) istifadə olunur. Bu formalar elan 
edilmiş gömrük dəyərinin təsdiq edilməsi üçün nəzərdə tutulmuşdur. 
Bəyannamədən əlavə deklorant aşağıdakıları da təqdim etməlidir: 
• 
 Yükü daşıyan şəxslərin təsis sənədləri; 
• 
 Müqavilə  (kontrakt)  və  ona  əlavə  olunan  razılaşma  (əgər  nəzərdə 
tutulubsa); 
• 
 Hesab-faktura  (invoys)  və bank  ödəniş  sənədləri  (əgər hesab ödənilibsə) 
və ya hesab-praforma (şərti-dəyər sazişləri üçün), həmçinin əmtəənin qiymətini təsdiq 
edən digər ödəniş sənədləri və mühasibat sənədləri; 
• 
 Nəqliyyat və sığorta sənədləri, əgər göndəriş şərtinə görə onlar varsa; 
• 
 Daşınma  üçün  hesab,  yaxud  rəsmi  təsdiqlənmiş  nəqliyyat  xərcləri 
kalkulyasiyası (о halda ki, nəqliyyat xərcləri hesab-fakturaya daxil edilməyib); 
• 
 Göndərən ölkənin gömrük bəyannaməsi (əgər varsa); 
• 
 Qablaşdırma vərəqi; 
• 
 Əmtəələr üçün lisenziya (qoyulmuş qaydalar üzrə idxalına lisenziya tələb 
olunan mallar üçün); 
• 
 Əmtəənin mənşəyi barədə sertifikat; onun keyfiyyəti, təhlükəsizliyi və s. 
barədə sertifikat. 
YGB  –  nin  əsas  vərəqi  eyni  adlı  əmtəələr  barəsində  məlumatlar  üçün  istifadə 
olunur, əgər bu əmtəələr üçün eyni rejim müəyyən olunubsa. Bir YGB – də 100 adda 
ə
mtəə  barədə  məlumat  vermək  imkanı  vardır;  hər  bir  əsas  vərəqə  33  qoşma  əlavə 
oluna  bilər.  Kompüterlə  və  digər  texnika  ilə  alınmış  və  eləcə  də  qeyri-standart 
nümunədə hazırlanmış blanklardan istifadə olunmasına yol verilmir. YGB–nin əlavə 
vərəqi  əvəzinə  spesifikasiyalardan,  bükmə  vərəqəsindən  və  ya  əmtəələrin  siyahısı, 
miqdarı,  çəkisi  və  qiyməti  göstərilən,  həm  də  XİF  ƏN  üzrə  kodları  verilmiş  əmtəə 
siyahısından  istifadə  etmək  olar  (Misal  üçün,  MDB  ölkələrində,  gömrük 
sənədləşdirməsinin  sadələşdirilməsi  və  unifikasiyası  barədə  Saziş  iştirakçıları  olan 
dövlətlərdə istehsal olunmuş əmtəələr üçün). 
YGB–nin və ona əlavənin blanklarının yayılması AR DGK və onun vəkil etdiyi 
orqanlar tərəfindən həyata keçirilə bilər. 
Valyuta nəzarəti sənədi.  

70 
 
Valyuta  nəzarəti  mexanizminin  əsas  elementi  “İxrac  əməliyyatlarına  valyuta 
nəzarəti  Uçot  Kartoçkası”dır.  Bu  sənəd  baza  sənədi  hesab  olunur,  ixrac  edən 
tərəfindən bankda tərtib edilir və valyuta nəzarəti üçün lazım olan bütün məlumatları 
özündə əks etdirir. 
“İxrac  əməliyyatlarına  valyuta  nəzarəti  Uçot  Kartoçkası”nda  bank  haqqında, 
ixrac  edən  haqqında,  xarici  alıcı  barədə  alıcının  sahibkar  kimi  qeydiyyata  alındığı 
ölkənin adı barədə məlumatlar olur. 
“İxrac  əməliyyatlarına  valyuta  nəzarəti  Uçot  Kartoçkası”nda  aşağıdakılar 
hökmən göstərilməlidir: 
• 
 Xarici alıcının hüquqi ünvanı; 
• 
 Uçot Kartoçkasının tərtib olunması üçün əsas sayılan kontraktın nömrəsi; 
• 
 Kontraktın imzalanma tarixi; 
• 
 Kontrakt üzrə ixrac ediləcək əmtəənin adı və ümumi məbləği; 
• 
 Kontrakt üzrə sonuncu ödəniş haqqının ixrac edənin tranzit hesabına daxil 
olması tarixi. 
“İxrac  əməliyyatlarına  valyuta  nəzarəti  Uçot  Kartoçkası”  iki  nüsxədə  tərtib 
olunur və aşağıdakılar tərəfindən (vəzifəsi, soyadı, adı və atasının adı göstərilməklə) 
imzalanmalıdır: 
• 
 İxrac  edən  tərəfdən–bankda  ixrac  edənin  hesabına  imza  atmaq  hüququ 
olan şəxs; 
• 
 Bank tərəfindən – bankın məsul işçisi olan şəxs. 
İ
mzalanmış sənəd hər iki tərəfin möhürü ilə təsdiqlənməlidir. 
Bağlanmış  hər  bir  ixrac  kontraktı  üçün  yeganə  vəkalətli  bank  tərəfindən 
imzalanmış  bir  “İxrac  əməliyyatlarına  valyuta  nəzarəti  Uçot  Kartoçkası”    tərtib 
olunmalıdır  ki,  həmin  kontrakt  üzrə  ixrac  mallarından  əldə  edilən  bütün  valyuta 
mədaxili  həmin  banka  daxil  olsun.  “İxrac  əməliyyatlarına  valyuta  nəzarəti  Uçot 
Kartoçkası”  ilə  eyni  vaxtda  ixrac  edən,  əsasında  Uçot  Kartoçkası  tərtib  edilmiş 
kontraktın  əslini,  yaxud  da  səlahiyyətli  şəxs  tərəfindən  imzalanmış  surətini  banka 
təqdim edir. 
İ
xrac  edən  tərəfin  üzərinə  cavabdehlik  qoyulur  ki,  kontrakt  əsasında  tərtib 
olunmuş  “İxrac  əməliyyatlarına  valyuta  nəzarəti  Uçot  Kartoçkası”nın  məlumatları 
həmin  kontraktın  bütün  şərtlərinə  uyğun  gəlsin  və  kontrakt  üzrə  daxil  olacaq  ixrac 
malları üzrə bütün mədaxil tam həcmdə və müəyyən edilmiş müddətdə onun bankdakı 
tranzit valyuta hesablarına daxil olmasını təmin etsin. 
Bankda  təqdim  olunmuş  bütün  sənədlər  yoxlanılır,  o  cümlədən  Uçot 
Kartoçkasındakı göstəricilərin kontrakta uyğunluğu, imzanın ixrac edən tərəfin məsul 
şə
xsinin imzasına uyğunluğu müəyyən edildikdən sonra, bankın vəkalətli şəxsi ixrac 
edənin  təqdim  etdiyi  İxrac  əməliyyatlarına  valyuta  nəzarəti  Uçot  Kartoçkasını 
imzalayır. 
Uçot Kartoçkasının birinci nüsxəsi kontraktın əsli və ya surəti ilə birlikdə ixrac 
edən tərəfə qaytarılır. İkinci nüsxə isə bankda dosye açmaq üçün əsas kimi saxlanılır. 

71 
 
Uçot  Kartoçkası  imzalandıqdan  sonra  bank  həmin  kontraktı  hesablaşma  xidmətinə 
götürür. 
Ə
gər  kontrakt  şərtilə  Uçot  Kartoçkası  göstəriciləri  arasında  fərq  olduqda, 
kontraktda  nəzərdə  tutulan  valyuta  əməliyyatları  mövcud  qanunlara  uyğun 
gəlmədikdə,  Uçot  Kartoçkası  lazımi  tələblərə  müvafiq  tərtib  edilmədikdə,  həmçinin 
kontraktın  özündə  Uçot  Kartoçkasını  tərtib  etmək  üçün  məlumatlar  çatışmadıqda 
bankın ixtiyarı vardır ki, Uçot Kartoçkasını imzalamaqdan imtina etsin. 
Ə
gər  tərəflər  kontrakt  şərtlərində  hər  hansı  bir  dəyişiklik  edərlərsə  və  bu 
dəyişiklik Uçot Kartoçkası göstəricilərinə təsir edərsə, ixrac edən on gün ərzində, həm 
də  malları  gömrük  sənədləşdirməsinə  verməzdən  əvvəl  kontrakta  edilən  əlavə  və 
dəyişikliklərin  əslini  və  ya  surətini təsdiq  edilmiş  halda  banka  təqdim  etməlidir.  Bu 
halda həm də bu dəyişiklik və əlavələri əks etdirən məlumatlar əlavə vərəq kimi Uçot 
Kartoçkasına möhürlə təsdiqlənmiş halda qoşulmalıdır. 
Gömrük  rəsmiləşdirilməsi  zamanı  gömrük  orqanlarının  vəzifəli  şəxsləri    Uçot 
Kartoçkasında  olan  göstəriciləri  YGB-də  və  sərəncamda  olan  digər  sənədlərin 
göstəriciləri  ilə  tutuşdurur,  eləcə  də  sənədlərdə  olan  imzaların  və  möhürlərin 
düzgünlüyünü yoxlayırlar. 
А
R  gömrük  və  valyuta  qanunvericiliyinə  əməl  olunduğu  halda  gömrük 
rəsmiləşdirilməsini  həyata  keçirən  gömrük  orqanının  vəzifəli  şəxsi  Uçot 
Kartoçkasının surətini və YGB-nin surətini imzalayır. 
İ
ddia-arbitraj sənədləri аşağıdakılardır: 
• 
 İddia məktubu; 
• 
 Məhkəməyə və yaxud arbitraja iddia ərizəsi (isk); 
• 
 Məhkəmə və yaxud arbitraj tərəfindən iddianın təmin və ya rədd edilməsi 
sənədi. 
Ə
mtəənin əskik və ya zay olması sənədləri bunlardır: 
• 
 Əskikgəlmə barədə kommersiya aktı; 
• 
 Qəza sertifikatı. 
Gömrük  orqanları  gömrük  qanunları  normaları  ilə  müəyyən  olunmuş  qaydada 
gömrük  nəzarəti  məqsədilə  kontraktların  faksimil,  surət  və  çıxarışlarını  qəbul  edə 
bilərlər. Kontraktların surətləri və onlardan çıxarışlar kontrakt bağlayan müəssisənin 
rəhbərliyi tərəfindən rəsmi imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. 
Ə
gər  gömrük  orqanının  vəzifəli  şəxsi,  təqdim  olunmuş  sənədlərdəki 
göstəricilərin  dəqiqliyinə  şübhə  edərsə,  о  həmin  sənədlərin  əslini  tələb  edə  bilər. 
Kontrakt  sahibləri  barədə  məlumatların  doğruluğunu  təsdiq  etmək  üçün  onlardan 
qeydiyyat barədə, bank və digər vacib göstəriciləri əks etdirən rekvizitlər barədə rəsmi 
tərtib olunmuş və möhürlə təsdiqlənmiş yazılı izahat (məktub) almaq olar. 
 
 
1   2   3   4   5   6   7   8   9   ...   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə