Mühazirə materialları Fənnin predmeti barədə anlayış



Yüklə 2.47 Mb.
Pdf просмотр
səhifə4/22
tarix13.06.2017
ölçüsü2.47 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   22

4. Gömrük auditi  
 Gömrük auditi gömrük orqanları tərəfindən, malların və nəqliyyat vasitələrinin 
buraxılışından,  o  cümlədən  şərti  buraxılışından  sonra  gömrük  bəyannaməsində 
göstərilən  məlumatların  düzgünlüyünə  əmin  olmaq,  eləcə  də  şəxsin  mallar  və 
nəqliyyat vasitələri barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və 
şə
rtlərə 
riayət 
etmək 
öhdəlikləri-nin 
yerinə 
yetirməsinin 
vəziyyətini 
müəyyənləşdirmək  məqsədi  ilə  aparılır.  Bunun  üçün  gömrük  orqanları  idxalatçının, 
ixracatçının,  mal  sahibinin, bəyannaməçinin,  mallar  barəsində  səlahiyyəti  olan  digər 
şə
xslərin  və  ya  onların  nümayəndələrinin  həmin  mallar  və  nəqliyyat  vasitələri  ilə 
ə
laqədar  apardığı  əməliyyatlara  və  beynəlxalq  ticarət  sövdələşmələrinə  dair 
kommersiya sənədlərini və məlumatları yoxlayırlar. 
 Gömrük auditi gömrük bəyannaməsində qeyd olunan malların gömrük nəzarəti 
altında olan mallar statusunu itirməsindən sonrakı 3 (üç) il ərzində və yalnız hüquqi 
şə
xslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər 
barəsində həyata keçirilə bilər.  
 Gömrük  auditi  idxalatçının,  ixracatçının,  mal  sahibinin,  bəyannaməçinin, 
mallar  barəsində  səlahiyyəti  olan  digər  şəxslərin  və  ya  onların  nümayəndələrinin 

52 
 
müvafiq  tikililərində,  ərazilərində,  binalarında  və  onların  istifadəsində  olan  digər 
yerlərdə aparıla bilər.  
 Gömrük  auditinin  həyata  keçirilməsinin  nəticələrinə  dair  müvafiq  icra 
hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada akt tərtib olunur. Həmin 
akt, gömrük auditinin başa çatdığı gündən başlayaraq, 10 (on) gün müddətində tərtib 
olunur.  Gömrük  auditinin  nəticəsinə  dair  tərtib  olunmuş  aktın  bir  nüsxəsi  barəsində 
gömrük auditi aparılmış şəxsə təqdim olunur.  
 Gömrük auditi aparılarkən cinayət və ya inzibati hüquqpozma əlamətləri aşkar 
olunarsa,  hüquqpozmanın  bilavasitə  obyekti  üzərində  gömrük  auditi  başa  çatdırılır, 
həmin auditin nəticəsinə dair təxirə salınmadan akt tərtib olunur və gömrük orqanları 
tərəfindən  inzibati,  yaxud  cinayət-prosessual  qanunvericiliyə  uyğun  olaraq  müvafiq 
tədbirlər həyata keçirilir.  
 Gömrük  və  vergi  orqanları  əldə  etdikləri  məlumatları  qanunvericiliklə 
müəyyən olunmuş qaydada mübadilə edə, müştərək gömrük auditi apara bilərlər.  
 Gömrük  auditi  ümumi  və  xüsusi  formalarda  həyata  keçirilir.  Ümumi  gömrük 
auditi gömrük orqanının rəhbərinin və ya onu əvəz edən şəxsin yazılı qərarı əsasında 
həyata  keçirilir.  Gömrük  orqanının  ümumi  gömrük  auditinin  aparılması  barədə 
qərarının surəti audit keçirilməmişdən əvvəl barəsində gömrük auditi aparılacaq şəxsə 
təqdim  olunmalıdır.  Ümumi  gömrük  auditi  3  (üç)  iş  günündən  artıq  olmayan 
müddətdə  aparılmalıdır.  Auditin  aparılması  şəxsin  istehsal  və  kommersiya 
fəaliyyətinin həyata keçirilməsinə mane olmamalıdır. Eyni mallara dair təkrar ümumi 
gömrük auditinin aparılmasına icazə verilmir. 
 Xüsusi gömrük auditi gömrük orqanının rəhbərinin və ya onu əvəz edən şəxsin 
yazılı  qərarı  əsasında  həyata  keçirilir.  Gömrük  orqanının  xüsusi  gömrük  auditinin 
aparılması  barədə  qərarının  surəti  audit  keçirilməmişdən  əvvəl  barəsində  gömrük 
auditi aparılacaq şəxsə təqdim olunmalıdır.  Xüsusi gömrük auditi aşağıdakı hallarda 
həyata keçirilir:  
 
xarici ticarət iştirakçılarına münasibətdə - ümumi gömrük auditinin və ya bu 
Məcəllə  ilə  müəyyən  olunmuş  gömrük  nəzarətinin  başqa  formalarının  tətbiqi 
nəticəsində  gömrük  rəsmiləşdirilməsi  üçün  təqdim  olunan  məlumatların  qeyri-
dəqiqliyini  təsdiq  edən  dəlillər  aşkar  olunarsa  və  yaxud  mallar  üzərində  sərəncam 
verilməsi  və  ya  onlardan  istifadə  edilməsinə  dair  müəyyən  olunmuş  tələblərin  və 
məhdudiyyətlərin  pozulması  ilə  həyata  keçirilərsə  və  bunun  nəticəsində  gömrük 
rüsumlarının,  vergilərin  ödənilmə  qaydasının  pozulması,  həmçinin  Azərbaycan 
Respublikasında  xarici  ticarətin  dövlət  tənzimlənməsini  təmin  edən  qanunvericiliyə 
müvafiq olaraq müəyyən edilmiş məhdudiyyət və qadağalara əməl olunmaması faktı 
aşkar olunarsa;  
  gömrük  brokerlərinə,  müvəqqəti  saxlanc  anbarlarının  sahiblərinə,  gömrük 
anbarlarının sahiblərinə və gömrük daşıyıcılarına münasibətdə - gömrük sərhədindən 
keçirilən malların uçotunun və onlar haqqında hesabatın düzgün aparılmaması, yaxud 

53 
 
bu Məcəllə ilə müəyyən olunan müvafiq fəaliyyət növünün həyata keçirilməsinin bu 
və ya digər tələb və şərtlərinin yerinə yetirilməməsi faktı aşkar olunarsa.  
Xüsusi gömrük auditini həyata keçirən gömrük orqanları aşağıdakı hərəkətləri 
yerinə yetirmək hüququna malikdirlər:  
 gömrük  ərazisinə  gətirilən  mallarla  aparılan  əməliyyatlara  dair  sənədlər  və 
məlumatlarla  (o  cümlədən  elektron  formada  olan  sənədlər  və  məlumatlarla)  tanış 
olmaq;  
 barəsində  gömrük  auditi  aparılan  şəxsin  sərəncamında  və  ya  istifadəsində  olan 
ə
razilərə və binalara daxil olmaq, həmçinin onun səlahiyyətli nümayəndəsinin iştirakı 
ilə malları yoxlamaq və baxış keçirmək;  
 qanunla nəzərdə tutulmuş hallarda və qaydada malları götürmək.  
 Xüsusi  gömrük  auditi  onun  aparılması  üçün  zəruri  olan  ən  qısa  müddət 
ə
rzində, həmin yoxlamanın keçirilməsinə dair qərarın qəbul edildiyi tarixdən etibarən 
2  (iki)  aydan  gec  olmamaq  şərti  ilə  başa  çatdırılmalıdır.  Şəxsə  sənədlərin  və 
məlumatların  təqdim  edilməsi  haqqında  tələbin  verilməsindən,  onların  təqdim 
edilməsinə qədər olan dövr göstərilən müddətə daxil edilmir.  
 Xüsusi  gömrük  auditinin  eyni  şəxsə  və  eyni  mala  münasibətdə  təkrarən 
aparılmasına icazə verilmir. 
 Xüsusi  gömrük  auditinin  aparılması  məqsədi  ilə  gömrük  orqanları  mallar 
barəsində səlahiyyəti olan və ya malların saxlancını həyata keçirən şəxslər, həmçinin 
dövlət  nəzarəti  tədbirlərini  həyata  keçirən  orqanlar  tərəfindən  aparılmış 
inventarlaşdırmaların  nəticələrindən,  auditor  rəylərindən,  dövlət  orqanları  tərəfindən 
tərtib olunmuş aktlardan və rəylərdən istifadə etmək hüququna malikdirlər. 
5. Şəxslərin sorğu-sual edilməsi 
Gömrük  orqanlarının  vəzifəli  şəxsləri  gömrük  ərazisinə  daxil  olan  və  ya  bu  ərazini 
tərk edən, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosedurlardan keçdiyi ərazidə və 
ya  malların  müvəqqəti  saxlandığı  ərazidə  olan  şəxsləri  aşağıdakı  məsələlər  barədə 
sorğu-sual  etmək  hüququna  malikdirlər:  Dindirilmə  başlayarkən  aşağıdakılar  nəzərə 
alınmalıdır: 
•  həmin  şəxsdə  gömrük  ödənişləri  ödənilməmiş,  gətirilməsi  və  ya  aparılması 
qanunvericiliklə qadağan edilmiş, yaxud hər hansı digər malların mövcudluğu; 
•  malların xassələri, xüsusiyyəti, mənşə ölkəsi, qiyməti, ona mülkiyyət hüququ, nəzərdə 
tutulan təyinat yeri;  
•  şəxsin və ya onun təmsil etdiyi idarə, müəssisə və təşkilatın bu Məcəllə ilə müəyyən 
edilmiş ödənişlər üzrə gömrük borcunun olub-olmaması;  
•  gömrük  borcu  mövcuddursa,  onun  xüsusiyyəti  və  məbləği.  Bundan  sonra  dindirilən 
şə
xsdən  işlə  bağlı  izahat  verməsi  təklif  olunur.  İzahat  alındıqdan  sonra  isə  gömrük 
orqanının vəzifəli şəxsi dindirilən şəxsə suallar verə bilər. 
Şə
xsin  onun  şəxsiyyəti,  ünvanı,  səyahət  marşrutu,  səyahət  sənədi  və  digər 
məsələlər  barədə  sorğu-sual  edilməsi  gömrük  ərazisinə  daxil  olan  nəqliyyat 

54 
 
vasitəsindən düşmüş və ya düşdüyü ehtimal edilən, həmçinin gömrük ərazisinə daxil 
olması faktını gizlətmiş və ya gizlətməsi ehtimal olunan şəxslərə şamil edilir.  
Gömrük  orqanlarının  vəzifəli  şəxsləri  göstərilən  şəxsləri  aşağıdakı  məsələlər  barədə 
sorğu-sual etmək hüququna malikdirlər:  
•  şəxsin şəxsiyyətini təsdiq edən sənədlər;  
•  şəxsin yaşadığı ünvan;  
•  şəxsin səyahətinin məqsədi və marşrutu; 
•  şəxsin səyahət sənədi;  
•  şəxsin  düşdüyü  və  ya  düşməsi  ehtimal  edilən  və  gömrük  ərazisindən  yola  düşməyə 
cəhd göstərdiyi və ya cəhd göstərməsi ehtimal edilən nəqliyyat vasitəsi. 
 Gömrük  orqanlarının  vəzifəli  şəxsləri  eyni  zamanda  nəqliyyat  müəssisələrinin 
sahiblərini və onların işçilərini da sorğu-sual etmək hüququna malikdirlər. 
Sorğu-sualla bağlı sənədlərin təqdim olunması və yoxlanılması   
•  Şəxs,  gömrük  orqanlarının  vəzifəli  şəxslərinin  sorğu-sual  aparılması  üçün  bu 
Məcəlləyə uyğun olaraq tələb etdiyi aidiyyəti sənədləri onlara təqdim etməlidir. 
•  Şəxsin təqdim etdiyi sənədlər gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən dərhal 
yoxlanılır və yoxlama başa çatdıqdan sonra ona qaytarılır. 
6.  Gömrük baxışı. 
Gömrük  baxışı  –  gömrük  orqanının  vəzifəli  şəxsi  tərəfindən  həyata  keçirilən 
inzibati  fəaliyyət  olmaqla,  nəqliyyat  vasitələrinin  xarici  görünüşünü,  onda  olan 
yüklərin – tarada və yaxud bükülmüş (qablaşdırılmış) halda olan malların açılmadan 
nəzərdən  keçirilməsi  və  onların  gömrük  sərhədindən  keçirilməsinin  qanuni  olmasını 
müəyyən  etmək  məqsədilə  həyata  keçirilir.  Bu  halda  nəqliyyat  vasitələrinin  və 
malların identifikasiyası aparılır. 
Malların  və  nəqliyyat  vasitələrinin  identifikasiyası  yolu  ilə  gömrük  nəzarəti 
onlara  plomb,  möhür  vurulması,  rəqəmli,  hərfli  və  digər  identifikasiya  üsullarının 
tətbiqi, ştampların vurulması, malları və nəqliyyat vasitələrini təsvir edən çertyojların 
tərtibi,  təsvirlərin,  fotoların,  illüstrasiyaların  hazırlanması  və  eləcə  də 
malmüşayətedici sənədlərin təsdiqlənməsi yolu ilə həyata keçirilir. 
Gömrük  baxışı  icra  edildikdən  sonra  malların  və  nəqliyyat  vasitələrinin 
sərhəddən keçirilməsi və öz yolunu davam etdirməsinə icazə verən müvafiq imzalar, 
ş
tamplar  və  möhürlər  gömrük  orqanlarının  vəzifəli  şəxsləri  tərəfindən  qoyulur. 
Qapalı,  bağlı  və  bükülü  olan  mallar,  nəqliyyat  vasitələrinin  yük  olan  bölmələri, 
konteynerlər  gömrük  təminatı  və  qorunmasının  təmin  edilməsi  məqsədilə  mütləq 
nişanlanmalıdırlar.  Bu  nişanlar  vurularkən  plombların,  açarların,  sarğıların  və  s. 
dəyişdirilməsi, açılması kimi əməllərin yolverilməzliyi nəzərə alınmalıdır. 
Gömrük  təcrübəsində  yüklərin  daşınması  zamanı  plombların,  möhürlərin 
vurulması,  sarğı  və  dolaqların  möhkəm  və  etibarlı  olması,  daşınan  malların 
qorunmasına  xidmət  edir.  Bu  səbəbdən  də,  yük  vurulmuş  maşınlar,  konteynerlər  və 
malların bükülməsi elə olmalıdır ki, onların plomb və möhürlərini açmadan oraya heç 
bir  şey  qoymaq  və  ya  götürmək  mümkün  olmasın.  Plomblanmış  və  möhürlənmiş 

55 
 
yüklərin  açılması  və  yoxlanılması  yalnız  gömrük    orqanları  tərəfindən  və  yük 
sahibinin  iştirakı  ilə  həyata  keçirilə  bilər.  Yalnız  qəza  baş  verdikdə  və  ya  daşınan 
malların real məhv olmaq təhlükəsi yarandıqda bu identifikasiya nişanları açıla və ya 
pozula bilər ki, bu halda da, təcili olaraq gömrük orqanlarına xəbər verilməlidir. 
Gömrük baxışı həyata keçirilərkən bu identifikasiya nişanlarının (plomb, möhür, 
sarğı, dolaq və s.) yerbəyer olması və pozulub – pozulmaması da yoxlanılır. 
Gömrük orqanlarının praktik fəaliyyəti zamanı mallara və nəqliyyat vasitələrinə 
baxışın keçirilməsi, idxal – ixrac əməliyyatları zamanı malların ölkəyə gətirilməsi və 
ölkədən  çıxarılması  hallarında  baş  verir.  Bunun  üçün  hüquqi  əsas  isə  Beynəlxalq 
Daşımalar Üzrə Gömrük Konvensiyasının tətbiqi barədə Əsasnamədir. 
Ə
gər yük yolda olarkən hər – hansı bir səbəbdən gömrük orqanlarının plombları 
və möhürləri zədələnərsə və ya pozularsa, eləcə də daşınan mallar zay olarsa (məhv 
olarsa),  sürücü  bu  barədə  ən  yaxınlıqda  olan  gömrük  orqanına,  yaxud  da  əlaqədar 
dövlət  orqanlarına  (polisə,  dövlət  yol  müfəttişliyinə)  təcili  olaraq  xəbər  verməlidir. 
Bundan  sonra  həmin  orqanların  nümayəndələri  tərəfindən  avtonəqliyyat  vasitəsinə 
baxış  keçirilməli  və  protokol  tərtib  edilməlidir.  Bu  protokolda  bütün  zəruri 
göstəricilər,  o  cümlədən  qəzanın  (xətanın)  xarakteri  və  səbəbi,  eləcə  də  yükün 
qorunması üçün görülmüş tədbirlər göstərilməlidir. 
Ə
gər belə pozuntular və xətalar gömrük işçiləri tərəfində aşkar edilərsə, onda da 
yük daşınması qaydalarının pozulması barədə protokol tutulmalıdır. 
7.   Əyani (vizual) müşahidə. 
Gömrük nəzarəti zonasında operativ vəziyyəti izləmək və qiymətləndirmək üçün 
müəyyən əyani müşahidə tədbirlərinin həyata keçirilməsi vacibdir. 
Belə tədbirlərdən biri, vizual müşahidədir. Bu müşahidə konkret olaraq gömrük 
nəzarəti  zonasında  müəyyən  şəxslərin  (eləcə  də,  qeyri-müəyyən  şəxslərin) 
davranışları  barədə  operativ  məlumat  əldə  edilməsi  işinə  xidmət  edir.  Vizual 
müşahidənin  təşkili  fiziki  şəxslər  tərəfindən  gömrük  sərhədinin  qeyri-qanuni 
keçilməsi  cəhdlərini  aşkar  etmək,  nəqliyyat  vasitələri  ilə  və  yaxud  piyada  gömrük 
sərhədini  pozmaq  hallarının,  qaçaqmalçılığın  qarşısını  almaq  məqsədilə  həyata 
keçirilir. 
Vizual  müşahidə  ilk  növbədə  ən  vacib  ərazilərdə  –  dəmir  yolu  stansiyalarında, 
dəniz limanlarında, təyyarə vağzallarında, avtovağzallarda aparılır. 
Bu  müşahidələrin  əsas  və  başlıca  məqsədi  gömrük  zonasında  –  quru  və  su 
sahələrində – gömrük qanunçuluğunun pozulmasına yol verməmək və hər cür iqtisadi 
təxribatların, qaçaqmalçılığın və oğurluq hallarının qarşısının alınmasıdır. 
Vizual müşahidə, həmçinin gəmilərin qanunsuz və ya gizli daxili sulara girməsi, 
yaxud da xaricə yola düşməsi kimi faktları aşkar etməyə xidmət edir. 
Bütün  müşahidələrin  aparılması  üçün  həm  gömrük  orqanı  işçilərindən,  həm  də 
zəruri texniki vasitələrdən istifadə olunur. Gömrük işçiləri vizual müşahidə aparmaq 
üçün vağzal və limanlarda televiziya kameralarından, nəzarət monitorlarından istifadə 

56 
 
edirlərsə,  dəniz  və  quru  sərhədlərində  durbinlərdən,  qaranlıqda  görmə  cihazlarından 
və digər texniki vasitələrdən istifadə edirlər. 
Vizual müşahidə və izləmə, fiziki şəxslər tərəfindən, qaçaqmalçılar tərəfindən və 
digər  obyektlər  tərəfindən  gömrük  qanunlarının  və  dövlət  sərhədinin  pozulmasının 
qarşısının  alınması  ilə  yanaşı,  oğurluq  malların,  narkotik  maddələrin,  silah-sursat 
daşınmasının, saxlanmasının və satışının qarşısının alınmasında müstəsna rol oynayır. 
Ə
mtəələrin və nəqliyyat vasitələrinin uçotu. 
Müvəqqəti  saxlama  anbarında,  gömrük  anbarlarında,  rüsumsuz  ticarət 
mağazalarının anbarlarında əmtəələrin uçotu və hesabatı müxtəlif formalarda aparılır. 
Bunların içərisində ən vacibi, müvəqqəti saxlama anbarlarında aparılan uçot kitabı və 
uçotun  gömrük  sənədidir.  Belə  sənəd  kimi  qısa  bəyannamələr,  YGB,  YGB 
blanklarında  doldurulmuş  sənədlər,  nəqliyyat  və  nəqliyyat  müşayiətedici  sənədlər 
istifadə oluna bilər. 
Gömrük  nəzarətində  olan  əmtəələr  üzrə  (sərbəst  gömrük  zonası  ərazisində  və 
sərbəst  anbarlarda  olan)  müəssisələr,  təşkilatlar  və  idarələr  üçün  gömrük  orqanları 
tərəfindən aparılan, gətirilən, daxil olan, saxlanılan, hazırlanan, emal edilən, alınan və 
satılan əmtəələr barədə hesabat müəyyən olunur və bu əmtəələrin uçotunun aparılması 
tələb olunur. 
Gömrük  orqanına  hesabat  verilməməsi  və  uçotun  aparılmasında  qoyulmuş 
qaydalara  əməl  olunmaması  xəbərdarlıq,  yaxud  da  minimum  əmək  haqqının  5 
mislindən  15  mislinədək  cərimə  kəsilməsi  ilə  nəticələnə  bilər.  Bu  halda,  verilmiş 
lisenziya da geri alına bilər. 
 
Gömrük  orqanlarının  vəzifəli  şəxsləri  gömrük  nəzarətini  aşağıdakı 
üsullarla həyata keçirirlər: 
1)
 gömrük təminatı vasitələrindən istifadə etməklə; 
2)
 gömrük  nəzarətinin  həyata  keçirilməsinə  yardım  üçün  mütəxəssisləri  və  ekspertləri 
cəlb etməklə; 
3)
 gömrük  nəzarəti  zonalarını  yaratmaqla  və  qanunvericilikdə  nəzərdə  tutulmuş  digər 
üsullarla. 
Gömrük nəzarətinin həyata keçirilməsi zamanı gömrük orqanları aşağıdakı vasitələrdən 
istifadə edirlər: 
1)
 texniki  nəzarət  vasitələrindən  (detektorlar,  rentgen  aparatları,  surətçıxaran 
avadanlıqlar,  mexaniki,  elektrik,  elektron  cihazlar,  gömrük  nəzarəti  üzrə  müşayiət 
qurğuları, qlobal mövqetəyinetmə sistemi (GPS) və s.); 
2)
 dəniz (çay) və hava gəmilərindən; 
3)
 gömrük orqanlarının informasiya resurslarından; 
4)
 xidməti  itlərdən  və  gömrük  nəzarətinin  məqsədlərinə  nail  olmaq  üçün  siyahısı 
Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  tərəfindən  müəyyən  edilmiş  digər 
vasitələrdən. 
Gömrük əməliyyatlarında tətbiq edilən ilkin sənədlər. 

57 
 
1)
  Gömrük əməliyyatlarında tətbiq edilən ilkin sənədlər  
2)
  İdxal və ixrac əmtəələrinin göndərişi barədə kontraktın əsas şərtləri  
3)
  Kontraktların nömrələnmə və imzalanma qaydaları  
4)
  Fors-major  
Gömrük nəzarətinin həyata keçirilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 
1. nəqliyyat sənədləri; 
2. mallar və nəqliyyat vasitələri barədə məlumatları özündə əks etdirən bəyannamə. 
 
Gömrük  Məcəlləsinin  40.2-ci  maddəsinə  uyğun  olaraq,  tələb  olunan  sənədləri 
təqdim  edən  şəxs  onlarda  göstərilən  məlumatların  düzgünlüyünə  və  tamlığına  görə 
cavabdehdir. 
Gömrük sərhəd buraxılış məntəqələrində mallar və nəqliyyat vasitələri üzərində 
aparılan gömrük nəzarətinin mərhələləri 
Gömrük  sərhəd  buraxılış  məntəqələrində  mallar  və  nəqliyyat  vasitələri  üzərində 
gömrük nəzarəti bir-birini tamamlayan üç əsas mərhələdə həyata keçirilir: 
1.  malları  və  nəqliyyat  vasitələrini  gömrük  orqanına  təqdim  edən  şəxs  tərəfindən 
məlumatlandırma (bundan sonra - məlumatlandırma) və gömrük orqanları tərəfindən 
qeydiyyat (bundan sonra - qeydiyyat); 
2. sənədli nəzarət; 
3. çatdırılmaya nəzarət. 
Məlumatlandırma və qeydiyyat mərhələsi malların və nəqliyyat vasitələrinin gömrük 
sərhədini keçərək gömrük ərazisinə faktiki daxil olduğu andan və ya gömrük ərazisini 
tərk  etmək  məqsədi  ilə  gömrük  sərhəd  buraxılış  məntəqəsinə  daxil  olduğu  andan 
başlanılır. Məlumatlandırma və qeydiyyat mərhələsinə aid hərəkətlər aşağıdakılardır: 
1.  gömrük  ərazisinə  gələn  (gömrük  ərazisindən  çıxan)  nəqliyyat  vasitələrinin 
bilavasitə gömrük sərhəd buraxılış məntəqəsinə daxil olmasına icazə verilməsi; 
2.  gömrük  nəzarəti  məqsədi  ilə  gömrük  orqanlarına  təqdim  edilməsi  tələb  olunan, 
mallar  və  nəqliyyat  vasitələri  barədə  məlumatları  əks  etdirən  sənədlərin  qəbul 
edilməsi; 
3. nəqliyyat vasitələri üzərində gömrük baxışının keçirilməsi; 
4.  nəqliyyat  vasitələri  üzərində  gömrük  baxışının  nəticəsi  üzrə  gömrük  qaydalarının 
pozulması  və  ya  digər  risk  halları  müəyyən  edildikdə,  gömrük  yoxlanılmasının 
aparılması; 
5. şəxsi yoxlama aparıldıqda, bu barədə protokolun tərtib olunması; 
6. mallara və nəqliyyat vasitələrinə dair məlumatların qeydiyyatının aparılması. 
Mallara və nəqliyyat vasitələrinə gömrük baxışı, nəqliyyat vasitəsinin və ya onun yük 
hissəsinin açılmadan, eləcə də malların qablaşdırılması pozulmadan gömrük orqanının 
vəzifəli  şəxsi  tərəfindən  malların  və  nəqliyyat  vasitələrinin,  plomb  və  digər 
eyniləşdirmə vasitələrinin, fiziki şəxslərə məxsus malların xarici vizual müayinəsinin 
həyata  keçirilməsini  nəzərdə  tutur.  Məlumatlandırma  və  qeydiyyat  mərhələsinə  aid 
edilən  hərəkətlər  ardıcıl  və  ya  eyni  vaxtda  həyata  keçirilir.  Nəqliyyat  vasitələri 
gömrük  nəzarəti  zonasına  faktiki  daxil  olmazdan  əvvəl  gömrük  orqanlarında  ilkin 

58 
 
məlumatların  qeydiyyatının  aparılması  məqsədi  ilə  fiziki  və  ya  hüquqi  şəxslər 
tərəfindən  Gömrük  Məcəlləsində  nəzərdə  tutulmuş  qaydada  mallara  və  nəqliyyat 
vasitələrinə dair ilkin məlumatlar təqdim oluna bilər. 
Sənədli nəzarət mərhələsinə aid edilən hərəkətlər aşağıdakılardır: 
1.  gömrük  prosedurları  əsasında  gömrük  qanunvericiliyinə  riayət  olunmasını  təmin 
etmək məqsədi ilə nəzarət tədbirlərinin həyata keçirilməsi; 
2.  gömrük  sərhəd  buraxılış  məntəqələrindən  keçirilən  malların  və  nəqliyyat 
vasitələrinin  sənədlərinin,  o  cümlədən  malların  baytarlıq,  fitosanitar  və  sanitariya 
nəzarəti  məqsədi  ilə  sənədlərin,  həmçinin  Azərbaycan  Respublikasının  üzv  olduğu 
beynəlxalq  konvensiyalarla  və  müqavilələrlə  müəyyən  olunmuş  sənədlərin 
yoxlanılmasının həyata keçirilməsi; 
3. gömrük  orqanlarına  təqdim  edilmiş  malların və  nəqliyyat  vasitələrinin  sənədlərdə 
göstərilən məlumatlarla uyğunluğunun müəyyən edilməsi; 
4. yol vergilərinin hesablanması, icazə blanklarının verilməsi və onlara nəzarət; 
5. ödənilməli olan gömrük ödənişlərinin alınmasının təmin edilməsi; 
6.  əqli  mülkiyyət  hüquqlarının  qorunması  üzrə  bu  Qaydaların  8.7-ci  və  9.3-cü 
bəndləri ilə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi; 
7.  gömrük  nəzarətinin  həyata  keçirilməsi  məqsədi  ilə  qanunvericiliklə  müəyyən 
olunmuş digər tədbirlərin görülməsi. 
Çatdırmaya  nəzarət  mərhələsi  gömrük  nəzarətində  olan  malların  və  nəqliyyat 
vasitələrinin, o cümlədən onlara dair sənədlərin gömrük ərazisində yerləşən göndərən 
gömrük orqanından təyinat gömrük orqanına çatdırılmasına nəzarəti əhatə edir və iki 
gömrük  orqanı  arasında  daşınan  mallar  və  nəqliyyat  vasitələri  üzərində  gömrük 
nəzarətinin  və  gömrük  rəsmiləşdirilməsinin  həyata  keçirilməsi  qaydaları  əsasında 
təşkil olunur. Çatdırmaya nəzarət mərhələsinə aid edilən hərəkətlər aşağıdakılardır: 
1.  gömrük  nəzarətindən  keçən  malların  və  nəqliyyat  vasitələrinin  digər  gömrük 
orqanına çatdırılması üçün sənədləşdirmənin aparılması; 
2. çatdırılma üzrə müəyyən olunmuş müddətlərə nəzarət edilməsi; 
3.  gömrük  ərazisini  tərk  etmək  məqsədi  ilə  gömrük  nəzarəti  zonasına  daxil  olan 
nəqliyyat vasitələrinin faktiki çıxışının təsdiq edilməsi. 
Çatdırmaya  nəzarət  mərhələsində  riskli  hallar  müəyyən  olunduqda,  gömrük 
nəzarətinin  müvafiq  formalarından  istifadə  etməklə,  nəqliyyat  vasitəsilə  bağlı  əlavə 
gömrük nəzarəti həyata keçirilir. 
Gömrük sərhəd buraxılış məntəqələrində mallar və nəqliyyat vasitələri üzərində 
gömrük nəzarətinin ardıcıllığı 
Malların  və  nəqliyyat  vasitələrinin  gömrük  sərhədindən  keçmə  məqsədlərindən  asılı 
olaraq gömrük sərhəd buraxılış məntəqələrində gömrük nəzarəti mərhələləri daxilində 
gömrük hərəkətlərinin biri və ya bir neçəsi həyata keçirilir. Bu hərəkətlər avtomobil, 
dəmir  yolu,  hava  və  dəniz  nəqliyyat  növləri  ilə  gömrük  sərhədindən  keçirilmə 
xüsusiyyətləri  əsasında  bu  Qaydaların  müvafiq  müddəaları  ilə  tənzimlənir.  Gömrük 
sərhəd  buraxılış  məntəqələrinin  fəaliyyət  xüsusiyyətləri  və  infrastruktur  imkanları 

59 
 
nəzərə alınaraq, gömrük nəzarəti mərhələləri ardıcıl və ya eyni vaxtda həyata keçirilə 
bilər. Gömrük nəzarəti mərhələsində gömrük hərəkətlərinin yerinə yetirilməsində bir 
və ya bir neçə gömrük əməkdaşı iştirak edə bilər. 
Каталог: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə