Mühazirə materialları Fənnin predmeti barədə anlayış


  Azərbaycan Respublikasında gömrük siyasəti və gömrük işinin təşkili



Yüklə 2.47 Mb.
Pdf просмотр
səhifə3/22
tarix13.06.2017
ölçüsü2.47 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   22
3.
  Azərbaycan Respublikasında gömrük siyasəti və gömrük işinin təşkili 
Plan: 
1.
  Gömrük siyasəti anlayışı 
2.
  Gömrük siyasətinin tipləri 
3.
  Gömrük siyasətinin tətbiqi vasitələri 
4.
  Azərbaycan Raspublikasında gömrük siyasətinin məqsədi, istiqamətləri 
 
Gömrük  siyasəti-  ölkənin  xarici  iqtisadi  fəaliyyətinin  vacib  bir  sahəsidir. 
Tarixən  bu  siyasət,  xarici  ticarətin  dövlət  tənzimlənməsinin  ilkin  forması  olmuşdur. 
Gömrük siyasətinin mahiyyəti – gömrük tarif qanunvericiliyində, müxtəlif istiqamətli 
beynəlxalq  gömrük  birlikləri  ilə  münasibətlərin  yaradılmasında,  sərbəst  gömrük  və 
ticarət  zonalarının  təşkil  edilməsində  öz    əksini  tapır.  Gömrük  siyasəti  dövlətin 
iqtisadi və xarici ticarət siyasətinin ayrılmaz hissəsi olduğu üçün, hökumətin ümumi 
iqtisadi strategiyasının məqsəd və vəzifələrindən asılıdır.   
 
Gömrük  siyasəti,  onun  həyata  keçirilməsi  üçün  başlıca  zəmin  olan  gömrük 
xidmətinin  fəaliyyətinə  əsaslanır.  Gömrük  siyasətinin  formalaşdırılması    və    həyata 
keçirilməsi  çox  mürəkkəb  bir  proses  olub,  hakimiyyətin  hər  üç  qolunun  - 
qanunvericilik,  icra  və  məhkəmə  hakimiyyətinin,  həmçinin  bu  işdə  maraqlı  olan 
sahibkarlıq dairələrinin bilavasitə iştirakı ilə reallaşa biləcək bir məsələdir.   
 
Gömrük siyasətinin tətbiqinin əsasən iki əsas səbəbi var: 
•  Dövlət gəlirlərinin formalaşması  
•  İqtisadi təhlükəsizlik 
 
Daxili  bazarın  qorunması    və  milli  iqtisadiyyatın  inkişafına    əlverişli  şəraitin 
yaradılması  üçün  gömrük  siyasətinin  aşağıdakı  formalarından  daha  çox  istifadə 
olunur:   
1.
  Himayədarlıq - (proteksionizm);   
2.
  Sərbəst ticarət  - (fritredizm)   
 
Himayədarlıq  (proteksionist)  gömrük  siyasəti  yerli  istehsalın  inkişafı  üçün 
daha    əlverişli    şərait  yaradılmasına  yönəldilib.  Bu  siyasət  idxal  edilən  mallara 
gömrük  vergi  və  rüsumların  qoyulmasının  daha  yüksək  səviyyəsini  tətbiq  etməklə 
ə
ldə edilir.   
 
Proteksionizmin  təşəkkül  tapmasının  əsas  səbəbi  manifakturaların  inkişafı  ilə 
bağlı  idi.  Milli  istehsalın  hesabına  dövlət  xəzinəsinə  daxilolmalar  artdığına  görə, 
dövlət  onun  inkişaf  etməsində  maraqlı  olmağa  və  milli    istehsalı  xarici  rəqabətdən 
qorumağa başladı. Beləliklə, proteksionizm dövlət siyasətinə çevrildi.   
Bir ölkədə proteksionist xarici ticarət siyasətləri həyata keçirilməsində hökümətlərin 
istifadə etdiyi bağlıca arqumentlər aşağıdakılardır: 
•  Yerli sektorları və məşğulluğu qorumaq (gənc sektor tezisi),  
•  Milli təhlükəsizliyi qorumaq(müdafiə istiqamətli sektorlarla bağlıdır)  
•  İstehlakçıları etibarlı olmayan mallardan qorumaq, 

42 
 
•  Proteksionist siyasət tətbiq edən ölkələrə cavab vermək, 
•  Siyasi hədəflərə çatmaq üçün təsir göstərmək, 
•  İnsan haqqlarını qorumaq.  
 
Sərbəst  ticarət    -  (fritredizm)    siyasəti  isə  gömrük  rüsumlarının  minimum 
səviyyəsini  nəzərdə  tutur  və  daxili  bazara  xarici  malların  daha  çox  cəlb  edilməsinə 
təhrik  edir.    Sərbəst  ticarət  isə  ölkələr  arasında  olan  maneələrin  aradan  qaldırılması 
deməkdir.  Bu  halda  hər  hansı  bir  dövlət  başqa  dövlətin  daxili  bazarını  zəbt  etməyə 
çalışmır.   
 
Azad ticarət təlimi XIII əsrdə müdaxiləçi sistemlərə bir reaksiya olaraq ortaya 
çıxdı.  Bu  təlimə  fizokratlarda, Devid  Yumda və Adam  Smitdə  rast  gəlinir.  Azad 
ticarət 
anlayışı 
nəzəriyyəsinin 
təməlində Adam 
Smitin ölkələr 
arasındakı 
məhsuldarlığı  və  istehsalı  artıracağı  istiqamətindəki  fikirləri  durur.  Ayrıca 
götürüldükdə bir ölkə, xüsusilə bəlli bir əmtəənin ən önəmli alıcısı və ya satıcısı kimi 
çıxış edirsə, xarici ticarətə məhdudiyyət qoyulmasından qazanc əldə edə bilər. Buna 
baxmayaraq  praktikada  yerli  sənayelərin  qorunması  məqsədi  ilə  qoyulan 
məhdudiyyətlər  müəyyən  bir  mərhələdən  sonra  ölkənin  ümumi  iqtisadi  qazancı 
baxımından mənfi təsirlərə də səbəb olur. 
 
Azad ticarət, ən qəti formasıyla David Rikardo və Con Stüart Millin əsərlərində 
yer  almışdır.  Bu  yazıçılarda  millətlər  arasındakı  ticarət  sərbəstliyi beynəlxalq  əmək 
bölgüsü təməlinə söykənir. 
 
XIX  əsrdə İngiltərədə  Riçard  Kobden  və  Mançester  Birliyi, Fransada Frederik 
Bastiat və Mişel Çevaliyer tərəfindən müdafiə olunan azad ticarət, xüsusilə 1860-cı il 
Fransız-İngilis  müqaviləsinin  imzalanmasının  müvəfəqiyyətə  çatması  ilə  hiss 
olunsada, o tarixdən sonra II Dünya müharibəsinə qədər sürətli geriləmişdir. 
 
Döyüş  sonrasında  beynəlxalq iqtisadiyyatın  yenidən  nizama  qoyulması,  azad 
ticarət mövzusundakı neoklasik qaydaların, xüsusilə Hekşer-Ulin nəzəriyyələrinin də 
təsiri  ilə,  sərbəst  ticarətin  tətbiq  sahəsini  yenidən  genişləndirdi. II  Dünya 
müharibəsindən  sonra  ölkələr  arasındakı gömrük maneələrinin  və  valyuta 
məhdudiyyətlərin azaldılması məqsədi ilə intensiv səylər göstərilmişdir. 
 
Bununla birlikdə qlobal və ya yerli böhranlar zamanı həm inkişaf etməmiş, həm 
də  sənayeləşmiş  ölkələr  idxal  kvotaları, vergilər  və  milli  sənayelərə  təşviq  etmələr 
kimi  üsullarla  azad  ticarət  üzərindəki  məhdudiyyətləri  müəyyən  ölçüdə  davam 
etdirməkdədirlər. 
 
Gömrük siyasətinin həyata keçirilməsinin əsas vasitələri -  
•  gömrük rüsumları və yığımları (tarif və ya iqtisadi tənzimləmə),  
•  gömrük  rəsmiləşdirilməsi  və  gömrük  nəzarəti    əməliyyatları,  xarici  ticarətin 
icazələşdirilməsi  (xüsusi  icazə)  və  kvotalaşdırılması  (qeyri-tarif  və  ya  inzibati 
tənzimləmə) 
təcrübəsi ilə bağlı olan müxtəlif gömrük məhdudiyyətləridir.  
 
Gömrük  siyasəti  dövlətin  iqtisadi  təhlükəsizliyinin  təmin  edilməsinə  xidmət 
etməlidir.  İqtisadi  təhlükəsizlik  -  ümumilikdə  iqtisadiyyatın  ölkənin  sosial,  siyasi, 
müdafiə qabiliyyətinin və mütərəqqi inkişafının kifayət edəcək səviyyəsini təmin edə 

43 
 
bilən  vəziyyətini,  tarazlaşdırma  problemlərinin  həlli  yollarını,  mümkün  xarici  və 
daxili  təhlükələrə,  onun  iqtisadi  maraqlarının  xarici  təsirlərdən  asılı  olmaması 
vəkifayət qədər zərərdən qoruna bilməsi qabiliyyətini nəzərdə tutur.  Bu təhlükəsizlik 
özünü  milli  iqtisadiyyatın  müxtəlif  sahələrinin  inkişaf  etdirilməsi  üçün  şəraitin 
yaradılmasında, onun strukturunun təzələnməsində, yerli mal istehsalçılarının  haqsız 
xarici rəqabətdən qorunmasında və s. məsələlərdə özünü göstərir.   
•  Gömrük işi ilə bağlı başqa bir məsələ gömrük orqanları tarifindən ölkəyə qaçaq yolla 
gətirilən  narkotik  vasitələrin  müsadirə  edilməsidir.  İlk  baxışdan  iqtisadi  səmərə 
verməyən bir hal kimi gözə  dəyən bu məsələ,  əslində  mühüm strateji  əhəmiyyətə 
malikdir.  Belə  ki,  narkoticarətin  qarşısını  alan  gömrük  orqanları,  ölkəni  narkotika 
bazarına  çevrilməsinə  imkan  verməməklə  çoxlu  dövlət  vəsaitlərinə  qənaət  etmiş 
olurlar. Çünki dövlət  təkcə narkotika alverinə qarşı mübarizəyə deyil, eyni zamanda 
narkomanların müalicəsinə  də heç bir vəsait  xərcləmir və həm də ölkənin inkişafında 
mühüm potensial sayılan intellektual bazanı da qorumuş olur.  
•  Başqa bir  misal: gömrük orqanları ölkənin gömrük ərazisinə keyfiyyətsiz məhsulları 
(ərzaq  malları,  dərman  preparatları,    uşaq  yeməkləri  və  s.)  buraxmamaqla  əhalinin 
sağlamlığını  qorumaqla  bərabər  dövlət  vəsaitlərinin  digər  sosial    qayğılara 
yönəldilməsinə şərait yaratmış olurlar.   
•  Eyni  zamanda  gömrük  orqanları   təhlükəli  tullantıların ölkə  ərazisinə    gətirilməsinin 
qarşısını almaqla, ölkənin ekoloji zibilxanaya çevrilməsinə şərait yaratmırlar ki, bu da 
ölkə əhalisinin həyatının təhlükə altında  qalmasına imkan vermir.  
 
Azərbaycan  Respublikası  ikinci  dəfə  öz  müstəqilliyini  bərpa  etdikdən  sonra 
özünün  sərbəst  gömrük  siyasətini  yürütməyə  başladı.  Lakin  bir  sıra  çətinliklər 
mövcud idi:   
1.
  Azərbaycan  Respublikasında  ölkənin  bütün  sərhədlərini  əhatə  edə  bilən  gömrük 
şə
bəkəsi yox idi.  
2.
  keçmiş  SSRİ-nin  tərkibində  olduğu  üçün  vahid  gömrük  siyasəti  yürüdüldüyündən 
milli gömrük siyasəti yaranmamışdı.  
3.
  milli  gömrük  kadrları  azlıq  təşkil  edirdi  və    qısa  bir  zamanda  bu  kadrların  
hazırlanması üçün qanunvericilik bazası yox idi.  
Keçmiş  SSRİ  untitar  federasiya  olduğuna  görə  respublikaların  heç  birində  sərbəst 
gömrük siyasəti yox idi. Milli gömrük siyasətinin formalaşması üçün isə vaxt lazım 
idi.   
Milli  gömrük  siyasəti  olmadığı  üçün  milli  kadrlar  da  yetişdirilmirdi.  Çünki  bütün 
gömrük  sənədləşdirilməsi rus dilində aparılırdı. Bu isə  nəinki milli dildə  tədrisi, o 
cümlədən  gömrük  ili  ilə  bağlı  ədəbiyyatın  buraxılmasını  da  istisna  edirdi.  Mövcud 
qanunvericilik isə  mərkəzçilik siyasətinə xidmət edirdi.  
4.
  Azərbaycanın dövlət sərhədləri Ermənistan tərəfindən işğal altında saxlanılır. 
Azərbaycan Respublikasının Rusiya Federasiyası  və Gürcüstan Respublikası ilə olan 
dövlət  sərhədləri    şəffaf  olduğu  üçün  problemlər  yaranmır.  Ermənistan  ölkəmizin 

44 
 
nəinki 20 %-ə yaxın ərazisini, eyni zamanda İran İslam Respublikası ilə olan dövlət 
sərhəddinin  100  km-dən  çox  hissəsini  də    işğal  altında  saxlayır.  Bu  isə  gömrük 
orqanlarına,  ölkənin  bütün  gömrük  ərazisinə  nəzarət  imkanlarına  kifayət  qədər 
ə
ngəllər yaratmış olur.  
5.
  tədris bazasının təşkili üçün dərsliklər və  dərs vəsaitləri yox  səviyyəsində idi.   
Müstəqillik    əldə  edən  ölkəmiz  bütün  sadalanan  çətinliklərə  baxmayaraq  milli 
iqtisadiyyatın inkişaf etdirilməsi ilə yanaşı gömrük orqanlarının sərbəst strukturlarının 
yaradılmasına və təşəkkül tapmasına da  şərait  yaratdı. Azərbaycan Respublikasında 
DGK 1992-ci ildə yaradıldı. Kadr dərsliyi aparmaqla yanaşı “Gömrük tarifi haqqında” 
Qanun, “Gömrük Məcəlləsi” və lazım olan digər qanunvericilik aktları qəbul olundu.  
Müstəqil  Azərbaycanın  iqtisadi  həyatında  xarici  ticarət    əlaqələrinin  mühüm  rolu 
vardır.  Milli  istehsalı  qorumaq  üçün  iqtisadiyyatın  strukturunun  yaxşılaşmasına, 
inkişafın  strateji  istiqamətlərində  ehtiyatların  mərkəzləşdirilməsinə,  bəzi  istehlak 
mallarının ucuzlaşdırılmasına, Azərbaycan  mallarına xarici bazarların açılmasına və 
s. nail olmaq lazımdır.  İstehsalın və istehlakın milli struktur  xüsusiyyətləri, iqtisadi 
inkişaf səviyyəsi  və digər  amillər xarici  ticarətin  tənzimlənməsi sisteminə  kompleks  
yanaşma  tələb  edir.  Xarici  ticarətin  tənzimlənməsi  isə  idxal-ixrac    əməliyyatlarına 
xüsusi  dövlət  nəzarəti  tələb    edir    ki,  bu  da  bilavasitə  gömrük  işinin    təşkili  ilə 
bağlıdır. 
 
Azərbaycan Respublikasının gömrük siyasəti məqsədi : 
•  gömrük    ərazisində  gömrük  nəzarəti  və  mal  dövriyyəsinin  daha  səmərəli 
tənzimlənməsi,  
•  daxili bazarın qorunması,  
•  milli iqtisadiyyatın inkişafının stimullaşdırılması,  
•  dövlətin iqtisadi siyasətindən irəli gələn vəzifələrin həyata keçirilməsi,  
•  gömrük işinin beynəlxalq normalara uyğun aparılmasıdır.   
 
Gömrük siyasətinin  əsasını, xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsinin 
aşağıdakı prinsipləri təşkil edir:   
1)
  Respublikanın xarici siyasətinin tərkib hissəsi olan vahid xarici ticarət siyasəti;   
2)
  xarici  ticarət  fəaliyyətinin  vahid  dövlət  tənzimləmə  sistemi  və  onun  həyata 
keçirilməsinə nəzarət;   
3)
  vahid valyuta nəzarəti siyasəti;   
4)
  ölkənin gömrük ərazisinin bütövlüyü;   
5)
  xarici  ticarət  fəaliyyətinin  dövlət  tənzimlənməsində  iqtisadi  tədbirlərə  üstünlük 
verilməsi;   
6)
  xarici ticarət fəaliyyəti iştirakçılarının bərabərhüquqlu olması  və  hər hansı formada 
ayrı-seçkiliyə yol verilməməsi;   
7)
  xarici  ticarət  fəaliyyəti  iştirakçılarının  hüquq  və  qanuni  maraqlarının  dövlət 
tərəfindən qorunması;   

45 
 
8)
  dövlətin  və  onun  ayrı-ayrı  orqanlarının  xarici  ticarət  fəaliyyətinə  yersiz  (lazımsız) 
müdaxiləsi  nəticəsində  onun  iştirakçılarına  və  bütünlükdə  ölkə  iqtisadiyyatına  ziyan 
vurulmasının istisna edilməsi.  
 
Gömrük münasibətlərini tənzimləyən hüquqi aktlar aşağıdakılardır:   
1.
  Azərbaycan Respublikası prezidentinin fərmanları.  
2.
  Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları.  
3.
  Dövlət Gömrük Komitəsinin normativ aktları.   
 
Azərbaycan Respublikasının gömrük sahəsində beynəlxalq hüquqi  əməkdaşlığı 
ə
sasən 4 istiqamətdə inkişaf edir:   
1)
  Beynəlxalq  təşkilatlar,  o  cümlədən  Ümumdünya  Gömrük  Təşkilatı  və  Ümumdünya 
Gömrük Təşkilatı ilə əməkdaşlıq;   
2)
  Müstəqil Dövlətlər Birliyinin gömrük rəhbərləri şurası çərçivəsində əməkdaşlıq;  
3)
  İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq;   
4)
  Ayrı-ayrı  dövlətlərin  gömrük  orqanları  ilə  ikitərəfli  münasibətlər  əsasında 
ə
məkdaşlıq.   
 
 
 

46 
 
4.
  Gömrük nəzarəti 
 
1)
  Gömrük nəzarətinin mahiyyəti və növləri 
2)
  Gömrük nəzarətinin həyata keçirilmə formaları və metodları 
3)
  Gömrük nəzarətinin xüsusiyyətləri  
 
Azərbaycan  Respublikasının  Gömrük  Məcəlləsinin  17-ci  maddəsinin  17-ci 
bəndinə əsasən: “Gömrük nəzarəti gömrük işi haqqında Azərbaycan Respublikasının 
qanunvericiliyinə,  həmçinin  icrasına  nəzarət  Azərbaycan  Respublikasının  gömrük 
orqanlarına  həvalə  edilmiş,  Azərbaycan  Respublikasının  digər  qanunvericiliyinə  və 
Azərbaycan  Respublikasının  dövlətlərarası  müqavilələrinə  riayət  edilməsini  təmin 
etmək məqsədilə həyata keçirilən tədbirlər toplusudur.”  
Gömrük nəzarətinin iki növü xüsusilə fərqləndirilir: 
1. Əmtəələrə (mallara) nəzarət; 
2. Nəqliyyat vasitələrinə nəzarət. 
Hər  iki  növ  nəzarəti  daha  dərindən  və  daha  əhatəli  təsnifləşdirmək  olar.  Misal 
üçün,  nəqliyyat  vasitələri  üzərində  gömrük  nəzarətini  nəqliyyat  növlərinə  görə 
aşağıdakı kimi bölmək olar: 
-  dəniz gəmilərində gömrük nəzarəti; 
-  çay gəmilərində gömrük nəzarəti; 
-  dəmir yolu nəqliyyatında gömrük nəzarəti; 
-  təyyarələrdə gömrük nəzarəti; 
-  avtomobil nəqliyyatı vasitələrində gömrük nəzarəti; 
-  Boru xətlərində gömrük nəzarəti; 
-  Magistral elektrik ötürücü xətlərdə gömrük nəzarəti. 
Mallara (əmtəələrə) gömrük nəzarətini isə aşağıdakı kimi bölmək olar: 
-  idxal (ölkəyə gətirilən) mallarına gömrük nəzarəti; 
-  ixrac (ölkədən çıxarılan) mallarına gömrük nəzarəti; 
-  tranzit (daşınan) mallara gömrük nəzarəti. 
Gömrük  nəzarətinin  təşkilində  malların  fərdi  xüsusiyyətlərinə  də  böyük 
ə
həmiyyət verilir. Belə ki, əldə daşınan yüklərin, baqaj yüklərinin gömrük nəzarəti də 
vacib şərtlərdəndir. 
Ə
məkdaşlıq  edən  ölkələrin  gömrük  orqanlarının  gömrük  nəzarətini  təşkil 
etmələri baxımından bölgünü aşağıdakı kimi təsnif etmək olar: 
-  ikitərəfli  gömrük  nəzarəti  (hər  ölkənin  gömrük  orqanı  ayrılıqda  gömrük 
yoxlanışı aparır); 
-  birtərəfli  gömrük  nəzarəti  (hər  iki  ölkənin  gömrük  orqanlarının  əməkdaşları 
birlikdə gömrük yoxlanışı aparırlar). 
Gömrük nəzarəti bir dəfə (təkqat) və təkrar (ikiqat) ola bilər. 
Gömrük  nəzarətinin  bir  dəfə  (təkqat)  keçirilməsi  o  halda  olur  ki,  mallar  və 
nəqliyyat vasitələri gömrük sərhədindən yalnız bir istiqamətə keçirilirlər. 

47 
 
Ə
gər hər hansı bir məhsul və nəqliyyat vasitəsi nisbətən qısa bir müddət ərzində 
gömrük  sərhədindən  iki  dəfə  keçirilərsə,  onda  təkrar  (ikiqat)  gömrük  yoxlanışına 
məruz qalır. 
Bəzi  hallarda,  gömrük  nəzarətinin  təkrarən  həyata  keçirilməsi  üçün  heç  də 
həmişə  gömrük  sərhədinin  iki  dəfə  keçilməsi  vacib  olmur.  Misal  üçün  deyək  ki, 
adətən, xarici limanlara gedən gəmilər və yaxud xaricdən qayıdan gəmilər təyinat üzrə 
limanlara  yan  aldıqda  onlarda  gömrük  nəzarəti  aparılmır.  Çünki,  onların  yoxlanışı 
dəniz gömrük sərhədinə daxil olarkən keçirilir. Lakin, əgər həmin gəmidə qaçaqmal 
və  yaxud  da  digər  qadağan  olunmuş  mal  olması  barədə  məlumat  olarsa,  onu  həm 
sərhəd gömrük məntəqəsində, həm də çatıb yan aldığı limanda yoxlamaq olar. Bu isə 
ikiqat yoxlama deməkdir. 
Belə qayda ilə digər nəqliyyat vasitələrini də yoxlamaq olar, belə ki, qaçaqmalı 
və ya qadağan olunmuş  malın olması barədə məlumat daxil olduğu halda, bu qayda 
bütün nəqliyyat vasitələrinə şamil olunur. 
Gömrük nəzarətinin həyata keçirilməsi üçün ayrı – ayrı metodlar (üsullar) tətbiq 
edilir.  
Gömrük  nəzarətinin  metodu  –  onun  həyata  keçirilməsi  fəndlərinin  və 
qaydalarının məcmusudur. 
Gömrük nəzarəti metodlarından aşağıdakıları göstərmək olar: 
- adi gömrük nəzarəti – mallar və nəqliyyat vasitələri gömrük məntəqəsinə daxil 
olduqda həyata keçirilir; 
- nəqliyyat vasitələri hərəkətdə olarkən (tranzit) gömrük nəzarəti; 
-  tam  gömrük  nəzarəti  (Gömrük  Məcəlləsində  göstərilmiş  istisna  hallardan 
başqa, nəzarətin bütün formaları tətbiq edilməklə icra olunur); 
- seçmə gömrük nəzarəti və s. 
Yuxarıda  qeyd  olunan  gömrük  nəzarəti  növləri,  formaları  və  metodları  praktik 
olaraq bir – birilə qarşılıqlı əlaqədə və sıx bağlı olaraq tətbiq edilirlər. 
Gömrük nəzarəti nəzarət obyekti baxımından gömrük işinin əhatə etdiyi gömrük 
ə
razisində  cinayətlərin  və  hüquq  pozuntularının  qarşısının  alınması  üçün  fəaliyyət 
göstərən  operativ  və  xüsusi  xidmət  bölmələridir.  Bu  qrup  xarici  iqtisadi  fəaliyyətlə 
məşğul  olan  iştirakçıların  müxtəlif  sahələr  üzrə  icra  etdikləri  əməliyyatlara  nəzarət 
edir,  gömrük  rəsmiləşdirilməsini,  gömrük  baxışı  və  yoxlanışını,  valyuta  nəzarətini, 
tarif və qeyri-tarif tənzimlənməsini və digər gömrük rejimlərinin icrasını təmin edir. 
Ümumiyyətlə, gömrük nəzarətinin fərqləndirici xüsusiyyəti və ən böyük qüsuru 
onun  qabaqlayıcı  tədbir  olmaması,  yəni  cinayət  və  hüquq  pozuntusu  baş  verdikdən 
sonra faktların yoxlanılmasıdır. 
Tarixi baxımdan gömrük nəzarətinin formalaşması hər bir dövlətin milli hüquq 
sistemi  çərçivəsində  baş  vermişdir.  Hər  bir  dövlət  gömrük  nəzarətini  öz  milli 
maraqları  və  ehtiyacları  baxımından  qurmuş  və  həyata  keçirmişdir.  Lakin,  zaman 
keçdikcə və iqtisadi inteqrasiya prosesləri gücləndikcə ayrı – ayrı dövlətlər tərəfindən 
müəyyən  edilmiş  gömrük  nəzarətində  mahiyyət  və  məzmunca  eyni  olan,  oxşar  və 

48 
 
yaxud  bənzər  əməliyyatların  olması  aşkarlanmış  və  bunların  vahid  bir  formaya 
salınması ideyası qarşıya qoyulmuşdur. 
Bu  baxımdan,  həm  gömrük  sənədlərinin  unifikasiyası,  həm  gömrük 
rəsmiləşdirilməsi  prosesinin  təkmilləşdirilməsi,  tətbiq  edilən  forma  və  metodların 
eyniləşdirilməsi,  istifadə  olunan  texniki  vasitələrin  universallaşdırılması  və  digər  bu 
kimi  məsələlər  gömrük  nəzarəti  qaydalarının  tənzimlənməsi  üçün  beynəlxalq  hüquq 
normalarının yaranmasına və tətbiqinə gətirib çıxarmışdır. Bunun nəticəsidir ki, ayrı – 
ayrı  illərdə,  misal  üçün,  1944-cü  ildə  Çikaqo  Konvensiyası,  1950-ci  ildə  Gömrük 
Ə
məkdaşlığı  Şurası  (GƏŞ),  1959-cu  ildə  Brüssel  Gömrük  Nomenklaturası,  1973-cü 
ildə  Kioto  Konvensiyası,  1994-cü  ildə  Beynəlxalq  Gömrük  Təşkilatı,  1995-ci  ildə 
Ümumdünya  Ticarət  Təşkilatı  və  çoxlu  sayda  digər  beynəlxalq  qurumlar 
yaradılmışdır. 
Bu faktlar bir daha əyani surətdə təsdiq edir ki, gömrük işi və gömrük nəzarəti 
təkcə  bir  ölkə  çərçivəsində  (qapalı)  təşkil  edilə  bilməz  və  beynəlxalq  iqtisadi 
inteqrasiya  proseslərinə  uyğun  olaraq  beynəlxalq  səviyyədə  və  beynəlxalq  hüquq 
normaları əsasında, lakin milli maraqlara cavab verən bir səviyyədə qurulmalıdır. 
 
Gömrük nəzarətinin əsas formaları 
 
Azərbaycan  Respublikasında  gömrük  nəzarətinin  təşkili  və  aparılması  dövlət 
səviyyəsində gömrük işini aparan icra hakimiyyəti orqanı – Dövlət Gömrük Komitəsi 
tərəfindən  həyata  keçirilir.  Bu  nəzarət  həyata  keçirilərkən  insanların  həyat  və 
sağlamlığı,  heyvanlar  və  bitkilər  üçün  təhlükəsiz  olan,  həmçinin  əmtəələrə  və 
nəqliyyat vasitələrinə zərər vurmayan texniki vasitələr tətbiq edilə bilər. 
Azərbaycan  Respublikası  Gömrük  Məcəlləsinin  92.2-ci  maddəsinə  əsasən 
gömrük nəzarətinin həyata keçirilməsi üçün aşağıdakı formalar müəyyən olunmuşdur: 
1)
 malların və nəqliyyat vasitələrinin yoxlanılması; 
2)
 şəxsi yoxlama;  
3)
 gömrük məqsədləri üçün lazım olan məlumatların, elektron və ya kağız üzərində 
yazılı  formalarda  sənədlərin,  o  cümlədən  Azərbaycan  Respublikasının  dövlət 
sərhədinin  buraxılış  məntəqələrindən  keçirilən  malların  baytarlıq,  fitosanitar, 
gigiyenik  və  digər  sertifikatlarla  (şəhadətnamələrlə)  müşayiət  olunmasının 
yoxlanılması; 
4)
 gömrük auditi;  
5)
 şəxslərin sorğu-sual edilməsi;  
6)
 gömrük  nəzarətindən  keçməli  olan  mallara  və  nəqliyyat  vasitələrinə,  onların 
yerləşdiyi  ərazilərə  və  binalara,  müvəqqəti  saxlanc  və  gömrük  anbarlarında, 
sərbəst  zonalarda  yerləşən  ərazilərə  və  binalara,  həmçinin  icrasına  nəzarət 
gömrük  orqanına  həvalə  edilmiş  fəaliyyətin  həyata  keçirildiyi  digər  yerlərə 
gömrük baxışının keçirilməsi; 
 

49 
 
1.    Gömrük yoxlanışı. 
Gömrük yoxlanışı dedikdə, elə inzibati tədbir başa düşülür ki, bu zaman malların 
və  nəqliyyat  vasitələrinin  faktiki  yoxlanması  yolu  ilə  onun  (onların)  gömrük 
sərhədindən  qanuni  keçirilməsi  müəyyənləşdirilir,  qadağan  olunmuş  əşyaların 
daşınmasının  qarşısı  alınır,  əmtəələrin  gizli  daşınması  aşkar  edilir  və  həmçinin 
müəyyən edilmiş qaydada əmtəələrin adları, onların qiymətləri və miqdarı öyrənilir. 
AR  Gömrük  Məcəlləsinə  görə  gömrük  yoxlanışı  aşağıdakı  hallar  üçün  nəzərdə 
tutulur: 
-  yoxlanılan  obyektlərin  gömrük  sərhədindən  keçirilməsinin  qanuni  yolla 
olmasını müəyyən etmək; 
-  sənədsiz malları və nəqliyyat vasitələrini aşkar etmək; 
- ölkəyə gətirilməsi və ölkədən çıxarılması qadağan olunmuş əmtəələri, eləcə də 
daşınmasına müəyyən şərtlərlə icazə verilən malları aşkar etmək; 
-  əmtəələrin qeyri-qanuni daşınmasının qarşısını almaq; 
- əmtəənin tarif üzrə adını, qiymətini, miqdarını və keyfiyyətini müəyyən etmək. 
Gömrük  baxışından  fərqli  olaraq  gömrük  yoxlanışı  zamanı  nəqliyyat  vasitələri, 
taralar, bağlamalar, yük bölmələri açılaraq nəzərdən keçirilir ki, orada xəlvəti olaraq 
qadağan  edilmiş  mallar  gizlədilə  bilməsin.  Bu  məqsədlə  nəqliyyat  vasitəsində  ola 
biləcək xəlvəti yerlər də yoxlanmalı və aşkar edilməlidir. 
Gömrük yoxlanışı zamanı aşağıdakı mallara daha çox diqqət yetirilməlidir: 
-  aksiz vergisi tutulan mallar; 
- yol-müşayiət sənədlərində bəyan edilmiş, adlarına görə aksiz əmtəələrinə yaxın 
olan spirtsiz içkilər, ərzaq malları, tütün, şüşə, ayaqqabı və digər mallar; 
-  əvvəllər  gömrük-tranzit  qaydalarını  pozmuş  nəqliyyat  təşkilatlarının  daşıdığı 
yüklər; 
-  nəqliyyatla daşınan və fiziki şəxslərə məxsus olan yüklər. 
Gömrük  yoxlanışı  həyata  keçirilərkən  əsas  diqqət  gömrük  rüsumu  tutulan  və 
eləcə də qeyri-tarif tənzimləmə tədbirləri tətbiq edilən mallara yönəldilir. 
Gömrük  yoxlanışı  malmüşayətedici  və  nəqliyyat  sənədlərindəki  məlumatlar 
ə
sasında  aparılır.  Yoxlanışın  nəticələri  barədə  həmin  sənədlərdə  -  “Yoxlanılıb, 
uyğundur” – qeydi aparılır və bu qeyd tarix göstərilməklə yoxlayışı aparan əməkdaşın 
soyadı, imzası və şəxsi möhürü ilə təsdiqlənir. 
2.
  Şəxsi yoxlama. 
İ
lkin  yoxlamadan  sonra  fiziki  şəxsin  aparılması  və  ya  gətirilməsi  qanunvericiliklə 
qadağan  edilmiş,  yaxud  məhdudlaşdırılmış,  habelə  barəsində  gömrük  ödənişləri 
ödənilməmiş  malları,  Məcəllənin  və  gömrük  işi  üzrə  digər  qanunvericilik  aktlarının 
müddəalarının pozulması faktını təsdiq edən əşyaları üzərində gizlətməsi və daşıması 
barədə əsaslı şübhə yarandıqda, gömrük orqanlarının vəzifəli şəxsləri onu saxlayır və 
gömrük nəzarətinin müstəsna forması kimi, şəxsi yoxlama aparırlar.  
Gömrük  orqanlarının  vəzifəli  şəxsləri  tərəfindən  həyata  keçirilən  şəxsi  yoxlama 
sanitar-gigiyenik tələblərə cavab verən təcrid olunmuş yerdə, iki hal şahidinin iştirakı 

50 
 
ilə aparılır. Yoxlama aparılan yerə başqa fiziki şəxslərin daxil olmasına və yoxlamanı 
müşahidə etməsinə yol verilmir.  
Fiziki  şəxsin  bədənində  narkotik  vasitələri  və  psixotrop  maddələri  gizlətməsini 
müəyyən  etmək  məqsədilə  tibbi  müayinə  tibb  işçisi  tərəfindən  müvafiq  icra 
hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilməlidir. Üzərində şəxsi 
yoxlama aparılan fiziki şəxsin bədən üzvləri tibb işçisi tərəfindən yoxlanılmalıdır.  
Gömrük orqanlarının şəxsi yoxlama aparan vəzifəli şəxsləri, hal şahidləri, bu prosesə 
cəlb edilən tibb işçiləri yoxlanılan fiziki şəxslə eyni cinsdən olmalıdır.  
Şə
xsi  yoxlama  zamanı  fiziki  şəxs  üzərində  gizlətdiyi  malları  (əşyaları)  könüllü 
surətdə  təqdim  etmədikdə,  gömrük  orqanlarının  vəzifəli  şəxsləri  nəzərdə  tutulmuş 
qaydada fiziki qüvvə tətbiq etmək hüququna malikdirlər.  
Şə
xsi  yoxlama  aparılarkən,  fiziki  şəxsin  üzərində  aşkar  edilən  malın  (əşyanın)  bu 
Məcəllənin  64.1-ci  maddəsində  göstərilənlərə  aid  olması  barədə  kifayət  qədər  əsas 
olduğu  halda,  həmin  mallar  və  əşyalar  gömrük  orqanlarının  vəzifəli  şəxsləri 
tərəfindən qanunla nəzərdə tutulmuş qaydada götürülür.  
Şə
xsi  yoxlama  aparılması  haqqında  tələbləri  nəzərə  alınmaqla  müvafiq  icra 
hakimiyyəti orqanının müəyyən etdiyi formada protokol tərtib olunur.  
Protokol gömrük orqanının yoxlama aparan vəzifəli şəxsi, yoxlanılan fiziki şəxs, hal 
ş
ahidləri,  narkotik  vasitələr  və  psixotrop  maddələr  gizlədilməsini  müəyyən  etmək 
məqsədilə  tibbi  müayinə  aparıldıqda və  ya fiziki  şəxsin bədən  üzvləri  yoxlanıldıqda 
tibb işçisi tərəfindən imzalanır. 
3.  Sənədli yoxlama. 
Gömrük  nəzarətinin  sənədli  yoxlaması  –  fiziki  və  hüquqi  şəxslərin  mal  və 
nəqliyyat vasitələrinə dair sənədlərinin yoxlanması və bu sənədlərin qanun, hüquq və 
təlimatlara  uyğun  doldurulması,  eləcə  də  həmin  sənədlərin  obyektiv  vəziyyəti  əks 
etdirməsinin  doğruluğu  və  pozuntulara  yol  verilib  –  verilməməsini  dəqiqləşdirmək 
üçün həyata keçirilir. 
Yüklərə  sənədli  nəzarət,  gömrük  nəzarətinin  forması  olmaqla  sənədlərdə  əks 
olunmuş  informasiyanın  fiziki  mövcud  olan  mallarla  tutuşdurulması,  onların  həqiqi 
yüklərlə  identifikasiya  edilməsini  və  yük  gömrük  bəyannaməsinə  uyğun  gəlməsini 
dəqiqləşdirmək məqsədi ilə həyat keçirilir. 
Sənədli  yoxlama  həyata  keçirilərkən  hərtərəfli  dəqiqləşdirmə  üçün  aşağıdakı 
qaydalardan istifadə olunur: 
1.  Sənəddəki  göstəricilərin  düzgünlüyünü  müəyyən  etmək  (tarixi,  imzaları, 
miqdar və məbləğ göstəriciləri və s.); 
2. Sənədlərdəki riyazi hesablamaların yoxlanılması (aparılan riyazi əməliyyatlar, 
alınan  nəticələr  və  taksirovkaların  (qiymətləndirmələrin)  doğruluğunun  müəyyən 
edilməsi); 
3.  Sənədlərin  normativlərlə  tutuşdurulması  (aparılmış  əməliyyatların  normativ 
aktlara uyğun gəlməsi, əməliyyatların sənəddə düzgün əks etdirilməsi və s.); 

51 
 
4.  Sənədlərin  bir  –  birilə  tutuşdurulması  metodu  ilə  yoxlama  (bir  əməliyyatla 
bağlı  ayrı  –  ayrı  ilkin  sənədlərin  tutuşdurulması,  müxtəlif  mühasibat  sənədlərində 
onların eyniliyinin yoxlanması və s.); 
5.  Sənədlərin  qarşılıqlı  yoxlanması  (bir  –  birilə  əlaqəli  təşkilatlarda  eyni  bir 
ə
məliyyat üçün eyni adlı sənədin müxtəlif nüsxələrinin tutuşdurulması). 
Uçotun  və  hesabatların  ilkin  sənədlərə  uyğun  gəlməməsi  aşağıdakı  yollarla 
müəyyən edilir: 
-  məhsul  (əmtəə,  iş,  xidmət)  üçün  ödənişləri  təsdiq  edən  ilkin  sənədlərin 
göstəricilərinin mühasibat uçotu və hesabatlarının göstəriciləri ilə tutuşdurulması; 
-    faktiki  əməliyyatların  ödəniş  sənədləri  ilə  malmüşayətedici  və  digər 
sənədlərdəki göstəricilərin tutuşdurulması; 
- məhsulun və əmtəənin alınması, işin görülməsi və xidmət göstərilməsini təsdiq 
edən sənədlərin yoxlanılması; 
-  faktiki  satış  göstəriciləri  ilə  ilkin  ödəniş  sənədlərinin,  eləcə  də  gəlirlə  sərf 
olunmuş pul vəsaitlərinin məbləğinin (məsrəflərin) tutuşdurulması. 
Büdcəyə ödənilməmiş vergiləri müəyyən etmək üçün aşağıdakılar yoxlanılır: 
-  dürüst ilkin sənədlər əsasında vergi ödəyən obyektlər; 
-  vergi qanunçuluğu normalarına müvafiq olaraq vergi ödəyən obyektlər; 
-    müəssisənin  büdcə  ilə  hesablaşmasında  vergi  ödənişini  tənzimləyən 
qanunçuluq normalarına əməl edilməməsi; 
-  gömrük orqanı işçiləri tərəfindən vergi hesablanması; 
-    yoxlanılan  müddət  ərzində  büdcəyə  ödənməli  olan  və  faktiki  ödənilən 
vergilərin məbləği. 
Каталог: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə