Mühazirə materialları Fənnin predmeti barədə anlayış


  Azərbaycanda gömrük işinin təşkilinin və tətbiqinin tarixi



Yüklə 2.47 Mb.
Pdf просмотр
səhifə2/22
tarix13.06.2017
ölçüsü2.47 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   22

2.
  Azərbaycanda gömrük işinin təşkilinin və tətbiqinin tarixi 
Plan: 
1.
  Gömrük işinin yaranması prosesi 
2.
  İlkin feodalizm dövründə gömrük 
3.
  Ərəblərin tətbiq etdiyi gömrük siyasəti 
4.
  Səfəvilərin həyata keçirtdikləri gömrük siyasəti 
5.
  XVI – XVIII əsrin ikinci yarısında Azərbaycan xanlıqlarının gömrük siyasəti 
6.
  Çar Rusiyasının Azərbaysanda həyata keçirtdiyi gömrük siyasəti 
7.
  Azərbaycan Xalq Cumhuriyyətinin gömrük siyasəti 
8.
  Sovetlərin Azərbaycanda həyata keçitdikləri gömrük siyasəti 
 
İ
lkin feodalizm dövründə gömrük 
Ilk  оrtа  əsrlər  Qаfqаz  Аlbаniyаsının  inkişаf  tаriхinin  öyrənilməsində  аyrı-аyrı 
təsərrüfаt  sаhələrinin  təhlili  iqtisаdiyyаtın  bаşlıcа  məsələlərindən  biridir.  Ilk  оrtа 
ə
srlər Аlbаniyаsının təsərrüfаt sаhələri yаzılı mənbələr (qədim еrməni, gürcü, suriyа, 
ə
rəb  və  digər)  və  аrхеоlоji  mаtеriаllаr  əsаsındа  kоmplеks  hаlındа  аrdıcıl  və  gеniş 
şə
kildə  öyrənilməmişdir.  Ilk  оrtа  əsrlər  Аlbаniyаsının  təsərrüfаtının  bəzi  sаhələrinə 
ümumi  şəkildə  «Аzərbаycаn  tаriхi»nin  I  cildində,  «Dаğıstаnın  tаriхi»,  «Dаğıstаnın 
tаriхi  оçеrkləri»ndə,  tədqiqаtçılаrdаn  S.B.Аşurbəylinin  və  Z.M.Yаmpоlskinin 
məqаlələrində, 
Z.M.Bünyаdоvun, 
K.V.Trеvеrin, 
T.M.Məmmədоvun, 
T.А.Bünyаdоvun, 
R.M.Vаhidоvun 
və 
bаşqаlаrının 
mоnоqrаfiyаlаrındа 
tохunulmuşdur.  Məhz  bunа  görə  də  Аlbаniyаnın  ilk  оrtа  əsrlərdə  yеrli  əhаlisinin 
iqtisаdiyyаtının  müхtəlif  təsərrüfаt  sаhələrinin  inkişаfını  müхtəlif  dilli  yаzılı 
mənbələr, аrхеоlоji və еtnоqrаfik mаtеriаllаr əsаsındа kоmplеks hаldа, аrdıcıl, gеniş 
tədqiqinə еhtiyаc duyulur.  
  
Mənbələrin  məlumatlarına  görə  bizim  eradan  əvvəl  ikinci  minilliyin  ikinci 
yarısında  yerli  tayfalar  Assur,  Fələstin  və  Misir  ölkələri  ilə  xammal  və  məhsullar 
mübadiləsi  aparar,  həmin  ölkələrdən  isə  bəzək  əşyaları  və  müxtəlif  soyuq  silahlar 
gətirirdilər. Atropatenanın ərazisində olan Təbriz, Ərdəbil, Urmiya, Marağa, Miyana, 
Zəncan, Naxçıvan, Maku və digər şəhərlr ölkə daxilində mühüm ticarət mərkəzlərinə 
çevrilmişdilər. Bu şəhərlər başqa dövlətlərlə təkcə quru ilə deyil, həm də dəniz yolu 
ilə  ticarət  əlaqləri  yarada  bilmişdilşr.  Məşhur  “Böyük  ipək  yolu”  vasitəsilə  Orta 
Asiya,  Çin,  Hindistan,  Kiçik  Asiya  ölkələri,  İberiya,  Qafqaz  Albaniyası  ilə  ticarət 
ə
laqələri formalaşmışdı. 
 
Ölkədə  hazırlanmış  xalçalar,  bəzək  şeyləri,  yun  məmulatları  və  s.  ixrac 
olunaraq  əvəzində  lazım  olan  istehlak  malları  idxal  olunurdu.  Bu  zaman  satış  üçün 
müxtəlif  vergilər  alınırdı  ki,  bu  da  müasir  dövrdə  gömrük  vergiləri  və  rüsumları 
adlanır. 

18 
 
  
А
lbаniyаdа  ilk  оrtа  əsrlərdə  istеhsаlın  və  istеhsаl  vаsitələrinin  inkişаfı, 
şə
hərlərin  iqtisаdi  cəhətdən  inkişаfındа  mühüm  əhəmiyyətə  mаlik  оlаn  ticаrətin, 
dахili və trаnzit ticаrətin dаhа dа аrtmаsınа, gеnişlənməsinə səbəb оldu.  Zаqаfqаziyа 
və  о  cümlədən  Аlbаniyаnın  ərаzisindən  kеçən  trаnzit  ticаrət  yоllаrı,  ümumdünyа 
ticаrətinin  inkişаfındа  çох  böyük  rоlа  mаlik  idilər.  Ümumdünyа  ticаrəti,  bеynəlхаlq 
mübаdilələr yоllаrı üzərində yеrləşən ölkələrin və о cümlədən Аlbаniyаnın iqtisаdi və 
mədəni cəhətdən dаhа dа gеniş şəkildə inkişаf еtməsinə böyük təsir göstərirdi. Qədim 
Zаqаfqаziyа,  о  cümlədən  Аlbаniyа,  ümumdünyа  trаnzit  ticаrəti  yоllаrı  vаsitəsilə 
Hindistаndаn,  Çindən  tutmuş  Hind  оkеаnı  sаhillərinə  qədər  yеrləşən  ölkələrlə 
qiymətli məhsullаr mübаdilə еdilən bir ərаziyə çеvrilmişdi. 
 
Ilk  оrtа  əsrlərdə  Hindistаndаn  gətirilən  bаşlıcа  mаllаr  əsаsən  bunlаr  idi: 
pаmbıqdаn  hаzırlаnmış  pаrçаlаr,  istiоt,  sаrıkök,  müхtəlif  ədviyyаt  mаllаrı,  qiymətli 
qаş-dаş,  mirvаri,  müхtəlif  bəzək  əşyаlаrı,  fil  sümüyü,  qаrа  аğаc,  müхətəlif  rənglər. 
Çindən  ipək  və  ipək  pаrçаlаr  gətirilirdi.  Qаfqаz  vаsitəsilə  Şərqə–bürünc  ,  mis, 
qurğuşun,  Misir  və  Suriyа  sənətkаrlаrı  tərəfindən  istеhsаl  olunmuş,  qızılı  iplərlə 
nəqşlənmiş  pаrçаlаr,  Isgəndəriyyədə  və  Suriyаdа  hаzırlаnmış  şüşə  qаblаr  və  digər 
mаllаr göndərilirdi. 
 
Qədim dövrlərdə оlаn quru ticаrət yоllаrı ilk оrtа əsrlərdə də fəаliyyətdə idi. Bu 
yоllаr  Kiçik  Аsiyаnı Qаrа  dəniz və  Аrаlıq  dənizi ilə  birləşdirirdi. Zаqаfqаziyаnın,  о 
cümlədən  Аlbаniyаnın  ərаzisindən  kеçən  əsаs  ticаrət  yоllаrının  öyrənilməsində  və 
а
rаşdırılmаsındа  bizə  böyük  kömək  göstərən  ən  mühüm  mənbələrdən  biri  cоğrаfi 
хə
ritədir.  Bu,  IV  əsrdə  yаşаmış  rоmа  cоğrаfiyаçısı  Kаstоriyаnın  аdınа  yаzılmış 
«Tаbulа  Pеftinqеr»  аdı  ilə  tаnınаn  cоğrаfi  хəritədir.  Bu  mühüm  əhəmiyyətə  mаlik 
о
lаn  əsər  Kоnrаd  Millеr  tərəfindən  yеnidən  gətirilib  və  rеdаktə  еdilib  nəşr 
о
lunmuşdur. 
Kаstоriyаnın bu хəritəsi Аlbаniyаnın, Ibеriyаnın və Еrmənistаnın tаriхi cоğrаfiyаsının 
öyrənilməsində  böyük  əhəmiyyətə  mаlik  bir  mənbədir.  Zаqаfqаziyа–Еrmənistаn, 
Ibеriyа-Kаrtli,  Аlbаniyа-Аrrаn  ərаzisindən  kеçən  ümumdünyа  ticаrət  yоlunun 
«Tаbulа  Pеftinqеr»  хəritəsinin  mаtеriаllаrı  əsаsındа  аrаşdırılıb  öyrənilməsilə 
D.I.Mаrkvаrt, Y.А.Mаnаndyаn , S.T.Yеrеmyаn,  və Z.I.Yаmpоlski  məşğul оlmuşlаr. 
 
Qədim  yunаn  və  lаtın  müəllifləri  Аristоbul,  Еrаtоsfеn,  Pаtrоkul  və  s. 
məlumаtınа  görə,  hələ  milаddаn  əvvəl  IV-VII  əsrlər-dən  bаşlаyаrаq  Оks  çаyı 
(Аmudəryа)  vаsitəsilə  Kаspi  dənizinə,  оrаdаn  dа  Kür  çаyı  ilə  Аlbаniyа,  Ibеriyа  və 
Kоlхidаnın  ərаzisindən  kеçərək,  Riоn  çаyı  vаsitəsi  ilə  Qаrа  dəniz  sаhilindəki  Fаzis 
şə
hərinə  (indiki  Pоti  şəhərinə)  gəlib  çаtаn  ticаrət  yоlu  mövcud  idi.  Аlbаniyаnın 
ə
rаzisindən kеçən, iqtisаdi və ticаrət cəhətdən əhəmiyyətə mаlik bu böyük ticаrət yоlu 
ilk  оrtа  əsrlərdə  də  öz  əhəmiyyətini  itirməmişdir.  Lаkin  bunа  bахmаyаrаq  bəzi 
tədqiqаtçılаr  (V.V.Bаrtоld,  Y.А.Mаnаndyаn,  Tоmsоn,  V.Tаrn)  bu  ticаrət  yоlunun 

19 
 
ə
həmiyyətini  və  ümumiyyətlə  vаrlığını  hеçə  çıхаrmаğа  çаlışırlаr  .  Z.I.Yаmpоlski 
qədim  yunаn-lаtın  müəlliflərindən  Pаtrоkul,  Аristоbul,  Еrаtоsfеn,  Strаbоn,  Pоmpеni 
Mеl,  Plini,  Yuli  Sоlin,  Mаrk  Tеrеnski  Vаrrоn  və  bаşqаlаrının  məlumаtlаrını 
а
rаşdırаrаq,  müəyyən  düzəlişlər  еdərək  həmin  yоlun  Аlbаniyаdаn  kеçəndən  sоnrа 
Ibеriyаyа  və  Kоlхidаdаn  kеçərək  Riоni  çаyı  vаsitəsilə  Qаrа  dəniz  sаhilindəki  Fаzis 
(indiki Pоti) şəhərinə çаtdığını göstərir. 
 
Ilk  оrtа  əsrlərdə  Аlbаniyаnın  ərаzisindən  kеçən  Kür  çаyının  gəmiçilik  üçün 
yаrаrlı  оlduğunu  ilk  оrtа  əsrlərin  mənbələri  də  təsdiq  еdir.    Ilk  оrtа  əsrlər  tаriхçisi 
Sеbеоsun  vеrdiyi  məlumаtdаn  аydın  оlur  ki,  Kür  çаyının  üzərində  hər  iki  sаhili 
birləşdirən  bərə  vаr  imiş  .  Аlbаn  tаriхçisi  M.Kаlаnkаytuklunun  vеrdiyi  məlumаtdаn 
а
ydın оlur ki, Kür çаyının sаhilində (Uti vilаyəti hissəsində) limаn və bunun yаnındа 
çаyın üzərində hər iki sаhili birləşdirən körpü оlmuşdur. 
 
Bizim  eranın  əvvəllərində  indiki  Şimali  Azərbaycanın  və  Cənubi  Dağıstanın 
ə
razisini əhatə edən Albaniya dövləti haqqında tarixi mənbələrdə bu ərazidə neft, təbii 
qaz,  dəmir,  mis  və  s.  kimi  qiymətli  ehtiyatların  olduğu  göstərilirdi  ki,  bunlar  da 
sonradan  ticarət  subyektlərinə  çevrilirdilər.  Şirvanda  (Bakıda)  neft  və  duz 
məhsullarının  üzərinə  vergi  qoyulmuşdur  ki,  bu  da  müasir  dildə  mədən  vergisi  və 
aksiz vergisi kimi  dəyərləndirilir. 
 
Bеləliklə,  ilk  оrtа  əsrlər  dövrünün  yаzılı  mənbələrinin,  аrхеоlоji  qаzıntılаrın 
mаtеriаllаrının və tədqiqаtlаrın аrаşdırılmаsı göstərir ki, ilk оrtа əsrlərdə Аlbаniyаdа 
ticаrət  gеniş  şəkildə  inkişаf  еtmişdi.  Mаtеriаllаrın  аrаşdırılmаsı  göstərir  ki, 
А
lbаniyаnın ərаzisindən ümumdünyа əhəmiyyətli bеynəlхаlq quru, su ticаrəti yоllаrı 
kеçirdi  ki,  bu  dа  ölkədə  iqtisаdiyyаtın  bütün  sаhələrinin,  trаnzit  və  dахili  ticаrətin 
gеniş  şəkildə  inkişаf  еtməsinə  böyük  imkаn  yаrаdırdı.  Аlbаniyа  tədqiq  еtdiyimiz 
dövrdə ümumdünyа əhəmiyyətli trаnzit ticаrətinin mərkəzlərindən birinə çеvrilmişdir. 
Ilk оrtа əsrlər dövrünün yаzılı mənbələrinin, məlumаtlаrın, аrхеоlоji mаtеriаllаrın və 
tədqiqаtlаrın  аrаşdırılmаsı  göstərir  ki,  Аlbаniyа  ilk  оrtа  əsrlərdə  Hind  оkеаnındаn 
tutmuş Qаrа dənizə qədər оlаn yеrlərlə ticаrət əlаqələrinə, Yахın və Оrtа Şərq ölkələri 
ilə dаhа dа gеniş ticаrət mübаdiləsinə və sıх ticаrət əlаqələrinə mаlik оlmuşdur. Lakin 
yazılı mənbələrdə ticarət münasibətlərinin hansı formada tənzimlənməsi və  gömrük 
vergi  və  rüsumlarının  tətbiqi  haqqında  məlumatlar  azdır.  Və  ya  bu  barədə  olan 
məlumatlar Ərəb xilafəti  dövründə  yandırıldığı üçün ancaq mülahizə yürütmək olar. 
Çünki  artıq  iri  şəhərlərdə  -  Ərdəbil,  Muğan,  Naxçıvan,  Bərdə,  Beyləqan,  Qəbələ, 
Şə
ki,  Şəmkir,  Dərbənd  (Bab-əl-Əbvab),  Şabran,  Şamaxı  və  digərlərində  ticarət 
məhəllələri  (  o  zamanlar    “ravad”  adlanırdı)  yaranmışdı.  Xarici  ölkələrdən 
Azərbaycana  müxtəlif  parçalar,  metal  məmulatları,  ətriyyatlar,  ədvalar,  xəzlər  və  s. 
gətirilir,  ölkədən  isə  xam  ipək,  ipək  parçalar,  pambıq,  xalçalar,  boyalar,  neft,  mal-

20 
 
qara,  atlar  və  s.  ixrac  edilirdi.  Ticarətə  qoyulan  gömrük  vergi  və  rüsumları  ölkə 
xəzinəsinin mühüm gəlir mənbəyinə çevrilmişdi. 
 
 
 
Ə
rəblərin tətbiq etdiyi gömrük siyasəti 
 
Mənbələr  Xilafət  dövründə    Azərbaycandakı  orta  əsr  feodal  şəhərlərinin 
meydana  gəlməsinin  səbəb  və  şərtləri  və  bunların  inkişafı  haqqında  çox  az 
məlumatlara  malikdir.  Ölkənin  iqtisadi  sistemində  Azərbaycan  şəhərlərinin  rolu, 
bunların  daxili  həyatı,  quruluşu,  şəhər  əhalisinin  müxtəlif  təbəqələrinin  qarşılıqlı 
münasibətləri  və  bunlara  oxşar  bir  sıra  digər  problemlər  də  kifayət  qədər 
öyrənilməmişdir.    Şərti  olaraq  qeyd  etmək  olar  ki,  ərəblərdən  əvvəlki  dövrdə  olan 
şə
hərlər  padşah  və  knyazların  torpaqlarında  salınırdı  və  adətən  kənd  mahalları  – 
rustaklar  bunlara  aid  edilirdi.  Orta  əsrlərdəki  yazılı  mənbələr  və  qazıntı  materialları 
Azərbaycan  və  Arranda  bir  ençə  kateqoriyadan  şəhər  olduğunu  müəyyən  etməyə 
imkan  verir.  Həmin  dövrdə  daha  geniş  surətdə  ictimai  əmək  bölgüsü  əmələ  gəlir, 
sənətlər  kənd  təsərrüfatından  ayrılır  və  şəhərlərdə  mərkəzləşir.  Şəhər  kənddən  ayrı 
düşür. Lakin həmin dövrdə Azərbaycan və Arran şəhərlərinin əksəriyyəti hələ mühüm 
ticarət-sənaye  mərkəzi  olmamışdı.  Mənbələrdə  təkcə  “böyük”  və  “məşhur”  adlanan 
şə
hərlər ticarət-sənaye mərkəzi idi, bunlar da beynəlxalq tranzit ticarətinin əsas yolları 
üzərində  salınmış  şəhərlər  olmuşdu.  Bərdə,  Dərbənd,  Çoqa,  Beyləqan  (Paytakaran) 
belə  şəhərlərdən  idi.  Həmin  şəhərlərdə  ruhani  və  dünyəvi  zadəganlar,  tacirlər, 
sələmçilər  və  əkinçiliklə  əlaqəsini  kəsmiş  sənətkarlar  yaşayırdılar.  Mənbələrdə 
göstərilir ki, şəhərlərdə geniş istehlak  şeyləri  hazırlayan  sənətkarlardan başqa  “qızıl, 
gümüş,  dəmir  filizi  və  mis  çıxarmaqda  biliyi  olan  müxtəlif  sənətkarlar  da”  var  idi. 
Şə
hərlərin  ikinci  kateqoriyası  -  əsas  ticarət  yollarından  uzaqda  yerləşən  qapalı 
sənətkarlıq  və  ticarət  mərkəzləridir.  Şəki,  Qəbələ,  Amaras,  Şamxor,  Naxçıvan, 
Ə
rdəbil,  Girdiman  bu  kimi  şəhərlərdən  idi.  Bu  dövrdə  ticarət  və  mal  mübadiləsi 
tədricən,  bunların  ardınca  pul  tədavülü  artırdı.  Ərəblərin  istilası  başlananda 
Azərbaycan  və  Arranda  keçmişdə  qala  şəhəri  olmuş  bir  sıra  məşhur  şəhərlər  vardı, 
məsələn:  Ərdəbil,  Bərdə,  Beyləqan,  Qəbələ,  Şamxor,  Dərbənd,  Çoqa,  Naxçıvan, 
Ş
abran, Şamaxı, Qazaka (Şiz) və başqaları. Azərbaycanın (Arranın) bəzi şəhərlərinin 
ə
zəmətini və bunların strateji əhəmiyyətini həmin şəhərlər ətrafında çəkilən hasar və 
bürclərin  qalıqları  aydın  göstərir.  VI  əsrin  axırları  –  VII  əsrin  əvvəllərində 
Azərbaycanda  və  xüsusilə  Arranda  çoxlu  yeni  şəhərlər  salınır  və  mövcud  şəhərlər 
möhkəmləndirilir;  buna  səbəb  hər  şeydən  əvvəl  həmin  ölkələrdə  məhsuldar 
qüvvələrin daha da artması idi. Şəhərlər ticarət və sənət mərkəzi olur, məhsula tələbat 
artır,  ölkənin  təbii  sərvətləri  daha  çox  işlədilir  .  Azərbaycan  və  Arran  ərəblər 
tərəfindən  işğal  edilməzdən  əvvəl,  habelə  ərəblərin  hökmranlığı  dövründə  həmin 
ölkələrdən  keçən  ticarət  yollarının  birinci  dərəcəli  əhəmiyyəti  var  idi:  bu  ticarət 
yolları bütün Xilafət sistemindəki ticarətdə heç də axırıncı rol oynamırdı. Bu ərazinin 

21 
 
ə
rəblər  tərəfindən  işğalı  və  Ön  Asiyada  çox  geniş  sahənin  Xilafət  çərçivəsində 
birləşdirilməsi ticarətin inkişafı üçün son dərəcə əlverişli şərait yaratdı, tacirlər üçün 
quru  yol  ilə  və  Xəzər  dənizi  ilə  şimala  (bulqarlar,  slavyanlar)  və  Avropanın  şimal-
şə
rqinə gedən ticarət yollarını açdı. Avropa, Asiya və Afrikanın müxtəlif rayonlarında 
tapılan çoxlu sikkə dəfinələri əsasında təsəvvür etmək olar ki, Xilafətin hökmranlığı 
dövründə  ticarət  nə  qədər  genişlənmişdi  və  o  zaman  məlum  olan  təqribən  bütün 
ölkələrlə  Zaqafqaziya  ölkələrinin  ticarət  əlaqələri  nə  qədər  uzaqlara  çatırdı.  Dünya 
ticarətində  Bizans  və  Ermənistanın  rəhbər  rolu  tənəzzülə  uğradıqdan  sonra  qonşu 
ölkələrlə  ticarətdə  Xilafətin  ticarət  balansında  Azərbaycan  və  Arran  şəhərlərinin 
rəhbər vəziyyəti daha da gücləndi. Azərbaycanın paytaxtı Bərdəyə keçirildikdən sonra 
ticarət mərkəzi olmaq etibarilə Dvinin əhəmiyyəti aşağı düşdü; o zaman Ermənistan 
şə
hərlərinə  nisbətən  Bərdə,  Gəncə,  Şamxor,  Dərbənd,  Ərdəbil,  Şabran  və  digər 
şə
hərlər beynəlxalq ticarət həyatında daha əhəmiyyətli rol oynayırdı. Bunun səbəbi bu 
idi  ki,  Xilafətin  ticarət  əməliyyatı  yeni  yolla  inkişaf  edərək,  başqa  şəhərlərdə 
mərkəzləşmişdi.  Y.A.Manandyan  belə  hesab  edirdi  ki,      həmin  dövrdə  Şərqi 
Gürcüstan  və  Azərbaycanda  ticarətin  canlanması  xəzərlər  və  slavyanlarla  ticarətin 
inkişafı  ilə  əlaqədardır.  Ş.A.Mesxia  qeyd  edir  ki,  bu  zaman  beynəlxalq  ticarətdə 
Azərbaycanla  birlikdə  iqtisadi  cəhətdən  kifayət  qədər  inkişaf  etmiş  Gürcüstan 
padşahlıq və knyazlıqları da iştirak edirdilər, həm də bunlar digər xalqlarla ticarətdə 
vasitəçi kimi hərəkət edirdilər. Azərbaycan şəhərləri məhz ərəb hökmranlığı dövründə 
iqtisadi  cəhətdən  inkişaf  etmişdir.  Zaqafqaziyanın  bu  rayonunda,  yeni  şəhərlərin 
meydana  gəlməsinin  və  Bərdənin  sürətlə  inkişafının  səbəbi  əsasən  bunda  idi  ki, 
Ş
imali  Qafqaz,  Volqa  və  Don  çayları  hövzəsinin xalqları  ilə  ticarət  əlaqələri  sürətlə 
inkişaf  etmişdi:  bu  cəhət  isə  Azərbaycan  və  Arranda  əmtəə  münasibətlərinin 
inkişafının  başlıca  amillərindən  biri  olmuşdu.  Azərbaycan  və  Arran  şəhərləri  öz 
zəngin  bazarları  və  yerli  sənətkarların  cürbəcür  məhsulları  ilə  ticarət  əməliyyatında 
iştirak  edərək,  Xilafətdə  şimal-şərqi  Avropa  ölkələri  arasında  ticarət  əməliyyatının 
inkişafına  yardım  edirdi.  Xilafət  dövründə  ticarətin  inkişafında  Xəzər  dənizi 
ə
həmiyyətli rol oynayırdı. Xəzər hövzəsinin cənub hissəsində ticarətə Bağdad, Buxara 
və Səmərqənd bazarlarının yaxınlığı böyük təkan verirdi, çünki bunların inkişaf etmiş 
sənətkarlıq  mərkəzi  olan  çoxlu  Asiya  ölkələri  ilə  geniş  əlaqələri  var  idi.  Xəzər 
sahilindəki limanlarda (Abaskun və Astrabaddan Dərbəndədək) fəal ticarət dənizçiliyi 
inkişaf  edirdi.  Məsələn,  Astrabaddan  ipək  parça  ixrac  edilir,  Dərbənd  bazarları  isə, 
demək olar, bütün Xəzər sahillərindən mal gətirən tacirlərin toplanış yeri idi. Müxtəlif 
tayfaların yaşadığı Qafqaz sıldırım və əyri-üyrü cığırları ticarət yolu salmaq üçün heç 
də  münasib  deyildi.  Azərbaycan  tacirləri,  habelə,  bu  ölkədən  keçən  ərəb  tacirləri 
Volqa ilə yuxarı qalxaraq, şimala doğru bulqarlara tərəf gedirdilər. Bu tacirlər orada 
öz mallarının 1/10 dəyəri hesabilə gömrük verir və yaxşı sövdə edirdilər, çünki islam 

22 
 
dinini  qəbul  edən bulqarlar  ticarət işlərinə  mane  olmurdular. Bulqar və  burtaslardan 
Azərbaycan, Arran və bütün Xilafət bazarlarına samur, dələ və tülkü xəzi xəz papaq, 
ox,  balıq  yapışqanı,  qılınc,  zirehli  geyim,  slavyan  qullar  mis,  mum  və  s.gəlirdi. 
Ə
rəblər  bizanslıların  Qara  dənizdən  keçən  əsas  ticarət  yollarını  pozaraq,  bu  yolları 
şə
rqə,  Xəzərə  tərəf  keçirmişdilər;  bu  isə    Xəzər  ətrafındakı  şəhərlərin  coşqun 
inkişafına səbəb olnıuşdu. Ərəblər Xəzər dənizi - Volqa ticarət yolunu nəzarət altına 
almağa  başladılar.  Ərəblərin  hərbi  siyasəti  də  böyük  cənub-şimal  ticarət  yolunun 
cinahını  qorumağa  yönəldilmişdi,  ərəblər  şimalda  Tiflisdən  Dərbəndədək  geniş 
ə
razini  öz  əllərində  tutduqlarına  görə  onların  bu  siyasəti  müvəffəqiyyətli  idi.  Xəzər 
dənizində  bütün  limanlar  ərəblərin  əlində  idi  və  ibn  Havqəlin  dediyinə  görə  bu 
limanlara "tez-tez bir limandan başqasına gedən tacir gəmiləri gəlirdi". 
 
Mənbələrin  yazdığına  görə,  Azərbaycan  ərazisində  dövlət  tərəfindən  gömrük 
vergiləri  rəsmi  olaraq  IX  əsrin  əvvəllərindən  müəyyən  edilməyə  başlamışdır.  Bəlkə 
IX  əsrdən qabaq da bu vergilər  mövcud olmuşdur, lakin bu  barədə  olan  məlumatlar 
Ə
rəb  xilafəti  dövründə  yandırıldığı  üçün,  bu  barədə  ancaq  mülahizə  yürütmək  olar. 
Çünki  artıq  iri  şəhərlərdə  -  Ərdəbil,  Muğan,  Naxçıvan,  Bərdə,  Beyləqan,  Qəbələ, 
Şə
ki,  Şəmkir,  Dərbənd  (Bab-əl-Əbvab),  Şabran,  Şamaxı  və  digərlərində  ticarət 
məhəllələri  (o  zamanlar  “ravad”  adlanırdı)  yaranmışdı.  Xarici  ölkələrdən 
Azərbaycana  müxtəlif  parçalar,  metal  məmulatları,  ətriyyatlar,  ədvalar,  xəzlər  və  s. 
gətirilir,  ölkədən  isə  xam  ipək,  ipək  parçalar,  pambıq,  xalçalar,  boyalar,  neft,  mal-
qara, atlar və s. ixrac edilirdi. 
 
Ticarətə  qoyulan  gömrük  vergi  və  rüsumları  ölkə  xəzinəsinin  mühüm  gəlir 
mənbəyinə  çevrilmişdi.  XI-XII  əsrlərdə  karvan  və  ticarət  yollarının  bir-biri  ilə  və 
xarici  ölkələrlə  birləşdiyi  Azərbaycan  şəhərlərindən  daxili  və  xarici  bazarlara  neft, 
pambıq,  ipək,  duz,  meyvə,  balıq,  boyaq,  ədviyyat  və  s.  göndərilir,  Şərq  və  Qərblə 
ticarət əlaqələri saxlayırdılar. 
Azərbaycanın müstəqil feodal dövlətlərinin gömrük siyasəti 
IX-XII  əsrlər  feodal  münasibətlərin  dərinləşməsi,  təsərrüfat  həyatında,  sənətkarlığın 
inkişafında,  ticarət  əlaqələrinin  genişlənməsində  böyük  tərəqqi  dövrü  kimi 
qiymətləndirilir.  Tarixin  bu  dönəmi,  urbanizasiya  prosesinin  sürətlənməsi,  islamın 
hakim dinə çevrilməsi və mənəviyyata dərin təsiri ilə səciyyələnir. İslamın yayılması 
ölkənin  şimal  və  cənub  bölgələrində  maddi  və  mənəvi  mədəniyyətindəki  fərqləri 
aradan  qaldırmağa,  vahid,  ümumAzərbaycan  mədəniyyətinin  formalaşmasına  imkan 
verirdi. 
 
XIII-XVII  əsrlərdə  isə  feodal  münasibətlər  əvvəlcə  durğunluq,  sonra  tənəzzül 
keçirir.  İqtisadiyyatın,  şəhərlərin  dirçəlişinə  səylər  göstərilsə  də,  feodal  cəmiyyətini 
durğunluqdan çıxarmaq, onun yüksəlişini təmin etmək mümkün olmur. Tədqiq olunan 

23 
 
dövrün  sonunda  şəhərlərin  aqrarlaşması  başlanılır,  maddi  və  mənəvi  mədəniyyətdə 
çökmə müşahidə olunur. 
Babək  xürrəminin  rəhbərliyi  ilə  ərəb  ağalığına  qarşı  azadlıq  mübarizəsi  xilafətin 
ə
saslarına  zərbə  endirərək,  ərəb  imperiyasının  parçalanması  prosesini  sürətləndirdi. 
IX-X  əsrin  əvvələrində  Xilafətin  ucqarlarında  müstəqilləşmək  meylləri  gücləndi. 
Mərkəzi  hakimiyyətdən  yarımasılı  və  ya  müstəqil  feodal  dövlətləri  yaranmağa 
başladı.  Bu  dövlətlərin  başçıları  tədricən  Xilafətin  xəzinəsinə  göndərilən  vergilərin 
məbləğini azaldır, onu ödəməkdən imtina edir və beləliklə də müstəqillik əldə edərək, 
xilafətin  yalnız  dini  rəhbərliyini  qəbul  edirlər  .  Belə  yerli  feodal  dövlətlərindən 
ölkənin şimal rayonlarını əhatə edən Şirvanşahları (861-1538), Cənubi Azərbaycanda 
Saciləri,  Salariləri,  Rəvvadiləri  göstərmək  olar.  Arran  və  bəzi  Cənubi  Azərbaycan 
torpaqlarını əhatə edən Şəddadilər dövləti də bu qəbildəndir. Bu dövlətlər xalqımızın 
orta  çağ  tarixində  mühüm  rol  oynamışdır.  Bunlardan  əlavə,  bir  neçə  kiçik  feodal 
dövlət  qurumları  da  yaranmışdır.  Lakin  onlar  çox  uzunömürlü  olmayıb,  siyasi 
vəziyyətindən asılı olaraq tarix səhnəsindən çıxmış və yaxud qonşu güclü dövlətlərin 
tərkibinə  qatılmışdır.  Sacilər  dövlətinin,  qısa  müddət  də  olsa,  bütün  Azərbaycan 
topaqlarının öz sərhədləri daxilində birləşməsi mütərəqqi hal idi. 
 
XI  əsrin  II yarısında  Cənubi  Azərbaycan və  Arran  Böyük  Səlcuqlar  dövlətinə 
daxil  edilir.  Şirvanşahlar  səlcuqlu  sultanlarından  vassal  asılılığını  qəbul  etməklə  öz 
dövlətini  qoruyub  saxlayır.  Bu  dövrdə  Azərbaycan  ərzisində  cərəyan  edən  etno-
mədəni  proseslərin  nəticəsində  türkdilli  Azərbaycan  xalqının  formalaşması  prosesi 
sona çatır. 
Böyük Səlcuqlar imperiyasında feodallar arasında çəkişmələrin gücləndiyi, sabitliyin 
pozulduğu  şəraitdə,  XII  əsrin  birinci  yarasında  Arranda  Azərbaycan  Atabəyləri 
dövləti  yüksəlir.  Tədricən,  Marağa  istisna  olmaqla,  Cənubi  Azərbaycan  torpaqlarını 
da  öz  tərkibinə  birləşdirir.  Həmin  dövrdə  Şirvanşahlar  müstəqilləşir  və  dövlətin 
nüfuzu  artır.  Azərbaycan  torpaqlarını  birləşdirmək  uğrunda  Şirvanşahların  və 
Azərbaycan  Atabəylərinin  apardıqları  mübarizə  də  faydalı  idi.  Azərbaycan 
Atabəylərinə  hətta  İraq  Səlcuq  sultanlığının  idarəçiliyini  nəzarət  altına  almaq 
müyəssər  olmuşdu.  Azərbaycan  Atabəylərinin  paytaxtı  Gəncə,  Naxçıvan,  Təbriz 
şə
hərləri, Şirvanşahların paytaxtı isə Şamaxı və Bakı şəhərləri idi. 
 
IX-X  əsrlərdən  başlayaraq  Azərbaycan  dövlətlərinin  qonşu  ölkələrlə  əlaqələri 
daha  da  genişlənir.  Ölkədə  mənəvi  mədəniyyət  yüksəlir  və  XII  əsrdə  özünün  zirvə 
səviyyəsinə  çatır.  Ölkədə  islam  dini  getdikcə  kök  salmağa  başlayır,  bəzi  dağlıq 
rayonlarında  –Şəki-Zaqatala  və  Dağlıq  Qarabağ  bölgələrində  xristianlıq  hələ 
qalmaqda idi. 
 
Bütün  bu  sosial-iqtisadi,  siyasi,  mədəni  və  dini  amillər  Azərbaycan  təsərrüfat 
həyatının  ümumi  yüksəlişini  təmin  edirdi.  Məhsuldar  qüvvələrin  inkişafı  sürətlənir, 

24 
 
ə
kin  sahələri  genişlənir,  oturaq  maldarlıq  təsərrüfat  həyatında  özünə  möhkəm  yer 
tuturdu.  Kənd  təsərrüfatı  ilə  yanaşı  sənət  istehsalı,  xüsusilə  şəhər  sənətkarlığı 
durmadan  artır  və  XII  yüzildə  özünün  yüksək  inkişaf  səviyyəsinə  çatır.  Ölkədə 
yaşayış  məskənlərinin  sayı  çoxalır,  şəhərlərin  daxili  və  xarici  quruluşunda 
dəyişikliklər yaranır, ticarətin inkişafı ölkədə yeni yol salınması, karvansara və körpü 
tikintisi  işini  gücləndirirdi.  İslamın  möhkəmlənməsi  ilə  Azərbaycan  mədəniyyətində 
ümummüsəlman ənənələri özünü qabarıq büruzə verir, xüsusilə maddi mədəniyyətdə 
köklü  dəyişikliklər  yaranırdı.  Müsəlman  mədəniyyəti  üçün  səciyyəvi  olan  memarlıq 
tipləri, əhalinin məişətində müəyyən dəyişikliklər baş verirdi.  
 
XIII  əsr  mənbələri  düzən  və  dağətəyi  ərazilərdə  yerləşən  şəhərlər  üçün  əmtəə 
malları  kimi  ipək,  pambıq,  kətan,  düyü,  taxıl,  üzüm,  fındıq,  nar,  əncir,  lobya  və  s., 
dağlıq ərazilərdə yerləşən şəhərlər üçün isə (Dərbənd, Qəbələ və s.), kətan, xəz, dəri, 
alma,  zəfəran  və  başqa  kənd  təsərrüfatı  məhsullarının  adını  çəkirlərXIII  əsrin 
ə
vvəllərinə  aid  bir  mənbə  "Beyləqanda  çoxlu  miqdarda  bazarların  olması"  haqqında 
xəbər  verir.  Şəhərlərdə  ticarətin  geniş  yayılmasını  arxeoloji  qazıntılardan  tapılan 
ticarət əşyaları - tərəzi qolları, tərəzi gözləri, daş və metaldan olan çəki daşları və s. 
təsdiq edir 
 
Karvan  yolları  üstündə  karvansaralar  -  dayanacaqlar  inşa  edilirdi.  Belə 
dayanacaqlarda  tacirlər  istirahət  edir  və  quldurlardan  mühafizə  olunurdular.  Bu  tip 
tikilinin xarabalıqları Araz çayı sahilində, Naxçıvan MR-da tədqiq edilmişdir 
Şə
hərlərin  özlərində  də  karvansaralar  var  idi.  Burada  başqa  yerlərdən  gələn  tacirlər 
üçün  hər  cür  şərait  yaradılırdı.  Şəhərlərarası  ticarət  şəhərlərin  və  onların  iqtisadi 
rayonlarının həmin yerlərdə olmayan mallara tələbatını ödəyirdi. Məsələn, Bakı şəhəri 
bütün  Azərbaycanı  və  qonşu  Cənubi  Qafqaz  ölkələrini  neft  ilə  təchiz  edirdi.  Həmin 
ə
razidə tapılan qara çıraqlar bunu arxeoloji cəhətdən təsdiqləyir. Şabran şəhəri qonşu 
şə
hərlərin  zərgərlərini  özünün  məşhur  məhəkdaşı  ilə  təmin  edirdi.  Bu  daşla  qızılın 
ə
yarı  müəyyənləşdirilirdi.  Bərdə  başqa  şəhərlərin  toxucularını  özünün  mənbələrdə 
"qırmız" adlanan boyağı ilə təchiz edirdi və s. 
 
IX-XII  əsrlərdə  Azərbaycanın  əsas  karvan  ticarət  yolları  dörd  istiqamətə 
yönəlmişdi:  1.  Azərbaycanı  əl-Cəzirə,  Suriya  və  İraq  ilə  birləşdirən  və  sonuncunun 
vasitəsilə Hind okeanı vilayətlərinə istiqamətlənən marşrut; 2. Kiçik Asiya şəhərlərinə 
gedən  karvan  yolları;  3.  Şimal-Şərqi  və  Cənub-Şərqi  Avropaya  istiqamətlənmiş 
yollar; 4. İran, Orta Asiya, Hindistan və Çinə gedən yollar . I qrupa daxil olan karvan 
yollarında  Azərbaycanın  cənub  rayonları,  xüsusilə  Ərdəbil  və  Marağa  fəal  idi.  Bu 
marşrut  üzrə,  karvan  yolları  vasitəsilə  Şirvan  və  Arran  şəhərləri  müsəlman  Şərqinin 
mühüm ticarət mərkəzləri - Bağdad və Qahirə ilə əlaqə saxlayırdılar. Ərdəbil-Bəlxab-
Varsan-Beyləqan-Yunan-Bərdə  yolu  Arranın  mərkəzi  rayonlarını  cənub  şəhərləri  ilə 
birləşdirirdi.  Qərbə  istiqamətlənmiş  beynəlxalq  ticarət  yolları  Dəbil  və  Tiflisdən 

25 
 
keçməklə  iki  qrupa  ayrılır.  Bərdə-Dəbil  istiqamətində  olan  beynəlxalq  ticarət  yolu 
Azərbaycan  şəhərlərini  Kiçik  Asiya  ticarət  mərkəzləri  ilə  əlaqələndirirdi.  Bərdə-
Gəncə-Şəmkir-Xunan-Tiflis karvan yolu üzrə ilə isə Azərbaycan şəhərləri Trabzon və 
Qara dəniz limanları ilə əlaqə saxlayırdılar . Xilafətin şimal ticarətində Volqa-Xəzər 
beynəlxalq ticarət yoluna üstünlük verməsi ilə Şimal-Şərqi və Cənub-Şərqi Avropaya 
istiqamətlənmiş şimal marşrutunun əhəmiyyəti daha da artmışdı. Bu marşrutda Bərdə, 
Ş
amaxı  və  Dərbənd  şəhərləri  başlıca  məntəqələr  idi.  Xüsusilə  Dərbənd  vasitəçi 
mərkəz  kimi  "şimal  və  şərq"  mallarının  cəmləşdiyi  anbar  rolunu  ifadə  edirdi.  Şimal 
marşrutunda  Dərbəndin  birbaşa  su  yolları  Volqa-Xəzər  marşrutunun  fəallığını 
təsdiqləyir.  IX-XI  əsrlərdə  Aralıq  dənizi  ölkələrilə  ticarətdə  Misir,  Hind  okeanı 
ölkələrilə  ticarətdə  İraq  mühüm  rol  oynadığı  kimi,  Xəzər  dənizi  ölkələrilə  aparılan 
ticarətdə  də  Azərbaycan,  o  cümlədən  onun  Dərbənd  və  Bakı  kimi  limanları  böyük 
ə
həmiyyətə malik idi. 
 
 
Səfəvilərin həyata keçirtdikləri gömrük siyasəti 
 
Azərbaycanda  Səfəvilərin  hakimiyyəti  bərqərar  olarkən,  yəni  XVI  əsrin 
ə
vvəlində  ölkə  dərin  iqtisadi  tənəzzül  vəziyyətində  idi.  İqtisadi  həyatı  normal  hala 
salmaq  və  dövlət xəzinəsinə  vəsait  axınını  artırmaq  məqsədilə,  Səfəvilər  ilk vaxtlar, 
hətta kəndlilərin vəziyyətini müəyyən qədər yüngülləşdirməyə məcbur oldular. I Şah 
İ
smayılın  dövründə,  XVI  əsrin  birinci  onilliklərində  daxili  feodal  müharibələrinin 
azalması da kənd təsərüffatının dirçəlməsinə təkan verdi. 
 
XVI  əsrdə  Azərbaycan  əhalisinin  əsas  məşğuliyyəti,  əvvəllərdə  olduğu  kimi, 
ə
kinçilik  idi.    XVI  əsrdə  Azərbaycanın  kənd  əhalisinin  sayı,  ölkənin  müxtəlif 
vilayətlərindən  dövlət  xəzinəsinə  vergilərdən  daxil  olan  pulların  məbləği  haqqında 
heç  bir  məlumat  yoxdur.  Bütövlükdə  Azərbaycan  kəndlərində  natural  təsərüfatın 
hökm  sürdüyü  şübhəsizdir.  Lakin  Təbriz,  Şamaxı,  Bakı,  Gəncə,  Ərdəbil,  Naxçıvan, 
Marağa və s. kimi şəhərlərin ətraf kəndləri əmtəə təsərüfatı obyektləri idilər. Ölkənin 
xarici bazara xam ipək göndərən kənd mahallarına bu xüsusilə aid edilə bilər. Böyük 
ticarət – sənətkarlıq şəhərlərinin tərəqqi etməsi, bu şəhərlərin bazarlarını öz məhsulu 
ilə  təchiz  edən  şəhər  ətrafı  kəndlərdə  taxıl,  bağçılıq  və  bostançılıq  təsərüfatının 
inkişafına müsbət təsir göstərir.  
 
XVI əsrdə əsas ticarət obyekti Azərbaycan ipəyi idi. Məhz əsas etibarilə xaricə 
göndərilən  ipəyə  görə,  Səfəvilər  dövlətinin  ərazisində  onun  ixracını  inhisara  almaq 
uğrunda  ingilis,  venetsiyalı,  türk  və  rus  tacirləri  arasında  mübarizə  gedirdi. 
Azərbaycan dünya bazarını xamna ilə təchiz edən başlıca tədarükçülərdən biri idi. 
 
Səfəvi şahları xarici ticarətə və tacirlərə əzəldən hamilik edirdilər.   
 
XVI  əsrdə  Azərbaycan  Avropa və Asiyanın  bir çox  ölkələri ilə  geniş  əlaqələr 
saxlayırdı.  Moskva  dövləti  ilə  Səfəvilər  dövləti  arasında    qızğın  ticarət  XVI  əsrin 
ikinci yarısından (IV İvanın dövründə Şərq ticarətində Moskva dövlətinə mane olan 

26 
 
Kazan və Həştərxan xanlıqları Moskva dövlətinə birləşdirildikdən sonra) aparılmağa 
başlandı.  Volqa  və  Xəzər  dənizi  yolunun  işə  salınması  ilə  eyni  vaxtda  Azərbaycan 
Qərbi Avropa dövlətlərini də (İngiltərəni, İsveçi, alman dövlətlərini) maraqlandırmağa 
başladı.  Əgər  Moskva  knyazlığı  öz  tacirlərinin  mənafeyini  müdafiə  edərək,  sonralar 
tranzit ticarəti yolunda bir sıra maneələr qoymasaydı, bu ölkələr üçün Moskva dövləti 
vasitəsilə Asiya ilə ticarət böyük mənfəətlər gətirə bilərdi. Buna görə də, Volqa-Xəzər 
ticarət yolu əməli olaraq, əsasən, Moskva dövlətinin Azərbaycan və İranla ticarətinə 
xidmət  edirdi.  XVI  əsrdə  rusların  ölkədən  ixrac  etdikləri  başlıca  mal  Şamaxıda, 
Ə
rəşdə, Təbrizdə və digər şəhərlərdə istehsal edilən xamna və ipək məmulatları idi.  
 
Rus-  Azərbaycan  ticarətinin  əsas  hissəsi  Şamaxı  və  Bakı  vasitəsilə  həyata 
keçirilirdi.  Məsələn,  Şamaxıdakı  Moskva  tacirlərinin  nümayəndəliyi  öz  sənətkarlıq 
məmulatı  ilə  qızğın  ticarət  edir,  buradan  isə  ipək  alırdı.  Şəhər  bazarlarında,  Orta 
Asiyadan, Türkiyədən, Hindistandan və digər ölkələrdən gətirilmiş mallar da var idi. 
Azərbaycandan  Moskva knyazlığına  ipəkdən  əlavə  Bakı  nefti  də  ixrac  edilirdi.  İpək 
və  neft  Moskva  tərəfindən  Qərbi  Avropa  ölkəıərinə  satılırdı.  Gilan  tacirləri  Bakı 
neftini Manqışlaq dayanacağına çatdırırdılar. Oradan isə neft karvan yolu ilə Xivə və 
Buxaraya,  həmçinin  də  Orta  Asiyanın  digər  şəhərlərinə  göndərilirdi.  Moskva  ilə 
ticarətdə  rusların  Təbrizdə,  Şamaxıda,  Bakıda  əldə  etdikləri  bəqqaliyyə  malları,  o 
cümlədən  ədviyyat  az  yer  tutmurdu.  Moskva  dövlətindən  Azərbaycana  xəz  dəri 
(samur,  sincab,  qaraqonur  tülkü,  dələ,  şimal  tülküsü,  safsar),  silah  əşyaları  (dəbilqə, 
dəmir  geyim,  zireh,  qismən  odlu  silah),  həmçinin  metal  məmulatları  (baltalar,  
bıçaqlar və i.a.) daxil edilirdi. Moskva yolu ilə Azərbaycana habelə mahud, qarazəy, 
məxmər, şüşə, kağız və s. kimi Avropa malları da gətirilirdi. 
 
Səfəvilərin dövründə  vergi yığımları üçün xüsusi orqanlar fəaliyyət göstərirdi. 
V.F.Minorski  qeydlərində göstərir ki,  zabitanəvis və ya müfradənəvislər adlandırılan 
çəxslər  vergi  yığımı  ilə  məşğul  idilər.  Texniki  anlamı  “vergiləri  yığan”  deməkdir. 
Avaraca  idarəsindən  fərqli  olaraq  mustoufiyi-malın  ştatında  olan  mirzələr  divana 
daxil  olan  pul  məbləğlərini  (vücuhat)  qeydə  alırdılar.  “Təzkirətəl-mülük”ə  əsasən, 
zabitanəvis  darəsinə yığılmalı olan məbləğlər – yol vergiləri (vücuh-i rahdari), tütün 
ticarəti  üçün  vergilər,  çobanbəyi  (mal-qara  üçün  vergi)  və  s.  idi.  I  Şah  Təhmasib 
hakimiyyəti  dövründə  əhalinin  sosial  vəziyyəti  ilə  əlaqədar  islahahatlar  aparmış  və 
fermanı  ilə  dəftərxanalarda  hesablanan  bütün  məsvəflər  (ixracat-i  hükmi)  ləğv 
etmışdı.  O,  hər  il  təxminən  80  min  tümənə  çatan    vilayətlər    üzrə  tamğanı  onlara 
güzəşt  etdi, rəiyyətdən 10-20 illik vergini almaqdan  imtina etdi. 
 
Səfəvilər dövləti XVII –XVIII əsr məlumatlarına görə gömrük siyasəti dövlətin 
xəzinəsini  doldurmağa  xidmət  edirdi  .  Beləki  ,  mənbələrin  göstəricilərinə  görə 
Rəştdən  Təbrizə  Ərdəbil  vasitəsi  ilə  mal  aparan  tacir  Rəştdə,        Laşemadanda, 
Kesmədə və Kəskərədə rahdari verməli idi. Parçadan ibarət qatır və at yükündək 40 

27 
 
qəpik, eşşək yükündən 20 qəpik, çəkilməli olan at və qatır yükündən 20 qəpik, eşşək 
yükündən isə 10 qəpik gömrük alınırdı  . Bəndlər məntəqəsində parçadan ibarət qatır 
va at yükündən 30 və ya 40 qəpik, eşşək yükündən 15-20 qəpik, çəkilməli mallardan 
ibarət  olan  at  və  qatır  yükündən  20,  qəpik,  eşşək  yükündən  isə  10  qəpik  gömrük 
alınırdı.Ərdəbil şəhərində parçadan ibarət olan at və qatır yükündən 40 qəpik, eşşək 
yükündən  20  qəpik,  çəkilən  mallardan  ibarət  olan  at  və  qatır  yükündən  15  qəpik, 
eşşək yükündən isə 10 qəpik həcmində rahdari alınırdı. Keçid məntəqəsi olub, lakin 
ticarət  əhəmiyyəti  olmayan  yerlərdə  rahdari  gömrüyü  ticarət  daha  qızğın  gedən 
şə
hərlərə nisbətən az alınırdı. Misal üçün, Saruf keçid məntəqəsi ilə Təbrizi götürək. 
Sarufda parçadan ibarət at və qatır yükünə görə 20 qəpik, eşşək yükünə görə 10 qəpik, 
çəkilməli  at  və  qatır  yükünə  görə  10  qəpik,  eşşək  yükünə  görə  5  qəpik  gömrük 
alındığı halda, Təbriz şəhərlərində müvafiq olaraq həmin mallardan 1 manat, 1 manat 
20 qəpik və 50-60 qəpik rahdari alınırdı. Bundan əlavə, tacir Təbriz bazarında hər 10 
manata 30 qəpik mizan haqqı da verməli idi. Rəştdən Təbrizə gedən başqa yollarda da 
bu qayda ilə gömrük alınırdı. 
 
Rahdari  gömrüyünün  ağırlığı  və  həmçinin  ölkədə  baş  verən  bir  çox  siyasi 
çaxnaşmalar  ticarətin  gedişinə  mane  olurdu.  Eyni  zamanda  ticarət  yollarında  baş 
verən  qarətçilik  halları  XVIII  əsrin  əvvəllərində  cox  müşahidə  edilmişdi.  Bu  da 
Səfəvilər  dövlətinə  gələn  tacirləri  narazı  salirdı  və  iqtisadi  cəhətdən  zəifləməsini 
surətləndirirdi. 
 
 
 
Rahdari  gömrüyü 
 
Rahdari XVI əsrdən tətbiq olunan gömrük rüsumudur. Rahdari sözü fars sözü 
olub ( rah və -dardan rah-dar ) “keçid gözətçisi, qolçu”  deməkdir. 
  
XVI- XVII əsrlərdə şəhərlərə satmaq üçün gətirilən mallardan həm şəhərə daxil 
olmaq və həmçinin də bazar meydanında satmaq üçün ayrıca gömrük alınırdı. Birinci 
rahdari,  ikinci  isə  mizan  (ölçü  -  çəki)  gömrüyü  adlandırılırdı.  Rahdari  gömrüyünü 
təkcə  şəhərə  daxil  olanda  deyil,  bir  şəhərdən  başqasına  gedəndə  də  vermək  lazım 
gəlirdi. Əks təqdirdə rahdarlar (torpaqbasdı vergisini toplayanlar) taciri yolunu davam 
etməyə  qoymurdular.  Mizan  puluna  gəlincə  isə,  bazara  gətirilən  hər  hansı  bir  mal 
tərəzidə  çəkilir,  sonra  isə  malın  keyfiyyət  və  ağırlığına  görə  mal  sahibindən  pul 
alınırdı.  
 
Səfəvi  dövründə  gətirilən  eyni  mala  görə  bir  neçə  dəfə  gömrük  haqqı 
ödənilməsi ilə bağlı göstərilir ki, XVII əsrin 30-cu illərində nəinki sərhəddə, ölkənin 
daxilində  də,  vacib  ticarət  şəhərlərində,  keçid  və  körpülərin  mövcud  olduğu  bir  çox 
yerlərdə həm yerli əhali, həm də əcnəbilər müəyyən miqdar rüsum ödəməli idilər.  
 
Gömrük məmurları tərəfindən gətirilən malların yoxlanılması şəhər darvazaları 
yaxınlığında və ya karvansaraylarda təşkil olunurdu. Müxtəlif mənbələr Səfəvi dövləti 
ə
razisində  gömrük  məntəqələrinin  çox  sayda  olması  barədə  məlumat  verirlər. 

28 
 
Məsələn, Naxçıvandan Ərdəbilədək dörd gömrük məntəqəsi keçilirdi. Səfəvi dövləti 
ə
razisində ən böyük gömrük məntəqələri Bəndər Abbasda və Mərənddə idi.  
 
XVII  əsrin  sonunda  rahdari  vergisi  artır.  XVII-XVIII  əsrlərin  hüdudlarında 
ticari-gömrük  yığımlarının  2-3  dəfə  artma  tendensiyası  həm  Səfəvi,  həm  də  qonşu 
dövlətlərin tranzit yolları üçün səciyyəvi idi. Bu, əlbəttə ki, Səfəvi dövlətinin feodal 
iqtisadiyyatının  ümumi  tənəzzülü  ilə  əlaqədar  şah  xəzinəsinin  gəlirlərinin 
azalmasından  irəli  gəlirdi.  Xəzinə  feodal  əyanlarının  yüksək  təbəqəsinin  gəlirlərinin 
azalmasını  kompensasiya  etmək  məqsədilə  şah  hökuməti  kəndlərdə  və  şəhərlərdə 
vergi  yükünü  də  artırır.  Bu  da  azmış  kimi,  yerli  hakimlər  və  gömrük  məmurları 
müəyyən  edilmiş  gömrük  haqqını  artıqlaması  ilə  toplayaraq,  qarətçilərdən  az 
fərqlənirdilər .  
 
Beləliklə,  XVII  əsrin  sonu  XVIII  əsrin  əvvəlləri  Səfəvi  dövlətinin  gömrük 
siyasəti belə ümumiləşdirilə bilər:  
1) gömrük məntəqələrinin sayı artırılır;  
2) rahdarların miqdarı çoxaldılır;  
3) gömrük məntəqələrində tam nəzarətsizlik hökm sürür.  
 
Gömrük haqqı yığımının faktiki kəmiyyəti fiksə edilmiş rəsmi gömrük tarifini 
xeyli  üstələyirdi  .  Bəndər-Abbas  gömrüyündə  XVII  əsrin  sonunda  gömrük  rüsumu 
malın ümumi qiymətinin 14-16% həcmində hesablanırdı ki, bu da çox böyük göstərici 
idi .  
 
Onsuz da feodalların həm kənddə və həm də şəhərdə hökmranlığı cəmiyyətdə 
kəskin  şəkildə  ifadə  olunmuş  təbəqələşmə  və  təbəqə  imtiyazlarının  mövcud 
olmaması, şəhər özünüidarəçiliyinin, şəhərlərin sosial-hüquqi statusunun olmaması və 
bir sıra digər amillər ona gətirib çıxardı ki, müsəlman şərqində orta əsrlərdə tacirlər 
xüsusi  təbəqəyə  çevrilmədilər.  Səfəvilərin  hakimiyyəti  dövründə  ticarət  kapitalının 
feodal münasibətləri sistemi ilə əlaqəsi nəinki möhkəmlənir, hətta daha yüksək inkişaf 
pilləsinə qalxır .  
 
Ticarət-gömrük  yığımlarının  dəfələrlə  artması  isə  ticarətin  iqtisadi  stimulunu 
laxladırdı. Ticarətin bəzi sahələri, xüsusilə xarici ticarət az gəlirli və ya tam gəlirsiz 
olmağa  başlayır  ki,  bu  da  iri  tacirlərin  əksəriyyətinin  müflisləşməsinə  və  xırda 
tacirlərin  bir  təbəqə  kimi  silinməsinə  gətirib  çıxarırdı.  XVII  əsrin  sonunda  bütün 
Səfəvi  dövlətində  başlamış  iqtisadi  tənəzzül  XVIII  əsrin  birinci  yarısında  ölkənin 
təsərrüfat  həyatının  bütün  sahələrinə  olduğu  kimi  öz  mənfi  təsirini  ticarətə  də 
göstərirdi.  
XVI – XVIII əsrin ikinci yarısında Azərbaycan xanlıqlarının gömrük siyasəti 
 
XVIII  əsrdə  Azərbaycan  ərazisində  müxtəlif  xanlıqlar  mövcud  olduğundan 
bütün  Azərbaycan  əraisində  vahid  gömrük  rüsumlarının  tətbiq  edilməsi  mümkün 
deyildi.  Hər  bir  xanlığı  idarə  edən  xanın  şəxsi  maraqlarından  ,  baş  verən  siyasi 

29 
 
hadisələrdən , bağlanan ticari müqvilələrdən asılı olaraq gömrük rüsumları tətbiq edilə 
bilərdi. Hər hansı konkret bir xanlığın ərazisində belə tətbiq edilən gömrük rüsumları 
tez-tez dəyişirdi. 
Ayrı  –ayrı  xanlıqlarda  ticarət  bütün  maneələrə  baxmayaraq  inkişaf  edirdi.  Əlverişli 
təbii  limanda  yerləşən  Bakı  şəhərinin  ticarət  sahəsindəki  fəaliyyəti  daha  geniş  idi. 
Buraya Rusiyadan, Mazandarandan, Gilandan, Azərbaycanın cənubundan çoxlu tacir 
gəlirdi.  Çünki  Bakıdan    İran    körfəzinədək  rahat  və  təhlükəsiz  yol  vardı.  İran 
körfəzindən karvan yolu ilə Bakıya gətirilən mallar Gürcüstana, oradan isə Qara dəniz 
vasitəsilə  Qərbi  Avropa  ölkələrinə  aparılırdı.  Bakının    coğrafı  şəraiti  yerli  əhalini 
ticarətlə məşğul olmağa cəlb edirdi. Şəhərin varlı tacirləri, uzaq məsafələri qət etmək 
üçün  gəmilər  olmadığından,  çox  vaxt  rus  tacirlərinin  gəmilərini  iltizama  yə  yaxud 
icarəyə götürüb Xəzər dənizində mallarını Rusiyaya və İrana daşıtdırırdılar. Bakının 
ticarət   məhsullarını  əsasən  neft,  zəfəran  və  duz  təşkil  edirdi. Karvan  ticarətində 
mühüm  əhəmiyyət  daşıyan  şəhərlərdən  biri  də  Təbriz  idi.Yaxın  Şərq  ölkələrində 
olduğu  kimi,  Azərbaycanda  da  bazar  şəhərin  ən  gur  və  qızğın  yeri  idi.  Şəhər 
bazarlarında  ticarət    əsasən  iki  növdə  gedirdi:  topdansatış  və  pərakəndə  satış. 
Pərakəndə  satış  bazar  meydanında  təsadüfı  alıcı  ilə  tacir  arasında  aparılırdı. 
Topdansatış ticarət həm nağd, həm də hüquqi sənədlər əsasında gedirdi. Belə hallarda 
satıcı  ilə  alıcı  arasında  bir  növ  müqavilə  bağlanılırdı.Müqavilələrdə  hər  iki  tərəfın 
imza və ya barmaq yerlərindən əlavə, mütləq şahidlərində imzası olmalı idi. Hər hansı 
bir  ev  və  ya  dükan  fərdi  şəxslər  tərəfindən  kirayəyəverildiyi  zaman  da  belə 
müqavilələr bağlanılırdı.  
Azərbaycan  şəhərlərinin  hamısında  ticarətin  bütün  növləri  üzərində  böyük gömrük 
qoyulmuşdu. Feodal malikanəsinin, demək olar ki, hər bir guşəsində - qala qapısından 
tutmuş,  çayların  keçidlərinə,  hətta  dini  ocaqlara  gedən  yollaradək xanın    rahdar  və 
bacdarları durur, gəlib-gedənlərdən yolxərci alırdılar. Rahdar və bacdarların vəzifəsi, 
demək  olar  ki,  eyni  idi,  hər  ikisi  gömrük  toplayırdı.  Lakin  bununla  belə,  onların 
fəaliyyətində  müəyyən  fərq  vardı:bacdarlar  gəlmə  tacir  və  səyyahlardan,  bir növ, 
torpaqbasdı  gömrüyü  alır,  rahdarlar  isə  həmin  vergini  xanlığın  daxilində 
toplayırdılar.  
 
Rahdari gömrüyü xanın ən böyük gəlirlərindən idi. Bu gömrüyün miqdarı, hər 
ş
eydən əvvəl, aparıb-gətirilən malın keyfıyyət və kəmiyyətindən asılı idi. Bu gömrük 
eyni zamanda ticarətin normal  gedişinə   böyük    zərbə   endirirdi.   Çünki     bütün   
keçid    yollarını xanın  silahlı  dəstələri  kəsmişdilər.  Rahdari  vermədən  xanlığın 
daxilində bir yerdən başqa yerə getməyə heç kəsin ixtiyarı yox idi. XVIII əsrin ikinci 
yarısında ticarətin elə bir sahəsi yox idi ki, vergi ilə əhatə  olunmasın. Vergilərin sayı 
və miqdarı o qədər çox idi ki, xanın vergi toplayanları vəzifələrinin öhdəsindən gələ 
bilmirdilər. Məhz buna görə də çox vaxt vergitoplamaq hüququnu iltizama verirdilər.  

30 
 
 
Ticarətin  zəif  inkişaf  etməsinə  baxmayaraq,  Naxçıvan  və  İrəvan  xanları 
xəzinəni əsasən ticarətdən yığılan vergilər hesabına doldururdular. Ona görə də xanlar 
ticarət  vergilərinin  toplanmasına  ciddi  fikir  verir,  bu  məsuliyyətli  işi  ən  yaxın 
adamlarına  etibar  edirdilər.  Naxçıvan  xanlığının  ticarətində  ən  çox  gəlir  rahdari 
gömrüyündən  əldə  edilirdi.  Demək  olar  ki,  bazara  gətirilən  bütün  mal  və 
məhsullardan  –  növündən,  sayından  və  cinsindən  asılı  olmayaraq  rahdari  gömrüyü 
alınırdı.  
 
Xanlardan  “vəzifəni” almış icarədarın bazara gətirilən bütün mallardan gömrük 
toplamaq  hüququ  olurdu.  Məsələn,  at  və  dəvə  ilə  gətirilmiş  hər  ipək,  boyaq,  sap  və 
pambıq  yükü  üçün  sahibkar  icarədara  4  manat  20  qəpik  və  ya  2  manat  50  qəpik 
verməli idi. 
 
Şə
kər, dəmir məlumatı, həna, yağ, bal, tütün, mal piyi və s. satan tacir 2 manat 
12 qəpik rahdari gömrüyü verməli idi. Boyaqçılara vacib olan qırmızı (marena) boyaq 
bitkisi, həmçinin İrandan gətirilmişmüxtəlif məhsullar üçün tacirdən 1 manat 60 qəpik 
miqdarında  rahdari  alınırdı.  Xurma  və  saxsı  qablar  üçün  də  satıcı  25  qəpik  gömrük 
verməli idi.  
 
Məhsulun  satılıb  –  satılmamasından  asılı  olmayaraq,  satıcı  geri  qayıdarkən 
yuxarıda göstərildiyi kimi, rahdari gömrüyünü verməli idi. İrandan gətirilən toxunma 
parçalara  görə  2  manat  40  qəpik  həcmində  gömrük  alınırdı.  Naxçıvan  xanlığından 
aparılan üzüm, nar, noxud və düyü üçün gümüş pulla 62 qəpik, bu məhsulların şəhər 
bazarına gətirilməsi üçün isə daha artıq gömrük alınırdı.  
 
Naxçıvanda  malı  mizan  –  tərəzidə  çəkib  vergi  almaq  hüququ  da  icarəyə 
verilirdi. Bu hüquq üçün mizandar dövlət xəzinəsinə 100 tümən verməli idi. Mizandar 
bir  batman  pambığı,  balı,  yağı,  ipəyi,  tütünü,  boyağı  və  digər  məhsulları  mizan  – 
tərəzidə  çəkdiyinə  görə  gümüş  pulla  16  qəpik  alırdı.  Bu  vergi  şəhərə  satış  üçün 
məhsul  gətirən  bütün  tacirlərdən  məcburi  alınırdı.  Əks  təqdirdə  onun  öz  malını 
satmağa ixtiyarı yox idi. Meyvə və quru meyvə satmaq hüququ olan şəxslər xəzinəyə 
ildə  müəyyən  məbləğ  verməli  idilər.  Bazara  gətirilmiş  yemiş  və  qarpızdan  başqa, 
digər təzə və quru meyvələrin hər yükü üçün icarədara 12 qəpik gümüş pul, həmkinin 
satdığı  maldan  “pay”  verməli  idi.  Bu  vergi  yalnız  şəhərə  məhsul  gətirənlərdən 
toplanırdı.  Bazarda  həmin  meyvəni  alıb  istədikləri  qiymətə  satanlardan  isə  heç  bir 
vergi alınmırdı.  
 
Çörək və dənli bitkilər satmaq hüququ da 50 tümən həcmində icarəyə verilirdi. 
Bu hüququ almış şəxs – icarədar satılan hər btman buğda, arpa, darı üçün gümüş pulla 
2 qəpik, düyüyə görə isə 4 qəpik gömrük alırdı. 
 
Çörək və dənli bitkilər satmaq hüququ da 50 tümən həcmində icarəyə verilirdi. 
Bu  hüququ  almış  şəxs  –  icarədar  satılan  hər  batman  buğda,  arpa,  darı  üçün  gümüş 
pulla 2 qəpik, düyüyə görə isə 4 qəpik gömrük alırdı. 

31 
 
 
Sabun satışından gömrük toplamaq hüququnu almış icarədar xəzinəyə hər il 60 
tümən verməli idi. O, xanlıqda sabunun bişirilməsi və satılması üzərində nəzarət edir 
və haqqını alırdı. Naxçıvan yaxınlığında icarədarın icazəsi olmadan heç kəs sabunu nə 
bişirə,  nə  də  sata  bilərdi.  Başqa  xanlıqda  sabun  istehsal  edənlər  Naxçıvanda  öz 
mallarını yalnız icarədara sata bilərdilər. 
 
Tütün satışından gömrük toplamaq hüququ da ildə 15 tümənə icarəyə verilirdi. 
Şə
hərdə yalnız icarədarın tütün satmağa ixtiyarı var idi. Ancaq xanlıqdan kənara tütün 
aparmaq qadağan edilmirdi və bunun üçün də vergi-gömrük alınmırdı.  
Araz çayının üstündəki körüpüdən keçən yükə görə bu qaydada gömrük alınırdı. Hər 
at üçün (yüklü-yüksüz) 8 qəpik, hər qaramal üçün 8 qəpik, hər ailəyə görə 50 qəpik, 
dəfn olunmaq məqsədilə Xorasana aparılan müsəlman cənazəsi üçün 50 qəpik idi.  
Dərbənd,  Quba,  Salyan  sənətkarlıq  və  ticarət  mərkəzləri  idilər.  Şəhər  və  mahal 
bazarlarında müxtəlif sövdələşmələr bağlanılırdı. Quba xanlığında (Salyanda) bir pud 
balıq üçün nərə balığından və ağ balıqdan 5 qəğik, uzunburun balıqdan 21-22 qəpik, 
qızıl balıqdan 25 qəpik, şamayının 3 pudundan 5 qəpik gömrük rüsumu alınırdı. 
Ayrı-ayrı    xanlıqlardan    ibarət    Azərbaycanda    vahid    pul  sisteminin    olmamışdı. 
Demək olar ki, bütün böyük şəhərlərdə-xüsusilə Şamaxı,Gəncə, Bakı, Şəki, Dərbənd, 
Ş
uşa  (Pənahabadın)  və  digər  xanlıq  mərkəzlərində,  hər xanın  xüsusi  mis  və  gümüş 
pulu  zərb  olunurdu.  Xanlıqlar  dövründə  zərb  olunan  pullann  sabit  qiyməti  yox  idi. 
Ölkənin  daxili  vəziyyətindən  asılı  olaraq,  yerli  hakimlər  pul  vahidlərinin  qiymətini 
artıra, yaxud aşağı sala bilərdilər. Belə bir vəziyyətin mövcud olması şəhərlərdə pul 
dövriyyəsinə,  eyni  zamanda  ticarətin  normal  şəkildə  aparılmasına  ciddi  maneə 
törədirdi. Azərbaycan  şəhərlərindəki  pul  vahidləri  əsasən  İranda  işlənilən  pul 
terminlərinə uyğun gəlirdi: abbası, tümən, qran, ahıvə s. 
 
XVIII əsrin ikinci yarısında Azərbaycan   xanlıqlarında pul sistemi  kimi  çəki  
və    ölçü  vahidləri  də  müxtəlif  idi.  Demək  olar  ki,  hər  bir  xanlığın  özünəməxsus 
uzunluq ölçüsü və  çəki daşları  vardı.  Bu isə  xüsusilə  gəlmə  tacirlərlə  yerli əhalinin 
alverinə  ciddi  maneçilik  törədir,  hərc-mərcliyə,  narazılığa  səbəb  olurdu.  Alıcı  və 
satıcıların özünəməxsus ölçüsü vardı. 
 
 
 
Çar Rusiyasının Azərbaysanda həyata keçirtdiyi gömrük siyasəti 
 
XVIII  əsrin  sonu  XIX  əsrin  əvvəllərində  Rusiya  imperiyasının  Cənubi 
Qafqazda daşa fəal siyasət yeritməsi 1801-ci il Şərqi Gürcüstanın Rusiyaya birləşməsi 
ilə  nəticələndi.  Rusiyanın  niyyəti  Azərbaycanı  tutmaq  idi.  804-cü  ildə  başlamış 
Rusiya-İran  müharibəsi  1813-cü  ilin  oktyabr  ayının  12-də  Qarabağın  Gülüstan 
kəndində  sülh  müqaviləsinin  imzalanması  ilə  başa  çatdı.  Gülüstan  müqaviləsi 
Azərbaycanın  Rusiya  və  İran  arasında  iki  yerə  bölünməsinin  başlanğıcını  qoydu. 
1828-ci  ildə  bağlanan  "Türkmənçay"  myqaviləsindən  sonra  Azərbaysanın  şimal 

32 
 
ə
razisi Rusiyanın, cnub ərazisi isə İranın tərkibində qaldı. Azərbaycanı işğal edən Rus 
imperiyası İran və Türkiyə ilə həmsərhəd olan əraziləri tam nəzarətə götürmək üçün 
təcili  tədbirlər  planı  hazırladı.  Həmin  tədbirlər  planında  Bakı  şəhərində 
gömrükxananın açılması məsələsi də göstərilmişdir. 
 
Bakı  şəhərində  gömrükxana  İmperator  1  Aleksandr  tərəfindən  Rusiya 
İ
mperiyası  Senatına 25 yanvar  (9  fevral) 1807-ci  il traixində  təqdim olunmuş  "Bakı 
şə
hərində gömrükxananın təsis edilməsi barədə" 22,434 saylı Fərmanı ilə təsis edilmiş 
və  Həştərxan  gömrük  dairəsinin  tərkibinə  daxil  edilmişdi.  Həmin  fərmanda 
gömrükxananın  ştatı  təsdiq  olunmuş,  Bakı  limanına  gətirilən  mallardan  rüsum 
tutularkən  1751-ci  ildə  qəbul  olunmuş  rüsum  dərəcələrindən  istifadə  olunması 
haqqında  qərar  qəbul  edilmiş,  habelə  işçilərin  əmək  haqqlarının  yığılacaq  gömrük 
ödənişləri hesabına həyata keçirilməsi barədə göstəriş verilmişdir. 
 
 1809-cu  ilin  Sentyabr  ayında  Bakı  gömrükxanası  "Bakı  liman  və  sərhəd 
gömrükxanası"  adlanırdı  .  "Gülüstan"  (1813)  və  "Türkmənçay"  (1828) 
müqavilələrindən  sonra  Azərbaycanda  Rusiyanın  gömrüklə  bağlı  qərarları  qüvvəyə 
mindi.  Həmin  vaxt  Rusiya  ərazisində  1811-ci  ildə  qəbul  olunmuş  gömrük  tarifləri 
qüvvədə  idi.  Rusiya  imperiyasının  Maliyyə  nazirliyinin  26  fevral  1812-ci  il  tarixli 
2235  saylı  qərarında  göstərilirdi  ki,  "həmin  ilin  Yanvar  ayının  1-dən  qüvvədə  olan 
Ə
sasnamənin  31-ci  və  32-ci  maddələrində  göstərilən,  qadağan  olunmuş  malları 
ölkəyə gətirən tacirlərlə bərabər, onları buraxan gömrük işçiləri də məsuliyyətə cəlb 
olunacaq".  Bu  Rusiya  imperiyasının  gömrük  qaçaqmalçılığının  qarşısının  alınması 
haqqında qəbul etdiyi ilk sənəd idi. 1813-cü ildə Bakı gömrükxanasında reyestr üzrə 
aşağıdakı gömrük kitablarında qeydiyyatlar aparılırdı: 
1) dəniz ilə gətirilən mallar və tutulan rüsumların yazıldığı kitab; 
2) quru yolu ilə gətirilən mallar və tutulan rüsumların yazıldığı kitab; 
3) dəniz ilə aparılan mallar və tutulan rüsumların qeydiyyatı kitabı; 
4) quru yolu ilə aparılan mallar və tutulan rüsumların qeydiyyat kitabı; 
5) dəniz gəmiləri ilə gələn sərnişinlərin qeydiyyat dəftəri; 
6) quru yolu ilə gələnlərin qeydiyyatının aparıldığı dəftər və s. 
 
Bakı  gömrükxanası  "Qafqaz  və  Zaqafqaziyada  gömrük  idarəetməsi  barədə 
Ə
sasnamə”yə  görə,  31  iyul  1831-ci  il  tarixindən  Zaqafqaziya  gömrük  dairəsinin 
tabeliyinə  verilmiş  və  1832-ci  ildən  etibarən  “Bakı  anbar  gömrükxanası”  adını 
almışdır.  Bakı  gömrükxanası  4  may  1847-ildə  Zaqafqaziya  Karantin  -  Gömrük 
dairəsinin tabeliyində olan Bakı Karantin-Gömrük idarəsinə çevrilir. 
 
Bakı  Karantin-Gömrük  kontoru  1-ci  dərəcəli  hesab  edilməklə  bərabər,  18  ştat 
(rəis,  karantin  üzrə  direktor-həkim,  katib-xəzinadar,  2  rüsum  yığan,  nəzarətçi, 
tərcüməçi,  gəmi  baxıcısı  və  10  gömrükxana  yoxlayıcısı)  ayrılmışdır.  Həmin 

33 
 
Ə
sasnamənin 4-cü paraqrafına görə Naxçıvan sahəsində aşağıdakı gömrük təşkilatları 
tabe edilmişdir: 
1. Naxçıvan Baş Karantin-gömrük Kontoru və Culfa Karantin gömrükxanası; 
2. Şərur Karantin-gömrük Zastavası - ikinsi dərəcəli; 
3. Ordubad Karantin-gömrük Zastavası - ikinsi dərəcəli; 
4. Ayırıcı karantin-gömrük Postları: 
Ş
ahtaxtı postu; 
Naxçıvn postu; 
Ordubad postu; 
Aladərə postu; 
Bazar postu. 
5. Erivan Tranzit Postu. 
 
Ə
sasnamənin  5-ci  paraqrafına  görə  Bakı  Karantin-gömrük  Dairəsi  iki  sahəyə 
ayrılır: 
1.  Cəbrayıl  -  Erivan  Quberniyasından  İran  sərhəddi  boyu  Astara  çayına  qədər  olan 
məsafə buraya aid edilir; 
2. Bakı - Bakı Quberniyasının Xəzər dənizinin sahili boyu Astara çayından başlayaraq 
Dağıstan Vilayətinə qədər olan sərhəd məsafəsi buraya aid edilir. 
Cəbrayıl sahəsinə aşağıdakı gömrük təşkilatları daxil edilir: 
1) Cəbrayıl Karantin-gömrük Kontoru, ikinci dərəcəli; 
2) Biləsuvar Karantin-gömrük Zastavası, birinci dərəcəli; 
3) Ayırıcı karantin-gömrük Postları: 
Dağlıq Bəhramtəpə postu; 
Aslandüz postu; 
Maralyan postu; 
Xudafərin postu. 
 
Bakı sahəsinə aşağıdakı gömrük təşkilatları daxil edilir: 
1) Astara Karantin-gömrük Zastavası - birinci dərəcəli; 
2) Nizova Karantin-gömrük Zastavası - üçüncü dərəcəli; 
3) Karantin-gömrük Zastavası - üçüncü dərəcəli: 
Kür deltası zastavası; 
Salyan zastavası; 
Pereval zastavası; 
Lənkəran zastavası. 
4) Apşeron Daimi karantin-gömrük Postu; 
5) Bakı ayırıcı karantin-gömrük Postu. 
 
Bakı  kontorunda  isə  cəmisi  2  türk  (Zeynalabadan  Əliyev  və  Nəsrulla  İmam 
Ə
liyev) köməkçi vəzifəsində çalışmışdır.  Azərbaycan ərazisində olan digər gömrük 

34 
 
təşkilatlarının  -    işçi  heyəti  350  nəfər  işçidən  cəmisi  8-i  türk  olmuşdur,  tamamilə 
ruslardan  və  qismən  ermənilərdən  ibarət  olmuşdur.  Hətta  3  gömrük  təşkilətının 
rəisləri belə ermənilər təyin olunmuşdur. Bu siyasət 1970-ci ilə qədər davam etmişdir. 
İ
mperiyanın  əsas  məqsədi  yerli  peşəkar  kadrların  yetişməsinin  qarşısını  almaq 
olmuşdur . 
 
XX əsrin əvvəllərində, Rusiya dövlətinin gəlirləri içərisində gömrük yığımları 
spirtli  içkilərin  ticarətindən  əldə  olunan  gəlirlərdən  sonra  ikinci  yeri  tuturdu.  Bu 
dövrdə  rusiyada  inqilabı  hərəkat  gücləndiyi  üçün  gömrük  orqanlarının  işi  ikiqat 
artmışdır. Bakı inqilab şəhəri olduğu üçün İmperiyanını diqqəti Bakıya yönəlmişdir.  
 
Arxiv  sənədlərinə  əsasən  müəyyənləşdirmək  olur  ki,  təxminən  Bakı 
gömrükxanasından hər ay orta  hesabla 700-750 nəfər keçirmiş. Məsələn, 1902-ci ilin 
Aprel  ayı  ərzində  Bakı  gömrükxanasından  aşağıdakı  ölkələrin  vətəndaşları  keçib 
getmişlər:  Avstriya-Macarstan  -2;  Belçika  -4;  Buxara  -  2;  Böyük  britaniya  - 
7;Almaniya  -  2;  Yunanstan  -  7;  İran  -  619;  Rusiya  -  84;  Türkiyə  -  5;  Fransa  -  12; 
İ
sveçrə  -  1.  Bakı  gömrükxanası  1  iyun  1911-ci  ildə  Tiflisdəki  Qafqaz  Gömrük 
dairəsinin  idarəçiliyinə  tabe  etdirilir. 1911-ci  ildən 1918-ci  ilə  qədər  Bakı  Gömrüyü 
Senat  tərəfindən  21  yanvar  1911-ci  ildə  təsdiq  edilmiş    “Rusiya  İmperiyası 
Gömrüklərinin  Nizamnaməsi”  əsasında  fəaliyyət  göstərmişdir.  Bu  dövrdə 
gömrükxana  idxal  və  ixrac  mallarının  gömrük  müayinəsini,  gömrük  rüsum  və 
yığımlarının  tutulmasını,  gömrük  anbarlarında  gömrük  sərhədini  keçən  malların 
müvəqqəti saxlancını, malların keçirilməsinə nəzarəti həyata keçirirdi. 
Gömrüyün  funksiyalarına  həm  də,  yoluxucu  xəstəliklərin  müəyyən  edildiyi  tədbirdə 
bütün  sərnişinlərin  və  gəmi  heyətinin  sahildə  müəyyən  olunmuş  müddətlərdə  təcrid 
edilməsi də daxil idi. 
 
 
 
 
Azərbaycan Xalq Cumhuriyyətinin gömrük siyasəti 
 
Azərbaycan  Xalq  Cümhuriyyəti  (ADR)  hakimiyyətə  gəldikdən  sonra  gömrük 
işinin  təşkilində  ciddi  dəyişiklik  baş  vermədi.  Azərbaycan  Demokratik 
Respubllikasının (1918-1920-ci illər) vaxtında bu sahədə konkret bir iş görülməsə də, 
dövlətçilik  baxımından  bütün  siyasi  addımlar  atılmışdı.  Bütün  vergi  siyasətinə 
maliyyə  naziri  Nəsib  bəy  Yusifbəyli  rəhbərlik  etmişdir.  Yalnız  gömrük  idarəsi 
Maliyyə Nazirliyinin tabeçiliyinə verilmiş və dəftərxana işlərində müəyyən dəyişiklik 
edilmişdir. Belə ki, əgər 1918-ci ilin mart ayında tərtib olunan dəftərxana materialları 
qovluqda  cəmləşdirildisə,  artıq  19  avqust  1918-ci  ildə  bu  materiallar  yeni  qovluqda 
toplanırdı.  Sənədləşmə  rus  dilində  aparılmışdır.  Bu  bəlanın  əsas  səbəbi  isə  əvvəlki 
dövrlərdə yerli kadrların qəsdən hazırlanmaması və hüquqi bazanın ancaq rus dilində 
olması idi. ADR hakimiyyəti ilk aylarında mövcud vəziyyəti araşdırmaq, problemlərlə 
tanış  olmaqla  yanaşı  ölkənin  milli  maraqlarına  uyğun  olan  iqtisadi  siyasət 

35 
 
formalaşdırmaq, gömrük vergi və rüsumlarına yenidən baxmaq, yeni gömrükxanalar 
və  gömrük  postları  açmaq,  ölkənin  Rusiya,  Gürcüstan  və  Ermənistan  olan  dövlət 
sərhədlərini  nəzarətə  götürmək,  gömrük  orqanı  işçilərinin  sosial  vəziyyətini 
yaxşılaşdırmaq,  ölkədən  çıxarılan  milli  sərvətlərin  və  tarixi  əsərlərin 
qaçaqmalçılığının qarşısını almaq, keçmişdən miras qalmış üsul-idarəni dəyişdirmək, 
ölkənin dünya ölkələri tərəfindən tanınmasını təşkil etmək, və s. məsələlərlə məşğul 
olmağa başladı. Problemlərin çoxluğu və çətin həll olması ilk vaxtlar ciddi çətinliklər 
yaratsa da, tədricən məsələlər bir-bir həll edilməyə başladı. 
 
Sərhədlərin 
qorunmasının 
təşkil 
olunmaması, 
gömrük 
işçilərinin 
təhlükəsizliyinin  təmin  edilməsi  sahəsində  müvafiq  tədbirlərin  görülməməsi, 
qaçaqmalçılığın  çoxalmasına  təkan  verirdi.  Müstəqilliyini  qazanan  ADR  qısa  bir 
zaman  ərzində,  təxminən  4  aydan  sonra  Rusiya,  Gürcüstan  və  Ermənistanla  sərhəd 
bölgəsində  50-dən  çox  Gömrükxana,  gömrük  postu  və  karantin-nəzarət  postu 
açmışdır.  Bunlardan  18-i  Gürcüstanla  sərhəddə,  20-si  Ermənistanla  sərhəddə,  qalanı 
isə  Rusiya  ilə  sərhəddə  açılmışdır.  Eyni  zamanda  10-dək  gömrük  orqanı  İranla 
sərhəddə açılmışdır. Gömrük işinin təşkilini daha da yaxşılaşdırmaq üçün Azərbaycan 
Respublikası gömrük işçilərinin say tərkibi artırıldı. Ştat cədvəlinə görə 1920-ci ildə 
gömrük işçilərinin sayı 336 nəfərə çatdırıldı. Yeni smetada gömrük işçilərinin əmək 
haqları nəzərə çarpacaq dərəcədə artırıldı. 
21  oktyabr  1918-ci  ildə  Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyi  tərəfindən 
təsdiq  olunan  “Müvəqqəti  Tarif”  cədvəlinə  görə  ölkədən  çıxarılan  aşağıdakı  mallar 
ixrac gömrük rüsumuna cəlb olunurdu. 

  Məhsul 
Vahid 
Rüsum 
1.  Düyüdən  başqa  digər  taxıl  məhuslları,  o 
cümlədən kartof, noxud və paxlalılar 
hər puda 
20 rub 
2.  Düyü  
 
30 rub. 
3.  Un və hər cür yarmalar  
 
30 rub 
4.  Çörək, bişirilmiş. 
 
40 rub 
5.  Mal, qoyun və digər piylər. 
 
20 rub 
6.  Pendir, hər cürəsi  
 
20 rub 
7.  Yumurta görə  
hər 100 ədədinə 
10 rub 
8.  İnək və qoyun yağı, görə 
hər puda 
20 rub 
9.  Kürü  
 
100 rub 
10.  Balıq, qurudulmuş, duzlu və s.  
 
15 rub. 
11.  Ev heyvanları: 
At - hər başa görə. 
İ
ri buynuzlu mal-qara  
Xırda buynuzlular 
 
 
20 rub 
25 rub. 
15 rub. 
12.  Tərəvəz, hər cürü - görə  
hər puda 
2 rub 

36 
 
13.  Meyvə və giləmeyvə, təzəsi  
qurudulmuşu  
 
2 rub 
5 rub. 
14.  Qoz, şabalıd  
 
3 rub. 
15.  Çay  
 
200 rub. 
16.  Tütün  
 
 
40 rub. 
17.  Papiros  
hər ədədə 
2 qəpik 
18.  Qənd, bal  
hər puda 
100 rub 
19.  Araq, konyak  
hər butulka 
2 rub. 
20.  Çaxır  
 
50qp 
21.  Sirkə  
 
3 rub. 
22.  Duz  
hər puda 
1 rub. 
23.  Balıq yağı  
 
100 rub 
24.  Buynuz və dırnaqlar  
 
1 rub 
25.  Tüklər, - hər cürəsi  
 
10 rub. 
26.  Lələk və digər tüklər  
hər puda 
10 rub 
27.  Yastıq və tük balışlar  
 
5 rub. 
28.  Piy (vosk) 
 
20 rub. 
29.  Şomular - hər cürəsi 
 
80 rub. 
30.  Dərilər: aşılanmamış 
 aşılanmış  
 
10 rub 
40 rub. 
31.  Dəri məmulatları  
 
120 rub 
32.  Gön çarıqlar 
 
40 rub. 
33.  Rezin məmulatları  
 
100 rub. 
 
Siyahıdan  göründüyü  kimi,  Azərbaycandan  xaricə  təxminən  40-dan  çox  adda 
mal çıxarılmış. Bu həm ötən əsrin əvvəllərində ölkədən ixrac olunan malların çeşidləri 
haqqında  təsəvvür  yaradır,  həm  də  dövlətin  iqtisadi  ticarət  siyasətindən  milli 
maraqları qoruması barədə kifayət qədər məlumat verir. 
Ölkəyə rüsumsuz gətirilən mallar 
1. 
Taxıl  və  taxıl  məhsulları,  kartof, 
noxud, düyü 
11.  Meşə  materialları  və  onlardan 
hazırlanmış məhsullar 
2. 
Un, vermişel və makaronlar 
12.  Çini və şüşə məmulatlar 
3. 
Hər cürə meyvə və tərəvəzlər 
13.  Rezin və hər cürə rezin məmulatları 
4. 
Ş
irniyyat 
14.  Gübrələr, göydaş 
5. 
Çay, qənd, bal 
15.  Kibrit 
6. 
Yağ, pendir 
16.  Mektal və metal məmulatları 
7. 
Tütün 
17.  Açılma maddələri 
8. 
Duz, sabun - hər cürəsi 
18.  Dəryaz, oraq və digər biçici alətlər 
9. 
Heyvan və heyvan məhsulları 
19.  Müxtəlif instrumentlər 
10.  Şam,  dəri  və  hər  cür  dəri  20.  Maşın və cihazlar 

37 
 
məmulatları 
 
 
 
Ticarət,  Sənaye  və  Ərzaq  Nazirliyi  Nazirlər  Sovetinin  təsdiqi  ilə  edilmiş 
aşağıdakı  əlavə  və  dəyişikliklərə  görə  Azərbaycan  ərazisindən  çıxarılması  qadağan 
olunmuşdur: 
a) çörək və taxıl məhsulları; 
b) benzin və digər məhsulları çıxartmaq üçün istifadə olunan bidonlar istisna olmaqla, 
hər cür dəmir və mis məmulatları, polad; 
c) çay, qənd, sabun, kibrit və xam parça; 
ç) əzcəxana malları; 
e) dəmir yolu, poçt-teleqraf və telefon malları; 
i)  gündəlik  istifadə  üçün  istifadə  olunan  məmulatlar  (saat,  zəncir,  qolbağ,  üzük,  baş 
sancağı,  köynək  qol  sancağı  (zaponki)  və  s.)  istisna  olmaqla;  qızıl,  gümüş  və 
platindən hazırlanmış məhsullar; 
j) kağız və karton.  
 
Sərəncamın sonrakı hissəsində bu malların ölkədən çıxarılması şərtləri və onları 
qanunsuz çıxartmaya görə nəzərdə tutulan cəzalar göstərilmişdir. 
Eyni zamanda Bakı limanından istifadə edən Xəzərətrafı ölkədən gətirilən və tranzit 
yolla  yük  aparan  gəmilərin  daşıdığı  yüklərin  gömrük  ödənişlərinə  cəlb  olunması 
şə
rtləri,  habelə  tranzit  yüklərinin  gömrük  anbarında  saxlanması  qaydaları  müəyyən 
edilmişdir. Belə ki, Azərbaycan Respublikasının bağladığı ikitərəfli sazişlərdə nəzərdə 
tutulan  hallar  istisna  olmaqla,  gömrük  anbarlarında  bir  aydan  artıq  qaban  yüklər, 
anbardan  çıxarılarkən  gömrük  dəyərinin  1,5  miqdarı  həcmində  gömrük  ödənişlərinə 
məruz  qalırdı.  Azərbaycan  ərazisinə  təmizlənmək  üçün  gətirilən  çəltik,  ölkə 
ə
razisindəki  düyü  təmizləmə  dəyirmanında  təmizləndikdən  sonra,  yalnız  50%-i 
ölkədən  çıxarıla  bilərdi.  Qalan  50%-i  isə  təmizləmə  haqqı  kimi    ölkədə  qalmalıdır. 
Yarımfabrikat  düyü  məhsullarının  isə  80%-i  ölkə  sərhədlərindən  kənara  aparıla 
bilərdi.  Düyünü  təmizləyən  dəyirman  sahibləri  isə,  zəhməthaqqı  kimi  aldıqları 
düyünün  10%-i  Ticarət,  Sənaye  və  Ərzaq  Nazirliyinə  təhvil  verməli  idi.  Hökumət 
sərəncamına  görə  ölkəni  tərk  edən  vətəndaşlar  özləri  ilə  rüsum  ödəmədən 
aşağıdakıları  apara  bilərdilər:  Şəxsi  işləri  ilə  əlaqədar  ölkə  sərhədini  keçən  hər  bir 
sərnişin  özü  ilə  aşağıdakı  ərzaq  məhsullarını  apara  bilərdi:  çörək  -  10  funta  qədər; 
pomidor - 2 funta qədər; qurudulmuş meyvələr - 10 funta qədər; təzə meyvələr – 15 
funtadək, çay - 0,25 funtadək, qənd və kürü - 1 funtadək, yumurta 10 dənə, çaxır və 
digər  içkilər 2  butulka,  yol  üçün  lazım  ola  bilən  qədər  ev  əşyaları.  Göstərilənlərdən 
artıq olanlar müsadirə edilirdi. 
 1920-ci  ilin  fevral  ayının  26-da  Maliyyə  Nazirliyi  Azərbaycan  ərazisindən  tranzit 
keçirilən xalçalara gömrük rüsumları müəyyən etdi. Bu Azərbaycan Respublikasının 

38 
 
23  aylıq  fəaliyyəti  ərzində  Hökumətin  gömrük  işinin  təşkili  və  idarə  edilməsi 
sahəsində  son  qərarı  oldu.  Çünki  təxminən  iki  aya  yaxın  müddətdən  sonra, 
dövlətçevrilişi nəticəsində hakimiyyət kommunistlərin əlinə keçdi. 
1919-cu  ilin  martında  F.Xoyski  hökuməti  istefa  verdikdən  sonra,  N.Yusifbəyli  Baş 
nazir (14 aprel 1919) oldu. Nəsib bəy parlamentdə hökumətin yeni proqramı ilə çıxış 
edərək, digər sahələrlə yanaşı qonşu dövlətlərlə ilk iqtisadi əlaqələr yaradılmasını da 
xüsusi qeyd etmişdir. Lakin 1920-ci ilin Aprel inqilabı bu 
siyasətin başa çatdırılmasına imkan vermədi 
 
 
Sovetlərin Azərbaycanda həyata keçitdikləri gömrük siyasəti 
 
28  Aprel  1920-ci  il  Azərbaycan  Demokratik  Respublikası    rus  bolşevik  işğalı 
nəticəsində süquta uğrayır və 30 dekabr 1922 il ZSFSR-in tərkibində, 5 dekabr 1936-
ci ildən mütəmadi olaraq ASSR kimi fəaliyyət göstərib.   
 
Artıq  1921-ci  ilin  əvvəllərində  Azərbaycanın  gömrük  orqanları  bütünlüklə 
Rusiyanın tabeçiliyində idi. İş o yerə çatmışdır ki, həm informasiya orqanları, həm də 
gömrük  orqanları  Azərbaycanın  öz  vətəndaşlarına,  xaricə  gedərkən  əşya  aparmağa 
icazə  verməyə  səlahiyyətinin  olub-olmaması  barədə  mərkəzə  sorğular  göndərilməyə 
başladılar.  
 
1921-ci ilin əvvəllərində Bakı gömrükxanasının strukturu aşağıdakı kimi idi: 
1) Dəftərxana; 
2) Müsadirə şöbəsi; 
3) Mühasibat; 
4) Gəmi kontoru. 
 
Azərbaycan, 1922-ci il 31 mart tarixli dekretə görə 8 gömrük ərazisinin birinə - 
Zaqafqaziya  dairəsinə  daxil  edilmişdir.  Hakimiyyətə  gələn  bolşeviklər  uzun  müddət 
ölkənin  iqtisadi  siyasəti,  xüsusilə  də  gömrük  işinin  təşkili  və  idarə  edilməsi  işi  ilə 
məşğul  olmadılar.  Çünki  onların  əksəriyyətinin  nə  dövlətçilik  təcrübəsi,  nə  də 
təhsilləri var idi.  
AKP  MK-nın  Rəyasət  Heyətinin  27  mart  1922-ci  ildə  keçirilən  iclasının  6  №-li 
Protokolunda  göstərilir  ki,  İclas  Çaqin  sədrliyi  altında  keçirilib.  İclasın  katibi 
İ
nozençsov,  iştirak  edənlər  isə  -  Çaqin,  Xanbudaqov,  Musabəyov,  Krılov  və 
Bağırovdur. Gündəlikdə 17 məsələ var. Bu məsələlərdən 4-ü bilavasitə gömrük işinin 
təşkili ilə bağlı idi: 
1) Dəmir yolu ilə daşınan yüklərin fraxt ödəmələri; 
2) İrana aparılan və gətirilən yüklər barədə; 
3) RSFSR sərhədində nəzarət məntəqələrinin təşkili haqqında; 
4) Gömrük haqqında. 
 
Həmin iclasda gömrük haqqında aşağıdakı qərar çıxarılır: 
Qərara alındı: 

39 
 
a) Xarici İqtisadi Əlaqələr Prezidentinin 25.03.1922-ci il tarixli gömrük ödənişi kimi 
daxil  olan  ərzaq  və  digər  əşyaların  paylanması  haqqındakı  qərarı  təsdiq  edilsin  və 
bölgü aşağıdakı şəkildə aparılsın: ərzaq malları  50%-i MK-ya, 50%-i isə Ərzaq Xalq 
Komissarlığına; qalan digər məhsullar və əşyalar bütünlüklə Xarici İqtisadi Əlaqələrin 
tabeçiliyinə verilsin. 
b)  Gömrük  komissarı  Abdul-Bağı  vəzifəsindən  çıxarılsın  və  MK-nın  sərəncamına 
göndərilsin, katibliyə tapşırılsın ki, Musabəyovla birlikdə 3 gün ərzində yeni namizəd 
irəli sürülsün. 
Qəbul  olunan  dekret    ölkənin  gömrük  siyasəti  sahəsindəki  bütün  hüquqları  alınaraq 
Rusiya  Federasiyasına  verilir.  Moskvanın  bu  siyasəti  ötən  əsrin  90-cı  illərinə  qədər 
davam  etmişdir.  SSRİ  XTXK-nın  təsdiq  etdiyi  gömrük  təşkilatları  statusuna  görə 
aşağıdakı kimi idi: 
İ
rəvan gömrükxanası - II dərəcəli 
Alışar gömrükxanası - III dərəcəli 
Ş
ahtaxtı gömrükxanası - III dərəcəli 
Naxçıvan gömrükxanası - III dərəcəli 
Culfa gömrükxanası - I dərəcəli 
Ordubad gömrükxanası - III dərəcəli 
Mehri gömrükxanası - III dərəcəli 
Mincivan gömrük postu 
Xudafərin gömrük postu 
Cəbrayıl gömrükxanası - III dərəcəli 
Maralyan gömrük postu 
Bəhram-Təpə gömrükxanası - III dərəcəli 
Biləsuvar gömrükxanası - III dərəcəli 
Arus gömrük postu 
Kilvəz gömrükxanası - III dərəcəli 
Astara gömrükxanası - I dərəcəli 
Lənkəran gömrükxanası - III dərəcəli 
Qızıl-Ağac gömrük postu 
Kür-Dili gömrük postu 
Bakı gömrükxanası - I dərəcəli 
 
Gömrük  işinin  təşkili  ilə  əlaqədar  SSRİ-nin  qəbul  etdiyi  ilk  böyük  sənət  25 
oktyabr  1924-cü  ildə  SSRİ  MİK  Prezidumımın  tərəfindən  təsdiq  edilmiş  “SSRİ-nin 
Gömrük  Nizamnaməsi”  idi.  Bu  Nizamnamə  SSRİ  MİK  və  XK  Sovetinin  6  fevral 
1925-ci ildə təsdiq edilmişdi. 
SSRİ  Xarici  Ticarət  Xalq  Komissarlığı  2  fevral  1925-ci  il  tarixli  22  saylı  qərarı  ilə 
Gömrük İdarələrinin vahid ştat cədvəli təsdiq olundu. 

40 
 
Yeni ştat cədvəlinə görə gömrük idarələrinin strukturu aşağıdakı kimi olmalı idi: 
Gömrük İdarəsi: 
1. Tarif şöbəsi 
2. Smeta-hesablaşma şöbəsi 
3. İnzibati-təsərrüfat şöbəsi 
4. Statistika şöbəsi 
5. Operativ-məhkəmə şöbəsi 
6. Qaçaqmalçılıqla mübarizə üzrə şöbə 
7. Nəzarət şöbəsi. 
 
1946-cı  ilin  əvvəlində  Bakı  gömrükxanasının  strukturu  genişləndirildi  və 
aşağıdakı kimi oldu: 
1) Ümumi şöbə; 
2) Mühasibat; 
3) Məhkəmə - müsadirə şöbəsi; 
4) Yük şöbəsi; 
5) Poçt sərnişin şöbəsi; 
6) Gəmi şöbəsi. 
 
Məhz  Moskvanın  yürütdüyü  siyasətin  nəticəsi  idi  ki,  Azərbaycanın  gömrük 
orqanlarında    yaradılmasından keçən 120  il  ərzində heç  nə dəyişilməmişdi.  Işçilərin 
milliyyəti  ilə  bərabər,  onların  sosial  mənşəyi  də  göstərilib.  39  nəfər  şəxsi  heyətin 
cəmisi 7-si türkdür ki, onlardan da 3-ü kuryer, biri hesabdar, biri dəftərxana şöbəsinin 
müdiri , biri inspektor, biri isə ekspeditordur. Məhkəmə müsadirə şöbəsində bir nəfər 
də  türk  yoxdur.  Mühasibat  şöbəsindəki  11  nəfərdən  biri  türkdür.  Çalışan  7  nəfər 
türkdən 4-ü bilavasitə İnzibati-təssərüfat şöbəsində çalışır. Həmin şöbənin isə gömrük 
işinin  təşkili  və  idarəedilməsi  ilə  bağlılığı  ən  sonuncu  yerlərdən  birini  tutur.  Rusiya 
İ
mperiyasının siyasətində bu xətt ötən əsrin 70-ci illərinə qədər davam etmişdir. 
 
 
1   2   3   4   5   6   7   8   9   ...   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə