Mühazirə materialları Fənnin predmeti barədə anlayış



Yüklə 2.47 Mb.
Pdf просмотр
səhifə14/22
tarix13.06.2017
ölçüsü2.47 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   22

Qeyri-rezidentlər  müvəkkil  banklardakı  hesablarından  xarici  valyuta  vəsaitlərini 
nağd şəkildə maneəsiz çıxara bilərlər. 
Hesab  açmadan  fiziki  şəxslər  tərəfindən  müvəkkil  banklar  vasitəsilə  xarici 
valyuta əməliyyatlarının aparılması 
Rеzidеnt  fiziki  şəxslərin  хеyrinə  Azərbaycan  Respublikasındаn  kənardan  аşаğıdаkı 
mənbələrdən  хаrici  vаlyutа  köçürmələri  müvəkkil  bаnklаr  vаsitəsi  ilə  bаnk  hеsаbı 
а
çılmаdаn məhdudiyyətsiz məbləğdə qəbul еdilə bilər: 
а
) Fiziki şəxsin özü tərəfindən; 
b) Qеyri-rеzidеnt fiziki şəxs tərəfindən; 
c) Digər rеzidеnt-fiziki şəxs tərfindən. 
Rеzidеnt  və  qeyri-rezident  fiziki  şəxslər  bu  Qaydalarla  müəyyən  edilmiş  rejim 
çərçivəsində  1000  (bir  min)  АBŞ  dоllаrı  еkvivаlentinədək  məbləğdə  хаrici  vаlyutа 
vəsаitlərini hеsаb аçmаdаn müvəkkil bаnklаr vаsitəsilə xaricə köçürə bilər. Müəyyən 
о
lunmuş limit çərçivəsində hər bir rеzidеnt və qeyri-rezident fiziki şəxs tərəfindən bir 
ə
məliyyаt günü ərzində bir bеlə köçürmə icrа еdilə bilər. 
Qеyri-rеzidеnt fiziki şəxslərin хеyrinə Azərbaycan Respublikasınа хаricdən vаlyutа 
köçürmələri  müvəkkil  bаnklаr  vаsitəsi  ilə  bаnk  hеsаbı  аçılmаdаn  məhdudiyyətsiz 
məbləğdə icra еdilə bilər. 
Qеyri-rezident fiziki şəxslərin müvəkkil bаnklаrdа bаnk hеsаbı аçmаdаn Azərbaycan 
Respublikasındаn kənаrа хаrici vаlyutа köçürmələrinə yоl vеrilmir. 
Xaricdən  Аzərbаycаn  Rеspubliкаsınа  fiziki  şəxslərin  xeyrinə  köçürülmüş  vаlyutа 
vəsаitləri bu Qаydаlаrın şərtlərinə əməl еdilməкlə bаnk hеsаbı аçılmаdаn: 
- nаqd şəkildə vеrilə bilər; 
- köçürmə ünvаnlаnаn şəхsin tаpşırıqı ilə оnun müvəkkil bаnkdаkı hеsаbınа mədаxil 
е
dilə bilər. 
Müvəkkil  bankda  hesab  açmadan  xarici  valyutanın  Azərbaycan  Respublikasından 
köçürülməsi  ərizəsində  (Əlavə  2),  habelə,  Azərbaycan  Respublikası  ərazisinə 
köçürülmüş хаrici valyutanın nаğd çıxarılması və yа bаnk hesabına köçürülməsi üçün 
ə
rizədə aşağıdakı məlumatlar əks olunmalıdır: 
a) ödənişi icra edən şəxsin adı, аtаsının аdı, soyadı, şəxsiyyəti təsdiq edən sənədin аdı, 
sеriya  və  nömrəsi,  kim  tərəfindən  və  nə  vaxt  verilməsi  (vəsаitlər  Azərbaycan 
Respublikasından kənarа köçürüldükdə); 
b)  ödənişin ünvаnlаndığı  şəxsin аdı,  аtаsının  аdı,  soyadı, ünvаnı,  şəxsiyyətini  təsdiq 
edən  sənəd  barədə  tam  məlumat  (Azərbaycan  Respublikasınа  daxil  оlmuş  vəsаitlər 
nаğd çıxаrıldıqda və yа bаnk hеsаbınа köçürüldükdə); 
c) köçürmənin məbləği və məqsədi; 
d) tаrix və fiziki şəxsin imzаsı; 

165 
 
Müvəkkil  bаnkdа  hеsab  аçmаdаn  хаrici  vаlyutаnın  Аzərbаycаn  Rеspubliкаsındаn 
köçürülməsi,  hаbelə, Аzərbаycаn  Rеspubliкаsınа  köçürülmüş  хаrici vаlyutаnın nаqd 
şə
kildə çıхаrılmаsı (və yа bаnk hеsаbınа köçürülməsi) üçün fiziki şəxslər tərəfindən 
müvəkkil  bаnklаrа  pаspоrt  və  yа  şəxsiyyəti  təsdiq  edən  digər  sənəd  təqdim 
edilməlidir. 
Ə
məliyyatlar  fiziki  şəxsin  nümayəndəsi  tərəfindən  icra  edilərsə,  müvəkkil  banka 
şə
xsiyyəti təsdiq edən sənədlə yаnаşı, qanunvericiliyə müvafiq qаydаdа tərtib edilmiş 
vəkalətnamə təqdim olunmalıdır. 
Müvəkkil  bаnklаr  fiziki  şəxslərdən,  öz  daxili  prоsеdurаlаrınа  əsаsən,  köçürmələrin 
sаğlаm xаrаktеrini təsdiq еdən əlаvə məlumаtlаr tələb еdə bilər. 
Fiziki  şəxslər  tərəfindən  yuxаrıdа  müəyyən  оlunmuş  tələblərə  cаvаb  vеrməyən 
sənədlər  təqdim  оlunduqdа,  hаbelə  bu  Qаydаlаrа  müvаfiq  surətdə  tələb  оlunаn 
sənədlər təqdim еdilmədikdə müvəkkil bаnk əməliyyаtı icrа еtmir. 
Müvəkkil  bаnkdа  hеsаb  аçmаdаn  хаrici  vаlyutаnın  Azərbaycan  Respublikasındаn 
köçürülməsi  ərizəsində  (ödəniş  tаpşırığındа)  və  Azərbaycan  Respublikası  ərаzisinə 
köçürülmüş  хаrici  vаlyutаnın  nаğd  çıхаrılmаsı  üçün  sifаrişdə  fiziki  şəxs  tərəfindən 
ə
məliyyatın sаhibkаrlıq fəаliyyəti ilə əlаqədаr оlmаmаsı bаrədə qeyd olmalıdır. Hesab 
açılmadan  əməliyyatların  aparılmasi  üçün  təqdim  edilmiş  bütün  sənədlərin  surəti 
müvəkkil bankda saxlanmalıdır. 
Konvertasiya əməliyyatlarının rejimi 
Rezident və qeyri-rezidentlər hesablarındakı vəsaitlərini müvəkkil banklar vasitəsi ilə 
məhdudiyyət qoyulmadan konvertasiya edə bilərlər. 
Rezident  və  qeyri-rezidentlər  nağd  xarici  valyuta  vəsaitlərini  müvəkkil  bankların 
tabeliyində  fəaliyyət  göstərən  mübadilə  məntəqələri  vasitəsi  ilə  konvertasiya  edə 
bilərlər. 
Rezident  və  qeyri-rezidentlər  xarici  valyutanın  müvəkkil  banklar  vasitəsilə  alınması 
üçün, banka valyutanın alınması məqsədini bəyan etməklə sifariş təqdim etməlidir. 
Konvertasiya  əməliyyatlarına  görə  komisyon  haqları  sifarişçi  və  bankın  qarşılıqlı 
razılığı əsasında  müəyyən edilir. 
 
 

166 
 
11. Gömrük işində qeyri-tarif tənzimlənməsi üsulları 
 
Dünya  təcrübəsində  qeyri-tarif  məhdudiyyətlərinə  münasibət  kifayət  qədər 
ziddiyyətlidir.  Ümümdünya  Ticarət  Təşkilatı  rəsmi  olaraq  belə  tədbirlərin  ləğv 
edilməsi  və  müstəsna  olaraq  tarif  üsullarından  istifadə  edilməsi  məsələsini  qoyur. 
Həmin təşkilata üzvlük ərəfəsində olan Azərbaycan Respublikası üçün bu tələblərə 
münasibət mühüm əhəmiyyət kəsb etməkdədir. 
Bununla  bərabər  tələblərin  birmənalı  şəkildə  qəbulu  digər  məsələlərdə  arzuolunmaz 
nəticələrə də gətirib çıxara bilər. Belə ki, Ümümdünya Ticarət Təşkilatının, Tarif və 
Ticarət  üzrə  Baş  Sazişin  (QATT)  üzvü  olan  ölkələr  xarici  ticarətdə  qeyri-tarif 
tənzimləmə metodlarından həm əvvəl, həm də indi istifadə etməkdədirlər. 
Bəzi  qeyri-tarif  məhdudiyyətlərinin  aradan  qaldırılması  sadəcə  olaraq  qeyri-
mümkündür.  Belə  ki,  qeyri-tarif  məhdudiyyətləri  daxili  iqtisadi  siyasətin  digər 
ölkələrlə iqtisadi əlaqələrinə təsirinin təcəssümü kimi çıxış edir. 
Bununla  belə,  beynəlxalq  ticarət  sistemi  tərəfindən  qanuniləşdirilmiş  qeyri-tarif 
tənzimləmə  tədbirləri,  daha  doğrusu  xarici  malların  idxalının  kəskin  artımı  ilə  milli 
iqtisadiyyata  vurulan  zərərin  qarşısının  alınması  məqsədi  güdən  müdafiə  tədbirləri, 
həmçinin xarici ixracatçılar tərəfindən qeyri-sağlam rəqabətin qarşısının alınmasına 
yönəlmiş digər tədbirlər mövcuddur. 
İ
dxal  əməliyyatlarında  qeyri-tarif  məhdudiyyətlər  (QTM)  -  xarici  malların  daxili 
bazara nüfuz etməsinin qarşısını  alan məhdudlaşdırma  -  qadağan xarakterli tədbirlər 
kompleksidir. Bu tədbirlərin məqsədi yalnız idxaledən ölkənin rəqabət qabiliyyətinin 
gücləndirilməsi  deyil,  həm  də  milli  sənayenin  müdafiəsi,  əhalinin  həyat  və 
sağlamlığının,  ətraf  mühitin,  əxlaqın,  dinin  və  milli  təhlükəsizliyin  qorunmasıdır. 
Bundan başqa QTM ixrac əməliyyatlarında da istifadə edilir. 
Birbaşa  və  dolayısı  yolla  xarici  ticarəti  tənzimləyən  tədbirlər,  adətən,  səkkiz  qrupa 
bölünür:  tarif,  paratarif,  qiymətlərə  nəzarət,  maliyyə,  lisenziyalaşdırma,  kəmiyyət 
nəzarəti, inhisarçı tədbirlər, texniki tədbirlər. 
ÜTT/QATT  tövsiyələrinin  yerinə  yetirilməsi  ilə  əlaqədar  olaraq  hal-hazırda 
Azərbaycanda bu tədbirlərin əksəriyyəti tətbiq edilmir. 
Qeyri-tarif  tədbirlərinin  rəngarəng  olmasına  baxmayaraq  onları  iki  böyük  qrupa 
bölmək olar: iqtisadi və inzibati tədbirlər. 
İ
qtisadi QTM-ə aşağıdakılar aiddir: 
- xüsusi növ rüsumlar; 
- müxtəlif vergi və yığımlar; 
- idxal depozitləri; 
- valyuta tənzimlənməsi tədbirləri. 
İ
nzibati QTM daha çoxcəhətlidir: 

167 
 
- embarqo (qadağa); 
- lisenziyalaşdırma və kvotalaşdırma; 
- ixracın məhdudlaşdırılması; 
- (inhisarçı) tədbirlər; 
-  proteksionist  məqsədlər  üçün  standart  və  texniki  normalardan  istifadə 
edilməsi; 
- əlavə gömrük sənədləri və əməliyyatları. 
İ
qtisadi  məhdudiyyətlər  bazar  mexanizmi  vasitəsi  ilə  təsir  göstərərək  idxal  və  ixrac 
mallarını  bahalaşdırır,  inzibati  məhdudiyyətlər  isə  bazar  münasibətlərindən  başqa 
idxal  mallarının  daxil  olmasını  və  ixrac  mallarının  xaricə  çıxarılmasını 
məhdudlaşdırır.  İqtisadi  QTM  tətbiq  edildikdə  istehlakçı  öz  seçimini  özü  müəyyən 
edir və daha bahalı idxal, yaxud ucuz milli mal alacağına qərar verir. 
İ
nzibati  QTM  tətbiq  edildikdə  dövlət  faktik  olaraq  daxili  bazarın  əmtəə  strukturunu 
müəyyən edir, yəni daxili bazarı həm idxalın təsirindən qoruyur, həm də çətin tapılan 
milli məhsulun çatışmazlığının qarşısını alır. 
Bu  halda  istehlakçı  sərbəst  əmtəə  seçimindən  məhrum  olur.  QTM  əsas  qruplarına 
diqqət yetirək: 
A. Paratarif tədbirləri 
Paratarif  tədbirləri  gömrük  sərhədindən keçirilən  mallara tətbiq  edilən elə ödəniş və 
yığımlara deyilir ki, gətirilən malın dəyərini gömrük rüsumundan əlavə olaraq artırır 
(ya müəyyən faiz, ya da mal vahidinə əmsal). Gömrük rüsumlarının və onunla bağlı 
olaraq  fiskal  gömrük  gəlirlərinin  aşağı  düşməsi  ilə  dövlətin  büdcə  gəlirlərinin 
artırılmasında  paratarif  tədbirlərə  meyl  etməsi  təbii  olur.  Ümumiyyətlə  idxal  olunan 
mallara  sərhəd  vergiqoymaları  müxtəlif  vergi  və  yığımlar  onların  ödənilməsinin 
sadələşdirilməsi və idxalçı ölkənin maliyyə qurumlarının maraqlarının təmin edilməsi 
məqsədilə  bilavasitə  gömrük  orqanları  tərəfindən  tutulur.  Bu  vergi  və  yığımları, 
adətən,  idxalçı  ödəyir,  lakin  alqı-satqı  müqaviləsi  tərtib  edilərkən  tərəfdaşlar 
tərəfindən nəzərə alınır. 
Paratarif tədbirlərə aşağıdakılar daxildir: 
1)  gömrük  əlavələri  -  ticarət-siyasi  məqsədlərlə,  büdcənin  doldurulması,  yaxud 
milli istehsalın müdafiəsi üçün tətbiq edilən əlavə vergi və rüsumlar; 
2) əlavə yığımlar - daxili analoqu olmayan, idxal mallarından gömrük rüsum və 
vergilərindən  artıq  (əlavə)  tutulan  ödənişlər.  Onlar  xarici  ticarətlə  bağlı 
fəaliyyətin  müəyyən  növlərinin  maliyyələşdirilməsi  üçün  nəzərdə  tutulur. 
Bunlara, adətən, xarici valyutanın köçürülməsinə qoyulan vergi, idxal lisenziyası 
üçün yığım, liman yığımları, statistik vergi, nəqliyyat vasitələrinə vergi aid edilir; 
3)  daxili  (bərabərləşdirici)  vergi  və  yığımlar  -  milli  mallardan  idxal  ölkəsində 
tutulan  dolayı verigələrə  ekvivalent olan  vergi və yığımlar.  Onlara  ƏDV, aksiz, 

168 
 
emissiya  yığımları,  məhsula  görə  vergi,  sair  inzibati  yığımlar  aid  edilir. 
Bərabərləşdirici  vergilərin  və  yığımların  məqsədi  xarici  və  milli  eyni  (və  ya 
analoji) mallara bərabər vergi rejimi yaratmaqdır; 
4) diskretləşdirilmiş gömrük qiymətləndirilməsi - gömrük rüsum və yığımlarının 
hesablanması üçün gömrük dəyərinin inzibati yolla müəyyən edilməsi praktikası. 
B. Qiymətlər üzərində nəzarət tədbirləri 
Qiymətlər  üzərində  nəzarət  tədbirləri  daxili  qiymətlərin  stabilləşdirilməsi  və  ya 
səviyyəsinin  saxlanılması  məqsədi  ilə,  həmçinin  xarici  rəqiblərin  əliəyri  ticarət 
təcrübəsinin vura biləcəyi zərərin qarşısını almaq üçün tətbiq edilir. 
Belə tədbirlərə aşağıdakılar aiddir: 
1)  qiymətlərin  inzibati  qaydada  müəyyən  edilməsi  -  idxalçı  ölkənin  hakimiyyət 
dairələri istehsalçı və istehlakçının daxili qiymətlərini nəzərə alaraq, qiymətlərin 
aşağı  və  yuxarı  hüdudlarını  müəyyən  edir,  yaxud  bu  qiymətləri  dünya  bazar 
qiymətləri  ilə  bağlayırlar.  Rəsmi  qiymətlərin  müəyyən  edilməsi,  minimal  idxal 
qiymətləri və ya idxalın baza qiymətləri üsulundan istifadə olunur. 
2) ixrac qiymətlərinin “könüllü” məhdudlaşdırılması - ixracatçının öz mallarının 
qiymətlərini  müəyyən  səviyyədən  aşağı  endirməməyi  dəstəkləməyə  razı  olduğu 
məhdudlaşdırıcı bağlaşmalar; 
3)  sürüşkən  yığımlar  -  idxal  edilən  kənd  təsərrüfatı  və  ərzaq  mallarının  idxal 
qiymətlərinin daxili qiymətlərlə eyni səviyyəyə gətirilməsi üçün nəzərdə tutulmuş 
ə
lavə ödənişlər. 
4)  antidempinq  tədbirlər  -  ixracatçıdan  milli  istehsalçılara  vurulan  zərərə  görə 
kompensasiyanın tutulmasından ibarət olub, dempinq faktı və ondan irəli gələn 
ziyan  aşkar  edildikdə  idxalatçı  ölkənin  müvafiq  orqanı  tərəfindən  ixracatçının 
ticarət təcrübəsinin təhqiqatının yekunlarına görə tətbiq edilir. 
Antidempinq rüsumlar özünü doğrultmayan aşağı qiymətlərlə mal göndərişinin 
başlanğıcı  anından  tutulur.  Antidempinq  ittihamlarının  təşəbbüsçüləri  kimi 
konkret məhsulun milli istehsalçıları çıxış edir. 
5)  Kompensasiya  tədbirləri  -  əgər  idxal  olunan  mallar  subsidiyalaşdırılırsa  və 
belə  subsidiyalaşdırılma  milli  istehsala  zərər  vurduğunu  təhqiqat  təsdiq  edirsə, 
ə
lavə  maliyyə  ödənişləri  tətbiq  edilir.  Kompensasiya  tədbirləri  kompensasiya 
idxal rüsumları şəklində də ola bilər. Bundan başqa, çox zaman onlar qadağanedici 
hədlərə də çata bilir və hətta ixrac qiymətlərini artırmaqla da aşmaq olmur. 
C. Maliyyə tədbirləri 
Maliyyə  tədbirlərinə  -  idxalçıların  xarici  valyutaya  onlar  üçün  valyutanın 
qiymətlərinə, həmçinin ödəniş şərtlərinə müdaxiləsini tənzimləyən tədbirlər aid edilir. 
Bu tədbirlər idxalın dəyərini yüksəldə bilərlər. Bu kateqoriya QTM-ə aşağıdakılar aid 
edilir: 

169 
 
1) idxalın dəyərinin, eləcə də idxal vergisinin qabaqcadan ödənilməsi. 
Buraya  idxal  depozitivlərinin,  əvəzi  ödənilən  depozitlərin açılması,  nağd  ödəniş 
və gömrük rüsumlarının qabaqcadan ödənilməsi də daxildir; 
2) valyuta məzənnələri çoxluğu. 
Bu  müxtəlif  kateqoriyalı  mallar  üçün  müxtəlif  məzənnələrin  müəyyən  edildiyi 
dövlət tənzimlənməsi mexanizmidir. Rəsmi məzənnə, adətən, daha zəruri mallar 
üçün  saxlanılır,  digər  mallar  kommersiya  məzənnəsi  və  ya  xarici  valyutanın 
hərraclar vasitəsi ilə alınması hesabına ödənilir. 
3) xarici valyuta yığılmasına rəsmi məhdudiyyətlər. 
Ölkə  daxilində  valyuta  əməliyyatları  aparılmasına  müxtəlif  icazə,  viza  və  s. 
(onların qadağan edilməsi də daxil olmaqla) alınmasını nəzərdə tutur. 
4) ödənişə müddətin müəyyən edilməsi, və ödənişinin növbəliliyi. 
Bu tədbirlərlə dövlət malların göndərildiyi tarixdən idxal hesablamalarının bitməsinə 
qədər  yol  verilən  minimal  müddətləri  müəyyən  edir.  Bu  müddətlər  adətən  istehlak 
malları və sənaye xammalı üçün 90, 180 və ya 360 gün, investisiya malları üçün 2-5 il 
müəyyən edilir. 
Ç. Kəmiyyət nəzarəti tədbirləri 
Kəmiyyət 
nəzarəti 
tədbirləri 
ilk 
növbədə 
idxal-ixrac 
ə
məliyyatlarının 
kvotalaşdırılması  və  lisenziyalaşdırılması  deməkdir.  Kvotalaşdırma  (fiziki  həcm  və 
dəyər üzrə) və lisenziyalaşdırma (müəyyən malların göndərilməsi və ya gətirilməsinə, 
bəzən də müəyyən ölkələrə, yaxud onlardan ticarətinə xüsusi icazənin alınması) idxal 
və  ixracın  ənənvi  qeyri-tarif  tənzimlənməsi  üsullarıdır.  Onların  məqsədi  hər  hansı 
malın idxal və ya ixracını ümumilikdə, yaxud hər hansı ölkəyə məhdudlaşdırmaqdan 
ibarətdir. Bu tədbirlər, adətən, bir-biri ilə bağlıdır, çünki, lisenziyalaşdırma kvotanın 
fərdi idxalatçılara və ixracatçılara müəyyən həcm bitənə qədər lisenziya vermək yolu 
ilə bölüşdürülməsi mexanizmi kimi çıxış edir. 
Kəmiyyət nəzarəti tədbirləri vasitəsi ilə dövlət səviyyəsində iqtisadi, xarici ticarət və 
hətta  siyasi  xarakterli  məsələlər  həll  edilir:  ölkə  daxilində  analoji  rəqabət  edən 
malların  istehsalçı  və  istehlakçısının  müdafiəsi,  daxili  bazarın  stabilliyinin 
dəstəklənməsi, valyuta ehtiyatlarına qənaət, digər ölkələrdən qarşılıqlı güzəştlərin əldə 
edilməsi və s. 
1)  Lisenziyalaşdırma  -  idxal  və  ixraca  müvafiq  hakimiyyət  orqanlarının  öz 
mülahizəsinə,  yaxud  hər  hansı  konkret  meyarlara  əsasən  verdiyi  xüsusi 
icazələrin  (lisenziyaların)  tətbiqidir.  Beynəlxalq  ticarətdə  lisenziyalaşdırma 
rəngarəngliyi  ilə  seçilir.  Lisenziyada  idxal  və  ya  ixracın  həyata  keçirilməsi 
qaydası da müəyyən edilə bilər. Lisenziyalaşdırma dünya təcrübəsində ticarətin 
arzuolunmaz  həcmlərini  müəyyən  müddət  ərzində  məhdudlşdırıldığı  zaman 
həyata keçirilən müvəqqəti tədbir kimi təfsir edilir. 

170 
 
Xarici valyutadan səmərəli istifadə olunması zərurəti lisenziyalaşdırma üçün obyektiv 
ə
sas  ola  bilər.  Bu  yolla  xarici  ticarət  və  tədiyyə  balanslarının  tarazlanmasına  nail 
olunur.  Gömrük  rüsumlarından  istifadə  edilmədikdə  və  ya  onların  təsiri  səmərəsiz 
olduqda  lisenziyalaşdırma  zərurəti  meydana  çıxır.  Bu  iş  həm  qarşılıqlı  güzəşt  əldə 
edilməsi, həm də diskriminasiya məqsədi ilə görülə bilər. Onu da qeyd etmək lazımdır 
ki,  lisenziyalaşdırma  müvəqqəti  tədbir  hesab  edildiyindən  əvvəllər  bağlanılmış 
dövlətlərarası ticarət sazişlərinə yenidən baxılmasını nəzərdə tutmur. 
2) Kvotalaşdırma - (“kvota” latınca “guot” sözündən götürülüb, mənası “nə qədər” 
deməkdir)  fərdi,  tarif,  mövsümi,  qlobal  və  digər  faiz  məhdudiyyətləri  vasitəsi  ilə 
idxalına  icazə  verilmiş  malların  fiziki  həcm  və  ya  dəyərinin  maksimum  hədlərini 
müəyyən edən kəmiyyət məhdudlaşdırılması tədbirləridir. 
Fərdi  kvotalar  -  idxalına  icazə  verilmiş  malların  ümumi  miqdarının  mal  göndərən 
ölkələr üzrə paylaşdırılmasını nəzərdə tutur. Tərtibat formasına görə belə kvotaları iki 
növə ayırırlar: 
Mütənasib kvotalar bütün kvotalar çərçivəsində keçən dövr (baza) ərzində idxalda hər 
ölkənin payına görə təyin olunur, ikitərəfli kvotalar bir tərəfin əks tərəfə ticarət-siyasi 
öhdəliklərinin qarşılığı olaraq verilir (bəzən ikitərəfli saziş bağlanır), seçmə kvotalar 
hər  hansı  bir  ölkə  və  ya  ölkələr  qrupundan  alınan  malların  digər  regionlardan 
alınanlara nisbətən məhdudlaşdırılması məqsədi ilə verilir. 
Tarif  kvotaları  gömrük  vergitutmasının  daha  əlverişli  rejimində  müəyyən  həcmdə 
idxala icazə verir. Bu həcmdən artıq idxal üçün daha az əlverişli rejim (idxalın faktiki 
qadağanına qədər) tətbiq edilir. 
Mövsümü kvotalar ilin müəyyən fəsillərində ölkə daxilində istehsalın yüksək olduğu 
dövrlərdə  (ən  çox  kənd  təsərrüfatı  məhsulları  üçün)  tətbiq  edilir.  İdxalın  müəyyən 
vaxt  dövrü  nəzərə  alınmadan  məhdudlaşdırılması  konkretləşdirilməmiş  kvotalar 
adlanır. 
Qlobal  kvotalar  hər  hansı  malın  müəyyən  müddət  ərzində  və  malgöndərən  ölkələr 
arasında  bölüşdürülmədən  ümumi  idxalının  həcmini  müəyyən  edir.  Belə  yanaşma 
idxalçıya mal göndərən ölkəni seçmək azadlığı verir. 
Faiz  kvotaları  bəzi  hallarda  idxal  kvotaları  ixracın  həcmindən  faiz  nisbətindən 
müəyyən  edilir.  Kvotalar,  həmçinin,  milli  istehsalı  stimullaşdırmaq  məqsədi  ilə  bir 
malın  daxili  bazarda  tədarük  həcmindən  faizlə  də  hesablana  bilər.  İdxalı  səhiyyə, 
təhlükəsizlik,  ətraf  mühitin  qorunması  mülahizələrinə  görə  idxalı  nəzarətdə  olan 
mallara da belə kvotalar müəyyən edilə bilər. 
3)  müəyyən  bir  malın  idxalınının qadağa edilməsi  tamamilə  və  istisna olmadan 
da  tətbiq  edilə  bilər.  Müvəqqəti  və  mövsümi  qadağanlar  qoyulması  da 
mümkündür. 

171 
 
Lisenziya  verilməsinə  imtina  edilməsi  (adətən,  tədiyyə  balansı  mülahizələrinə  görə) 
idxala  faktiki  qadağan  kimi  qiymətləndirilə  bilər.  Bəzi  hallarda  ölkənin  ticarət 
balansında böyük kəsiri olduğu dövlətlərdən idxala qadağa tətbiq edilə bilər. 
Müəyyən bir ölkədən idxal və ixraca (ümumilikdə xarici ticarətə) qadağa qoyula bilər 
ki, buna da embarqo deyilir. Bu hal məcburi tədbir olub beynəlxalq təcrübədə qəbul 
edilmişdir, prinsipial xüsusiyyətlərə malik olub açıq və gizli (örtülü) formalarda edilə 
bilər.  Belə  qadağanın  açıq  forması  adətən  BMT-nin  qərarlarına  əsaslanır  və  xarici 
ticarətin tamamilə kəsilməsini nəzərdə tutur. Məsələn, BMT tərəfindən İraqa qoyulan 
embarqo. 
Örtülü qadağanlara xarici gəmilərin daxili sulara buraxılmaması və ya ayrı-ayrı idxal 
mallarının ölkənin pərakəndə satış şəbəkəsinə buraxılmasını aid etmək olar. 
4)  İxracın  məhdudlaşdırılması  barədə  sazişlər  qarşılıqlı  razılığın  (kompromis) 
nəticəsi  olub,  ixracatçının  ixrac  həcmini  “könüllü  olaraq” idxalatçının  məcburi 
tədbirlərini gözləmədən məhdudlaşdırmaq barədə razılığıdır. 
Belə  sazişlər  həm  dövlətlər  səviyyəsində,  həm  də  ayrı-ayrı  istehsal  sahələri 
səviyyəsində bağlana bilər. Bu tipli sazişlər həm ikitərəfli, həm də çoxtərəfli sazişlər 
ola bilər. 
D. Monopolist (inhisarçı) tədbirlər 
Monopolist  tədbirlər  dedikdə  təsərrüfat  subyektlərinin  müəyyən  qrupuna  müstəsna 
hüquqlar  verən  tədbirlər  nəzərdə  tutulur.  Monopoliya,  adətən,  idxalın  ixraca 
münasibətini  nəzarətdə  saxlamaq  hesabına  tədiyyə  balansının  tarazlığa  gətirilməsi 
problemini həll edir. Belə tədbirlərin başlıca növləri aşağıdakılardır: 
1) müəyyən malların idxalına dövlət inhisarı; 
2) milli müəssisələrin xidmətindən məcburi istifadə. 
Dövlət  inhisarının  bariz  nümunələrinə  İkinci  Dünya  müharibəsindən  əvvəlki 
Almaniyanı və keçmiş Sovetlər İttifaqını göstərmək olar. 
E) Texniki tədbirlər 
Malın keyfiyyətinin, təhlükəsizliyinin, yaxud inzibati şərait, terminologiya, simvollar, 
sınaq  və  sınaq  üsulları,  qablaşdırmaya  olan  tələblər,  markalanma  da  daxil  olmaqla 
xüsusiyyətlərinin nəzarətinə əsaslanan QTM tədbirlərinə texniki tədbirlər deyilir. 
Texniki tədbirlərin aşağıdakı növləri var: 
1. Texniki tənzimləmə, yəni məhsula bilavasitə və ya dolayı yolla texniki tələblər 
müəyyən edilməsi. Belə tədbirlər aşağıdakılardır: məqsədi insan və heyvanların 
həyat  və  sağlamlığının  qorunması  olan  sanitariya  tənzimlənməsi;  bitkilərin 
qorunmasına  yönəlmiş  fitosanitar  tənzimlənməsi;  ətraf  mühitin  və  təbiətin 
qorunması; insanların təhlükəsizliyi; milli təhlükəsizlik tədbirləri. 
Bu  tədbirlər  müvafiq  təlimatlar  hazırlanmaqla  həyata  keçirilir.  Təlimatlar  gömrük 
orqanlarının nəzarət fəaliyyətini reqlamentləşdirir. 
1   ...   10   11   12   13   14   15   16   17   ...   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə