məntiqi genişlənməsi nəticəsində time-sharing sistemləri və ya vaxta görə bölünmə sistemləri əmələ
gəldi [1]. Orada prosessor nəinki giriş-çıxış əməliyyatı vaxtında məsələlər arasında, həmçinin də,
müəyyən vaxt ərzində də birindən o birisinə keçmə rejimində qalmışdı. Bu cür birindən o birisinə
keçmə o qədər tez-tez baş verirdi ki, istifadəçilər onların proqramları yerinə yetirildiyi vaxt, öz
proqramları ilə qarşılıqlı əlaqədə, interaktiv olurdular. Nəticədə bir kompüter sistemində bir neçə
istifadəçilərin eyni zamanda işləmə mümkünlüyü əmələ gəlmişdi. Bunun üçün hər bir istifadəçidə
heç olmazsa bir proqram yaddaşda olmalı idi. İşləyən istifadəçilərin sayının məhdudlaşmasını
azaltmaqdan ötrü, icra olunan proqramın əməli yaddaşda tam şəkildə olmaması ideyası tətbiq
olunmuşdu. Proqramın əsas hissəsi diskdə yerləşir, həmin anda yerinə yetirilməli olan proqramın
fraqmenti əməli yaddaşa yüklənilə bilər, lazım olmayan hissə isə yenidən diskə köçürülə bilər. Bu
virtual yaddaş mexanizmi köməkliyi ilə həyata keçirilir. Bu mexanizmin üstün cəhəti ondan ibarət
olur ki, o, EHM-in əməli yaddaşının qeyri-məhdudiyyəti barəsində xülya yaradır.
Vaxta görə bölünmə sistemlərində istifadəçi interaktiv rejimdə proqramın effektif sazlanılma
mümkünlüyünü əldə etdi, perfokartdan istifdə etməyərək, bilavasitə klaviaturadan informasiyanı
diskə yazdı. On-line fayllarının əmələ gəlməsi inkişaf etmiş fayl sistemlərinin işlənilmə
zəruriyyətinə gətirib çıxartdı.
Hesablama sistemlərinin daxili evolyusiyasına paralel olaraq, onların xarici evolyusiyası da
baş verirdi. Bu vaxt müddətindən əvvəl, hesablama kompleksləri, bir qayda olaraq, bir-biriləri ilə
uyuşmurdular. Hər biri özünün əməliyyat sisteminə, özünün əmrlər sisteminə və i.a. malik idi.
Nəticədə, maşınların bir tipində uğurla işləyən proqramı yenidən tam şəkildə yazmaq və digər tip
kompüterlərdə yerinə yetirmək üçün yenidən sazlamaq lazım idi. Üçüncü vaxt müddətinin
başlanğıcında eyni bir əməliyyat sistemi idarəsi altında işləyən proqram-uyuşan maşınlar ailəsinin
yaradılma ideyası əmələ gəldi. İnteqral mikrosxemləri üzərində qurulmuş proqram-uyuşan
kompüterlərin birinci ailəsi İBM/360 maşın seriyası oldu. 60-cı illərin başlanğıcında işlənilmiş bu
ailə qiy-mət/məhsuldarlıq kriterisi üzrə ikinci nəsil maşınlarını əhəmiy-yətli dərəcədə üstələdi.
Bundan sonra, İBM xətti ilə uyuşmayan PDP kompüterlər xətti yarandı və onun ən yaxşı modeli
PDP-11 oldu.
“Bir ailə” gücü eyni zamanda da onun zəifliyi idi. Bu konsepsiyanın geniş imkanları (mini-
kompüterlərdən tutmuş nəhəng maşınlara qədər bütün modellərin olması; müxtəlif cür
periferiyaların olması; müxtəlif əhatələrin olması; müxtəlif istifadəçilərin olması) mürəkkəb və çox
yer tutan əməliyyat sistemini törətdi. Minlərlə proqramçıların yazdığı milyonlarla Assembler
sətirləri çoxlu sayda səhvlərə malik idi ki, bu da onlar barəsində fasiləsiz dərc olunmalar axınını və
onların düzəldilməsini yaratdı. Yalnız OS/360 əməliyyat sistemində 1000-dən artıq məlum səhvlərə
yol verilmişdi. Bununla bərabər, istifadəçilər beyinlərində əməliyyat sistemlərinin standartlaşdırma
ideyası geniş tətbiq olunmuşdu və sonralar aktiv inkişaf tapdı.
Dostları ilə paylaş: