MühaziRƏ 7 Bİnalarin qizdirilma, ventilyasiYA, İŞiqlanma sistemləRİ VƏ onlara veriLƏn giGİyenik təLƏBLƏr plan


İşıqlanma sistemi və ona verilən gigiyenik tələblər



Yüklə 122,5 Kb.
səhifə3/3
tarix14.12.2022
ölçüsü122,5 Kb.
#74574
1   2   3
Muhazir-7-8 (1)

İşıqlanma sistemi və ona verilən gigiyenik tələblər
İstehsalat işıqlandırması əmək gigiyenasının mühüm göstəricilərindən biridir. Çünki, xarici aləm haqqında şüurumuza gələn məlumatın 90%-ə qədəri göz vasitəsilə əldə edilir.
Düzgün layihələndirilmiş istehsalat işıqlandırılması əmək məhsuldarlığının və məhsulun keyfiyyətinin yüksəldilməsinə imkan yaradır, işləyənlərə müsbət psixoloji təsir göstərir, əməyin təhlükəsizliyinə artırır, yorğunluğu və travmatizmi azaldır.
İşıqlandırmanın təşkilində əsas gigiyenik tələblər aşağıdakılardır;
-iş obyektinin tez və asan seçilməsi üçün işıqlanma kifayət qədər olmalıdır.
-işıqlandırma müntəzəm olmalı, kəskin kölgələnməyə yol verilməməlidir.
-baxılan obyektlə fon arasında müəyyən kontrast olmalıdır.
-işıq mənbəyi baxılan obyekdə ləkə əmələ gətirməməlidir
-işıq mənbəyi gözləri qamaşdırmamalıdır.
-işçi səthlərin işıqlandırılma səviyyəsi zaman ərzində dəyişməməlidir.
İstehsalat otaqlarının işıqlandırılması təbii, süni və birgə ola bilər.
Təbii işıqlandırma. Təbii işıqlandırma insana böyük bioloji və psixoloji təsir göstərir, onda təbiətlə əlaqə hissiyatı yaradır və sinir sistemini sakitləşdirir. İşıq bütün orqanizmin fəaliyyətini güçləndirir və tonusu qaldırır. Uzun müddət təbii işıq olmadıqda bu, insanlara can sıxıcı təsir göstərir və onların ruhunu sarsıdır. Buna görə də sanitariya normaları bütün istehsalat, inzibati, köməkçi və məişət otaqlarında təbii işıqlandırma olmasını tələb edir.
İşıq texnikası mənasında təbii işıqlandırmanın çatışmayan cəhəti də vardır. Belə ki, təbii işıqlandırma ilin, günün vaxtından; rayonun coğrafi mövqeyindən pənçərə qapısındakı səthlərin (torpaq, yaşıllıq, binalar) əksetmə xasələrindən asılı olaraq böyük hüdudlarda dəyişə bilər, ayrı-ayrı iş yerləri qeyri müntəzəm işıqlanır və s.
İstehsalatda təbii işıqlanma üç şəkildə aparılır.
a) yandan işıqlanma (pəncərə işıqlanması)
b) üstdən işıqlanma (baca işıqlanması)
v) üstdən və yandan işıqlanma
Təbii işıqlandırmanın səmərəliliyi təbii işıqlanma əmsalı ilə xarakterizə olunur. Təbii işıqlanma əmsalı otaq daxilindəki işçi səthdə müəyyən nöqtənin işıqlanmasının eyni anda otaq xaricində üfüqi səthdəki işıqlanmaya nisbətidir.(%)



Təbii işıqlanma əmsalı otaq daxilindəki nöqtədə işıqlığın xarici işıqlanmanın hansı hissəsini təşkil etdiyini göstərir. Müəyyən edilmişdir ki, günorta vaxtı səmanın orta dağınıq işıqlığı il ərzində 4000 lk-dən (dekabırda) 38000 lk-ə qədər (iyulda) dəyişir. Təbii işıqlandırmada iş yerinin işıqlanması gün ərzində böyük hüdudlarda dəyişdiyi üçün sanitariya normaları ilə işıqlanmanın qiyməti deyil, təbii işıqlanma əmsalı normalaşdırılır. İşıqlanmanın normalaşdırması məqsədilə obyektlər görülən işin növündən (dəqiqliyindən) asılı olaraq 6 yerə bölünür və bunda sanitariya normalarından verilir. (CH-245-71)
Süni işıqlandırma. Təbii işıqlandırma kifayət etmədikdə süni işıqlandırma tətbiq edilir. Süni işıqlandırma ümumi və birgə işıqlandırma sistemlərinə bölünür.
İstehsalat otagının bütün sahəsini müntəzəm işıqlandırmaq tələb olunduqda ümumi işıqlandırma sistemi tətbiq edilir.
İş səthlərində yüksək işıqlanma səviyyəsi yaratmaq lazım gəldikdə birgə işıqlandırma sistemindən istifadə olunur.
Təyinatına görə süni işıqlandırma 5 növə ayrılır: işçi, növbətçi, qəza, köçürmə və keşikçi.
İstehsalat otaqlarında və açıq sahələrdə təbii işıqlandırma olmadıqda və ya çatışmadıqda işlərin normal gedişini təmin edən, habelə insan və nəqliyyatın təhlükəsiz hərəkətini təmin edən işıqlandırmaya işçi işıqlandırma deyilir.
İşdən kənar vaxtlardakı işıqlandırma növbətçi işıqlandırma, qəza nəticəsində işçi işıqlandırma sıradan çıxdıqda işi davam etdirmək üçün tələb olunan işıqlandırma qəza işıqlandırması adlanır. İşçi işıqlandırmanın qəflətən sıradan çıxması nəticəsində yanğın, partlayış, zəhərlənmə, zədələnmə təhlükəsi, texnoloji prosesin və ya rabitə qovşağının, su-qaz təhcizatı qurğuları sistemləri işinin pozulması hallarında qəza işıqlandırması tətbiq edilməlidir.
İşıqlandırma sıradan çıxdıqda binanı təhlükəsiz tərk etmək üçün işçilərin sayı 50 nəfərdən çox olan istehsalat binalarında köçürmə işıqlandırması təşkil edilir. Köçürmə işıqlandırması binanın hərəkət yollarında azı 0,5 lk işıqlıq təmin etməlidir. Gecə vaxtı keşik çəkilən ərazinin səhədlərində qurulan işıqlandırmaya keşikçi işıqlandırması deyilir.
İstehsalat otaqlarında işçi səthlərin minimal işıqlandırması sanitariya normaları ilə işlərin dəqiqlik dərəcəsindən, obyektin fonla kontrastından, fonun xarakterindən, işıq mənbəyinin və işıqlandırma sisteminin növündən asılı olaraq normallaşdırılır. Yaşayış, içtimai, inzibati, koməkçi, məişət otaqlarının, eləcədə binadan xaricdə yerləşən iş yerlərinin işıqlandırılması da məsələn, yaşayış otaqlarında 100 lk, dərs otağında 300 lk, sanitariya-məişət otaqlarında 75-50 lk, vestibüldə 150 -75 lk, pilləkənlərdə 75…50 lk və s. sanitariya normalarına əsaslanır.
Süni işıq mənbələri kimi közərmə və lüminessent elektrik lampalarından istifadə edilir. Közərmə lampaları 127 və 220 V nominal gərginliklərə hesablanır və 15…1500 vt gücündə buraxılır. Közərmə lampalarının bir sıra üstün cəhətləri vardır; onların istismarı və istehsalı sadədir, şəbəkəyə qoşmaq üçün əlavə quruluşlar tələb etmir, səssiz işləyir ani olaraq işə salınır. Lakin onların mühit çatışmamazlıqları da vardır.
Közərmə lampalarının işıq vermə qabiliyyəti azdır.(7…20lk/vt), iş müddəti nisbətən qısadır (1000 saata qədər), qənaətçil deyil, spektrində qırmızı-sarı şüalar əsas yer tutduğu üçün bəzi işlərin keyfiyyətli görülməsinə mane olur.
Lüminessent lampaların (qaz-boşalma lampaları) gigiyenik tələbləri tamamilə ödəyən işıq xarakteristikaları vardır. Bu lampalarda optik spektrin şüalanmaları inert qazların metal buxarla mühitində elektrik boşalması nəticəsində yaranır. Bu lampaların iş müddəti 1400 saata qədər, işıq vermə əmsalı 100 lm/vt olduğu üçün onlar iqtisadi cəhətdən daha səmərəlidir. Bu lampaların çatışmazlığı işıq selinin döyüngənliyi, elektrik şəbəkəsinə bilavasitə deyil, xüsusi işə salma qurğusu vasitəsilə qoşulması, yanğın-partlayış təhlükəli və aşağı temperaturlu mühitdə tətbiqinin məhdud olmasıdır.
Xüsusi armaturla təchiz edilmiş elektrik lampalarına işıqlandırıcılar deyilir. Armaturun vəzifəsi işıq selinin işçi səthlərə yönəldilməsi, gözü lampanın qamaşdırıcı təsirindən mühafizə etmək, lampanı mexaniki zədədən və çirklənmədən qorumaqdır. Sənayedə 60…1000 Vt gücündə közərmə lampaları, eləcədə 40 və 80Vt gücündə lüminessent lampalar üçün armaturlar buraxılır.
İşıqlandırıcı cihazlar 2 cür olur: daxili və xarici işıqlandırma üçün. Bunlar da işığı səpələmə xassəsinə görə 3 qrupa bölünür.

  1. Düz işıq cihazları-lampanın işıq selinin azı 90%-ni aşağı yönəldir.

  2. Əksetmə işıq cihazları-işıq selinin azı 90%-ni yuxarıya tavana yönəldir. Bu növ işıqlandırma göz qamaşmasına və kəskin kölgələnməni aradan qaldırır, lakin qənaətçil olmadığına görə az tətbiq edilir.

  3. Dağınıq işıq cihazları-işıq selini hər iki yarım kürəyə təxminən bərabər miqdarda yönəldir.

Lüminessent lampalı işıqlandırıcılar düz işıq cihazlarıdır. Bürada gözlərin qamaşmasını məhdudlaşdırmaq üçün ekranlayıcı şəbəkədən, şəffaf plastmas və ya şüşədən, işıq yayıcılarından istifadə olunur.
İstehsalat otaqlarının işıqlandırılmasında çoxlampalı lümenesent işıqlandırıcılardan geniş istifadə edilir. Az tozlanan və normal nəmlikdə istehsalat otaqlarının işıqlandırılması üçün açıq tipli, çox tozlu və nəmli otaqlarda isə bağlı tipli (toz və nəmlikdən mühafizə quruluşlu) işıqlandırıcılar işlədilir. Partlayış təhlükəli otaqların işıqlandırılmasında partlayış mühafizəli cihazlar tətbiq edilir.
Közərmə lampalı işıqlandırıcıların otağın planında kvadratın küncləri üzrə yerləşdirilməsi əlverişlidir. Lümenesent lampalı işıqlandırıcıları isə diva rvə pəncərələrə paralel sıralarlarla yerləşdirmək məsləhətdir. Açıq sahələrin işıqlandırılmasında, işıqlandırılan səthlərin üstündə görülən işlərin şəraitinə görə adi işıqlandırıcıların qurula bilmədiyi bütün hallarda projektor işıqlandırması tətbiq edilir.



Yüklə 122,5 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin