3.3.Hal kateqoriyası.Mənsubiyyət və hal şəkilçili isimlərdə səsdüşümü
İsimlər hal şəkilçiləri qəbul edərək dəyişir.İsmin hal dəyişmələrinin cəminə
hallanma
deyilir.
Hal dəyişmələri,yəni hallar üzrə dəyişmə isimlərin xarakterik morfoloji xüsusiyyəti
olub,
hal şəkilçiləri
adlanan şəkilçilər vasitəsi ilə yaranır.Hal şəkilçiləri sözlər arasında
əlaqə yaradan sözdəyişdirici şəkilçilərdir,vurğuludur və sözlərə bitişik yazılır.
Azərbaycan dilində ismin halları iki qrupa bölünür:
1.Qrammatik hallar:
adlıq,yiyəlik
və
təsirlik hal.
2.Məkani-qrammatik hallar:
yönlük,
yerlik
və
çıxışlıq hal.
İsmin hal adları sıra ilə bunlardır:
Adlıq hal,yiyəlik hal,yönlük hal,təsirlik hal,yerlik
hal,çıxışlıq hal.
Adlıq hal
başlıca olaraq,subyekt halı olub,şəxs,əşya,hadisə və s.-in adını
bildirir,
kim?nə?hara?
suallarına cavab verir.Morfoloji əlaməti yoxdur.Subyekt halı
kimi,cümlədə əsas sintaktik vəzifəsi mübtədadır;xəbər,tamamlıq (qoşma ilə),təyin,zərflik
(qoşma ilə) vəzifələrində də işlənir.
Mübtəda vəzifəsində :Gülür
torpaq
,gülür
insan
...(S.V);
Quş
apardı,
qarğa
yedi dənimi
(Ə.Q)
Xəbər vəzifəsində :Onun gözlərində bahar da
qışdır.
(S.V);Saralan
çəmənsən
,Solan
çiçəksən
...(Ə.Q)
Təyin vəzifəsində:Sağ qulağından iri
dəmir
halqa asılmışdı.(Elçin)
Yiyəlik hal
yiyəlik,sahiblik,aidlik bildirir.Bu münasibət özünü sahib şəxslə mənsub
əşya arasında və ya müxtəlif əşyalar,şəxslər arasında göstərir və ona görə də yiyəlik halda
olan sözlər ,adətən,söz birləşməsi tərkibində işlənir,cümlənin bir üzvü olur.Məs.:
Gecənin
yarısı
yağış başladı.
Yiyəlik hal
kimin? nəyin? haranın? nə?
suallarına cavab verir və xəbərlik şəkilçisi
qəbul edib cümlənin ayrıca bir üzvü ̶ xəbəri olur.Məsələn:İndi söz
cavanlarındır
cümləsində
cavanlarındır
sözü yiyəlik halda işlənən xəbərdir.
İsmin yiyəlik halı iki cür olur: 1.Müəyyən yiyəlik hal;2.Qeyri-müəyyən yiyəlik hal.
Müəyyən yiyəlik halda olan sözlər müəyyən,konkret şəxsi,əşyanı,qeyri-müəyyənlik
bildirənlər isə qeyri-müəyyən,ümumi şəxsi,əşyanı bildirir.Məsələn,
uşağın papağı
birləşməsinin birinci tərəfində konkret,müəyyən şəxsdən söhbət getdiyi halda,
uşaq papağı
birləşməsində isə ümumilik,qeyri-müəyyənlik mənası vardır.
Müəyyənlik bildirən yiyəlik halın
-ın,-in,-un,-ün (-nın,-nin,-nun,-nün )
şəkilçisindən
ibarət morfoloji əlaməti var:
Əlinin atası,quzunun sahibi.
Qeyri-müəyyənlik bildirən yiyəlik
halın şəkilçisi yoxdur:
yaz havası,odun istisi.
Yönlük hal
hərəkətin yönəldiyi şəxsi,əşyanı,hərəkətin istiqamətini,çatacağı son
nöqtəni,zaman və məkan hüdudunu bildirir.Yönlük hal hallana bilən sözlərə
-a,-ə (-ya,-yə)
şəkilçisini artırmaqla düzəlir.
Yönlük halda olan sözlər və birləşmələr
kimə? nəyə? haraya?
suallarına cavab
verir,əşya,obyekt bildirdikdə cümlədə vasitəli tamamlıq,məkan,zaman məzmununa malik
olduqda zərflik vəzifəzində işlənir.Məs.: O daha çox
pəhləvana,cəngavərə
oxşayırdı.(F.K)
cümləsində fərqləndirilən sözlər obyekt bildirib,vasitəli tamamlıq vəzifəsində işlənmişdir.
Yönlük halda olan söz və birləşmələr hərəkətin yönəldiyi məkanı da bildirir:lap
gecəyarısı da
Hacının evinə
getsən,onun quzu bözartması,ərik qaysavası dərhal hazırdır
(İ.Ə)
Təsirlik halında
olan sözlər və birləşmələr üzərində iş,hal,hərəkət icra olunan və
hərəkətin təsirinə məruz qalan əşyanı ,obyekti bildirir.Təsirlik halda olan söz və söz
birləşməsi sintaktik vəzifəsinə görə vasitəsiz tamamlıq olur.Məs.:Rüstəm yaşarmış
gözünü
yana çəksə də,
trubkanı
aldı,
dostunun əlini
sıxdı.(M.İ)
İsmin yiyəlik halı kimi,təsirlik halı da iki cür olur: 1.Müəyyən təsirlik hal;2.Qeyri-
müəyyən təsirlik hal.
Müəyyənlik bildirən təsirlik hallı sözlər müəyyən,konkret əşya bildirirTəsirlik halın
bu formasında olan sözlər
-ı,-i,-u,-ü (-nı,-ni,-nu,-nü)
şəkilçisinin iştirakı ilə düzəlir:
gözünü,
trubkanı,dostunun əlini.
Qeyri-müəyyən təsirlik halda olan sözlər ümumi və qeyri-müəyyən obyekt
bildirir.Təsirlik halın bu formasının şəkilçisi yoxdur:Şah bilər ölkədə
hər nə
götürər,
hər nə
qoyar.(S)
Müəyyənlik bildirən təsirlik halda olan sözlər
kimi? nəyi?haranı?,
qeyri-müəyyənlik
bildirənlər
nə?
sualına cavab verir.
Yerlik halda
olan sözlər və birləşmələr işin,hərəkətin icra olunduğu yeri,əşyanın
tutduğu sahəni,müəyyən bir xüsusiyyətin yerləşdiyi əşyanı,obyekti
bildirir və hallana bilən
sözlərə
-da,-də
şəkilçisinin artırılması ilə düzəlir.
Kimdə? nədə? harada?
Suallarına cavab
verir.Məs.:Mahmud
Məryəmin
əynindəki
donda
bir ilan soyuqluğu hiss
etdi.(Elçin);Həzioğlu Qasım
adamlıqda
min Kamandara dəyər.(İ.M)
Yerlik halda olan sözlər cümlədə iş,hərəkətin yerini bildirdiyi zaman yer
zərfliyi,obyekt bildirdiyi zaman tamamlıq olur.Məsələn:Tələbələr
evdə
dərsə yaxşı
hazırlaşırlar.(zərflik);Bugünkü
qəzetdə
institutmuz haqqında maraqlı məqalə dərc
edilib.(tamamlıq)
Yerlik halda olan sözlər və birləşmələr xəbər vəzifəsində də işlənir;məs.:Könül
intizarda
,göz
yol üstədir
.(S)
İsmin bu halında ola sözlər həm ismi,həm də feili xəbərli cümlələrdə
işlənir.Məsələn:Mətbəxdəki
radioda
oyun havası
çalınırdı.
(İ.M);Bəbirin elədikləri
dəryada damla kimi idi
.(İ.M)
Çıxışlıq hal
iş,hal.hərəkət və hadisənin çıxış.başlanğıc nöqtəsini bildirir,subyektin hər
hansı bir obyektdən uzaqlaşdığını göstərir.İsimlərə və hallana bilən sözlərə
-dan,-dən
şəkilçisinin artırılması ilə düzəlir,
kimdən? nədən? haradan?
suallarına cavab
verir;məs.:O,maşını saxlayıb
tarladan
çıxdı,qıyğacı
başından
aça-aça
Bəbirdən
soruşdu.(İ.M)
Çıxışlıq halda olan sözlər həm təsirli,həm də təsirsiz feillərlə əlaqələnir,cümlədə
qeyri-müstəqim obyekt bildirərək tamamlıq,hərəkətin çıxış məkanını bildirərək yer zərfliyi
vəzifəsində işlənir.Məsələn:
Gecədən,gündüzdən,aydan,günəşdən
,Bu əngin
fəzadan
necə əl
çəkim? (M.M)(tamamlıq);Keç
bu dağdan
,
bu arandan,Astaradan,Lənkərandan,Afrikadan,
Hindistandan
Qonaq gəlir bizə quşlar (S.V)(yer zərfliyi).
İkihecalı,sonu samitlə bitən bir sıra alınma isimlər həm
mənsubiyyət,həm də hal
şəkilçilərini
qəbul edərək söz kökünün ikinci hecasının saiti düşür.Məs.:
Mənsubiyyət şəkilçisi qəbul edərkən:
sinfim,sinfin,sinfi,ömrüm,ömrün,ömrü,fikrim,
fikrin,fikri
və s.
Hallanarkən:
sinfin,sinfə,sinfi,ömrün,ömrə,ömrü,fikrin,fikrə,fikri
və s.
Xalis Azərbaycan sözlərində
yalnız mənsubiyyət şəkilçisi
qəbul edərkən səsdüşümü
olur;məs.:
ağzım,ağzın,ağzı,burnumuz,burnunuz,burnu,könlüm.könlün,könlü,boynumuz,boy
nunuz,boynu
və s.
Bu cür sözlər hal şəkilçilərini qəbul etdikdə onlarda səsdüşümu hadisəsi müşahidə
olunmur.Bu milli sözlərdəki ikinci hecanın alınma sözlərlə müqayisədə daha güclü
olmasından irəli gələn
hal olub,hal və mənsubiyyət mənasının qarışdırılmamasını
şərtləndirir.Məs.:yiyəlik halda
burnun
deyilərsə,söz “sənin burnun” kimi anlaşılar.
Dostları ilə paylaş: |