Mühazirə 3 Coğrafiyanın tədrisi metodikası 2



Yüklə 341,67 Kb.
Pdf görüntüsü
səhifə4/4
tarix02.01.2022
ölçüsü341,67 Kb.
#36953
növüMühazirə
1   2   3   4
ctm 2 muhaz 3 vord (1)

9.Qrup işinin nəticələrinin mübadiləsi mərhələsi üçün şərait yaratmaq; 

10.Qiymətləndirmə meyarını iştirakçıların diqqətinə çatdırmaq.  

B. Qrupun fəaliyyəti prosesində müəllim şagirdlərlə davranması önəmlidir. Bu 

zaman müəllimdən nələr tələb olunur:  

1.Qrupların işini müəyyən etmək və ona nəzarət etmək: 

2.Zərurət yarandıqda şagirdlərin işinə müdaxilə etmək; qrup işi prosesində 

yaranan problemləri vaxtında aşkar etmək, şagirdlərin diqqətini buna cəlb etmək 

və həmin problemlərin həllinə köməklik göstərmək; 

3.Şagirdlərə yönəldici suallar vermək, onları  axtarışa istiqamətləndirmək;  

4.Şagirdlərin suallarına cavab vermək, zəif şagirdlərə daha çox diqqət yetirmək; 



5.Qrup üzvlərinin suallarına cavab vermək, çətinlik  olanda   kömək etmək; 

6.Şagirdlərin və qrup işinin gedişinin müsbət və mənfi cəhətlərini qeyd etmək və 

qiymətləndirmə zamanı bunu müzakirə etmək. Şagirdlərə köməkl göstərmək. 

Qrup işində şagirdlərin də qarşısında tələb və vəzifələr qoyulur.  

Şagirdlər üçün qrup işinin qaydaları iri hərflərlə yazılmalı və divrdan asılmalıdır.  

    Qrup üzvlərinin vəzifələrini düzgün bölmək;  

 Qrup liderini düzgün müəyyən etmək;  

 Vaxtdan səmərəli istifadə etmək.  

 Şagirdlər üçün qrup işinin qaydalarına da qrupdaxili üzvlər tərəfindən ciddi əməl 

edilməlidir. 

Qrup işi zamanı fəal olmaq  

Götürülmüş öhdəliyi yerinə yetirmək və öz davranışına görə məsuliyyət 

daşımaq  

Bir-birlərini diqqətlə dinləmək  

Birgə işləmək, əməkdaşlıq etmək, bir-birlərinə kömək etmək, dəstək vermək  

Kollektiv surətdə qrupun öz məqsədlərinə uğurla nail olmasına kömək etmək  

Öz nöqteyi-nəzərini söyləmək  

Bir-birlərinin ideyalarına hörmətlə yanaşmaq  

Öz fikirlərini, ideyalarını biliklə (faktlarla) təsdiq etmək  

 Xoş münasibətlər mühitinin yaradılmasına kömək etmək, şəxsi tənqidə, 

neqativ şərhlərə və təhqirlərə yol verməmək  

Münaqişəyə yol verməmək, sözün müsbət mənasında rəqabət aparmaq  

Problemin həlli zamanı kompromis yollar axtarmaq  

Kənar söhbətlərə yol verməmək, müəllimin verdiyi mövzu üzrə danışmaq  

İş zamanı səs salmamaq, intizama riayət etmək  

Qrup işi qaydalarına tabe olma 

Qrup işinin qiymətləndirilməsində müxtəlif formalar tətbiq edilə bilər.  




A. Hər birinə ayrı ayrılıqda  

B. Liderin fikrini soruşmaqla 

C. Qiyməti cəm halında verib –bölgünü öz öhdələrinə buraxmaqla 

D. Ekspertlərin fikrini nəzərə almaqla 

E. İş bölgüsünə əsasən.... Və s  

Qrupların tərkibinin  bölünməsi də maraqlı cəhətlərdən biridir. Qrupların 

tərkibi müxtəlif olmalı təsadüfü seçilməlidir.   

Sinifdə hər zaman eyni tərkibə malik olan qruplar yaranmamalıdır. 

Qruplara bölünmənin müxtəlif yolları vardır. Yaş səviyyəsindən asılı olaraq  

qruplara bölünmə  fərqli olmalıdır.  

Qruplara bölünmənin müxtəlif formaları vardır.  

1. Rəqəmləri saymaqla- sinifdəki şagirdlərin sayından asılı olaraq  müəllim 

1-5 rəqəmlərini təkrarlayır. Sonra isə 1-lər, 2-lər və s ayrı ayrılıqda 

qruplaşdırılır. 

2. Pazlları birləşdirməklə -bŞəkil, xəritə . sxem və s- parçalarında hər kəs öz 

hissəsini tapır və tam olur  

3. Şagirdləri doğum tarixinə görə - aylar və ya rəqəmlər seçilir. Say fərqli 

olsa da maraqlı alınır 

4. Mövzudakı suallara görə- əvvəlcədən müəllimin hazırladığı sadə sualların 

cavabına görə qruplaşdırma aparıla bilər.  

5.  Püşkatma yolu ilə.... 

Coğrafiya dərslərinin təlim formalarından biri   kollektiv iş –dir. Kollektiv iş 

zamanı kollektivdə işləmək, birgə fəaliyyət göstərmək və kommunikativ 

bacarıqların inkişafı təmin edilir.Lakin  zəif xarakterli şagirdlərin 

passivləşməsi sürətlənə bilir.  

Distant  təlim  forması  –elektron  formadır.  Son  illərdə  yaradılmışdır.    Bəzi 

pedaqoqlar  distant  təhsilin    qəti  əleyhinə  çıxırlar.

  Son  illər  distant  təhsilin 

populyarlığı kəskin şəkildə artıb. Bu, əhalinin bütün təbəqələri üçün ən münasib 

və  baha  olmayan  təhsil  formasıdır.  Distant  təhsil  ümumiyyətlə  hər  hansı  təhsil 

almaq imkanları olmayan şəhər və ölkələr üçün əvəzedilməzdir. Bu, təhsili hamı 

üçün  əlçatan  edir.        Distant  təhsil  insanın  utancaqlıq  və  auditoriya  qarşısında 

çıxış  etmək  fobiyası  kimi  kommunikasiya  keyfiyyətləri  ilə  bağlı  psixoloji 



maneələri dəf etməyə imkan verir.  Distant təhsil mobildir və deməli, tələbənin 

daim aktual məsələlərə çıxışı olur. Bunun üçün sadəcə İnternet lazımdır.  Distant 

təhsilin  məqsədi  müasir  informasiya  texnologiyalarından  istifadə  etməklə  təhsil 

alanın  ixtisasının  artırılmasıdır.    Hesab  olunur  ki,  distant  təhsil  formasını  ilk 

yaratmaq  cəhdi  1840-cı  ildə  edilib.  Həmin  vaxt  İsaak  Pitman  poçt  məktubları 

vasitəsilə  Birləşmiş  Krallıqda  tələbələrə  stenoqrafiyanı  öyrətməyə  başlamışdrır. 

Pedaqoqlar əminliklə  bildirirlər ki distant təhsil orta məktəb təhsil sistemi üçün 

uyğun  gəlmir.  Lakin    ABŞ,  Kanada,  Avstraliya  və  s  kimi    kənd  yaşayış 

məntəqələrini  dağınıq tipi xarakter olan ölkələrdə tətbiq edilə bilər.   

  

SAĞLAM TƏHSİL SİNİFLƏRİ  

Sağlam təhsil” siniflərində tədris hərəkətli təlim şəraitində həyata keçirilir. Şagird 

masaları həm oturaraq, həm də ayaqüstə çalışmaq imkanı verir.Sağlam təhsil-

sağlam millət” layihəsinin əsas məqsədi təhsil alanların təlim nailiyyətlərini 

yüksəltməklə yanaşı, tədris şəraitindən irəli gələn hərəkət məhdudiyyətini və digər 

amilləri aradan qaldırmaq, onların sağlamlığını qorumaqdır.  

İstifadə olunan ədəbiyyat 

1.Coğrafiyanın tədrisi metodikası . ali məktəblər üçün dərslik. N Seyfullayeva 2011. Bakı 

2.Coğrafiyanın tədrisi metodikası. Ali məktəblər üçün dərslik.O.K.Alxasov 2013 Bakı 

3.Azərbaycan Respublikasinin ümumtəhsil məktəbləri üçün coğrafiya  fənni üzrə təhsil proqramı 

( kurikulumu) (vı-xı  siniflər) 2012 

4.Azərbaycan Respublikasinin ümumtəhsil məktəbləri üçün fənn standartları. 2012 

5. Intqrativ kurrikulum: Mahiyyəti və nümunələr. Müəllimlər  üçün vəsait .(müəllif  qrupu) Bakı, 

2005 (İREX təşkilatının xətti ilə) 

6.  Z.Veyisova. Fəal/interaktiv təlim: Müəllimlər üçün vəsait.2007 

İnsan hüquqlarının tədrisi.Müəllimlər üçün vəsait.Norveç qaçqınlar şurası.2003 

7. www.metodika qeoqraf.narod.ru 

8. kurikulum jurnalları 



 

 

  



 

Yüklə 341,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin