Mühazirə 11 Ə. Mirzəzadə Azərbaycan XVIII əsrin birinci yarısında



Yüklə 282,91 Kb.
Pdf görüntüsü
səhifə2/16
tarix11.03.2022
ölçüsü282,91 Kb.
#53580
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   16
mt-is muhazire-11

Car-Balakən,  Şamaxı,  Təbriz  və  digər  ərazilərdə  xalq  hərəkatı  başladı.  1707-ci  ildə 

başlanana  Car-Balakən  üsyanının  əsas  səbəbi  sosial  zülm  idi.  Lakin  şah  qoşunları  onu 

amansızlıqla  yatırdı, Car kəndi  yandırıldı.  1711-ci  ildə Car-Balakəndə üsyan  yenidən başlandı. 

Üsyançılar  silahlanıb  Şamaxıya  hücum  etdilər,  döyüşdə  qalib  gəldilər  və  Şirvan  bəylərbəyini 

öldürdülər. Şah Sultan Hüseyn Keyxosrovu Şirvana yeni bəylərbəyi təyin etdi.  

Muğan əhalisi də mərkəzi hakimiyyətdən üz döndərdi. A.Volinski qeyd edir ki, onlar şahın 

göndərdiyi hakimi qəbul etmədilər, hakimi öz aralarından seçdilər. 1709-cu ildə Şəki, Şirvan və 

Təbrizdə sənətkar və yoxsulların üsyanı baş verdi. 1709-1715-ci illərdə Soucbulaq və Muğanda 

sosial zülmə qarşı kəndli üsyanları olmuşdur.  

 Şirvan  və  Cənubi  Dağıstanda  üsyana  Müşkür  mahalından  olan  din  xadimi  Hacı  Davud 

başçılıq  edirdi.  1719-cu ildə müşkürlü  Hacı  Davud üsyan qaldırdı, Dərbənd, Şirvan və Xudata 

hücum etdi və buna görə 1719-cu ildə Səfəvi hakimiyyəti tərəfindən həbs olundu.  

1720-1721-ci  illərdə  Şirvan  və  Cənubi  Dağıstanda  üsyan  yenidən  alovlandı  və  həbsdən 

qaçan  Hacı  Davud  üsyana  rəhbərlik  etməyə  başladı.  Hacı  Davud  qazıqumuxlu  Surxay  xanla 

birləşərək  1720-ci  ildə  Şabran  və  Xudat  qalasını  tutdu.  Bundan  sonra  üsyançılar  Şamaxını, 

Bakını və Dərbəndi tutmağa çalışsalar da, onların cəhdləri nəticəsiz qaldı. Bu şəhərləri öz gücü 

ilə  tuta  bilməyən  Hacı  Davud  1721-ci  ilin  22  aprelində  Rusiyaya  müraciət  edib  hərbi  yardım 

istədi. Hacı Davud müraciətində həmçinin Rusiya təbəəliyini qəbul etmək istəyini və Rusiyaya 

canla-başla  xidmət  edəcəyini  də  bildirdi.  Həştərxan  general-qubernatoru  A.P.Volinskinin 

məsləhəti ilə çar I Pyotr Hacı Davudun təklifini rədd etdi.  

Min  nəfərlik  Dağıstan  süvariləri  ilə  birləşən  Hacı  Davud  öz  qüvvələri  ilə  1721-ci  il 

avqustun  10-da  Şamaxıya  hücüm  etdi,  əhalinin  köməyi  ilə  şəhəri  tutdu.  Bəylərbəyi  Keyxosrov 

xan  və  800  Səfəvi  tərəfdarı  öldürüldü.  Üsyançılar  müqavimətə  rast  gəlmədən  Gəncəyə  qədər 

irəliləsələr  də,  Gəncədə  məğlub  olub  geri  qayıtdılar.  1721-ci  ilin  oktyabrında  Hacı  Davud  və 

Surxay xan Osmanlı sultanı III Əhmədə (1703-1730) müraciət edərək Osmanlı təbəəliyini qəbul 

etməyə  hazır  olduqlarını  bildirdilər  və  Sultandan  qoşunlarla  kömək  etməyi  xahiş  etdilər. 




Rusiyadan  fərqli  olaraq  III  Əhməd  onların  müraciətinə  müsbət  cavab  verdi  və  Hacı  Davuda 

Şirvan xanı titulu verildi.  

 XVIII əsrin 20-ci illərinin əvvəlində Şimali Azərbaycanda və Dağıstanda  

Səfəvi hakimiyyətinə qarşı yönəlmiş üsyanın iştirakçıları kəndlilər, yerli feodallar, rühanilər idi. 

Bu  üsyan  müəyyən  dərəcədə  dini  xarakter  daşısa  da,  mahiyyət  etibarı  ilə  şah  zülmünə  qarşı 

sosial hərəkat idi.   

 1722-ci  ildə  Əfqan  tayfaları  Səfəvilərə  qarşı  üsyan  qaldırdılar.  Səfəvilərin  paytaxtı 

İsfahanı  8  ay  mühasirədə  saxladılar,  şəhəri  yalnız  həmin  ilin  sentyabrın  23-də  tutdular.  Səfəvi 

şahı Sultan Hüseyn üsyanın başçısı Mir Mahmud xanın düşərgəsinə gəldi, taxt-tacı və digər şah 

nişanlarını ona təslim etdi. Şah Sultan Hüseyn və bütün ailə üzvləri əsir alındı. Şahın böyük oğlu 

Təhmasib əfqanlara təslim olmadı, Azərbaycana qaçdı, Astarabadda özünü II Təhmasib adı ilə 

şah elan etdi. Şah Sultan Hüseyn II Təhmasibi şah kimi tanımadı. Rusiya Səfəvilər dövlətindəki 

ikitirəlikdən istifadə etməyi və Azərbaycan torpaqlarını ələ keçirməyi qərara aldı.  

 


Yüklə 282,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin