Sistemli analizi
digər sistemli araşdırma istiqamətlərindən
fərqləndirən əsas cəhət
ondan ibarətdir
ki, burada idarəetmə sistemlərinin funksiyalarının və məqsədlərinin formalaşdırılmasını və
müqayisəli analizini asanlaşdıran metodlardan və vasitələrdən istifadə edilir. Bundan başqa burada
məqsədə çatmaq üçün formal və qeyri formal metodlar birləşdirilir. Yəni hər iki metoddan istifadə
edilir.
3
Sistemli analiz elmi ədəbiyyatlarda aşağıdakı kimi xarakterizə edilir.
O zaman istifadə edilir ki, burada problem riyaziyyatın ayrı-ayrı metodları vasitəsilə həll oluna
bilməz. Qeyri müəyyən vəziyyətdə qərar qəbul etmək üçün riyaziyyatın formal metodlarından
sərbəst olaraq istifadə edilə bilməz. Burada formal metodlarla yanaşı qeyri formal metodlar –
sərbəst düşüncə, intuisiya və təcrübə də lazımdır.
Vahid metodika əsasında elmi dünya görüşünə əsaslanaraq müxtəlif metodları birləşdirir.
Müxtəlif sahələrin mütəxəssislərinin biliklərini, intuisiyalarını, mülahizələrini birləşdirir və
onların qarşısında vahid intizama uyğun olaraq düşünmək vəzifəsi qoyur.
əsas diqqəti hədəfə yönəldir və məqsədəuyğun düşünməyə vadar edir.
Sistemli yanaşma
– mürəkkəb sistemlərin bütün baş xassələrini və onların qarşılıqlı əlaqələrini
nəzərə alan, elmi cəhətdən əsaslandırılmış metoddur.
Sistemli yanaşma mütəxəssislərin formal bilik və intuisiyalarını birləşdirərək məqsədyönlü analitik
idəretməni stimullaşdırır. Sistemli yanaşmada tədqiqat prosesinin alt proseslərə ayrılması,
proseslərin məqsədyönlü modelləşdirilməsi və təyin olunmuş problemlərin həlli üçün qərarların
qəbulu alqoritmlərinin işlənməsi nəzərdə tutulur.
4
İdarəetmə nəzəriyyəsində
Dostları ilə paylaş: |