Mühazirə 1 Adı: Struktur geologiya fənninin məqsəd və vəzifələri Tarix



Yüklə 0,75 Mb.
səhifə19/36
tarix16.12.2023
ölçüsü0,75 Mb.
#183320
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   36
M hazir 1 Ad Struktur geologiya f nninin m qs d v v zif l ri

Duz diapirləri
Adından göründüyü kimi duz diapirlərinin nüvəsi reoloji fəal olan , yəni yüksək plastikliyə və axıcılıga malik süxur növləri nəzərdə tutulur. Bu baxımdan daş duz , gips , hemogen mənşəli süxurlar yüksək plastikliyə malikdirlər.
Diapir qurguşun nüvəsini daş duz, gips təşkil edirsə , belə qurguşuna duz diapiri deyilir. Kosignə görə duz diapirinin inkişaf etməsi üçün Çöküntü Toplanma Hövzəsinin çökmə qatında qalınlıgı ən azı 120m -dən az olamamaq şərtilə duz qatı üzərində 300m -dən çox qalınlıgında süxur qatları yatmalıdır. Hövzədə hidrodinamik tarazlıq pozularsa duz axmaga başlayır :

Bu zaman daş duz kütləsi Arxangelski , Ştille və başqalarına görə antiklinalın nüvəsində , Bapdana və başqalarına görə sirilinalın nüvəsində toplanaraq müvafiq enerji potensialı yarandıqdan sonra daş duzArximed qanununa əsasən yuxarıya dogru hərəkət edir . Üzərində yatan süxurlar o cümlədən , nisbətən kiçik qalınlıga malik duz layı da varsa o da deformasiya edərək , diapir qurguşun yaratmış olur . Beləliklə , diapir qurguşun formalaşmasında əsas fəaliyyət göstərən , onun nüvəsini təşkil edənreoloji fəal duz kütləsi olur . Onun üzərində yatan qatlar isə qırışıq yaranmada çox passiv iştirak edirlər . Daha dogrusu qırışıgın yaranmasına təsir göstərmirlər, hətta laylar arasında kiçik qalınlıga malik duz qatı da olur .






Duz Diapirinin formalaşmasına səbəb olan enerji potensialı duz kütləsinin miqdarından və onu əhatə edən , üzərində yatan süxur kütləsi ilə sıxlıqlar qradientindən asılıdır .


Duz Diapirionun enerji potensialından asılı olaraq müxtəlif dərəcədə inkişaf edə bilər. Duz Diapirinin enerji potensialı az olarsa bu zaman hövzədə hidrostatik tarazlıgın pozulması sayəsində yalnız duz yastıqlar formalaşır . Yəni çox zəif inkişaf etmiş müsbət işarəli struktur formalaşır .

Duz kütləsinin enerji potensialı bir qədər artıq olarsa bu zaman kripto diapir struktur formalaşır . ( Gizli Diapir ) Bu növ diapirdə nüvəni təşkil edən kütlə yer səthinə çıxmır . Nisbətən yaxşı inkişaf etmiş struktur yaradır.




Kripto diapirdə nüvə yer səthinə çıxmır . Onun üzəri laylarla örtülü olur . Səbəbi duz kütləsinin enerji potensialının , onun üzərində yatan süxur kütlələrinin geostatik təzyiqdən nisbətən az olmalıdır .



Bu strukturların 3-cü növü inkişaf dərəcəsinə görə bilavasitə duz diapiri adlanır. Bu növ diapir o vaxt yaranır ki, duz kütləsinin enerji potensialı onun üzərində yatan süxur kütləsinin yaratdıgı geostatik təzyiqə bərabər yaxud çox olsun.
Deyilənlərdən göründüyü kimi Duz Diapirinə reoloji fəal olan duz kütləsi yer səthinə çıxmış olur. Belə halda yer səthinə çıxış sahəsində duz aşınmaya (nisbətən intensiv) məruz qalır. Eroziya nəticəsində duz yuyulub aparılır, yerində isə onun tərkibində isə olan, suda həll olmayan qarışıqlar həll olur (gips, alivrit, qum, gil) Nəticədə nüvənin yer səthinə çıxdıgı sahə boyu, bir az böyük ərazidə, duz qarışıgından ibarət lay yaranır. Qalınlıgı ilk metrlərdən ilk 10 metrlərə qədər və daha çox ola bilər. Bu təbəqəyə keprok deyilir. Keprokun forması, nüvəni təşkil edən daş duzun çıxışının forma və ölçülərindən asılıdır.

Duz Diapirinin inkişafı Ç.T ilə baş verdiyində çox ləng baş verir . Adətən fasiləli - fasiləsiz xüsusiyyət daşıyır . Eyni zamanda çöküntü toplanma prosesinin sürəti ilə düz mütənasibdir . Duz Diapirlərinə konsedimentasion qırışıqlara xas olan xüsusiyyətlər aiddir . Yəni 1) layların qalınlıgının qanadlardan taga dogru azalması ;
2) Fasiyanın qanadlardan taga dogru kobudlaşması ( layı təşkil edən hissəcik ölçülərinin qanadlardan taga dogru artması ;
3) Layların yatım bucaqlarının stritiprafik dərinlik boyu artması
Diapir nisbətən intensiv etdikdə bir sıra laylar qırışıgın tagı istiqamətində nəinki nazilir , hətta pazlaşırlar .
Duz Diapirləri neft - qazlılıq cəhətdən nisbətən yüksək perspektivliyə malik strukturlar hesab olunur . Çünki , onlar konsedimentasion mənşəli olmaqla yanaşı müxtəlif cür təbii tələlərə də malik olurlar . Duz Diapirində struktur , litoloji - pazlaşma,litoloji məhdudlaşma , tektonik ekranlaşma və s . tələ növləri var .
Duz Diapirləri geniş yayılmış struktur formalarıdır . Bunlar Meksika körfəzinin şimalında , Rusiyada Uralyani - Orunburq vilayətində , Dnepr - Donest , Şimal dənizində , Rumuniyada , İranda , Əlcəzairdə və s . ölkələrdə inkişaf etmişlər .
Duz Diapirləri əsasən platforma ərazilərində inkişaf etdiyinə görə adətən izometrik formada olur . Lakin onlar uzunsov formada da olurlar . Masələn: Belə Duz Diapirləri Uralyani - Orenburq vilayətində inkişaf etmişlər .
Əsasən izometrik formada olmalarının səbəbi , eninə əyilmə mexanizmi ilə yaranmalarıdır .
Hər hansı bir ərazinin Duz Diapirləri sayəsində yaranmış struktur textonik planı Qoyma textonikası adlanır .



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin