Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


Müstəqililk uğrunda müharibənin səbəbləri. XVIII əsrin 60-cı illərindən İngiltərənin müstəmləkə zülmünün güclənməsi



Yüklə 0,52 Mb.
səhifə5/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   138
Yeni tarix müh

Müstəqililk uğrunda müharibənin səbəbləri. XVIII əsrin 60-cı illərindən İngiltərənin müstəmləkə zülmünün güclənməsi.

Müstəmləkələrin sürətli iqitsadi inkişafı onları ticarət, sənaye və torpaqdan istifadə sahəsində İgiltərə tərəfindən yaradılmış qadağalara qarşı çıxış etməyə sövq edirdi. Kaloniyalar artıq ingilis hökuməti tərəfindən qoyulmuş ağır vergilərdən azad olmaq istəyirdi. Bütün bunlara rəğmən XVIII əsrin 60-cı illərində İngiltərənin müstəmləkəçilik zülmü daha da güclənmişdir. Yeddiillik müharibə (1756-1763) İngiltərənin maliyyə resurslarını zəiflətmiş, dövlət borcu 53 milyondan 140 milyon funt-sterlinqə qalxmışdır. Kral və İngilis hökuməti isə maliyyə vəziyyətlərini müstəmləkələrin hesabına yaxşılaşdırmaq istəyirdilər. İngiltərə tərəfindən Kanadanın, Floridanın və Alleqan dağlarından qərbdəki torpaqların zəbt edilməsi 13 koloniyada yeni zor tətbiqi üsullarını yüngülləşdirmişdir.

Yeddiillik müharibə qurtardıqdan sonra on min-civarında ingilis hərbçisi koloniyalarda qalmış, 1765-ci ildə İngiltərə parlamenti mənzil aktı deyilən qanun qəbul etmişdir. Bu qanuna görə koloniyalara yeni ordu göndərilməsinə razılıq verilir, əsgər və zabitlərə isə yerli əhali içərisində qarışmaları lazım bilindi.

XVII və XVIII əsrin əvvəllərində koloniyalarda manufakturaların açılmasına, yundan düzəldilən malların istehsalı və xaricə aparılmasına və s. çoxlu sayda qadağalar qoyulmuşdur. Koloniyaların digər ölkələrlə ticarət etməsi qadağan edilsə də faktiki olaraq bu qadağalara əməl olunmur və onlara fikir verilmirdi. Lakin 1761-ci ildə İngiltərə hökuməti verilmiş qanunların yerinə yetirilməsini tələb etdi. 1763-cü ildə isə kral III Georq müstəmləkəçilərin Alleqan dağlarından qərbdə torpaq tutaraq yerləşməsini qadağan edən fərman verdi. Bu tədbir quldarları qərb torpaqlarını tutmaqdan məhrum etdi. İri torpaq alverçiləri də yeni torpaq zəbt etmək yolu ilə varlanmaq imkanını itirdilər. Kralın bu fərmanı xırda icarədarların qərbə gedib müstəqil fermerlərə çevrilmək arzularını da boşa çıxartdı. Odur ki, icarədarlar iri ingilis sahibkarlarının torpaqlarında qalaraq onlara renta ödəməli oldular. Çünki, 1763-cü il fərmanı iri torpaq aristokratiyası və alverçilərini müdafiə edirdi. 1765-ci ildə İngiltərə parlamenti koloniyalarda hər bir ticarət prosedurundan, sənətlərdən, qəzet və elanlardan gerb yığımı deyilən vergi qoysa da, əhalinin bu qanuna qarşı müqaviməti tezliklə onun icrasını dayındırdı.

Gerb yığımından narazılıq Nyu-Yorkda və Yeni İngiltərədə ingilis müstəmləkəçilərinə qarşı demokratik hərəkatın genişlənməsi üçün bir təkan oldu. Bir çox şəhər və kəndlərdə nümayişlər baş verir, yeni vergi yığıcılarının evləri dağıdılır, gerb markaları tonqallarda yandırılırdı. İngilis mallarının boykot və rədd edilməsini təşkil etmək istiqamətində radikal-demokratik cəmiyyətlər yaradıldı. Belə cəmiyyətlərə mətbəə işçiləri, xarrat və dülgərlər, gəmi düzəldənlər, dəri istehsalçıları və bir çox sənətkarlar, o cümlədən fermer və dənizçilər daxil idilər. Nyu-York və Konnektivitdə bu cəmiyyətin üzvləri “azadlıq oğulları” adlandırılırdı.

Xalq hərəkatının başında tez-tez inqilabi burjuaziyanın nümayəndələri və burjua ziyalıları dururdu. Xalq nümayişlər zamanı vətənpərvər, inqilabi mahnılar oxuyurdu. Jurnalist Samuel Adams və doktor Uorren bu demokratik hərəkatın ən fəal işitrakçılarından olmuşdur.

Xalq hərəkatının gücləndiyini görən gömrük işçiləri gerb yığımını dayandırıb öz vəzifələrindən imtina etdilər. 1766-cı ildə ingilis parlamenti məcbur olub gerb yığımını dayandırdı və gömrük haqqında qanunu yumşaldı. Bu ilk müvəffəqiyyət koloniyalarda ruh yüksəkliyi yaratmışdı. Lakin o uzun sürmədi. 1767-ci ildə İngiltərədə Taunmend (qanunun müəllifi – nazirin adı ilə adlandırılmışdır) qanunu verildi. Bu qanun bir sıra malların koloniyaya gətirilməsinə gömrük rüsumunun tətbiqini və Amerikada İngilis inzibati, məhkəmə və hərbi aparatının gücləndirilməsini nəzərdə tuturdu. Bu qanun Amerika koloniyalarında yeni xalq hərəkatının qalxmasına səbəb oldu. Bu dövrdə “əlaqələndirmə komitələri” (və yaxud müxbir komitələri) çox böyük əhəmiyyət daşıdılar. Bu komitələr gündəlik mübarizədə koloniyaların əhalisini birləşdirirdilər.

Xalq hərəkatının gücləndiyini görən İngiltərə hökuməti Amerika kaloniyalarına əlavə qoşun göndərdi. Lakin bu da mübarizənin güclənməsi üçün yeni qığılcım oldu. Boston fəhlələri həmin orduya kazarmalar tikməyə etiraz etdilər. Boston əhalisi nümayişdə silahlanmaq hərəkatına başlamağı elan etdilər. Xalq kütləsi ilə əsgərlər arasındakı düşmənçilik 5 mart 1770-ci ildə ingilis əsgərlərinin bostonlular üzərində silah işlədərək bir neçə insanı öldürməsi ilə başladı.

1773-cü ildə parlament maliyyə vəziyyətini düzəltmək məqsədi ilə Ost-hind komaniyasına kiçik həcmli ödəmə əsasında Amerikaya çay aparmağa icazə verdi. Ost-hindin çay gətirən gəmisi Amerika limanına gələrkən onu boşaltmağa imkan vermədilər. Bostonda vətənpərvərlərdən ibarət qrup çayı gəmidən dənizə boşaltdılar. “Boston çay qonaqlığı” adlanan bu hadisə 1773-cü ilin dekabrında baş vermişdir.

İngiltərə hökuməti bu hadisəyə dözümsüzlük göstərərdi cavab verdi. Boston limanı bağlandı. Massaçusets əvvəlki özünüidarəçilikdən məhrum oldu, şəhər yığıncağının çağırılması qadağan edildi.

Bu hadisələr artıq koloniyaların tədricən öz azadlıqları uğrunda birləşməyə başladığını göstərirdi. Virciniya yığıncağında nümayəndələr bostonlularla həmrəy olduqlarını elan etdilər. Burada kontingentdəki ingilis koloniyalarının konqresinin çağırılması təklifi irəli sürüldü.

Kontinental konqres 1774-cü ilin sentyabrında Filadelfiyada toplandı. Bu konqresin üzvləri nümayəndələr palataları tərəfindən seçildiyindən hakimiyyətin inqilabi orqanı xarakteri daşıyırdı. Demək olar ki, bütün koloniyalar konqresə öz nümayəndələrini göndərmişdilər.

Kontinental konqresdə 56 nəfər iştirak edirdi. Onların əksəriyyəti isə vəkillər, tacirlər və plantatorlar idi. Konqresin ilk günündə sağlar və sollar arasında mübarizə başladı. Sollar radikal burjuaziyanın rəhbərliyi ilə geniş xalq kütləsinə arxalanaraq konqresin yuxarı təbəqəsini təşkil etdilər. Konqres “Hüquqlar haqqında deklarasiya və koloniyaların ehtiyacı” haqqında sənəd qəbul etdi. Həmin sənədlə “Dözülməz qanunlar”ın ləğv edilməsini və nümayəndələrsiz “heç bir vergi” prinsipini irəli sürürdü. Ən əsası isə konqresin qərarı ilə İngiltərədən malların gətirilməsinə, oraya mal göndərilməsinə və ingilis mallarından istifadəyə son qoymaq haqqında assosiasiya yaradıldı. Bu məqsədlə də bütün vilayətlərdə nəzarətçi komitələr seçmək və bu qanunu pozanları baykot etmək haqqında göstəriş verildi. Eyni zamanda konqres koloniyalarda sənayenin inkişaf etdirilməsi və dəbdəbədən imtina edilməsi haqqında təkliflər də verdi.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin