Mühasibat uçotu və audit kafedrası Mühasibat uçotu fənninin tədrisinə dair proqrami



Yüklə 2.31 Mb.
səhifə7/35
tarix06.09.2017
ölçüsü2.31 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   35

Sənədlərin təsnifatı
Müəssisələrdə və təşkilatlarda müxtəlif təsərrüfat əməliyyatları olur. Onların rəsmiyyətə salınması üçün forma və məzmun etibarı ilə müxtəlif sənədlərin tərtib edilməsi tələb olunur. Müxtəlif tipli sənədlərin təyinatını və doldurulma qaydasını yaxşı başa düşmək , habelə onların düzgün tətbiq edilməsini təmin etmək üçün sənədləri oxşar qruplar üzrə təsnif etmək lazımdır. Belə bir qruplaşmanın aparılması sənədlərin təsnifatı adlanır

Mühasibat sənədləri aşağıdakı əlamətlərinə görə təsnifləşdirilir: təyinatına görə, tərtib edilmə qaydasına görə, təsərrüfat əməliyyatlarının məzmununa görə, əməliyyatların əks etdirilmə üsuluna görə, tərtib edilmə yerinə görə, doldurulma qaydasına görə (sxem 7.1)



Sxem 7.1
Mühasibat sənədlərinin təsnifatı





Təyinatına görə




sərəncamverici

Icarəedici

Mühasibatda rəsmiyyətə salınan

Kombinəedilmiş




Mühasibat sənədləri




Tərtib edilmə qaydasına görə





İlkin

Icmal



Material

Pul

Hesablaşma




Birdəfəlik

Toplayıcı









Təsərrüfat əməliyyatlarının məzmununa görə





Əməliyyatların əhatəetmə üsuluna görə






Tərtib edilmə yerinə görə






Daxili

Xarici



Doldurma qaydasına görə





Əl

Hesablanma texnikasını tətbiq etməklə



Sənədlər təyinatına görə sərəncamverici (təsdiqləndirici), mühasibatda rəsmiyyətə salınan və kombinələşdirilmiş sənədlərə bölünür.

Sərəncamveriçi sənədlər elə sənədlərə deyilir ki, onlarda bu və ya başqa təsərrüfat əməliyyatını aparmaq üçün göstəriş olur. Həmin sənədlər əməliyyatın baş verməsi faktını təsdiq etmir. Məsələn, bankda olan hesablaşma hesabından nağd pul almaq üçün çeklər, əmrlər, etibarnamə, qaimə, iş üçün naryadlar, pul məbləğinin malsatanın bankına köçürülməsi üçün ödəmə tapşırığı, fəhlə və qulluqçuların işə qəbul edilmələri, onların işdən azad edilmələri haqqında əmrlər və i.a. Sərəncamverici sənədləri müəssisə rəhbəri və baş mühasib tərəfindən imza edilir. Bu sənədlərin bəziləri müəssisənin dairəvi möhürü ilə təsdiq edilir. Sərəncamverici sənəd imza edilmədikdə qüvvədə (düzgün) olmur.

İcraedici (təsdiqləndirici) sənədlər elə sənədlərdir ki, onlarla artıq aparılmış əməliyyatı rəsmiyyətə salırlar, onların baş verməsi faktını təsdiq edirlər. Həmin sənədlər əməliyyatın baş verməsini təsdiq və sübut edir. Ona görə də onlar icraedici sənədlər adlanırlar.

İcraedici sənədlər mühasibat üçün baş vermiş əməliyyatı uçotda əks etdirməkdən ötrü əsas hesab olunur. İcraedici sənədlərə əsas vəsaitlərin qəbul-təhvil aktını, istehsalat xərclərini təsdiq edən hesabları, maddi məsul şəxslərin hesabatlarını, satılan məhsul üçün hesab-fakturanı, kassa mədaxil və məxaric orderlərini və s. misal göstərmək olar.



Mühasibatda rəsmiyyətə salınan sənədlər mühasibat işçiləri tərəfindən sərəncamverici və icraedici sənədlərinə əsasən tərtib edilir və mühasibat uçotunda əks etdirmək üçün əsas sayılır. Məsələn, ümumistehsalat və ümumtəsərrüfat xərclərinin bölüşdürülməsi cədvəlləri, amortizasiyanın hesablanması və bölüşdürülməsi cədvəli, toplayıcı cədvəllər, məhsulların faktiki maya dəyərinin kalkulyasiyası, plan maya dəyərindən kənarlaşma hesablamaları müxtəlif növlü arayışlar və mühasibatlıqda tərtib edilən hesablamalar və i.a.

Kombinələşmiş sənədlər iki və ya hətta üç növ sənədə - sərəncamverici, təsdiqləndirici və mühasibatda rəsmiyyətə salınan sənədlərə xas olan vəzifələri eyni bir vaxtda yerinə yetirən sənədlərə kombinələşmiş sənədlər deyilir. Məsələn, kassa məxaric orderinin birinci hissəsində pulun verilməsi haqqında sərəncam olur, ikinci hissəsində alanın və kassirin imzaları ilə təsdiq olunmuş, pulun verilməsi rəsmiləşdirilir; material qiymətlilərin buraxılışı üçün qaimənin özündə anbardan materialların buraxılma sərəncamları olur, eləcə də faktiki verilənlər göstərilir və i.a.

Tərtib edilmə qaydasına görə sənədlər ilk sənədlərə və icmal sənədlərə bölünür.

İlk sənədlər təsərrüfat əməliyyatları baş verdiyi vaxtda tərtib edilir. İlk sənədlərə aiddir: kənd təsərrüfat məhsullarının daxil olması gündəliyi, heyvanların çəkilməsi cədvəli və s.

İcmal sənədlər əvvəllər tərtib edilmiş bir neçə oxşar ilk sənədə əsasən tərtib edilir. İcmal sənədlərə misal olaraq avans hesabatını, fermada mal-qara və quşların hərəkəti haqqında hesabatı, yanacaq və yağlayıcı materialların hərəkəti haqqında hesabatı, kassa hesabatı, hesablardan bank çıxarışı, qruplaşdırma və toplayıcı cədvəllər və s. göstərmək olar.

Avans hesabatında təhtəlhesab şəxslə hesablaşmanın tam xarakteristikası verilir. Belə ki, əvvəlki avansın qalığı yaxud artıq xərclədiyi pul, sonra götürülən avansın həcmi, çəkdiyi xərc məbləği, qalıq və onun kassaya verilmə tarixi, yaxud artıq xərcin olması və onun müəssisəyə qaytarılma tarixi göstərilir. Bundan başqa avans hesabatında hesabatın yoxlanılması və təsdiqindən sonra hesablar üzrə istehsalat xərclərinə aid edilməsi göstərilir. Hesabatın arxa tərəfində ayrı-ayrı xərclərin siyahısı və onları təsdiq edən sənədlər göstərilir.



Təsərrüfat əməliyyatlarının məzmununa görə sənədlər material, pul və hesablaşma sənədlərinə bölünür.

Material sənədləri vəsaitlərin və əmək əşyalarının mövcudluğunu və hərəkətini əks etdirir. Onlara əsas vəsaitlər qeyri-maddi aktivlər və digər uzunmüddətli qoyuluşlar, istehsalat ehtiyatları və məsrəflər. Məsələn , əsas vəsaitlərin qəbulu-təhvili və silinmə aktları, material qiymətlilərin mədaxili və silinməsi üçün sənədlər, istehsalat məsrəfləri hesabları üzrə uçot registrlərinin doldurulması üçün lazım olan arayışlar , hesablamalar və cədvəllər, hesab-fakturalar, qaimələr və s.

Pul sənədləri pul vəsaitlərinin hərəkətini göstərir, onların köməyi ilə kassa və bank əməliyyatları uçota alınır. Pul sənədlərinə çeklər, bank çıxarışları, kassa mədaxil və məxaric orderləri, pulun qəbulu haqqında qəbzlər, poçt və veksel markaları, istiqrazlar, əmanət sertifikatları və s. aid edilir.

Hesablaşma sənədləri hüquqi və fiziki şəxslərlə hesablaşmaları əks etdirir. Hesablaşma sənədlərinə daxildir: ödəmə tapşırıqları, hesablaşma çekləri, ödəmə tələbnamələri, haqq-hesab ödəmə cədvəlləri , avans hesabatları və s.

Əməliyyatların əhatə etmə üsuluna görə sənədlər birdəfəlik sənədə və yığma sənədlərinə bölünür:

Eyni vaxtda bir yaxud bir neçə əməliyyatı rəsmiyyətə salmaq üçün nəzərdə tutulan sənədlərə birdəfəlik sənəd deyilir. Birdəfəlik sənəd tərtib edildikdən sonra mühasibata daxil olur və mühasibat uçotunda əks etdirmək üçün əsas olur. Məsələn, kassa mədaxil və məxaric orderləri, hesab-fakturalar; haqq-hesab ödəniş cədvəlləri və s.

Müəyyən dövr keçdikdən sonra təkrar olunan oxşar əməliyyatları rəsmiyyətə salmaq üçün nəzərdə tutulan sənədlərə yığma sənədləri deyilir Dövrün axırında (həftə, on gün, ay) uçot yazılışları üçün istifadə olunan göstəricilər üzrə yekunlar hesablanır . Yığma cədvəlləri icmal sənədlərdən onunla fərqlənir ki, icmal sənədlər əməliyyatların yığılması yolu ilə tədricən tərtib edilir. Yığma sənədlərinə limit-zabor vərəqələri, süd sağımının uçotu jurnalı, iki həftəlik yaxud aylıq naryadlar və s. aid edilir.

Tərtib edilmə yerinə görə sənədlər daxili və xarici sənədlərə bölünür.

Daxili sənədlər cari əməliyyatları əks etdirmək üçün müəssisədə tərtib edilir. Məsələn, kassa mədaxil və məxaric orderləri, qaimələr, aktlar, naryadlar, haqq-hesab ödəniş cədvəlləri və s.

Xarici sənədlər həmin müəssisədən kənarda doldurulur və tərtib olunmuş şəkildə daxil olur. Məsələn, hesab-fakturalar, bank çıxarışları, əmtəə-nəqliyyat qaimələri və s.

Doldurulma qaydasına görə sənədlər əl ilə tərtib edilən sənədlərə və hesablama texnikasının köməyi ilə tərtib edilən sənədlərə bölünür. Əl ilə tərtib edilən sənədlər əl ilə ya da yazı makinası ilə doldurulur. Hesablama texnikasının köməyi ilə doldurulan sənədlər, istehsalat əməliyyatları haqqında informasiyaları onlar baş verən vaxtda avtomatik olaraq yazılır.

Sənədlərin tərtib edilməsi və saxlanılması qaydası
Mühasibat uçotunun registrlərində yazılış üçün əsas təsərrüfat əməliyyatlarının başa çatması faktını qəti müəyyən edən ilkin uçot sənədləri olur

Sənədlərin öz vaxtında tərtib edilməsi. İlkin sənədlər əməliyyat yerinə yetirilən vaxt tərtib edilməlidir, əgər bunu etmək mümkün deyilsə, bilavasitə əməliyyat yerinə yetirdildikdən sonra tərtib edilir. Nəzarət kassa maşınının tətbiqi ilə malların, məhsulların, iş və xidmətlərin satışı zamanı kassir qəbzinin əsasında iş gününün axırında bir dəfədən az olmayaraq ilkin uçot sənədinin tərtib edilməsinə icazə verilir. Bu göstərilən tələbə riayət edilməməsi mühasibat uçotunda boşluqlara, uçotun düzgün təşkil edilməsinə gətirib çıxarır.

Mühasibat uçotunda əks etdirmək üçün ilkin uçot sənədlərinin yaradılması qaydası və onların verilmə vaxtları müəssisədə təsdiq olunmuş sənəd dövriyyəsinə müvafiq həyata keçirilir. İlk sənədləri tərtib edən və imzalayan şəxs, sənədin öz vaxtında və keyfiyyətli tərtib edilməsini təmin edir, sonra onları mühasibat uçotunda əks etdirmək üçün müəyyən olunan vaxtda mühasibata verir.



Sənədlə rəsmiyyətə salınan əməliyyatların məzmununun düzgünlüyü, aydınlığı və tamlığı. Əməliyyatı xarakterizə edən hər bir sənəddə mətn konkret olmalıdır ki, sənəd doldurulduqdan sonra aydın olmaması aşkar edilməsin.

Sənədlərin düzgün doldurulması. Sənədlər makinada, mürəkkəblə yaxud kimyəvi karandaşla, səliqəli və aydın yazılmalıdır. Onlarda heç bir pozulub düzəldilmiş yer və qeydsiz düzəlişlər olmamalıdır. Sənədlərdə olan səhvlər səhv yazılmış mətnin yaxud məbləğin üstündən bir xətt çəkməklə düzəldilir. Səhvin düzəldilməsi əməliyyatda iştirak edən şəxslər tərəfindən qeyd edilir və imzaları ilə təsdiq edilir. Pul və bank sənədlərində heç bir düzəlişə yol verilmir.

Sənədi imza edən vəzifəli şəxslər onda olan məlumatın doğruluğu üçün məsuliyyət daşıyırlar. Müəyyən olunmuş tələbləri pozmaqla tərtib olunmuş sənədlərin hüquqi qüvvəsi yoxdur; onlar əməliyyatların başa çatmasını, yaxud mühasibat uçotunda yazılışların düzgünlüyünü təsdiq edə bilmir. Nöqsanlı sənədlər, tərtibinə görə cavabdeh şəxsə qaytarılmır; qaralanmış sənədlər ,onların başa çatmasında günahkar olan şəxsə qaytarılır, məsuliyyətə cəlb edilir.

İlkin uçot sənədlərinin əsasında təsərrüfat əməliyyatları haqqında məlumatların işlənilməsinə nəzarətin aparılması və nizama salınması üçün icmal uçot sənədləri tərtib edilə bilər. İlkin və icmal uçot sənədləri kağızda və informasiyaların maşın daşıyıcılarında ola bilər.

Əgər ilkin sənədlər ilkin uçot sənədləşməsinin unifikasiya edilmiş albom formasında olan forma üzrə tərtib edilibsə uçota götürülür. Sənədlərdə aşağıdakı rekvizitlər olmalıdır:



  • sənədin (formanın) adı;

  • formanın kodu;

  • sənədin tərtib edilmə tarixi;

  • sənəd tərtib edilən müəssisənin adı;

  • təsərrüfat əməliyyatlarının məzmunu;

  • təsərrüfat əməliyyatlarının ölçüləri (miqdarı, məbləği)

  • təsərrüfat əməliyyatlarının baş verməsi, tamamlanması və onun rəsmiləşdirilməsinin düzgünlüyü üçün məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları və başqa əlamətləri.

Əməliyyatların xarakterindən və uçot məlumatlarının işlənməsi texnologiyasından asılı olaraq ilkin sənədlərə əlavə rekvizitlər daxil edilə bilər.

İnformasiyaların maşın daşıyıcıları olan sənədlərdə aşağıdakı rekvizitlər olmalıdır:



  • müəssisənin adı;

  • sənədin yazılma tarixi;

  • müəssisənin yerləşdiyi yer;

  • maqnit lenti sənədinə yazan operatorun kodu.

Hesablama texnikası vəsaitləri ilə məlumatların işlənilməsi nəticəsində alınan kağız daşıyıcısı sənədi olan maşınoqramlarda aşağıdakı rekvizitlər olmalıdır:

  • maşınoqrammanı tərtib edən təşkilatın adı və yerləşdiyi yer;

  • onun çap edilmə tarixi.

Mühasibata daxil olan sənədlər uçot registrlərində yazılana qədər yaxud maşın hesablama qurğusuna verilənə qədər mühasibatda işlənilir, bu üç mərhələdə aparılır. Birinci. Sənədlər mahiyyət etibarilə yoxlanılır, yəni sənəddə göstərilən əməliyyatın məqsədəuyğunluğu və qanunauyğunluğu müəyyən edilir; sənəddə göstərilənlərin əməliyyatda olan həcmdə olması müəyyən edilir. Buna görə sənədlərin qarşılıqlı yoxlanması metodundan istifadə olunur. Məsələn, məlumatın hazırlanması üçün naryad və bu məlumatın mədaxil edilməsi üçün qaiməni, məhsulun yüklənməsi üçün qaiməni və alıcıların bu məhsulların qəbul üçün verilən qəbzin müqayisə edilməsi və i.a. İkinci, sənədin formal, məntiqi cəhətdən yoxlanması aparılır, yəni yazılan sənəd müəyyən olunmuş forma blankındamı yazılıb, bütün rekvizitlər düzgün doldurulmuşdurmu, nəzərdə tutulan şəxsin imzasının olması, sənədin düzgün tərtib edilməsi yoxlanılır. Üçüncü, yoxlanılmış və qəbul edilmiş sənədlər qruplaşdırma, arifmetik yoxlama, qiymət qoyma və mühasibat yazılışı nəzərdən keçirilir.

Qruplaşdırma – bu oxşar qruplarda sənədlərin seçilməsidir. O, oxşar sənədlər üzrə ümumi yekunların çıxarılmasına imkan verir, qruplaşdırılmış məlumatlar uçot işlərini xeyli yüngülləşdirir və bir mühasibat yazılışını – ikili qeydin aparılmasına imkan verir.

Sənədlərin arifmetik yoxlanması yekunların arifmetik hesablamalarına, miqdar və dəyər göstəricilərinin düzgün əks etdirilməsinə nəzarət etməyə imkan verir.

Sənədlərdə qiymət qoyma natural göstəricilərin pul ölçüsündə ifadəsidir və pul məbləğ hesablanır.

Sənədlərə mühasibat yazılışının tərtib edilməsi dedikdə hesabların dəqiqləşdirilməsi başa düşülür, yəni təsərrüfat əməliyyatlarına əlavə edilənsənədlərə əsasən hansı hesabın debetinə və kreditinə yazmaq lazımdır.

Əməliyyatlar üçün tərtib edilmiş mühasibat yazılışları uçot registrlərinə yazılır. Bundan sonra sənədlər uçot işinin bütün mərhələlərindən keçir, onlar əməliyyat növləri üzrə seçilir , xronoloji ardıcıllıqla qovluqlara yığılır və cildlənir. Qovluqlar saxlanmaq üçün müəssisə arxivinə verilir. Arxivdə olan sənədlər ancaq baş mühasibin sərəncamına əsasən verilir. Məhkəmə istintaq orqanlarının tələbi üzrə sənədlərin alınması ancaq həmin orqanın yazılı sərəncamı və müəssisə rəhbərinin razılığı ilə ola bilər.

Götürülmüş sənəd əvəzinə onun surəti qoyulur və bunun arxa tərəfində sənədin götürülmə tarixi və səbəbi göstərilir.

Sənədlər müəyyən edilmiş müddət ərzində arxivdə saxlanılır. Məsələn, qaimə, qəbz bir il müddətinə saxlanır, ödəmə tələbnaməsi, hesab, haqq-hesab ödəniş cədvəlləri – üç il müddətinə; pensiya və dövlət yardımı alanların şəxsi hesabları, haqq-hesab ödəniş cədvəlləri, kassada və bank sənədləri 5 il müddətinə saxlanılır. Təyin edilmiş müddət keçdikdən sonra onlar ya ləğv edilir ya da makulaturaya təhvil verilir.

Daimi saxlanılan sənədlər isə (illik hesabat və balanslar, baş kitab, fəhlə və qulluqçuların şəxsi hesabları 75 il saxlanılır və s.) ya yerli , ya da dövlət arxivinə verilir.

Sənəd dövriyyəsi – uçotun təşkilindən, müəssisənin quruluşundan və tətbiq edilən hesablama texnikasından asılıdır.

Bütün ilk sənədlər üçün sənəd dövriyyəsinin plan-qrafiki hazırlanır.

Sənəd dövriyyəsinin plan-qrafikində bütün ilk sənədlərin adları , neçə nüsxədən ibarət tərtib edilməsi, sənədin haradan daxil olması və hansı vaxtda tərtib edilməsi, sənədin tərtib edilməsinə məsul olan şəxsin vəzifəsi göstərilir.

Sənəd dövriyyəsinin plan-qrafiki müəssisə rəhbəri tərəfindən təsdiq edilir və bütün maddi məsul şəxslərə, mühasibat işçilərinə və vəzifəli şəxslərə çatdırılır.

Yoxlama sualları


  1. “Mühasibat sənədi” anlayışı özündə nəyi göstərir?

  2. İlkin uçot sənədləri mühasibat uçotu sistemində və idarəetmədə hansı yeri tutur?

  3. Sənədləşmə özündə nəyi əks etdirir?

  4. “Unifukasiya”, “Standartlaşma”, “İlkin informasiya” anlayışları nə ilə nəticələnir?

  5. “Sənəd dövriyyəsi” anlayışına tərif verin. Nəyə görə onun tərtibi müəssisə üçün lazımdır?

  6. Bütünlükdə ilkin sənədlər hansı əlamətlərə görə təsnifləşdirilir?

  7. Sənədlərin təsnifatını xarakterizə edin:

    1. təyinatına görə;

    2. tərtib edilmə qaydasına görə;

    3. təsərrüfat əməliyyatlarının məzmununa görə;

    4. əməliyyatların əhatəetmə üsuluna görə;

    5. tərtib edilmə yerinə görə;

    6. doldurulma qaydasına görə.

  8. Uçot sənədlərinin tərtibinə dair irəli sürülən əsas tələbləri göstərin.

  9. Mühasibata daxil olan sənədlərin yoxlanılması və işlənilməsi ardıcıllığı necədir?

  10. Sənədlərdə qiymət qoyma və mühasibat yazılışında nə başa düşülür?

  11. Sənədlərin rekvizitlərini sadalayın.

  12. Müəssisədən və arxivdən kimin sənəd götürmək ixtiyarı vardır?



ƏDƏBİYYAT
1.Azərbaycan Respublikasının “Mühasibat uçotu haqqında”Qanunu.2004-il.

2. Milli Mühasibat Uçotu Standartları . 2008 il.

3.Ş.V.Abdulov, Y.B.Əhmədov “Kənd təsərrüfatında mühasibat (maliyyə) uçotu” (dərslik) 2009.

4.Q.R. Rzayev “Beynəlxalq mühasibat uçotu standartları və maliyyə hesabatı”. 2004.

5.Q.R. Rzayev “Mühasibat uçotu və audit” 2009.

6.Y.B.Əhmədov , M.H.İsmayılov, Q.A.Bədəlov, Z.M. Hüseynov “Mühasibat uçotunun nəzəriyyəsi” Bakı- 2011 il

7.Q.R. Rzayev “Beynəlxalq mühasibat uçotu və audit “2009.

8.Q.Ə.Abbasov “Mühasibat uçotunun nəzəriyyəsi” 2009.

9. M.H.İsmayılov, Y.B.Əhmədov. Q.A.Bədəlov, S.B.Həşimova, “Mühasibat uçotu üzrə praktikum və tapşırıqlar toplusu” 2014 il.

10. Ş.V.Abdullov, Y.B.Əhmədov,İ.A.Verdiyev- Kənd təsərrüfatında mühasibat (idarəetmə) uçotu.2011.



MÖVZU 5. UÇOT REGİSTRLƏRİ VƏ MÜHASİBAT UÇOTUNUN FORMALARI. MÜHASIBAT UÇOTUNUN TƏŞKILI.
P L A N


  1. Uçot registrləri və onların mühasibat uçotunda rolu.

  2. Uçot registrlərinin təsnifatı.

  3. Sənədlərdə və uçot registrlərində səhvlərin düzəldilmə qaydaları.

4. Mühasibat uçotunun formaları və onların xarakteristikası.

Bütün təsərrüfat əməliyyatları sənədlə rəsmiyyətə salındıqdan sonra mühasibat uçotunda əks etdirilməlidir. Bunun üçün ayrı-ayrı sənədlərdə olan məlumatlar toplanır , qruplaşdırılır və müəyyən sistem üzrə qeydə alınır. Belə qeyd mühasibat uçotunun texnikasının köməyi ilə aparılır. Mühasibat uçotunun texnikası dedikdə onun aparılması üsulu yəni əl yaxud uçot registrlərini tətbiq etməklə avtomatlaşma vasitələrindən istifadə etməklə əldə edilən uçot informasiyalarının qeydiyyat üsulu başa düşülür. Mühasibat uçotunun registrləri mühasibat uçotu hesablarında və mühasibat hesabatında əks etdirmək üçün, qəbul edilən ilkin uçot sənədlərində olan informasiyaların sistemə salınması və toplanması üçün nəzərdə tutulmuşdur. Mühasibat uçotunun registrlərində təsərrüfat əməliyyatlarının əks etdirilməsinin düzgünlüyünü, onları tərtib edən və nizamlayan şəxs təmin edir. Mühasibat hesabatında daxili registrlərin məzmunu kommersiya sirri hesab olunur. Odur ki, informasiyanın yayılmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada müvafiq şəxs məsuliyyət daşıyır.

Beləliklə , bütün təsərrüfat əməliyyatları uçot registrlərində əks etdirilir. Onlar xüsusi kitablarda (jurnallarda), ayrı-ayrı kartoçkalarda, maşınoqrammalarda, eləcə də informasiyaların maşın daşıyıcılarında aparılır. Mühasibat uçotu registrlərinin maşın daşıyıcılarında aparıldıqda onların informasiya daşıyıcı kağızlara çıxarılması imkanı nəzərə alınmalıdır. Registrlərin formaları Azərbaycan Respublikasının Qanunu ilə mühasibat uçotunun tənzimlənməsində xüsusi hüquqa malik olan Azərbaycan Respublikası Maliyyə Nazirliyi yaxud Respublika icraedici orqanları, həmçinin mühasibat uçotunun ümumi metodoloji prinsiplərinə riayət edən təşkilatlar tərəfindən işlənib hazırlanır və tətbiq üçün tövsiyə edilir.

Uçot registrləri – bu təsərrüfat əməliyyatlarını qeydə almaq üçün nəzərdə tutulmuş, xüsusi cədvəl formalarıdır. Onlar xarici görünüşünə, əməliyyatların məzmununun həcminə, yazılışların xarakterinə və quruluşuna görə uçot registrlərinə bölünür (sxem 9.1).

Xarici görünüşünə görə uçot registrləri mühasibat kitabları, kartoşkalar, sərbəst vərəqələr kimi təqdim oluna bilər.

Mühasibat kitabları – bu xüsusi sütunlara bölünmüş , cildlənmiş uçot cədvəlləridir (kağız vərəqlərdir). Onlar istehsal yerləri üzrə ( sexlər, briqadalar, anbarlar və i.a) mühasibatlıqda uçot üçün istifadə olunur. Mühasibat kitabında bütün səhifələr nömrələnir, kitabın axırında səhifələrin miqdarı göstərilir və baş mühasibin imzası ilə təsdiq edilir. Ən geniş yayılmış kitab Baş kitab və anbar uçotu kitabıdır.

Kitablarda aparılan uçotun müəyyən nöqsanları vardır; mühasibat kitablarının nöqsan cəhəti ondan ibarətdir ki, uçot işçiləri arasında əmək bölgüsünün aparılması çətindir. Belə ki, hər hansı kitabda çoxlu miqdarda qeyd aparmağı uçot işçisi çatdırmırsa, o zaman mühasibatın başqa işçiləri işin bu sahəsində ona kömək etmək imkanından məhrumdurlar, çünki kitaba qeydi eyni bir vaxtda yalnız bir nəfər işçi apara bilər. Bundan başqa kitab uçotunda yüksək məhsuldar hesablama texnikasından istifadə etmək mümkün deyildir.

Kartoçkalar və sərbəst vərəqələrdən istifadə etdikdə yuxarıda sadalanan nöqsanlar olmur.
Sxem 9.1
Uçot registrlərinin təsnifatı


Mühasibat kitabları

Sərbəst kartoçkalar (tək) vərəqələr.






Xarici görünüşünə görə






Yazılışın xarakterinə görə




Sistematik, Xronoloji

Kombinələşmiş





Uçot

regisrt


ləri



Əməliyyatların məzmununun həcminə görə




Sintetik

Analitik




Registrlərin quruluşuna görə




Birtərəfli

İkitərəfli

Çoxsütunlu

Xətti


Şahmatlı


Kartoçkalar – kağızdan yaxud standart ölçülü kartoçkalardan hazırlanmış, uçot aparmaq üçün xüsusi sütunlu , ayrı-ayrı vərəqələrdən ibarətdir. Kartoçkalar standart böyüklükdə olur ki, bu da onların xüsusi yeşiklərdə - kartoçkaların saxlanılmasına imkan verir. Kartoçkalardan xalq təsərrüfatının bütün sahələrində analitik uçotun aparılması üçün geniş istifadə edilir. Kartoçkalar bir il üçün açılır. Kartoçkalarda (kartoçkaların məcmuu) kartoçkalar kartonlar vasitəsi ilə lazımi bölmələrə ayrılır. Ayırıcı kartoçkalara müxtəlif indikatorlar bərkidilir. Həmin indikatorlarda hesabların şifri və ya adı və başqa lazımi işarələr göstərilir. Bu, lazım olan kartoçkanın kartotekada tez tapılmasını təmin edir.

Kartoçkalar açıldıqda xüsusi reyestrdə qeyd edilir. Həmin reyestrdə onların hər birinə sıra nömrəsi verilir. Bu bütün kartoçkaları istənilən vaxtda yoxlamağa imkan verir.


201 ______ il ərzində “Təhtəlhesab şəxslərlə hesablaşmalar” hesabı

üzrə kartoçkaların reyestri




Analitik hesablar üçün açılmış kartoçkaların sıra nömrəsi

Analitik hesabların adı

Kartoçkaların açılma tarixi

Həmin hesab üçün açılmış səhifələrin nömrələri

1.

Süleymanov H.İ.

1 yanvar

1, 2, 3, 4

2.

Əliyev V.Q.

1 yanvar

1, 2

3.

Məmmədov İ.K.

20 yanvar

1,2

4.

Abbasov X.İ.

22 yanvar

1, 2, 3, 4

5.

Muradov C.İ.

və i.a.


23 yanvar

1, 2, 3, 4

Kartoçkaların mühasibatda tətbiq edilməsi uçotda mexanikləşmiş uçot vasitələrinin tətbiq edilməsinə geniş imkan yaradır. Kartoçkalar kopiyalı qeyd aparmaq və uçot məlumatlarının hər cür qruplaşdırılması üçün əlverişlidir.

Kartoçkalar analitik hesabların sayı çox olan yerlərdə səmərəli tətbiq edilir. Məsələn, materialların, hazır məhsulların, malların, azqiyməli və tez köhnələn əşyaların uçotunun aparılmasında kartoçkalardan istifadə edilməsi əlverişlidir. Belə ki, materialların analitik uçotu kartotekasında materiallar növlər üzrə yerləşdirilir, onların daxilində isə sortları, ölçüləri və digər əlamətləri üzrə yerləşdirilir. Əsas vəsaitlər üzrə kartoçkalar onların yerləşdiyi yer üzrə yerləşdirilir, sonra əsas vəsaitlərin növləri və adları üzrə yerləşdirilir. Təhtəlhesab şəxslə hesablaşmalar, müxtəlif debitor və kreditorlarla hesablaşmalara dair kartoçkalar kartotekada əlifba sırası üzrə düzülür.

Kartoçka qeydlərinin nöqsanı ondan ibarətdir ki, istənilən vaxt onları asanca kartotekadan götürüb başqası ilə əvəz etmək olar. Kartoçkalar hətta itə də bilər. Kartoçkaların reyestri vasitəsi ilə onların miqdarı üzərində sistematik nəzarət aparılması kartoçkaların itməsini vaxtında tapıb aşkara çıxarmağa imkan verir.

Buna baxmayaraq ciddi nəzarət tələb edən sahələrdə uçotun kitab qeydlərindən istifadə etmək əlverişlidir. Ona görə analitik uçot üçün kartoçkalardan geniş istifadə edən müəssisələrdə pul vəsaitlərinin uçotunu kartoçkalarda deyil, xüsusi kassa kitabında aparılır. Daha çox geniş yayılmış üç növ konokorent formalı kartoçkalar (debet və kredit sütunları vardır); material kartoçkaları (miqdar və məbləğ göstərilməklə material qiymətlilərin mədaxili , məxarici və qalığı sütunları vardır); çoxxanəli (bir neçə sütun vardır) kartoçkalar vardır.

Sərbəst vərəqələr uçot reyestri kartoçkasının dəyişmiş formasını özündə əks etdirir, fərq ancaq saxlanması üsulundadır. Əgər kartoçkalar kartotekada saxlanırsa, ayrı-ayrı vərəqələr xüsusi qovluqlarda saxlanır. Bütün hallarda hər bir vərəqə yazılış hesablama, seçmə işi və i.a. aparmaq üçün registratordan (qovluqlardan) götürülə bilər. Ayrı-ayrı vərəqələr jurnalların, cədvəllərin və maşınoqrammaların aparılması üçün istifadə olunur.

Yazılışın xarakterinə görə uçot registrləri xronoloji, sistematik və kombinələşmiş registrlərə bölünür. Xronoloji registrlər – mühasibata daxil olan sənədlərin qorunmasına və həm də mühasibat uçotunda düzgün əks etdirilməsinə nəzarət qoymaq məqsədilə sənədlərlə rəsmiyyətə salınmış bütün təsərrüfat əməliyyatları xronoloji ardıcıllıqla əməliyyatların qeydi jurnalına yazılır ki, bunlara da xronoloji uçot registrləri deyilir. Xronoloji qeydiyyat həmçinin məlumat toplamaq (məsələn, qeydiyyat jurnalı, kassa kitabı, daxil olan yüklərin uçotu jurnalı, əsas vəsaitlərin uçotu üzrə inventar kartoçkalarının siyahısı) üçün də istifadə olunur.



Sistematik registrlər sintetik və analitik hesablar üzrə mühasibat yazılışlarının qruplaşdırılması üçün aparılır. Məzmununa görə oxşar əməliyyatlar sintetik uçot hesablarında qruplaşdırılır. İqtisadi cəhətdən eyni əməliyyatları qruplaşdıran registrlərə sistematik registrlər deyilir Məsələn, sintetik hesablar üzrə əməliyyatları qruplaşdırmaq üçün uçotun memorial-order formasında mühasibatda Baş kitab aparılır.

Kombinələşmiş registrlər xronoloji və sistematik yazılışları birləşdirir. Baş jurnal kitabı, eləcə də əksər jurnal-orderlər və cədvəllər misal ola bilər.

Əməliyyatların məzmununun həcminə görə uçot registrləri sintetik və analitik registrlərə bölünür.

Sintetik uçot registrləri sintetik hesabların aparılması üçün (mətnə izahat vermədən, yalnız tarix, nömrə və mühasibat yazılışının məbləği göstərilməklə) açılır. Bəzən qısa aydınlaşdırıcı mətn (məsələn, hesablaşma sənədlərinin reyestri, Baş kitab və Baş-jurnal) verilir.

Analitik uçot registrləri analitik hesabların göstəricilərini əks etdirmək və hər bir növ material qiymətlilərin mövcudluğu və hərəkətinə nəzarət etmək üçün istifadə olunur.

Quruluşuna görə registrlər birtərəfli, ikitərəfli, çoxsütunlu, xətti və şahmatlı registrlərə bölünür.

Birtərəfli registrlər – bu material qiymətlilərin , hesablaşmaların və digər əməliyyatların uçotu üçün nəzərdə tutulan müxtəlif kartoçkalardan ibarətdir. Onlarda debet və kredit yazılışlarının ayrı-ayrı sütunları birləşdirilir.

Uçot bir vərəqədə pul, natural yaxud eyni zamanda hər iki ölçüdə aparılır.

Birtərəfli registrlər sintetik və analitik uçotda tətbiq edilir. Onların forması aşağıdakı kimidir:


Tarix



Əməliyyatın məzmunu

Mədaxil (debet)

Məxaric (kredit)

Qalıq

İmza












































İkitərəfli registrlər əsasən uçot kitablarda aparıldıqda tətbiq edilir. Kitabın iki açılmış səhifəsində (səhifənin solunda – debet, sağında – kredit) hesab açılır. İkitərəfli registrlərdən uçot yalnız əllə qeydlər aparıldıqda sintetik və analitik uçotda istifadə olunur. Onlarda əməliyyatların məzmununun yazılışı üçün ayrıca yer olur. İkitərəfli registrlərin forması aşağıdakı kimidir:

Debet Kredit



Tarix



Əməliyyatın məzmunu

Məbləğ




Tarix



Əməliyyatın məzmunu

Məbləğ






























Çoxsütunlu registrlər əlavə daxili analitik uçot göstəricilərini əks etdirmək üçün istifadə olunur. Onda , materialların hərəkətinin uçotu bütünlükdə müəssisə üzrə, məsrəf maddələri isə ayrı-ayrı maddi məsul şəxslər və bölmələr üzrə əks etdirilir.

Xətti registrlər – çoxsütunlu registrlərin dəyişmiş formasıdır. Burada hər bir analitik hesab yalnız bir sətirdə əks etdirilir ki, bu da sintetik hesabın məhdud miqdarda olmayan analitik hesablara bölünməsinə imkan verir (burada sütunlar mümkün deyildir). Məsələn, təhtəlhesab şəxsə verilən hər bir avans və şaquli onunla bütün hesablaşmalar 7 №-li jurnal-orderdə ayrı-ayrı sətirdə göstərilir.

Şahmatlı registrlər eyni zamanda bir hesabın debeti və digər hesabın krediti üzrə məbləği əks etdirmək üçün istifadə olunur. Hər bir məbləğ sətirlərin və sütunların kəsişdiyi yerə yazılır. Bəzi jurnal-orderlər: 10, 10-1, 11, 13 və s.Baş kitab (o kiçik müəssisələrdə geniş tətbiq edilir) misal ola bilər.

Каталог: img -> page -> tmp
tmp -> Nizami Yaqub oğlu Seyidəliyev Aqrar elmləri üzrə elmlər doktoru, professor əvəzi
tmp -> İxtisas: 060701 Torpaqşünaslıq və aqrokimya İxtisaslaşma: Aqrokimya
tmp -> İxtisas: 060701 Torpaqşünaslıq və aqrokimya İxtisaslaşma: Aqrokimya
tmp -> Baytarlıq tə bab ə ti v ə zoomüh
tmp -> Aqrar iqtisadiyyat fakült ə si ə yani t əhsil formasının
tmp -> AZƏrbaycan döVLƏt aqrar universitetiTƏLƏBƏLƏRİNİn təDRİs məŞĞƏLƏLƏRİNİn cəDVƏLİ
tmp -> C Ə d V ə L i Təsdiq edirəm azərbaycan döVLƏt aqrar universiteti TƏLƏBƏLƏRİNİn təDRİs məŞĞƏLƏLƏRİNİN
tmp -> Mühəndislik fakültəsi əyani təhsil formasının dördüncü kurs Bakalavr-tələbələrinin diplom layihələrinin mövzuları və rəhbərləri
tmp -> Cəfərov İbrahim Həsən oğlu
tmp -> Aqronomluq fakült


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   10   ...   35


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə