Müəssisələrdə mühasibat uçotunun təşkilində informasıya texnologiyalarının rolu



Yüklə 37.4 Kb.
tarix04.04.2020
ölçüsü37.4 Kb.

Müəssisələrdə mühasibat uçotunun təşkilində informasıya texnologiyalarının rolu

Mühasibat uçotu müəssisədə baş verən təsərrüfat əməliyyatları, onun əmlakı və əmələ gəlmə mənbələri haqqında pul ifadəsində informasiyanın toplanması, qeydiyyatı və ümumiləşdirilməsini özündə əks etdirən nizamlı informasiya sistemidir.

Mühasibat uçotunun əsas məqsədi daxili və xarici informasiya istifadəçilərini idarəetmə qərarlarının qəbulu üçün zəruri informasiyalarla təmin etməkdən ibarətdir.

Mühasibat uçotunun təqdim etdiyi informasiya müəssisənin səmərəli idarə edilməsi, planlaşdırma, nəzarət və qeyri standart vəziyyətdə qərarların qəbulu, müəssisənin iqtisadi siyasətinin seçilməsi və investisiya qərarlarının qəbulu baxımından operativ, əhəmiyyətli, tam və əhatəli olmalıdır.

Mühasibat uçotu iki əsas tərkib hissədən ibarətdir: Maliyyə uçotu və İdarəetmə uçotu



Maliyyə uçotu əsasən kənar informasiya istifadəçiləri üçün hesabat xarakterli informasiyaların hazırlanmasına xidmət edir. Maliyyə uçotunun aparılması, hesabat formalarının tərkibi və strukturu normativ hüquqi aktlarla tənzimlənir.

İdarəetmə uçotu əsasən daxili informasiya istifadəçilərinin məqsədlərinə xidmət edir və məqsədi idarəetmə qərarlarının qəbulu üçün infomasiya bazasını yaratmaqdır. İdarəetmə uçotunun təşkili, aparılması qaydası, hesabatların tərkibi və strukturu informasiya istifadəçilərinin tələbləri çərçivəsində sərbəst formda müəyyənləşdirilir.

İqtisadi inkişafın müasir mərhələsində idarəetmə metodlarının təkmilləşməsi, qərarların qəbulu prosesinin mürəkkəbləşməsi, informasiyanın analitikliyinin artması uçot informasiyasının operativliyinin, dəqiqliyinin və əhəmiyyətliliyinin təmin olunmasını obyektiv zərurətə çevirmişdir. Müasir şəraitdə sahibkarlar qeyri-müəyyənlik və risk şəraitində qərarlar qəbul etdiklərinə görə müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini daim nəzarətdə saxlamaq məcburiyyətindədirlər. Belə olan halda yalnız elmi əsaslandırılmış və sistemləşdirilmiş informasiya səmərəli idarəetmənin təminatçısı kimi çıxış edə bilər. Əsaslandırılmış operativ informasiyanın olmaması səmərəsiz idarəetmə qərarlarının verilməsinə və nəticədə ciddi itkilərə səbəb ola bilər.

Bütün bu qeyd olunanlar mühasibat uçotunun avtomatlaşdırılmasının zəruriliyini əsaslandırır.

Mühasibat uçotunun avtomatlaşdırılması iqtisadi baxımdan olduqca səmərəlidir. Elmi texniki tərəqqinin son nailiyyətlərinin istehsala tətbiqi daxili və xarici bazarlarda rəqabətin kəskinləşməsi müəssisələrdə operativ informasiyaya olan tələbatı getdikcə artmaqdadır. Bu isə idarəedicilərdən operativ informasiyalardan səmərəli istifadə ediliməsini tələb edir. Bu baxımdan müasir şəraitdə informasiyaların nəinki operativliyi, həmçinin etibarlılığı təmin olunmalıdır. İdarəetmədə verilən qərarların səmərəliliyi, qərarların qəbulunda istifadə olunan informasiyaların keyfiyyətindən asılıdır. Hazırkı şəraitdə belə informasiyayaları yalnız tətbiqi proqram təminatlarından istifadə etməklə əldə etmək olar.


İnformasiya-latın sözü olub, baş vermiş hadisə və ya fakt haqqında məlumat vermək mənasını daşıyır. İnformasiya ətraf mühitin obyektləri və hadisələri, onların parametrləri və xassələri haqqında xəbərdir. İnformatikada bu xəbərlər verilənlər də adlanır. Müəssisələrdə idarəetmə prosesi nəzərdən keçirilərkən informasiya anlayışı kimi konkret idarəetmə obyektlərinə, konkret istehsaltexnoloji proseslərə, əmək və material ehtiyatlarına dair məlumatlar nəzərdə tutulur.

İqtisadi informasiya- istehsal-təsərrüfat fəaliyyətini xarakterizə edir və idarəetmə məqsədi üçün təyin edilir. İqtisadi informasiya müxtəlifdir. O ya artıq baş vermiş, yaxud baş verəcək hadisələri, prosesləri özündə əks etdirir. İqtisadi informasiyanın aşağıdakı əsas növləri vardır. 1- Uçot informasiyası


  1. Plan informasiyası

  2. Statistik informasiya

İqtisadi obyektlərin idarə edilməsi üçün sistemləşdirilərək hazırlanmış iqtisadi informasiyaya ehtiyac duyulur. İdarəetmə qərarlarının verilməsində istifadə olunan informasiyalar aşağıdakı bir sıra mərhələlərdən keçir: məlumat toplanır, ötürülür, saxlanılır, emal olunur və idarəetmədə istifadə olunur.

Gələcəkdə həyata keçiriləcək hadisələri təsvir edən informasiyaya plan informasiyası deyilir. Plan informasiya müəssisənin ehtiyatlarının aşkarlanmasına və təsərrüfat-maliyyə fəaliyyətinin qiymətləndirilməsinə imkan yaradan iqtisadi təhlil əsasında formalaşır.

Uçot informasiyası - uçot məsələlərinin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi informasiyanın bir hissəsidir. Uçot informasiyası artıq baş vermiş hadisələri və təsərrüfat proseslərini xarakterizə edir. Bu informasiya sənədlərdə bütün resursların və təsərrüfat əməliyyatlarının müşahidəsi, ölçülməsi və sənədlərdə sistemləşdirilmiş qeydiyyatı zamanı yaranır.

Müəssisənin bütün fəaliyyətinin nəticələrinin əldə olunması və qiymətləndirilməsinə xidmət edir. Uçot obyektləri uçot sənədlərində kəmiyyət və dəyər göstəriciləri vasitəsi ilə əks etdirilir.

İqtisadi informasiya idarəetmənin müxtəlif səviyyələrində həyata keçirilən strateji və operativ qərarların qəbuluna xidmət edir.

Operativ idarəetmədə ilkin uçot və mühasibat uçotunun məlumatları istifadə olunur. Bu məlumatlar isə idarəetmənin orta və üst səviyyələri üçün informasiya formalaşdıran, informasiya təminatı yaradan uçotun kompleks avtomatlaşdırılmış sistemi ilə formalaşdırılır.

İdarəetmənin orta səviyyəsi bu məlumatı idarəetmənin təhlili və obyektin təsərrüfat fəaliyyətinin planalaşdırılması kimi funksiyalarının yerinə yetirilməsi üçün istifadə edir. Nəticəvi informasiyalar taktiki qərarların qəbul edilməsi yönümündə idarəetmənin yüksək səviyyəsinə ötürülür. İdarəetmənin yüksək pilləsi özündə maliyyənin, idarə heyyətinin, təchizatın, satış və istehsalatın idarə olunmasının kompleks sistemini cəmləşdirir. Belə sistemlər biznesin əsas məqsədlərinə (əmtəə məhsullarının keyfiyyətinin yaxşılaşdırılması, satış həcminin artması, rəqabət mübarizəsində üstünlüyün əldə edilməsi və s.) çatmaq üçün xidmət edir.

Beləliklə istənilən iqtisadi subyektin idarəetmə sisteminin özündə mühasibat uçotu alt sistemini birləşdirən informasiya sistemi vardır. Mühasibat uçotunun alt sistemi dedikdə – müəssisənin əmlakı, kapitalı, öhdəlikləri və bütün təsərrüfat əməliyyatları haqqında informasiyanın toplanması, ümumiləşdirilməsi və pul ifadəsində fasiləsiz başdan-başa sənədləşdirilməklə əks olunması sistemi başa düşülür.

Müasir dövrdə iqtisadi informasiyanın işlənməsində xüsusi komputer texnologiyalarından geniş istifadə olunur. Bu əsasən idarəetmənin operativliyinin artması və informasiyanın çoxalması ilə əlaqədardır. İndi dünyada elə bir idarəetmə sahəsi tapılmaz ki, informasiynın işlənməsində komputer texnologiyası tətbiq olunmasın.

Texnologiya sözü yunanca «techne» (ustalıq, bacarıq) və «logos» (öyrənmə, idrak) sözlərinin birləşməsindən yaranmışdır və istehsal proseslərinin yerinə yetirilməsi üçün üsullar və vasitələr haqqında biliklər toplusunu və həmin proseslərin özlərini ifadə edir.

Beləliklə, informasiya texnologiyası- verilənlərin toplanması, ötürülməsi və emalı üçün metod və vasitələrdən istifadə etməklə tədqiq olunan obyektin, prosesin, hadisənin vəziyyəti haqqında informasiyanın (informasiya məhsulunun) alınması prosesidir.

İnformasiya texnologiyası verilənlər üzərində əməllərin, əməliyyatların, mərhələlərin aparılması üçün dəqiq reqlamentlənmiş qaydalardan ibarət olan prosesdir. İnformasiya texnologiyasının əsas məqsədi ilkin informasiyanın məqsədyönlü emalı nəticəsində istifadəçi üçün lazımi informasiyanı almaqdır.

İnformasiya sistemi komputerlərdən, komputer şəbəkələrindən, proqram məhsullarından, verilənlər bazalarından, insanlardan, müxtəlif növ rabitə vasitələrindən və s. ibarət olan muhitdir. İnformasiya sistemi, «insan-komputer» tipli informasiya emalı sistemidir və burada əsas məqsəd informasiyanın saxlanması, sorğulara görə axtarışı və seçilən informasiyanı lazımi formaya salınıb, istifadəçiyə çatdırılmasıdır.

Müasir informasiyalaşmış iqtisadiyyatın inkişafının dinamikasının öyrənilməsi bəşər inkişafının müxtəlif mərhələlərində baş vermiş informasiya inqilablarının öyrənilməsini və onların inkişaf mərhələlərinin dinamik tədqiqini tələb edir. İnformasiya inqilablarının öyrənilməsi hər şeydən əvvəl iqtisadi inkişafın və cəmiyyətin informasiya və ona xidmət edən texnologiyaların, eləcə də bunların qarşılıqlı təsirindən törənən təkan və sıçrayışların dinamik təhlilinə imkan yaradır. Digər tərəfdən isə informasiya və informasiya texnologiyalarının bəşəriyyətin inkişafındakı əvəzolunmaz rolunu sübuta yetirir.



Ədəbiyyat

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

  • AMEA İnformasiya Texnologiyaları İnstitutu, "İnformatika mühazirələri", Əlövsət Qaracaoğlu

  • M.A.Camalbəyov, R.Ə.Fərəməzov. IBM PC tipli kompüterlərin arxitekturası, sistem proqram təminatı və əməliyyat sistemləri. Bakı, H.Əliyev adına AAHM, 2009. – 307 səh.

  • Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə