3.1. Elm statistikasının beynəlxalq standartlara uyğunlaşdırılması
Elmi təşkilatların fəaliyyətinin kompleks təhlili üçün elm və texnologiya statistikasının birgə öyrənilməsi lazımdır. Son dövrlərdə fərdi şirkətlər, təsərrüfat sahələri, ölkələr tərəfindən aparılan nəzəri və empirik tədqiqatlar ənənəvi inkişafın yeni klassik növünə keçilməsinə şərait yaratdı. İqtisadi inkişafın ekzogen dəyişənlərdən (elmtutumlu texnologiyalar) asılı olması sübut edildi. Təbii ehtiyatların tükənməsi, enerji və xammal tutumlu iqtisadiyyatdan elmtutumlu iqtisadiyyata transformasiyanı sübut etdi. İnnovasiyaların tətbiqi iqtisadiyyatın dəyişməsini təmin edir. Yeni növ məhsulların, texnologiyaların, hətta istehsal sahələrinin yaranmasına səbəb olan elmi-texniki tərəqqi yeni iş yerlərinin yaranmasını sürətləndirir, yüksək ixtisaslı işçi qüvvəsinə tələbatı artırır. Qeyd edilməlidir ki, elmi-texniki tərəqqinin ekoloji effekti təbii ehtiyatlardan səmərəli istifadə edilməsini, ətraf mühitə antropogen təsirlərin azaldılmasını, təkrar xammal və tullantılardan istifadə edilməsini təmin edir. Elmi-texniki tərəqqinin sosial nəticələri də qiymətləndirilməlidir. Məhsulun istehlak xüsusiyyəti yaxşılaşır, əmək və mənzil şəraiti yüksəlir, təhsil və səhiyyə təkmilləşir, əmək qabiliyyətli əhali ictimai əməyə cəlb edilir. Bütün bunlarla yanaşı, elm və innovasiya insan dəlillərinə, həyati dəyərlərə, etik, estetik və hüquqi normalara, sosial partnyorluq və ictimai münasibətlərə, institusional strukturlara, nəhayət, bütövlükdə cəmiyyətin təkamülünə geniş şəkildə təsir göstərmiş olur. Elm yeni ictimai-iqtisadi formasiya-informasiya cəmiyyətinin yaranmasında xüsusi rol oynayır. İnformasiya cəmiyyətində yeni iqtisadi fəaliyyət növü intellektual məhsulun, biliyin istehsal (toplanması, işlənməsi, saxlanması, ötürülməsi, yayılması) həcmi başqa fəaliyyət növlərinə nisbətən üstünlük təşkil edir. Ona görə də, elmi fəaliyyət növü aşağıdakı kimi təsnif olunur:
M seksiyası. Peşə, Elmi və texniki fəaliyyət
72
|
Elmi tədqiqatlar və işləmələr
|
721
|
Təbii və texniki elmlər sahəsində tədqiqatlar və işləmələr
|
7211
|
Biotexnologiya sahəsində tədqiqatlar və işləmələr
|
72110
|
Biotexnologiya sahəsində tədqiqatlar və işləmələr
Bu altsinfə aşağıda göstərilən istiqamətlər üzrə biotexnologiya sahəsində tədqiqat və işləmələr daxildir:
- gen mühəndisliyi, farmakologiya, genetika sahəsində
DNK/RNK işləmələri, DNK strukturunun öyrənilməsi, sintezi, yayılması, klonlaşdırma məqsədilə və digər qeyri-ənənəvi texnologiyalarda istifadə edilməsi;
- proteinlər və s. molekullar: DNK strukturunda onların ardıcıl birləşməsi, sintezi, protein (o cümlədən, iri molekulyar hormonların) mühəndisliyi, molekulyar səviyyədə dərman vasitələrinin keyfiyyətinin yaxşılaşdırılması, proteinlərin ayrılması və təmizlənməsi, hüceyrə reseptorlarının eyniləşdirilməsi;
- hüceyrə və toxumların yetişdirilməsi;
- biotexnoloji proseslər: bioreaktorlar vasitəsi ilə fermentasiya, bioemal, biosulfurasiya, biofiltrasiya və oxşar proseslər;
- gen daşıyıcıları və RNK: genetik terapiya, infeksiyanın virus yayıcıları;
- bioinformatika: genomlar üzrə məlumat bazalarının yaradılması, proteinlərin ardıcıllığı, mürəkkəb bioloji proseslərin, o cümlədən bioloji sistemlərin modellərinin yaradılması;
- nanobiotexnologiyalar: dərman preparatlarını, diaqnostikanı və s. istifadə etməklə, biosistemlərin öyrənilməsi üçün qurğuların yaradılması məqsədilə nanomikroişləmələrin tətbiq edilməsi.
|
7219
|
Təbii və texniki elmlər sahəsində sair tədqiqatlar və işləmələr (biotexnologiyadan başqa)
|
72190
|
Təbii və texniki elmlər sahəsində sair tədqiqatlar və işləmələr (biotexnologiyadan başqa)
Bu altsinfə daxildir:
- təbii və texniki elmlər (riyaziyyat, fizika, astronomiya, kimya, biologiya, təbabət, torpaqşünaslıq, kənd təsərrüfatı elmi və s.) sahəsində yuxarıda müəyyənləşdirilmiş elmi-tədqiqat və işləmələrin üç növündə müntəzəm öyrənmə və yaradıcılıq səyləri. Onlar biliklərin artırılmasına və bu biliklərdən istifadənin səmərəliliyinin yüksəldilməsinə yönəldilmişdir.
|
722
|
İctimai və humanitar elmlər sahəsində tədqiqatlar və işləmələr
|
7220
|
İctimai və humanitar elmlər sahəsində tədqiqatlar və işləmələr
|
72200
|
İctimai və humanitar elmlər sahəsində tədqiqatlar və işləmələr
Bu altsinfə daxildir:
- ictimai və humanitar elmlər (iqtisadiyyat, psixologiya, sosiologiya, hüquqşünaslıq, dilşünaslıq, dilçilik, incəsənət və s.) sahələrində yuxarıda müəyyənləşdirilmiş elmi-tədqiqat və işləmələrin üç növündə müntəzəm öyrənmə və yaradıcılıq səyləri. Onlar biliklərin artırılmasına və bu biliklərdən istifadənin səmərəliliyinin yüksəldilməsinə yönəldilmişdir.
Bu altsinfə daxil deyildir:
- bazar konyukturasının tədqiqi (7320-də təsvir olunur)
|
Elmi sferanın strukturu aşağıdakı sektorlardan ibarətdir:
-
ilk növbədə fundamental tədqiqatlara yönəlmiş akademik sektor. Bura Elmlər Akademiyasının elmi-tədqiqat müəssisələri, sahə akademiyaları (kənd təsərrüfatı, tibbi və s.) daxildir;
-
ayrı-ayrı sahələrin maraqlarına müvafiq tətbiqi tədqiqatlar və işləmələr hazırlayan sahə sektoru. Bura ayrı-ayrı idarə və nazirliklərin tabeliyində olan elmi-tədqiqat, layihə, quraşdırma, texnoloji, təcrübə-eksperimental müəssisə və təşkilatlar daxildir. Məsələn, Müdafiə Nazirliyinin tabeliyində olan elmi təşkilatlar, nəinki tətbiqi, eyni zamanda strateji tədqiqatlarla məşğul olur;
-
ali təhsil müəssisələri sektoru. Bu sektorda olan elmi bölmələr, eyni zamanda fundamental və tətbiqi tədqiqatlar aparır;
-
zavod sektoru. Bura sənaye müəssisələri, istehsal birlikləri tabeliyində olan elmi-tədqiqat aparan və işləmələr hazırlayan (elmi-tədqiqat, layihə, konstruktor, texnoloji, təcrübə-eksperimental) bölmələr daxildir. Eyni zamanda avtomatlaşdırma və mexanikləşdirmə, yeni texnikanın tətbiqi, informasiyalaşdırma və s. şöbələr buraya aiddir. Bir qayda olaraq onların vəsaiti müəssisələr tərəfindən maliyyələşdirilir. Elmi təşkilatların mövcud institusional strukturu elmi fəaliyyətin geniş miqyasda tətbiqinə də öz təsirini göstərir. Yəni inkişaf etmiş sənaye ölkələrində elmi fəaliyyətin icma səviyyəsində göstərilməsi, hətta icmalar üzrə innovasiya mərkəzlərinin fəaliyyət göstərməsi tədqiqatların aparılmasına cəmiyyətin bütün üzvlərinin cəlb edilməsini təmin edir. İcmaların innovasiya fəaliyyətinə dair ilkin statistik seçmə müşahidələri elmi fəaliyyətin dinamikasının təhlili üçün mühüm informasiya mənbəyi hesab edilir.
Statistika təcrübəsində elmi, informasiya, digər intellektual fəaliyyətin ayrıca təsnif olunması Milli hesablar sisteminin tələblərindən irəli gəlir. Lakin bəzi tədqiqatçılar qeyd edirlər ki, bu təsnifatlar, nəinki ayrı-ayrı xidmət növlərini nəzərə almır, eyni zamanda bir çox mövqelər üzrə aqreqasiya səviyyəsi aşağıdır. Bu da informasiya cəmiyyətinin iqtisadiyyatının bütöv seqmentinin inkişaf tendensiyasını təhlil etməyə imkan vermir. Bununla yanaşı, elmi fəaliyyətin spesifikliyi nəzərə alınmır, hətta MHS-nin tələbinə müvafiq xidmətlərin qruplaşdırılması əlamətinə diqqət verilmir. Xidmətlər bazar və qeyri-bazar, haqqı ödənilən və ödənilməyən və s. üzrə qruplaşdırılır.
Elmi xidmətlərin təsnifləşdirilməsi zamanı elmi fəaliyyətin xüsusiyyətləri əsas götürülməlidir. Bu nöqteyi-nəzərdən elmi xidmətlərin qruplaşdırılması prinsipləri dəyişdirilməlidir. Elmi fəaliyyət növlərini aşağıdakı kimi göstərmək olar:
- elm və təhsil;
- elmi-texniki fəaliyyət;
- innovasiya fəaliyyəti;
- intellektual fəaliyyət;
- informasiya texnologiyası sahəsinin xidmətləri;
- informasiya fəaliyyəti, elektron məhsul və xidmətlər sektoru;
- elmtutumlu xidmətlər;
Dostları ilə paylaş: |