2.2. Təhsilə çəkilən xərclərin qiymətləndirilməsi Təhsilə çəkilən xərclərin qiymətləndirilməsi üçün aşağıdakı göstəricilərdən istifadə olunması tövsiyə edilir:
Təhsilə çəkilən cari xərclərin təhsilin pillələri üzrə bölgüsü;
Təhsil pillələri üzrə bir nəfər təhsil alana (tələbəyə) düşən cari xərclər;
Bir nəfər təhsil alana (tələbəyə) düşən cari xərclərin adambaşına Ümumi Milli Gəlir (ÜMG) göstəricisinə nisbəti;
Təhsilə çəkilən ümumi xərclərin Ümumi Milli Gəlirə (ÜMG) nisbəti;
Təhsil üzrə cari xərclərin ümumi təhsil xərclərində xüsusi çəkisi;
Ayrı-ayrı maliyyə mənbələri üzrə təhsilə çəkilən xərclərin ümumi təhsil xərclərində xüsusi çəkisi.
Təhsilə çəkilən cari xərclərin təhsilin pillələri üzrə bölgüsü