Müəllimə : Məmmədov Çingiz İxtisas : Iqtisadiyyat Fakültə : Biznes və iqtisadiyyat Mövzu : Firmanın daxili resurslarının tədqiqi


Təşkilatda rəhbərliyin diqqətini tələb edən bir sıra faktorlar var



Yüklə 1,27 Mb.
səhifə2/8
tarix02.01.2022
ölçüsü1,27 Mb.
#42576
1   2   3   4   5   6   7   8
İlyas Firmanin iqtisadiyyati

Təşkilatda rəhbərliyin diqqətini tələb edən bir sıra faktorlar var

məqsədlər

struktur

vəzifələr

texnologiya

insanlar

Məqsədlər: Təşkilat dedikdə məqsədləri bir olan ən azı 2 nəfərin fəaliyyəti başa düşülür. Biz təşkilat anlayışına məqsədlərə çatmaq vasitəsi kimi baxa bilərik,hansına ki,bir insanın yerinə yetirə bilməyəcəyi bir işi kollektiv olaraq yerinə yetirməyə imkan verir. Hər bir məqsəddə son və arzulanan nəticə vardır ki,kollektiv ona çatmaq üçün işləyir. Mütəxəssislər hesab edirlər ki,düzgün məqsəd və vəzifələrin qoyulması qərarın yerinə yetirilməsinin 50 % uğurla həyata keçirilməsinə gətirib çıxarır. Əksər təşkilatların fəaliyyətinin əsas məqsədi mənfəət əldə etməkdir. Mənfəət təşkilatın əsas göstəricisi hesab olunur. Kommersiya müəssisələrinin əsas məqsədi mənfəət əldə etməkdir.Lakin mənfəətin əldə edilməsi bütün təşkilatların əsas məqsədi deyil. Belə təşkilatlar qeyri-kommersiya təşkilatları adlanır. Onlara misal olaraq,kilsələri,xeyriyyə fondlarını misal göstərmək olar. Lakin digər hallarda olduğu kimi təşkilat yalnız mənfəət göstərdiyi halda mövcud ola bilər.İri təşkilatların çoxlu məqsədləri olduğu üçün bu göstəricilər çoxala bilər. Mənfəətin əldə olunması üçün,biznes məqsədləri müəyyən sferalarda həyata keçirilməlidir. Bunlara: bazarda mövqe,yeni məhsul istehsalı,xidmətlərin keyfiyyəti,rəhbərlərin hazırlanması və seçilməsi və ictimai məsuliyyəti misal göstərmək olar. Qeyri-kommersiya şirkətləri də müxtəlif məqsədlərə sahib olurlar,lakin böyük ehtimalla daha çox ictimai məsuliyyətə diqqət ayıracaqlar. Bölmələrdə,hətta bütov təşkilatda məqsədlərin qoyuluşu vacib addımdır.

Struktur: Təşkilat formasız bir kütlə deyil,o nizamlı bir sistem sayılır. Bu nizamlı sistemi dəstəkləməyə təşkilatın strukturu kömək edir. Struktur- daxili sistemin güzgüsü sayılır. Təşkilati struktur təşkilata aşağıdakılara çatmağa kömək edir:


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin