Müəllim qəbul imtahanı – 2016 Biologiya



Yüklə 408,22 Kb.
Pdf görüntüsü
tarix14.01.2017
ölçüsü408,22 Kb.
#5134

  Müəllim qəbul imtahanı – 2016                                                                                                     Biologiya 

 

  



HƏDƏF  KURSLARI                                                                                                                                    1                                                                  

w

w

w

. hede

f. 

edu. a

z 

1. Yumurtadan çıxan hörümçək balaları hörümçək toru 

görmədikləri halda, gələcəkdə özlərinə xas tor qururlar. 

Bu davranış necə adlandırılır? 

A) təfəkkür                 

B) instinkt      

C) şərti  refleks     

D) idioadaptasiya       

E) vərdiş 



İZAHI: Heyvanlarda anadangəlmə mürəkkəb şərtsiz 

reflekslərin cəmi instinkt adlanır. Cavabı: B bəndidir 



 

2. İnsanda hava ilə qan arasında qazlar mübadiləsi  

tənəffüs sisteminin hansı hissəsində baş verir? 

A) bronxlarda             

B) bronxiollarda    

C) qırtlaqda                

D) nəfəs borusunda    

E) alveollarda 

İZAHI:

 

Qazlar mübadiləsi qanla alveollar arasında 



gedir (divarı 1 qatlı epitel toxuması olduğu üçün). 

Cavabı: E bəndidir 

 

3. Fotosintez prosesini həyata keçirən bir prokariot 

hüceyrədə  aşağıdakılardan hansına rast gəlinməz? 

A) xloroplasta

           

B) hüceyrə divarına    

C) ribosoma             

D) sitoplazmaya    

E) nuklein turşusuna  



İZAHI: Bakteriyalarda membrana malik orqanoid 

olmadığı üçün cavab xloroplast (fotosintez 

sitoplazmada gedir). Cavabı: A bəndidir 

 

4. Sibir şamı toxumlarının rüşeymlərində cəmi 666  

ləpə yarpaqları olarsa, bu toxumlarda neçə qanadcıq 

saymaq olar? (rüşeymindəki ləpə yarpaqları adi şamın 

rüşeymindəki ləpə yarpaqlarının sayı ilə bərabər sayda 

olarsa)  

A) 111        B) 110        C) 222        D) 666         

E) 0 


İZAHI:

 

Sibir şamının toxumunda qanadcıq olmur  -0. 



Cavabı: E bəndidir  

 

5. Hansı hüceyrə orqanoidinin tərkibində nuklein 

turşusu olmur? 

A) ribosom            B) xloroplast      C) mitoxondiri    

D) lizosom

            E) xromoplast 



İZAHI:

 

Ribosomda  RNT var, xloroplast, xromoplast, 



mitoxondridə DNT və RNT var Lizosomlarda nuklein 

turşuları olmur, ferment olur. Cavabı: D bəndidir 

   

6. Qan qrupları fərqli olan Əli, Aslan və Fatma 

arasında qan mübadiləsi aşağıdakı kimidir. Əli A və B  

qan qruplu insanlarla yanaşı, Aslan və Fatmadan qan 

alır, ancaq onlara qan verə bilmir. 

Fatma Aslana qan verdiyi halda ondan qan ala bilmir. 

Aslan B qan qrupundan qan ala bilmir. 

Yuxarıda verilənlərə əsasən Əli, Aslan və Fatmanın 

qan qruplarını müəyyən edin. 

      

Əli 


Aslan 

Fatma 


A) 

IV 


IV 

B)  



IV 

II 


C) 


IV 

III 


D) 


IV 

II 



E) 

IV 


IV 

II 


İZAHI: Əli  A və B  qan qruplu insanlardan  qan  

alırsa deməli IV, Aslan  B qan qrupundan qan ala  

bilmirsə I və II olma ehtimalı var  amma Fatma Aslana  

qan verib  ondan  qan ala bilmirsə  Fatma – I, Aslan – 

II qan qrupudur. Cavabı: B bəndidir 

 

7. Qanda qlükozanın miqdarının artması zamanı 

aşağıdakı proseslərdən hansı sağlam bir insanda  

ardıcıllıqla baş verər? 

I. qaraciyərdə qlükozanın qlikogenə çevrilməsi 

II. mədəaltı  vəzi  tərəfindən  qana insulin hormonu 

ifrazının artması 

III. qandan bədən hüceyrələrinə qlükozanın keçməsinin 

sürətlənməsi 

A) I, II, III              B) I, III, II         

C) II, III, I

       


D) III, I, II              E) III, II, I 

İZAHI:

 

Əvvəl mədəaltı vəzi qana insulin hormonu  



ifraz edər, sonra  hüceyrələr tərəfindən qlükozanın 

mənimsənilməsi sürətlənər, artıq miqdarı  qaraciyər və 

əzələdə ehtiyat halında toplanar. Cavabı: C bəndidir 

 

8. Aşağıdakı cədvələ görə ulduzlardan neçəsinin      

yerinə “+”, neçəsinin yerinə “—“ yazılmalıdır? 

 

A) 5 “+”, 4 “—”              



B) 4 “+” , 5 “—

”    


C) 6 “+”, 3 “—”              

D) 3 “+”, 6 “—”     

E) 7 “+”, 2 “—” 

İZAHI:

 

Bitki mitoz+, bakteriya hüceyrə divarı +, nüvə 



–, mitoz –, fotosintez +, heyvan hüceyrə divarı –, 

xemosintez–, göbələk nüvə+, fotosintez – 4+, 5-. 

Cavabı: B bəndidir 

 

 



 

  Müəllim qəbul imtahanı – 2016                                                                                                     Biologiya 

 

  



HƏDƏF  KURSLARI                                                                                                                                    2                                                                  

w

w

w

. hede

f. 

edu. a

z 

9. Hansı fəsiləyə aid olan bitki verilməmişdir? 

Pişikdili, topulqa, pirakanta, quşqonmaz, sarılıq otu, 

yarğanotu, şiyav   

A) paxlalılar      

B) mürəkkəbçiçəklilər   

C) xaççiçəklilər     

D) taxıllar    

E) gülçiçəklilər 



İZAHI: Pişikdili – mürəkkəbçiçəklilər, topulqa, 

quşqonmaz, pirakanta –gülçiçəklilər, sarılıqotu, 

yarğanotu – xaççiçəklilər, şiyav – taxıllar   

PAXLALILARIN nümayəndəsi yoxdur.  

Cavabı: A bəndidir 

 

10. Aşağıdakı canlılardan hansında yuxarı ətrafın 

qurşaq sümükləri daha çoxdur? 

A) oranqutanq                   

B) çöl göyərçini    

C) göl qurbağası              

D) ev iti    

E) zolaqlı kərtənkələ 



İZAHI: Oranqutan – 4, çöl göyərçini – 6, göl 

qurbağası – 7, ev iti – 2, cəld kərtənkələ – 6.  

Cavabı: C bəndidir 

 

11. Canlılar və onların malik olduğu tənəffüs orqanı 

aşağıda verilmişdir. Doğru olmayan variantı müəyyən 

edin. 


A) Anadonta – qəlsəmə      

B) Çəyirtkə – traxeya            

C) Çay xərçəngi – qəlsəmə 

D) Böyük göl ilbizi –

 

qəlsəmə


     

E) Göl qurbağası –

 

ağciyər və dəri 



İZAHI:

 

Böyük göl ilbizi – ağciyər tənəffüsü edir. 



Cavabı: D bəndidir 

 

12*



. Bitki hüceyrəsində baş verən maddələr mübadiləsi 

şəkildə təsvir olunmuşdur. Katabolizmaya aid olanı və 

ya olanları müəyyən edin. 

 

 



 

 

 



 

 

 



 

A) yalnız I               B) yalnız II      

C) yalnız III

       


D) I və II                 E) I, II, III 

İZAHI: Qlükoza və nişastanın əmələ gəlməsi – plastik 

mübadilə – Anabolizma, qlükozanın parçalanıb ATF  

əmələgəlməsi energetik – Katabolizma.  

Cavabı: C bəndidir  

 

13. Eukariot hüceyrədə zülal sintezində iştirak edən  

DNT molekulunun bir sahəsi təsvir olunmuşdur. I 

zəncirə komplementar mRNT zəncirindəki nukleotid 

ardıcıllığı hansı variantda doğru verilmişdir? 

 

A) QUSQSAQUQ       



B) QUAQSUSAQ       

C) SAUSQASAQ  

D) QUASQASAQ

      


E) SAUSQAQUS  

İZAHI: I zəncir SATQSTQTS kimidir   komplementar 

mRNT olar: QUASQASAQ. Cavabı: D bəndidir 

 

14. Sintez olunmuş xətti quruluşlu zülal molekulu 98 

sistein amin turşusundan təşkil olunmuşsa, bu zülalın  

ağırlığını tapın (sistein amin turşusu radikalı (CH

2

SH). 



A) 11876 q              B) 10780 q        

C) 10112 q

      

D) 10008 q              E) 10798 q 



İZAHI: Sistein ağıtlığı=74+47=121 (121*98)–

(18*97)=10112q. Cavabı: C bəndidir

 

15. Belə növəmələgəlmə zamanı növün populyasiyala-

rı öz arealında qalır, lakin areal daxilində həyat şəraiti 

dəyişir. Aşağıdakı canlılardan hansı bu növəmələgəl-

mədən yaranmışdır? 

A) Daur qara şamı     

B) Şişyarpaq qaymaqçiçəyi    

C) Kassuba qaymaqçiçəyi  

D) Şərqi Asiya arıquşu     

E) Kəkilli arıquşu 

İZAHI: Sualda ekoloji növ əmələ gəlmədən yaranan  

Kəkilli arıquşudur (qidaya ixtisaslaşması ilə).  

Cavabı: E bəndidir 

 

16. Aşağıdakılardan hansı ibtidai bitki deyil

A) ulva               B) fukus         C) xlorella     

D) efedra

            E) spirogira 

İZAHI: Efedra – çılpaqtoxumlu olub, ali bitkidir. 

qalanları yosundur – ibtidai bitki. Cavabı: D bəndidir 

 

17. 

  

Cədvələ əsasən   X+Y+Z cəmi hansına uyğundur? 



A) Onurğanın kifoz əyriliyini əmələ gətirən 

şöbələrdəki fəqərələrin sayına 

B) İnsanda döş sümüyünə bilavasitə birləşən 

sümüklərin sayına 

C) İnsanda ürək boşluğuna açılan iri venaların sayına 

D) Yetkin insanın alt çənəsində yerləşən böyük və 

kiçik azı dişlərinin sayı cəminə  

E) Onurğanın lordoz əyriliyini əmələ gətirən 

şöbələrdəki fəqərələrin sayına 

İZAHI:

 

Balıqlarda ürək kameralarının sayı – 2, 



yarasada sərbəst barmaqların sayı – 12, bal arısının 

sadə gözlərinin sayı – 3.  X+Y+Z=17= Onurğanın 

Qlükoza                  Nişasta 

I                             II 



  Müəllim qəbul imtahanı – 2016                                                                                                     Biologiya 

 

  



HƏDƏF  KURSLARI                                                                                                                                    3                                                                  

w

w

w

. hede

f. 

edu. a

z 

kifoz əyriliyini əmələ gətirən şöbələrdəki fəqərələrin 

sayına (döş-12+oma 5) 

B) İnsanda döş sümüyünə bilavasitə birləşən 

sümüklərin sayına – 16 

C) İnsanda  ürək boşluğuna açılan iri venaların sayına – 

D) Yetkin insanın alt çənəsində yerləşən böyük və 



kiçik azı dişlərinin sayı cəminə – 10  

E) Onurğanın lordoz əyriliyini əmələ gətirən 

şöbələrdəki fəqərələrin sayına – 12 

Cavabı: A bəndidir 

 

18. Bir infuzor tərlikdə orta hesabla 180 həzm 

vakuolunun yarandığı müddətdə, başlanğıc 2 

bakteriyadan maksimum neçəsi bölünməyə məruz 

qalar? 


A) 2046                 B) 510           C) 2048         

D) 1022


                 E) 1024 

İZAHI: Orta hesabla infuzor tərlikdə dəqiqədə 1 həzm 

vakuolu əmələ gəlir deməli 180 dəqiqə vaxt keçib      

180:20=9 (maksimum olduğu üçün) əmələ 

gələn=2*2

9

=1024 bölünməyə məruz qalan  



1024–2=1022. Cavabı: D bəndidir 

 

19. Kökümsov gövdəyə malikdir: 

A) pişikquyruğu          

B) yerarmudu      

C) mahmızlalə    

D) qladiolus                 

E) süsən

 

İZAHI: Pişikquyruğu – soğanaq, yerarmudu, 

mahmızlalə – gövdə yumrusu, qladiolus – soğanaqlı 

yumrulu, süsən – kökümsov. Cavabı: E bəndidir 

 

20. Aşağıda qida zəncirinə aid enerji piramidası 

verilmişdir. Buna görə hansı ifadəni söyləmək olmaz? 

 

A) Qida zəncirində olan canlıların enerjiyə olan 



ehtiyacları fərqli ola bilər. 

B) Produsent canlı qidalanma üsuluna görə digər 

canlılardan fərqlənir. 

C) Üçüncü dərəcəli konsumentlərin sayca artması 

ikinci dərəcəli konsumentlərin sayını azalda bilər. 

D) Konsument canlıların sahib olduğu enerji  

qidalandığı canlıdan asılı olaraq dəyişmir. 

E) Produsentlərin sahib olduğu enerji konsumentlərə 

ötürdüyü enerjinin miqdarları cəmindən həmişə çox 

olur. 


İZAHI: Ekosistemdə konsument canlıların sahib 

olduğu enerji qidalandığı canlıdan asılı olaraq dəyişər. 

Cavabı: D bəndidir 

21. Aşağıda genotipi verilmiş 

hüceyrə meyoz  bölünmə 

keçirərsə, minimum (I), 

maksimum (II) neçə fərqli 

qamet hazırlayar? 

 

A) I – 2, II – 4           B) I – 4, II – 8       C) I – 2, II – 16       



D) I – 4, II – 16         

E) I – 2, II – 8 



İZAHI: Minimum -2 ABC, abc maksimum  

krossingoverdən -8 ABC, abc, Abc, aBC, AbC, abC, 

ABc, aBc. Cavabı: E bəndidir 

 

22. Aşağıda verilmiş hüceyrə orqanoidlərindən 

ribosoma malik olmayanı haqqında doğru ifadələrin 

göstərildiyi variantı müəyyən edin. 

I. mitoxondri                 

II. xromoplast           

III. Holci kompleksi                       

IV. xloroplast    

V. dənəvər endoplazmatik şəbəkə 

1. Lizosomarın formalaşmasında iştirak edir 

2. bütün canlı hüceyrələrdə olur 

3. DNT-yə malikdir 

4. üzvi maddə sintez edir 

5. birmembranlı quruluşdadır 

6. ikimembranlı quruluşdadır 

7. yalnız bitki hüceyrəsində olur 

A) 4, 5, 7             

B) 1, 4, 5       

C) 1, 2, 5        

D) 1, 3, 5, 7         E) 2, 5, 6, 7 



İZAHI: Ribosoma malik olmayan Holci  kompleksidir. 

Lizosomları formalaşdırır, üzvi maddə sintez edir 

(karbohidrat və yağ) birmembranlı quruluşdadır. 

Cavabı: B bəndidir 

 

23. Aşağıdakı nəsil ağacında X cinsi xromosomu ilə  

ilişikli ötürülən xəstəlik təsvir olunmuşdur. Xəstəliyə 

tutulmuş fərdlər rəngli olaraq göstərilmişdir. Sxemə 

əsasən dişilərdən neçəsinin 100% daşıyıcı olduğunu 

dəqiq söyləmək olar? 

 

A) 6         



B) 5         C) 7       D) 8       E) 9 

İZAHI: 

 

ÜÇÜNCÜ 

DƏRƏCƏLİ 

KONSUMENT 

 

İKİNCİ 

DƏRƏCƏLİ 

KONSUMENT 

 

BİRİNCİ 

DƏRƏCƏLİ 

KONSUMENT 

10 KC 

 

 

100 KC 

 

 

1,000 KC 

PRODUSENT 

 

10,000 KC 

 


  Müəllim qəbul imtahanı – 2016                                                                                                     Biologiya 

 

  



HƏDƏF  KURSLARI                                                                                                                                    4                                                                  

w

w

w

. hede

f. 

edu. a

z 

Oğlan uşağı xəstə, ata sağlamdırsa ana 100% 

daşıyıcıdır. Deməli 5, 2, 1, 4, 7 nömrəli dişilər cəmi 5  

dişi, bir də ata xəstədirsə qız  uşağı 100% daşıyıcı olar  

6 nömrəli dişini da əlavə olaraq deyə bilərik  CƏMİ –6 

DİŞİ. Cavabı: A bəndidir 

 

24. Viruslara aid olan doğru ifadələrin verildiyi variant 

aşağıdakılardan hansıdır? 

1. yalnız eukariotlarda parazitlik edir 

2. təbiətdə qeyri-aktiv, kristal formasında olurlar 

3. kapsid zülalı ribosomlarında sintez olunur 

4. timin və urasil nukleotidinə eyni bir virusda rast 

gəlinmir 

5. bütün nümayəndələrində xarici örtükdə yalnız zülal  

olur 

A) 2, 3, 4            B) 2, 5  



        C) 2, 4    

D) 1, 3, 4            E) 1, 2, 4 

 

 

İZAHI: 1 – səhv (Viruslar həm prokariot həm də 



eukariotlarda parazitlik edir) 

2 – doğru (təbiətdə qeyri-aktiv, kristal formasında 

olurlar) 

3 – səhv (kapsid zülalı parazitlik etdiyi hüceyrənin 

ribosomunda sintez olunar, virusun ribosomu olmur) 

4 – doğru (viruslar ya DNT ya da RNT tərkibli olur 

timin və urasil bir virusda olmaz) 

5 – səhv (qrip virusunda xarici örtükdə zülalla yanaşı  

karbohidrata da rast gəlinir). Cavabı: C bəndidir 

 

25. Uyğunsuzluğu müəyyən edin. 

A) Trias – timsahların əmələ gəlməsi 

B) Perm – trilobitlərin nəslinin kəsilməsi 

C) Təbaşir – əsl sümüklü balıqların meydana çıxması 

D) Ordovik – onurğalılarda ilk dəfə sümük 

toxumasının yaranması 

E) Devon – çarpaz tozlanmanın yaranması 



İZAHI: Əsl sümüklü balıqların meydana çıxması –

TRİAS. Cavabı: C bəndidir 



 

Yüklə 408,22 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin