Mübariz Yusifov 154 Eyni kökdən rus dilində, həmçinin, нищать (yoxsullaş-
maq), нищета (yoxsulluq, mənəvi düşkünlük), нищий (dilən-
çi), нищенство (son dərəcə yoxsulluq, dilənçilik) kimi sözlər
də yaranmışdır.
Beləliklə, eniş sözünün ikinci tərkibini rus dilindəki adek-
vatla müqayisə etdikdə Azərbaycan dilindəki –niş tərkibinin rus
dilindəki uyğun vahidin adekvatı olduğu müəyyənləşdirilə bi-
lir. Eniş sözü, artıq, əvvəlki söz-söz modelindən uzaqlaşıb. Ona
görə də bu sözün-niş tərkibini sabit variantda qəbul etsək e hissə-
si analitiklik mərhələsinə məxsus prefiks səciyyəli vahid hesab
olunmalıdır. En hissəsini sabit hesab etsək –iş hissəsinin ilkin
variantını –niş şəklində şərti bərpa edib müqayisəli təhlil yolu
ilə onun genetik mənasını tapmaq mümkün olur. Ümumi məna-
da eniş sözü, hərfən aşağı-aşağı anlayışına uyğun gəlir. Güman
ki, iki eyni məna bir söz tərkibinə daxil olduğundan strukturda
dəyişmə baş vermiş, aqlütinasiyaya meyllilik isə – niş söz tərki-
bini –iş şəkilçi tərkibi kimi formalaşdırmışdır.
-Niş tərkibinin müvafiq adekvatlarına ərəb və fars dillərinə
aid nümunələrdə də rast gəlmək olur. Ərəb dilində aşağı enmə,
göydən yerə enmə mənasında nüzul sözü işlənir. Sözün nüz tər-
kibi mənasına və quruluşuna görə Azərbaycan dilindəki- niş, rus
dilindəki –нищ, - ниж formaları ilə uzlaşır.
Ərəb dilində, həmçinin, enən, yuxarıdan aşağı düşən mə-
nasındakı nazil sözü vardır. Sözün nazhissəsi eniş sözündəki
-niş tərkibinin adekvatından ibarətdir. Bu adekvatlar sırasına,
həmçinin, fars dilindəki nəz (yan, yaxın), nəzdik (aşağı yan, aşa-
ğı tərəf) və nazik (incəlmiş) sözlərindəki nəz -, naz tərkiblərini
daxil etmək olar. İngilis dilində aşağı düşmək mənasında down sözü işlədilir ki, bu sözün fleksiya olunmuş (saitin kənara çıx-
ması baş vermiş) wn (won) hissəsini eniş sözünün en hissəsi ilə
müqayisə etmək olar. Buradan görünür ki, eniş sözündəki – iş