Mübariz Yusifov 134 verilir (DTS, 37). Al-kökü Alaqapı sözündə işlənərək, həmçinin,
hündür qapı mənası bildirir. Alçaq, aşağı mənasındakı alt sözün-
də lt səs birləşməsi yanaşı işlənmişdir. Belə güman etmək olar
ki, bu sözün tərkibindəki lt səs birləşməsi vaxtı ilə birləşmə tər-
kibindəki saitin fleksasiya nəticəsində kənara çıxması sayəsində
yaranmışdır. Yaxud söz iki tərkibdən ibarət olmuş (al-lit *
) son-
radan sıxlaşaraq alt şəklinə düşmüşdür. Rus dilində alt sözünün
tərkibindəki lt birləşməsinin lit (лить) şəklindəki tam variantı
mövcuddur. Rus dilindəkи лить sözünün yuxarıdan aşağıya tö- külmək, axmaq, yağmaq; литься sözünün axıb tökülmək kimi
mənalarının olduğunu nəzərə alıb alt sözündəki lt hissəsinin lit kökü ilə adekvatlıq təşkil etdiyini söyləmək olar. İngilis dilində
lit-kökünün aşağılıq bildirmək mənasını kiçiklik, gödəklik, azlıq, hündür olmayan anlayışlarını özündə cəmləşdirən little (lit(ə)l)
sözündə müşahidə etmək olar. Tərkibində lit-kökü işlənən yu-
nan mənşəli litota sözündə də kiçiltmə, kiçiklik mənası bildirilir.
Al kökünün hündürlük mənası ərəb dilində işlənən ali (uca),
aliyə (yüksək, uca), ərəb-fars mənşəli aliməqam (uca məqamlı,
uca mərtəbəli) sözlərində ifadə olunur. Dünyanın bir çox dillə-
rində işlənən, latın mənşəli alpinist (ucalığı fəth edən) sözünün
tərkibində də hündürlük anlayışı bildirən al-tərkibi işlənir. Yunan
mənşəli Olimp (ucalıq, uca dağ) sözündəki ol-tərkibi də məna-
ca al-kökünün adekvatı hesab edilə bilər. İngilis dilində işlənən,
tərkibində al-formatı iştirak edən ale sözü mənaca böyük, bütöv, tam, bütün, bütünlüklə anlayışlarını özündə ümumiləşdirir.
Dil kökü. Dilkökü sinkretik bir vahid kimi kəsmək, ağız üzvü və nitq, danışıq mənalarında işlənir. Dil sözünün kəsmək
mənasını dilik, dilikli, dilim, dilimləməksözlərində müşahidə
etmək olur. Dil-kökünün дел adekvatı rus dilindəki делёж (böl-
gü, bölüşdürmə, bölmə), деление (bölmə, ayırma), делитель (bölən), делить (bölmək, ayırmaq), делиться (bölünmək),