MüASİr azərbaycan əDƏBİ DİLİNİn fonetikasi (30 saat mühazirə) I mühaziRƏ fonetikanin ümumi MƏSƏLƏLƏRİ



Yüklə 0,66 Mb.
səhifə4/13
tarix02.01.2022
ölçüsü0,66 Mb.
#42075
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   13
Fonetika, I mühazirə

Fonetikanın əhəmiyyəti. Dil dedikdə biz, birinci növbədə, səslənmə ilə təzahür edən bir hadisəni başa düşürük. Əslində dünya dillərinin bir qismində danışığın ümumi şəkildə səslənmə hadisəsində fəal vəzifəsi olan bir üzvün adı ilə, yəni rusca язык, fransızca langue, türk dillərində til, dil adlanması da dil üçün səslənmənin və danışıq üçün dilin nə qədər vacib olduğunu göstərən bir dəlildir. Axı, ağız boşluğuna gələn hər cür səs axınından müxtəlif səslərin yaranmasında iştirak edən ən mühüm üzv ağız boşluğunda hərəkət edə bilən dildir. Elə buna görə də dildən, yəni danışıqdan bəhs edərkən, biz ancaq səslənmə ilə bağlı olan və danışıq üzvləri vasitəsi ilə formalaşan səsli dili başa düşürük.

Dil tələffüz olunur və eşidilir, şərti işarələrlə – hərflərlə yazılır və oxunur. Beləliklə, dil tələffüz olunan, yazılan, oxunan və eşidilən nitq kimi müxtəlif formalarda olsa da, yenə, əsasən, səslərlə təzahür edir. Buna görə də səs dilin maddi qabığı hesab olunur və dil səslərlə maddiləşən bir ictimai hadisə sayılır.

Hər bir dildəki səslər müxtəlif olduğu kimi, müxtəlif dillərdəki, hətta oxşar səslər də tam eyniyyət təşkil etmir.

Bundan başqa, dil dəyişdikcə, inkişaf etdikcə dildəki səslərdə də az-çox dəyişiklik ola bilir. Cəmiyyətin inkişafı ilə bağlı olaraq dəyişən dilin maddi vasitəsi olan səslərin dəyişməsi, dilin bir sıra fonetik qanun və hadisələrinin dəyişməsinə, hətta yeni fonetik qanunların yaranmasına səbəb ola bilir. Məhz buna görə də dili həm əməli məqsədlə öyrənmək üçün, həm də nəzəri məqsədlərlə tədqiq etmək üçün onun maddi hissəsini, yəni səsləri bilmək, səslərlə əlaqədar bir sıra hadisələri və qanunları başa düşmək zəruridir.

Sadə şəkildə desək, əlifba düzəltmək, orfoqrafiya qaydalarını tənzim etmək, həm də bunlan təlim etmək, düzgün tələffüz əsaslarım müəyyənləşdirmək və öyrətmək, başqa dilləri öyrənmək, loqopedləri (dili nöqsanlı olan uşaqları: pəltək, kəkələyən və ya müəyyən səsləri tələffüz edə bilməyən) təlim etmək və daha bir sıra sırf əməli məqsədlər üçün dilin səslərini və fonetik qanunlarını öyrənmək çox zəruridir.

Bunlar eyni zamanda səslərin dəyişmə, əvəzlənmə, düşmə, artma qanunlarını, tarixi inkişaf yollarım nəzəri cəhətdən tədqiqetmənin zəruriliyini doğurur. Bundan başqa, dillərin tarixi tədqiqində tətbiq olunan müqayisəli tarixi üsul daha çox tarixi fonetikaya əsaslanır, bu isə qohum dillərin tərkibinin öyrənilməsi zərurətini bir daha aydın göstərir.

Bütün bunlar, ümumən dilçilik elminin, xüsusən onun bir bölməsini təşkil edən fonetikanın əhəmiyyətini nümayiş etdirən konkret faktlardır. Buna görə də hər bir mədəni adam nitq mədəniyyətinə yiyələnmək üçün əvvəlcə dilin fonetik əsaslarını bilməlidir.


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin