Müalicə bədən tərbiyəsi üzrə həkimin nümunəvi vəzifə



Yüklə 22.01 Kb.
Pdf просмотр
tarix25.12.2016
ölçüsü22.01 Kb.

Azərbaycan Respublikası Səhiyyə Nazirinin 

19 sentyabr 2012-ci il tarixli 70 nömrəli 

əmri ilə təsdiq edilmişdir. 

 

 

Müalicə bədən tərbiyəsi üzrə həkimin  nümunəvi vəzifə 

T Ə L İ M A T I 

 

I.  Ümumi müddəalar 

1.  

Bu  vəzifə  təlimatı müalicə  bədən tərbiyəsi üzrə  həkimin vəzifə 



öhdəliklərini, hüquq və məsuliyyətini müəyyən edir. 

2.  


Müalicə  bədən tərbiyəsi üzrə  həkim vəzifəsinə baza ali tibb təhsili olan 

şəxs təyin edilir.  

Elmi-tədqiqat institutlarının klinikalarında, respublika mərkəzlərində 

(xəstəxanalarda), klinik xəstəxanalarda ali tibb təhsili olan və qanunvericiliklə 

müəyyən edilmiş qaydada “fizioterapiya və tibbi bərpa” ixtisası üzrə peşə hazırlığı  

keçmiş, ixtisası üzrə ən azı 3 il əmək stajına malik  şəxs təyin edilir.  

 3.  

Müalicə bədən tərbiyəsi üzrə həkim Azərbaycan Respublikasının qüvvədə 



olan qanunvericiliyinə uyğun olaraq tibb müəssisə  rəhbərinin  əmri ilə  vəzifəyə  təyin  

və vəzifədən azad edilir. 

4.  

Müalicə  bədən tərbiyəsi üzrə  həkim bilavasitə müalicə  bədən tərbiyəsi 



şöbəsinin müdirinə, onun olmadığı halda isə tibb müəssisəsinin rəhbərinə və ya onun 

müavininə tabe olur. 

5.  

Müalicə bədən tərbiyəsi üzrə həkim aşağıdakıları bilməlidir: 



5.1.   Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan 

Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını; səhiyyə 

müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları; 

5.2.   xəstəxana və ambulator-poliklinik müəssisələrində, təcili və 

təxirəsalınmaz hallarda əhaliyə müalicə-profilaktika və dərman  yardımının təşkilinin 

əsaslarını; 

5.3.   öz  ixtisası üzrə profilaktika, diaqnostika, müalicə  və reabilitasiyanın 

müasir metodlarını; 

5.4.   fizioterapiya və tibbi bərpa xidmətinin təşkili, strukturu, ştatları və təchiz 

edilməsi ilə bağlı məsələləri; 

5.5.   öz  ixtisası üzrə qüvvədə olan normativ hüquqi və  təlimat-metodik 

sənədləri; 

5.6.   tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını; 

5.7.   əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial 

ekspertizanın aparılması qaydasını; 

5.8.   dispanserizasiyanın  əsaslarını, prinsip və metodlarını; 

5.9.   tibbi  sığorta  şəraitində  səhiyyə müəssisəsinin və tibb işçilərinin 

fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını;  

5.10.   həkimlərin etik davranış qaydalarının, tibbi etika və deontologiyanın 

əsaslarını;  



5.11. insan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və 

laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını;  

5.12.   təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını;  

5.13.   sanitar-maarifləndirmənin əsaslarını;  

5.14.   daxili  əmək intizamı qaydalarını;  əməyin mühafizəsi, təhlükəsizlik 

texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını.   

 

II.



 

Vəzifə öhdəlikləri 

 

6.  



Müalicə  bədən tərbiyəsi üzrə  həkim müalicə  bədən tərbiyəsi və 

pasiyentlərlə prosedur üzrə  məşğələlərin keçirilməsi üçün gimnastik kompleksləri 

işləyib hazırlayır. 

7.  


Müalicə bədən tərbiyəsi üzrə metodik işin vəziyyətini təhlil edir və onun 

səmərəliliyinin yüksəldilməsi üzrə təkliflər işləyib hazırlayır. 

8.  

Fiziki  sağlamlığın bərpası  və  xəstə  və  əlillərin hərəkətverici fəallığında 



pozuntuların korreksiyası üzrə müalicə bədən tərbiyəsinin müasir metodlarını öyrənir 

və yayır. 

9.  

Orta tibb heyətinin ixtisasının artırılması işində iştirak edir. 



10.   Orta tibb heyəti tərəfindən müalicə bədən tərbiyəsi üzrə məşğələlərin və 

prosedurların yerinə yetirilməsinin keyfiyyətinə nəzarət edir. 

11.   Reabilitasiya metodikasının müəyyən edilməsi məqsədi ilə həkimlə birgə 

xəstəyə baxışda iştirak edir, xüsusi hallarda məşğələlər aparır. 

12.   Xəstələr və onları qohumları arasında sağlamlığın möhkəmləndirilməsi və 

xəstəliklərin profilaktikası, sağlam həyat tərzinin təbliği üzrə sanitar-maarifləndirmə 

işini aparır. 

13.   Qanunvericiliklə müəyyən edilmiş müddətdə  işlədiyi istiqamət üzrə 

təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır. 

14.   Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir. 

 

III.

 

Hüquqlar 

 

15.   Müalicə bədən tərbiyəsi üzrə həkim aşağıdakı hüquqları vardır: 

15.1.   özünün əmək fəaliyyətinin təşkilinin və şərtlərinin təkmilləşdirilməsi üzrə 

rəhbərliyə təkliflər vermək;  

16.2.   öz  səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə  nəzarət 

etmək, sərəncamlar vermək və onlardan dəqiq icra tələb etmək, həvəsləndirilmə  və 

tənbeh edilmə  üzrə rəhbərliyə təkliflər vermək; 

15.3.   öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını 

və normativ-hüquqi sənədləri rəhbərlikdən  tələb etmək, əldə etmək və istifadə etmək;  

15.4.   onun  işi ilə bağlı  məsələlərin müzakirə olunduğu elmi-praktik 

konfranslarda və müşavirələrdə iştirak etmək; 

15.5.   müəyyən olunmuş qaydada ixtisas dərəcəsi almaq. 

16.   Müalicə  bədən tərbiyəsi üzrə  həkim Azərbaycan Respublikasının  Əmək 

Məcəlləsinə uyğun olaraq bütün əmək hüquqlarından istifadə edir. 

 




IV.

 

Məsuliyyət 

 

17.   Müalicə  bədən tərbiyəsi üzrə  həkim aşağıdakılara görə  məsuliyyət 

daşıyır: 

17.1.   ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata 

keçirilməsinə;  

17.2.   öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-

hüquqi aktların vaxtında və peşəkar səviyyədə yerinə yetirilməsinə; 

17.3. 


 

daxili intizam, yanğın təhlükəsizliyi və  təhlükəsizlik texnikası 

qaydalarına riayət edilməsinə; 

17.4.   qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər 

xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə; 

17.5.   öz  fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş 

qaydada təqdim edilməsinə; 

17.6.   tibb  müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə    təhlükə yaradan 

təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan 

qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ 

tədbirlər həyata keçirilməsinə

18.   Müalicə bədən tərbiyəsi üzrə həkim əmək intizamının, qanunvericilik və 

normativ-hüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə  əsasən, 

təqsirin ağırlıq dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət 



məsuliyyətinə cəlb edilə bilər.    

 



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə