Mövzunun planı: “Hörümçək toru” modelinin mahiyyəti


Qiymətin zaman içindəki hərəkətnin üç halı



Yüklə 0,53 Mb.
səhifə3/9
tarix18.04.2023
ölçüsü0,53 Mb.
#99913
1   2   3   4   5   6   7   8   9
3. Qiymətin zaman içindəki hərəkətnin üç halı

Əvvəlki mövzuda qeyd etmişdik ki, A əmsalının dəyəri funksiyanın zaman içindəki hərəkətinin xarakterini dəyişmir, sadəcə prosesin daha sürətlənməsində yaxud yavaşımasında rol oynayır. Həm də qeyd etmişdik ki, A > 0 olduqda miqyas effekti (A = 1 halı istisna olmaqla), A < 0 olduqda isə ayna və miqyas effekti (A= -1 halında yalnız ayna effekti) olur. “Hörümçək toru” modelinin tamamlayıcı həllində A = -dir. Beləliklə,



  • Mövsümin başlanğıc qiyməti p0 bazar tarazlığı qiymətindən (pe-dən) yüksək olarsa, yəni po > pe isə, A > 0 olacaq. Deməli bu halda (A = 1 halı istisna olmaqla) miqyas effekti özünü göstərəcək;

  • Mövsümin başlanğıc qiyməti p0 bazar tarazlığı qiymətindən (pe) aşağık olarsa, yəni po < pe isə, A < 0 olacaq. Bu halda (A = -1 halı istisna olmaqla) həm ayna, həm də miqyas effekti olacaq.

Aydındır ki, qiymətin zaman içindəki hərəkətinin xarakterini müəyyən edən tamamlayıcı həlldəki ( )-dir. Burada b – tələbin elastikliyi, b1 isə təklifin elastikliyidir, yəni
b = və b1 =
Məlum olduğu kimi, ümumiyyətlə, tələb əyrisi negativ bir meylliyə (yəni malik olmasına rəğmən, təklif funksiyasının meylliyi pozitivdir . Bu, olduğunu ifadə edir. Buna görə də qiymət zaman içində “yellənçəkvari” bir hərəkətə malik olur. Hamar olmayan bu rəqslər yaxınlaşan, uzaqlaşan yaxud da bərabər aralıqlı ola bilər. Hər bir konkret mal bazarında qiymətin hərəkətinin tarazlığa yaxınlaşan yaxud uzaqlaşan olması isə tələb və təklif əyrilərinin meylliyinin (yəni bb1-in) mütləq kəmiyyətlərinin nisbətindən asılı olur. Belə ki:

  1. Tələbin elastikliyi təklifin elastikliyindən çox olduqda, yəni tələb əyrisinin meylliyi təklif əyrisinin meylliyindəm böyük olması halında 1 olar. Bu halda qiymətin zaman içində hərəkəti tarazlıq qiymətinə (Pe) yaxınlaşan olur: dalğalar getdikcə kiçilir və tarazlıq nöqtəsinə yaxınlaşır (şəkil 5.1).

Müəyyən bir ekzogen (xarici) dəyişən səbəbindən malın bazar qiyməti tarazlıq qiymətindən (Pe) artıb P1 qiyməti səviyyəsinə qalxanda (şəkil 5.1-dəki qrafikdə E1 nöqtəsinə uyğun olur) belə yüksək qiymət istehsalçıları əlavə məhsul buraxılışına həvəsləndirir və növbəti dönəmdə təklifin miqdarı təklif əyrisi üzərindəki F2 nöqtəsinə uyğun olur. Bu halda təklif artdığından qiymət tələb əyrisi üzərindəki E2 nöqtəsinə hərəkət edir ki, nəticədə qiymət P2 səviyyəsinə enir. Bu halda firmalar istehsalı F3 nöqtəsinə doğru azaldırlar ki, nəticədə yenidən qiymət artımı baş verir və tələb əyrisi üzərindəki E3 nöqtəsinə uyğun P3 qiyməti formalaşır.


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin