Ticarət evlərinin ümumi, əsas funksiyalarına xarici ticarət vasitəçilik fəaliyyəti, yəni: ixrac və idxal əməliyyatlarının yerinə yetirilməsi, yəni beynəlxalq tələb mənbələrinin axtarışı və araşdırılması, habelə xarici ticarətin və xarici iqtisadi əlaqələrin təmin edilməsi üzrə müvafiq kargüzarlığın və gömrük və digər rəsmiyyətçiliklərin təşkili, valyuta mübadiləsinin təşkili, nəqliyyat xidmətləri göstərilməsi və daşıma və anbarlara yığma məsələləri üzrə, malların hərəkət marşurutları və beynəlxalq logistikanın digər məsələləri üzrə məsləhət verilməsi, sığortalanmanın təmin edilməsi və s. aiddir.
Spesifik funksiyalar ixraca və idxala maliyyə xidməti göstərilməsi və onların kreditləşdirilməsi ilə , müştərilərin xüsusi ticarət agentləri ilə və yeni alıcılarla və satıcılarla əlaqələrinin təşkili ilə əlaqədardır.