Mövzu Ümumi makroiqtisadi tarazlıq və onun səmərəliliyi



Yüklə 110,84 Kb.
səhifə7/9
tarix08.10.2022
ölçüsü110,84 Kb.
#64745
1   2   3   4   5   6   7   8   9
Makro 7

İnvestisiyanın Növləri

  1. Ümumi investisiyalar, Xalis investisiyalar

Bir iqtisadiyyatda bir il içərisində, mövcudlara yenidən əlavə edilmiş olan kapital malları və avadanlıqların ümumi dəyərinə ümumi investisiya deyilir. Ümumi investisiyadan amortizasiyaları çıxdıqdan sonra qalan hissəyə xalis investisiya deyilir.
b) Real investisiya, Maliyyə investisiyası
Maşın, cihaz, avadanlıq, bina yol, su anbarı kimi inşaat yatırımları real investisiyalardır. Buna baxmayaraq yeni qurulan və ya daha əvvəl qurulmuş olan bir şirkətin səhmlərinin satın alınması isə maliyyə investisiyaları qrupuna daxildir.
c) İnfrastruktur investisiyaları, İnfrastruktur əsasında edilən investisiyaları
Birbaşa istehsalla əlaqəsi olmayan, lakin mal və xidmət vahidlərinin daha səmərəli çalışması üçün əlverişli mühiti təmin edən təməl investisiyalara infrastruktur investisiyaları deyilir (Yol, körpü vs). Ümumiyyətlə dövlət tərəfindən həyata keçirilir. İnfrastruktur əsasında edilən investisiyalar isə, infrastruktur investisiyalarının hazırladığı əlverişli mühitdə qurulan, istehsalda birbaşa iştirak edən və mənfəət məqsədi güdən investisiyadır.
İnfrastruktur sərmayələri üç qrupa ayrılar:

  • İctimai sabit investisiyalar (fiziki investisiyalar): birbaşa dövlət tərəfindən ictimai fayda yaratmaq məqsədi ilə edilən və mənfəə əldə etmək məqsədi olmayan yol, körpü, sulama kanalları kimi investisiyaları əhatə edər.

  • Bəşəri kapitala investisiyalar: insanlar üçün edilən və onların məhsuldarlığını artırmağa istiqamətlənmiş investiyalardır (təhsil, səhiyyə vs. xərcləri).

  • Təşkilati infrastruktur investisiyaları: bir iqtisadiyyatda mövcud təşkilatların rəhbərlik və təşkilatına bağlı mövzular ilə təşkilatların maliyyə və hüquqi strukturlarında fəaliyyəti artırmaq məqsədiylə edilən xərcləri əhatə edər.

d) Sərbəst (Müstəqil) və Milli Gəlirdən Asılı İnvestisiyalar
Sərbəst və ya müstəqil investisiyalar istər milli gəlirdəki və istər də buna bağlı olaraq tələb miqdarındakı dəyişmələrdən təsirlənməyən və onlardan müstəqil olaraq həyata keçirilən investisiyalardır. Yəni, milli gəlirdəki artım və azalışlar sərbəst investisiyalara təsir etməz.
Asılı investisiyalar isə sərbəst investisiyların əksinə milli gəlirdəki artım və azalışlara bağlı olaraq əmtəə və xidmətlərə olan tələbdə meydana gələn artımlardan təsirlənən və onlara uyğun olaraq azalan və ya artan investisiylardır.
Buradan əldə edəcəyimiz nəticəyə görə milli gəlirlə asılı investisiyalar arasında funksional bir əlaqə mövcuddur.


Yüklə 110,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin