Mövzu Sığorta orqanlarında mühasibat uçotunun əsasları. Plan: Təsərrüfat uçotu haqqında anlayış Mühasibat uçotunun tərkib hissələri və onların xarakteristikası


Mövzu 15. Birbaşa sığorta əməliyyatlarının uçotu



Yüklə 73,96 Kb.
səhifə20/41
tarix02.01.2022
ölçüsü73,96 Kb.
#36193
1   ...   16   17   18   19   20   21   22   23   ...   41
kitab (2)

Mövzu 15. Birbaşa sığorta əməliyyatlarının uçotu

Plan:

1.Birbaşa sığorta anlayışı
2.Sığorta ödənişlərinin uçotu və hesabatı
3.Birbaşa sığorta ödənişinin aparılma qaydası
4.Şərtli və şərtsiz franşizanın hesablanması və ödəniş qaydası

Sığorta təsnifatı sığortanın sahələrə,yarımsahələrə,növlərə,həlqələrə bölgüsünün elmi sistemini ifadə edir.Burada hər bir həlqə özündən əvvəlki həlqənin tərkibinə aid edilir.Sığorta təsnifatının əsasına iki kriteriya qoyulmuşdur: təşkilindəki və obyektlərdəki fərqlər.


Sığorta bazarında icbari və könüllü sığorta formalarında sığorta məhsulu reallaşdıran ixtisaslaşdırılmış sığorta təşkilatları iştirak edir,fəaliyyət göstərir.
Birbaşa sığorta anlayışına nəzər salmaqdan öncə sığorta bazarında tətbiq olunan sığorta növlərini yada salaq.
İcbari sığorta qanun əsasında sığorta fondunun yaradılması,istifadəsi ilə bağlı olan mülki-hüquqi münasibətləri ifadə edir.İcbari sığortanın növləri,şərtləri və aparılma qaydaları mövcud qanunvericiliklə tənzimlənir.Deməli ,hər bir sığorta müqaviləsi hüquqi və məsuliyyət tələb edən sənəd olmaqla,sığortaçının sığortalı qarşısında birbaşa məsuliyyətini özündə əks etdirir.
İcbari sığorta növlərinə aid edilən sığorta formaları birbaşa sığorta növlərinə aid edilir.Birbaşa sığorta növləri üzrə sığorta ödənişləri fərdi qaydada həyata keçirilir və bu ödənişlərin məbləğləri(sığorta haqqı) sığorta şirkətlərində “pul vəsaitlərinin hərəkəti”hesabatında uçota alınır.
Bəzi hallarda sığortaçılar ödənişin bir hissəsinin ödənilməsindən azad olma məbləği məbləği təklif etməklə çıxış edirlər.Bütün hallarda maliyyə təzminatının məbləği sığorta ödənişinin hansı məbləğdə ödənilməsi üçün əsasdır.İdeal halda sığortaçının öhdəliyi maliyyə təzminatının tam m əbləğinə bərabərdir. Lakin,sığorta müqaviləsində azadolma məbləği nəzərdə tutulduqda ,öhdəlik və bu öhdəliyə uyğun olan sığorta ödənişinin məbləği təzminatın məbləğindən az ola bilər. Azadolma məbləği (Franşiza) ifadəsindəki “azadolma”sığortaçının ödənişdən azad edilməsinə işarədir.Azadolmanın iki əsas növü vardır:
1.Şərtsiz azadolma
2.Şərtli azadolma.
Şərtsiz azadolma məbləğinin nəzərdə tutulduğu müqavilədə sığortaçı hər bir itkinin müəyyən məbləğini ödəməkdən azad edilir və bu məbləği ödəmək sığortalının üzərində qalır. Məsələn:avtomobil sığortası müqaviləsində şərtsiz azadolma məbləği 200 man.nəzərdə tutulmuşdur.Belə olan halda maşına 200 manata qədər zərər dəyərsə,sığorta ödənişi verilmir. Avtomobilə 200 manatdan çox məbləğdə,məsələn 1000 man.zərər dəyərsə ,sığortaçı 800 man.ödəyir. Yəni,dəymiş zərər 1000man.- şərtsiz azadolma məbləği 200=800.
Şərtli azadolma məbləğinin müqavilədə nəzərdə tutulduğu halda,sığorta hadisəsi nəticəsində dəyən zərərin məbləği azadolma məbləğindən çox olduqda təzminat məbləğindən azadolma məbləği şıxılmır.Məsələn: şərtli azadolma məbləği 100 man.göstərilmişdirsə,yenə də 100 manatdan aşaği zərər hallarında bütün zərər sığortalınıın özü tərəfindən ödənilir.Əgər avtomobilə 100 man.artıq ,təxminən 300 man.zrər dəymişdirsə ,bu halda sığorta ödənişi tam təzminat məbləğində verilir.
Ola bilsin ki,əmlakın sığortası müqaviləsində sığorta məbləği əmlakın dəyərindən az nəzərdə tutulsun.Bu qismən sığorta adlanır,yəni əmlak tam dəyərində yox,qismən sığortalanıb.Bu halda əmlak zədələndikdə söğorta ödənişi sığorta məbləğinin əmlakın dəyərinə olan nisbətində ödənilir.Bu zaman sığorta ödənişinin məbləği aşağıdakı kimi hesablanır:

Yüklə 73,96 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin