Mövzu SƏs-küy və TİTRƏYİŞLƏRDƏn mühafiZƏ Üsullari səs-küyün insan orqanizmə təsiri



Yüklə 23,22 Kb.
səhifə4/4
tarix14.12.2023
ölçüsü23,22 Kb.
#176990
1   2   3   4
Mövzu 9. Səs-küy və titrəyişlərdən mühafizə üsulları

Titrəyişlərlə mübarizə üsulları
Titrəyişlərlə səmərəli mübarizə məqsədi ilə onların parametrlərinə iki növ normalar qoyulmuşdur: gigiyenik və texniki.
Gigiyenik normalarda fizioloji tələblər nəzərə alınaraq, iş yerlərində və işçinin əllərinin iş vaxtı təmasda olduğu səthlərdə titrəyişlərin vibro xəstəliklərin əmələ gəlməsini istisna edən parametrləri məhdudlaşdırılır. Texniki normalarda fizioloji tələblərdən əlavə, maşınların konkret növü üçün hazırkı texniki səviyyədə titrəyiş parametrlərinin mümkün olan məhdudlaşdırılma qiymətləri də nəzərə alınır.
Layihə edilən və istismarda olan bütün maşın və alətlərin titrəyiş parametrləri yoxlanılmalıdır. Titrəyiş parametrləri normalarla buraxılabilən qiymətlərdən yüksək olan avadanlıq istismara buraxılmamalıdır.
İstehsalatda titrəyişləri aradan qaldırmaq və zəiflətmək üçün texniki və gigiyenik üsullardan istifadə edilir. Bu üsulların köməyi ilə titrəyiş mənbələrində onun ləğv edilməsi və ya azaldılması, iş yerlərinin titrəyişin təsirindən mühafizə edilməsi, işləyənlərin fərdi mühafizəsi və titrəyiş təhlükəli peşələrdə əməyin təşkili üzrə kompleks tədbirlərin görülməsi nəzərdə tutulur.
İstehsalatda ehtizaz və titrəyişlər aşağıdakı üsullarla aradan qaldırılır.
1. Texnoloji və konstruktiv dəyişikliklərlə- irəli - geri hərəkəti fırlatma ilə, dişli çarx ötürmələrini pazvarı qayış ötürməsi ilə, düz dişləri çəp dişlərlə, yırğalanan yastıqları sürüşkən yastıqlarla əvəz etmək, zərbəli hissələrdə plastmas, neylon, kapron və s. materiallar tətbiq etmək, yaxud texnoloji məsafəni (aralığı) maksimum azaltmaq, mərkəzləşmənin dəqiqliyini təmin etməklə və s.
2. Təşkilati-texniki tədbirlərlə-əlverişli istismar rejimi yaratmaq, müntəzəm yağlama, planlı-xəbərdarlıq təmiri aparmaq, əlverişli iş prosesi yaratmaqla və s.
3. İzoləedici və titrəyiş azaldan materialların tətbiqi ilə (məsələn, plastmas, rezin, ruberoid, keçə, mastika və s.). Bu halda rəqsi enerjinin azalması istilik enerjisinə çevrilməklə başa gəlir.
4. Fərdi mühafizə vasitələrinin tətbiqi ilə. Məsələn, yaylı dəstək, xüsusi əlcək və ayaqqabılar və s. işlətməklə.
Küydən müdafiə - istehsalatda işləyən əhalinin küyün xoşagəlməz təsirindən müdafiəsi məqsədilə istehsal müəssisələrinin planlaşdırma, tikilməsində və istismarı etaplarında, maşın və avadanlıqların quraşdırılması zamanı kompleks olaraq təşkilati, texniki və tibbi tədbirlər görülməlidir.
Səs-küyün normallaşması - onun insan orqanizmə zərərli təsiri ilə mübarizənin əsas tədbirdir, istehsalat sahəsində və iş yerində səs-küyün səviyyəsinin yol verilən norması çoxsaylı tibbi araşdırmalar və tədqiqatların nəticələrinə əsaslanır. Bu tədqiqatlar əsasında istehsal şəraiti şərtlərində olan insana uzun müddətli təsiri onun sağlamlıq vəziyyətində təhlükə yaranmasına səbəb olmayan səs-küyün son səviyyəsi müəyyən edilmişdir.
İşləyən maşın və mexanizmlərdə səs-küyün başlıca mənbəyi diyirlənmə podşipnikləri, dişli və zəncir ötürücüləri, tarazlanmayan fırlanan hissələrdir.
Səs-küylə mübarizədə fırlanan detalların balanslaşdırılmasının dəqiqliyinin artırılması böyük əhəmiyyətə malikdir. Həmçinin səs-küylə mübarizədə səs-küy mənbəyinin səs izolyasiyası və səsboğanların quraşdırılması metodu ilə aparıla bilər. Xüsusi səs-küylü qurğuların izolyasiyası üçün səs əksetdirən ekranlardan istifadə olunur.
Yüklə 23,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin