Mövzu Regional sosial-iqtisadi inkişafın nəzəri metodoloji əsasları


 Regional sosial-iqtisadi inkişafın tətbiqi xüsusiyyətləri



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə3/90
tarix02.01.2022
ölçüsü1,72 Mb.
#39349
1   2   3   4   5   6   7   8   9   ...   90
YourFileName

1.2 Regional sosial-iqtisadi inkişafın tətbiqi xüsusiyyətləri 
         Uzun  illər  dünya  təcrübəsində  müəyyən  ölkənin  sosial-iqtisadi  inkişafında 
regionların  (ərazilərin)  inkişafının  əhəmiyyəti  və  zərurihyi  təsdiq  edilmişdir. 
Keçmiş  SSRİ-nin  tərkibində  Azərbaycan  iqtisadiyyatının  inkişaf  etdirilməsi  üçün 
tərtib olunub həyata keçirilmiş Baş planlar, cari və perspektiv planlar, proqnoz və 
proqramlar, kompleks inkişaf planları da bunu sübut edir. Məhz bu dövrdə sosiahst 
təsərrüfat  sisteminin  (dövlət  mülkiyyətinə  üstünlük  verilən)  tələblərinə  uyğun, 
digər  ölkələrdə  isə  xüsusi  mülkiyyətə  əsaslanan  təsərrüfatçılıq  sistemi  şəraitində 
həyata keçirilirdi. 
         İqtisadi  müstəqillik  qazanmış  Azərbaycan  Respubhkasmda  indiki  şərait 
ikinciyə  uyğun  gəlir.  Keçən  dövr  ərzində  respubhkada  sosial-iqtisadi  inkişaf 
istiqamətli  bir  sıra  tədbirlər  həyata  keçirilmişdir.  Lakin  işlənib  hazırlanmış  və 
həyata  vəsiqə  ahnış  bir  sıra  sərəncam  larda,  qanunlarda,  qərarlarda  regionlar 
yaddan çıxdığına görə bütövlükdə ölkə iqtisadiyyatı ləng inkişaf edirdi. 
         Hazırkı  mərhələdə  regionların  sosial-iqtisadi  inkişaf  siyasəti  Azərbaycan 
iqtisadiyyatının gələcək inkişafının prioritetlərini müəyyənləşdirir. Bu siyasət ayrı-
ayrı iqtisadi rayonların sosial-iqtisadi inkişafının əsas istiqamətlərini müəyyən edir, 
sonra  isə  bu  istiqamətlərin  reallaşdırılması  üçün  mümkün  tədbirlərin  seçilməsi  və 
onların  icrasının  mərhələləri,  müddətləri  və  ən  başhcası  isə  icraçıların  əks 
etdirilməsini  təmin  edir.  Burada  real  vəziyyətin  qiymətləndirilməsi  mərhələsində 
strateji  məqsədlərin  seçilməsi  və  bu  məqsədlərin  həyata  keçirilməsi  üçün  taktiki 
tədbirlərin  müəyyən  edilməsi, xüsusilə onların  icrası üçün istər  infrastruktur,  istər 
təşkilati,  istərsə  də  resurs  çatışmazlıqlarının  aşkar  edilməsi  və  onların  aradan 
qaldırılması yollarının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. 


  
          «Azərbaycanm  hərtərəfli  inkişafına  nail  olmaq  üçün  regional  proqramlar 
həyata  keçirilməhdir.  Azərbaycamn  iqtisadi  potensialının  üçdə  iki  hissəsi  Bakıda 
və  Abşeron  yarımadasında  formalaşmışdır.  Əlbəttə,  bütün  bunların  obyektiv 
səbəbləri vardır. A
mm
a bu istiqamətdə dönüş yaratmaq üçün regional proqramlara 
böyük diqqət gös- tərilməlidir». Bu sözləri Azərbaycan Respublikasının Prezidenti 
cənab  İlham  Əliyev  17  noyabr  2003-cü  ildə  Respublika  hökumətinin  ölkəmizdə 
prezident seçkilərindən sonra ilk iclasında söyləmişdir. 
          Dövlət  proqramı  «Azərbaycanm  iqtisadi  cəhətdən  qüdrətli  dövlətə 
çevrilməsi  və  iqtisadiyyatın  hərtərəfli  inkişafının  təmin  edilməsi»  strategiyasının 
həyata keçirilməsində çox mühüm mərhələdir. 
Dövlət  proqramının  əsas  məqsədi  Azərbaycan  Respublikasının  rayonlarında 
mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin 
inkişafına, istehsal müəssisələri
n
i
n
 fəaliyyətinin daha da genişləndirilməsinə, ixrac 
yönümlü məhsul istehsalının stimullaşdırılmasma, yerli sahibkarlığın inkişafı yolu 
ilə  əhalinin  həyat  səviyyəsinin  daha  da  yaxşılaşdırılmasına,  məşğulluğun 
səviyyəsinin,  xüsusilə  gənclərin  faydalı  əməklə  məşğulluğunun  artmasına  və  ölkə 
iqtisadiyyatının dinamik inkişafına nail olmaqdır. 
 Qarşıya  qoyulmuş  məqsədlərə  nail  olmaq  üçün  aşağıdakı  vəzifələrin  yerinə 
yetirilməsi nəzərdə tutulur: 
1.  müəssisələrin istehsal fəaliyyətini bərpa etmək və yeni istehsal müəssisələri 
yaratmaq; 
2.  yerli  resurslardan  (təbii  sərvətlər  və  əmək  resursları)  səmərəli  istifadəni 
təmin etmək; 
3.  regionların inkişafı üçün zəruri infrastrukturun yaradılmasım 
4.  və inkişafını təmin etmək; 
5.  regionlarda fermerlərə və digər kənd təsərrüfatı işçilərinə kömək  məqsədilə 
müxtəlif  servis  mərkəzləri  yaratmaq,  toxumçuluq  və  damazlıq  bazasını 
genişləndirmək,  texniki  təminatı  yaxşılaşdırmaq  və  digər  zəruri  tədbirləri 
həyata keçirmək
6.  investorların  regionlara  cəlb  edi
lm
əsi  üçün  əlverişli  şəraitin  yaradılmasını 
təmin etmək; 
7.  yeni iş yerlərinin yaradılmasını stimullaşdırmaq. 

Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin