Mövzu Məntiq elminin predmeti


Məntiqi  dildə  ad  funksiyarı  daşiyan  ifadələri  və  propozisonal  funksiya



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə3/53
tarix02.01.2022
ölçüsü0,59 Mb.
#39471
1   2   3   4   5   6   7   8   9   ...   53
mühazirə-hamısı

Məntiqi  dildə  ad  funksiyarı  daşiyan  ifadələri  və  propozisonal  funksiya 

daşıyan ifadələri bir-birindən fərqləndirirlər. 

          Ad  funksiyası  elə  ifadəyə  deyilir  ki,  buradakı  dəyişən  kəmiyyəti  daimi 

kəmiyyət  ilə  əvəz  etdikdə,  müəyyən  predmet  alınır.  Deməli,  ad  funksiyası  öz-

ozlüyündə bu və ya digər predmetin bilavasitə adını ifadə etmir. Buna nail olmaq 

üçün onu daimi kəmiyyət ilə tamamlamaq lazımdır. Məsələn, “x-in əsəri” və ya    x² 

+y²  ifadələri  hələ  heç  bir  predmet  deyildir.  Əgər  birinci  ifadədə  biz  x-in  yerinə 

“Nizami  Gəncəvi”  daimi  predmetini  qoysaq,  onda  “Nizami  Gəncəvinin  əsəri” 

ifadəsi alınır ki, bu da predmetin adını ifadə edir. Eynilə də 2-ci ifadədə x-in yerinə 

5,  y-in  yerinə  3  rəqəmini  qoysaq,  onda  x² +y²  ifadəsi  34  rəqəminə,  yəni  konkret, 

rəqəm adnına çevrilər. 

 

Propozisional (latın dilindəki  proposistion sözündən olub “mülahizə”, “fikir” 



deməkdir.) funksiya elə ifadəyə deyilir ki, burada dəyişən kəmiyyətin müəyyən bir 

predmetin adını qoyduqda, o yalan və ya həqiqi fikir formasını alır, Məsələn, “x 

tələbədir” ifadəsini götürək. Burada x-in yerinə “ Cəfər” ad predmetini qoysaq, onda 

“Cəfər tələbədir” ifadəsi alınır ki, o da həqiqi və ya yalan fikri ifadə edir. 

 

Dildə  predmetlərin  xassə  və  münasibətlərini  bildirən  ifadələrə  predikatorlar 



deyilir. Onlar cümlədə xəbər rolunu oynayır. Əgər predikator bu və ya digər ayrıca 

predmetə məxsus xassəni ifadə edirsə, o biryerli predikator ( məsələn, x-bəstəkardır) 

adlanır.  İki  və  daha  çox  predmetlər  arasındakı  münasibətləri  ifadə  edən 

predikatorlara  çox  yerli  predikatorlar  deyilir.  Məsələn,  x-y-dən  böyükdür 

predikatoru 2-yerli Cəfər Vəliyə kitab bağışladı fikrindəki “bağışladı” predikatoru 

üçyerlidir. 

 

Təbii dilin semantik kateqoriyaları sırasında cümlə mühüm yer tutur. Cümlə 



dedikdə gərçəklik haqqında müəyyən bir bitmiş fikrin ifadəsi başa düşülür. Hər bir 

cümlənin  öz  tərkibində  isə  deskriptiv  (təsviri)  və  məntiqi  terminlər  mövcud  olur. 

Deskriptiv terminlər aşağıdakı üç tərəfli əhatə edir: 

a)   Predmentlərin  adları,  yəni  ayrı-ayrı  predmentləri  və  ya  həmcins 

predmentlər sinfini əhatə edən sözlər və sözbirləşmələri

b)  Bu  və  ya  digər  predmentin  xassəsini  və  ya  predmentlər  arasındakı 

münasibətləri bildirən sözlər və söz birləşmələri



c)  Predment  funksiyalarını  əməliyyatları  bildirən  ad  funksiyaları  işarələrin 

(məsələn, “ctg” “tg” və s.)  

Predikatlar məntiqinin dilində məntiqi terminlər ( məntiqi sabit kəmiyyətlər 

və ya məntiqi konstantlar) daha çox mühüm yer tutur. Onlar aşağıdakı işarələr 

( simvollar ) növlərini əhatə edir. 

1) 


a,  b, c...  –təkcə predmet adlarını bildirən simvollardı. Onları predmet- sabit 

kəmiyyətləri ( konstantlar) da adlandırırlar.  

2) 

x, y, z-ümumi predmet adlarını bildirən simvollardır. Onlara predmet dəyişən 



kəmiyyətlərdə deyilir.  

3) 


P¹, Q¹, R¹..., P², Q²... Pn, Qn, Rn predkatorlarının simvollarıdır. Yuxarıdakı 

indekslər onların yerlərinin sayını bildirir. 

4) 

p, q, r-başqalarının dediyi fikirləri bildirən simvollardır. Onlara propozisional 



dəyişən kəmiyyətlər deyilir.  

5) 


Məntiqi  bağlayıcılar:  a)  konyunksiya,  birləşdirici  “və”  işarəsi  aşağıdakı 

formalarda  işarə  onunur:  (Λ,)  Məsələn,  “Dərslər  başa  çatdı  və  tələbələr  evə 

getdilər”  b)  Dizfunksiya  işarəsi.  Bunun  özü  də  iki  yerə  ayrılır:  birləşdirici,  zəif 

dizfunksiya-belə işarə olunur-V. Məsələn, “Vəli tələbə və futbolçudur”. Güclü və 

ayırıcı  dizfunksiya    .  Məsələn,  “Cinayətlər  qəsdən  edilən  və  ya  ehtiyatsızlıq 

üzündən baş verən cinayətlərə bölünür”. c) implikasıya işarəsi ( əgər...onda ) və ya 

Məsələn.  “Əgər  bu  gün  hava  yaxşı  olsa,  onda  mən  dənizkənarı  parka  gəzməyə 

gedəcəyəm”.  

ç) ekvivalentlik işarəsi – a və b və ya b 

d) inkarı bildirən işarələr. 




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin