Marketinqin kommunbikasiya effekti aşağıdakı altı mərhələnin keçilməsi sayəsində yaranır:
Kontakt;
İnformasiyanın işlənməsi;
Kommunikasiya effekti və markanın mövqeləşdirilməsi;
Məqsəd auditoriyasının fəaliyyəti;
Satışın həcminin və bazar payının artırılması;
Mənfəətin əldə edilməsi.
Göndərici
Məlumatlar
Kodlaşdırma
İnformasiya yayımı vasitələri
Kodların açılması
Qəbul edən
Cavab reaksiyası
Əks əlaqə
Maneələr
Şəkil. Kommunikasiya prosesi və onun elementləri
Marketinqin kommunikasiya siyasətinin həyata keçirilməsində istifadə edilən strategiyalar
Marketinq kommunikasiyasının təşkili və idarə edilməsində irəlilədilmə ( yeridilmə ) və cəlbetmə strategiyasından istifadə edilir. İrəlilədilmə ( yeridilmə ) strategiyasında kommunikasiya məhsulların ( xidmətlərin ) satışa qəbul edilməsi, onların piştaxtalarda nümayiş etdirilməsi və sərfəli yerləşdirilməsi, həmçinin satışın sürətləndirilməsi məqsədilə vasitəçilərə təsir etməyə yönəldilir.
Kommunikasiyasının cəlbetmə strategiyasında istehsalçı potensial istehlakçılara və məqsəd seqmentində məhsula ( xidmətə ) təlabat yaratmaq və münasibət formalaşdırmaq məqsədilə özünün kommunikasiya səylərini onlara yönəldir.
İstehsalçı Topdan ticarət Pərakəndə ticarət İstehlakçı İstehsalçı Topdan ticarət Pərakəndə ticarət İstehlakçı
Kommunikasiyanın yeridilmə
strategiyası
b) Kommunikasiyanın cəlbetmə strategiyası Məhsul axınları Kommunikasiya axınları Şəkil. Marketinq kommunikasiyasının irəlilədilmə və cəlbetmə strategiyaları