Mövzu Kursun tədqiqat obyekti, predmeti və vəzifələri Plan: «Ağac emalı sənayesinin iqtisadiyyatı»


Müəssisənin istehsal gücü və onun hesablanması metodikası



Yüklə 102,77 Kb.
səhifə25/26
tarix30.12.2021
ölçüsü102,77 Kb.
#49313
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   26
AĞAC EMALI

Müəssisənin istehsal gücü və onun hesablanması metodikası

İstehsal əsas fondlarından istifadənin səmərəlilik səviyyəsi öz eksini həm də istehsal gücündən istifadədə tapır. Müəssisənin istehsal gücü – müəyyən dövr ərzində (məsələn, ay, rüb, il) elm və texnikanın ən yəni nailiyyətlərinin, mütərəqqi texnoloji proseslərin və qabaqcıl istehsalat təcrübəsinin geniş tətbiqi, əməyin və istehsalın təşkilinin təkmilləşdirilməsi əsasında, mövcud istehsal əsas fondlarından tam istifadə etməklə optimal nomenklaturada, çeşiddə və keyfiyyətdə müəyyən məhsul buraxılışı üzrə maksimum imkandır. İstehsal gücü ayrı-ayrı sexlər, aqreqatlar, xətlər üzrə də müəyyən edilir.

  1. İstehsal gücü istehsal bölmələrinin (müəssisə, sex, istehsal sahəsi, iş yeri) il ərzində məhsul buraxmaq üzrə maksimum imkanlarını xarakterizə edən, istehsal potensialını əsaslandırmaq üçün çox qiymətli və hesablama metodikası nisbətən mürəkkəb olan texniki-iqtisadi göstəricidir. Bu göstəricinin əhəmiyyəti istehsal po- tənsialının əsaslandırılması ilə bitmir; onun vasitəsilə habelə mövcud olan istəh- sal əsas fondlarının imkanları aşkar edilir, investisiyaya ehtiyacın həddi müəyyən edilir.

  2. İstehsal gücünün düzgün hesablanmasının mühüm bir əhəmiyyəti də müəssisənin perspektiv üçün avadanlığa tələbatın real həddini və təchizat işinin həcmini aşkar etməkdir.

  3. İstehsalı nəzərdə tutulan məhsulun həcmi ilə istehsal əsas fondlarının imkanını müqayisə etməklə əlavə istehsal gücləri və onların işə salınması üçün lazım olan əsaslı vəsait qoyuluşunun məbləğini müəyyən etmək olar. Faktiki məhsul buraxılışı həcminin maksimum mümkün olan istehsal həcmi ilə müqayisəsi birbaşa istehsal güclərindən və dolayısı ilə istehsal əsas fondlarından istifadə səviyyəsini aşkar edir.

  4. İstehsal gücləri Müəssisədə sifarişlər zənbilinin realizə olunması, istehsalın həcminin planlaşdırılmasında çox mühüm rol oynayır. İstehsal gücləri və onlardan istifadə dərəcəsi hər bir müəssisənin istehsal proqramını hazırlayarkən və əsaslandırarkən ilkin məlumat kimi istifadə olunur. Alınmış sifarişlərin yerinə yetirilməsi reallığı onun müvafiq texniki-iqtisadi hesablamalarla, xüsusən də istehsal güclərinin ölçüsü ilə əsaslandırmaq nəticəsində təmin edilir.

İstehsal gücü il üçün bütün məhsulun nomenklaturası üzrə hesablanır. Hər bir məhsul növü üzrə istehsal gücü—natural ölçü vahidlərində, ayrı-ayrı məhsul növləri üzrə isə – dəyər və natural ifadədə müəyyən edilir. Maşınqayırma və metal emalı müəssisələrində istehsal gücü konkret məhsul növlərinin buraxılışı üzrə hesablanmaqla yanaşı (planda qəbul edilmiş ölçü vahidində), həm- çinin müqayisəli qiymətlərlə məhsul buraxılışı üzrə də müəyyən edilir. Geniş nomenklaturalı məhsul buraxan müəssisələrdə istehsal gücü hesablanarkən, mövqelərin iriləşdirilməsi, yəni konstruktiv və texnoloji cəhətdən yekcins məmulatların təmsil olunan məmulatlarla birləşdirilməsi mümkündür. Məmulat nomenklaturasının bir və ya bir neçə təmsil olunan məmulatla ölçülməsi, adətən, maşın vaxtı məsrəfləri və ya həmcins məhsulların hər növünə düşən norma-saat əsasında aparılır.

Yəni işə salınmış müəssisə, sex və aqreqatların istehsal gücü layihə gücünə bərabər qəbul edilir. İstehsal gücü əsas istehsalın aparıcı sexlərinin gücünə görə müəyyən edilir; çünki bu sexlərdə əsas texnoloji proseslər yerinə yetirilir və onlar hazır məhsul buraxılışının təmin olunmasında həlledici əhəmiyyətə malikdir. Müəssisənin istehsal gücü aparıcı sexlərdəki avadanlıqların sayı və məhsuldarlığından, onların ekstensiv və intensiv istifadə dərəcəsindən, istehsalın və əməyin təşkili səviyyəsindən asılıdır. Müəssisənin istehsal gücünün reallaşdırılması məqsədilə həyata keçirilən tədbirlərin tərkib hissəsindən biri ayrı-ayrı sexlərin istehsal gücləri arasındakı proporsionallığın təmin edilməsidir. Bu, bir sex tərəfindən ahəngdar şəkildə məhsul istehsalı, digəri tərəfindən isə tam və fasiləsiz şəkildə bu məhsulun istehlakı imkanını təmin edir. Məhdud imkanlı yərlərin olması, yəni buraxılış qabiliyyəti aparıcı istehsal sexlərinin gücünə uyğun gəlməyən sexlər, sahələr, avadanlıq qrupları müəssisənin istehsal gücünün azaldılması üçün əsas ola bilməz. Müəssisədə belə yərləri aradan qaldırmaq üçün texniki-təşkilati tədbirlər işləyib hazırlanmalı və həyata keçirilməlidir.

İstehsal gücü müəyyən olunarkən müəssisənin ehtiyat və təcrübə-sınaq sahələrinin avadanlıqları da hesablamaya daxil edilir. Ehtiyatda olan avadanlıqlar istehsalın vaxtlı-vaxtında hazırlığını və yeni növ məhsul buraxılışının mənimsənilməsini asanlaşdırır, istehsalın çevikliyini artırır, planın yerinə yetirilməsi gedişində meydana çıxan disproporsiyaların aradan qaldırılması prob- ləmini həll edə bilir.

Fasiləsiz istehsal prosesi əsasında işləyən müəssisələr üçün istəhsal gücü - ildəki təqvim günlərinin sayı və günün uzunluğu əsasında hesablanır. Əsas sexləri iki və ya bundan az növbədə işləyən müəssisələr üçün istehsal gücü – avadanlığın ikiperspektivli, bəzi müəssisələr üçün isə üçperspektivli iş rejimi əsasında müəyyən edilir.

Bazar iqtisadiyyatı şəraitində istehsal proqramının formalaşması, onun müxtəlif resurslarla əsaslandırılması və qəbul olunmuş sifarişlərin yerinə yetirilməsi istehsal gücünün düzgün müəyyən edilməsindən asılıdır. Müəssisədə məhsul satışı imkanları qəbul olunmuş sifarişlərlə müəyyən edilirsə, istehsal imkanları istehsal gücü vasitəsilə aşkarlanır. Bu baxımdan tələb və təklifin tarazlığının təmin olunması zəruriliyi ilə əlaqədar olaraq Müəssisədə istehsal gücü düzgün müəyyən edilməlidir.

İstehsal gücü (onun ölçüsü) bir qrup müəyyənədici, təsirədici və həlledici amillərdən asılıdır. Bu amillərə istehsalın ictimai təşkili formaları (təmərküzləşmə, kombinələşmə, ixtisaslaşma, kooperativləşmə), istehsal avadanlıqlarının sayı və texniki mükəmməllik səviyyəsi, tətbiq edilən texnoloji istehsal üsulunun mütərəqqilik dərəcəsi və s. aid olunur. Lakin istehsal gücünü hesablayarkən yalnız onun həcminə təsirədici deyil, müəyyənədici və həlledici rol oynayan amillər nəzərə alınır. Həmin amillər aşağıdakılardır:



    1. İl ərzində, istismara daxil edilən və istehsaldan götürülənləri nəzərə almaqla, qurulmuş avadanlıqların sayı;

    2. İl ərzindəki dəyişikliklər nəzərə alınmaqla, istehsal meydançalarının sahəsi;

    3. Avadanlığın vaxt fondu; 4. Avadanlığın qabaqcıl, texniki cəhətdən əsaslandırılmış məhsuldarlıq norması və məhsulun əməktutumluğu.

İstehsal proqramının əsaslandırılması üçün istehsal gücünü müəyyən edən avadanlıq qrupları və onların sayının düzgün nəzərə alınması əsas şərtlərdən biridir. Burada söhbət bütün avadanlıqların deyil, sex və ya istehsal sahələrinin aparıcı hesab olunan avadanlıq qrupları və onların saylarından gedir. O, sex, sahə və ya avadanlıqlar qrupu aparıcı hesab edilir ki, əvvəla, onlar əsas texnoloji əməliyyatları yerinə yetirirlər, ikincisi, onlarda müəssisənin əsas fondunun aktiv hissəsinin və habelə əsas pəşedən olan fəhlələrin böyük bir qismi təmərküzləşmiş və üçüncüsü, istehsal edilən məhsulun əməktutumunun xeyli hissəsi burada formalaşmış olsun.

Müəssisənin istehsal gücü hesablanarkən metodik baxımından çox da mürəkkəb olmayan bir qaydaya riayət edilir: əvvəlcə aparıcı avadanlıqların istehsal gücü, sonra bunun vasitəsilə aparıcı istehsal sahəsinin və nəhayət, sonuncunun köməyilə aparıcı sexin istehsal gücü müəyyən edilir. Aparıcı sexin istehsal gücü isə müəssisənin istehsal gücü kimi qəbul olunur.

Müəssisənin istehsal gücünün bu qayda ilə hesablanması onun (istehsal gücünün) aparıcı (qabaqcıl) avadanlığa görə hesablanma metodu adlanır. Aparıcı avadanlıq vahidinin istehsal köməyilə hesablanılır.

Nəhayət, əgər qabaqcıl sexdə bir deyil, bir neçə növdə məhsul istehsal olunursa onun istehsal gücü hər bir növ məhsul üzrə ayrılıqda hesablanır. Bu qaydadan müəssisənin də istehsal gücü hesablanarkən istifadə olunur.

Dünya təcrübəsində istehsal gücünün hesablanmasının daha başqa 2 metodundan da istifadə edilir:

1). Texnoloji avadanlıqları hərəkətə gətirən elektrik mühərriklərinin gücü əsasında istehsal gücünün hesablanması;Bu metodla istehlak olunmuş elektrik enerjisinin həcmi istehsal edilmiş məhsulun həcmindən birbaşa asılılıqda qəbul olunur. İstehsal gücünün hesablanmasının bu metodu nöqsanlıdır, qeyri-dəqiqdir. Belə ki, köhnə elektrik mühərriklərinin istehlak etdikləri elektrik enerjisinin həcmi istehsal olunmuş məhsulun həcminə, başqa sözlə, istehsal gücünə mütənasib ola bilməz.

2). Ekspert qiymətləndirmə metodu Bu metod istehsal gücünün hesablanması üçün zəruri olan məlumatlar olmadığı halda istifadə edilir. Yaradılmış ekspert qrupu mövcud olan məlumatlar, özlərinin bilik və təcrübələri əsasında istehsal gücünü müəyyən edirlər.Bu metoddan: a) yəni, analoqu olmayan məhsulun istehsalı zamanı;

b) müəssisənin perspektiv inkişaf planı layihəlendiriləndə; c) müxtəlif metodla hesablanmış istehsal gücləri müqayisə edildikdə istifadə olunur.

Müəssisənin istehsal gücünün hesablanmasında xüsusi diqqət tələb edən bir amil də avadanlığın vaxt fondudur. İstehsal gücü əmək alətlərinin, sadəcə olaraq, mexaniki güclərinin məcmusu deyildir; əmək alətlərinin texniki gücləri öz-özlüyündə hələ istehsal gücü ola bilməzlər, onlar yalnız canlı əməklə birləş- dirildiyi təqdirdə istehsal gücünə çevrilə bilərlər. İstehsal gücünü texniki (məxa- niki) gücdən fərqləndirən bir cəhət də, mexaniki gücün kəmiyyətinin avadanlığın vaxt fondundan asılı olmamasıdır. İstehsal gücünün həcmi isə avadanlığın iş vaxtı fondu ilə müəyyən olunur. Başqa bir cəhət isə, istehsal gücünün həcminə istehlak edilən xammalın keyfiyyəti, fəhlələrin mədəni-texniki səviyyələri, istehsal olunan məhsulun texniki səviyyəsi təsir etdiyi və həmin amillər dəyişkən olduqla- rından istehsal gücü də dəyişdiyi halda, avadanlığın texniki gücü hər hansı istismar şəraitində öz ölçüsünə görə nə artmır və nə də azalmır.

Avadanlığa məxsus, tərkibinə görə biri-birindən fərqli olan, müxtəlif vaxt fondları mövcuddur: təqvim vaxt fondu, rejim vaxt fondu, plan və ya maksimum mümkün vaxt fondu, faktiki işlənmiş vaxt fondu və nəhayət, işlənmiş dəzgah-perspektivlər.

Bunlardan istehsal gücünün hesablanması üçün ən realı rejim vaxt fondu- dur.

Çünki bu vaxt fonduna iş günü olmayan istirahət və bayram günləri aid edilmir.

Beşgünlük iş həftəsi, 2 perspektivli iş rejimində diskrət (fasiləli) istehsallar üçün avadanlığın aylıq rejim vaxt fondu 360,8 saata (8,2 saat x 2 perspektiv x 22 gün) bərabər olur. Fasiləsiz istehsallar üçün rejim vaxt fondu təqvim vaxt fonduna bərabər olur və 720 saatı (24 saat x 30 gün) təşkil edir.

İstehsal gücünün hesablamasında daha məsuliyyətli məqam avadanlıqdan mütərəqqi istifadə normasının müəyyən edilməsidir. Qabaqcıl texniki norma, vahid vaxt ərzində daha çox həcmdə məhsul istehsal etmək üçün avadanlığın texniki imkanından, mümkün olduqca, maksimum istifadəni nəzərdə tutur. Mütərəqqi texniki normalar avadanlığın ən yüksək məhsuldarlığını – maksimum məhsul istehsal etmək qabiliyyətini əks etdirdiyindən o, istehsal qabaqcıllarının nail olduqları normalar səviyyəsindən aşağı olmamalıdır. Belə bir vəziyyət yarandığı halda texniki normalara yenidən baxılmalı, daha doğrusu, yəniləri işlənilməlidir. Ona görə ki, mütərəqqi texniki normalar müəssisənin istehsal gücünə birbaşa təsir edən amildir. Belə ki, istehsal gücü mütərəqqi texniki normanın avadanlığın maksimum mümkün olan vaxt fonduna vurmaq yolu ilə tapılır.

Bütün normalar müəssisənin mövcud istehsal meydançasında istehsal gücünün maksimum mümkün olan ölçüsünü şərtləndirir.

İqtisadi ədəbiyyatda Qeyd edilən amillər nəzərə alınaraq, müxtəlif sahələr üçün istehsal gücünün hesablanmasına müxtəlif metodlar tətbiq olunur. Bu metodlar, adətən, qurulmuş avadanlıqların və istehsal meydançasının maksimum yüklənməsi əsasında müəssisənin aparıcı istehsal sahələri və sexin istehsal güclərinin hesablanmasına əsaslanır.

Müəssisənin istehsal proqramının əsaslandırılması istehsal gücünün ilin hər hansı ayına, ilin əvvəlinə və ya axırına deyil, orta illik ölçüsü vasitəsilə aparılmalıdır. Orta illik istehsal gücü ilin əvvəlinə mövcud olan istehsal gücünə il ərzində işə salınan istehsal gücünü əlavə etməklə, il ərzində istehsaldan kənar edilən istehsal gücünün çıxılması yolu ilə hesablanılır.



  1. Yüklə 102,77 Kb.

    Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin