Mövzu köMƏKÇİ VƏ XİDMƏtediCİ TƏSƏRRÜfatlarin mexaniKLƏŞDİRİLMƏSİ VƏ avtomatlaşdirilmasi səVİYYƏSİNİn yüKSƏLDİLMƏSİ


İstehsala texniki xidmətin təşkilində köməkçi və xidmətedici



Yüklə 26,24 Kb.
səhifə3/4
tarix31.12.2021
ölçüsü26,24 Kb.
#50134
növüMühazirə
1   2   3   4
Müh. 6. İst. iqt. və men.

6.3. İstehsala texniki xidmətin təşkilində köməkçi və xidmətedici təsərrüfatların rolu və əhəmiyyəti
Son zamanlar istehsala texniki xidmətin yaxşılaşdırılmasına qayğı xeyli artmışdır. Bu onunla izah edilir ki, hazırda köməkçi və xidmətedici sex və təsərrüfatlarda çalışan bütün işçilərin sayı müəssisədə çalışan ümumi işçilərin təqribən 50-52%-ni təşkil edir. Köməkçi və xidmətedici işlərin ümumi həcminin təxminən 30-35%-ni nəqliyyat və anbar təsərrüfatı ilə əlaqədar olan işlər, 27-30%- ni əsas fondların təmiri ilə əlaqədar olan işlər, 17%-ni alət və tərtibatların hazırlanması və bərpası ilə əlaqədar olan işlər, 7-8%-ni enerji xidməti işləri və 12%-ni isə digər xidmət növləri ilə əlaqədar olan işlər (məsələn, texniki nəzarət işləri, avadanlıqların işə hazırlanması və s.) təşkil edir. Deməli, köməkçi və xidmətedici sex və təsərrüfatlarda xidmət işlərinin səmərəli təşkili iş qüvvəsinə xeyli qənaət edilməsini təmin edə bilər. Köməkçi və xidmətedici sex və təsərrüfatlarda həyata keçirilən xidmət işlərinin həcmindən və mürəkkəblik dərəcəsindən asılı olaraq həmin bölmələrdə çalışan işçilərin sayı da xeyli dərəcədə bir-birindən fərqlənir. Belə ki, müəssisənin ümumi işçilərinin 17%-ni nəqliyyat, 14%-ni təmir, 9%-ni alət, 10%-ni anbar təsərrüfatlarında və 6%-ni texniki nəzarət şöbəsində çalışırlar. Bunun əsas səbəblərindən biri köməkçi və xidmətedici sex və təsərrüfatlarda çalışan işçilərin əməyin mexanikləşmə və avtomatlaşma dərəcəsinin əsas sex və istehsal sahələrində əməyin mexanikləşdirilməsi və avtomatlaşdırılması səviyyəsi orta hesabla 65-70% olduğu halda, həmin rəqəm köməkçi və xidmətedici sex və təsərrüfatlarda cəmisi 25-30% təşkil edir.

Məlumat üçün qeyd edək ki, inkişaf etmiş kapitalist ölkələrində, xüsusilə ABŞ-da, Yaponiyada, Almaniyada və s. ölkələrdə köməkçi və xidmətedici işlərdə çalışan bütün işçilərin təxminən 5%-i təmir işlərində, 6%-i alət təsərrüfatında, 9%-i nəzarət işlərində və 8-9%-i nəqliyyat təsərrüfatında çalışır. Bu onunla izah edilir ki, ABŞ-ın sənaye müəssisələrində köməkçi və xidmətedici işlərdə çalışan fəhlələrin əməyinin mexanikləşdirilməsi və avtomatlaşdırılması səviyyəsi bizdə olduğundan 2-3 dəfə yüksəkdir. Deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, köməkçi və xidmətedici sex təsərrüfatlarda çalışan işçilərin sayını azaltmaq üçün bizdə xeyli ehtiyat mənbələri vardır. Əsas məsələ həmin ehtiyatları vaxtında aşkara çıxarıb səfərbərliyə almaqdan ibarətdir. Bu sahədə ETT-i, xüsusilə onun mütərəqqi istiqa- mətlərindən biri olan robotlaşdırma mühüm rol oynaya bilər.

Təcrübə göstərir ki, sənaye robotlarının tətbiqi istər əsas, istərsə də köməkçi və xidmətedici istehsalın mexanikləşdirilməsi və avtomatlaşdırılmasının həyata keçirilməsində həlledici rola malikdir. Hazırda bir sıra köməkçi və xidmətedici əməliyyatların yerinə yetirilməsində sənaye robotlarından geniş istifadə edilir. Məsələn, müəssisənin dəmirçi-presləmə, rəngləmə, texniki emal, qaynaq və s. sex və sahələrdə sənaye robotlarından geniş istifadə edilir ki, bu da xeyli canlı əməyə qənaət etməyə imkan verir. Qeyd edək ki, sənaye robotlarının tətbiqi yalnız canlı əməyə qənaət deyil, eyni zamanda texnoloji proseslərin gedişini sürətləndirir, dəzgahların gücündən tam istifadə etməyə imkan verir və sosial məsələlərin həllinə yardım göstərir.

Ümumiyyətlə, robototexnika kompleksinə aşağıdakı müxtəlif təyinatlı robotlar daxildir: nəqliyyat robotları (məsələn, yarımfabrikatların, hazır hissələrin, nəzarət vasitələrinin, alətlərin); nəzarət robotları; emal mərkəzlərində alətləri əvəz etmək üçün robotlar; emal mərkəzlərinin yüklənməsi üçün robotlar və s.



Yüklə 26,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin