Mövzu İtaliyada beynəlxalq turizmin coğrafiyası plan: İtaliyanı turizm-rekreasiya potensialı


Neapol və Cənubi İtaliya turizm bölgəsi



Yüklə 288,32 Kb.
Pdf görüntüsü
səhifə3/5
tarix16.12.2023
ölçüsü288,32 Kb.
#181505
1   2   3   4   5
BTC-movzu8

Neapol və Cənubi İtaliya turizm bölgəsi. 
Neapol, Neapolitan körfəzinin şimal sahillərində, Vezuvinin 
ətəklərində yerləşir. Yunanlar tərəfindən salınmış şəhər əvvəllər Neapolis (Yeni şəhər) e.ə. III əsrdə romalılar 
tərəfindən zəbt edildikdən sonra Neapol adlandırılmışdı. Müasir Neapol - Cənubi İtaliyanın mühüm sənaye və 
mədəni mərkəzidir. Buludsuz, mavi səma, əsrarəngiz dəniz, çoxsaylı mədəniyyət abidələri, hər il əcnəbi və yerli 
turistlərinin kütləvi surətdə bu yerlərə gəlişini təmin edir. 
Eramızın əvvəllərinə aid yazılan olan kitabxanalar, Neapolun qədim abidələrindəndir. Orta əsrlərə aid 
memarlıq abidələri arasında San-Elmo, Kastel-del-Ovo və digər qalalar xüsusilə fərqlənirlər. Araqonlu Alfonsun 
Zəfər Tağı (XV, əsr), "Porta Kapuana" qapısı (XV əsr), Kral muzeyi (XV-XVI əsrlər), San-Françesko-di Paolo 
kilsəsi və s. Neapolun intibah dövrünə aid tanınmış abidələridir. Pompey və Herkulanumda aparılan qazıntılar 
zamanı tapılmış qədim abidələr Neapol Milli muzeyində saxlanılır. 
İtaliyanın bu turizm bölgəsində ən gözəl yer - Kapri adasıdır. Adanın mənzərəli landşaftı, təbiət möcüzəsi 
olan, təbii surətdə işıqlanan dərin mağaralar ("Mavi", "Mirvari" və s.), özünəməxsus məişət ənənələri olan kiçik 
şəhərlər, hər il çoxsaylı turistləri buraya cəlb edir. Əlverişli çimərlikləri və çoxlu mehmanxanaları olan İskya 
adası, Neapoldan bir qədər cənubda yerləşir. 
Siciliya adasındakı Taormika, Aqricento, Palermo şəhərlərində çoxsaylı tarixi-memarhq abidələri vardır. 
Siciliyarun əsas turizm mərkəzi olan Sirakuz - antik dövrün möhtəşəm və zəngin şəhəri kimi, Afina, Roma və 
Karfagenlə rəqabət aparırdı. E.ə. V əsrə aid olan, Esxil və Platonun da ziyarət etdiyi qədim yunan teatrı, 
həmçinin qədim Roma amfiteatrı və s. şəhərin görkəmli yerlərindəndir. 
Sardiniya adasında, xüsusilə onun şimal-şərq hissəsində narın, gümüşü qumlu çimərliklər turistlərin 
xoşladıqları yerlərdir. Bu bölgəyə gələn turistlər dünyanın ən böyük asma (dayaqları olmayan) körpüsünü də 
görə bilərlər. Piyadalar üçün nəzərdə tutulmuş, uzunluğu 362 m olan bu körpü 2001-ci ildə istifadəyə 



verilmişdir. Tirren dənizinin Neapolitan körfəzində Progida adasını sahil ilə birləşdirən bu körpü, dəniz 
səthindən 20 m hündürlükdə salınıb. Ginnesin Rekordlar kitabına düşmüş bu körpünün tikintisi zamanı - 40 
boru-dan, 2500 m kanatdan, 500 m polad təbəqədən istifadə olunmuşdur. Asma körpü Vezuvi vulkanının 
yaxınlığında yerləşdiyindən turistlər ondan çox istifadə edirlər. 

Yüklə 288,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin