Mövzu İqtisadi nəzəriyyənin predmeti və metodu.( 2 saat)


Tələb və tədiyyə qabiliyyətlə tələb.Tələbə təsir göstərən amillər. Tələb qanunu



Yüklə 1.76 Mb.
səhifə8/30
tarix07.07.2017
ölçüsü1.76 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   30

1.Tələb və tədiyyə qabiliyyətlə tələb.Tələbə təsir göstərən amillər. Tələb qanunu.


2. Təklifin mahiyyəti və ona ona təsir edən amillər. Təklif qanunu.

3. Tələbin elastikliyi və ona təsir göstərən amillər.

4. Təklifin elastikliyi və ona təsir edən amillər. Bazar tarazlığı.

1.Tələb və tədiyyə qabiliyyətlə tələb.Tələbə təsir göstərən amillər. Tələb qanunu.

Tələb tədiyə qabiliyyəti – alıcının özünə lazım olan şeyləri satın almaq üçün ödəyə biləcəyi və ödəmək istədiyi pul məbləğinə, yaxud da müəyyən dövrdə hər hansı bir qiymətə satın alınacaq əmtəə və xid­mət­lərin miqdarına deyilir. Deməli, qiyməti nəzərə almadan tələbin müəy­yən edilməsinə cəhd göstərilməsi məntiqsizlik olardı. Çünki tələb hər şey­dən əvvəl qiymətin dəyişməsi nəticəsində dəyişir. Buradan belə nəticə çıxarmaq olar ki, əmtəə və xidmətlərin qiymətləri aşağı düşdükdə ey­ni məbləğdə pula daha çox şey ala bildiyinə görə alıcı, qiymətlər baha­laşdıqda isə əksinə, satıcı qazanır.

Deməli, tələb qiymətlərin səviyyəsindən bilavasitə asılıdır. Bu, heç kimdə şübhə doğurmur. Digər tərəfdən tələbin qiymətdən asılı olması obyektiv iqtisadi qanundur. Qiymətlərin ucuzlaşması isə tələbin artmasına deyil, əksinə, onun aşağı düşməsinə gətirib çıxara bilər. Bu, onunla əlaqədardır ki, qiymətlər ucuzlaşdıqda, insanlar gələcəkdə onun bir qədər də aşağı düşəcəyinə ümid edirlər. Deməli, tələbə yenə də «gözlənilən qiymət» amili təsir edir. Sual olunur: istehlakçıların bu cür davranışı tələb qanunu ilə bir araya sığırmı? Əlbəttə, sığır! Çünki qiymətlər nə qədər aşağı olursa, tələb də bir o qədər yüksək olur. Lakin bu gün mövcud qiymətlərlə satın alıb çox xərcləməkdənsə, sabah aşağı qiymətlərlə satın alıb, ailə büdcəsinə qənaət etmək ideyası adamlara üstün gəlir.

Tələbin dəyişməsinə qiymət amili ilə yanaşı aşağıdakı qeyri-qiymət amilləri də təsir edir: 1) Əhalinin pul gəlirlə-rinin dəyişməsi; 2) Əhalinin tərkibində müəyyən dəyişiklik-lərin baş verməsi; 3) Eyni qiymətlərlə alınıb-satılan əmtəə­lə­rin miqdarının necə deyərlər «alıcı gözləmələri» amilinin təsiri ilə dəyişmə­si; 4) Bazarda bir-birini əvəz edən və ya bir-birini tamamlayan əmtəə və xidmətlərin olub-olmaması, yaxud da onların qiymətlərinin dəyişməsi; 5) Istehlakçıların subyektiv təsəvvürləri və zövqlərində müxtəlifliyin ol­ması; 6) Dövlətin iqtisadi siyasəti; 7) Reklamların təsiri ilə istehlakçı­la­rın zövqünün dəyişməsi.

Əhalinin pul gəlirləri hər hansı bir səbəb nəticəsində artdıqda, hət­ta əmtəələrin qiymətləri dəyişməz qaldıqda belə, satın alınan əmtəə və xidmətlər artır, əksinə əhalinin gəlirləri azaldıqda, həmin qiymətlərlə satın alınan əmtəə və xidmətlərin miqdarı azalır. Əhalinin qocalması, pensiyaçı­ların sayının artması onların tərkibində dəyişikliklərin baş verməsinə gə­tirib çıxarır ki, bunlar da öz növbəsində dər-man preparatlarına, tibbi xidmətə olan tələbin artmasına səbəb olur.

«Alıcı gözləmələri»nin dəyişməsi səbəbləri olduqca müxtəlifdir. Bunlara həm iqtisadi (məsələn, inflyasiya), həm də qeyri-iqtisadi (mə­sə­lən, hava şəraiti, bayramqabağı və mövsümi şərait və s.) amillər daxil­dir. Satın alınan əmtəə-lərin qiymətlərindən bilavasitə asılı olma­dan, göstərilən amillərin təsiri ilə satınalmaların miqdarı ya arta, ya da azala bilər.

Qeyri-qiymət amillərinə bazarda bir-birini əvəz edən və ya bir-birini tamamlayan əmtəə və xidmətlərin olub-olmaması da daxildir. Belə ki, bazarda qoyun, quş, donuz əti olmadıq­da, təbiidir ki, mal ətinə olan tələb artır. Əksinə, bazarda ətin çeşidinin çox olması onlardan hər hansı birinə olan tələbin az olmasına və deməli, onun qiymətinin aşağı düşməsinə səbəb olur. Istehlakçı bazarında bir-birini tamamlayan əm­təə­lərə, məsələn, çay və ya qəhvə içərkən istifadə olunan şəkər və digər şirniyyat növünü aid etmək olar.

Əmtəələrə olan tələbin dəyişməsinə dövlətin iqtisadi siyasəti də tə­sir edir. Məsələn, əhalinin aztəminatlı hissəsinə verilən müavinətlərin artırılması onların istehlak etdikləri əmtəə və xidmətlərə olan tələbin artmasına səbəb olur.

Bu və ya digər məhsula olan tələbin artmasına televizi-ya və kütləvi informasiya vasitələrində gedən reklamlar da təsir edir.

Bütün bunları ümumiləşdirərək belə bir nəticəyə gəl-mək olar ki, çox cazibədar anlayış olan tələb, özündə sevinc və kədəri, fayda və faciəni əks etdirir. Çünki tələbin artıb-azalması iqtisadiyyatda struktur dəyişikliklərinə gətirib çıxara, tələbatın ödənilməsi isə istehsalın artımını stimullaş-dıra və qiymətlərin bahalaşmasının qarşısını ala bilər. Bütün bunlara əsasən tələbi iqtisadiyyatın «ürəyi» adlandırmaq olar.

Tələblə təlabatı bir-birindən fərqləndirmək lazımdır. Tələbat hər bir fərdin mədəni səviyyəsinə xas olan və onun xarakterinə yüğun gələn formaya düşmüş ehtiyacıdır. Tələbat öz ifadəsini ehtiyacı ödəyə biləcək obyektlərdə tapır. Cəmiyyət inkişaf etdikcə, insanların tələbatları da artır. Bu, onların çoxsaylı obyektlərlə rastlaşmaları ilə əlaqədardır. Başqa sözlə, əmtəə istehsalçıları sanki öz təşəbbüsləri ilə cəmiyyət üzvlərinin onlara lazım olan məhsullarla təmin olunması qayğısına qalır. Bütün istehlakçılar isə onların faydalılıq dərəcəsinə qiymət verilməsində sərbəst surətdə iştirak edirlər. Onlar əllərində olan pula-manata, dollara, avroya və i.a.-özlərinə lazım olan əmtəələri satın almaqla, həmin məhsulların içtimai faydalılığına bir növ «səs» vermiş olurlar. Bununla da hər bir əmtəə üçün istehlak dairəsinə ya yol açılır, ya da bu yol bağlanır. Bu isə istehsalçıların gəlir-lərində müxtəlifliyə səbəb olur.

Tələbat sonsuz, onların ödənilməsi mənbələri isə məh-dud olduğuna görə (bəzi çox böyuk imkana malik olan şəxs-lər istisna olmaqla) istehlakçılar özləri üçün elə əmtəələri seçməlidirlər ki, bunlar onların alıcılıq imkanlarına uyğun gəlsin. Bütün bunlar onu göstərir ki, tələb və tələbat müxtə-lif anlayışlardır. Daha doğrusu, tələb alıcılıq qabiliyyətinə uyğun gələn tələbatdır.

Beləliklə, bazarda tələb qanunu fəaliyyət göstərir. Bu qa­nun tələb və qiymət arasında aşağıdakı funksional ası­lılığı ifadə edir: əmtəə və xidmətlərin qiymətləri nə qə­dər yüksək olarsa ona olan tələb də bir o qədər az olur. Başqa sözlə, digər şərtlər sabit qalmaqla, əmtəə və xid­mət­lərə olan tələb qiymətlərdən asılı olaraq dəyişir və de­­məli, bunların arasında tərsmütənasiblik vardır. Bu: 1) Qiymətlər aşağı ol-duqda alıcının daha çox əmtəə almaq istəyinin olması (gəlir-lərin səmərəliliyi); 2) Hər hansı bir və ya bir neçə əmtəənin qiymətinin dəyişməsi (bahalaş­ması və ya ucuzlaşması) digər əmtəələrin də qiymətlərinin dəyişməsi (baha­laşması və ya ucuzlaşması) və bunun­la əlaqədar olaraq onların satın alın­masının daha sər­fəli olması (əvəzedicinin səmərəliliyi) ilə əlaqədardır.

Qiymətlərin qalxacağı barədə əhali arasında ajiotaj vəziyyət ya­randıqda, qızıl, qiymətli daş-qaş, əntiq malların satın alınmasına meyl, habelə, keyfiyyəti yüksək və daha qiymətli əmtəələrə tələb artdıqda tə­ləb qanunu fəaliyyət göstərmir. Məsələn, tutaq ki, marqarinə olan tələb azalıb, kərə yağa olan tələb isə artıb, başqa sözlə, tələb marqarindən kərə yağa «keçib». Sual olunur: bu o deməkdirmi ki, satıcı marqarinin qiymətini aşağı salmaqla ona olan tələbi artıra bilər. Əlbəttə, yox! Çünki kərə yağa olan tələbin artmasına digər qeyri-qiymət amilləri də təsir edir. Deməli, marqarinin qiymətinin aşağı salınması ona olan tələbin artmasına doğru aparmır. Lakin bunu qiymətli şeylərə şamil etmək olmaz.





Поделитесь с Вашими друзьями:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə