46
və
-düymələri şəkil üzərində əlavə qrafiki elementlər işləməyə imkan verir. Bu
zaman düymənin sağında əks olunan kiçik ox
vasitəsilə açılan menyudan qələmin rəngi, tipi
və xətt qalınlığı seçilə bilər.
- düyməsi şəkil üzərində aparılmış düzəlişləri silmək, yəni istifadəçinin əlavə çəkdiklərini
ləğv etməyə imkan verir.
3.3. İş stolunda mini proqramlar
Windows 7 sistemində birbaşa İş stolunda yerləşən və istifadəçini cürbəcür məlumatlarla
gündəlik təmin edən, əyləncəli və s. funksiyalara malik mini-proqramlardan istifadə edilir. Bu cür
kiçik proqramları həm də
qadjetlər (
həcətlər) adlandırırlar. Müxtəlif funksiyalara malik belə kiçik
proqramlar İş stolunun istifadəçi üçün əlverişli olan istənilən yerində yerləşdirilə bilər. Onların
bəziləri sadəcə olaraq istifadəçini məlumatlandırır, yəni təmiz informativ xüsusiyyətə malikdir.
Belə ki, bu proqramlar istifadəçi üçün hər an maraqlı ola biləcək vacib informasiyanı, o
cümlədən, vaxt, hava, təqvim, və s. məlumatları İş stolunda əks etdirir.
Bəzi mini proqramların (“Hava”, “Valyuta”, “Onlayn-radio” və s.) işləməsi üçün internet
qoşulması olmalıdır, bunsuz onlar operativ və aktual məlumatları göstərməyəcək. Çünki bir sıra
mini proqramlar da veb-səhifələr kimi HTML və JavaScript dillərində yazılmış qrafiki təsvirlər
və fayllardan ibarətdir. Ona görə də onların İş stolunda əks olunması üçün brauzerlərdən heç
olmazsa biri sistemdə quraşdırılmış olmalıdır. O cümlədən, Windows 7
sistemində quraşdırılmış
(standart) mini proqramların işləməsi üçün İnternet Explorer brauzerinin olması zəruridir. Yəni
bəzi mini proqramlar (məsələn, “Hava”) işləməsi üçün internetə qoşulma tələb edir, bəziləri isə
(məsələn, “Saatlar”) internetsiz işləyə bilər.
Mini proqramların icrası olunması üçün onlar əvvəlcə qoşulmalıdır. Bunun üçün aşağıdakı
addımlar ardıcıl icra olunur:
Control Panel (İdarəetmə paneli)
Programs and Features (Proqramlar və
komponentlər) əmri icra olunur;
Bu halda açılan pəncərənin solundakı menyudan
Turn Windows features on or off
(Windows komponentlərinin qoşulması və ya açılması - Включение или отключение
компонентов Windows) bəndi seçilir. Bu zaman displey ekranında
Windows Features
(Windows komponentləri) dialoq pəncərəsi əks olunur (şəkil 7.25);
Mini proqramların qoşulması üçün bu pəncərədə
Windows Gadget Platform (Windows
Gadjetləri platforması - Платформа гаджетов Windows) rejimi seçilir. Mini proqramlara
ehtiyac yoxdursa bu rejim seçilmir;
Dostları ilə paylaş: