Mövzu III azərbaycan erkən orta əsrlərdə p L a n



Yüklə 177,49 Kb.
Pdf görüntüsü
səhifə2/2
tarix02.01.2022
ölçüsü177,49 Kb.
#45895
1   2
mövzu 3

  

 

 

   III-V  əsrlərdə  Azərbaycanda  feodalizmə  xas  olan  iqtisadi  münasibətlər  bərqərar  oldu.  O 



dövrün  qaynaqları,  qonşu  ölkələrdəki  iqtisadi  və  sosial  vəziyyət  Azərbaycanda  erkən  feodalizm 

münasibətləri haqqında təsəvvür yaratmağa imkan verir. 

Məhsuldar  qüvvələrın  və  istehsal  münasibətlərinin  tədricən  inkişafı  feodal  istehsal  üsulunun 

yaranmasına şərait yaratdı. Feodal münasibətləri hələ özündən əvvəlki quruluşun dövründə rüşeym 

kimi yaranmış və inkişaf etmişdi. 

Tədricən    torpaq  sahibliyinin  yeni,  özünəməxsus  cəhətləri  meydana  gəldi.  Əvvəllər  torpaq 

hökmdara,  dini  qurumlara,  ayrı-ayrı  quldarlara  mənsub  idi.  Belə  torpaqlarda  qul  və  məcburu 

adamların  əməyindən  istifadə  edilirdi.  Belə  işçilərin  əməyə  marağı  sönür,    nəticədə  əmək 

məhsuldarlığı  azalırdı.  Ölkədə  baş  verən  siyasi  dəyişikliklər  iqtisadiyyatın  inkişafına  xeyli  ziyan 

vurur, torpağın müəyyən yüksək təbəqələrin əlində cəmləşməsinə şərait yaradırdı. Hökmdar və onun 

ətrafı torpaq sahibkarlarına çevrilirdilər. Həmin torpaqlar xidmət əvəzi olaraq hərbçilərə və dövlət 

adamlarına paylanılır və hədiyyə verilirdi. Xüsusi xidmət adamlarına paylanılan belə torpaqlar“ feod” 

adlanırdı.(Mülk). “Fodalizm” adı da buradan yaranmışdır. 

Feodal  torpaqlarında  kəndli  əməyindən  geniş  istifadə  olunurdu.  Kəndli  feodaldan  asılı 

vəziyyətdə idi. Kəndli torpağı becərməli, məhsulun müəyyən hissəsini torpaq sahibinə verməli idi. 

Kəndli eyni zamanda müxtəlif mükəlləfiyyətləri yerinə yetirməli idi.  

Feodalizm dövründə iki sinif –feodal və  kəndli sinfi yarandı. Kəndlilər əsas istehsalçı qüvvəni 

təşkil  edirdi.  Bu  kəndlilərin    bir  çoxu  getdikcə    var-yoxdan  çıxaraq  yoxsullaşır,  bir  qismi    isə 

varlanaraq  torpaq  mülkiyətçisinə  çevrilirdilər.  Sasanilərin  ağalığı    dövründə    bu  proses    daha  da  

gücləndi.  

Azərbaycanda  əhalinin əsas kütləsini kəndlilər  təşkil  edirdi.  Sasanilər dövründə  əhali 4 sosial 

təbəqəyə bölünürdü.  

       1.kahin    ( asravan) 2. döyüşçü  (arteştaran) 3. Mrzə   (dipiran) 4. Vergi verən (vastrioşan) 

Axırıncı təbəqə ən ağır can (qezit) və torpaq (xaraq) vergisi verirdi. Sənətkar  və tacirlər də 

vergi verirdilər.  



 

Torpaq üzərində xüsusi feodal mülkiyyəti  Albaniyada  iki formada mövcud idi: a) İcma torpaq 



sahibliyinin dağılması  nəticəsində meydana çıxmış şərtsiz və ya irsi torpaq sahibliyi (dastakert);b) 

Torpaqların dövlət tərəfindən vassal xidməti müqabilində müvəqqəti  olaraq paylanması nəticəsində 

meydana gəlmiş şərti torpaq sahibliyi (xostak) Feodal torpaq mülkiyyətinin  bu iki forması  ilə yanaşı 

məbəd  və eləcə də icma və xüsusi  kəndli mülkiyyəti də mövcud idi. 

V əsr alban səlnaməçisi  Movses Xornilinin  verdiyi məlumata görə Albaniya əhalisi  bu  dövrdə 

hakim  sinif olan feodallara (azatlara) və maddi nemətlərin istehsalçısı  olan kəndlilərə (sinakanlara ) 

bölünürdü. Hakim sinfin nümayəndələri naxarar,naxapet, azqapet və sair terminlərlə ifadə olunurdu.  

Getdikcə  mərkəzləşən  dövlətdə  hökmdarın  (İsxan)  hakimiyyəti  gücləndi.  O,  ölkənin  həm 

dünyəvi, həm də dini hakimi kimi qanunvericilik  hüququna malik idi. O, həm də hərbi qüvvələrin 

başçısı sayılırdı. 

Mənbələrin məlumatına  görə feodal münasibətlərinin inkişafının ilk dövrlərində əsas istismar 

forması natural şəkildə toplanan vergilər təşkil  edirdi. Albaniyada toplanan vergilər bunlar idi. Can 

vergisi-has, kilsə onda biri-tasanord, məhsul vergisi –ptux və s.Afropatendə  də 20 yaşından 50 yaşına  

qədər bütün kişilərdən can vergisi –cizyə alınırdı .Bu vergini verə bilməyənlər qula çevrilirdilər. 

Vergilərin ağırlıığı əhalini  var-yoxdan çıxarır, xırda  torpaq sahibləri vergini ödəyə bilməməsi 

üzündən torpaqlarını satmağa məcbur olurdular. Beləliklə torpaq iri əyanların  əilində cəmləşirdi. Bu 

dövrdə  Atropatena    və  Albaniyada  az  da  olsa    qul  əməyindən  istifadə  olunurdu.  Lakin  göstərmək  

lazımdır ki, kəndli  nə qədər  var yoxdan  çıxıb  torpağını  itirsə  də, feodaldan  tam asılı  və ya  

təhkimçi düşmədi. 

Məhsuldar  qüvvələrin artması, feodal münasibətlərin inkişafı və möhkəm-lənməsi nəticəsində 

şəhərlərdə  əkinçiliklə  əlaqəni  kəsmiş  azad  sənətkarlar  meydana  çıxırdı.  Bunlar  xırda  alverçilərlə 

birlikdə xüsusi zümrədə birləşirdilər.  

Mənbələr sənətkarlığın inkişaf etdiyini təsdiq edirlər. Bu mənbələrdə dulusçu , dərzi, xalçaçı, 

dəmirçi,  dabbaq,  zərgər  və  bənnaların  adları  çəkilir.  Azərbaycanın  Mingəçevir,  Qəbələ  və  Şamaxı 

kimi şəhərləində bu sənət növlərinin inkişaf etyini sübut edən mənbələr aşkar edilmişdir. 

226-cı ildə İranın cənubunda yerləşən fars vilayətinin Sasan nəslindən olan Ərdəşir-Papakan 

Parfiyanın sonuncu hökmdarı V Aztabanı  məğlub  edərək, özünü İran şahənşahı elan edir. Beləliklə  

paytaxt Ktesifon olmaqla Sasanil (İran ) imperiyası yaranır. 

I  Ərdəşir  dövlətə  tabe  olan  ölkələri  canişinliklərə  bölür.  Azərbaycan  da  canişinlik  sisteminə  

daxil olur. Lakin ilk əvvəllər Atropaten  və Albaniya tam asılı vəziyyətdə deyildilər. Sonralar, I Şapur 

dövründə (241-272) Sasanilərə tabe olan ölkələr içərisində Azərbaycanın (Adurbaden  və Albaniya ) 

da adı çəkilir. Atropaten Sasanilər dövlətinin ən mühüm əyalətlərindən biri hesab olunurdu.Bu onun 

iqtisadi  əhəmiyyəti  ilə bağlı idi. Məhz  buna görə  də Tavreş  (Təbriz ) sasanilərin baş şəhərlərindən  

birinə çevrilmişdi. Sasanilər Atropatendən əsgər də toplayırdılar.  

Sasanilər  öz mərkəzi hakimiyyətlərini mökəmlətmək  üçün Zərdüşt dinini  dövlət dini  kimi 

qəbul  etdilər.  Bu  həm  də  ona  görə  idi  ki,  İran  imperiyası    ərazisində  xristianlıq  geniş 

yayılırdı.Xristianlıq  isə sasanilərin  düşməni  olan Roma imperiyası, sonralar  Bizans imperiyasının  

rəsmi dövlət dini sayılırdı. I Şapur Zərdüştiliyi  geniş  yaymaq   haqqında  əmr  vermişdi. Zərdüşt 

kahinləri  dövlətin  həyatında  böyük rol oynayırdılar. Kahinlərin ixtiyarında külli  miqdarda  torpaq 

sahələri cəmlənmişdi.  

Atropatenanın Qazaka şəhərindəki atəşpərəst məbədi baş məbəd hesab olunurdu. Şahlar taxta 

çıxandan sonra Ketesifondan  buraya, məbədi ziyarətə gəlməli  idilər. Ümumiyyətlə zərdüşt ruhaniləri 

dövlətin həyatında  mühüm rol oynayır,  iri torpaq sahiblərinin mənafeyini  müdafiə edir və özləri də 

kəndliləri  istismar  edirdilər. Təkcə Qazaka məbədinin torpaqların da 10 min nəfərə  qədər kəndli 

işləyirdi. 

Sasanilər  Atropeteni  tabe  edəndən  sonra  Albaniya  və  İberiyaya    da  hücumlar  etdilər.  Uzun 

mübarizədən  sonra  bu  ölkələr  də  Sasanilərin  tabeçiliyinə  düşdülər.  Azərbaycan  eyni  zamanda 

Romalıların  da işğalçılıq planlarında  var idi. IV əsrdə Roma  ilə Sasanilər  arasında Cənubi Qafqaz  

uğrunda uzun sürən müharibələr baş-ladı. 

Atropatena  da  İran  –Roma  müharibələri  meydanına    çevrilmişdi.  Buraya  yunan–erməni 

qoşunları,  hun  və  alan  tayfaları  da  dağıdıcı  yürüşlər    etmişlər.  Xüsusilə  Armeniya  hakimləri 



 

Albaniyanı işğal etməyə  cəhd edirdilər. Albaniyanın Paytakaran hökmdarı Sanatürk (Sanasen) onlara  



qarşı  ciddi  müqavimət  göstərmişdi.  (298-338).O,  bu  mübarizədə  Sasanilərə  arxalanırdı.  Sanatürk 

337-ci ildə 30 minlik qoşunla  Armeniyaya yürüş etmişdi. O, Armeniyanın  paytaxtı Valarşapatı tu-

taraq oranı bir il öz hakimiyyətində saxladı. 

İran şahı II Sapur (309-379) Albaniyada  özünə sadiq hökmdar görmək  istəyirdi. Bu zaman 

yeni Alban hökmdarı Urnayr (359-371) siyasi səhnəyə çıxdı. Urnayr həm də II Şapurun bacısının əri 

idi. Ona görə də Sasanilərələ Albaniya  arasında müttəfiqlik siyasəti üstünlük  təşkil  edirdi. 

Məs. Ermənistana qarşı döyüşlərdə Urnayr Sasanilərə kömək edirdi. (Movses Xorneli ) Maisey 

Kalankatklu  yazır ki, Albaniya hökmdarı “Armeniya daxilində qələbə bayrağını qaldırdı.” (Dzirav 

döyüşü 371-ci il) . 

IV əsr Roma tarixçisi Ammian Marsellin  təsdiq edir ki, o, şəxsən Amidin (Diyarbəkr ) divarları 

altınada öz dəstələri  ilə II Şapuru müşaiyət  edən Alban hökmdarını görmüşdür. 

Urnayrdan sonra hakimiyyətdə olan  II Vaçaqan, Mirhavan, Satoy və Asay (371-430-cu illər) 

dövründə yerli hakimiyyət məhdudlaşdırıldı. Sasanilərdən asılı olmaq  yerli əhalidə mübarizə əhvali- 

ruhiyyəni  artırdı.  Sasanilər    hər  şeydən  əvvəl  Albaniyaya  strateji  cəhətdən  çox  qiymət  verirdilər. 

İranlılar Albaniyada çoxlu istekamlar tikirdilər. Sasanilər hər şeydən əvvəl Alban qapılarını (Dərbənd 

keçidi)  möhkəmlətmək  ,  öz  şimal  sərhədlərinin  təhlükəsizliyini  təmin  etmək  istəyirdilər.  Çünki 

Şimali  Qafqazda yaşayan köçərilər Dərbənd keçidi vasitəsilə İrana hücumlar edirdilər  

V əsrdə köçəri tayfaların hücumları daha da güclənir. Bu hücumlardan qorunmaq üçün Sasanilər 

Alban  qapıları  (Dərbənd  )  ərazisində  əvvəl  torpaq  sədlər  ,  Şah  II  Yezdəqird  (438-457)  dövründə 

daşlardan  nəhəng  divar  çəkdilər.  Bu  səddin  çəkilməsinin  ağırlığı  yerli  əhalinin  üzərinə  düşürdü. 

Moisey  Kalankatkulu  yazırdı:  “İran  şahları  Qafqaz  dağları  ilə  böyük  Şərq  dənizi  (Xəzər)  arasında 

böyük binanı  tikmək üçün memarlar toplamaq, müxtəlif materiallar axtarmaqla ölkəmizi  taqətdən 

salmışdılar”.  

Sasanilər  ölkənin  daxilində  öz  qarnizonlarını  yerləşdirmək    üçün  Beyləqanda,  Bərdədə, 

Şəmkirdə, Şamaxıda, Dərbənddə qalalar tikdirdilər. Eyni zamanda Sasanilər bu yerlərə fars dillərində 

danışan  əhalini  də  köçürürdülər.    Sasanilər  həm  də  yerli  əhali  üzərinə  ağır  vergilər  qoymuşdular, 

(xərac,  qezit  və  s.).  Bu  istismara  dözə  bilməyən  əhali    ilk  dəfə  450-ci  ildə  sasani  zülmünə  qarşı 

mübarizəyə  qalxdı.  Həmin  il  Xalxal  yaxınlığında  (Qazax    ərazisi)  üsyançılar    sasaniləri  məğlub 

etdilər. Şah II Yezdəgird vəzir Mehr Nersexin başçılığı altında üsyanı yatırmaq üçün qoşun göndərdi. 

451-ci il mayın  26-da Avaray çölündə (Maku yaxınlığı )şah ordusu üsyançıları  məğlub etdi. Lakin 

əsarət  altına  alınmış    xalqın    mübarizəsi    davam  edirdi.    Alban  hökmdarı  İranda    gedən    siyasi 

hadisələrdən istifadə edərək sasanilərə qarşı üsyan etdi.   

II Vaçenin başçılığı  altında  üsyan 460-cı il də baş vermişdi.Üsyançılar Dərbənd qalasını ələ 

keçirərkən, Dağıstanda  yaşayan dağlı tayfaları ilə ittifaq bağladılar. Bunu görən Sasani  şahı Füruz 

(459-464)  hun  tayfalarını  öz  tərəfinə  çəkərək  üsyançılara  qarşı  onlardan  istifadə  etdi.  462-ci  ildə 

hunlar  (haylandur)  Albaniyaya  soxuldular.  Bir  il  uzanan  bu  müharibə  II  Vaçenin  463-cü  ildə 

hakimiyyətdən  uzaqlaşdırılması  ilə  başa  çatır.  II  Vaçedən    sonra  30  il  ərzində  Albaniya  öz 

müstəqilliyini itirdi və sasanilərin təyin etdiyi mərzbanlar tərəfindən idarə edilməyə başlandı.Morsey 

Kalankatkulu  yazırdı: “Vaçedən mömin Vaçaqana kimi 30 il müddətinə Albaniya hökmdarsız qaldı”. 

493-cü ildə İran Şahı Kavadın əmri ilə III Vaçaqan Albaniya hakimiyyyətinə gəldi. III Vaçaqan (493-

510) ilk növbədə Albaniyada xristianlığı geniş şəkildə yaymağa başladı. O, 498-ci ildə Aguen  kilsə 

məclisi çağırdı və xristian dininə aid qanunlar  qəbul  etdi. Lakin xristianlıq Albaniyada geniş intişar 

tapa bilmədi. 510-cu ildə III Vaçaqanın ölümündən sonra Sasanilər  buradakı dövlət qurluşunu  ləğv 

etdilər. Albaniyada Sasani mərzbanlarının  uzun müddətli (510-629) hökmdarlığı  dövrü başladı. I 

Xosrov  Ənuşirəvan  (531-579)  dövründə  Adərbayqan,    Albaniya,  İberiya    və  Armeniya  bir 

məzbanlıqda  (canişinlik  )  birləşdirildi.  628  –ci    ildən  Azərbaycan  Xəzər  xaqanlığının  işğallarına  

məruz qalmışdır.  

Sasanilərin  hakimiyyətinin    ilk    illərində    İranda    yeni  dini    təlim  –manixeyçilik  yayılmağa  

başladı. Bu təlim Mani (216-276) tərəfindən təbliğ  olunurdu. Təlimə görə dünyada işıq və qaranlıq 

arasında mübarizə  gedir. Dünya şeytan əməlləri  ilə doludur. İnsan ilk növbədə şər ünsürlərdən azad 

olmalıdır. Hakimiyyətə can atmamalıdır. Şər qüvvələrdən uzaqlaşmağa  çağıran Mani istismar olunan 



 

zəhmətkeşlərin gününə  yanırdı. Bu təlim tezliklə İrandan tutmuş Roma imperiyasının ucqarlarına,  



şərqdə isə Orta Asiyaya qədər yayıldı. 276-cı ildə Mani edam  edilir. III əsrin sonlarında  İran  və 

Romada Bundov manixeyçiliyi təbliğ edir. Bu təlimin Sasanilərə qarşı məzdəkilər hərəkatına böyük 

təsiri olmuşdu. 481-ci ildə başlanan bu hərəkata Məzdək Bəmdad oğlu rəhbərlik etmişdir. 

Məzdəkilər  təliminin  əsas  müddəaları  ədalətli  cəmiyyət  qurmaq,  insanlar  arasında  əmlak 

bərabərliyi  yaratmaqdan  ibarət  idi.  I  Kavadın  (488-531)  hakimiyyəti  illərində  Məzdəkilər  hərəkatı 

daha da  geniş vüsət alır. 

Xalq  üsyanlarından  ehtiyat  edən    və  əyanların  qüdrətini  sarsıtmaq    məqsədi  güdən  I  Kavad 

əvvələr Məzdəkilərə qəyyumluq edirdi. Hətta aclıq zamanı Məzdəkin məsləhəti ilə Kavad dövlətin 

taxıl  anbarlarını  əhalinin  üzünə  açır.  Məzdəkin  fikirincə,  “Əmlak  insanlar  arasında  

bölüşdürülməlidir. İnsanların hamısı allahın qulları və Adəmin övladlarıdır. Kim ehtiyac hiss edirsə, 

qoy  bir-birinin  əmlakından  istifadə  etsin,    belə  ki,  heç  kim  ehtiyac  və  yoxsulluq    duymasın,  hamı 

mövqe  etibarı  ilə    bərabər  olsun”.  Bu  hərəkata  kəndlilər,  qullar,  sənətkarlar  və  şəhər  yoxsulları 

qoşulsalar da hərəkatın əsas hərəkətverici  qüvvəsi  kəndlilər idi. Məzdəkilər hərəkatı on illərlə davam 

etmişdi. Silahlı üsyançı dəstələr iri feodalların və tacirlərin evlərinə basqın edir, onların əmlakını  öz 

aralarında bölüşdürürdülər.  

529-cu ildə Kavadin oğlu Xosrov qəflətən qoşunla  məzdəkilər  üzərinə hücum edərək onları 

darmadağın  etdi. Məzdək ələ keçrilərək edam edildi. 80-mindən çöx məzdəki tərəfdarına ağır divan 

tutuldu. Lakin bu hərəkat izsiz qalmadı. Hərəkat iri kahinlərin təsirini zəiflətdfi. Eyni zamanda şah 

hakimiyyətinə təsir göstərən əyanların hakimiyyətinə zərbə vuruldu. Məzdəkilər hərəkatının məğlub 

olmasının əsas səbəbi onun  pis təşkil olunması və kortəbii xarakterli olması idi. Məzdəkilər hərəkatı 

məğlub oldu, lakin onun ideyaları xalq arasında uzun müddət yaşadı.  

VI  əsrin  sonu–VII  əsrin  əvvələrində  Allbaniyada  Girdiman  vilayətinin  sahibləri  olan  feodal 

Mihranilər  nəsli üstünlük  əldə etdi. Moisey Kalankatuklunun  məlumatına  görə saray çevrilişində 

iştirak  edən  (Kavada  qarşı),  Mihr  sasani  hökmdarı  Xosrov  II  Pərvizin  qəzəbindən  xilas  olmaq 

məqsədilə 30 min qohumu ilə Xəzərlərə sığınmaq üçün İrandan qaçmışdı.Lakin Xosrov vəziyyətdən 

ehtiyat  edərək,    ardınca  məktub  göndərmiş  və  istədiyi  yeri  seçməsinə  icazə  vermişdi.  Şahın 

məktubunu  Uti  vilayətində  olan  Mihr  elə  burada  məskunlaşır.  Mihr  və  onun  xəlifələri    yerli 

feoddalları müxtəlif yollarla aradan götürərək bütün Albaniyaya sahib olmuşlar. 

Onlar  özlərinin  farslığını  iki  nəsil  saxlamış,  bundan  sonra  xristianlığı    qəbul  edəcək 

albanlaşmışlar. Akademik Bartoldun fikirincə “Yenidən albanların milli, lakin fars mənşəli sülaləsi 

bərpa olundu.”Mihranilər Albaniyada 603-cü  ilə yaxın qərarlaşsalar da, bütün ölkəyə 630-cu ildən 

tam hüquqlu hakimə çevrildilər. 

603-604-cü  illərdə  İran  –Bizans  müharibələrindən  istifadə  edən  Albaniya  əhalisi  sasani 

hakimiyyətinə  qarşı  üsyan  etdilər.  Lakin  üsyan  IIXosrov  tərəfindən  amansızlıqla  yatırıldı.Alban 

əyanlarının bir çoxu məhv edildi.Sonralar katolikos Vironun köməyi ilə Mihranilərdən olan knyazlara 

şah “Girdiman hakimi  və Albaniyanın işxanı” titulu verildi.  Belə bir titul Varaz Qriqor zamanı əldə 

edildi.  II  Xosrov  Qafqazın  Bizasla  əlaqələrini  kəsmək  məqsəd  ilə  612-613-cü  illərdə  İrana  tabe 

xristianların məclisini çaqıraraq, Bizans diofizitliyin müqabilində monofizit cərəyanını qəbul etdirir. 

İlk Girdiman knyazı Mihr  (570-590) uzun müddət dinc şəraitdə yaşayır. Onun nəticəsi Qoçaq 

Vardan (600-615) Girdiman qalasını tikdirir. O, monofizitliyi qəbul edir. O, guya Aranşahlar nəslinin 

60 nümayəndəsinə zəhər verib öldürmüş, və bütün Albaniyanın sahibinə çevrilmişdir. Onun nəvəsi 

Varaz  Qriqor  (625-636)  Bizasla  ittifaqa  daha  çox  üstünlük  verərək  xristianlığın  diofizit  etiqadını 

qəbul edir. 630-ci ildə Varaz Qriqor əsirlikdən qayıdanVironun təkidi ilə monofizitizmi qəbul edir. 

Bu isə sasanilərə yaxınlaşmaq demək idi. 

Varaz Qriqorun varisi Cavanşir (636-680) bütün Albaniyanı öz hakimiyyəti altında birləşdirir. 

O, Bərdə şəhərini ölkənin paytaxtı edir. Hakimiyyətinin ilk dövründə Sasani şahı III Yezdəgirdə tabe 

olan Cavanşir onun tərəfində Ərəblərə qarşı vuruşmuşdur. 651-ci ildə Sasani imperiyası dağıldıqdan 

sonra  Ərəb  xilafətindən  asılı  vəziyyətə  düşdü.  Ərəb  xilafətində  çəkişmələr  başlayan  zaman  digər 

feodallar  kimi  Bizans  imperatoru  II  Konstantin  (641-668)  onu  öz  himayəsi  altına  aldı.Bizans 

imperatorunun  sayəsində  Cavanşir  İberiya  sərhədlərindən  Araz  çayına,  Dərbəndə  qədər  bütün 

əraziləri əhatə edən Albaniyanın hakiminə çevrilir.Lakin tezliklə Xəzərlərin Albaniyaya hücumları 



 

yenidən  başladı.  Cavanşir  Xəzər  xaqani  ilə  qohum  olaraq  müəyyən  dərəcədə  xaqanlıqdan  asılı 



vəziyyətə  düşdü.  Lakin  Ərəblərin  yeni  yüksəlişi  dövründə  Cavanşir  şimal  təhlükəsini  aradan 

qaldırmaq məqsədilə Ərəb xilafətinə meyl edir. 

VI əsrin sonlarına yaxın dövrdə şimal torpaqlarında ərazisi Xəzər dənizindən Ağsu çayına qədər 

uzanan  ərazilərinə Şirvanşahların hökmranlığı başlamışdır. Lakin bu ölkə haqqında əlimizdə demək 

olar ki, məlumat yox həcmindədir.  

III  –VII  əsrlərdə  Azərbaycanda  möhkəmlənən  feodal  münasibətləri  əsasında  mədəniyyət  də 

inkişaf edirdi. Hələ xristianlıq qəbul  edilənə qədər  Albanların öz yazıları olmuşdur və bütün ölkə 

üçün  ünsiyyət  vasitəsi  kimi  alban  dili  geniş  intişar  tapmışdı.Vəsrin  başlanğıcında  arami  qrafikası 

əsasında  alban  əlifbası  təkmilləşdirilmişdir.  Antik  müəlliflərə  görə  hələ  e.ə.I  əsrdə  albanlar  öz 

yazılarından istifadə edirdilər. V əsrdə artıq 52 hərfdən ibarət təkmil əlifba mövcud udi.Erkən alban 

ədəbiyyatı  əlverişli  tarixi  mədəni  şəraitdə  təşəkkül  tapdı.  Bizə  gəlib  yetişən  Alban  ədəbiyyatı 

nümunələrinə  aşağıdakıları  aid  etmək  olar.Moisey  Kalankatuklunun  “Alban  tarixi”,VII  əsr  şairi 

Davdəkin eleqiyası (Cavanşir haqqında ), alban hüquq mənbələri olan kilsə qanunları (Aquen kilsə 

məclisində  qəbul  edilən  qanunlar,  705-ci  ildə  Simeonun  qanunu  adı  ilə  tanınan  Partov  (Bərdə) 

məclisinin qnunu) 

1948-ci  ildə  Mingəçevirdə  aşkar  olunmuş  alban  yazıları  böyük  əhəmiyyət  daşıyır.  Bu  alban 

yazısı 21 işarədən  ibarət olan 4 sətirlidir. Albaniyada əlifba tərtib olunduqdan  sonra əyan və ruhani 

uşaqları  üçün məktəblər  də açılmışdı.  Burada uşaqlara Tövrat  öyrədilirdi.  

Albaniyada  ədəbiyyat və elm də inkişaf  edirdi. O zaman Albaniyada  bəzi antik  müəlliflərin 

əsərləri –Homerin “İliadasi,” Vergilinin ”Eneidasi”  məlum idi. Səlnamələr alban incəsənətinin də 

yüksək səviyyəsi haqqında məlumat verir. Məsələn Girdiman qalasındakı məbədin içərisi rəssamlar 

tərəfindən işlənmiş , qapıları gümüş və müxtəlif bəzək əşyaları ilə işlənmişdir. Belə abidələrə Qax 

rayonunun Qum və Ləkit  kəndləri yaxınlığında və Mingəçevirdə qazıntılar zamanı rast gəlinmişdir.  

Atropatenanın  da  mədəni  həyatında  inkişaf  baş  verirdi.  Burada  Qazaka  şəhəri        (Təxti-

Süleyman  yax.)    öz  gözəlliyi  ilə  insanı  valeh  edirdi.  Eramızadan  əvvəl  Atropatendə  İran  –Arami 

əlifbası əsasında inkişaf etmiş Pəhləvi yazısı işlənmişdi.   

 

Hər bir xalq müəyyən tarixi ərazidə yaşanmışdır. Heç bir xalq indi yığcam yaşadığı ərazidən 



kənarda  meydana gəlməmişdir. Xalqlar  əvvəl müəyyən tarixi  ərazidə yaranmış, sonradan müxtəlif 

səbəblərə görə başqa ərazilərə yayılmışlar. Azəri türklərinin bir xalq kimi  formalaşdığı ərazi məhz 

Azərbaycan ərazisi olmuşdur. Bu ərazi şimalda Dərbənddən, Cənubda Zəncan-Qərvin , qərbdə Tiflis, 

İrəvan və  Urmiya gölünün qərb sahillərinə qədər uzanmışdır. 

Azərbaycan xalqı bu geniş ərazidə yaşayan  türk etnoslarından və qonşu ölkələrdən gəlib burada 

məskunlaşan    türkdilli  digər  etnosların  qaynayıb-qarışmasından    yaranmışdır.Azərbaycan  türkləri 

erkən dövrdən türk (prototürk) dilində danışmış və  heç bir başqa xalqdan dönməmişdir.Azərbaycan 

xalqını  öz  etnik    və  dil  köklərindən  qoparmaq  üçün    uzun  müddət  qondarma    müddəalar  ortaya 

atılmışdır. Lakin XX əsrin 80-ci illərindən bəri Azərbaycan xalqının etnogenezi məsələləri obyektiv 

şəkildə araşdırılaraq, qondarma, uydurma  nəzəriyyələrə tutarlı cavablar verilmişdir. 

Bu  sahədə  Ə.Sumbatzadənin  “Azərbaycanlılar,  xalqın  etnoqenezi  və  forma-laşması”  (1980), 

S.Əliyarovun” Azərbaycan xalqının etnogenizi haqqında “(1984), F.Məmmədovanın “Alban etnosu 

məsələsinə  dair”(1989),  Q.Qeybullayevin  “Azərbaycan  xalqının  təşəkkülü  adlı  yazdıqları  sanballı 

əsərlər xalqın etnoqenezinin öyrənilməsinə böyük töhvələr vermişdir. 

Etnogenez  məsələsinin  öyrənilməsində  Z.Bünyadov,  İ.Əliyev,  Y.Yusifov,  Rus  alimlərindən 

Dyakonov, Trever, Novoseltseva  və başqalarının böyük xidmətləri olmuşdur. 

Bəs  “etnogenez”  deyəndə  nəyi  başa  düşürük?  Bu  söz  “etnos”  sözündən  olub  –yunanca 

tayfa  ,xalq  deməkdir.  “Genezis”  isə  yaranma  mənasını  verir.  “Etnogenez”  bir  neçə  etnik 

komponentdən yeni etnik ümumiliyin əmələ gəlmə prosesidir. 

İki tip etnogenetik proses fərqləndirlir: 

1. Yeni tayfa  qrupu və ya xalqın etnogenezində  daha qədim tayfa qruplarının iştirakı;  

2.Etnogenez posesində başqa ərazisindən köçən etnosların iştirakı. 




 

Əksər  hallarda  hər  iki  tip  proses  bu  vəya  digər  nisbətdə  birləşir.  Azərbaycan  xalqının 



etnogenezində hər iki tip proses özünü göstərmişdir. 

Azərbaycanda  yaşamış  erkən  əhalinin  etnik  tərkibini  müəyyən  etmək  üçün  əsasən  yazılı 

qaynaqların məlumatı köməyə  gəlir. Bu qaynaqlar dövr etibari ilə  iki hissəyə bölünür. Birinci dövr 

e.ə.III  –  I  minillikləri  əhatə    edir.  Qədim  dövr  qaynaqlarının  öyrənilməsi  göstərdi  ki,  o  zaman 

Azərbaycan  ərazisində  türk  dillərində  danışan  etnoslar  (erkən    türklər)  yaşayırdılar.  İkinci  dövr 

qaynaqları eramızın I minilliyini  əhatə edir.  

Azərbaycanın ən qədim etnik qrupları e.ə. III –II minillikdə yaşamış lillubi, kuti, turukku və su 

tayfaları  olmuşlar.Lillubilər  e.ə.  III-II  minillik  də  Urmiyə  gölündən  cənub  və  cənub  şərqdə 

məskunlaşmışdılar.  Şumer,  Elam,  Akkad  mənbələrində  lullubilərin  adları  ilk  dəfə  e.ə.XIII  əsrdə 

çəkilir.  E.ə.I  minillikdə  mənbələrdə  onların  yaşadığı  ərazi  Zamua  kimi  verilir.  Alimlərin  fikrincə 

lullubilərin dili zaqros-elam dilləri qurupuna aiddir. 

Göstərilən  tayfaların  varisləri  mannalılar,  hurrilər,  kadusələr  və  s.  e.ə.  I  min-illikdə 

Azərbaycanın  müxtəlif ərazilərində yaşamışlar. 

Bir  qədər  də  torpaqımızın  qədim  sakinləri  olan  Azərbaycanın    şimal  torpaqlarına  öz  adlarını 

verən albanlar haqqında. Bəzi müəlliflər albanların lap qədimdən məhz Azərbaycan  dilli  olmaları 

mülahizəsini  irəli sürürlər. Albanların dilinin  və tarixinin öyrənilməsində Q.Voroşilin böyük rolu 

olmuşdur.  O,göstərir  ki,  “alban-ağvan,  ağuan  oykonimi  comərdlər  yurdu”  mənasını  verir.    Eyni 

zamanda tədqiqatçı alim göstərir ki, Alban adının  kökündə “ALP” sözü vardır ki, o da qəhrəman , ər 

mənasını daşıyır. Tədqiqatçı alim K.Əliyev  də bu fikirdədir. O,öz mülahizələrini  sübuta  yetirmək 

üçün  alban  çarlarından    Kosis  və  Oroyz  (Uruz)  adlarının  qədim  Azərbaycan    dilli  soyların  

nümayəndələrinin adlarının olmasını əsas götürür. Uruz adına biz Kitabi Dədə Qorqud da rast gəlirik, 

(Alp  Aruz).  Albaniya  ərazisində  albanlardan  əlavə  müxtəlif  dillərdə  yaşayan    müxtəlif  tayfalar 

olmuşlar. Şübhəsiz  ki, bu tayfaların  çoxu Azərbaycan  dilli olmuşdur. 

Bəzən  Albaniyada  yaşayan  xalqları  Qafqaz  dilli  tayfalar  qrupuna    daxil  edirlər.  Lakin  gəlin 

görək    Albanların  yaşadıqları  Kür-  Araz  ovlağında    bir  dənə  də  olsun    Qafqaz  dilli  toponimə  rast 

gəlinirmi?. 

Bəzən tədqiqatlar göstərirlər ki, XI əsrdə bu yerlərə səlcuq türklərinin  gəlməsi ilə Azərbaycan  

xalqı təşəkkül tapmışdır. Lakin onlar səhv edirlər. Bunu sübut etmək üçün göstərmək  lazımdır ki, 

səlcuqlardan  sonra  bir  dənə  də  olsun  səlcuqlarla  bağlı  və  ya  ayrı  dildə  toponim    və  oykonim 

qalmamışdır.  

Tədqiqatçı    V.Abayev  göstərir  ki,  “Hər  yeni  soy  öz  sələflərindən    nəsə  alır,  o  cümlədən 

toponimləri.  Əgər  bu  əraziyə  sonradan    gəlmiş  soylar  albanları  öz  içərilərində  əritmişlərsə 

(assimilyasıya) onda heç olmazsa bir vəya bir neçə toponim qalmalı idi. Deməli albanlar da bu əraziyə 

gələnlərələ eyni dildə danışmışdır və azərbaycan  dilinin  kökundə dayanmışlar. Belə olmasaydı biz 

Azərbaycan  dilində Qafqaz dillərinin qalıqlarını  və ya təsirini görərdik.”. 

Alban  tayfaları    Azərbaycan  (türk)  dilli  olub  e.ə.  VII  əsrdən  –VIII  əsrə  qədər  Azərbaycan 

ərazisində  məskunlaşmışlar.  Onlar  bir  çox  mənbələrdə  alpan  adı  ilə  də  tanınmışlar.”Kitabi  Dədə 

Qorqud” eposunda  biz alpan adlarına  rast gəlirik  və bu da sübut  edir ki,  bizim yazılı abidəmizin 

tarixi  daha qədimlərə  gedib çıxır. 

Hətta qazax, qırğız, özbək , türkmən  xalqlarının formalaşmasında  da alban tayfalarının  mühüm 

rolu olmuşdur. Bu ölkələrdə alban, alpan  adı ilə bağlı çoxlu oykonim, hidronim vardır. 

Bir  qədər  də  gəlmə  soylar  haqqında,  hansı  ki,  onlar  da  Azərbaycan  xalqının  etnogenezində 

önəmli  rol  oynamışlar.  Əslində  onların  hamısını  gəlmə  hesab  etmək  olmaz.(tarixçi  Rəşiddədinin 

“Oğuznamə”  sindən  danışmalı)  Hazırda    dünyanın    hansı  ölkəsini  götürsən  onların  dillərinin  də, 

özlərinin də gəlmə olduğunu görərik .Tarix boyu etnosların –soyların miqrasiyası olmuşdur və indi 

də davam edir. 

Bu  soylardan  Azərbaycan  ərazilərinə  ən  geniş  şəkildə  yayılanı  saq  (sak)  tayfaları  olmuşdur. 

Belə ki, onların qalıqları eramızdan əvvəlki və sonrakı dövrdə Azərbaycan ərazilərində yaşamışlar. 

Onların adları ilə bağlı çoxlu toponimlər indi də qalmaqdadır.Saqların adı ilə bağlı ən qədim toponim 

Muğanda    olmuş  Balasakan  adıdır.Onalr  e.ə.  III  yüzillikdə  bu  ərazidə  yaşamışlar.  Azərbaycannın 

Şəki, Zaqtala , Arsaq adları bilavasitə saq tayfalarının  adı ilə bağlıdır. Hətta saqlar Naxçıvan ərazisinə 



 

qədər yayıla  bilmişlər. Bunu Ordubadın  Nusnus kəndində Saq məhəlləsinin  və Saq dağının olması 



sübut edir. 

Azərbaycan ərazisində  hələ də öz adını qoruyub saxlayan qədim tayfalardan  biri də qaşqaylar 

olmuşdur. Onların  Azərbaycan  ərazisinə gəlmə tarixləri dəqiq məlum olmasa da e.ə. II minillikdə 

onların Kiçik Asiyada yaşamaları və hətta şəhərlərinin olması məlumdur. Sonrakı dövrdə onların bir 

qismi miqrasiya nəticəsində Azərbaycan ərazilərinə köçmüşlər.   

Qədim sakinlərdən biri də saspirlərdir. Yunan tarixçisi Herodot saspurilərin  Araz sahilərində 

yaşadıqlarını  göstərir. Görkəmli gürcü alimi Melikişivili saspir soy birləşmələrinin tərkibinə  xirrut 

–urartu  və  işquz-qimmir  soy  birləşmələrini    də  daxil  edir.  Tədqiqatlar    belə  hesab  edirlər  ki, 

saspuilərlə savirlər (sabir, subar) arasında oxşarlıq vardır.Çox güman ki, tayfalar II-III əsrlərdə dış 

hunlarının  bir  qolunu  təşkil  etmişlər.Bu  hunların  bir  qupu  isə  Xəzərin  qərb  sahilində,indiki  Quba-

Xaçmaz,Dəvəçi rayonları ərazisində məskun olmuşlar. 

Zaxariyya Ritorun məlumatına görə savirlər Qavqazda ən güclü xalq olmuşdur.Bizans tarixçisi 

Menandrın veridiyi məlumata görə Xosrov Ənuşirəvan dövründə (VI əsr)savirlərdən 10 min ailə Kür 

ovalığına  köçürülmüşdür.Bu  rəqəm  bizə  çox  şey  deyir.Qafqaz,eyni  zamanda  Azərbaycan  soyları 

haqqında  Z.Ritorun  yazılarına  istinad  edən  Piqulevskaya  göstərir  ki,  Azərbaycanın  şimal 

torpaqlarında (Albaniyada)V və VI əsarlərdə hunlar, sarı oqurlar, bulqarlar, ağ xəzərlər,xəzər sa virlər 

onoqurlar (On oğuz) barsilər yaşamışlar və bunlar hamısı Azərbaycan türk dilli olmuşlar. 

Azərbaycan  xalqının  formalaşmasında  yuxarıda  göstərilən  etnoslarla  yanaşı  biz 

gənglər(peçeneq)qarqarlar,  hunlar,  xəzərlər,  onoqurlar,  sarqurlar  (on  oğuz,  sarı  oğuz)  qıpçaqlar  və 

s.etnoslar haqqında da məlumat verməliyik.Lakin  mühazirədə bütün bu xalqlar haqqında məlumat 

verməyə imkanımız yoxdur. 

Azərbaycan  xalqının  və  dilinin  təşəkkülü  məsələlərinin  öyrənilməsində  böyük  əməyi  olan 

Q.Voroşil çox qiyymətli bir tədqiqat aparmışdır. Məlumdur ki,Moisey Kalankatuklunun “Albaniya 

tarixi” kitabı VII əsardə yazılıb. Bu dövrdə Azərbaycan dili artıq təşəkkül tapmışdır və demək bu əsər 

məhz Azərbaycan dilində yazılmışdır. Əsərdə külli miqdarda türk sözlərinin olması dediyimizi sübut 

edir. Məsələn əsərdə biz xan, xaqan, xatun, təkin, türkan kimi rütbələrə, əyləntürk, bulqar, onoqur, 

hunoqur, hun, xəzər, peçeneq, (gəngər)və s.kimi hironimlərə,alp,  Qazan, qonaq kimi antroponimlərə, 

hunestan, türküstan kimi toponimlərə rast gəlirik. 

Hər  bir  xalqın  mənşəyi  onun  dili  ilə  müəyyən  edilir.  Dil  etnik  mənsubiyyəti  bildirən  yeganə 

əlamətdir. XX əsrin 30-cu illlərinin sonuna kimi azərbaycanlılar “türk, türk xalqı” dili isə “türk dili” 

adlanırdı.Lap  qədimdən  bəri  Azərbaycan  ərazisində  türk  dilində  danışan  etnoslar  yaşamışdır.Son 

illərdə  türk  dillərində  danışan  əhalinin  Azərbaycanda  aborigen  olmasını  inkar  edirdilər.  Lakin 

qaynaqların araşdırılıb öyrənilməsi bu mülahizələrin əsassız olduğunu sübut etdi. Azərbaycan dili 

türk  dilləri  ailəsinə  mənsudur.  Deməli  Azərbaycan  türklərinin  mənşəyi  dil  mənsubiyyətinə  uyğun 

Azərbaycanda yaşamış qədim türk etnoslarının tarixi ilə bağlanmalıdır. 

Qərbdə Egey dənizi hövzəsindən ta Anadoluda daxil olmaqla şərqdə Çinə qədər, Rusiya çölləri 

də daxil olmaqla: cənubda İran yaylasına qədər geniş ərazidə türk xalqları təmsil olunmuşlar. Hər bir 

türk  xalqı  bu  ərazidə  müxtəlif  adlar  altında  formalaşmışlar.Bu  proses  erkən  orta  əsrlərdə  baş 

vermişdir.Eləcə  də  Azərbaycan  xalqının  mənşəyində  burada  yaşamış  və  müxtəlif  dövrlərdə  ona 

qaynayıb qarışmış türk etnosları yaxından iştirak etmişlər. 

Beləliklə, Azıərbaycan dilinin və xalqının təşəkkülü III-VII əsarlərdə baş vermişdir. 

 

                                                    



 

 

 

 

 

 

 

 


 



 



Yüklə 177,49 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin