Sual 3. Rayonlarda və obyektlərdə Mülki Müdafıənin quruluşu, qüvvələri və vəzifələri
Ümumi məqsədli dəstələr zədələmə ocağında xilasetmə işləri aparmaq, təbii fəlakətlərin və istehsalat qəzalarmın nəticələrini aradan qaldırmaq üçün nəzərdə tutulur.
Yığma komandalar (qruplar), xilasetmə dəstələri (komandaları, qrupları), yığ- mamexanikləşdirilmiş dəstələr (komandalar) - ümumi məqsədli dəstələr sayılır.
Mülki müdafiə xidmət dəstələri - xüsusi təyinatlı dəstələr kəşfıyyat, tibbi yar- dım, yanğınsöndürmə, rabitə, dozimetrik və kimyəvi nəzarət və s. məhz xidmət dəstələri sayılır.
Yüksək təhlükəli obyektlərdə (AES, kimyəvi maddələrdən istifadə edən və s.) ixtisaslaşdırılmış dəstələr yaradılır. Hazırlıq dərəcəsinə görə hərbiləşməmiş dəstələ-rin bir hissəsi yüksək hazırlıqla saxlanılır (6-8 saat), qalan dəstələr isə gündəlik ha-zırlıqda olurlar (24 saat).
Dostları ilə paylaş: |