MÖvzu. ƏN yeni DÖvr iNCƏSƏNƏTİNDƏ qender münasiBƏTLƏRİ



Yüklə 159.58 Kb.
Pdf просмотр
tarix13.06.2017
ölçüsü159.58 Kb.

 

 

MÖVZU. ƏN YENİ DÖVR İNCƏSƏNƏTİNDƏ QENDER  



   MÜNASİBƏTLƏRİ 

 



 

Sovet dövr incəsənətdə qender münasibətlərii. 

 



Z.Freyd psixoanalizinin incəsənətdə rolu (ekzistensializm, sürrealizm, «şüur seli» ədəbiyyatı). 

 



Azərbaycan incəsənətində cinslərin qarşılıqlı münasibətlərii. 

 

Coşqun XX əsr qadınlarının taleyini dəyişdirdi. Bizim cəmiyyətin yeni inkişaf dövründə ictimai fikir 

insan ilə bağlı olan çoxlu məsələləri araşdırmağı stimullaşdırır. Belə ki, onların birbaşa praktiki əhəmiyyəti 

var: cəmiyyətin kamilliyi qadın – kişi, qadın və cəmiyyət münasibətlərinin də kamilləşməsini, mövcud və 

yenidən  əmələ  gəlmiş ziddiyyətləri aşkara çıxarıb aradan götürməyi, hər bir insanın yüksək sosial 

qiymətini dərk edərək,  şəxsiyyətin unikallığını qiymətləndirməyi bacarmaq. İnsanın iqtisadi, siyasi 

hüquqları və azadlıqları XX əsrdə heç bir zaman görünməmiş dinamika ilə inkişaf etməyə başladı. Təbiidir 

ki, ümumbəşər hüquqlarının bir hissəsini də qadın hüquqları təşkil edir.  

Bu gün qadınlar cəmiyyətdə,  ənənəvi olaraq, kişilərin tutduğu yerləri tutmağa başlamışdırlar. 

Qadınlar mədəniyyət, elm, incəsənət, təhsil sistemi, səhiyyə, istehsal, ticarət, sosial xidmət sahələri və 

bazar iqtisadiyyatında fəal iştirak edirlər. Onların çoxu maddi cəhətdən müstəqil olaraq, ailəni saxlaya 

bilirlər. Qadınlar hökümətdə, siyasi partiyalarda, ictimai təşkilatlarda geniş yer tuturlar. Bütün bunlar 

tamamilə yeni qender münasibətlərinə gətirib çıxardır.  

Qadın və kişi arasındakı mövcud müxtəlif rol funksiyaları tipinin dəyişməsi və yeniləşməsi köhnə 

stereoiplərin dağılmasının mürəkkəb prosesdir. Bu, öz vaxtını bitirmiş  və  əhəmiyyətini itirmiş sosial 

qaydaların dağılması prosesidir. Qadın və kişi arasında olan yeni eqalitar münasibət tipi hökmranlıq və 

tabelik prinsipinə deyil, cəmiyyətin həyatının bütün sahələrində harmonik, qarşılıqlı bir-birini tamamlayan 

münasibətlərinə əsaslanmalıdır. Cinslərin bərabərliyi prinsipinin eqalitar dərki, sosial bərabər imkanlar və 

şərait mühitinin formalaşması üçün şərait yaratmağa yönəldilmiş prinsipial yeni siyasətdir.  

«Qenderin» imkanları və praktiki dəyəri elmi axtarışda insan cəmiyyətinin bütün nümayəndələrinin 

bərabərliyi, bərabər partnyor münasibətləri, harmonik münasibətlərinin inkişafı üçün müsbət  şəraitin 

yaradılmasının yollarını müəyyən edilməsindədir.  

XX  əsr incəsənətində  bəzi qender münasibətlərini gözdən keçirərək, sosialist realizm incəsənətinin 

üstündə duraq.  

Sosialist realizmi bədii metod kimi XX əsrin  əvvəllərində Rusiyada yaranmışdır. Onun banisi 

M.Qorki olmuşdur, onun bədii kəşfini sovet incəsənəti davam və inkişaf etdirmişdir. Sosialist realizm 

incəsənəti keçid dövründə köhnə imperialist cəmiyyətinin dağılması, imperializm və proletar inqilabları 

dövründə formalaşmağa başlamışdır.  

Sovet ictimai quruluşu  şəraitində sovet mədəniyyəti inkişaf etmiş sosialist realizmi sovet 

mədəniyyətinin ifadəsi oldu. Tarixi praktika yeni həqiqət (yeni qəhrəmanın – inqilabi proletariatın bu 

vaxta qədər məlum olmayan situasiyaları, konfliktləri, dramatik toqquşmaları) yaratdı  ki,  bu  da  təkcə 

siyasi, fəlsəfi deyil, həm də  bədii-estetik cəhətdən də yeridən dərk edilməyə  və ifadə olunmağa ehtiyacı 

duyurdu və klassik realizmin inkişaf vasitələrini də yeniləşdirməyi tələb edirdi. Sosialist realizm 

rəssamlarının obrazlı  təfəkkürü XX əsrin yeni, sürətli tarixi inkişafı olan həqiqətlərinin, varlığın tarixi və 

dialektik dərkinin prinsiplərinin dünyagörüşü  əsasında, klassik dünya incəsənətinin real ənənələrinin 

bədii-mədəni əsasında qurulur.  

Şəxsiyyətə pərəstiş dövründə bu bədii metodun qavranması ehkamlaşdırılmış və təhrif olunmuşdur 

və belə  vəziyyətdə  də incəsənətdən bürokratik təzyiq kimi istifadə olunurdu. Bu, özünü tənqid və 

qiymətləndirmədəki avtoritarlıq və subyektivizmdə, bədii yaradıcılığa qarışmaqda, yaradıcılıq azadlığının 

pozulmasında, incəsənətə  rəhbərliyin prinsip və  ənənələrindən geri çəkilməkdə göstərirdi ki, bu da 

çoxmillətli sovet mədəniyyətinə baha başa gəldi, cəmiyyətin mənəvi və  əxlaqi vəziyyətinə  və bir çox 

rəssamların şəxsi və yaradıcı həyatına təsir etdi.  

Ancaq, mədəni siyasətdə, yaradıcı ziyalılara münasibətdə, sosialist realizm, ideyaların 

bürokratikcəsinə istifadə etməkdə buraxılan səhvlərə baxmayaraq, bu metodun yaradıcı potensialı və yeni 

şəraitin həyat impulsları o qədər güclü oldu ki, bu da incəsənətdə dünya səviyyəsində bir sıra nailiyyətlərə 

gətirib çıxardı. Yeni bədii metodun prinsipləri təkcə incəsənətin inkişafı  və birləşməsinə deyil, həm də 

dünya prosesində proqressiv qüvvələrin birləşməsinə səbəb oldu. Tarixi həqiqəti, yeni incəsənətin inkişaf 


 

 

prosesini bərpa edərkən bunu geniş, onun çoxşaxəliliyini və məhsuldarlığını hərtərəfli göstərməklə təbliğ 



etmək lazımdır.  

«Daş-proletariatının silahıdır» tarixi-inqilabi mövzuya həsr olunmuş  ən yaxşı sovet heykəltəraşlıq 

əsərlərindən biridir. Qeyd etmək lazımdır ki, sovet incəsənətində tarixi heykəltəraşlıq canrı xüsusi yer 

tutur, onun cucəklənməsi sovet heykəltəraşlıq inkişafının xarakterik cəhətidir. Heykəltəraş A.Şadr 

heykəltəraşlıqda əzələlərin gözəl nümunələrini yaratdı. Şadrın yaratdığı fəhlə təkcə proletariatın mücərrəd 

obrazı deyil, həm də hərəkətdə, mübarizədə olan güclü kişi təsviridir. Rəssam birfiqurlu heykələ mənaca 

yığcamlıq və  hərəkət elementlərini qəti daxil edib. Heykəltəraş  gənc kişinin – ilk dəfə  şüurlu sinfi 

mübarizəyə qoşulmuş usta şagirdinin xarakterini həqiqi göstərə bilmişdir. Bu ona görə mümkün olmuşdur 

ki, usta fəhlə sinfini təcəssümü olan mücərrəd fiqur yaratmaqdan imtina etmişdir. O, özündə inqilabi 

yüksəliş illərində rus fəhlələrinə aid olan bütün tipik cizgiləri cəmləyən, elə bil ki, real bir şəxsi təsvir 

etmişdir. Fəhlənin mərd görkəmində düşmənlə mübarizəyə qalxan proletariatın bütün pafosu və  qəzəbi 

qeyri-adi qüvvə ilə göstərilmişdir. Fəhlənin hərəkəti sırf həyati inamla tapılıb.  Onun  fiziki  qüvvələrinin 

gərginliyi və ruhunun qəzəbi çox parlaq göstərilib. 

Heykəltəraş A.Matveyevin «Oktyabr» kompozisiyası da maraqlıdır. Heykəltəraş Oktyabrın 

mahiyyətini sadə insanın zəfərində, onun sərhədsiz mənəvi və fiziki imkanlarının azad edilməsində görür. 

O  şüurlu  şəkildə mövzunu təntənəli kişi obrazı  səviyyəsinə qaldırır, monumental qrup qurulmasının 

ənənəvi – klassik prinsiplərinin bəzilərini cəsurcasına dəyişdirir. Fəhlə, kəndli və  əsgərin güclü klassik 

proporsional bədənləri öz nailiyyətlərini qorumağa hazır olan sadə  əmək adamlarına məxsus inam və 

qürurun təcəssümüdür. Onların hərəkətləri və cestləri ölçülmüş  və  mənalıdır. Bu güclü mərd fiqurların 

cərgələndiyi sahədə, onların  əzəmətində heykəltəraş tamaşaçılara  əzələlərin parlaq nümunələrini verir. 

Mərdliyin plastik gözəlliyi burada həm qıvraq, gəng, coşqun  əsgər, həm güclü, sakit və özündən  əmin 

fəhlə, eləcə  də öz yetkinliyi ilə düşüncəli – müdrik kəndlinin görünüşündə verilmişdir. Matveyevin 

triadası xalqın və onun hər üç nümayəndəsinin milyonların həyat və hisslərini ifadə edən cəmlənmiş 

obrazının ideya qüvvəsini və mərdliyini simvollaşdırır. 

Sosialist realizminin ən baş mövzularından biri qadının quruculuq prosesində, sənayeləşdirmə  və 

onun mənəvi qiymətinin daha çox göründüyü kolxoz əməyi prosesində  təsviridir. Bu cəhətdən rəssam 

T.Yablonskayanın optimizm ruhu ilə, həqiqəti canlı duyum ilə dolu «Çörək» rəsmi xarakterikdir. Bu şəkil 

macor kolorit, əməyin dar məişət traktovkasından uzaqlaşmaq arzusu ilə diqqəti cəlb edir. Burada həyat 

enercisi ilə dolu gənc kolxozçu qadınların obrazları, kollektiv əmək sevincinin inandırıcı şəkildə verilməsi 

əsasdır.  

Həmin illər bir çox rəssamların diqqət mərkəzində yeni insan obrazı, onun xarakterinin 

formalaşmasını, onun görkəm, məişət və  əməyinin tipik cizgilərini vermək dururdu. Belə  təsvirlərin 

sırasında Q.Ryacskinin «Sədr qadın»  şəkli görkəmli yer tutur. Rəssam yaşanan dövr insanın xarakterik 

xüsusiyyətlərini – ictimai aktivliyi, məqsədyönlüyü və daxili mənəvi zənginliyin özündə cəmləmiş qadın 

tipinin portretini yaratmağa çalışmışdır. Bütün bunlar şəkildə  də öz inandırıcı  bədii təcəssümünü 

tapmışdır. Kolorit ciddi olsa da, rəngli nüanslarla zəngindir, energik cizgilər yeni qadın obrazının 

yaradılmasına tamamilə tabedir.  

Yeni sovet qurucu qadın tipi Q.Ryacskinin başqa bir «Nümayəndə qadın»  şəklində, B.İohansonun 

«Rabfak gəlir», K.Yuonun «Podmoskovye gəncləri», K.Petrov-Vodkinin «Komsomolçu qız», 

A.Samoxvalovanın «Fudbolkalı  qız», K.İstominin «Ali məktəbin tələbə  qızları», A.Deynekanın 

«Toxucular» və başqa bir çox şəkillərdə təsvir olunur.  

Sosialist realizm incəsənəti və heykəltəraşlığında qadın təsviri planında V.Muxinanın proqramlı 

sənət  əsərinə çevrilmiş «Kəndli qadın» heykəli çox maraqlıdır. Möhtəşəm sinəsində  əzələli zəhmətkeş 

əllərini çarpazlaşdırmış, möhkəm qamətli qadın fiquru o dövrün tipik obrazı  idi.  Bu  fiqurda  həmçinin 

ütülənmiş salon estetizminə etiraz və dekandansın təmtəraqlı maneralarından imtina görünür. 

V.Muxinanın heykəli impressionalistlərin bər-bəzəkli «yapmalarına» qarşı dəzgah heykəltəraşlığında yeni 

monumental-həcmli başlanğıcın təsdiqi idi. Xalqın içindən olan qadının təsviri milli ümumiləşdirmə 

səviyyəsinə qədər qalxdı. Onda səthi alleqoriya simvolundan bir şey axtarmaq lazım deyil. Bununla belə 

güclü qeyri-adi, sadəlikdə bənzəri olmayan bu heykəldə rus eposunun «ana-torpaq» surəti hiss olunur.  

V.Muxinanın, Paris, Beynəlxalq Sərgisinin sovet pavilyonunu bəzəyən, dünyada məşhur «Fəhlə  və 

kolxozçu qadın» qrupunu obrazlı ümumiləşdirmə və bədii plastikaya görə sovet monumental plastikasını 

ən böyük nailiyyətlərinə aid edirlər. 1937-ci ilin mayında Parisin Şayov təpəsinin yaxınlığında ucalmış bu 



 

 

nəhəng çütlük bir müddət heykəltəraşın başqa işlərini kölgədə qoydu; belə ki, o dövrün monumental 



heykəltəraşlığının bu şedevrinin yaratdığı əks-səda hər yerdə çox güclü idi. Bu əsər haqqında çox danışılır 

və yazılırdı, onu Sovet ölkəsinin təsviri simvolu adlandırırdılar. Qeyri-adi materialdan – paslanmayan 

poladdan düzəldilmiş yeni dünyanın elçiləri Qərbə göndərildi və Paris Eyfel qülləsi ilə üz-üzə yeni 

dünyanın ümumdünya tarixi emblemini yüksək qaldırmış  və qarşısıalınmaz vüsətlə irəli yönəlmiş iki 

nəhəngin ucaldığını gördü. Söz yox ki, V.Muxina üçün insanın gözəlliyi əsas olmuşdur, onun vasitəsi ilə 

heykəltəraş mübarizə edən və bərqərar olan yeni dünyanın yuksək gözəlliyini vermək istəmişdir. Amma, 

burada qeyd etmək lazımdır ki, heykəltəraş öz işində qadın və kişinin işdə, məişətdə və onların yaradıcı 

fəaliyyətində bərabərliyini qeyd edir. Bu əsərdə qender aspektləri açıq-aşkar görünür. Bu orqanik birlikdə, 

qadın və kişi gözəlliyi və qüvvəsinin harmoniyasında qadın və kişi, fərdi və cəm, konkret və ümumi, milli 

və ümumbəşəri xüsusiyyətləri irəli çıxır.  

Müasir incəsənətdə bəzi qender münasibətlərinə nəzər salarkən bir canrda dayanmaq vacibdir. Bu, 

qadın dünyasının tipi və rollarının müxtəlifliyi və müxtəlif üslubluluğunu  əks edən kütləvi qadın 

ədəbiyyatı  və kinomatoqraf aləmidir. «Qadın dünya»sının həll etdiyi və zamanın tələbi olan aktual 

məsələlərdən biri qadınların maskulinizasiyasıdır (kişiləşməsi). Qadın  ədəbiyyatı  və kinematoqraf təkcə 

canr deyil, kütləvi  ədəbiyyatın və kinomatoqrafın bir hissəsini təşkil edir ki, onun əsas mövzu sahəsi 

bəşəriyyətin cinslərə görə bölünməsi və bununla əlaqədar cinsi rolların mədəni bölüşdürülməsidir. Bəzi 

kişi xüsusiyyətləri qadın psixologiyasının tərkibinə girib və ya əksinə. Karyera, müvəffəqiyyət, 

professionallıq, inam, özünə diqqət bütün qadın romanlarının səhifələrindən və ekranlardan təqdir olunur. 

Bu xüsuisyyətlər müasir qadın obrazının tərkib hissələrindəndir. Bu tamam kişi xüsusiyyətlərinin tətbiq 

sahəsinə stereotip olaraq «qadın» biznesi sayılan dizayn, modelləşdirmə,  şou və başqa yaradıcı peşələrə 

aiddir.  

Müasir sevgi romanları  və filmlərinin qadınları, karyera və professionallıq kimi sırf kişi 

funksiyalarını öz üzərlərinə götürürlər. Qadın professional nailiyyətlər üçün çalışır, maddi cəhətdən 

müstəqildir və güclü cinsin təzyiqinə müqavimət göstərir.  

Bununla belə bu növ əsərlərin  əvvəlində  təriflənmiş ideal feminist qadın obrazı sonradan hökmən 

uduzur, yəni qadına və onun cəmiyyətdə roluna ənənəvi baxış qalib gəlir. Adətən, sonunda qadın həvəslə 

müasir qadının kişiləşmiş cizgilərindən uzaqlaşır və tamamilə kişinin iradəsinə tabe olur. Hər şey seksual 

cəhətdən tabe olmaqdan başlayır və nigah haqqında qərarla başa çatır ki, bu da professional fəaliyyətdən 

imtina ilə nəticələnir. 

Qadın romanları  və müasir kinomatoqraf qadın davranışı normalarına kişi baxışlarını  əks etdirir, 

əslində  ənənəvi cinsi rolların yerini möhkəmləndirərək antifeminist mövqe tutur. Maraqlıdır ki, 

romanların bədii  əsasını qadınların öz «təbii»  ənənəvi həyatından imtinası  və kişilərin onların başlanğıc 

həqiqi vəziyyətə müvəfəqiyyətlə qaytararaq, ictimai-mədəni qayda-qanunu bərpa etməsi konflikti təşkil 

edir.  


Bu canr, ənənəvi baxışlara sadiq qalaraq, təsdiq edir ki, təkcə  məhəbbət və ondan yaranan ailə 

münasibətləri mütləq dəyərlərdir. Karyera heç bir halda qadın üçün birinci yerdə duran dəyər ola bilməz. 

Əsrlər boyu qadın xeyli iqtisadi və ictimai sahələrdən uzaqlaşdırılmışdı. Onun həyatı şəxsi emosional sfera 

ilə  məhdudlaşdırılmışdı, ailə  çərçivəsindən kənara çıxmayan  əməyi isə  nəticə etibarı ilə  kənarda 

hökmranlıq edən simasız biznes münasibətlərə deyil, emosionallığa  əsaslanırdı. Bundan da belə fikir 

formalaşırdı ki, sevgi və sədaqət spesifik qadın ideallar və xeyirxahlıqlarıdır. Qadının ailə ilə münasibətləri 

xoşbəxtliyin, təhlükəsizliyin və sosial presticin yeganə  zəmanəti olduğundan qadınlar üçün məhəbbət 

kişilərin pul qazanmaq qabiliyyəti ilə müqayisə oluna biləcək yeganə real dəyərə çevrilirdi.  

Müasir kinomatoqrafiyada yenə  də qadın məhəbbətə yenidən qiymət vermək və ondan onun 

verəcəyindən daha çox şey gözləməyə  məcbur edən real səbəblər qalıb. Eləcə  də  məhəbbəti itirməkdən 

qadınların kişilərdən daha çox qorxmasının səbbələri də qalıb. Bu qorxu təkcə yaşanma və gözəlliyin 

itirilməsi ilə bağlı olmasa da, bunlar əsas səbəb kimi qalır. Müasir qadın öz bədəni ilə mübarizə aparır, 

müxtəlif üsullarda qəbul olunmuş gözəllik standartlarına uyğunlaşmaya çalışır. Qadının hansı yolla olursa 

olsun gözəl olmaq istəyin qadının erotik sferaya daxil olmayan – fikir müstəqilliyi, yetkinlik, müstəqillik, 

səbatlılıq kimi keyfiyyətlərinin özü və başqaları tərəfindən qiymətləndirilməsinə mane olur. 

Belələliklə, seksual və intellektual keyfiyyətlərin paralel inkişaf tendensiyalarına baxmayaraq, 

birincisi üstünlük təşkil edir – kütləvi  şəkildə sevgi həyati problemi həll olunur. Ənənəvi «qeyri-qadın» 

keyfiyyətləri qadının harmonik və ayrılmaz hissəsinə çevrilmir. Onlar «sabit-dəyişməz» qadın dünyasının 



 

 

variantlarından biridir. «Qadın dünyasının» mədəni özəyinin maskulin mədəniyyəti çərçivəsində  qəbul 



etdikləri çağırış müasir dövrün sosial-mədəni sferasında heç bir ciddi dəyişikliyə səbəb olmadı.  

Müasir incəsənətdə qender aspektlərini nəzərdən keçirərək, elm və  mədəniyyətdə yaranan və 

incəsənətə  təsir göstərən freydizm üzərində durmaq vacibdir. Freydizm termini Avstriyalı  həkim-

nevropatoloq və psixiatr Ziqmund Freydin adından götürülüb.  

Freydin nəzəriyyəsi, sosiologiya və etikanı  əvəz edən, incəsənətin funksiyalarını tamam başqa cür 

izah edən mədəniyyət, din, sivilizasiyaları yenidən hazırlanmışdı. Psixoanaliz haqqında təlim insanın 

daxili aləminin strukturunu və dinamikası müəyyən etmək cəhdi kimi meydana çıxmışdır. Amma, 

psixikanı onu doğuran maddi şərait və  səbəblərdən ayıran Freyd onu şüurdan kənarda mövcud olan 

xüsusi, əbədi, dərkolunmaz irrasional qüvvələrə tabe etmişdir. Freydin konsepsiyasına görə: «Şüursuzluq 

insanın bütün şüurlu həyatını müəyyən edən psixikanın çox dərin ölçüsüdür». Freydə görə 

«şüursuzluğun» başlıca məzmunu instinktiv meylləri və  həvəslərdir ki, bu da insanların bütün mənəvi 

məqsədlərini, maraqlarını, təbiətini və  hərəkətlərini müəyyən edir. «Libido» (cinsi instinkt) anlayışı çox 

geniş  təsfir olunaraq özünüsaxlama instinktləri ilə yanaşı insanın psixi və praktiki fəaliyyətində aparıcı 

stimul elan olundu. Şüursuz qaranlıq, həvəslər və seksual maraqlar «şüurun despotik təsirindən» azad 

olunaraq başqa növ enercilər, birinci növbədə yaradıcılıq enercisinə keçirilirdi ki, bu da incəsənətin 

inkişafının mənbəyi və  hərəkətverici qüvvəsi olmalıydı. Freydə görə  həm yuxugörmə, həm də incəsənət 

elə bir sahədir ki, orada «şüursuzluq» özünü vasitəsiz büruzə verir və insanın «təbii mahiyyəti»nin 

dərkedilməsinə həqiqi yol açılır.  

Freydin konsepsiyaları Qərb mədəniyyətinin müxtəlif sahələrinə və xüsusilə nəzəriyyə və incəsənət 

əsərlərinə  nəzərə çarpacaq qədər təsir göstərir. Belə ki, «şüursuzluğun» qatılması ilə incəsənət sferasının 

genişləndirilməsinə can atan müxtəlif modern cərəyanlar freydizmdən nəzəri və praktiki cəhətdən 

faydalandılar. Şürrealistlər Z.Freydi öz mənəvi ataları hesab edirlər.  

«Sürrealizm» anlayışını ilk dəfə fransız  şairi Q.Apolliner öz pyesinin canrına «Sürrealist drama» 

adını verərək gündəmə  gətirdi. 20-ci illərdə  şair A.Breton və F.Suponun yaratdığı yeni bədii istiqamət 

«sürrealizm» (realizmdən üstün) adlandırılmağa başlandı. Sürrealizmin nəzəriyyəçiləri ətraf aləmdən daha 

real ola biləcək bir yeni bədii reallıq yaradıcılıqlarına ümid bəsləyirdilər. Ancaq bu real üstünlük, ali reallıq 

bizi əhatə edən aləmin reallığı ilə üst-üstə düşmürdü. Bu reallığa şüur yox, şüuraltı qəbul edə bilər. Buna 

görə  də  rəssamları bütün «şüur buxovlarından» azad etmək lazımdır: rəssam  şüuraltına dalmalı, öz 

instiklərinə, yuxularına azadlıq verməli, öz xaotik və əlaqəsiz assosiasiyalarını əsərlərində həkk etməlidir. 

Sürrealizm nəzəriyyəçiləri belə hesab edirlər ki, o, dünyanın örtüyünü götürərək, «həqiqi», yalan 

gerçəkliyi – sürreallığı yaradır.  

Bu bədii istiqamətdə insan, aləm,  əşyalar, fəza axıcı  və nisbidirlər, onların sərhədləri pozulub. 

Sürrealizmin bədii konsepsiyası: şəxsiyyətin və aləmin sərhədləri əriyib. Müəyyən heç bir şey yoxdur, hər 

şey qarışır,  əriyir. Dünya nizamsız hadisələrdən ibarətdir,  şəxsiyyət onun «mənini» harada başlanıb və 

harada qurtardığını, dünyanın harada və nə olduğunu bilmir.  

Sevgi mövzusu surrealist şairlər yayğın, qeyri-müəyyən verirlər ki, bu da sirrli reallıq obrazı yaradır: 



«Fəlsəfə kəpənəyi oturdu 

Cəhrayı ulduz üstə 

Beləcə açıldı cəhənnəm pəncərəsi 

Maskalı kişi durur lüt qadın qarşısında». (15) 

 

Sürrealizmin məntiqdən kənarlığı müəmmalı-rəngarəng və sirrli-qeyri-müəyyən sevgi obrazları 



yaradır: 

Sənin həyatının toruna düşdü məhəbbət 

Ağac sənin kölgən, soyunur, öz cismini açıqlayır, səma  

Sevgimin səsi qum, hərəkətləri küləkdir 

Arxanda nəfəs alır, dediyin hər şey. (14) 

 

Freydin ardınca sürrealistlər hesab edirdilər ki, «şüursuzluğun» dərinliklərinə girmək üçün yuxu və 



halyusinasiyalar ən yaxşı üsuldur. Freyd psixoanalixinin prinsipi – «azad assosiasiyalar» prinsipidir ki, bu 

da guya insanın başına girən müxtəlif və bir-birinə zidd fikirlərin daxili şüurlu qarşılıqlı asılılığını təqdim 

edir. Bu prinsip sürrealizmin əsas məğzinin yaranmasına təsir göstərdi ki, bunu da «uyğun gəlməməyin 


 

 

qaydası», «birləşməsi mümkün olmayanların birləşməsi» adlandıra bilərik, bu da bir-birinə tamam yad 



olan təsvir və obrazların onlara tam yad situasiyada yaxınlaşması deməkdir ki, bu da çox ağır qeyri-təbiilik 

təəsüratı yaradır. Freydin hissi obrazların simvolik mənaları haqqında təlimi öz əksini sürrealistlərin öz 

təbii yerindən qoparılmış  və gizli müəmmalı  mənaları olan şeylərin maqik mahiyyəti haqqında 

təsəvvürlərində öz əksini tapdı. Sürrealistlərin  şəkillərində olan qəribə  yığımında – həm qadına, həm 

kişiəyə  bənzəyən, ya heyvanlar, ya da bitkilər aləminə aid olduğu, təbii törəmə  və ya sadə primitiv 

orqanizmlərin olduğu bilinməyən varlıqların olması, bunların freydist əsasını göstərir ki, bu bəşəriyyətin 

arxaik, tarixdən  əvvəlki irsi haqqında xatirə mənasını verir. Freydizm ən çox sürrealizmin alçaq dağıdıcı 

instinktləri, erotikanı  və insan psixikasının patoloji pozulmalarından zövq almağı  təsdiqləyən ümumi 

ruhuna təsir göstərmişdir.  

Rəssam Salvador Dalinin əsərlərində gözəl qadın, bədəni iti ətrafları olan fantastik kinli varlıqlara 

bənzəyən müxtəlif detalların xaotik birləşməsinə çevrilir. Onun əsərlərində irrasional qavrama sistemi 

əsasında yaranmış  təhrif olunmuş  əcayib qadın obrazları görünür. Anlaşılmaz konfiqurasiyalar əmələ 

gətirən dolaşıq cizgilər qarışığı  şüur tərəfindən idarə olunmayan ümumi, qeyri-iradi həyəcan vəziyyəti 

hissi yaradır. 

S.Dalinin «Libidonun kabusu» (1934) şəkli də freydizmin interpretasiyasıdır. Küncdə yerləşdirilmiş 

kiçik oğlan (rəssamın özü) eybəcər bədən parçalarından və burulmuş qadın bədəni tikələrindən, tökülmüş 

içalatdan, çürük qırıntılardan düzəldilmiş nəhəng qurğunu seyr edir – bu dəhşətli sadist obrazı, Dalinin, 

fikrincə «əbədi qadınlığı» təcəssüm etdirir.  

S.Dali Miloslu Veneranın gips surətini elə «dəyişdirir» ki, ilahənin sinəsi, qarın və dizi əzilmiş 

əmziklərdən iyrənc qulpu olan şkaf siyirmələri kimi təsvir olunur. O daha sonra 1954-cü ildə Vermeer 

Delfskinin məşhur «Kruceva toxuyan qadın» şəklinin surətini çıxararkən, eyni zamanda zooparka gedərək, 

Fransua adlı gərgədanla maraqlanırdı. Nəticədə birləşmə baş verdi – «Kruceva toxuyan qadın» parçalandı, 

nəhəng gərgədan buynuzları şəklə əlavə olundu.  

Dalinin «İspaniyada vətəndaş müharibəsinin hiss etmə»  şəklində qadın və kişilərin obrazları 

sürrealist təsvir olunub. Qırmızı qayaları olan dəniz korfəzinin və tünd göy buludlarla örtülmüş səmanın 

fonunda - (bu zamansızlıq hissi yaradan tipik sürrealist peyzacıdır) şəklin demək olar ki, bütün sahəsini 

tutan nəhəng əcayib konstruksiya ucalır. Dikəlmiş skeletin daşlaşmış müxtəlif formaları arasında nəhəng 

sümük ayaq və  əzilmiş sümüklü barmaqları olan iki yırtıcı  əl, qadın və kişi bədənlərinin deformasiya 

olunmuş hissələri də vardır. Həmişə olduğu kimi Dalidə bərk yumşaqa çevrilir, eybəcər əllərdən biri təlaşlı 

heyvan hərəkəti ilə qanlı qadın döşünü sıxır. Bütün bu qurğu dəhşətli eybəcər ifadəsi olan çürüyən kişi 

başı ilə taclanıb. 

Sürrealist irrasional araşdırmalarla eybəcərləşdirilməmiş yeganə portretləri S.Dalinin sevimli arvadı 

Qalanın portretləridir. «Salvador Dalinin həyatının özü tərəfindən deyilmiş sirri» kitabı «məni irəli 

aparana» – Qalaya həsr olunmuşdur. Dali ömrünün sonuna qədər onun şairi olmuş, onu tərifləmiş  və 

ilahiləşdirmiş, onun portretlərini çəkmiş, özünün bütün müvəfəqiyyətlərini onun xoş təsirindən olduğunu 

bildirmişdir. Çoxlu portret və kompozisiyalarda onun realist obrazını yaratmaq onun gözəlliyini  əks 

etdirmiş, onun bədəninin gözəlliyini və mükəmməlliyini vəsf etmişdir.  

Freydizm ilə yanaşı müasir Qərb incəsənət və  ədəbiyyatına ekzistensializm kimi fəlsəfi cərəyan da 

böyük təsir göstərir. Ekzistensializm – mövcudat fəlsəfəsi – müasir qərb fəlsəfəsində irrasional istiqamət 

kimi birinci dünya mübarihəsindən sonra yaranmışdır. Onun nümayəndələri Marsel, Yaspers, Haydeqqer, 

Sartr, Kamyu və başqalarıdır. Ekzistensializm bədii istiqamət kimi həyatın absurdlarına  əsaslanır. 

Ekzistensializm  əsas qəhrəman kimi emosional coşqunluqdan  əzilən, ehtiraslardan parçalanan dünyada 

yaşayan  şəxsiyyət irəli çəkilib. Bu cərəyanın bədii konsepsiyası haqqında tam təsəvvürü E.Munkun 

«Haray»  şəkli verir. Abstrakt-urbanist məkanda qorxu ekstazında, dəhşətli qışqırıqla ağzını açmış insan 

təsvir olunub. Uçuruma bənzəyən nəhəng qışqıran ağız şəklin kompozision mərkəzidir. Niyə, hansı səbəbə 

görə bu insan qışqırır? Rəssam onun üçün heç bir təhlükə göstərmir. Kişi və ya qadın olmasına 

baxmayaraq insanın  əzabının Böyük səbəbini tamşaçı özü hiss etməlidir. Aləm bütövlükdə cinsindən və 

keyfiyyətindən asılı olmayaraq, şəxsiyyətə düşməndir. Bizim qarşımızda «cinssiz insan» durur, onun 

dünya ilə yeganə əlaqəsi dünyanın qeyri-mükəmməlliyi, disharmoniyası, insana düşmənliyi qarşısındakı 

dəhşətli qorxudur. Bağıran ağız ətrafındakı boşluq elə verilib ki, tamaşaçı qəlb parçalayan haraya elə bil ki, 

konsentrik dalğalarla bütün dünyaya yayılmasını və doldurmasını hiss edir. Lakin dünya kar və laldır; o 

dəlicəsinə harayı sezmir, qorxulu həqiqət qarşısında aciz qalan şəxsiyyətin ağrısına qarşı biganədir. Munk 



 

 

öz  şəkli ilə demək istəyir ki, insana bu qərib dünyada ancaq öz ağrısından bağırmaq, can verən canlı 



orqanizmin instiktiv qışqırığı kimi, yardıma ümid bəsləməyən qışqırıq qalır.  

Ekzistensialistlər üçün insan cəmiyyəti və insanların həyatı başdan-başa «anlaşılmazlıq» və absolyut 

absurddan ibarətdir.  

İnsanlar arasında sevgi və bağlılıq yoxdur, ancaq seks var, adamlar arasında bütün insani 

münasibətlər qırılıb. Kişilər və qadınlar prinsipial şəkildə özlərinə qapanıblar, qarşılıqlı başadüşməməzliyə 

məhkumdurlar. Hər bir insan bir dünyadır. Ancaq bu dünyalar bir-biri ilə  əlaqə saxlamırlar.  İnsanların 

ünsiyyəti ancaq səthidir və qəlbin dərinliklərinə toxunmur. Dünya insanının ekzistensialist modeli belədir.  

XX  əsrin 50-ci illərin sonunda Fransada (M.Sarrot, A.Rob-Qriyye, M.Byutor və b.) yaranan «yeni 

roman» istiqamətində qender yanaşmasının original traktovkası yaradılmışdır. Həyatın absurdluğu, real 

hadisələrdə  nəticə  əlaqələrinin yoxluğu, «dağıdılmış» xaotik dünya haqqında ekzistensializm 

baxışlarından faydalanan «yeni roman» məktəbinin rəssamları  əsərin bütün ənənəvi kompozision 

elementlərinin təşkilatçı-konseptual mənasını dağıdaraq sücetdən kənar nəqli prinsip səviyyəsinə 

qaldırdılar. Roman həyati fakt və hadisələrin hekayə edilməsindən qəhrəmanların mənəvi həyatının 

faktlarının zərif-esseist impreissionist hekayəsinə çevrildi. Psixologizm mütləqləşdirildi. «Şüur seli» real 

dünya ilə  əlaqəsini tamam kəsdi,  əgər  əvvəllər real incəsənətdə  qəhrəmanların  şüuru «informasiyada 

yarıq» ilə  əlaqədar olaraq, bir faktdan başqa fakta və ya hipotezə, miras qalan təcrübəyə, gələcəyə, 

ehtimallara, peyğəmbərliyə atılaraq, həyati proses ilə  əlaqəni saxlayırdısa, indi bu sel reallığın üstündən 

aramsız uçub keçir. «Şüur seli» «özüdərketmə selinə» çevrildi. Şüurun subeyktivliyi onun 

subyektlivizminə çevrildi. Təfəkkürün özü eqosentrik şəxsiyyəti üçün psixi proses kimi başa düşülməyə 

başlandı. Hekayə tez-tez sözü bitirməmiş, qəfil və motivsiz kəsilir. Əsərlərin ümumi şəklini itirdilər: nəinki 

təkcə sücet zəiflədi və pozuldu, sonluq qaranlıq qaldı, açılma artıq  əsərin bədii nəticəsi olmadı.  Əsər 

psixoloji vəsiyyətinin tez-tez dəyişdiyi personacın və onun ruhunun hərəkətlərinin naturalist şəklinə 

çevrildi. N.Sarrotun «Naməlumun portreti» romanında qadın və kişi arasında çətin hiss olunan və mənası 

bilinməyən münasibətlərin çox incə çalarları  və yarımtonları açılır. Oxucu üçün kimliyi bilinməyən kişi 

şəhər bağından tez-tez keçərkən hər dəfə tanış olmayan bir qıza baxır. Kişinin qəlbində yaranan sevgi və 

şəfqət və onun təkidli baxışlarına qarşı qızın qəlbində yaranıb tez-tez dəyişən cavab reaksiyaları zamanın 

məzmununa çevrilir. Heç bir açılma yoxdur, yaranan sücet xətləri qırılır. Yazıçı bununla göstərmək istəyir 

ki, bədii təsvirin və analizin əsil predmeti həyat hadisələri deyil, qadın və kişilərin arasındakı hisslərin 

çalarları, daxili həyəcanlardır. «Şüur seli» ədəbiyyatı şəxsiyyətin daxii aləmini mütləqləşdirir.  

XX əsr Azərbaycan incəsənəti üçün xalqın ən vcib problemlərinə diqqət xarakterikdir. Azərbaycanda 

sovet dövrünün əvvəlində yeni həyat pafosunun təbliğ olunduğu qadın hərəkatının inkişafının dinamikası 

maraqlıdır. Respublikamızda qadın hərəkatı  əksəriyyəti müsəlman olan Şərq ölkələrinin çoxu üçün 

nümunə ola bilərdi.  İlk dövrdə bu çox böyük stimul və  təqlid üçün nümunə idi: çadrasını atan qadın 

sosial-ictimai həyata aktiv qoşulur, seçki hüquqları alır. Sovet hakimiyyəti qadın siyasəti sahəsində 

müəyyən qayğı  və hövsələ göstərdi. Amma, bir tərəfdən qadınlar kişilərlə  bərabər hüquqlar aldılar və 

digər tərəfdən isə bu proses inspirasiya yolu ilə baş verdiyi üçün qadınlar müəyyən mənada öz hüquqları 

uğrunda Qərb qadınları kimi mübarizə etmək təcrübəsindən məhrum oldular.  

Oktyabr inqilabından sonra problemlərdən biri qadınların emansipasiya problemi idi. Xüsusilə 

məişətdə hiss olunan çoxəsrlik xürafatlardan azad olmaq işi çox uzun və mürəkkəb bir iş idi. Ədəbiyyat və 

incəsənət qadın bərabərliyi uğrunda böyük və  çətin mübarizədə görkəmli rol oynadı.  Şərq qadınlarının 

azadlığı problemindən heç bir Azərbaycan sənətçisi yan keçmədi. Amma C.Cabbarlının çoxşaxəli 

yaradıılığında bu mərkəzi mövzu oldu «Sevil» pyesinin öz vaxtında nə  qədər cəsur və aktual olduğunu 

indi təsəvvür etmək çətindir. «Sevil»in ilk tamaşaları gur əks-səda yaratdı, pyes mətbuatda qızğın 

mübarizələrə səbəb oldu. Bu onu göstərirdi ki, dramaturq zəmanənin «ağrıyan» yerinə toxunub, həyatın 

ən mürəkkəb proseslərinə  və sosial-psixoloji dəyişikliklərə reaksiya verib. Dramaturgiya yazıçı üçün 

feminist obraz və stereotiplər yaratmaq üçün bir növ laboratoriya oldu. Onun bütün hekayələrində 

(«Gülzar», «Gülər», «Dilbər») feodal-patriorxal münasibətlər  şəraitində  əzilən və yeni həyat uğrunda 

mübarizəyə aparan azərbaycanlı qadınların həyatı təsvir olunub. 

«Sevil» pyesi bütün cəmiyyəti narahat edən azərbaycanlı qadınların azadlığı probleminə  həsr 

olunmuşdu. Sevilin həyatı azərbaycanlı qadının  əsarətdən-azadlığa doğru yolunun tarixidir. Əri Balaş 

tərəfindən qadın, ana və bir insan kimi əzilmiş, təhqir edilmiş Sevil cəsurcasına ondan ayrılır və evi tərk 

edir. inqilab illərində Moskvaya düşür, oxuyur və tamam yeni bir adam kimi qayıdır.  



 

 

Amma  pyesin  süceti  təkcə hadisələrin dəyişməsində deyil, Sevilin daxili mübarizəsi və içində, 



qəlbində, hisslərində, baxışlarında,  ətraf aləm ilə münasibətlərində gedən dəyişiklərdir. Axı Sevil öz 

dövrünün  əri Allah hesab edən, onun xəyanətə, kobudluğa hüquqlarını qeyd-şərtsiz qəbul etməli bir 

tərbiyə almış tipik azərbaycanlı qadın idi.  

Xaraktersiz,  şəxsi ləyaqət hissi olmayan Balaş, özünü Sevilə qarşı münasibətdə haqlı hiss edir. 

Mürtəce meşşanlığın nümayəndələri olan əxlaqsız Edil, Abdulla bəy və başqaları onu bu işdə  təqdir 

edirlər. Sevilə və özünü tapmaqda xalqın içindən çıxan adamlar: gənc müəllimə Gülüş, kəndlilər Atakişi 

və Balakişi «Sevil» pyesinin əhəmiyyəti çox böyükdür. Azərbaycanlı qadının orada göstərilən azadlıq yolu 

mətbuatda qaynar diskusiyalara səbəb oldu. «Sevilin» ətrafında etiraslar coşub-daşır, fikirlər toqquşur. 

Sevil həyata real bir insan kimi daxil oldu. Azərbaycan incəsənətində öncə yaradılmış «qadınlıq» və 

«kişilik» obrazları yeni dövr incəsənətində formalaşan yeni qender rolları və statusları ilə kəskin ziddiyyət 

yaradır. Söhbət  ənənəvi Azərbaycan mədəniyyətinin dəyərləri ilə qovuşmuş yeni oxşar qender 

obrazlarının yaradılmasından gedir. Təbiidir ki, identiklik böhranı müasir modern prosesslərdən sosial və 

mədəni cəhətdən daha zəif quruqmuş qadına daha çox təsir göstərir. Artıq cəmiyyət, dəfələrlə konkret 

sosial mədəni kontekstində qadının nə kimi yer tutduğunu həll etməyə çalışıb.  

Sevil obrazı Azərbaycan mədəniyyətində yeni qender oriyentasiyasını özündə  əks etdirən yeni 

feminist  tipidir,  buna  görə  də alışdığımız qender stereotiplərini laxladır. Qadınlar ancaq özlərinə 

arxalanan, müstəqil professionallaşmış şəxsiyyətə çevrilirlər. Yeni qender orientasiyası bu planda qender 

münasibətlərinin  ənənəvi patriarxal sitseminin rədd edərək müasir sosial-mədəni situasiyada qadınların 

başqalaşması vurğulayır. Yeni qender oriyentasiyalarını özündə  cəmləyən və bunu bilən qadın «kişi 

dünyası» stereotipinin dağılmasına səbəb olan aktiv amilə çevrilir.  

1928-ci ildə «Sevil» pyesi əsasında eyni adlı film çəkildi. Ağır qadın taleyinin əleyhinə çıxmış gənc 

azərbaycanlı qadının həyatı, onun dünyaya gözlərinin açılması və mənəvi inkişafı tamaşaçıların qəlbində 

rəğbət qazandı. Şahidlərin dediyinə görə, seansdan sonra işıq yanan kimi bir çox gənc qadın nümayişkar 

şəkildə nifrət etdikləri çadranı atdılar. Sevil rolunu professional olmayan gənc  İssət Orucova oynadı ki, 

onun sonrakı həyatı çox şeydə oynadığı qəhrəmanın həyatına bənzədi (hal-hazırda İssət Orucova məşhur 

kimyaçı alim, Az. MEA müxbir üzvüdür). C.Cabbarlının pyesi əsasında F.Əmirov «Sevil» operasını 

yaratdı, burada inqilabdan əvvəlki feodal-təhkimçi əsasların tənqidi musiqili estetik formada göstərildi.  

Bəstəkar A.Zeynallının Şərq qadınlarının azadlığı mövzusuna həsr olunmuş «Çadra» romansında da 

çadranı atmağa çağırış var.  

Azərbaycan incəsənəti üçün çox aktual mövzularından biri olan qadın azadlığı mövzusu 30-cu 

illərin bir sıra filmlərində: ilk azərbaycanlı  təyarrəçi qadın Leyla Məmmədbəyli haqqında «İsmət», 

İ.Orucovanın baş rolda oynadığı  gənc kənd müəlliməsi haqqında dramatik pyesi olan «Almas» (Ağarza 

Quliyev və Georgi Braqinski quruluşunda) işıqlandırıldı.  

Azərbaycanda və bütün müsəlman  Şərqində demokratik satirik poeziyanın banisi M.Ə.Sabir 

nadanlıq və dini xurafata qarşı Azərbaycan fəlsəfi və etik fikrinin inkişaf prosesində öz yaradıcılığı  və 

böyük tarixi missiyanı yerinə yetirdi. M.Ə.Sabirin yaradıcılığında Şərq qadın mövzusu xüsusi yer tutur. Öz 

satirasının köməyi ilə şair qadın və kişi arasındakı qarşılıqlı münasibətlərin, qadına münasibətin, adətlərin 

çox ifadəli şəklini verir. «Qoca cadugərin qızlara məsləhəti», «Xandostu, amandır, qoyma gəldi», «Gavur 

qızı», «Qız işi», «Qadının şikayəti» və sair əsərlərində bu problemlər daha parlaq işıqlandırılıb.  

«Xandostu, amandır, qoyma gəldi» şerinin 50 yaşında qəhrəmanı bir neçə arvadı və böyük uşaqları 

olduğu halda 12 yaşında qızla evlənmək istəyir. Bu hal müsəlman ailələri üçün tipik idi və onların 

nəzərində  əxlaqsızlıq sayılmırdı.  İndi «vəhşi», «əxlaqsız», «pozğunluq» hesab edilən adətlər o vaxt heç 

kimin diqqətini cəlb etməyən adi həyat hadisələri idi. Hələ dünən kukla ilə oynayan bədbəxt balaca qızları 

fiziki və mənəvi əzab və işgəncələrə məruz qoyurdular. 

Elində 8 qız uşağı böyüdən M.Ə.Sabir bu qızların taleyi üçün əzab çəkirdi, o yerləri məsum varlığın 

məhv olmuş həyatından ümidsiz idi – bu onun ürəyinin ağrısı idi.  

Görəsən qadının kişinin istədiyi şeyi edə biləcək əşya olduğu, qadın azadlığının, şərəf və ləyaqətinin 

tapdalanıb sıxışdırıldığı qəddar dövrdə nə qədər belə yazıq azərbaycanlı qızcığazlar olmuşdur?! 

M.Ə.Sabir çox qabaqcıl bir adam olub qadın bərabərliyi uğrunda çıxış edirdi ki, onlara kişilərlə 

bərabər savadlanmaq, mədəni inkişaf etmək imkanı verilsin. Böyük maarifçi başa düşürdü ki, bu zəruri bir 

tələbdir.  Şair pəncərəsiz dar otaqlarda yaşayan, heç evdən çıxmayan,  ərləri başqa qadınlarla  əyləndiyi 


 

 

halda nəslin davam etdirilməsi və ev işlərində bir maşın kimi istifadə olunan müsəlman ana, bacı  və 



qızlarına görə təəssüf hissi düyurdu.  

M.Ə.Sabir də qadının «maarifləndirilməsi və «qadın məsələsi» problemi ilə yanaşı qadın-tərbiyəçi 

problemi də verilir. Axı qadın təkcə həyat yoldaşı deyil, həm də anadır. Ana ailədə və uşağın həyatında ən 

birinci tərbiyəçidir. Əgər tərbiyəçi savadsız nadan qadındırsa onun tərbiyə etdiyi uşaqlar da belə olacaq. 

Burada Sabir dolayı yolla millətin mentaliteti məsələsinə  də toxunur ki, bu onun əsərlərində qadın-ana, 

tərbiyəçi prizmasından keçir. «Uşaqlara»  şerində  şair nəsli xalqın, millətin həyatını xilas etməyə, onun 

xoşbəxtliyinə zəmin olmağa çağırır. Bu şer böyük şair Sabirin nəsillərə vəsiyyətidir.  

«Cənnət anaların ayağı altındadır» deyə Qurandan sitat gətirən Sabir Məhəmməd peyğəmbərin və 

bütün islamın dininin qadın-anaya qarşı necə dərin hörmət göstərdiyini bildirir.  

Görkəmli Azərbaycan  şairi və dramaturqu, ədəbiyyatda romantizminin nümayəndələrindən biri 

H.Cavid və qadınların öz hüquq bərabərliyi uğrunda mübarizəsi probleminə toxunur. Özünün məşhur 

«Şərq qadını» şerində o qadının dili ilə sual verir: 



Mən nə idim? Şərqin əzilmiş qadını! 

Mən nə idim? Uf, onu heç sormayınız! 

Şərq qadını. 

 

Şair öz şerini ümid dolu sətirlərlə bitirir.  



Bir zamanlar mən, əvət, bir heç idim 

Qismətim sillə, dayaq, könlüm əsir, 

Bir böcəkdən də həqir, 

İmdi lakin o tikənlərdən uzaq – 

gülərək, oynayaraq, 

Yaşamaq zövqünü duymaqdayım ancaq, ancaq, 

Yox mən artıq sürünən heç deyiləm, 

Parçalanmış da qaranlıqdan hörülmüş kəfənim, 

Gəmirilməz beynim, 

İştə, ən şanlı üfüqlərdə uçan 

Şərqin azadə, gülər bir qızıyam; 

Uca həşmətli fəzalardan aşan  

Pəmbə bir yıldızıyam!. 

 

Azərbaycan qadınlarının öz hüquqları uğrunda mübarizədə şairin bu sözləri güclü çağırış, şüar kimi 



səsləndi.  

XX əsrin əvvəli Azərbaycanda qadın hərəkatının inkişafı dövrü kimi qiymətləndirilir. Azərbaycanın 

musiqi ictimaiyyəti də o dövrdə  cəmiyyəti maraqlandıran vacib problemlərdən – ailə-nigah 

problemlərindən, cinslərin qarşılıqlı münasibətlərindən, qadına münasibətdə  kənarda qalmadı. Buna 

nümunə olaraq, Azərbaycan professional musiqisinin banisi Ü.Hacıbəyovun ölməz musiqili 

komediyalarını – («O olmasın, bu olsun», «Kişi və arvad», «Arşın mal alan») misal göstərə bilərik.  

Bu canr əsərləri üçün bəstəkar Azərbaycan qadınının  əsarəti, hüquqsuzluğuna qarşı mübarizəsini 

əsas mövzu kimi götürərək, Azərbaycanın sosial-ictimai həyatını  dərindən başa düşdüyünü göstərdi. Bu 

musiqili komediyalar feodal-patriarxal məişətə, qadın hüquqsuzluğuna, nadanlığa qarşı yönəldilmiş 

kəskin satirası ilə proqressiv-demokratik ideallar aktiv təbliğ edərək, öz tarixi rolunu oynadı.  

Bəstəkarın komediya canrına müraciəti tamamən təbii idi. O, komik mülahizəyə böyük əhəmiyyət 

verirdi və onu öz bəstəkarlıq yaradıcılığına daxil etməyi məqsəd qoymuşdu. Satira və yumor Azərbaycan 

xalq – nəğmə canrında çoxdan yer salmışdı. Cəmiyyətin qüsurlarının tənqidi üçün əsas vasitə olaraq satira 

və yumor Azərbaycan 

ədəbiyyatında möhkəm yer tutmuşdur. Ü.Hacıbəyov həvəslə 

C.Məmmədquluzadənin komediyalarını  və «Molla Nəsrəddin» curnalını oxuyurdu. Yumor hissi 

bəstəkarın özünə  də aiddir, onun felyetonları satirik canrın parlaq nümunəsidir. Bütün bunlar 

Ü.Hacıbəyovu kəskin tənqid yönlü ilk milli musiqili komediyaları yaratmağa sövq etdi. Şair və vətəndaş 

olan Ü.Hacıbəyov qadınların  əsarəti və hüquqsuzluğu, geri qalmış ailə-nigah münasibətləri kimi 

problemlərdən yan keçə bilmədiyi üçün yeni canr olan musiqili komediyanı bu mövzunun dərin və 

hərtərəfli açılmasına yönəltdi.  


 

 

Ü.Hacıbəyovun musiqili komediya ənənəsi axarında bir qədər gec, S.Rüstəmov «Beş manatlıq gəlin» 



komediyasını yazdı. Komediya personacları arasında feodal-patriarxal həyat tərzini saxlamağa çalışan 

köhnə  nəslin və müasir dövrün tərbiyə etdikləri yeni nəslin nümayəndələri vardır. Komediyanın 

qəhrəmanı  xəsis Kəblə Hüseynəli varlanmaq məqsədilə  qızını istiqrazda böyük miqdarda pul udmuş 

adama satmaq istəyir. Bəstəkar bu hadisənin bütün gedişlərini lağa qoyur. 

Ü.Hacıbəyovun bir çox əsərləri – «Leyli və Məcnun», «Şah Abbas və Xurşud Banu» operaları qadın 

və kişi arasında olan böyük məhəbbət hissinə həsr olunmuşdur.  

Leyli obrazı  Şərq qadınının öz sevgilisinə qarşı olan yüksək məhəbbəti, vəfası  və  sədaqətinin 

simvoludur. «Şah Abbas və Xurşud Banu» operası Azərbaycan incəsənətinə qadını  mədh etməyin yeni 

motivlərini gətirdi. Operada yeni tipli qəhrəman – xalq həyatının dərinliklərində doğulmuş, sağlam 

dünyagörüşlü odunçu qızı Xurşud Banu meydana gəldi. Xurşud Banu çoxəsrlik  əxlaq təcrübəsinə 

əsaslanaraq, belə hesab edir ki, əmək insan həyatı üçün vacib şərtdir. Qəhrəman qız ona aşıq olub, ona 

olan sevgisinin ucbatından işləməyə başlayıb və xalçaçılıq sənətini öyrənən zəhmli xanın psixologiyasına 

qalib gəlir.  

Ü.Hacıbəyov keçmişdə Azərbaycan xalqının azadlıq mübarizəsinə  həsr olunmuş  aşıq dastanının 

süceti əsasında yaradılmış monumental xalq – qəhrəmanlıq epopeyası olan «Koroğlu» operasında cəsur və 

igid qadın surəti də yaratmışdır. Opera çoxəsrlik azadlıq mübarizəsində qalib gəlmiş Azərbaycan xalqının 

tipik cizgilərinin ümumiləşdirilməsi kimi qavranır və müasir səslənir. Bəstəkar operanın süceti kimi aşıq 

dastanını təsadüfi olaraq seçməyib. O öz qarşısına məqsəd kimi keçmişdən gələcəyi yox, müasir vaxtdan 

keçmişi  əks etdirməyi qarşısına məqsəd qoyurdu. Nəticədə uzun müddət öz azadlığı  uğrunda mübarizə 

aparan Azərbaycan xalqının taleyini tam açıb göstərən bir əsər meydana gəldi, kişi və qadın obrazlarının 

bütöv qalereyası yarandı. 

Hacıbəyovun milli musiqi folklorunun qiymətli  ənənələri ilə  sıx bağlı olan gözəl musiqisini 

yaradaraq onları inkişaf etmiş  bəstəkar formaları ilə  sıx bağladı. O Azərbaycan musiqisinin kamilliyini 

bəstəkar yaradıcılığının mürəkkəb nailiyətlərinin təbii milli zəminində  dərin bədii ümumiləşdirməyə, 

azad, orqanik şəkildə yenidən düşünməyə qabil olduğunu göstərdi.  

«Koroğlu» operasının Nigar obrazında Azərbaycan qadınının  ən yaxşı  cəhətləri birləşib. 

Qəhrəmanın gözəl xarici görkəmi, onun mənəvi dünyasının zənginliyinə tam uyğun gəlir. Qadınlıq, 

yumşaqlıq, mənəvi təmizlik ondakı iradə gücü, igidliyi və düzgünlüyü ilə uzlaşır. Nigar öz xalqını sevir və 

onun yolunda həyatını da verməyə hazırdır. Onun musiqili obrazında Koroğlunun sadiq rəfiqəsinin 

qəhrəman xarakterinin cizgiləri verilmişdir. Qızın öz sevgilisinə olan hissləri dərin və  təmizdir. Onun 

arzularının işıqlı aləmi gözəl lirik melodiyalarda öz əksini tapıb. Nigar, həyatını xalqın xoşbəxtliyi 

uğrunda mübarizəyə həsr etmiş sevgilisinə sədaqət andı verir. Musiqidə onun qəhrəmanlıq cizgiləri parlaq 

ifadə olunub. Qız, xan və bəylərə qarşı çıxaraq, onların alçaqlığını və məkrliliyini ifşa edir. Nigarın obrazı 

tipik xalq dastanlarının qəhrəmanıdır. Dastanlarda «buta» (adaxlı) heç vaxt hakim dini və patriarxal 

cəmiyyətin normalarına tabe olan, əzilmiş, bədbəxt, alçaldılmış olmur, əksinə, o üzüaçıq gəzir, ürəkli, 

müstəqil və qorxmazdır.  

Nigar obrazı ilə M.Maqomayevin «Nərgiz» operasının Nərgiz obrazı  səsləşir. Ümumiyyətlə uzun 

illər Azərbaycan musiqi teatrında Azərbaycan qadınının  ən yaxşı  cəhətlərini özündə  cəmləyən qadın 

obrazı yaradılırdı. Nərgiz qadın obrazları qalereyasında parlaq portretlərdən biridir. «Nərgiz» operasının 

məzmunu mülkədar zülmündən, despotçuluqdan, bəylərin qəddarlığından kəndlilərini qurtarmaq 

arzusudur. Azərbaycan xalqının tarixi inkişafının yolu, mədəni inkişafı, geniş xalq kütlələrinin artan ideya-

estetik tələbləri Azərbaycan bəstəkarları qarşısında yeni, yüksək tələblər qoyurdu. Kəndlilərin 

mülkədarlara qarşı mübarizəsinin bədii açılışı, qadının bu mübarizədə rolu M.Maqomayevin «Nərgiz» 

operasının  əsas mövzusudur. İnqilabdan  əvvəlki Azərbaycan operalar ilə müqayisədə «Nərgiz» operası 

tamam bir yenilikdir. Burada dramaturq fikri təkcə xeyir və  şərin qarşıdurması ilə bitmir. Artıq 

qəhrəmanın xeyirxah əməllərini dəstəkləyən bir neçə personac deyil, qəhrəmanın nümayəndəsi olduğu 

bütün xalq hərəkatının aparıcı qüvvəsinə çevrilir.  

Kəndli ailəsindən çıxan sadə  qız olan Nərgiz obrazında məhəbbətə  sədaqət, xalqın qələbəsinə 

fədakar inam, bu qələbə  uğrunda mübarizədə aktiv iştirak etmək həvəsi kimi görkəmli cəhətlər 

toplanmışdır. 

«Nərgiz» operasındakı kişi obrazları – Əliyar, Cəfər, Həsən kişi də böyük maraq oyadır. Onların 

şəxsiyyəti parlaq fərdi xüsusiyyətlərlə zəngindir. Onların hamısı xalqın içindən olduqları üçün onların fikir 



 

 

və  hərəkətlərinin yönəldiyi eyni məqsədə xalqla birlikdə  hərəkət edirlər. Onlar cəsur, qətiyyətlidirlər, 



xalqın xoşbəxtliyi üçün öz həyatlarını verməyə hazırdırlar.  

M.Maqomayev «Şah  İsmayıl» operasında  ədalət uğrunda döyüşən qəhrəman qadın – Ərəb-Zəngi 

obrazını yaratdı. Operanın sücetində  Şah  İsmayıl haqqında müxtəlif variantlarda olan orta əsr aşıq 

dastanların motivlərindən istifadə olunub. «Şah  İsmayıl» dastanının məşhur Çaldıran döyüşünü  əks 

etdirən tarixi variantı da maraqlıdır. Qadın – döyüşçü Ərəb-Zəngi obrazının sosial əhəmiyyəti də vardır. 

Təsadüfi deyil ki, operanın sonunda o Şah İsmayılı tənqid edərək deyir: «Mən səni dəyərli insan bilirdim. 

Sən isə hökmdarların yolu ilə getdin». Dastanda Şah  İsmayılın sevgililərindən biri olan Ərəb-Zəngi 

operada ədalət uğrunda mübarizə ideyalarının daşıyıcısı olur. Onun obrazında ənənəvi olaraq qadınların 

hesabına yazılan keyfiyyətlər: hissi-emosional sferanın prioriteti, empatiya qabiliyyəti yox olub gedir. 

Ərəb-Zəngidə identik qenderin olmaması heç də onun antiqadınlığı demək deyil, əksinə onun stereotip 

qadın xüsusiyyətlərindən azad qeyri-adi qadın olduğunu təsdiqləyir.  

Ə.Bədəlbəylinin «Qız qalası» baleti də qender problemi planında çox maraqlıdır. Baletin süceti bir 

poetik dastana əsaslanır ki, Azərbaycan dramaturgiyasının klassiki C.Cabbarlı onu böyük bədii ustalıqla 

öz librettosunda təcəssum etdirmişdir. Kişi və qadın arasındakı gözəl insani keyfiyyətləri vəsf edən balet 

qadın hüquqsuzluğuna qarşı  əsil humanist etiraz ilə doludur. Lirik məhəbbət dramı sosial drama ilə 

qırılmaz sarmaşıb. İnsanların azadlığı meylinin təcəssümü olan kimi qəhrəmanların xan əleyhinə barışmaz 

mübarizəsi, despotik patriarxal-feodal həyat quruluşu qanunlarına qarşı, qadınların hüquqsuzluğuna qarşı 

mübarizə əsərin parlaq dramatik konfliktidir. Qızın ölümünü göstərən baletin epiloqu çox dramatikdir. 

Baletin adı ilə  əlaqədar demək lazımdır ki, «Qız qalası» Bakının sahilyanı hissəsindəki sərt massiv 

üzərində ucalan qaladır. Öz ölçü və  əzəməti ilə bu qala Abşeronun bütün qalalarından üstələyir. Qalada 

kufi xətti ilə tikintinin ustasının adı – Məsud ibn Davud yazılıb. Qalanın adı müəyyən məna daşıyır və 

qadın mənşəlidir. «Qız qalası» abidəsinin adı türkdilli xalqlar arasında geniş yayılıb. Bu onunla 

əlaqədardır ki, qala bakirə sayılırdı, yəni heç vaxt düşmən tərəfindən tutulmamışdı. 

Azərbaycanın musiqi incəsənətində öz yaradıcı  və  əmək fəaliyyətləri ilə kişilərdən heç də dala 

qalmayan müasir qadın obrazları da yaradılıb. Müasir azərbaycan qadını obrazının S.Hacıbəyovun 

«Gülşən» baletində traktovkası da çox maraqlıdır. Baletin əsasında azərbaycanlı pambıqçı qızların həyatı 

durur. Azərbaycan sənətkarlarının diqqət mərkəzində zəhmətkeş qadın obrazı çoxdan durur. Hadisələrin 

romantikasını,  əmək mövzusunu, qadınların  əmək fəaliyyətini təsvir etmək səyi nəticəsində incəsənət 

çoxlu və maraqlı yeniliklərlə  zənginləşdi. Baletdə  şəxsiyyətin yeni konsepsiyası verilib. Qadının ali 

məziyyəti kimi onun əmək qəhrəmanlığı, fədakarlığı vəsf olunur. Bu əsər qadın həyatının sosial məna ilə 

dolması, onun şüurlu əmək fəaliyyətinə qarışması kimi tarixi nikbinlik mənbənin açılmasına səbəb oldu. 

Baş qəhrəman Gülşən parlaq fərdi xüsusiyyətləri ilə seçilən obrazdır. O təkcə ana və həyat yoldaşı deyil, 

həm də manqa başçısıdır, müstəqil qadındır. Konfliktlərdə o öz fikri üstə qala bilir, öz fikrinin 

düzgünlüyünü və kişilərlə bərabərliyini sübut edə bilir.  

Müasir Azərbaycan rəssamlığının bir çox nailiyyətləri hərtərəfli istedadı olan, bir sıra gözəl tematik 

tablo, peyzac, qadın və kişi portreti yaratmış rəssamın Tahir Salahovun adı ilə bağlıdır. Obrazlı başlanğıc, 

insan həyəcanlarının aləminə müdaxilə etmək, kompozision ritm və təsviri dilin yığcamlığı – bütün bunlar 

T.Salahovun yaradıcılığının fərqləndirici xüsusiyyətləridir. Vətəndən uzaqlarda onun «Qara Qarayevin 

portreti», «Dmitriy Şestakoviç», «Fikrət Əmirovun portreri» və başqaları məşhurdur və dünya incəsənəti 

şedevrləri arasında möhkəm yer tutur. 

Öz  əsərlərində  rəssam güclü, cəsur, igid kişilərin obrazını yaradıb. Neftçilərin qəhrəman  əməyini 

müşahidə etmək T.Salahova «Növbədən qayıdanlar» tablosu üçün material verdi. Rəssam üçün, təbiətlə 

mübarizədə insanın bütün qüvvələrinin cəm etməsinin, hərəkətlərin inadlı  və dalğın olması, sonsuz 

enercinin romantikasını tamaşaçılara çatdırmaq  əsas məsələdir. Ağır iş günündən sonra evə qayıdan 

fəhlələrin iri mərd siluetləri açıq səmanın fonunda aydın görünür.  

Azərbaycan kişilərinin qəhrəman  əməyi, qüvvələri və igidliyi mövzusunun həllinin bədii novator 

axtarışları T.Salahovun «Təmirçilər» rəsminin yaranması ilə başa çatdı. Rəssamın özü xatırlayır ki, neft 

daşlarına gedərkən o bir qrup fəhlənin portretini çəkmək istəyirdi, lakin tezliklə fikrini dəyişdi: o qəza 

yerinə gedən təmirçiləri çəkmək qərarına gəldi. Rəssam təmirçilərin gizli gərginliklə dolu üzlərinə, güclü 

fiqurlarına daha diqqətlə baxmaq üçün belə bir momenti seçdi. Bu adamlar qətiyyətli və qorxmazdırlar. 

Onların monolit qrupu dərin bir sükut içərisində  təhlükəni qarşılamağa vərdiş olan döyüşçü dəstəsini 

xatırladır.  Əmək adamı olan kişinin gözəlliyi və  əzəməti mövzusunu T.Salahov portret canrında inkişaf 



 

 

etdirir. Onun «Neftçisi» müasir incəsənətdə ən yaxşı fəhlə surətlərindən biridir. Romantik qəhrəman kimi 



ümumiləşdirilsə  də, o carilə ilə doludur. Amma bu, hər halda konkret modelin əksindən çox tipik 

portretdir, kişi tipidir.  

Qeyd etmək lazımdır ki, qadın öz yaradıcılığında qadın obrazlarına böyük diqqət verildi. 2002-ci 

ildə Moskvada rəssamın ad günü münasibətilə  sərgi keçirildi və «Qadın obrazları» kataloq albomu nəşr 

olundu. Alboma «Ana portreti», «Aydan» (rəssamın qızı), «Alagöz» (rəssamın qızı), «Varvaranın portreti» 

(rəssamın arvadı), «F.İbrahimbəyovanın portreti», «Aktrisa İ.Miroşniçenkonun portreti», «Rəqqasə Tamara 

xanımın portreti» və başqaları daxil olub. Bu əsərlərdə  rəssam qadın gözəlliyini,  şəxsiyyətini vəsf edir, 

qadının mənəvi dünyasının harmoniyasını əks edir.  

Azərbaycan qadınının təsviri planında  1967-ci ildə T.Salahovun çəkdiyi «Abşeron qadınları» 

monumental tablosu böyük maraq oyadır. Bu şəkil epik və monumentaldır. Burada müəllif həyatları 

böyük risk və təhlükə ilə üz-üzə olan insanların: balıqçıların, dəniz neftçilərinin anaları, bacıları, arvadları 

təsvir olunub ərlərini gözləyən qadınların təsvirində ilk plana yüksək ümumbəşəri gözəllik çıxır. Bu ağır 

həyat sürən və çoxlu məhrumiyyətlərə düçar olan, sərt, hövsələli, təmkinli, dərin hörmət və heyranlıq hissi 

yaradan qadın obrazlarıdır. Qadın fiqurları  əla yerləşdirilib, onlar tamaşaçıya yaxınlaşıblar, rəsmin 

personaclarının psixoloji vəziyyəti onun çox gərgin rəng həlli ilə səsləşir.  

Dəniz sahilində  həyəcan dolu gözləri olan ağsaçlı qadın, qara paltarlı ciddi qız və  uşaqlı  gənc ana 

sanki bir heykəl kimi donublar. Rəsmin mərkəzində qapalı üsbucaq şəklində duran üç fiqur sanki qadın 

həyatının üç vəziyyətini simvollaşdırır. Qumdakı  əcayib çala-çuxurlar, paltarların ağır qatları, dalğaların 

burulması fiqurların sabitliyi ilə müqayisədə  daha  da  hərəkətli görünür və qadınların üzücü həyəcanını 

üzə çıxarır.  

Müasir rəssam Q.Yunus bir qədər gec 1985-ci ildə  çəkdiyi «Azərbaycan qadınları»  şəkli bu şəkillə 

səsləşir. Onun şəkli rəssamın proqramının «cövhərini» təşkil edən yığma obrazdan ibarətdir. Bu şəkildə 

rəssam Azərbaycan qadınının itməyən mənəvi dəyərlərini, qadınlığı  və qadın məlahətini vurğulamağa 

çalışır. Plastik yumru sifətlər, bəzəkli paltarlar, zinət  əşyaları,  şərti cestlər, böyük ideal formalı gözlər və 

ideal formalı qaşlar. Burada hər bir-birini tamamlayır: paltarların kəsiyi, alında tellərin xətti, kəmər və 

önlüklərdəki mirvarı  cərgələri, qulaqlarda parıldayan sırğalar, diademalar, fiqurların qaməti. Hər  şey 

hamarlanmış  vəziyyətdədir. Xətlər rəvan musiqili, ahənqdardır. Amma bütün gözəlliyə baxdıqdan sonra 

istər-istəməz gözlərə qayıdırsan. Onlar dərya kimidir, sifətlərin ifadələri isə tutmaq olmur. Emosional 

dalğaların incə hərəkəti onlara son dərəcə fərdi çalarlar verir. bütün bu «danışan» cestlər, sakit emosiyalar, 

fonun ruhi dolğunluğu, hər bir qadın fiqurunun öz etik əhəmiyyəti olduğu səhnə kompozisiyasına 

uyğundur. 

Məşhur Azərbaycan rəssamı M.Abdullayevin əsərlərində  də qender aspektləri görünür. Onun 

«Axşam» tablosunun süceti çox sadədir; bir qrup uşaqlı qadın axşam gəzintisinə gedir. Bu şəkildə  gənc 

qadın obrazları daha gözədəlimlidir. Milli xüsusiyyətlər psixoloji xarakteristikada, geyimdə, peyzacda 

parlaq göstərilib. Həm kompoziiya və kolorit, həm də ayrı-ayrı personaclar bütün şəkidə lirik əhval-

ruhiyyə, həyat sevinci hissi, qadın gözəlliyi və analıq xoşbəxtliyi qarşısında heyranlıq yaradır. 

Onun başqa «Səadətin qurucuları»  şəklində iki gənc inşaatçının – qız və  gəncin görüşü təsvir 

olunub. Sevgilələrin görüş yeri və vaxtı  təbii deyil – eşq elan edilməsi günəşin yandırıcı  şüaları altında 

gələcək elektrik stansiyasının tikinti sahəsində baş verir. Gənclər bir-birilərinin üzünə baxmayaraq 

susurlar. Lakin onların üzündəki ifadə onların hisslərini faş edir. Onlar xoşbəxtdirlər ki, bir-birini sevirlər 

və öz hisslərini gizlətmirlər. Burada rəssam ümumiləşdirilmiş sənaye peyzacının fonunda gəncin və qızın 

daxili aləmini açmağa müvəffəq olub. Rəssam xəlvət bir şərait deyil, iş gününü göstərib, bununla bir 

qəhrəmanların titrək, məhrəm dünyasını göstərə bilib.  

M.Abdullayevin «Sevinc» şəklində ümumiləşdirilmiş ana obrazı verilib. Bu qadına baxanda 

inanırsan ki, onun bütün fikri sona qədər sevimli uşağındadır. Adama elə gəlir ki, ətrafda olan hər şey – 

həm günəş, həm otlar, həm çiçəklər sevinc və  nəvazişlə doludur. «Sevinc»də  rənglər bütün gücü ilə 

oxuyur və bu rənglərin dili ilə oxunan macor melodiya qadın-ananın obrazlı xarakteristikası üçün güclü 

vasitədir. Rəssam bu şəkildə analıq simvolunu və onun yüksək statusunu verir.  

Müasir Azərbaycan rəssamı Rasim Balayevin yaradıcılığı qender problematikası planında 

maraqlıdır. Dünyanın yaranma qanunlarını başa düşməyə çalışan rəssam qadın mənşəyinə  və insanın 

dağılmasına, bəşəriyyətin emblemi olan Adəm və Həvvaya müraciət edir. «Adəm və Həvva» seriyasından 

olan birini proqram şəkil adlandırmaq olar. Çılpaq  əcdadlarımız divlərin  əhatəsində göstərilib. Oricinal 



 

 

kompozisiyada: Adəm və Həvvanın fiqurları dairəyə, o da öz növbəsində kvadrata yerləşdirilib, rəng həlli 



fərqlidir və komponentlərə uyğun gəlir. Rəssam bəşəriyyətin bütöv bir dramını yaradaraq bunu qadın və 

kişinin mənşəyinin, mənfi və müsbətin dialektikası kimi təqdim edir. Həvva obrazının semantikası çox 

təbəqəlidir. Bu şəkildə Həvva pozğun, şəhvətli və ölümcüldür. Nəzərə çatdıraq ki, Həvva adının etimoloji 

mənalarından birinin «İlan» «ilanabənzər ilahə» olduğu ehtimal olunur. Həvva həmçinin Həyat ağacının 

antropomorf əvəzlərindən biri sayılır. Buna görə də Həyat ağacı qadın personacı kimi qələmə verilib. Buna 

görə  də  ağacabənzər «çox uzun qol-budaqlı obrazlar sanki lağ etmək üçün «Qadın» adlandırılıb. Bu 

heterogen formaların oyunu deyil. Bu rəssamın qadın təbiətinin mahiyyəti haqqında düşüncələrinin 

məhsuludur. Fantastiklik və regionallıq mürəkkəb hörgüyə birləşərək ağlagəlməz, ifadəolunmaz bir 

mənzərə doğurur. Rəsm dilinin intonasiyaları başdan-başa nidalarla doludur – rənglər parlaq, təkçalarlı və 

təzadlıdır.  

Müasir Azərbaycan rəssamı  Əşrəf Murad oğlu da öz əsərlərində maraqlı qadın obrazları 

yaratmışdır. Rəssam «qadınlıq», «qadın gözəlliyi» anlayışlarına yeni traktovka verir. Onun «İdmançı 

qızlar» çimərlikdə silsilə  əsərləri ilk baxışda sadəcə «absurd teatr» təsiri bağışlayır. Böyük ölçülərdə, iki 

metrlik boyları, yarımçılpaq, kobud yonulmuş sifətləri, elə bil abstrakt fiqurlardan quraşdırılmış fiqurları, 

kimi isə salamlayan, kimə isə gülümsəyən, sifətlərində sonsuz səadət ifadəsi olan və tamamilə qara fonda 

günəşin şüalarında «çimən» idmançılar. Lakin tezliklə təəccüb valehliklə və heyrətlə əvəz olunur.  

Bu  şəkillərdə «estetik ifadəlilik» adlanan hər bir nəfislik, zərif kolorit tapıntıları, cizgi zərifliyi 

yoxdur, bununla belə çoxlu daxili məlahət, həyat sevincləri, tamaşaçıların qarşısında ucalan «nəhəng»lərin 

gümrah varlığı mövcuddur. Qəfildən zəngin qadın dünyası açılır və onun psixologiyası bütün nüansları 

ilə irəli çıxır. Xarici elementar, sadə ifadə vasitələrinə baxmayaraq, bu şəkillər  ətrafında enerci sahəsi 

yaradan plastik bir gərginlik yaranır. Bu sahə tamaşaçını fiziki cəhətdən cəzb edir, onun enercisini artırır 

və onun düşüncə prosesini rəsmin həyatına qoşur.  Şəkildə  rəngarəng abstrakt qat və cizgilərdən ibarət 

qadın bədəninin təqdiminin yeni rakursları verilir.  

Məşhur Azərbaycan rəssamı  Vəcihə  Səmədova tərəfindən  əla qadın portretləri yaradılmışdır. O 

zəngin yaradıcılıq irsi olan gözəl portretistdir. Psixoloji xarakteristikanın ifadəliliyi, rəsmlərin gözəlliyi və 

tamlığı, parlaq ifadə olunmuş milli xüsusiyyətlər onun bir çox portretlərini fərqləndirir.  İnsan hisslərini 

dərindən açmaq arzusu onun bütün portretləri üçün xarakterikdir. V.Səmədova  əsasən qadın obrazları 

yaradırdı – «Aktrisa L.Bədirbəylinin portreti», «Pambıqçı G.Ələkbərova və M.İbrahimovanın portreti», 

«Heykəltəraş Həyat Abdullayevanın portreti», «Mühəndis Minirə Məmmədbəylinin portreti», «Tələbə qız 

portreti», «Memar S.Məmmədovanın portreti» və çoxlu başqa tablolar.  

Özünün tematik tablolarında və portretlərində  rəssam  əmək həyatını, məişəti, ailəni, Azərbaycan 

qadınlarını  vəsf edir. Onun qəhrəmanları – sevgilisi ilə olacaq görüşün sevincindən həyəcanlanan gənc 

kolxozçu qız, iş gününü təzəcə başa çatdırıb çimən qızlar, toyqabağı  gəlinin evinə  yığılan qadınlardır. 

Onların hamısı özünə  məxsus gözəlliyə malikdirlər və hamısı  həyatı sevir. Onun şəkilləri gözəl və 

sevinclidir; günəş işığıyla, parlaq rənglərlə dolğundur.  

Rəssamın yaratdığı  hər  şəkil, ucqar kənddə  və ya müasir şəhər fonunda yaranmasından asılı 

olmayaraq müəllif istisiylə  qızdırılıb. Tamaşaçı istedadlı  rəssamın gözləriylə baxdığı gözlənilməzliklərlə 

dolu gözəl dünyanı sevinclə  kəfş edir. Qeyd etmək lazımdır ki, Səmədovanın portret tablolarını qender 

münasibətləri baxımından mütərəqqi və aktual hesab etmək olar. Onun əsərlərinin təhlili göstərir ki, o 

qadını ancaq ana, bacı  və ya arvad kimi təsvir etmir, onun şəxsiyyətinin xüsusi dəyərdə olduğunu 

göstərərək, məşhur, talantlı və özündən əmin qadınları təsvir edir.  

Azərbaycanın realist incəsənəti özünün tarixi inkişafında – real həyatı ziddiyyət, konfliktləri ilə 

birgə, insanın, həyatın həqiqi mənasını axtarmağı ilə birgə əks etdirmək kimi proqressiv vəzifəsini təsdiq 

etmişdir.  

Azərbaycanın incəsənət ustaları  tərəfindən qender problematikasını  əks etdirən bir çox əsərlər 

yaradılıb, qadınlığın və kişiliyin gözəl nümunələri təqdim edilib, cinslərin bərabərli məsələləri qaldırıldı; 

qadın və kişilərin sevgi münasibətlərinin nüansları  əks olundu. Bir çox əsərlərdə müasir Azərbaycan 

incəsənətində yeni qender oriyentasiyası mücəssəməsi olan feminliyin yeni tipi verildi. Elə qadın obrazları 

yaradıldı ki, onların intellektual potensialı onları  əhatə edən kişilərin analoji qabiliyyətini üstələyir. 

Müəlliflər qadının özünə qiymət verməyi səciyyəsi sosial-mədəni tələblərinin səviyyəsi, müasir cəmiyyətin 

statuslu ierarxiyalarına uyğunluğu səviyyəsi yaradırlar. Çox vaxt qadın  əzabçəkən tərəf, qurban deyil, 

şəraiti təşkil edib ona tabe olmayan aktiv subyekt kimi göstərilib.  



 

 

 



 

MÜZAKİRƏ ÜÇÜN SUALLAR 

 

1. Müasir 

qadının sosial-hüquqi statusu necədir? 

2. Müasir 

incəsənətdə qender problematikası necə əks olunur? 

3. Z.Freydin 

nəzəriyyəsi incəsənətdə hansı rolu oynayıb?  

4. Azərbaycan yazıçı və dramaturqları qadınların azad olunması problemini necə həll edirdilər? 

5. Azərbaycan incəsənətinin hansı əsərləri cinslərin qarşılıqlı münasibətlərini əks etdirir. 

 

İş üsulları – diskussiya 



 

 

ƏDƏBİYYAT 

 

1.  Kərimov K., Əfəndiyev P. və b. Azərbaycan incəsənəti. – B., 1992 



2.  Аббасова Э. Истоия азербайджанской музыки. – Б., 1992 

3.  Андреев Л. Сюрреализм. – М., 1972 

4.  Вагабова Д. Другое искусство. – Б., 1993 

5.  Жеребкина И. Прочти мое желание: постмодернизм, психоанализ, феминизм. – М., 2000 

6.  Культура Советского Азербайджана. – Б., 1980 

7.  Керимова З. Внутренний мир М.А.Сабира. – Б., 1999 

8.  Мид М. Мужчина и женщина. – М., 1942 

9.  Наджафов М. Искусство, рожденное революцией. – Б., 1981 

10.  Теория и методология гендерных исследований. Курс лекций. – М., 2001 

11.  Пол, гендер, культура. / Под ред. Шоре Э. – М., 1999 

12.  Феминизм и гендерные исследования. Хрестоматия. / Под ред. Успенской В. – Тверь, 1999 

13.  Фрейд З. Психология бесознательного. – М., 1992 

14.  Элюар П. Стихи. – М., 1971 

15.  Рохос К. Мифический и магический мир С.Дали. – М., 1995 

16.  Breton A. Le revolver a cheveux blancs. – Paris, 1932 

 

 





Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə