Mövzu: “Azərbaycan dilində işgüzar və akade



Yüklə 262,64 Kb.
səhifə76/142
tarix15.03.2022
ölçüsü262,64 Kb.
#53822
1   ...   72   73   74   75   76   77   78   79   ...   142
1634046683046 Mühazirələr 1

2. Sualvermə
Sual vermək bacarığı insandan yüksək nitq mədəniyyəti və etik-mədəni səviyyənin olmasını labüd hesab edir.Sualın verilməsi situasiyası insandan məqsədli və düşünülmüş sualların qoyulmasını tələb edir. Sual həm məzmunu əhatə etməlidir, həm də mövzuya müvafiq olmalıdır. Sual verərkən situasiya, mimika və jestikadan düzgün istifadə, sual intonasiyasının düzgün qoyulmasınəzərə alınmalıdır. Situasiyaya müvafiq qoyulmayan sual söhbətin, məruzənin istiqamətini dəyişə və qoyulması nəzərdə tutulmuş məsələlərin kənarda qalması ilə nəticələnə bilər. Həmçinin, yersiz suallar dinləyənlərin də diqqətin mövzudan kənar məsələlərə yönəldə bilər. İntonasiya isə sual verənin məqsədini ifadə edir, intonasiyanın quruluşu isə  cavab almaq istədiyi məsələ, yaxud ona verilən məlumatın az anlaşılıqlı olması ilə bağlı dəyişə bilər. Sual danışılan mövzunun məzmununun daha da açılmasını və qoyulan problemlərin, məsələlərin daha dərindən dərk edilməsini şərtləndirir. Nəzərdən qaçan məsələlər sualların köməyilə danışanın, natiqin diqqətinə çatdırılır. Söhbət, dialoq, məruzə zamanı məzmunlu, dəqiq, mövzuya müvafiq sualların verilməsi söhbətin gedişatına müsbət təsir edir, söhbətin, dialoqun daha canlı və maraqlı olmasını təmin edir. Yerli-yerində qoyulmuş, maraq və mübahisəyə səbəb olacaq sual həmin məsələ ətrafında qızğın və gərgin müzakirələrə yol açır.Sual vermək bacarığı insandan  həm də praktik dil təcrübəsi tələb edir. Azərbaycan dilində düzgün, dəqiq, səlis, etik səviyyədədanışmağı bacarmayan insan nəinki mövzuya uyğun sual verə bilər, heç mövzunun mahiyyətini belə anlaya bilməz. Bu baxımdan, Azərbaycan dilindən istifadəedən şəxs həmin dilin sistematik quruluşundan yetəri qədər məlumatlı olmalı, bu dilin ədəbi dil normalarına yiyələnməli və  mədəni nitq ünsürlərini öz nitqində daşımalıdır.


Yüklə 262,64 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin