Mövzu: 21 Nitqin üslubları



Yüklə 58,64 Kb.
səhifə9/17
tarix03.06.2022
ölçüsü58,64 Kb.
#60508
1   ...   5   6   7   8   9   10   11   12   ...   17
Mövzu -21 1

Qayıdış şəxs əvəzliyi ilə ifadə olunan III növ təyini söz birləşməsində ikinci tərəf yiyəlik və ya adlıq halında olan şəxs əvəzliyi ilə işlənə, həm də həmin məzmunu tək ifadə edə bilir.


Özünüz söylədiniz ki, biz qohumuq, demək, qohumlar hər şeyi üstələmişlər (M.İ.).


Qoymaram, hər şeyi özüm düzəldəcəyəm (İ.Ş.).

növ təyini söz birləşməsində hər iki tərəfin işlənməsi, yəni birinci tərəfin – şəxs əvəzliyinin ixtisar olunmaması, məntiqi vurğunun tələbindən irəli gəlib diqqətin məhz bu istiqamətdə yönəldilməsi ilə bağlı olur.




Qoy bu sualların cavabını sənin anan versin (Y.H.)


Öz əlimlə inci kimi sapa düzdüm


Aylarını, illərini əbədiyyətin.

(S.V.)

növ təyini söz birləşməsində qayıdış əvəzliyi şəxs əvəzliyi ilə birlikdə işləndikdə, həmin əvəzlik (qayıdış əvəzliyi) üslubi effekt yaradır, özündən əvvəl işlənən şəxs əvəzliyini daha çox nəzərə çarpdırmağa xidmət edir.
Gərək işimizi elə quraq ki, biz özümüz də vaxtlı-vaxtında “təmir” olunaq

(Ə.M.). İnsanı başa düşəcək yeganə adam onun özüdür (E.).


Şəxs əvəzliyi ikinci şəxsin təki əvəzinə cəminin işlədilməsi də üslubi məqsəd daşıyır.

“Müəllim, mənim sənə böyük hörmətim var” cümləsini “Müəllim, mənim Sizə böyük hörmətim var” şəklində işlədilməsi üslubi tələbdən irəli gəlir.




Feil ilə bağlı bir sıra üslubi məqamlar da vardır ki, nitq praktikasında natiq bu incəliklərdən yararlanmağı bacarmalıdır. Məs.; feilin zamanları qrammatik mənaları ilə yanaşı, bəzən üslubi məqamlara da xidmət edə bilir. Bu özünü bir zaman formasının başqa zaman forması yerində işlənməsi şəklində göstərir. Məsələn, keçmiş zamanda olmuş hal-hərəkət qeyri-qəti gələcək zamana məxsus forma ilə verilir.


Bir gün kişi ova çıxar, orda at səksənər, tərlan havaya qalxar, kişinin ayağı üzəngidə qalar (S.R.). Yaxud keçmiş zamandakı hal və hərəkət indiki zamanı formasında ifadə olunur.


Həmin qış gecəsi Əbdül qalın yorğanının altında yatmaq istəyir, amma yata bilmir (E.).

Bəzən icrası gələcək zamanda yerinə yetiriləcək iş, hal, hərəkət indiki zaman forması ilə işlədilir.




Sərvər - Və onun əvəzində qulluqçu Sənəmi alıram, yazdınmı?! (Ü.Hacıbəyli).

Feilin şəxs şəkilçilərinin də müəyyən üslubi imkanları vardırş. Məsələn, I şəxsə aid hərəkət ikinci şəxsin təki formasında verilir.




Mən nə edə bilərəm, əlbəttə, daha yaxşı oxumaq üçün gərək yataqxanada qalasan, həm vaxtın olsun, həm də yorulmayasan (Ş.Q.).

Köməkçi nitq hissələrinin – qoşma, bağlayıcı, ədat və modal sözlərin fikirdəki incə çalarların ifadə edilməsində, ekspressivliyin yaradılmasında müəyyən üslubi xüsusiyyətləri vardır ki, natiqlik sənətində bunlara diqqət yetirilməlidir. Bu baxımdan qoşmaların müəyyən üslubi çalarlıq yaratmaq xüsusiyyətləri daha çox nəzərə çarpır. Ayrı-ayrı qruplar üzrə təsnif olunan qoşmaların bir çoxu həmin təsnifatda nəzərdə tutulmuş mənalarla yanaşı, nitqdə əlavə çalarlıq da yarada bilir. Məsələn,





Yüklə 58,64 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin