Mövzu 12. Qızıl Orda dövləti. Ağ orda, Krım və Kazan xanlıqları


Krım xanlığı-Rusiya münasibətləri



Yüklə 28,61 Kb.
səhifə5/6
tarix31.03.2022
ölçüsü28,61 Kb.
#54493
1   2   3   4   5   6
Mövzu 12 Qizil Orda Ag Orda Krim ve Kazan xanliqlari

Krım xanlığı-Rusiya münasibətləri. Krım xanı Mengli Gəray xan 1502-ci ildə Qızıl-Orda xanlığına son zərbəni vuraraq paytaxt Saray-Bərkə şəhərini işğal edərək xaraba qoymuşdu. Beləcə Qızıl Orda dövləti tarix səhnəsindən getmişdi. Bundan sonra isə Krım xanlığı ilə Moskva knyazlığı arasında Qızıl Ordanın ərazilərinə sahib çıxmaq uğrunda mübarizə başlamışdı. Krım xanları Moskva knyazlığına qarşı Böyük Litva Knyazlığının (BLK) simasında özünə müttəfiq tapmışdı. BLK ilə Krım xanlığı arasındakı müttəfiqlik uzun illər boyu möhkəm qorunub saxlanmışdı. Hətta Krım xanlığı bu ittifaqı möhkəmlətmək naminə öz əllərindəki Belorus və Ukrayna torpaqlarının böyük bir qismini BLK-na vermişdi. Mengli Gəray xan uzun müddət taxtda qalsa da Moskvanı ələ keçirmək fikrini gerçəkləşdirməyə imkan tapa bilməmişdi. 1514-cü ildə atası Mengli Gərayın vəfatından sonra xanlıq taxtanı oturan Məhəmməd Gəray xan (1515-1523) atasının Moskva knyazlığına qarşı siyasətini davam etdirmişdi. O, bu siyasətini həyata keçirmək yolunda Kazan xanlığı ilə dost münasibətləri qurmuşdu. Məhəmməd Gəray xan, 1521-ci ildə Kazan xanlığı taxtına oturmuş Sahib Gəray xanla (1521-1525) birlikdə həmin il Moskva knyazlığına hərbi yürüş təşkil etmişdi. Bu yürüş nəticəsində Moskva knyazı III Vasiliy (1505-1533) həm Kazan, həm də Krım xanlıqlarına illik vergi (xərac) ödəməyi öhdəsinə götürmüşdü. III Vasiliy Krım xanının vassalı olduğu Osmanlı sultanı I Qanuni Süleymana tatarların aramsız hücumları ilə bağlı şikayət etmişdi. Məhəmməd Gəray xan da öz növbəsində Osmanlı sultanına Moskva knyazının İslama və müsəlmanlara düşmənlik etdiyini bildirmişdi. Məhəmməd Gəray xan Moskva knyazlığının vəd etdiyi illik verginin gecikdirən kimi öz süvarilərini knyazlığın ərazisinə yeridir və yağmalayırdı. Bu cür xarici siyasəti həmçinin Polşaya qarşı da tətbiq edirdi. Beləcə həm Moskva, həm də Polşa daim təzyiq altında saxlanılırdı. Bu torpaqlardan əldə edilən qənimət malları və əsirlər Osmanlı ərazisinə göndərilərək bazarlarda satılıb gəlir əldə olunurdu. Bir qismi də Osmanı sarayına hədiyyə edilirdi. Sultan Qanuni I Süleymanın xanımlarından Xürrəm xatun Krım tatarlarının rus torpaqlarına hucumu vaxtı ələ keçirilmiş kəniz idi. 1523-cü ildə Məhəmməd Gəray xan Həştərxana yürüş edərək buraları ələ keçirmişdi. Həmin il III Vasilinin təşviqi ilə Krım xanına qarşı qiyam qaldıran Noqay feodalları Məhəmməd Gəray xanı, qardaşı Bahadır xanla birlikdə öldürmüdülər. M. Gəray xandan sonra yerinə oğlu Qazi Gəray, onun bir neçə ay sonra saray çevrilişi ilə hakimiyyətdən uzaqlaşdırılmasından sonra isə Səadət Gəray xan (1523-1532) Krım taxtına oturmuşdu. 1551-ci ildə Kırmda hakimiyyətə gələn I Dövlət Gəray xan 1571-ci ildə öz ordusu ilə birlikdə çərkəzlər, noqaylar və qıpçaqlardan topladığı köməkçi qüvvələrlə birlikdə uğurlu bir səfər təşkil edərək rus ordusunu məğlub etmiş və Moskva şəhərini mühasirəyə almışdı. Moskvanı ələ keçirən I Dövlət Gəray xan şəhəri oda verib yandırmışdı. Moskva knyazlığını bütünlüklə ələ keçirmək istəyən I Dövlət Gəray xan 1572-ci ildə Krımdakı Osmanlı hərbi birləşməsi və noqay əsgərlərin də köməyi ilə Moskvanın 60 km cənubunda baş vermiş Molodin döyüşündə məğlub olmuşdu. Buna baxmayaraq Krım xanlığı ordusunun Rusiya, Belorus, Ukrayna, Moldova torpaqlarına hücumları XVI əsr boyunca davam etmişdi. I Dövlət Gəray xanın 1577-ci ildə ölümündən sonra Krımda taxt uğrunda mübarizə başlamışdı. 1588-ci ildə hakimiyyətə gələn Boran Qazi Gəray xan daxili çəkişmələrə son qoyaraq 1591-ci ildə yenidən Moskva knyazlığı üzərinə səfər etmiş və rusları daha çox xərac ödəməyə məcbur etmişdi. Buna baxmayaraq Molodin döyüşündəki məğlubiyyətdən sonra Krım orduları bir daha Moskva ətrafın qədər irəliləyə bilməmiş, knyazlığın cənub torpaqlarına hücumlar etməklə kifayətlənmişdi.


Yüklə 28,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin