buraxılmış səhvlər düzəldilir, çatışmamazlıqlar aradan qaldırılır və strategiya bazar
situasiyasına uyğunlaşdırılır. Bunların nətijəsində isə müəssisənin bazar fəaliyyətinin
effektliliyi nəzərdə tutulduğundan yüksək olur. Məsələn, fərz edək ki, strategiyanın
tərtib edilərkən müxtəlif səbəblərdən «Ulduzlara» aid edilən fəaliyyət növləri əvəzinə
«Qapan itlərə» aid edilən fəaliyyət növlərinə daha çox investisiya qoyulması nəzərdə
tutulmuşdur. Strategiyanın realizasiyası ilə məşğul olan işçilər isə real bazar
situasiyasını nəzərə alaraq buna imkan verməmiş və «Ulduzlara» aid olan fəaliyyət
növlərinə daha çox resurs ayırmışlar. Şübhəsizdir ki, bu əldə ediləjək mənfəət həjminin
artmasına səbəb olajaqdır.
4. Əlverişli olmayan strategiya - pis realizasiya. Strategiya ilə onun realiza-
siyasının bu jür əlaqələndirilməsi həmişə pis bazar fəaliyyəti nətijələrinə gətirib çıxarır.
Strateci marketinq planlaşdırılmasının
nəzarət mərhələsində
müəssisənin bazar
fəaliyyəti qiymətləndirilir, marketinqin ətraf mühitində baş verən dəyişikliklər və bu
dəyişikliklərin müəssisənin bazar fəaliyyətinə təsiri öyrənilir, həmçinin müəyyən
edilmiş göstərijilərdən kənarlaşmalar və onların səbəbləri aşkar edilir, zəruri hallarda
strateci planlarda müvafiq düzəlişlər edilir və s.
Dostları ilə paylaş: