Mövzu 1 Mikroiqtisadiyyatın predmeti və metodu. Plan


Firmaların idarə edilməsi



Yüklə 0,94 Mb.
səhifə80/126
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#44307
1   ...   76   77   78   79   80   81   82   83   ...   126
FF Mikro

3. Firmaların idarə edilməsi.

Inzibati, daha dəqiq desək, inzibati-amirlik metodu cəmiyyətdə hakimiyyət və idarəetmə strukturlarına xas olan üsulların toplu­sudur.

Inzibati-amirlik metodlarından ilk dəfə 1916-cı ildə Almani­yada istifadə edilmiş, keçmiş Sovet Ittifaqında əslində onun mövcud­luğunun lap ilk günlərindən istifadə olunmağa başlanmış, sonralar bu, getdikcə yeni-yeni me-todlarla «zənginləşdirilmiş» və demək olar ki, keçən əsrin 80-ci illərində özünün «ən yüksək zirvəsinə» çatmışdı.

Bazar iqtisadiyyatı şəraitində isə idarəetmənin iqtisadi metod­larına üstünlük verilir. Lakin idarəetmədə inzibati-amirlik və iqtisadi metodlardan istifadə edərkən onları bir-birinə qarşı qoymaq olmaz. Sosial-psixoloji metodlar başlıca olaraq həyatın mənası­nın, cəmiyyətin inkişaf istiqamətlərinin, orada insanların rolu və yerini müəy­yən edən problemlərin həll edilməsi ilə əlaqə-dardır. Burada kütləvi infor­masiya vasitələrinin (radio, te-leviziya, mətbuat və s.) əvəzsiz rolu vardır.

Idarəetmə müxtəlif səviyyələrdə təşkil edilir və həya-ta keçirilir. Mikroiqtisadi səviyyədə idarəetmənin başlıca tərkib hissələri marketinq və menecmentdir.

Marketinq bazarın mövcud və perspektiv tələbatını öyrənmək məqsədilə əmtəələrin istehsalı üçün texnologiya­nın hazırlanmasından tutmuş onların istehlakçılara çatdı­rılmasına qədər olan dövrdə firma­ların bütün işgüzar fəaliy­yətlərinin əmtəələrin, xidmətlərin satılması vəzi­fələrinə tabe edilməsi ilə əlaqədar görülən təşkilati işlər sistemidir. Başqa sözlə, marketinq o deməkdir ki, firmalar məhsulları yalnız isteh­sal etməklə kifayətlənmirlər, onlar həm də hazırladıqları əmtəələrə olan tələbatın öyrənilməsi ilə özləri məşğul olurlar.

Firmaların idarə olunmasının marketinq forması ABŞ-da XX əsrin əvvəllərində məhsulların reallaşdırılma­sı­nın kəskinləşdiyi dövrdə meydana gəlmişdir. Marketinq sisteminə aşağıdakılar daxildir: firmada istehsal edilmiş məhsullara olan tələbatın cari vəziyyəti və tədiyə qabi­liyyətli tələbin dinamikasını öyrənmək; ayrı-ayrı məhsulların, onların «əvəzedicilərinin», habelə eyni növdən olan «əcnəbi» məhsul­ların qiy­mətlərinin dəyişməsi səbəblərini təhlil etmək; yeni tələbatları proqnoz­laşdırmaq; rəqabət aparılan firmalarla mübarizədə reklamdan geniş istifadə etmək; müəyyən imtiyazlar vermək, istehlakçıya verilən hüquq­ları genişləndirmək, lotoreyalar buraxmaq, satış sərgiləri təşkil etmək, bir sıra şərtlər yerinə yetirildikdə mükafat vermək yolu ilə alıcıları özü­nə cəlb etməklə məhsulların satışını stimullaşdırmaq; «alıcı əmtəələri yox, əmtəələr alıcıları tapmalıdır» prinsipini həyata keçirmək; rə­qiblər haqqında material toplamaq və onu qiymətləndir­mək; bazar haqqın­da­kı informasiyaları işləmək üçün EHM-dən istifadə etmək; ayrı-ayrı əmtəələrin satışı üçün bazarları düzgün seçmək və s. və i. a.

Təcrübədə marketinqin prinsipləri ardıcıl olaraq aşağıdakı mər­hələlərdə yerinə yetirilir: 1) Bazarı hərtərəfli öyrənmək əsasında fir­manın müxtəlif çeşiddə istehsal etdiyi məhsulların siyahısını (o cümlə­dən rəqiblər haqqında planı) tərtib etmək; 2) Nəzərdə tutulmuş istehsal proqramlarını (mal göndərənləri seçmək və onlarla əlaqə saxlamaq, məh-sulların çeşidi və keyfiyyəti üzərində nəzarət etmək) ciddi surətdə yerinə yetirmək; 3) Marketinq proqramlarını – məhsulların satış bazar­larını ələ keçirməyə dair planları – həyata keçirmək.

.

Firmalar miqyasında kommersiya fəaliyyətinin sə­mərəli idarə edilməsi təcrübəsinin ümumiləşdirilmiş forması menecmentdir.Meneçment mikrososial idarəetmənin prinsiplərini həyata ke­çi­rir. Bu prinsiplər aşağıdakılardır: hər bir işçinin fərdi imkanlarının maksimum nəzərə alınmasını tələb edən «iqtisadi münasibətlərin huma­nistləşdirilməsi», firmanın tərəqqisi naminə müxtəlif işçi qruplarının həmrəyliyini nəzərdə tutan «işgüzar tərəfdaşlıq»; firmanın hər bir struk­tur pilləsində qərarların müstəqil qəbul olunmasına əsas­la­nan «mərkəzi orqanların bəzi iqtisadi vəzifələrinin» menecerlərə verilməsi.



Menecment, firmaları istehsalın texnoloji pilləsi deyil, bazar iqtisadiyyatının sosial sistemi hesab edir. Menecmentin əsas istiqa­mət­ləri məhz bununla müəyyən edilir. Bunlar aşağıdakılardır: firmaların və onların arasın­dakı münasibətlərin mikrososial strukturunun (sosial-peşə, mədəni-təhsil, ixtisas və demoqrafiya) aşkara çıxarılması; kol­lek­tiv səyin səfərbərliyə alınmasının başlıca şərti olan kiçik qrupların («sə­lahiyyətli işçi briqadaları», «məqsədli qruplar», o cümlədən mütəxəs­sis­lər arasında) yaradılması.

Mövzu 14. Azad rəqabət şəraitində istehsalın həcmi və qiymət

Plan

1. Rəqabətin mahiyyəti və iqtisadiyyatın inkişafında onun rolu.



2. Rəqabətin tipləri və modelləri.

3. Təkmil rəqabət şəraitində firmanın tələb və təklifi

4. Təkmil rəqabət şəraitində firmanın davranışı

5.Azad rəqabətin mövcud olduğu bazarlarda qiymətlərin əmələ gəlməsi.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin